[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolunun yaradılması əks olunub.

Bakı-Sumqayıt yolunun yükünü əsaslı şəkildə azaldılmasına hədəflənmiş yeni yol paytaxtın şimal və şərq hissəsindən Sumqayıt, Xırdalan, Yasamal və Lökbatan dairəsi istiqamətində və əksinə hərəkəti asanlaşdıracaq, eləcə də mərkəzdəki sıxlığı xeyli azaldacaq.

Belə ki, Bakı-Sumqayıt şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə tikiləcək yol M-1 (Bakı-Quba) və M-4 (Bakı-Şamaxı) avtomobil yollarını kəsərək Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşəcək.

Lökbatan-Xocasən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirəcək yol Suraxanı rayonu ərazisindən – Bülbülə gölü istiqamətindən davam edərək Zığ şosesi ilə birləşəcək.

Mütəxəssislər bildirirlər ki, yeni yolun çəkilməsi bəzi hissələrdə mövcud yolların genişləndirilməsi və yenidən layihələndirilməsi hesabına mümkün olacaq. Belə ki, Binəqədi rayonu ərazisində və Sabunçu rayonu Balaxanı qəsəbəsi (Böyükşor gölünün şimal hissəsi) ərazisində bir sıra yolları optimal şəkildə əlaqələndirmək və layihələndirməklə paytaxtın nəqliyyat infrastrukturuna daha faydalı etmək mümkündür.

Bununla yanaşı, Prezidentin 2023-cü ildə imzaladığı sərəncamla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılıb. 2024-cü ildə tikintisinə başlanması planlaşdırılan bu yol Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolu ilə kəsişəcək və paytaxtın nəqliyyat yükünün bölünməsinə, mərkəzdəki yükün müəyyən qədər azalmasına xidmət edəcək.

Qeyd edək ki, 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı olacaq Böyükşor-Pirşağı yolu Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq. Bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq.

Bundan əlavə, yeni çəkiləcək yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla da birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu? - ETİRAZ

ƏƏSMN və tabeliyindəki qurumların Qarabağ əlillərinə, qazilərə, şəhidlərə, pensiyaçılara “səlib yürüşü” hələ də sürür. “Başına gələn başmaqçı olar”, deyiblər. 10 aydır 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarla pensiyama əlavə olunan 110 manatı 01.04.2023-cü ildən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənimsəyib yeməsinə qiymət verilmir. 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasının məmur yeminə çevrilməsinə nə Azərbaycan Respublikasının Prezidentinin köməkçiləri, nə insan hüquqları üzrə müvəkkili, nə Nazirlər Kabineti, nə Baş prokurorluq, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə məhkəməsi, nə parlamenti son qoyur. Hamısı şikayəti barəsində şikayət edilən quruma göndərməklə işini bitmiş sayır və mənimsəmə faktına Konstitusiyaya zidd olaraq haqq qazandırılır.

Növbədənkənar prezident seçkilərinin təyin olunması ilə sosial yeyintinin dayanacağına olan ümidlər də doğrulmadı. Əksinə, DSMF yetkililəri borclu olduqları 6 il qabaqkı məhkəmə qərarını gizlətməklə sosial müdafiə adına MƏNİMSƏMƏ ilə məşğul olduqlarını ortaya qoyublar. Elə bil DSMF- Dövlət Sosial Müdafiə Fondu yox, SOSİAL MƏNİMSƏMƏ FONDUDUR!(?)

İndicə DSMF sədrinin müavini Zəka Mirzəyevin 26.12.2023 tarixli NK Aparatından daxil olan 22.11.2023 tarixli məktubuna qanunsuz cavabını aldım. Birinci qanunsuzluq müraciətə ən geci 15 günə cavab verilməli olduğu halda, bir ay dörd günə cavab verilməsi, ikincisi müraciətin özünün saxtalaşdırılması, məhkəmə qərarının gizlədilməsidir. Konstitusiyanın, “Əmək pensiyaları haqqında” qanunun düzgün tətbiq olunmaması başlıca qərəzi, özbaşınalığı, mənimsəməni bir daha ortaya qoyur. Konstitusiyaya hörmətsizliyə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclu gah ləğv edir, gah gizlədir !(?) Elə bil heç belə məhkəmə qərarı olmayıb! Hələ üstəlik 110 manatın kəsilməsini Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq “Əmək pensiyaları haqqında” qanunun 15 il qüvvədə olan 19-cu maddəsinin 2021-ci ildən ləğv edilməsi ilə əsaslandırırlar. Onda bu Konstitusiya nəyə gərəkir? ƏƏSMN-in, DSMF-in... hüquq doktorları başbilənləri bilmir ki, qanunun geriyə qüvvəsi yoxdur ? Deyəsən bilmirlər, bilsəydilər, dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”, gizlədib borclu olduqları iş üzrə tələbkar 1-ci dərəcəli Qarabağ qazisindən 3188 manat tələb etməzdilər. Bu hələ harasıdır, DSMF sədrinin müavinin adından Prezidentin 23.12.2021 tarixli Fərmanı ilə hərbi qulluqçu pensiyaçıların pensiyalarına əlavə olunmalı 20 faiz əlavənin verilməməsini “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 1.0.19 maddəsi ilə , 05.11.2022 tarixli qanunla 29.2 maddəsinin ləğv olunması ilə izah edirlər. Tarixlərə fikir verin, 2021 tarixli qanunu ona görə tətbiq etmirlər ki, bir il sonrakı 2022 tarixli qanun(lar) prezident fərmanını qüvvədən salıb!(?) Bəs qanunların icrasına və tətbiqinə nəzarət etməli olan baş prokurorluq bir yana, Maliyyə Nazirliyi, Hesablama Palatası hara baxır? Niyə açıq-aşkar dələduzluğa, maliyyə pozuntusuna qiymət verilmir?

Maliyyə özbaşınalığı, qanunların düz izah və tətbiq edilməməsinin daha bir açıq sübutu “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 37.3.2-1 maddəsində özünü göstərir. Bu maddəyə görə, qulluq stajına görə əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər işləməyə DAVAM EDƏRSƏ, onların pensiyaları MÜRACİƏTLƏRİNƏ əsasən yenidən hesablanır. Lakin DSMF-in pensiya orqanları bu maddəni ciblərinə uyğun izah edib tətbiq etmirlər ki, pensiyaçı işini DAVAM ETDİRİR. Özbaşınalığa baxın, qanun elə işi davam etdirənlərin pensiyalarının yığılan sığorta kapitalına uyğun yenidən hesablanmasını doğrulayır də! Bu özbaşınalıqda “işləməyən kateqoriya” anlayışının bilərəkdən düzgün qavranılmaması, izah edilməməsi də önəmli rol oynayır. Yəni DSMF yetkililəri “işləməyən kateqoqoriya” anlayışını işi dayandırmaqla qarışdırırlar. Bəlkə biri ölənəcən işləməyi DAVAM ETDİRİR, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanacaq? Dövlətin sosial təminat siyasəti belə olur? Onda bu Konstitusiya, bu qanun, bu dövlət, bu siyasət nəyə gərəkir?

Məğrur BƏDƏLSOY, hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İndi də Muxtar Respublikanın Təhsil Nazirliyi Bakını saymır - Naxçıvanın yenə “xanlığı” tutub...

Naxçıvanda yeni hakimiyyətin dövründə bir neçə məktəbin direktoru dəyişdirilib.

Ovqat.com-un məlumatına görə, direktorları dəyişdirilən məktəblər bunlardır:

Vüsalə Sadiqova – 17 saylı məktəb;

Fərqanə Əliyeva – 10 saylı məktəb;

Dilarə Rəsulova – 7 saylı məktəb;

Elmira Həsənova - Heydər Əliyev adına məktəb;

Esmira Həsənova – 5 saylı məktəb.

Məlumata görə, Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Gülxanım Orucova direktorları yanına çağırıb onlardan işdən çıxmaq barədə ərizə yazmalarını tələb edib. Direktorlar da “quzu balası” kimi onun tələbini yerinə yetiriblər və dünənədək idarə etdikləri məktəbdə müəllim kimi işləməklə razılaşıblar. Yalnız bir nəfər qanunsuz hesab etdiyi əmrə tabe olmayıb – 5 saylı məktəbin direktoru Esmira Həsənova. Direktor hansı haqla ondan bunu tələb etmələrini soruşub. Aldığı cavab da əsl “xanvari” olub – “ərizəni yazıb işdən getməlisən, əks halda səni biz işdən çıxaracağıq və ömrünün sonunadək işsiz qalacaqsan”.

Zavallı direktor nə illah edibsə, işdən çıxarılmaq üçün bir əsasın olmamasını Gülxanım xanıma başa sala bilməyib. Tərəf müqabili əmrin yuxarıdan – Naxçıvan MR Təhsil nazirinin müavini Ovni Muradovdan gəldiyini bildirib. Sonunda isə Ovni Muradovun Gülxanım vasitəsilə direktora çatdırdığı “xanvari” əmri keçərli olub. Esmira Həsənova Azərbaycan Respublikasının İş Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, sözügedən maddənin “Ç” bəndində bildirilir:

“Ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Bir sözlə, Esmira Həsənova vaxtilə Vasif Talıbov rejiminin ən çox sevdiyi və bir çox naxçıvanlını qiyamətə qədər işsiz qoyduğu maddə ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu maddə ilə işdən uzaqlaşdırılanlar isə öz peşələrinə uyğun sahələrdə işləyə bilməzlər. Necə ki, Vasif Talıbovun dövründə Azərbaycan Polis Akademiyasının məzunları da məhz bu maddə ilə işdən uzaqlaşdırılır və onlardan bəziləri indi Bakının küçələrində taksiçilik edərək evlərinə çörək pulu aparırlar. Esmira Həsənovanın da məhz həmin maddə ilə işdən məhrum edilməsi Naxçıvanda hələ də “xanlıq” ənənələrinin hökm sürdüyündən xəbər verir. Belə görünür ki, “canişin” əfəndinin Naxçıvana göndərilməsi də bu diyarda “xanlıq” üsul idarəsini sıradan çıxarmayıb. Əksinə “xanlıq” dövründə Polis Akademiyasının məzunları üçün keçərli olan “Azərbaycanın casusu” anlayışı indi təhsil sisteminə də sirayət edib. Yeri gəlmişkən, bizdə bu qənaətin formalaşması təsadüfi deyil. Yazının sonrakı hissələrində də oxuyacağınız kimi, Esmira müəllimə NDU-da yox, BDU və dövrünün ən prestijli ali məktəblərindən sayılan “Qafqaz”da təhsil alıb. İnformasiya mənbəmizin dediklərinə inansaq, bəlkə də onun ən böyük qüsuru da elə budur – NDU-da Şimali Koreya əsgərləri kimi uniforma geyməməsi və dolayısıyla daha mübariz olması.

Məsələ təkcə bu olsaydı, dərd yarı idi. Esmira müəllimin başına gələnlər onu da göstərir ki, Muxtar Respublikada “xanlıq” dövrünün Bakını hesaba qoymaması ənənəsi bu gün də davam edir. Belə ki, işdən haqsız olaraq və ən ağır maddə ilə çıxarılan Esmira Həsənova öz haqqını almaq üçün bir sıra qapıları döyür. Təhsil Nazirliyinin rəsmilərindən tutmuş, Prezidentin Xüsusi Nümayəndəliyinə qədər üz tutduğu bütün ünvanlardan istədiyi nəticəni ala bilmir. Hətta şikayətə getdiyi xüsusi nümayəndənin köməkçi Samir Seyidəhmədli onu qəbul etmək zəhmətinə belə qatlanmayıb. Baxmayaraq ki, Esmira müəllimə həm də Naxçıvan Ali Məclisinin deputatıdır, ən azı bu statusuna görə onun sözünü dinləməli idilər. Həm də heç olmasa o səbəbdən ki, Xüsusi Nümayəndəliyin özü də bu gün adam yerinə qoymadıqları deputatların toplandıqları Ali Məclisin binasında yerləşir.

Qısası, Naxçıvanda heç bir şeyə nail olmayan Esmira müəllimə, nəhayət, Bakıya üz tutmağa qərar verir. Məlumata görə, o, Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulunda belə olur. Nazir onun şikayətini dinləyir və işdən çıxarılma əmrinin surətinə baxır. Sabiq direktorun qanunsuz bir əmrə kiçicik etirazına görə bu qədər ağır maddə ilə cəzalandırılması naziri belə təəccübləndirib. İddialara inansaq, Emin Əmrullayev Naxçıvan Təhsil Nazirliyinə zəng edib öz iradını bildirir və müəllinənin işdən çıxarılması əmrinin dəyişdirilməsini tələb edir. Amma farslar demişkən, çifayda. Naxçıvan MR Təhsil Nazirliyi isə yenə “xanlıq” dövrünün ənənəsinə sadiq qalaraq Emin Əmrullayevin bu tələbini ümumiyyətlə hesaba qoymur.

İnformasiya mənbəmizin bildirdiyinə görə, Esmira xanım BDU-nin Şərqşünaslıq fakültəsinin məzunudur: “O, bu ali məktəbi fərqlənmə ilə bitirib. Magistratura təhsilini isə o dövrün ən sanballı ali məktəblərindən sayılan və adətən başarılı abituriyentlərin seçdikləri Qafqaz Universitetində alıb. Dəfələrlə ölkəmizdə və Türkiyədə ixtisasartırma kurslarında özünü təkmilləşdirib. Sonuncu dəfə işdən çıxarılmamışdan bir müddət əvvəl öz hesabına Türkiyədə təşkil olunan bir kursa qatılıb. Şagirdlərin düzgün ixtisas seçimini asanladırmaq üçün nəzərdə tutulan “Təhsil Kouçları” layihəsinin qalibidir və s. Bir sözlə, Naxçıvanda çox az pedaqoq var ki, bu özəlliklərə sahibdir”.

Aldığımız məlumatları dəqiqləşdirmək üçün Esmira Həsənovanı axtardıq. Naxçıvandakı mənbələrdən əldə etdiyimiz telefonunu yığdıq. Esmira müəllimə adımızı eşidən kimi, bizə heç bir açıqlama verə bilməyəcəyini bildirdi. Çəkincəsini isə belə əsaslandırdı: “Siz çox sərt yazırsınız. Mən dövlətimə sadiq biriyəm və sizə hər hansı açıqlama vermək istəmirəm”... Sonra isə üzə qapanan telefonun məşhur səsləri eşidildi: “Düd, düd, düd”...

Nə yazıq ki, Naxçıvanda hələ də öz dərdini açıq deyə bilməyən insanlar var və onların ən cəsarətlisinin telefonu belə “düddüldəməklə” məşğuldur. Bütün bunlara baxmayaraq, biz Esmira xanıma öz hüquqları uğrunda mübarizədə başarılar diləyirik. Məsləhət bilsə, biz onun şikayətlərini dinləməyə və işıqlandırmağa hazırıq.

Heydər Oğuz,
Ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rauf Vəliyev ixtisarlara başlayıb - Məhkəməyə müraciət var


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin göstərişi ilə qurumun tabeçiliyində olan bira şöbə və idarələr bağlanıb, işçi ixtisarları aparılıb. İxtisarların yay aylarına kimi davam edəcəyi deyilir.

İşçilərə az maaşla başqa yerlərdə iş təklif edilir, qəbul etməyənlər azad edilirlər. Gizli qərar isə Rauf Vəliyevə yaxın adamlardan başqa hər kəsə şamil olunur.

Bu arada Dadaşov Fərhad Əmirulla oğlu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni məhkəməyə verib. Fərhad Dadaşov məhkəmədə şirkət barəsində "Əmək mübahisələri - Əmək haqqı tələbi" iddiasını qaldırıb.

İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının sədrliyi ilə baxılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin səlahiyyətləri artırıldı - Qərar


Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epidemioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması “Hərbi qulluqçuların statusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublilkası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikin icra başçısının qəbuluna düşə bilmədi, səs-küy yaratdı... sonra isə... - Məhkəmə qərar verdi

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun qəbuluna düşə bilməyən vətəndaş səs-küy yaradıb.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Lerik rayonu, Piran kənidndə anadan olmuş Cəfər Əşrəfov (ad-soyad şərti) Əkbər Abbasovun qəbuluna düşmək üçün Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasına gedib.

Ancaq başçı iclasda olduğu üçün onu qəbul etməyib. Bu barədə vətəndaşa məlumat verilsə də, o, əsəbləşərək RİH rəhbərinin ünvanına təhqirlər səsləndirib. Cəfər Əşrəfov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Lerik Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat miqdarında cərimə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO

Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlər yaşadıqları binanın bərbad vəziyyətdə olmasından cana yığılıblar.

Bakupost.az –a müraciət edən sakinlər bildiriblər ki, 5 il ərzində onlardan 215 min manat mənzil haqqı yığılsa da, binada heç bir iş görülməyib:

"Liftlər xarabdır, bloklar bərbad vəziyyətdədir. Artıq bezmişik. Dəfələrlə komendanta desək də, bizi başından edir. Heç bir problemlə maraqlanmır. Ancaq pul yığmaqla məşğuldur”.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlar şikayətləri ilə bağlı tədbir görmədikləri üçün onlar məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edəcəklər.

Şikayətçilərin dediyinə görə, bina "Nizami 2" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir:

“Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”.
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO

BakuPost
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Otkad“da adı hallanan MMC-lər dövlət qoruqlarında “at oynadır“ - Dövlət Xidmətində “ənənəyə“ sadiq qalanlar kimlərdir?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində büdcə vəsaitləri talan edilir...

AzFakt.com xəbər verir ki, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən bəzi qurumların keçirdiyi tenderlərdə "otkad" əməliyyatlarında adı hallanan təşkilatlar qalib edilir.

Bu cür qeyri-şəffaf təşkilatların Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan idarə və müəssisələrin satınalmalarında qalib elan edilməsinə nədənsə Xidmət rəhbərliyi və nazirliyin aidiyyatı qurumları susqunluq nümayiş etdirir.

Belə qeyri-şəffaf satınalmarın əsasən Xidmətin tabeliyində olan dövlət-tarix mədəniyyət qoruqlarında baş verdiyi deyilir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 13 dövlət-tarix mədəniyyət qoruğu fəaliyyət göstərir.

Qeyd edək ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevadır.

Səbinə Hacıyeva 2023-cü ilin 1 mart tarixindən Xidmətə rəhbərlik edir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 2020-ci ilin may ayında xüsusi əməliyyat keçirmişdi. DTX-nin keçirdiyi əməliyyatda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində böyük korrupsiya faktı aşkarlanmış, Xidmətin keçirdiyi tenderlərdə qalib olan şirkətlərdən "otkad" alındığı məlum olmuşdu. Əməliyyat nəticəsində Xidmətin rəisi Zakir Sultanov həbs edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...


Daşkəsən Rayon İcra Hakimiyyəti sentyabr ayından bu günə kimi ümumilikdə 3 tender müqaviləsi imzalayıb. Bir müddət əvvəl işindən azad olunan icara başçısını birinci müavin Vüqar Məmmədov əvəz edir. Xəbər verilir ki, rayonda bütün tenderlər təmir və abadlıq işlərinə həsr olunub. Amma ortada heç nə yoxdur. Ümumilikdə isə qalib şirkətlərin hesabına 160 min manatdan çox pul köçürülüb.

Çox güman ki, Daşkəsən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təmir işlərini başa çatdırmaqda çətinlik çəkir. Əks halda Daşkəsən rayonun təmir olunması üçün cəmi 4 aya 3 dəfə tender elan etməzdi.

Baş tutan tenderləri sıra ilə təqdim edirik:
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ -
"GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərinin küçələrində abadıq işləri -Məbləğ: 48.747,99 AZN

Sözügedən qalib MMC-nim nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
"STAR TƏMİR CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərində çoxmərtəbəli yaşayış binalarının giriş bloklarının əsaslı təmiri

Bu qalib MMC-nin isə nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi ZAUR ƏSGƏROV MARİF OĞLUdur.

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
"STAR TƏMİR CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti -
Daşkəsən şəhərdaxili yolların əsaslı təmiri işləri - Məbləğ: 74.818,96 AZN

Diqqət çəkən məqam DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİnin bütün tenderləri STAR TƏMİR CONSTRUCTİON" MMC ilə olmasıdır.

Nəzərinizə çatdıraq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin merini əvəz edən birinci müavin, sabiq icra merinin kadrıdır.

Mövzuya qayıdacayıq.

hurriyyet.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...

Bakı ş., Akademik Mirqasımov küçəsi, mənzil 4 ünvanında yaşayan sakinlər “İnvest M. Construction” şirkətindən (keçmiş deputat Əsabil Qasımovun) mülkiyyət hüquqlarının pozulmasından şikayət ediblər.

Tribunainfo.az-a şikayətlərini bildirən sakinlərin sözlərinə görə, evləri, ağacları sökən şirkət 100-ə yaxın ağac kəsib.

Sakinlərin sözlərinə görə, tikintiyə icazə verilməməsi barədə məkkəmə qərarları da var. Lakin şirkət məhkəmənin verdiyi qadağa qərarını heçə sayaraq vətəndaşların mənzillərinin boşaldılması tələb edilir.

Məsələnin narahatedici tərəfi odur ki, tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökməyə çalışır. Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction” MMC-yə burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib.

Eyni zamanda Vətəndaş Cəmiyyəti Asossasiyasına məxsus obyekt də sözügendən şirkət tərəfindən zərər görüb. Bu obyekt isə keçmiş deputat Elxan Süleymanovundur. Məhkəmənin qərarına əsasən burada da tikinti işləri qadağan edilib.

Məhkəmənin qərardadında yazılır: “Bakı şəhəri, Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.

Qeyd edək ki, həmin ərazidə böyük bir yaşıllıq zolağı var. Sakinlər deyir ki, şirkət həmin ağacları tikintiyə qurban verəcək. Çılpaqlaşan Bakı bu hissədə də oksigensiz qalacaq. Habelə vətəndaşlar bildirir ki, əgər burada nəzərdə tutulan tikinti reallaşarsa, 42 saylı orta məktəb də gün işığına həsrət qalacaq.
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir... - BAKIDA YAŞILLIQ QOYMAYIBLAR...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO