[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
202 saylı körpələr evində BÖYÜK TAMAHKARLIQ... - BU NƏDİ BELƏ?!

Dünən Bakı şəhəri Xətai rayonu 202 saylı körpələr evi ilə bağlı qalmaqal yarada biləck iddiaları təqdim etdik. Qeyd edək ki, iddiaların müəllifi 202 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəlliməsi Alıyeva Ruhəngiz Abduləli qızıdır. Onun nədən çalışdığı bağçadakı özbaşınlıqları ifşa etməyinə gəlincə isə bu barədə növbəti yazımızda məlumat verəcəyik.

İndi isə keçək Ruhəngiz xanımın yeni iddialarına... O yazır:

ƏVVƏLKİ İDDİA BURADA: 202 saylı körpələr evində `ÖLÜ CANLAR`... - İTTİHAM VAR... My Webpage

"Özbaşınalıqlardan biri də dövlət vəsaitinin mənimsənilməsi faktıdır. Belə ki, uşaqların gündəlik sayının artıq yazılması nəticəsində dövlət tərəfindən göndərilən ərzağın mənimsənilməsi halı baş verir. Bundan əlavə, dövlətimiz uşaqlara ayrılan paltar və yataq dəstlərinin yuyulması üçün hər bir şərait yaratdığı halda paltarlar yuyulmaq üçün evlərə göndərilir. Halbuki bu vəzifəni icra etmək üçün ayrıca ştat, paltaryuyan maşın, hər dəfə dövlət tərəfindən göndərilən yuyucu vasitələr var.

Müdir bağça daxilində qeyri-qanuni işlərlə də məşğuldur.Beləki, Heydərova Kəmalə texniki işçi olduğu halda illərdir tərbiyəçi vəzifəsində işləyir. Simuzər öz gəlini üçün də bağça daxilində biznes yaratmışdır. Beləki, bağçada uşaqlara rus dili öyrətmək adı altında valideynlərdən əlavə pullar alır. Bağçanı kursa çevirmişdir. Müdir bütün bu qanunsuzluqların ortaya çıxmamağı üçün əvvəllər həmin bağçada tərbiyəçi vəzifəsində işləyən,ixtisası metodist vəzifəsinə uyğun olan Gülzar Ağamalıyevanı bağçaya metodist vəzifəsinə təyin etmişdir. Lakin metodist vəzifəsini isə müdirin əlaltısı olan Mahirə xanım yerinə yetirir.Çünki bağçanın müdiri kənardan başqa metodistin gəlməyini istəmir.Ona görə də Gülzar xanımın adını metodist yazdırıb ki,bu özbaşınalıqlar ortaya çıxmasın..Bağçalar Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərdiyi müddətdən etibarən yoxlama gəldikdə müdir Gülzar xanımı həmin günü işdən yayındırır. Müdir əlaltısı olan Mahirə xanımın vəzifəsi tərbiyəçi getsə də, heç vaxt vəzifəsini yerinə yetirməyib. Gülzar xanımın zəifliyindən istifadə edərək illərlə qeyri-qanuni olaraq müdirin başçılığı altında metodist vəzifəsini icra edir. Hətta, müdir Mahirə xanım üçün xüsusi otaq belə ayırmışdır. Yəqinki onda ikili mühasibatlıq sənədi vardır.Bundan əlavə bağçaya ayrılmış əsas vəsaitlərin hərəkətinin da yoxlanılmasını xahiş edirəm. Ona görə ki, bu yay həyətdəki gülləri ağacları sulamaq üçün ayrılan rezin borular dövlət tərəfindən toplarla yeni göndərildiyi halda heç birini üzə çıxarmadılar. Həyətə su vermək üçün dövlət tərəfindən xüsusi ayrılmış motor quraşdırılmadı. Nəticədə gül çiçəklər hamısı susuzluqdan yandı. Yəqinki müdirin motorun quraşdırılmasında heç marağı da yoxdur".

DAVAMI VAR...

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş prokurorluğun Sumqayıt Tibb Kollecində araşdırmağa aparmağa ciddi əsaslar

Cari ilin aprelin 24-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işinin başlanılması barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Sumqayıtda fəaliyyətdə olan daha bir korrupsiya yuvasından da biz bəhs etmək istərdik.

Aktualinfo.org hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli başqa bir qurumda, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada tədris ocağında dövlət satınalmalarında yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu proseduru keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib. Hansı ki, dəfələrlə yazmağımıza baxmayaraq təkzib olunmayıb. Həmin qanunsuzluqlar sözügedən qurumda bu gün də davam etməkdədir.

Belə ki, Sumqayıt Tibb Kolleci tərəfindən tikli və avadanlıqların cari təmiri (büdcə) üzrə 17.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 21.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.997,5 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətləri (büdcə) üzrə 04.12.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 20.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.981,64 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən tikili və avadanlıqların cari təmir işləri (budcədənkənar vəsaitlər) üzrə 20.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.003,39 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.510 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Bunları niyə ən xırda detalları ilə diqqətinizə çatdırırıq? Çünki Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC də elə noyabr ayında dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRAN AS” (VÖEN 1605321401) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.11.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, E.İSAKZADƏ, ev 63, m. 97, qanuni təmsilçisinin isə Fətaliyev Ağalar Nahid oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi MMC Sumqayıt Tibb Kollecinin dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başladığı kotirovka sorğusundan cəmi 10 gün əvvəl dövlət qeydiyyatına alınıb. Belə olan təqdirdə bir ayın içində yeni yaradılmış bir MMC ilə ayrı-ayrı lotlar üzrə ümumi olaraq 59 491 manat məbləğində 4 satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?

Buna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə don geyindirəcək?

Göründüyü kimi Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın hiss olunur. Kollecin Tender Komissiyasının ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, olmalıdır. Lakin kotirovka sorğusu keçirilməzdən 10 gün əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -nin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Hələ bunlar azmış kimi, Sumqayıt Tibb Kollecinin Tender Komissiyası kotirovkaları bir mənbədən satınalma metodu ilə keçirib ki, qanun 10 gün əvvəl yaradılmış bir MMC-nin belə prosedurlarda iştirakına qəti yol vermir.

Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. Məlumatlara görə o, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur. Bakıda geniş restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Elektron mediada yayılmış bəzi məlumatlarda Rəfayıl Eyvazova vaxtılə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənov da himayədarlıq edib.

Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç bir şərait nə tədrisin keyfiyyəti, nə də tələbələrin dərsə davamiyyəti yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik dövlət vəsaitlərinin talan edilməsi halları da var. Gördüyünüz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Sumqayıt Tibb Mərkəzi”ndə olduğu kimi, Sumqayıt Tibb Kollecində də araşdırmağa aparmağa, cinayət işi başlamağa ciddi əsaslar da çoxdu.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkarla məşhur iş adamı arasında külli miqdarda borc davası – Nə baş verib?

Sahibkar Oruc Məmmədovla qalmaqallı iş adamı Müqayis Verdiyev arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, Oruc Məmmədov Müayis Verdiyev barəsində Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdı.

O, paralel olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətini də məhkəməyə vermişdi. Oruc Məmmədovun tələbi maddi ziyanın ödənilməsi ilə bağlı idi. Birinci instansiya məhkəməsinin qərarı Oruc Məmmədivu qane etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Lətif Məmmədovun icraatındadır. Prosesin vaxtı hələ ki, müəyyənləşməyib.

Araşdırmalarımız zamanı məlum olub ki, Müqayis Verdiyevin Oruc Məmmədova külli miqdarda borcu var. Müqayis Verdiyev onu dövlət büdcəsi hesabına həyata keçirilən abadlıq və quruculuq işlərinə cəlb edib. Oruc Məmmədov bu layihədə inşaat materiallarının təchizatçısı kimi iştirak edib. İnşaat materiallarını nisyə alan Müqayis Verdiyev sonradan onların pulunu ödəməyib.

Abadlıq və quruculuq işləri Sumqayıt şəhərində görülüb. Bu baxımdan, Oruc Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib.

Məlumat üçün deyək ki, 44 günlük müharibədən sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında təmir və abadlıq işlərinin görülməsi Müqayis Verdiyevə tapşırılıb.

Maraqlıdır ki, Müqayis Verdiyev Sumqayıt bulvarının yenidən qurulması layihəsində də əsas fiqurant olub. Bu layihə başa çatandan sonra məlum olub ki, işə cəlb olunmuş sahibkarların pulları verilməyib.

Ona görə də 2016-cı ildə Müqayis Verdiyev dədləduzluqda təqsirləndirilərək həbs edilib. Lakin iş adamı baş verənlərə görə məsuliyyəti Sumqayıtın icra başçısı Zakir Fərəcovun üzərinə atıb.

Müqayis Verdiyev 12 il azadlıqdan məhrum edilsə də, qısa müddət sonra həbsdən çıxıb və Zakir Fərəcov yenə də Sumqayıtdakı abadlıq işlərini ona taprşırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ayağım tutmur, deyirlər, işlə" - NARAZILIQ VAR...

Məhbubə Musayeva 2004-cü ildən 2-ci Zabrat qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayır.

Keçirdiyi avtomobil qəzasından sonra ayağının sındığını və bu səbəbdən də rahat hərərkət edə bilmədiyini deyir.

O evin yararsız vəziyyətdə olmasından, dolanışığından şikayətçidir.

Mənbə: Toplum TV
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"“Azərcell” şirkəti soyğunçuluqla məşğuldur" - GİLEY

“Azərcell” şirkəti soyğunçuluqla məşğuldur.

AFN.az-ın xəbərinə görə, bunu ictimai fəal Elyar İslamoğlu (Əpoş Vəliyev) sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, “Azərcell” nömrəsi ilə "Baktelecom"a zəng edib. Növbədə 12-ci adam olduğu halda növbəsi 2-yə çatanda "Azərcell" balansını silib və danışmaq mümkün olmayıb. "Heç bir danışıq olmadan balansımdan 3 manata yaxın vəsait silindi" - deyən Elyar bəyin redaksiyamıza ünvanladığı skrinşotdan da görünür ki, onun balansından 2.61 AZB çıxılıb. Şikayətçi bildirir ki, bu, yalnız zəng üçün çıxılan balansdır: “Bir "ALO" belə dmədən bu qədər məbləğ siliblər, problemi deyə bilməmişəm. Tək “Baktelecom” üçün deyil, “Azərsu”, “Azərqaz”, “Azərişıq” və digər xidmətlərə də zəng edib xətdə gözləyəndə balansımız boşalır, problemi deyə bilmirik. Rəşad Nəbiyevin birbaşa özünə facebookdan, nazirliyin emailinə də məktub ünvanladım. Amma nəticəsi olmadı”.
Qeyd edək ki, E.İslamoğlunun şikayəti ilə bağlı “Azərcell” şirkətinə ünvanladığımız sorğu cavabsız qaldı.


Mənbə: AFN.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüzlərlə dəmirağacı düşməncəsinə kəsilib – Muxtar Babayev buna da səssiz qalacaq? (Video)


Cəlilabad meşəbəyliyinin 9 sayli dolayında kütləvi qırıntı faktları aşkarlanıb.

Ekofəal Məhəmməd Adiyevin Aztoday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, dolayda “Qırmızı kitab”a düşmüş, Azərbaycan təbiətinin ən nadir bitkisi olan dəmirağacı ağacları belə kütləvi şəkildə qırılıb.

Həmin görüntüləri təqdim edirik:

Ümid edirik ki, heç olmasa, bu dəfə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yüzlərlə dəmirağacının kəsilməsi ilə bağlı adekvat tədbir görəcək. Çünki 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində minlərlə qırıntı faktına demək olar nazirlik səssiz qalıb və bəzi hallarda göndərilən yoxlamalar meşə mafiyasının qanunsuz əməllərini ört-basdır edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də münasibətini öyrənməyə cəhd edəcəyik.

Aztoday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
13 milyon AZN-lik müqavilə bağladığı QSC-nin vergi borcu üzə çıxdı - FOTOFAKT

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması" iə bağlı elan etdiyi tenderin qalibi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 13.647.698,72 AZN-dir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib QSC-nin külli miqdarda vergi borcu var. Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin hazırki vergi borcu 258 min manatdan çoxdur (258093.13AZN).

Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə nğvbəti dəfə tender müqaviləsinə imza atıb. Bundan öncə idarə ilə sözügedən QSC arasında bir müddət öncə "Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması" ilə bağlı 6.964.929,17 AZN imzalanmışdır.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” qanunvericilikdə olan şirkətlərin qanunvericiliklə müəyyən edilmiş tenderdə iştirakına icazə verilir.

Bundan əlavə Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin vergi borcu ola-ola tender müqaviləsi bağlaması ilə bağlı bu xəbər ilk deyil. Mediada gedən məlumatlara görə, “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildə Bakı Dövlət Universitetinin keçirdiyi "bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması" müsabiqəsinin qalibi olub. Həmin tenderin müqavilə məbləği isə 717 min 332 manat 90 qəpik olub. məlumatda qeyd edilib ki, bu zaman dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu olub.

Yerli mediada 2021-ci ildə gedən digər məlumata görə, “Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçib. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinirb. Bəlli olub ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib.

Xatırladaq ki, 2022-ci ildə elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə yeni rəisi Valeh Mirzəliyev olub.
13 milyon AZN-lik müqavilə bağladığı QSC-nin vergi borcu üzə çıxdı - FOTOFAKT

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO