[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün fotosu


Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir.

Erməni baş nazirin görüşdən yayılmış fotosu sosial şəbəkədə gündəm olub. Belə ki, həmin fotoda Paşinyanın fikrə getməsi izləyicilərin gözündən yayınmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təsdiqləndi: Rəisi bu tarixdə Türkiyəyə gedir


İran Prezidenti İbrahim Rəisi yanvar ayının ilk həftəsində Türkiyəyə səfər edəcək.

Bu barədə İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib.

O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Səfər zamanı Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının da iclasının keçirilməsi gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peskov: “Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq.

İranın Avtomobil Nəqliyyatı Təşkilatının sədri Daryuş Əmani bu gün Gilan əyalətinin başçısı Əsədullah Abbasinin də iştirak etdiyi Astara sərhədində tikinti layihələrinin gedişi ilə tanış olarkən, bu terminalın tikintisi üçün vəsaitin gələn ilin büdcəsində müəyyən ediləcəyini açıqlayıb.

Məlumata görə, İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkətinin ikiqat artmasına toxunan Gilan valisi deyib:
“Bu səfərdə Astara selindən sonra binalara dəyən ziyan, yük maşınlarının sərhəd məntəqəsinə giriş-çıxışının təşkili, yük maşınlarının hərəkəti nəticəsində yaranan sıxlığın aradan qaldırılması kimi əsas məsələlərə baxılıb.
Terminalın tikintisi İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın iştirakı və Azərbaycan ilə müqavilənin bağlanması əsasında başlayıb. Ümid edirik ki, işlər daha da sürətlənəcək”, -o, əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq.

İranın Avtomobil Nəqliyyatı Təşkilatının sədri Daryuş Əmani bu gün Gilan əyalətinin başçısı Əsədullah Abbasinin də iştirak etdiyi Astara sərhədində tikinti layihələrinin gedişi ilə tanış olarkən, bu terminalın tikintisi üçün vəsaitin gələn ilin büdcəsində müəyyən ediləcəyini açıqlayıb.

Məlumata görə, İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkətinin ikiqat artmasına toxunan Gilan valisi deyib:
“Bu səfərdə Astara selindən sonra binalara dəyən ziyan, yük maşınlarının sərhəd məntəqəsinə giriş-çıxışının təşkili, yük maşınlarının hərəkəti nəticəsində yaranan sıxlığın aradan qaldırılması kimi əsas məsələlərə baxılıb.
Terminalın tikintisi İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın iştirakı və Azərbaycan ilə müqavilənin bağlanması əsasında başlayıb. Ümid edirik ki, işlər daha da sürətlənəcək”, -o, əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda Medianın İnkişafı Agentliyi LƏĞV EDİLDİ

“Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, agentlik ləğv edilib və bu sərəncamdan irəli gələn bütün məsələlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş

Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.

“Qaynarinfo”nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.
Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı üzə çıxıb.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ÜST-dən qlobal qızılca təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsinin qalmağa davam edəcəyini açıqlayıb.

Təşkilatdan verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb.

Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18%, ölüm halları isə 43% artıb:
“ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 000-ə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb”.

Qeyd edək ki, qızılca peyvəndi immunizasiya proqramlarının əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95%-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır. Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni təmirdən çıxan BDU-da istilik sistemi niyə işləmir?


Yeni təmirdən çıxan BDU-da istilik sistemi niyə işləmir?Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən 2 satınalmaya yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, hər iki satınalma bir mənbədən satınalma üsulu ilə keçirilib.
Satınalmanın nəticəsinə görə, “Euroservise” MMC (VÖEN – 1503047971) 19 dekabr 2023 – 30 aprel 2024-cü il tarixləri arasında universitetin yeni qazanxanasına qaz xətti çəkəcək və qarşılığında 76 min 590 manat 44 qəpik alacaq.
“TFM-Smart Project” MMC (VÖEN – 6001055841) isə 2 saylı tədris binasının əsaslı təmiri işləri ilə bağlı mövcud olan layihə-smeta sənədlərinə əlavələr hazırlaycaq və qarşılığında 135 min 169 min manat alacaq.
Tender müsabiqələriylə bağlı diqqət çəkən məqam odur ki, 2 saylı korpusda əsaslı təmir işləriylə bağlı tender müsabiqəsi bu ilin əvvəlində keçirilib. Tenderin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub. Qalib şirkətə 10 milyon 950 min 396 manat 33 qəpik ayrılıb. Müsabiqənin şərtlərinə görə 2 saylı korpusda əsaslı təmir işləri bu ilin dekabr ayının 30-da başa çatmalı idi.
Sentyabr ayının 8-də mətbuatda yer alan məlumatlarda bildirilir ki, 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Qeyd edilib ki, qazanxana və drenaj sistemi yenilənib.
Maraqlıdır ki, sentyabr ayında açıqlanan məlumatlarda 2 saylı korpusda əsaslı təmir işləri başa çatmaq üzrə olduğu bildirilsə də, BDU 3 ay sonra - dekabr ayında əsaslı təmirlə bağlı 135 min manatlıq yeni layihə-smeta sənədləri hazırlayır. Eyni zamanda yeni qazanxanya yeni qaz xəttinin çəkilməsi korpusun istifadəyə verilməsindən 3 ay sonra – qış fəslində həyata keçirilir. Hər iki satınalma da bir mənbədən satınalma üsulu ilə keçirilib.
Məlumat üçün onu da bildirək ki, dekabr ayının 18-də Bakı Dövlət Universitetinin müəllimi Araz Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, tədris müəssisəsinin auditoriyalarında bir həftədir ki, soyuqdur, istilik sistemi isə işləmir.
Bu paylaşımdan 5 gün sonra Araz Əliyev polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 25 sutka inzibati həbsə məhkum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Rusiyadadır - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
Prezident Rusiyadadır - Fotolar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Əmirullayev Botanika İnstitutunda islahat aparacaq


Elm və Təhsil nazirliyi Botanika institutunda islahat apara bilər.

Xalqxeber.az-ın əldə etdiyi məlumata görə nazirliyin aparacağı islahat kadr və institutun strukturunu əhatə edəcək. Belə ki, İnstitutda baş direktor və icraçı direktorun vəzifələrindən uzaqlaşdırılacağı, hazırda fəaliyyət göstərən laboratoriyaların və iki şöbənin birləşdiriləcəyi, bir şöbənin isə ləğvi gözlənilir.

Qeyd edək ki, ötən il Prezidentin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasından alınaraq Elm vəTəhsil nazirliyinin tabeliyinə verilib.

İnstitutun baş direktoru Səyyarə İbadullayevadır.

S.İbadullayeva 2021-ci ildən Botanika İnstitutuna rəhbərlik edir.

Xalqxeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO