[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müştərilər rəsmən boğaza yığılıb... - MÜRACİƏT

""Starex" karqo şirkətindən alış-veriş etməməyinizi tövsiyə edirəm. Bağlama gecikməsinə görə yaranan problemdə şikayətim gecikmədən çox, işçilərin məsuliyyətsizliyi, özbaşnalığı və yalan danışmağına görədir". Bu barədə Elvin Kərimov adlı istifadəçi "Şikayətim Var" sosial qrupunda giley edir.

Müştərilər rəsmən boğaza yığılıb...
Müştərilər rəsmən boğaza yığılıb... - MÜRACİƏT

"Yaradılan müraciətin müştərinin rəyi olmadan bağlanılması, telefon danışığı zamanı müştəri sözünü bitirmədən dəstəyin asılması, yalan danışmaq və s. kimi misallar bura daxildir..."

dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir ola bilməsi üçün dəridən-qabıqdan çıxan deputat... - BU İL ALINACAQMI?

Dünyada xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur və bunlarınyarıdan çoxu ölür. Bir müddət öncə millət vəkili Faziil Mustafa da bu problemə toxunmuşdu. Fazil bəyin çıxışını dinləyənlər arasında yəqin ki, Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov da olub. Bu şəxsi xüsusi olaraq ona görə qeyd edirik ki, cənab Qafarov “seçkili” vəzifə ilə bərabər həm də təyinatlı vəzifə sahibidir: o, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevin müavinidir. Bununla da yekunlaşmır. 9 saylı Binəqədi ikinci seçki dairəsinin mandatını qalmaqalı seçki prosesindən sonra ələ keçirən Kamaləddin Qafarov həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bu sahibkarlıq birbaşa dərman sənayesi ilə bağlıdır. Yəni Fazil Mustafanın sözlərindən dərs çıxarmalı şəxs Kamaləddin Qafarov olmalı idi…
Cəmil Əliyevin etimadını biznesə çevirən müavin
Ölkə mediasında yer alan iddialar onu göstərir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Bu tibb müəsisəsində”pul tələb etmə” elə qapıdan girən kimi başlayır. Deputatın rəhbərliyi altında Milli Onkologiya Mərkəzində formalaşan bazar qiymətlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
1. Onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də pul ödənməlidirr. Xərçəng xəstələri hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.
Bu mərkəzin bir tibb ocağı olaraq ağır durumda olan və yaşamaq şansı daha az olan xəstələrə qarşı həssas və qayğı ilə yanaşmaqdansa, həyasızcasına vicdanını pula sataraq xəstələrdən rüşvət tələb etməsi ağlasığmaz cinayət əməlidir.
Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev ölkə başçısının xalası oğludur, öz müavininə etibar edir və inanır. Direktor müavini Kamaləddin Qafarov isə bu etimaddan sui istifadə edərək mərkəzsdə biznes qurub. Etibardan sui-istifadə etmək isə heç bijr halda qəbul edilmir və bağışlanılmır.
Dərman mafiyasının baronu
“Lal deputat” kimi tanınan Kəmaləddin Qafarov nadir hallarda danışır, amma danışanda da “gül vurur”. O komitə iclaslarının birində deyib ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”. Kəmaləddin Qafarovun bu mövzunu dilə gəlməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək vətəndaşları dolamaqdır. Onun parlament tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.
Kəmaləddin Qafarovun əsas gəlir mənbəyi məhz dərman satışındandır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda ilginc məlimatlar yer alır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Rəhim qızl Qafarovanınn adına olan şirkətə daxildir. “Kanon” apteklər şəbəkəsinin daxil olduğu “Kanon” MMC Qafarovun digər firmasıdır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində deputatın qardaşı Cəlaləddin Qafarovdur (Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace”nin də qanuni təmsilçisi Cəlaləddin Qafarovdur ). Deputatın əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.
Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavini kimi dövlətin bura ayırdığı pulların böyük əksəriyyətini özünə məxsus “AzəriMed” şirkətinə transfer edir, dərmanlar ordan alınır. Yəni Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.
Hədəfdə nazir kreslosu var?
Deyirlər ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Amma, lətifəsi bəzilərindən uzaq olsun, məscidin qapısı açıqdır, amma… İndi deputat Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq istəyi haqda xəbərlər bu iki məsəli yada salır. Kəmaləddin Qafarov kimilər necə nazir olmaq arzusuna düşə bilər axı..? Məlumat üçün cumhuriyyet.az diqqətinizə çatdırır ki, bu “lal deputat” Bakıda doğulub, paytaxtda məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub. Adamdan soruşarlar ki, Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ?
Sizi inandırıram ki, bu adam bəlkə də universitetin qapısını tanımayıb. Bəs bu deputat Naxçıvanda hansı fakültəni bitirib, ixtisası nədir? Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar. Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib…
Bəs heç bir tibb təhsili olmayan bu adam necə səhiyyə naziri olmaq eşqinə düşə bilər? Yaxşı deyək ki bu eşqə düşməyib, bəs bu adam necə strateji səhiyyə obyekti olan Milli Onkologiya mərkəzini idarə edir? Bu adam heç mal doxturu- baytar-veterinar da deyil, axı..
Bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirmir? Kəmaləddin Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır. Bəli, “universal” Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır. Bir sözlə, səhiyyəmizə cəllad oliqarx göz dikib…
cumhuriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki uşaq atası xəstəliyinin müalicəsi üçün pul tapa bilmir - ÇARƏSİZLİK...

Masallının Hişkədərə kənd sakini, 37 yaşlı Aqil Bədəlov uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson beyin hüceyrələrinin itirilməsi ilə müşayiət olunan, yavaş-yavaş inkişaf edən beyin xəstəliyidir.

A.Bədəlovun həyat yoldaşı Aytən Bədəlova Meydan TV-yə bildirib ki, həyat yoldaşı Türkiyədə əməliyyat olunaraq xəstəlikdən qurtula bilər. Lakin əməliyyat üçün lazım olan pulu qarşılaya bilmirlər.

“Aqil 6 ildir parkinson xəstəliyindən əziyyət çəkir. Əvvəllər usta kimi çalışırdı, amma xəstəlikdən sonra işləyə bilmir. İki övladımız var, 4 nəfərlik ailə qaynanamın pensiyasının ümidinə qalıb. Müalicələr nəticə vermir, xəstəlik hər keçən gün bir az daha ağırlaşır”,- A.Bədəlova deyib.

Bildirib ki, həyat yoldaşı özhesabına Rusiyaya gedib, olan-qalan pul da Rusiyada müalicəyə xərclənib. Həkimlər Türkiyədə əməliyyat edilərsə, sağala biləcəyini deyirlər: “Türkiyədə əməliyyat 25 min dollara başa gəlir. Maddi imkansızlıqdan çarəsiz qalmışıq, evimizdə nəinki satmağa qiymətli əşya, hətta ərzaq belə yoxdur. Pul ucbatından yoldaşımın vəziyyəti get-gedə pisləşir”.

A.Bədəlova deyir ki, indiyədək müxtəlif təşkilatlara, fondlara, hətta KİV-ə etdiyi müraciətlər cavablandırılmayıb:

“6 və 8 yaşında iki övladımız var. Hər gün atalarının ağrı-acılarına şahid olurlar. Çarəsiz vəziyyətdə yollar axtarırıq, amma işıq ucu görünmür, səsimizi çatdıra bilmirik”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ailənin müraciəti ilə bağlı suala bildiriblər ki, parkinson xəstəliyinin əməliyyatı Xidmətlər Zərfinə daxil deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədərək gömrüyündə ACINACAQLI MƏNZƏRƏ... - "Növbənin ucu-bucağı görünmür..."

Bu ilin ilk günlərindən Sədərək gömrüyündə yük və minik avtomobillərinin Türkiyə keçməsində ciddi maneələr yaranıb. Bu haqda “Gündəlik Naxçıvan”a sürücülər məlumat verib. Onlar hesab edir ki, gömrük əməkdaşları bu problemi süni şəkildə yaradırlar. Türkiyəli sürücü Cəfər Bektaş deyir ki, sıxlığın yaranmasına səbəb keçid sisteminin düzgün qurulmamasıdır:
“Dekabrön 31-də keçidə gəlməyimə baxmayaraq, 2 gün sonra keçə bildim. Növbənin ucu-bucağı görünmürdü. Doğrudur, son zamanlar Türkiyəyə gedib- gələn TIR və avtomobillərin sayı çoxalıb. Lakin, gömrükdə sistemi düzgün qurmayıblar. Bu səbəbdən problem yaranıb. Maşınların keçməsi üçün 4 zolaq var. Onlardan yalnız birində sənədlərə möhür vurulur. Bu isə problem yaradır. Digər palasalarda da möhür vursalar bu qədər növbə olmaz.”
Şəxsi avtomobili ilə tez-tez Türkiyəyə səfər edən Şahin Məmmədov da saatlarla gömrükdə növbədə gözləməkdən şikayətlənir:
“Gömrükdän açqlama verirlr ki, TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdur. Onlar problemin qarşı tərəfdən qaynaqlandığını deyirlər. Guya, sadəcə Türkiyə ilə İran arasında sərhəd bağlandığına görə, TIR-ların hamısı Sədərək gömrüyündən keçir və sıxlıq buna görədir. Bu həqiqətə uyğun deyil. Əgər, 4 zolağın hamısı işləsə, gömrük indikindən 3-4 dəfə artıq maşın buraxa bilər. Hazırda onlardan yalnız biri işlədiyindən, gömrükçülər sənədləşməni çox ləng aparırlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünyada SU BÖHRANI: Bizdə vəziyyət daha acınacaqlıdır... - NƏ ETMƏLİ?

Gün ərzində nə qədər su istifadə etdiyinizi heç düşünmüsünüz? Həm içmək, həm də suvarma üçün istifadə etdiyimiz suyun həcmini hesablasaq, gündə 1 nəfərin payına təxminən 165 litr su düşür. Hələ istifadə etdiyimizdən başqa, israf etdiyimiz suyun həcmini saymadıq.

Elə insanlar var ki, gün içində israf etdiyi suyun miqdarı istehlak etdiyi sudan daha çoxdur. Məhz bu cür insanlar üçün müxtəlif kampaniyalar, təbliğat proqramları keçirilir. Hətta demək olar, hər gün istifadə etdiyimiz ictimai yerlərdə, metro stansiyalarında böyük plakatlarda “Suya qənaət edək!” yazılarının önündən keçir, amma heç görmürük. Görsək də, fikir vermirik. Sadəcə, görüb, keçirik. Təəssüf ki, hələ də məsələnin ciddiyyətini tam olaraq anlamırıq. Evində suyun kəsilmə ehtimalını düşünüb ehtiyatda su yığıb saxlayanlar o ehtiyat bitdikdən sonra qonşulara müraciət etməyə başlayır. Amma dünyada su mənbələri tükənsə, nəinki insanlar, heç ölkələr də bir-birinə müraciət edə bilməyəcək. Onu da nəzərə alaq ki, Azərbaycanın su ehtiyatının 70 faizi xarici ölkələrin ərazisində formalaşır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir konfransda çıxışı zamanı deyib ki, dünyada su mənbələri sürətlə azalır: “Əlbəttə, əhalinin artması su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.

Cənab Ərdoğan deyir ki, hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik: “Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir”.

Suyun təminatı, istehlakı və s. məqsədlərlə Azərbaycanda müxtəlif tədbirlər görülür. Hətta 2020-ci il tarixli 2178 nömrəli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin sərəncamı da var. Sərəncam ölkə ərazisində su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyəti nəzərə almaq, su ehtiyatlarını artırmaq, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatını yaxşılaşdırmaq, həmçinin ekosistemin inkişafı ilə uyğunluğunu təmin etmək məqsədi ilə imzalanıb. Eyni zamanda sərəncamda 10 ədəd yeni su anbarı, 20 ədəd suvarma kanalı, 1 ədəd korrektor dirəmə şəbəkəsi, 1 ədəd də hidroqovşağın yenidən qurulması nəzərdə tutulub.

Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru, ekoloq, su mütəxəssisi Rövşən Abbasov Pressklub.az saytına açıqlamasında bildirib ki, son 10 ildə Azərbaycana xarici ölkələrdən gələn suyun miqdarı 2 dəfəyə yaxın azalıb.

“İnsanların artımı suya olan tələbatı da artırır. Bütün ölkələrdə suya tələbat artıb. Bunun səbəbi insan artımı ilə yanaşı, ərzaq istehsalının artması və insanların yaşayış tərzinin dəyişməsidir”.

Ekoloq deyir ki, hazırda dünyada urbanizasiya prosesi gedir. İnsanlar kənd yerlərini tərk edib, kütləvi halda şəhər yerlərinə köçürlər. Şəhərlərdə isə su istehlakı kənd yerlərinə nisbətən çox yüksək olur. İnsanların yaşayış səviyyəsi nə qədər yüksəlirsə, yaşayış mühiti dəyişirsə, onların suya tələbatı da artır.

Rövşən Abbasovun sözlərinə görə, Azərbaycan, eləcə də Türkiyə bu qəbildən olan ölkələrdir. Bizim su ehtiyatının 70 faizi xarici ölkələrin ərazisində formalaşır. Son 10 ildə Azərbaycana xarici ölkələrdən gələn suyun miqdarı 2 dəfəyə yaxın azalıb.

Abbasov deyir ki, su üstündə bir çox ölkələr arasında gərginlik var. Türkiyə, Gürcüstan, Ermənistan, İranda suya olan tələbat getdikcə artır. Bu isə əlbəttə, ölkələr arasında müəyyən gərginliklərə gətirib çıxarır. Məsələn, Türkiyə ilə Suriya və İraq, Tacikistanla Özbəkistan, Efiopiya ilə Misir arasında suya görə gərginlik var.

Müsahibimiz deyir ki, su getdikcə daha qiymətli resursa çevrilir və elə həddə çata bilər ki, su üstündə daha böyük münaqişələr yaransın: “Su qıtlığının qarşısını almaq üçün əsas yol suya qənaətdir. Quraqlığa uyğunlaşmış kənd təsərrüfatı qurulmalı, ölkələrarası müqavilələr imzalanmalıdır. Bizdə su itkisi çoxdur. Bunların qarşısı tədricən yox, tam formada alınmalıdır”.

Deməli, suvarma suyu ilə bağlı dünya həyəcan təbili çalır. Azərbaycanda da bu risk gözlənilir. Görəsən, içməli suyun vəziyyəti nə yerdədir?

Yeri gəlmişkən, içməli su təminatı ilə Azərsu Açıq Səhmdar Cəmiyyəti (ASC) məşğul olur.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Pressklub.az-a açıqlamasında bildirdi ki, hazırda ölkənin şirin su ehtiyatlarının cəmi 2-2,2 faizi içməli suya yönəldilir: “Bu baxımdan, içməli su ilə bağlı sıxıntı yoxdur”.

Azərbaycanda suvarma suyuna isə yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzarət edir və suyun təminatı prosesini həyata keçirir. Azərsu ASC bildirdi ki, içməli su ilə bağlı problem yoxdur. Görəsən, suvarma su təminatında vəziyyət nə yerdədir?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə mövzuya aydınlıq gətirib. O, Pressklub.az-a açıqlamasında deyib ki, nə su mənbələri, nə də su ehtiyatları tükənir.

“Qlobal iqlim dəyişikliklərinin təsirləri, bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunur. Azərbaycan bu baxımdan riskli ölkələr qrupunda yerləşir. Ölkənin su ehtiyatlarının təxminən 70 faizi ölkə xaricində formalaşır”.

Müsahibimiz deyir ki, Kür, Araz, Samux çayları başda olmaqla, ümumilikdə 21 transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan su ehtiyatları yerüstü su ehtiyatlarımızın 70 faizini təşkil edir. Qalan su ehtiyatları ölkə sərhədləri daxilində yerli çaylardan formalaşır: “Amma transsərhəd çayların yolboyu keçdiyi bütün qonşu ölkələrdə də, Azərbaycanda olduğu kimi, qlobal iqlim dəyişikliklərinin təsirləri müşahidə olunur. Nəticədə buxarlanma, sudan istifadənin artımı və s. səbəblərdən bu çayların axını istiqamətində sonuncu ölkə – Azərbaycana daxil olan su ehtiyatlarında son illərdə müəyyən azalmalar müşahidə olunur”.

Onun sözlərinə görə, təxminən son 30 ildir ki, Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmirdik. Yaxın gələcəkdə isə ondan yararlana biləcəyik: “Qarabağın ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir. Bu ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 ədəd su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə 5 ədəd – Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindəyik. Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir”.

Axundzadə deyir ki, su təminatında problem yaranması proqnozlaşdırılmır. Çünki Dövlət Su Komissiyası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə anbarların iş rejiminin nizamlanması, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bununla yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, o cümlədən su ehtiyatlarından səmərəli istifadə məqsədilə önümüzdəki illərdə 10 ədəd yeni su anbarının tikilməsi, o cümlədən 18 ədəd suvarma kanalı, 1 ədəd hidroqovşaq və 1 ədəd kollektor-drenaj şəbəkəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.

Su hər bir xalqın əvəzedilməz sərvətidir. Təsadüfi deyil ki, 1993-cü ildən bu günədək hər il martın 22-si Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, Ümumdünya Su Günü kimi qeyd edilir.

Araşdırmalara görə, dünyada orta hesabla 1,6 milyard insan təhlükəsiz və təmiz su ehtiyatlarına çıxışda problem yaşayır. Təxminən 4 milyard insan ildə ən azı bir ay su qıtlığından əziyyət çəkir.

Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 2030-cu ilə qədər hamı üçün su çağırışı ediləcək. Məlumatlar göstərir ki, yer səthində su qıtlığı artmaqdadır və 2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu su qıtlığı yüksək olan regionlarda yaşayacaq.

Bu qıtlığın qarşısını almaq üçün hər kəs səfərbər olmalıdır. Lazımsız yerə su israfına yol verməməliyik. (Pressklub)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hicranın VALEH OLUNASI SƏRVƏTİ... - İLGİNC FAKTLAR

Keçən ilin may ayında “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunaraq onun yerinə Hicran Valehov təyin edilib. Hicran Valehov indiyə qədər “Azərbaycan Dəmir Yolları” İdarə Heyətinin sədr müavini olub. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az olaraq bildirək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaların başında Hicran Valehov dayanıb. Əslən Kəlbəcərdən olan və Cavid Qurbanovun kadrı kimi tanınan Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib.

İxtisasca sığorta müfəttişi Hicran Valehov Avropada geniş biznes şəbəkəsi qurub. Beləki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı “ELUREL TRANS S.R.O.” şirkəti 2018-ci ilin aprel ayının 4-dən Hicran Valehovun adına rəsmiləşdirilib. Sənədlərə görə, cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.

Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “CETS, s.r.o.” şirkətinin sənədlərinə görə, 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə “ALLİANCE – GROUP” şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan “CETS, s.r.o.” hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, bu şirkət istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda “Alliance-group.eu, spol. s r.o” şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).“Alliance-group.eu, spol. s r.o” daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur. Şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib. Birdən birə STP-də peyda olan Hicran Valehov qısa müddətdə buranı da öz biznes obyektinə çevirib. Maliyyə xidmətinə öz kadrlarını yerləşdirən Valehov bütün əsas yeyinti vəzifələrində etibarlı adamlarını əyləşdirib. Qalmaqallı dəmiryolçunun STP əməlləri haqqında növbəti yazımızda.

cumhuriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

STM-nin avtomobillərini elm-tədqiqat işləri görən şirkət təmir edəcək? - İcazə verin, şübhələnək...

“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Auto Mark UA CO” MMC (VÖEN- 1905612901) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət STM-yə məxsus nəqliyyat vasitələrinin – “Toyota Camry”, “Honda Pilot” və “Ford Custom” markalı avtomobillərin cari təmirini həyata keçirəcək və qarşılığında 14 min 865 manat alacaq.
Məlumat üçün qeyd edək ki, STM-yə məxsus nəqliyyat vasitələrini təmir edəcək şirkət yeni yaranıb. “Auto Mark UA CO” MMC 2 may 2023-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Ayaz Akif oğludur.
“Auto Mark UA CO” MMC qeydiyyata alınan zaman qanuni təmsilçisi Ələkbərova Rahilə Tahir qızı olub. “Auto Mark UA CO” MMC-dən başqa may ayında Ələkbərova Rahilə Tahir qızının qanuni təmsilçi olduğu və Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin də (“Napco Group” MMC və “Cremaland PTE AS CO” MMC) qanuni təmsilçiləri sonradan dəyişdirilib.
May ayında qeyd olunan ünvanda - Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında eyni şəxsin (Əliyev Hüseyn Yasəf oğlu) qanuni təmsilçi olduğu daha 5 MMC də dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, adları qeyd olunan şirkətlər barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətlərin nə veb-saytları, nə sosial şəbəkə hesabları mövcuddur. Qısa müddətdə 3 tenderin qalibi olan “Auto Mark UA CO” MMC-nin də hansı təcrübəyə və peşəkarlığa sahib olduğu da bilinmir.
Xatırladaq ki, STM tərəfindən daha əvvəl də bu cür müəmmalı tender müsabiqələri keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bahəddin Leysanov məni öz şəxsi torpağında işlətsə də..." - NARAZILIQ VAR...

Salyan rayon sakini Nuriyev Qabil Dünyamalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Salyan pambıq zavodunda traktorçu işlədiyini bildirən şikayətçi deyir ki, onu haqsız yerə işdən çıxarıblar:

“Mən, Nuriyev Qabil Dünyamalı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, məni saxta işlərlə günahlandıraraq, işdən cıxarıblar.

Zavodun müdidir Bahəddin Leysanovdur. Şirkətin Bakı şəhərində də filialı var.

B.Leysanov məni öz şəxsi torpağında işlədib. Onun üçün qeyri-qanuni olaraq 1000 hektar yer şumalmışam. Sonradan onun torpağını şumlamadığıma görə, texnikanı əlimdən aldı, məni işdən çıxardı.

Heç bir günahım olmadan işdən çıxarılmışam.

Xahiş edirəm ki, məni şirkətin Bakı filialına işə götürsünlər. Evdə xəstəm var, sinir xəstəsidir, iynə dərmanlarını ala bilmirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Arkoz”un Naxçıvanda apardığı işlər heç “Afrika standartlarına” da uyğun gəlmir... - İTTİHAM VAR...

“İstisna etmirəm ki, “Arkoz” şirkəti Gürcüstanda hansısa layihəni uğurla həyata keçirir. Buna şübhə etmək üçün əlimdə hər hansı dəlil yoxdur. Mənim bildiyim şirkətin Naxçıvanda gördüyü işlərdir. Təəssüf ki, eyni sözləri şirkətin Naxçıvandakı işləri barədə demək mümkün deyil”.

“Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi” MMC-nin sədri İsmayıl Əhmədov Ovqat.com-a açıqlamasında belə deyib.

O bildirib ki, “Arkoz” şirkətinin rəhbərliyi mətbuata verdiyi açıqlamasında Gürcüstan hökumətinin onlara iri layihələr verdiyini, şirkət isə həmin layihənin inşasına Naxçıvan inşaatçılarını cəlb etdiyini vurğulayıb: “Bununla da sanki Naxçıvanda həyata keçirdikləri layihələrin təhvil verilməməsinin günahını başqalarında axtarırlar. Halbuki, həmin tikintilərdəki vəziyyət açıq-aşkar ortadadır. O cür işi heç bir ciddi hökumət qurumu təhvil götürməz və Naxçıvanın yeni hakimiyyəti də götürmür”.

Həmsöhbətimiz eyni şirkətin Naxçıvanda başqa, Gürcüstanda başqa cür iş görməsinin səbəbini dövlət orqanlarının məsələyə yanaşmasındakı fərqlə izah edib. Bildirdiyinə görə, Gürcüstanda dövlət orqanları aparılan tikintilərə ciddi nəzarət edirlər: “Böyük ehtimalla, Gürcüstanda layihələrin necə icra olunduğunu ciddi şəkildə yoxlayan qurumlar var. Ən əsası isə, “Arkoz” orada, yəqin ki, layihəsi və smetası müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihələri icra edir. Həmin şirkətin Naxçıvanda apardığı işlərdə isə bu kriteriyaların heç biri olmayıb. Nə tikintilərə nəzarət edilib, nə pulu alıb vicdanlar işləyiblər, nə də tikintinin aparılması üçün müvafiq sənədləşmələr aparılıb. İşin keyfiyyətinə isə ümumiyyətlə əhəmiyyət verilməyib. Sadəcə, Naxçıvanın keçmiş hakimiyyəti ilə əlbir olub, layihələrə ayrılmış vəsaiti talayıblar. Beləliklə də qısa müddət ərzində “Fəhlə Emin” varlanıb olub “Bəy Emin”. Naxçıvan camaatının boğazından kəsdiyi pulları aparıb Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə öz biznesinə yatırıb. Həmin ölkələrdə isə tikintiyə ciddi dövlət nəzarət olduğundan mümkündür ki, işi də keyfiyyətli görürlər”.

İsmayıl Əhmədov Emin Uçara və onun şirkətinin mütəxəssislərinə məsləhət bilib ki, Avropa standartlarından danışmasın. Çünki “Arkoz”un Naxçıvanda apardığı inşaat işləri nəinki Avropa, heç “Afrika standartlarına” da uyğun gəlmir:

“Naxçıvanın nəyi var talayıb özlərinə imperiya qurublar. Bir də utanmadan gördükləri işin keyfiyyətindən danışırlar. Naxçıvan camaatı sizin kim olduğunuzu yaxşı bilir. Başınıza 3-5 özünüzə bənzər adam toplamaqla günəşin üzünü palçıqla malaya bilməzsiniz. Hamıya gün kimi aydındir ki, siz Naxçıvanın o dövrdəki hakimiyyəti ilə əlbir olub, Muxtar Respublikanı talan edibsiniz”.

Emin Uçarı “Fəhlə Emin” adlandırmasının bəzi çevrələr tərəfindən səhv anlaşıldığını və yaxud qəsdən fərqli təsəvvürlər yaradılaraq bir qaşıq suda fırtına qoparıldığını bildirən Əhmədov vurğulayıb ki, bu ifadə ilə kimisə təhqir etmək niyyətində olmayıb. O, sadəcə “Emin Uçar Naxçıvana böyük investisiyalar qoyub” deyənlərin fikirlərini yalanlamaq istədiyindən çox da uzaq olmayan tarixdə yaşanmış bir faktı xatırladıb: “Fakt budur ki, Emin Uçar 30 il əvvəl Naxçıvana parket ustası kimi gəlib. Oraya hər hansı investisiya planı və ya vəsaiti ilə gəlməyib. Əksinə, Vasif Talıbovun yaxınlarının vasitəsilə götürdüyü layihələrdən milyonlar, yüzmilyonlar qazanıb və həmin pulları ölkədən çıxarıb. Üstəlik, naxçıvanlı fəhlələri də istismar edib. Eyni işi görən yerli işçilərə 1, Türkiyədən gətirdiyi işçilərə isə 10 qat əmək haqqı verib. Belə olduğu halda, onun Naxçıvana hansı investisiya yatırdığından danışmaq mümkündür? Mənim dediyim budur. Yoxsa ki, şərəfli peşə sahibi olan fəhlələri aşağılamaq niyyətində deyiləm. Onlar həqiqətən də alın təri ilə çörək pulu qazanan zümrədirlər. Halal pulla dolanıb övladlarının boğazından haram tikə keçirmirlər. Emin Uçarda bu mənada fəhlə halallığı da olmayıb. Əksinə öz məsləkdaşlarına qul-kölə kimi baxıb və onları istismar edib”.

O ki qaldı “Arkoz”un Gürcüstan hökumətindən götürdüyü işlərə Naxçıvan inşaatçılarını cəlb etməsinə, İsmayıl Əhmədov bunun da Emin Uçarın Muxtar Respublika əhalisinə duyduğu sayğıdan irəli gəlmədiyini düşünür: “Əvvəla, Gürcüstanda götürülən layihələrdə Naxçıvan fəhlələri ilə yanaşı Türkiyə mühədisləri də işləyirlər. Əgər “Arkoz” Naxçıvandakı iş qiymətləndirilməsini Gürcüstanda da davam etdirirsə, deməli bizim fəhlələr orada da Türkiyə vətəndaşları olan həmkarlarından 3 qat, 5 qat aşağı maaş alırlar. Şəxsən mənim fikrimcə, “Arkoz” naxçıvanlı fəhlələrə aşağı maaş verdiyi üçün Gürcüstandakı işlərə bu insanları cəlb edib. İnanıram ki, Emin Uçar Afrika cəngəlliklərində iş götürsəydi, oraya da fəhlələri Naxçıvandan aparardı. Çünki o, Naxçıvan fəhlələrinə dünyanın ən ucuz işçi qüvvəsi kimi baxır. Budurmu, Naxçıvana və naxçıvanlılara göstərilən hörmət?”.

Həmsöhbətimiz sonda onu da vurğulayıb ki, yaxın günlərdə Naxçıvanda yeni tikinti layihələri həyata keçiriləcək və yerli fəhlələr haqq etdikləri maaşları alacaqlar: “Ümumiyyətlə dövlət büdcəsindən bu il Naxçıvanda aparılacaq inşaat işlərinə 245 milyon manata qədər vəsait ayrılıb. Bir çox böyük layhələr həyata keçiriləcək. Fəhlələr, mühəndislər də haqq etdikləri maaşları alacaqlar. İnanıram ki, işsizlik ucbatından Gürcüstana gedib öz əməklərini ucuz qiymətə “Arkoz”a satmağa məcbur olan fəhlələr geri qayıdacaq və öz məmləkətlərinin yenidən inşasına qatılacaqlar. Fəhlə əməyinə verilən qiyməti onda görəcəklər və keçmişdə necə istismar olunduqlarının fərqinə varacaqlar”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO