[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Yəhya Musayevi vəzifədən azad etdi


Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.(Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident tərəfindən 4 medalla mükafatlandırılan şəhidin anası çarəsiz vəziyyətdə - AXI NİYƏ?


Tovuz rayonu, Pələkli kənd sakini, şəhid anası Əliyeva Kübrə Qulu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şəhid anasının məktubunu olduğu kimi dərc edirik:
"Cənab Prezident!
Mən, Əliyeva Kübrə Qulu qızı, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum Əliyev Aqil Faiq oğlu 44 günlük Vətən müharibəsində Şəhid olub.
Mən hazırda ucqar kənddə, acınacaqlı şəraitdə yaşayıram. Himayəmdə 2 fiziki qüsurlu övladım var. Yaşadığım evdə məcburən, yəni çöldə qalmamaq üçün müvəqqəti olaraq yaşayıram.
Sizdən xahiş edirəm ki, şəhid balama və 2 qüsurlü övladıma xatir məni evlə təmin edəsiniz.

Evdə qaz yoxdur, aldığım təqaüd odun xərcini və xəstə övladlarımın iynə-dərmanını ancaq görür.
Qeyd edim ki, oğlum Əliyev Aqil 1999-cu il, yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-ci ilin sentyabrında Pələkli kəndində Şəhid Rəhmanov Vaqif adına tam orta məktəbinə daxil olub. Atası Əliyev Faiq Çərkəz oğlu 2001-ci il avqustun 1-də uzun müddət sürən xərçəng xəstəlyindən dünyasını dəyişib.
Aqil 1 yaşından atasız böyüyüb. Uşaqlarımı tək böyüdüb, boya-başa çatdırmışam. Aqilin ən böyük arzusu futbolçu olmaq idi. Lakin imkanımız yaxşı olmadığından, onu bu arzusuna çatdıra bilmədik. Daha sonra hərbçi olmaq istədiyini bildirdi. Bu səbəblə də, 2017-ci il yanvarın 11-də həqiqi hərbi çağrışı ilə Vətənə xidmətə yollandı.
9 noyabr 2017-ci ildə hərbi hissə komandiri, polkovnik-leytenant Vilayət Quliyev tərəfindən "Fəxri Fərman”la təltif olunub.
2020-ci il yanvarın 21-də Mingəçevirdə kursa yollanıb. 17 martda doğma yurdu olan Tovuza qayıdıb.

Aprelin 14-dən etibarən N nömrəli hərbi hissədə qulluq edib. Tovuz döyüşlərində qəhramanlıqlar göstərib.

15.10.2020-ci il tarixində Suqovuşan, Talış ərazisində gedən döyüşlərdə 21 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Cənab Prezident!

Oğlum subay idi. Qəlbi daim Vətən eşqi ilə döyünürdü. O, hər dəfə Dağlıq Qarabağın işğalı barədə söz düşəndə "biz uduzan xalq deyilik " deyərək, qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi.

Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sizdən xahiş edirəm ki, mənim müraciətimi cavabsız qoymayın”.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.(Hurriyyet.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Lukoyl” 2 il əvvəl Bakıda açdığı şirkəti ləğv edir - DETALLAR

“Lukoyl Abşeron Eksploreyşn Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbai̇l rayonu, Zeynalabdi̇n Tağıyev küçəsi, ev 13, MƏRT.4 ünvanına bildirmələri istənilir.

Elanda nümayəndəliyin ləğvi ilə əlaqədar səbəblər qeyd olunmur.

Qeyd edək ki, nümayəndəlik 29 noyabr 2021-ci ildə Rusiyanın məşhur “Lukoyl” şirkətinin yerli törəməsi olan “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 13-də qeydiyyatdan keçib. Qanuni təmsilçi Qurbanov Elnur Vaqif oğludur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlin bankı günün tələblərinə AYAQ UYDURA BİLMİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Müştərilərin dövlət bankına üz çevirməsi onun öhdəliklər cəminə mənfi təsir göstərib.

Belə ki, ABB-də hüquqi şəxslərin əmanətləri 1 il ərzində 1 milyard 473 milyon 280 min manat azalaraq 7 milyard 241 milyon 992 min manata düşüb.

Fiziki şəxslərin əmanətləri isə 247 milyon 115 min manat artaraq 2 milyard 154 milyon 193 min manata yüksəlib. Nəticədə bankın depozit portfelində 1 milyard 226 milyon 166 min manat və ya 11.54 faiz azalaraq 9 milyard 396 milyon 185 min manata düşüb.

Kommersant.az xəbər verir ki, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 476 milyon 783 min manat artırdığına görə dövlət bankının öhdəliklər cəmi 547 milyon 941 min manat və ya 4.41 faiz azalaraq 11 milyard 858 milyon 24 min manata enib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elnur Allahverdiyevə məxsus olduğu deyilən “Kontakt Home” vergidən necə yayınır? (VİDEO)

YAP siyahısından mandat qazanan Elnur Allahverdiyevin daşıdığı mandat əslində qanunsuzdur. Vaxtlə Sloveniyanın fəxri konsulu olması hələ də rasmi cavablandırılmayan müəmmadır. Düzdür, MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin arayışına əsasən açıqlama vermişdi ki, Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsinə 29 dekabr 2019-cu ildə xitam verilib. Amma cumhuriyyet.az olaraq bildirək ki, Sloveniyanın rəsmi qəzetinini (Uradni list Republike Slovenije) məlumatı namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı arayış saxta olub. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib.
Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib.
Elnur Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.

Mənbə: cumhuriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Agentliyində YENİ TƏYİNAT - ƏMR

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) yeni təyinat olub.

Banker.az xəbər verir ki, Ağa Hacızadə Enerji Məsələlərini Tənzimləmə Agentliyində Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyində 2019-cu ildən baş auditor kimi çalışır.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Deyirlər ki, “pul gətirin”, amma maraqlanan yoxdur ki, haradan və necə gətirək” - ETİRAZ

Paytaxtdakı parkinq sistemi ilə bağlı narazılıqlar yenidən artıb. “AzParking” tətbiqinin sürücüləri soyması, parklama yerlərində maşınların təhlükəsizliyinə isə heç bir təminat olmaması barədə kütləvi etirazlar səslənsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi heç bir tədbir görmür. Qurumun rəsmiləri problemi aradan qaldırmaq əvəzinə, qısa və şablon cavablar verməklə kifayətlənirlər.

Bəzən sistem üzərindən ödənişi edən sürücülərə növbəti dəfə ödəniş tələbi ilə bağlı mesajlar gəlir. Sistem avtomobil sürücüsünün məbləği ödəmədiyini göstərir və ona cərimə yazılır.

Problemlə üzləşən sürücülər Agentliyin “qaynar xətt”inə zəng etsələr də, onlara saatlarla cavab verən olmur. Nəzarətçilərin hazırlıq səviyyəsi və kommunikasiya bacarıqlarının zəif olması səbəbindən ünsiyyətdə ciddi problemlər ortaya çıxır. Bəzən isə bu, nəzarətçilərlə sürücülər arasında münaqişəyə səbəb olur.

Məsələ büdcə müzakirələri zamanı deputatlar tərəfindən də gündəmə gətirilib. Maliyyə naziri Samir Şərifov isə hökumətin parkinq və cərimələrdən pul qazanmaq niyyətində olmadığını söyləyib.

“Cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır. Kim ki bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir” – deyə nazir vurğulayıb.

Bəs, paytaxtda sürücülərin parkinq adı ilə soyulmasına nə zaman son qoyulacaq və bunun üçün hansı addımlar atılmalıdır? AYNA paytaxt sakinləri və ekspertlərlə həmsöhbət olaraq problemə aydınlıq gətirməyə çalışıb.

Tahir Abıyev Bakıda pedaqoji fəaliyyətlə məşğuldur. Qiyməti təxminən 10 min manat civarında olan “Volkswagen” markalı avtomobil idarə edir. Dediyinə görə, fəaliyyəti ilə əlaqədar şəhərin müxtəlif ərazilərində olur: “Faktiki olaraq avtomobili paytaxtın heç bir ərazisində saxlamaq olmur. Bir ay ərzində 95 manat cərimə yazdılar. Sonra məcbur qalıb mobil tətbiqi yüklədim. Hərə əyninə bir forma geyinib, cərimə yazmaqla məşğuldur. Biz hansına çatdıraq – geyimə, qidaya, kommunala? İstirahət də edəmmirik. İl ərzində fasiləsiz çalışırıq. İctimai nəqliyyatda sıxlıq olur. Pik saatlarda taksilərin də qiyməti bahalaşır. Maşınsız hərəkət etmək mümkün deyil. Bunu da bizə çox görürlər. Yəqin ki, maşını satmalı olacağam”.

Emin Abdullayev satış təmsilçisidir. Proqram təminatı şirkətində çalışır. Deyir ki, yalnız avtomobili olan sürücüləri işə qəbul edirlər: “Biz də işimizə görə bütün günü şəhərdə oluruq. Aylıq məvacibim də 800 manat civarındadır. Şirkət benzin və təmir xərclərini qarşılasa da, cərimələrə qarışmır. Demək olar ki, son bir ayda qazandığım gəlirin yarısını parkinq xərclərinə yönətlmişəm. Bunun axırı necə olacaq? Bu cəmiyyətdə vətəndaşı fikirləşən yoxdur. Ancaq deyirlər ki, “pul gətirin”. Soruşan da yoxdur ki, haradan və necə gətirək?! Biz balalarımızı necə saxlayaq? Onlar yemək yeməsinlər? “Azparking” MMC nə deməkdir? Bu qurum niyə şəhərə yüzlərlə adam töküb, pul yığır? Sürücüləri cərimələyir. Niyə axı? Vallah bezmişik”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ödənişlərin asanlaşdırılması məqsədilə atılan addımlar anlaşılan olsa da, bunu da “azərbaycansayağı” formada həyata keçirdilər: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Azpraking” adında mobil tətbiq yaradıb. Bu, normaldır. Amma bu, necə mobil tətbiqdir ki, bütün şəhərə nəzarətçilər yerləşdiriblər? Daha bunun nəyi mobil tətbiq oldu ki?!”.

“İzahat verən də yoxdur, bu nəzarətçilər hansı səlahiyyətlə avtomobillərə cərimələr yazırlar, onların şəkillərini çəkirlər. Eləcə də maliyyə hesabatlılığı yoxdur. Yəni, bu pullar necə xərclənir, hara gedir, bu barədə də məlumat verən yoxdur. Yaxşı bu vəsaitlər bir MMC-nin balansına daxil olur. Həmin pulları hara sərf edirlər? Bunu niyə demirlər? Niyə şəffaflığın təmin olunmasında maraqlı deyillər? İstirahət günləri, həmçinin axşam 8-dən sonra da pul yığırlar. Hansı ki, bu, dünyanın heç yerində bu yoxdur”, - deyə həmsöhbətimiz vurğulayır.

Cəfərli dünya təcrübəsində parkinqdən yığılan vəsaitlərin bələdiyyələrin hesabına köçürüldüyünü diqqətə çatdırır: “Bələdiyyələr də həmin vəsaitləri ərazinin inkişafına sərf edir. Bizdə isə bütün şəhərə adamlar töküblər. Onlar da kütləvi şəkildə sürücüləri cərimləməklə məşğuldurlar. Bunu da hesabatlılıq olmadan həyata keçirirlər. Yəni, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Azpraking” tətbiqi adı altında pul tələb edir. Amma bunun necə xərcləndiyinə dair izahat vermir”.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtodayanacaq sistemini formalaşdırarkən vacib bir məqamı diqqətdən qaçırıb: “Bütün dünyada avtodayanacaqlardan daxil olan vəsaitlər bələdiyyələrin hesabına daxil olur. Bələdiyyələr də bu vəsaitdən ərazinin inkişafı, abadalaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə istifadə edirlər. Bu məqsədlə paytaxtdakı bələdiyyələrdən biri adıçəkilən quruma müraciət də edib. Lakin onlardan bildirilib ki, vəsaitlərin bələdiyyələrin hesabına köçürülməsi məqsədəuyğun sayılmır”.

“Əsaslandırma da yoxdur ki, nəyə görə, hansı səbəbdən? Bu, tam qanunsuz bir addımdır. Parkinq sahəsində vəziyyətin normallaşması müsbət addımdır. Eləcə də mobil tətbiqin yaradılması da. Lakin icra mexanizmləri normal deyil. Şəffaflıq da təmin edilmir”, - deyə mütəxəssis fikrini yekunlaşdırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İki ildir bir qazanxananı təmir etmək, yaxud yeniləmək istəmirlər" - NARAZILIQ VAR...

Kəngərli rayon Qıvraq qəsəbəsə Uşaq Musiqi Məktəbində şagirdlər və müəllimlər soyuqda qalıb. Buna səbəb isə, istilik qazanxanasının iki il öncə sıradan çıxmasıdır. Rayonun təhsil şöbəsi ötən il qış aylarında onlara yaxınlıqdakı Qıvraq qəsəbə orta məktəbində dərs keçməyə icazə versə də, bu il həmin imkan müəllimlərin əlindən alınıb. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup valideyin və müəllim heyəti məlumat verib.
Valideynlərdən B.M. deyir ki, problemlə bağlı Kəngərli rayon İcra Hakimiyyətinə getsələr də, onları oarda dinləyən olmayıb:
“21-ci əsrdə bu biabırçılıqdır. İki ildir bir qazanxananı təmir etmək, yaxud yeniləmək istəmirlər. İcra hakimiyyəti və təhsil şöbəsi maraqlanmır. Havalar soyuyandan uşaqlar tez-tez xəstələnir, bu səbəbdən orta məktəbdən də qalırlar. Şaxtalı havalarda məcbur olub, uşaqları buraxmırıq. Xahiş edirik, aidiyyatı orqanlar maraqlansın”.
Adlarının çəkilməsini istəməyən müəllimlər isə bildirirlər ki, təzyiq olacağında qorxduqları üçün, istiliklə bağlı şikayət etməyə həvəs göstərmirlər:
“Şikayət etsək, işdən çıxaracaqlar, yaxud da maaşımızı kəsəcəklər. Ötən il yaxınlıqdakı orta məktəbdə dərs keçməyə icazə verirdilər deyə, heç bir problem yox idi. Bu il onu da qadağan etdilər. Qazanxananın xarab olmasına baxmayaraq, nə odun, nə də qaz sobasında istifadəyə icazə verirlər. Tələb edirlər ki, hər gün işə gələk. Bəzən elə şaxtalı hava olur ki, sininflərdə oturmaq belə mümkün olmur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məmmədoğulları” MMC sakinlərin QƏSDİNƏ DURUB... - Bu işin içindən də Hacı Ramazan ÇIXDI...


1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin hər sahəsində hüquq və onun aliliyini uca tutulur, yoxsa tapdaqlar altına atılır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayan Paşayev Koroğlu Abdulla oğlunun və bu şəxsin ailə üzvlərinin 2017-ci ildən üzüzə qaldıqları məşəqqətlər haqda məlumatları əldə etmək, məhz hər kəsin ümumi durum haqqında lazımi məlumatları əldə etməsinə imkan verəcək. Məsələn, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Koroğlu Paşayev tərəfindən müraciət daxil olub. Bu şəxs müraciətində qeyd edir ki, “Biz 2011-ci ildən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayırıq. Buna baxmayaraq, 2017-ci ildə Hacı Ramazan adlı şəxsin rəhbərlik etdiyi “Məmmədoğulları” MMC-nin əməkdaşları 35 000 klv -luq elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırdılar. Onlar atdıqları belə bir addımları ilə, birbaşa bizim ailəni olmazın dərdə saldılar. Çünki, həmin trosfarmatorun ətrafa buraxdığı elektrik şüalarının təsirindən, ailə üzvlərimizin hər birinin səhhətində ciddi problemlər əmələ gəlməyə başladı. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər etsək də, bir kimsə bizim müraciətimizə əhəmiyyət vermədi. Bu gün bizim aidiyyəti dövlət qurumlarından xahişimiz və əsas tələbimiz ondan ibarətdir ki, trosfarmatorun yerini 50 m aralı məsafəyə dəyişdirsinlər. Faktdır ki, elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, ailə üzvlərimizin hər birində, ələlxüsus həyat yoldaşımda ürək xəstəlikləri yaradıb. Belə bir səbəbdən də, xeyli vaxtdır ki, yaşadığımız mənzili satıb köçmək istəyirik. Evimizi almaq istəyən şəxslər isə, yaşadığımız mənzilin pəncərəsindən iki mert aralı məsafədə yerləşən elektrik trosfarmatorunu görən kimi, məhz onlar bu yöndə fikirlərindən “vaz keçirlər”.

Qeyd edim ki, yaşadığımız evi 2011-ci ildə Hacı Ramazanın qardaşı Hacı İbrahimdən almışıq. “Məmmədoğulları” MMC-nin quraşdırdığı 35 min klv-luq elektrik trosfarmatorunda ötən illər ərzində bir neçə dəfə şiddətli partlayışlar baş verib. Partlayışlar daha çox yağmurlu günlərdə baş verir ki, bu da olduqca qorxulu anların yaşanmasına səbəb olur. Faktdır ki, Hacı Ramazanın bacısı qızıgil bizimlə qonşu idilər və onlar baş verən partlayışlardan ehtiyat edərək yaşadıqları evi satıb bu ünvandan köçdülər. Onu da bildirim ki, “Məmmədoğulları” MMC əməkdaşları elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırarkən, biz onların belə bir hərəkətinə qəti etirazımızı bildirdik. Həmin vaxtlarda MMC-nin əməkdaşları bizə “Hacı Ramazan tapşırıq verib, trosfarmatoru 20 gündən sonra o tərəfdə quraşdıracağıq” deyə vəd verdilər. Təəssüflər olsun ki, onlar belə bir fırıldaq əməlləri ilə bizi aldatmağı bacardılar. Belə bir problemlə bağlı “Azərişıq” ASC-nə müraciət etsəm də, bu yöndə də etdiyim müraciətin heç bir nəticəsi olmadı. Yəni, “Azərişıq” ASC-nin rəsmi şəxsləri mənə MMC-nin rəhbəri Hacı Ramazanla danışıb-barışmağı, bir sözlə problemin aradan qaldırılması üçün yalnız bu şəxslə danışıqlar aparmağı məsləhət gördülər. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalmışam. Çünki, himayəmdə dörd azyaşlı övladım var və pəncərəmizdən iki metr aralı məsafədə quraşdırılmış 35 min klv-luq elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, bu gün övladlarımın da səhhətinə ciddi təsir edir. Faktdır ki, onlar böyüdükcə olmazın problemlərlə üzüzə qalacaqlar”.
Bəli, gundemxeber.az xəbər portalı olaraq redaksiyamıza daxil olan belə bir müraciət əsasında qeyd olunan ərazidə olduq və müraciət müəllifi Koroğlu Paşayevin qeyd etdiyi faktın doğruluğunu gözlərimizlə gördük. Ümidvarıq ki, müraciət müəllifinin İlham Əliyev cənablarına ünvanladığı müraciəti, ölkə rəhbərinə etdiyi xahiş “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və “Məmmədoğulları” MMC-nin rəhbəri Hacı Ramazan tərəfindən diqqətdə saxlanacaq və altı nəfərdən ibarət bir ailənin üzüzə qaldığı problem qısa zaman kəsiyində aradan qaldırılacaq. Əgər problemin aradan qaldırılmasına cavabdehlik daşıyanlar bundan sonra da sayğısızlıq göstərməkdə davam edərlərsə, o halda bunu təkcə Koroğlu Paşayevin özünə və ailə üzvlərinə qarşı sayğısızlıq kimi deyil, eyni zamanda vətəndaşın ölkə rəhbərinə ünvanladığı müraciətə də sayğısızlıq kimi dəyərləndirilməlidir. Qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(Gundemxeber)
Mövzuya qayıdacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 3 ildir boş qalan qalan sədri vəzifəsi uğrunda gedən gizli savaş kulminasiya nöqtəsinə çatmaqdadır.

Məlumata görə 2020-ci ildən “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti əvəz edən Güləddin Dadaşovun sədr olmaq arzusu müxtəlif səbəblərdən reallaşmadığı qeyd edilir.

AzFakt.com-un etibarlı mənbədən aldığı məlumatda 20 ildir ASC-də müavini kürsüsünü tutan Güləddin Dadaşov bütün vasitələrdən və əlaqələrindən istifadə edərək sədr olmaq istədiyi, ancaq Güləddin Dadaşovun sədr postunu tutmaq uğrunda göstərdiyi çabalar fayda vermədiyi deyilir. Buna səbəb isə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində korrupsiya hallarının olması barədə səslənən iddialardır.

İyirmi ildir ASC-də müavin vəzifəsində, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşovun narahat olduğu əsas məqamlardan biri isə onun və komandasının qeyri-şəffaf faəliyyəti ilə bağlı Prezident Administrasiyasına və digər rəsmi qurumlara ünvanlanan çoxsaylı şikayət məktublarıdır.

Güləddin Dadaşovun ASC-nin hazırkı biabırçı durumuna dözə bilməyən "üsyançı kollektivi"nə qarşı səlahiyyətlərindən istifadə edərək təsir etdiyi də bildirilir.

Belə ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-də 2004-cü ildən indiyədək müavin, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşov qurumda daha bir strateji vəzifəni zəbt edə bilib.

O, son 5 ildir ki, müavin, sədr əvəzi vəzifəsini daşıya-daşıya eyni zamanda Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının sədri vəzifəsini də ələ keçirib.

Güləddin Dadaşovun ASC-də mühüm vəzifələri ələ keçirdiyinə görə hüdudsuz səlahiyyət sahibi olduğu, onun əməllərinə boyun əymək istəməyən işçiləri isə bu səlahiyyətlərindən sui-istifadə edərək vəzifələrindən uzaqlaşdırdığı vurğulanır.

Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 1996-cı ildə təsis edilib.

Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi Qərarla Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.(AzFakt.com)

“Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO