[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quzu ətinin qiyməti adamı MƏLƏDİR... - Ekspert danışır...

Son günlər Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunur.
Yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə hətta 20 manata satırlar.
Bəs qiymət artımı nə ilə bağlıdır?

İqtisadçı ekspert Fuad İbrahimov "Sherg.az"ın sualını cavablandırarkən bildirib ki, hazırda ümumi bazarda ərzaq məhsullarının qiymət baxımından dinamik artımı müşahidə olunur:

"Qoyun ətinin bahalaşması birbaşa olaraq ona olan tələbatla bağlıdır. Tələbat yüksək olduğu üçün bazarlar ona adekvat reaksiya verirlər. Dünya bazarlarında 2022- ci ilə nisbətdə 2023- cü ildə ət məhsullarında 1,5% ucuzlaşma baş verib. Ancaq sözügedən ucuzlaşma quş əti, donuz əti, mal ətinə aiddir. Qoyun ətində isə əksinə bahalaşma olub. İşğaldan azad olunmuş torpaqlar tam şəkildə daxili iqtisadi imkanlarımıza inteqrasiya olunduqdan sonra heyvandarlıq sahəsində inkişaf müşahidə olunacaq. Hazırda həmin ərazilərdə təhlüksəzlik baxımına görə inkişaf etdirilə bilməsə də, gələcəkdə həmin ərazilərin sayəsində ölkənin heyvandarlıq və kənd təsərrüfat sahəsində müsbət artımın şahidi olacağıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə Nazirliyinin 100000 manat xərclədiyi sayt niyə işləmir? - Görünəni odur ki...

Səhiyyə Nazirliyinin yüz minat vəsait xərcləyib yaratdığı Eresept.az saytında qeydiyyatdan keçmək mümkün deyil.

Vətəninfo.az xəbər verir ki, bu yaxınlarda Səhiyyə Nazirliyinin kifayət qədər vəsait xərcələyərək yaratdığı bu saytın əsas məqsədi dövlət tərəfindən müəyyən imtiyazlar verilmiş xəstələrin pulsuz dərmanla təminatını həyata keçirtmək olub.
Yəni imtiyazlı xəstələr portaldan qeydiyyatdan keçməklə dərmanlarını ala bilərlər. Lakin yaradılan saytdan qeydiyyatdan keçmək mümkün deyil.

Nazirliyin saytı yaradılarkan bildirilib ki, bütün xəstələr haqqında olan məlumat bu bazaya inteqrasiya olunacaq. Lakin etibarlı mənbədən əldə olunan məlumata görə əslində kifayət qədər ciddi məbləğ xərclənərək yaradılan sayt bu gücü daşıya bilməyib.

Saytın bazasında olan informasiyaların xarici hakerlər tərəfindən oğurlanacağını düşünən dövlət orqanları Səhiyyə Nazirliyinə xəbərdarlıq edərək informasiya portalının təcili təkmilləşdirilməsini tələb ediblər.

Saytın yaradılmasına kifaayət qədər məbləğ xərcləndiyi bildirilsə də, mövcud vəziyyət bunu əks etdirmir. Faktiki olaraq bu gün çoxsaylı imtiyazlı xəstələr öz dərmanlarını ala bilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu il hansı banklar bağlana bilər? – “Bank BTB” və “Premium Bank”da vəziyyət pisdir…

Məlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb.
Yeniavaz.com xəbər verir ki, son 3 ildə 7 bankın lisenziyası ləğv olunub.
Yola saldığımız 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – “Günay Bank” ASC və “Muğanbank” ASC bağlanıb.
Bəs görəsən, 2024-cü ildə hansı bankları bağlanma təhlükəsiz gözləyir?
Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank “Bank BTB” hesab olunur.
“Bank BTB” yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə “Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Bəzi maliyyə göstəriciləri pisləşən banklardan biri də, “Premium Bank” ASC-dir. “Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il “Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.
Onu da bildirək ki, adları çəkilən hər iki bank sabiq yüksək rütbəli məmurların ailə üzvlərinə məxsusdur.
“Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
“Premium Bank”ın əsas səhmdarı isə AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı rüşvətdə adı hallanan şəxsi birinci müavin TƏYİN EDİB - ƏMR

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Quliyev Mirzə Fərzulla oğlunu özünə birinci müavin təyin edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Mirzə Quliyev həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işində şahid qismində dindirilib. O, məhkəmədə "Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb Vilyam Hacıyevə vermişəm” deyə ifadə verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ziya Kazımov nazirliklə ÜZ-ÜZƏ... - TƏFƏRRÜAT

“Tərtər İşi” çərçivəsində 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Azərbaycan ordusunun zabiti Ziya Kazımov Müdafiə Nazirliyini məhkəməyə verir.

Gununsesi.info-nun əldə etdiyi məlumata əsasən onun bu addımına səbəb 44 günlük Vətən Müharibəsi iştirakçısı kimi ona verilməli olan orden və medalların indiyədək verilməməsidir.

Qeyd edək ki, Ziya Kazımov xüsusi təyinatlıların tərkibində Şuşanın, Hadrutun və digər işğaldakı rayonların azad olunmasında xüsusi qəhrəmanlıqları ilə seçilən hərbçilərdən olub.

İddia ərizəsində qeyd olunur ki, Müdafiə Nazirliyi Ziya Kazımova orden və medalların verilməsi üçün Prezidentə təqdimat verməyib.

“Halbuki, Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci il tarixində 212 nömrəli hərbi hissə komandiri general-leytenant Mayis Bərxudarov tərəfindən “Şuşa uğrunda”, “Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə” medallarına və “Rəşadət ordeni”nə təqdimatı verilşimdir” deyə şikayətdə vurğulanır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tender kralı“ bu sahəni də monopoliyaya alıb - “Yağlı-duzlu“ korrupsiya

Son günlər Bakıya yağan qar hər il olduğu kimi bu il də bu sahəyə məsul olan qurumların bacarıqsızlığını ortaya qoydu. Hər il olduğu kimi, bu il də dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq küçələrə nə duz səpildi, nə də qar təmizləndi. Bəs dövlət büdcəsindən hər il küçələrin qardan təmizlənməsi, yolların buz bağlamamasına görə texniki duzun səpilməsi üçün nə qədər vəsait ayrılır, bu vəsait kimlər tərəfindən necə xərclənir?

AzFakt.com xəbər verir ki, Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Lakin bu vəsaitlər uzun illərdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev və onun komandası tərəfindən mənimsənilir.

Qeyd edək ki, Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən "yağlı" təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib.

Bu qohumlar illərdir ki, əl-ələ verib büdcəni talamaqla - ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məlumata görə Departamentin və eləcə də Sanitariya və Texniki Təmizlik İdarəsi tenderlərini əsasən ölkədə "tender kralı" kimi ad çıxarmış Ramazan Mirzəyevin şirkətlərinə verir.

Ramazan Mirzəyevə məxsus olan şirkətlər uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərində birmənalı olaraq qalib edilir.

Rəfail Mehralıyevlə yaxın dost və həm də şərik olan Ramazan Mirzəyevin tenderlərdə qalib etdirdiyi MMC-lər əsasən kasıb-kusubun, fəhlələrin adlarına rəsmiləşdirilir.

Lakin bəzi MMC-lər Ramazan Mirzəyevə yaxınlarının, qohumlarının, həmkəndlilərinin adlarına olur.

Belə təşkilatlardan biri də Sanitariya və Texniki Təmizlik İdarəsinin üst-üstə 4 milyon manatlıq tenderində qalib olan Fidan-TM şirkətidir.

Fidan TM şirkəti 15 ildən artıqdır fəaliyyət göstərir.

Şirkət ancaq Rəfail Mehraliyevin rəhbərlik etdiyi Departamentdə olan müəssisələrlə tender yolu və ya birbaşa müqavilələrlə əməkdaşlıq edir.

Şirkət rəsmi olaraq Ramazan Mirzəyevin həmkəndlisi Ələsgər Hüseynovun adına olsa da faktiki olaraq Ramazan Mirzəyevin komandası tərəfindən idarə edilir.

Son olaraq Sanitariya və Təmizlik idarəsi Fidan Tm şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb.

Hazırda Bakıya yağan qarın küçələrdən təmizlənməməsi və küçələrə duzun səpilməməsi isə ayrılan vəsaitin mənimsənildiyi barədə səslənən fikirlərin həqiqiliyini göstərir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ref Motors” MMC-nin vergi borcu olsa da... - AXI NİYƏ?


Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Ref Motors” MMC (VÖEN – 1403064391) olub.
DSMF qalib şirkətdən 314 min 706 manata bir ədəd avtobus alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ref Motors” MMC 16 mart 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ağayev Ədalət Cəlil oğludur.
“Ref Motors” MMC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan (https://refmotors.az/cardaz/cardbusaz.html ) belə görünür ki, şirkət hazırda Rusiya istehsalı olan 6 növ avtobus satır.
Onu da bildirək ki, “Ref Motors” MMC-nin hazırda dövlət büdcəsinə 18 min 7 manat 21 qəpik vaxtında ödənilməyən vergi borcu da var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda NƏLƏR BAŞ VERİR? - BU NƏDİ BELƏ?!

​Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bu günlərdə elektron mediaya rəhbəri olduğu qurumun keçirdiyi satınalmalarla bağlı bir açıqlama verib. O, açıqlamasında bildirib ki, “dövlətin nəzdində olan universitet və elmi -tədqiqat institutunun normal fəaliyyət göstərməsi üçün müəssisəyə müvafiq vəsaitlərin açılması və onun xərclənməsi təbii haldır.

“Mən institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib, kotirovka sorğuları olub və İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icazəsi alındıqdan sonra kotirovkalara uyğun satınalmalar həyata keçirilib,”- İbrahim Cəfərov qeyd edib.

Bu açıqlamanın dolayısı ilə kimə ünvanlandığı bizə məlumdur. Çünki son vaxtlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalmalarda yol verdiyi qanunsuzlaqları ictimaiyyətə Aktualinfo.org açıqlayıb. Odur ki, biz də ona cavab vermək qərarına gəldik. İbrahim Cəfərovun diqqətinə çatdırmaq istərdik ki, tender də, kotirovka da satınalmanın bir növüdür. Düzdü İnstitutda tender keçirilməyib, amma kotirovka sorğuları keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən 2023-cü ildə keçirilmiş və tamamlanan kotirovka sorğuları bunlardır. “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 30.11.2023-cü il tarixdə, maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 20.10.2023-cü il tarixdə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 07.04.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlanıb.

Bunlardan yalnız biri ilə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin bağlanıldığı 09.08.2023-cü il tarixdə açıqlanıb. Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

“ATLANTİS CONSTRUCTİON GROUP” MMC-yə gəlincə. Necə olur ki, bu MMC həm avadanlıqların, həm elmi-tədqiqat işləri üçün mal və xidmətlərin, həm də kimyəvi və aktiv maddələrin satın alınmasında ayrı-atrı lotlar üzrə satınalma prosedurlarının qalibi seçilir?

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə Stansiyası da “NUR GENERAL SUPPLIER” MMC ilə “Kimyəvi maddələr”in satın alınması üzrə 39.200 manat məbləğində satımalma müqaviləsinin bağlamaq istədiyini 28.09.2023-cü il tarixdə açıqlayıb.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada Elmi-Tədqiqat İnstitutu iki MMC ilə ayrı-ayrı lotlar üzrə bir neçə kotirovka sorğusunun qalibi seçməsi yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bu MMC-lərin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. MMC-lərin potensialı, texniki və kadr imkanlarının olması belə şübhə döğurur. Dövlət Vergi Xidmətinin rəsmi məlumatları da bunu təsdiqləyir. Amma deyəsən bütün bunlardan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun heç xəbəri yoxdu. Xəbəri olsaydı verdiyi açıqlamada tenderə yox, keçirilmiş bu kotirovka sorğularında yol verilən qaranlıq məqamlara aydınlıq gətirərdi.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun keçirdiyi satınalmalarla bağlı bu qədər. Keçək İnstitutun direktoru İbrahim Cəfərovun fəaliyyətinə. Qeyd edək ki, İbrahim Cəfərov hal hazırda həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Hələ 2023-cü ilin fevralında 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov İbrahim Cəfərovun 37 saylı Nizami birinci (Gəncə) dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü seçilməsinin təklif olunduğunu bildirib. Qeyd edib ki, İ.Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Kənd təsərrüfatı elmləri doktorudur. Əvvəllər də 37 saylı DSK-da çalışıb və bu sahədə təcrübəsi var. İclasda İbrahim Cəfərov DSK-nın yeni sədri seçilib.

Maraqlıdır, İbrahim Cəfərov eyni anda iki vəzifəni necə tuta bilər? Məgər Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bilmir ki, seçki komissiyasının həlledici səs hüquqlu üzvü qanunda göstərilən hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz? İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. Direktor olaraq da 6 fevral 2023-cü il tarixdə, yəni 5 ay sonra da 37 saylı Nizami birinci (Gəncə) secki dairəsi Dairə Secki Komissiyasının sədri seçilib. İbrahim Cəfərov qanunla bu vəzifələrdən birini tutmalı deyilmi? Bəs necə olur ki, İbrahim Cəfərov eyni zamanda iki vəzifəni icra edir?

Qeyd edək ki, İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Məlumatlara görə İbrahim Cəfərovun özünə köməkçi-katibə gətirdiyi xanıma da Elmi-Tədqiqat İnstitutunda elmi iş yazmağa köməklik edir. Hələ digər xanımlarla kabinetində saatlarla nələri müzakirə etdiyini demirik. Məlumatlara görə İbrahim Cəfərovun institutdakı iş rejimi də bəlli deyil. Özünə məxsus 100 minlik maşınla işə istədiyi vaxt gəlir, istədiyi vaxt gedir. İnstitutun keçirdiyi satınalmalardan hardan xəbəri olsun?

Bütün bunları Aktualinfo.org redaksiyasına bir müddət əvvəl “Şirvan Təcrübə Stansiyası talananda İbrahim Cəfərov hara baxırmış” başlıqlı məqalə yayıldıqdan sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan adının hallanmasını istəməyən işçiləri deyir.

Beyləqandan zəng edib deyirlər ki, Mil Təcrübə Stansiyasının ümumi sahəsi 185 hektardır. Hər il stansiyaya aid sahədə hektarlarla arpa və buğda əkilir. Bol məhsul əldə edilir, lakin bu məhsullar hara gedir bilinmir. Ucardan zəng edib deyirlər ki, stansiyadan 136 ton taxılın yox olması ortaya çıxıb. Məlumata görə keçmiş direktor Qəhrəman Qəhrəmanov 100 ton arpanı, 36 ton buğdanı sataraq pulunu mənimsəyib. Fakt üzrə hazırda yoxlama aparıldığı deyilir. Həmçinin deyirlər ki, Ucar Dayaq Məntəqəsində 20 ildən çoxdur ki, bir ailənin iki üzvü, ər-arvad Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alırlar. Deyirlər ki, əslində burada elm adamı olmalıdır. Pambıq, tərəvəz, dənli-taxıl bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri hazırlamalıdr.

Bir də zəng edib deyirlər ki, iş görən yalnız Abşeron Təcrübə Stansiyasıdır. Çünki buranın direktoru Cəbrayıl Ağayev elm adamıdır. Burada bitki zərərvericilərinə qarşı mübarizədə bəzi müşahidələr aparılır, laboratoriya şəraitində tədqiqatlar aparılır. Məlumatlara görə İbrahim Cəfərov Elmi-Tədqiqat İnstitutuna direktor gəldikdən sonra bəzi məsələlərə görə Cəbrayıl Ağayev arasında mübahisə olub. Direktorların mühisələri elmi məsələlərlə bağlı olmayıb və bu gündə onların arasında olan intriqa davam etməkdədir-deyirlər.

Məlum olduğu kimi bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Rəhbərlik etdiyi İnstitutdakı satınaılmalardan xəbəri olmayan, qeyri müəyyən açıqlamalar verən İbrahim Cəfərov görəsən seçkilərdə Dairə Seçki Komissiyasının sədrliyini necə icra edəcək?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN şefi postunda DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA

Son günlər Bakıda baş verən 2 yanğın nəticəsində 4-u körpə olmaqla 10 nəfərin ölməsi fonunda diqqətlər yenidən Fövqəladə Hallar Nazirliyinin üzərinə yönəlib. İllərdir ölkədə baş verən hadisələrdə insan tələfatının çox olması sözugedən dövlət qurumunun necə fəaliyyət göstərdiyini əyani şəkildə ortaya qoyur. Bütün bunlara rəğmən, 2006-cı ildə yaradılan Fövqəladə Hallar Nazirliyinin başında Kəmaləddin Heydərov durmaqda davam edir.

AzToday.az-a daxil olan məlumata görə, zaman-zaman nazirlikdə baş verən xoşagəlməz olaylarda və korrupsiya əməliyyatlarında adı hallanan Kəmaləddin Heydərovun Prezident İlham Əliyevin etimadını doğrultmadığı üçün tezliklə vəzifəsindən çıxarılacaq. Artıq bunun ilk əlamətləri müşahidə olunur. Belə ki, Respublika Perinatal Mərkəzi və Dərnəguldə mebel sexində baş verən yanğınlar zamanı hadisə yerində görünməyən “fövqəlnazir” ləqəbli Kəmaləddin Heydərovun siyasi hakimiyyətinə qəzəbinə gəldiyi bildirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyində ulu öndər Heydər Əliyevin yüz illik yubiley tədbirlərində görünməyən Kəmaləddin Heydərovun seçkidən sonra fomalaşacaq Prezidentin yeni komandasında yer almayacaq.

Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovu onun birinci müavini Rəfael Mirzəyev əvəz edəcək. Hakim ailə ilə yaxınlığı ilə diqqət çəkən Rəfael Mirzəyevin Kəmaləddin Heydərovun biznes imperiyasının sıradan çıxarılmasında da xüsusi əməyi olduğu da iddia olunur. Son illər Rəfael Mirzəyevin biznesinə “yaşıl işıq” yandırılması və ailə üzvlərinə məxsus şirkətlərin dövlət satınalmalarında qalib elan olunması da onun nazir olacağı ehtimalını artırır.

Yayılan başqa məlumatlarda isə bildirilir ki, Fövqəladə Hallar Nazirliyi tezliklə ləğv olunacaq. Səlahiyyətlərinin bir hissəsi əvvəllər olduğu kimi Daxili İşlər Nazirliyinə veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan Dəmir Yolları” QSC -nin fəaliyyəti niyə araşdırılır? - Etimadsızlıq məsələsi, yoxsa?..

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətində nöqsanların olduğu haqda məlumatlar tez-tez gündəmə gəlir. Bu yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin QSC haqqında qanunvericiliyin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırması bu məlumatları təsdiq etdi.

Dövrü mətbuatda “Azərbaycan Dəmir Yolları”nın özəl nəqliyyat şirkətləri arasında ayrı-seçkilik etdiyi, maxinasiyalara yol verdiyinə dair informasiyalar yayıldı, lakin ADY bu informasiyaları təkzib etməklə kifayətlənir, qaldırılan problemlərin həlli ilə bağlı heç bir addım atmırdı.

Nəhayət məsələ dövlət tərəfindən rəsmi şəkildə ortaya çıxarıldı…

Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətlərindən Dövlət Xidmətlərinə Dəmir Yolları ilə bağlı müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib. Dövlət Xidməti tərəfindən aparılan araşdırmanınm nəticəsində məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC-də belə demək mümkünsə, özbaşınalıq hökm sürür. ADY sözün həqiqi mənasında bazarda “at oynadır”. Rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.

Dövlət Xidmətinin araşdırması nəticəsində ortaya çıxan bu fakt nə yeni deyil, nə də təəccüblü. Çünki “Azərbaycan Dəmir Yolları” QSC-də bu cür maxinasiyalar və qanunsuzluqlar uzun müddətdir davam edir və təkcə Dövlət Xidmətinin ortaya çıxardığı faktlarla da yekunlaşmır. Bir neçə fakta diqqət etmək ADY-nin fəaliyyətindəki acınacaqlı vəziyyəti ortaya çıxarmağa kifayət edir. Misal üçün, Bakı-Sumqayıt qatarından bir dəfə istifadə etmək, Dəmir Yollarındakı yarıtmaz işi görməyə bəsdir.

Mütəmadi olaraq qatarlarda yaranmış nasazlıq sərnişinlərin narazılığına səbəb olur. Çünki bəlli olmayan və açıqlanmayan səbəblərə görə hansısa qatarların hərəkətində davamlı gecikmələr yaşanır. Bununla yanaşı, Bakı-Sumqayıt xətti üzrə qatarların sayının az olması müəyyən edilmiş intervalın da uzunmüddətli olmasına gətirib çıxarıb. Görünür, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi paytaxtımızdakı tıxacların aradan qaldırılmasında mühüm rol oynayan və gün ərzində minlərlə insanın Sumqayıtdan Bakıya və ya Bakıdan Sumqayıta gəlib-getməsində maraqlı deyillər. Ən əsası da belə nəticə çıxır ki, ADY sərnişinlər arasında süni şəkildə ciddi narazılıqların yaranmasında maraqlıdır. Əks halda, “Azərbaycan Dəmir Yolları” QSC qatarların sayı və intervalın uzunmüddətli olması və bunun nəticəsində yaranmış mövcud problemlərin və narazılıqların qaradan qaldırılması üçün hökumətə təkliflər verməli idi. Qurumun bu normalara riayət etməməsi özbaşına fəaliyyət göstərdiklərinin bariz nümunəsidir. Belə görünür ki, hökumətlə məsləhətləşərək koordinasiyalı şəkildə fəaliyyət göstərmək“Azərbaycan Dəmir Yolları” QSC-nin maraqlarına uyğun deyil. Çünki ADY-nin Bakı-Sumqayıt marşrutu da daxil olmaqla dəmir yollarında maxinasiyalar həyata keçirdiyi haqda məlumatlar var. Hökumətlə koordinasiyalı şəkildə işləyəcəkləri təqdirdə, bu maxinasiyalar ortaya çıxacaq və müftə “qazanc”dan məhrum olacaqlar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları və ortaya çıxan faktlar bütün bunları sübut etdi.

Burada əsas məqam “Azərbaycan Dəmir Yolları” QSC-nin yarıtmaz fəaliyyətinin qurumun tabe olduğu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ayağına yazılması cəhdidir. Halbuki, “Azərbaycan Dəmir Yolları” QSC bu nazirliyin tərkibinə daxil edilsə də, orada uzun illər formalaşmış “mafiya sistemi”nin mövcud olduğu və törədilən qanunsuzların da məhz özfəaliyyətdən qaynaqlandığı sirr deyil. Hətta, Rövşən Rüstəmovun ADY-nin rəhbərliyinə gəlişi zamanı bu problemlərin aradan qalxacağı gözləntisi vardı, lakin heç nə dəyişməyib və Dövlət Xidmətinin yaydığı rəsmi məlumat bunun bariz sübutudur. Görünən odur ki, nə “Azərbaycan Dəmir Yolları” QSC, nə də ona rəhbərlik edən Rövşən Rüstəmov Rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin etimadını doğrultmur.
Demokrat.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO