[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aygün Bəylər vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Aygün Hümmətova (Bəylər) ölüb.

Aygün Hümmətova (Bəylər), bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnı ilə məhşurlaşıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzunsürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda “Əmlak qoçuları” peyda olub - ÖZBAŞINALIQ!

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin əməkdaşları sahibkara məxsus obyektin tikintisini sökərkən hündürlükdən yıxılaraq xəsarət alıb. Hadisə şahidləri vəzifəli şəxsin tikintini sökərkən yündürlükdən yıxılaraq ayağının sındığını deyirlər.
Qeyd edək ki, Dövlət Əmək Xidməti (DƏX) hər hansı bir qanunsuz aparılan tikinti işlərinin dayandırılmasını tələb edə, zərurət yarandıqda sökülməsi və sair qanuna uyğun hərəkətlərin aparılması istiqamətində səlahiyyətli qurumlara rəsmi müraciət edə bilər.
Qanunsuz inşa olunan obyektlərin sökülməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir. Xidmətin əməkdaşlarının özləri məhkəmə qərarı olmadan söküntü işlərini apara bilməz. Aparılması qadağan edilir. Bunun üçün aidiyyəti səlahiyyətli qurumlar var.
Sahibkar iddia edir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin bəzi əməkdaşları vəzifələrindən sui-istifadə etməklə, səlahiyyətlərinə aidiyyəti olmayan söküntü işlərinə də burunlarını soxurlar. Məhz onlar bir neçə gün öncə sahibkarın tikintisini özləri inşa olunan hörgünün üzərinə çıxaraq əlləri ilə sökməyə başlayıb. Bu zaman əməkdaşlardan biri hündürlükdən yıxılaraq qılçası sınıb.
Onu da qeyd edim ki, obyekti uçurulan sahibkar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Beyləqan rayon prokurorluğuna ərizə ilə müraciət edib.
Yazıda adıçəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdakı “ZARA” mağazasında BİABIRÇILIQ - BU NƏDİ BELƏ?

"Zara" mağazalar şəbəkəsindəki biabırçılıq alıcıların da narazılığına səbəb olub.

32gun.az-a daxil olan məlumata görə, çirk basmış ayaqqabılar mağazada endirimli adı ilə satışa çıxarılıb.
Belə ki, açıq rəngli və üstü palçıqlı "botlar" endirimli piştaxtada satılır.
Fotolar "GanclikMall"da yerləşən "Zara" mağazasında çəkilib.

Bundan əlavə paltar-dəyişmə yerlərinin də çirk içində olduğu deyilir.
Bakıdakı “ZARA” mağazasında BİABIRÇILIQ - BU NƏDİ BELƏ?
Bakıdakı “ZARA” mağazasında BİABIRÇILIQ - BU NƏDİ BELƏ?
Bakıdakı “ZARA” mağazasında BİABIRÇILIQ - BU NƏDİ BELƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talıbovun daha bir biznes obyektində problem - İş məhkəmədədir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb.

Bizimxeber.az xəbər verir ki, "Gəmiqaya Holding”, "Cahan Holding” və "Naxçıvanbank” ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun daşıma şirkəti ilə bağlı problem yaranıb.

Söhbət "Bahar Karqo” MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir. Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır. Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır.

445.2-ci maddədə 11000 manatdan 1650 manatadək məbləğdə cərimə nəzərdə tutulur. "Bahar Karqo” MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qəhrəmanov Elgün Elçin oğludur.

Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır.

Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov "Bahar Karqo” MMC-nin idarəçilərindən olub. Bu fakt Elgün Qəhrəmanovun onun oğlu olması barədə iddianın əsassız olmadığına şübhələri artırır. Bu arada yada salaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmlak Komitəsində Mətin Eynullayevə qarşı Elçin Yusubovla Taleh Bəşirov ittifaqı - İLGİNC İDDİALAR...

Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur. Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?
Maraqlıdır ki, Mətin Eynullayev Elçin Yusubovun “qiyam hazırlığından” xəbərdar olsa da, müavininə qarşı sərt addımlar atmaqdan çəkinir. Bunun isə əsas səbəblərindən biri Elçin Yusubovun hazırda hakimiyyətin yuxarı eşalonunda təmsil oluna bir çox şəxslərlə yaxın dostluq münasibətinə malik olmasıdır. Lakin bununla yanaşı, Mətin Eynullayev də Elçin Yusubov və onun komandasına qarşı bəzi “profilaktik” tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri Elçin Yusubova xüsusi yaxınlığı ilə seçilən Eldəniz Qafarov və Taleh Bəşirovun şöbə müdiri vəzifəsində birdəfəlik təsdiq edilməməsidir. Hər iki məmur şöbə müdiri vəzifəsini xeyli müddətdir ki, müvəqqəti icra edir ki, bu da Xidmət rəisinin onlara etimad göstərməməsinə dəlalət edir. Bir sözlə, yaxında Əmlak Məsələləri Dövlət Xidmətində daxili mübarizənin daha da şiddətlənəcəyi ehtimalı böyükdür. Bu mübarizədə qalib gələn hər kəs şəriksiz olaraq “hər şeyə” sahib olacağı kimi, məğlub olan tərəf bugünə qədər sahib olduğu hər şeylə vidalaşmalı olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan Məsimov Mafik Nizaməddin oğlu, eləcə də Məmmədova Aygün Aslan qızı, Cabbarlı Cəlil Oktay oğlu, Balaqayeva Zülfiyyə isa qızı, Süleymanov Hikmət Elbrus oğlu və s. tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi icra edirik:

“Cənab Prezident!

Məlumat üçün bildirək ki, “FAM-88” MMC tikinti şirkətinin rəhbərləri 2019-cu ildən başlayaraq Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllədə yaşayış binası inşa etməyə başlamış, lakin tikintini yarımçıq saxlayaraq başa çatdırmamışlar. Tikinti şirkətinin rəhbərləri 28 mənzil və bir neçə obyekti - eyni mənzili və obyekti - müxtəlif tarixlərdə bir neçə vətəndaşa sataraq dələduzluq etməklə, külli miqdarda pul vəsaitini mənimsəmişlər. Lakin tikintini başa çatdırmadan yarımçıq saxlamışlar.

Aldadılmış vətəndaşlar arasında vətən müharibəsi qaziləri, şəhid ailələri, təqaüdçülər, yaşlı müəllimlər, birinci qrup əlillər və dövlət məmurları var. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma və Arxitektura İdarəsinə ayrı-ayrılıqda şikayətlərimizi bildirmişik. Bir ildən çox müddətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, hər birimizin ərizələri, ifadələri alınmış, lakin bu müddət ərzində nə binanın tikintisinin başa çatdırılması, nə də bizə dəyən maddi zərərin ödənilməsi üçün təqsirkar şəxslər barəsində tədbir görülməmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bizim suallarımıza məqsədyönlü şəkildə yayındırıcı cavablar verirlər.

Biz zərərçəkmiş vətəndaşlar illərlə işləyib dövlətin vergi və sosial ödənişlərini edib, minbir əzab-əziyyətlə yığdığımız vəsaiti öz həyat və mənzil şəraitimizi yaxşılaşdırmaq, gələcək arzularımızı həyata keçirmək üçün “FAM-88”MMC çirkətindən mənzil və obyekt almışıq. Lakin şirkətin rəhbərləri tərəfindən aldadılaraq, arzularımız və ümidlərimiz sarsıdılmışdır.

Cənab Prezident!

Ümüdimiz tək Sizə və Sizin dəmir yumruğunuzadır. Biz Sizə güvənirik və xahiş edirik ki, yuxarıda göstərilən hallarla əlaqədar “FAM-88” MMC tikinti şirkətinin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllədə yerləşən binanın tikintisinin başa çatdırmasına və ya bizə dəyən maddi zərərlərin ödənilməsi üçün işin nəzarətdə saxlanılmasına göstəriş verəsiniz”.

Qeyd edək ki, məsələ ilə bağlı “FAM-88” MMC tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
STP-ni Talan Parkına çevirən dəmiryolçu: Hicran Valehovun Sumqayıtdan Avropayadək uzanan biznesi –VİDEO

Bu ilin may ayında “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunaraq onun yerinə Hicran Valehov təyin edilib. Hicran Valehov indiyə qədər “Azərbaycan Dəmir Yolları” İdarə Heyətinin sədr müavini olub. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az olaraq bildirək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaların başında Hicran Valehov dayanıb. Əslən Kəlbəcərdən olan və Cavid Qurbanovun kadrı kimi tanınan Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib.
İxtisasca sığorta müfəttişi Hicran Valehov Avropada geniş biznes şəbəkəsi qurub. Beləki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı “ELUREL TRANS S.R.O.” şirkəti 2018-ci ilin aprel ayının 4-dən Hicran Valehovun adına rəsmiləşdirilib. Sənədlərə görə, cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.
Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “CETS, s.r.o.” şirkətinin sənədlərinə görə, 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə “ALLİANCE – GROUP” şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan “CETS, s.r.o.” hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, bu şirkət istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda “Alliance-group.eu, spol. s r.o” şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).“Alliance-group.eu, spol. s r.o” daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur. Şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib. Birdən birə STP-də peyda olan Hicran Valehov qısa müddətdə buranı da öz biznes obyektinə çevrilib. Maliyyə xidmətinə öz kadrlarını yerləşdirən Valehov bütün əsas yeyinti vəzifələrində etibarlı adamlarını əyləşdirib. Qalmamaqqı dəmiryolçunun STP əməlləri haqqında növbəti yazımızda.//cumhuriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Camaatı zəhərləmək istəyirlər? - FOTOFAKT

"Şikayətim "Dr.Milk"dən... daha dəqiqi, onun istehsal etdiyi dovğadandır". Bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Camaatı zəhərləmək istəyirlər? - FOTOFAKT

Narazı vətəndaş daha sonra yazır: "Özlərinə zəng çatmadığı üçün bu qrupa yazdım.

Aldığım dovğa görün, nə haldadır..."

dia-az.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO