[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gözoxşayan Laçın küçələri - VİDEO

Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

Laçından son görüntüləri Azərbaycan Dövlət Televiziyası (“AzTV”) birbaşa bağlantı ilə təqdim edib.

Videoreportajdan görünür ki, Laçında yeni binaların tikintisi sürətlə davam etdirilir, bəzi binalar restavrasiya olunur.

Laçın küçələrindən son görüntüləri təqdim edirik:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“SpaceX” daha 23 internet peykini orbitə çıxardı

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 “Starlink” peykini orbitə çıxarıb.
Kompaniyadan verilən məlumata görə, daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb. Daşıyıcı raketin artıq 19-cu dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına eniş edib.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 131-ci, cari ildə isə 62-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,6 mindən çox peyk buraxıb. Onların 5,2 mindən çoxu işlək vəziyyətdədir.
“SpaceX” kompaniyasının layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdə məmur deputatları hərbi xidmətdən yayındırırmış

Ukraynanın Dövlət Təhqiqat Bürosu Kiyev Şəhər Hərbi Administrasiyasının yüksək rütbəli məmuruna Kiyev Şəhər Şurasının deputatlarına hərbi xidmətdən yayınmaqda yardım etdiyinə görə həbs edib.

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Dövlət Təhqiqatlar Bürosunun əməkdaşları Kiyev Şəhər Hərbi Administrasiyasının paytaxt deputatlarına hərbi xidmətdən yayınmalarına yardım edən aparat rəhbərini ifşa ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, o, deputatları qanunsuz olaraq Kiyevin hərbi administrasiyasına ezamiyyətə “göndərib”.

Onun üç şəhər deputatı və onların bir köməkçisi üçün “işgüzar səfər” təşkil etdiyi məlum olub. Adı açıqlanmayan məmurun 10 ilə qədər həbs gözləyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakubus MMC nümayəndəsi özünü necə dolaşdırdı... - VİDEOFAKT

"Bakubus MMC-nin avtobuslarında baş verən problemlər bitmək bilmir.

(Gah qəza, gah motorunda problem, gah tüstülənmə)…

Səbəbini öyrənmək üz tutduq “Bakubus” MMC-nin deposuna.

Qarşımıza səlahiyyətli şəxs adı ilə çıxardıqları əməkdaş , suallarım qarşısında çaş-baş qaldı…"

Müəllif: Xəyal Süleymanov - Mənbə: BakuTV
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Onu həyata qaytara bilmədim, bizdən nigaran dünyadan köçdü”

“Bu gün heç kimdən dəstək görmürəm. Kimsə bizimlə maraqlanmır. Məmməd hər zaman deyirdi ki, “mən öləndən sonra sizinlə heç kim maraqlanmayacaq”. Allah ona rəhmət etsin, dediyi kimi də oldu. Çünki o öləcəyini öncədən bilirdi. Bir neçə xəstəliyi var idi. Həm xərçəng idi, həm dializ, həm Son nəfəsində də dedi ki, “İradə, ölürəm, mən olmayandan sonra özünüzə yaxşı baxın”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Eldəniz Zeynalovun gəlini, oğlu Məmməd Zeynalovun ömür-gün yoldaşı İradə Zeynalova deyib. O daha sonra bu ailə ilə tanışlığını xatırlayıb.

“Eldəniz Zeynalovu bir aktyor kimi uşaqlıqdan tanıyırdım. Ən əsası da onun “Yol əhvalatı” filminə, “Mozalan” da çəkildiyi səhnələrə baxırdım. Heç vaxt fikirləşməzdim ki, o mənim qaynatam olar. Onu görmək qismət olmasa da, evdə haqqında çox danışıblar. O sağ olsaydı Məmmədin xəstəliyinə dözə bilməzdi. Məmməd bir şeydən təəssüflənirdi ki, atam vaxtsız dünyadan gedib. Həmişə deyirdi ki, “bəlkə də atam sağ olsaydı mən xəstələnməzdim, bu ağrı-acını yaşamazdım. Son nəfəsinə qədər Məmmədi ümidləndirirdim. Deyirdim ki, hər şey yaxşı olacaq. Dekabrın 24-də artıq yemək də yeyə bilmirdi. Jestlə başa salırdı məni. Bizdən nigaran qalaraq dünyadan köçdü. Nə qədər etsəm də onu həyata qaytara bilmədim. Elə bilirəm ki, hələ də yuxudayam” deyə sənətkarın gəlini bildirib.
İradə Zeynalova arzularından da danışıb.

“Arzum Eldənizi sağlam böyütməkdir. Məmməd sağlığında Eldənizin aktyor olmasını istəyirdi. Mən əlbəttə ki, istəməzdim. Çünki bu sahədə qiymət verilmir. Bir də bəxt, şans məsələsi var. Məmməd bu sahədə uğur qazanmadı. Bəlkə də qazana bilərdi, amma başı xəstəlikərə qarışmışdı. Canı ilə əlləşirdi. Eldənizi həkim kimi görmək arzumdur. Biz Məmməddə çox əziyyət çəkdik, müalicə götürməyə maddi imkan da bəs etmirdi. İstəyirəm ki, Eldəniz həkim olub, imkansızları, kasıb şəxsləri təmənnasız müalicə etsin. Eldəniz atasının ağrı-acı çəkdiyini bilirdi. Ona görə də yaxınlaşıb deyirdi ki, “ata, səni özüm müalicə edəcəm” deyə sənətkarın gəlini deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!” - ETİRAZ


“Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə bir-birlərini qırırlar. Azərbaycan xalqı aldadılır. Başa düşdük, bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ edən telekanallara nə deməli?!”

Bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib:

“Eyni adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar... Heç birinin ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt ayrılır”.

Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib:

“Bir dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını, uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın işçiləri Azərbaycanı qarış-qarış gəzir ki, harada mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə çıxarırlar. Dəhşətdir!

Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.

O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb:

“Bu işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş, bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var, niyə onları təbliğ etmirsiniz?! Abrımızı, ismətimizi qoruyun, nə olar ki? Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan axtarıb tapırlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi - TƏFƏRRÜAT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb.

İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq iclası təyin olunsa da məhkəmə baş tutmayıb.

Bildirilir ki, iddia müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, sabiq rektor Seymur Talıbovla bərabər Məmmədov Hüseyn Yaşar oğlu barəsində də iddia qaldırıb.

Hüseyn Yaşarov bu ilin əvvəlində Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvan Bank” ASC-nin səhmlərinin 63,66%-ni onlardan satın alıb.

Barəsində iddia qaldırılan Seymur Talıbov eyni zamanda “Naxçıvan” Universitetinin təsisçisi olub.

Bu ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

Seymur Talıbov və Hüseyn Yaşarovu məhkəməyə verən İsmayıl Əliyev 1950-ci ildə anadan olub. Pedaqogika elmləri doktoru olan İsmayıl Əliyev 20 il – 1999-2019-cu illərdə “Naxçıvan” Universitetinin rektoru olub. İsmayıl Əliyev eyni zamanda 2000-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yunan həbsxanasında azərbaycanlı gəncin başına nə oyunlar açıblar... - TƏFƏRRÜAT


Yayda Yunanıstan mətbuatında Azərbaycan əsilli İsveç vətəndaşı Emin Mirzəyevin Afina Beynəlxalq Hava Limanında terrorçuluqda ittiham olunaraq saxlanılması barədə məlumat yayılmışdı. İspaniyadan Yunanıstana gələn E.Mirzəyev iyulun 2-də Avropolun orderi əsasında, Afinadan İstanbula uçmağa cəhd edərkən pasport nəzarətindən keçdiyi vaxt saxlanılıb.

İttihama görə, Mirzəyev 2022-ci il dekabrın 26-da Stokholmda yaşayış binasında üçüncü şəxsləri bomba partlatmağa təhrik edib, həmçinin ötən il dekabrın 31-də İsveçin Farsta şəhərində baş verən partlayışda iştirak edib. Bütün bu müddət ərzində Yunanıstanın Korydallos həbsxanasında saxlanılan 22 yaşlı Emin Mirzəyev ittihamları rədd edib.

E.Mirzəyevin atası Rüfət Mirzəyev AYNA-ya açıqlamasında deyib ki, oğluna qarşı konkret ittiham irəli sürülməyib: “Ona bildirilib ki, İsveçdə partlayışların təşkilində şübhəli bilinir. Yunan mediası bu xəbəri götürdü və oğlumun terrorçu olduğunu yazdı və hətta onun adını da yazdı, halbuki qanunla onların məhkəmə qərarına qədər şübhəlinin adını açıqlamaq və onu cinayətkar adlandırmaq hüququ yoxdur”.

R.Mirzəyevin sözlərinə görə, oğlu hamam otağı olmayan kamerada pis şəraitdə saxlanılıb: “Yemək iki gündən bir verilirdi, kamera qızdırılmırdı, tualet kameradan sözün əsl mənasında iki addımlıqda olmasına baxmayaraq, kamerada təbii ehtiyaclarını ödəmək üçün vedrə qoymuşdular. Həftədə bir dəfə onu şlanqdan buz kimi su ilə çimizdirirdilər, mühafizəçilər oğluma nifrətlə “türk” deyirdilər”.

“Kameranın işığını da yandırmadılar. Ona üstünü örtməyə ədyal belə, vermədilər. Bundan sonra oğlumu təyyarə ilə Stokholma apardılar. Burada ona qarşı artıq konkret ittihamlar irəli sürülüb. Onun çatda özünü “Korleone” kimi təqdim edən və partlayışların təşkili ilə bağlı göstəriş verən bir növ terrorçu olduğuna dair şübhələr vardı. Lakin onun mobil telefonunu yoxlayanda məlum olub ki, o, heç vaxt bu çata daxil olmayıb, - deyə ata bildirib.

Partlayışlarla bağlı cinayət işində 7 nəfər iştirak edir və onların hamısı dindirilmə zamanı və məhkəmədə Emin Mirzəyevi heç vaxt eşitmədiklərini və görmədiklərini bildiriblər. 6 aylıq həbsdən sonra dekabrın 19-da Emin azadlığa buraxılıb, 21-də isə məhkəmə ona qarşı irəli sürülən bütün ittihamları ləğv edib. İsveç təhlükəsizlik qüvvələri bu vəziyyəti Emini başqa şəxslə səhv salmaları ilə izah edib, üzr istəyiblər.

Rüfət Mirzəyev oğluna Yunanıstan həbsxanasında yardım göstərdiyinə görə Azərbaycanın Yunanıstandakı səfirliyinə minnətdarlığını da çatdırıb: “Yalnız oğlum milliyyətcə azərbaycanlı olduğuna görə Yunanıstan həbsxanasında ona qarşı pis rəftar edilib. Həbsxana işçiləri oğlumu “Azərbaycan donuzu” adlandıraraq təhqir edirdilər. Azərbaycan səfirliyinin müdaxiləsi sayəsində mühafizəçilərin həbsdə olan oğluma münasibəti dəyişib”.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev AYNA-ya açıqlamasında söyləyib ki, Eminlə onun soyadının eyni olduğuna görə İsveçdə yaşayan ermənilər Emini onun oğlu kimi təqdim edirlər: “Daşnak ideologiyasının daşıyıcıları olan ermənilər bundan mənim adımı ləkələmək üçün istifadə etdilər və ağıllarına belə, gətirə bilmədilər ki, Emin mənim oğlum deyil, sadəcə eyni soyadı daşıyırıq”.

Emil Mirzəyevin sözlərinə görə, müqavilə bağladıqları isveçli vəkilin sayəsində Eminə qarşı bütün ittihamlar götürülüb və o, hətta İsveç hakimiyyətindən dəymiş mənəvi ziyana görə təzminat tələb edə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Parktown Residence” qanunsuz söküntü işi aparır - GİLEY

“Yasamal rayonunda yerləşən “Parktown Residence” şirkəti qanunsuz söküntü işi aparır. Yaşayış olduğu halda heç bir razılıq olmadan kran gətirib yerləşdirərək binanı dağıdırlar”.

Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu Qırmızı Şərq küçəsi mənzil 11-də yaşayan Əhməd Hacıyev müraciət edib.

O bildirib ki, özündən başqa 5 ailə də buradakı vəziyyətdən şikayətçidir. Belə ki, artıq 3 ildir davam edən məsələ isə şirkətin qanunsuz söküntü işləri aparmasıdır: “Ailəmlə birlikdə 35 ildən çoxdur ki, bu 3 otaqlı evimdə yaşayıram. İndi bu şirkət gəlib bizim yaşadığımız mənzili dağıdır. Normal təklifləri də yoxdur ki, razılaşaq. Biz evdən çıxmamışıq, müqavilə bağlamamışıq. Öz evimizdə rahat yaşaya bilmirik. Hər kran işləyəndə evdə bir çat əmələ gəlir. Gecə 6-dan sonra işləməyə icazə verilmir. Amma bu şirkət gecə 12-də də işləyir. Bunu sübut etmək də olmur.

Məsələ ilə bağlı FHN-ə müraciət olunub. Qurum əraziyə baxış keçirərək söküntü işlərinin aparılmaması ilə bağlı rəy verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində tikinti məsələsi üzrə məhkəmə işi icraatdadır. Bundan əvvəl isə “Parktown Residence” şirkəti məni və ailə üzvlərimi öz yaşadığım mənzildən qanunsuz şəkildə çıxartmaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə bizi öz yaşadığımız mənzildən çıxartmaq üçün qətnamə qəbul edib”.

Vətəndaş qətnamənin ləğv olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: “Məhkəmə işi daha dərindən və düzgün aparmır. Bizdən evin sənədlərini istəyir. Biz isə evimizi satmadığımızı və evdən çıxmaq istəmədiyimizi, qətnamənin ləğv olunmasını istəyirik.
Ətraflı

Bundan başqa, şirkət bu il mayın 26-da 3 otaqlı 98 kv.m, digəri isə 1 otaqlı 58 kv.m olan 2 ədəd tam təmirli mənzil və 1 ədəd yeraltı avtomobil dayanacağı, hər ay isə 700 manat kirayəhaqqı, eləcə də 500 manat birdəfəlik haqqı ödəməyi öhdələrinə götürmüşdülər. Lakin bugünkü gündə danışıqlar əsasında gördük ki, bizə və məhkəməyə yazılı şəkildə verdikləri təklifdən boyun qaçırırlar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, FHN həmin ərazidəki binalarla bağlı hər hansı rəy verməyib.

Şikayətlə bağlı “Parktown Residence” ilə də əlaqə saxladıq. Şirkətdən bildirildi ki, vətəndaşların qanunsuz tikinti aparılması ilə bağlı iddiaları əsassızdır: “Həmin bu layihəyə görə üzərimizə qəzalı binaların köçürülməsi və onun yerləşdiyi yerdə çoxmərtəbəli bina inşa edib sakinlərin mənzillə təmin edilməsi vəzifəsi qoyulub. Bununla bağlı sərəncam da var, nişan da alınıb və binaların da bir qismi artıq tikilib. Lakin həmin bina boşaldılıb sakinlərlə müqavilə bağlanılsa da, hələ sökülməyib. Hazırda binada 3 sakin qalır. Onlarla bağlı məsələ məhkəmədədir. Birinci instansiya məhkəməsi hesab edib ki, onlar çıxarılmalı, biz onlara mənzil verməliyik. Lakin sakinlər bundan narazı qalaraq Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Sakinlər birotaqlı evdən çıxanda həmin mənzilə görə milyon almaq istəyir. Lakin nəzərə almaq lazımdır ki, ondan başqa burada 124 ev var. Hazırda evdən çıxan 121 ailə gözləyir ki, onlara nə vaxt ev veriləcək. Biz hər ay onlara 100 min manata yaxın kirayə pulu ödəyirik. Onlarla üzərimizə götürdüyümüz öhdəliyə görə 2 il ərzində binanı tikib təhvil verməliyik. Bu 3 nəfərə görə tikinti düz 3 ildir yubanır. Onlar məhkəməyə müraciət etmişdilər və məhkəmə qərar vermişdi ki, mübahisə həll olunana qədər tikinti aparılmasın. Hazırda məhkəmənin son qərarı ilə bu qadağa götürülüb, biz tikintimizi apara bilərik. Amma buna baxmayaraq, nə qədər ki, o 3 nəfər orada yaşayır, binaya heç kim dəyməyib. Bina yerindədir, sökülməyib. Bəzi köçən insanlar öz mənzilinin pəncərəsini, qapısını söküb aparır. Binada bizim tərəfimizdən söküntü işləri görülmür. Heç kəs deyə bilməz ki, biz oradan bir çöp sökmüşük”.

Şirkətdən, həmçinin bildirilib ki, bina söküləndən sonra hər mənzilin kv metri 20 faizə qədər artırılaraq sakinlərə mənzil veriləcək: “Biz bu problemə görə üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirə bilmirik. Lakin biz onların hər birinə 3 otaqlı təmirli mənzil və ayda da 700 manat kirayəhaqqı təklif etmişik. Həmin vətəndaşlar isə bizdən ayrıca 2 üçotaqlı mənzil tələb edir. Lakin bu halda bizim şirkət olaraq heç bir qazancımız olmur. Bu cür olsa, gərək mayamızı da onlara verib gedək”.
“Parktown Residence” qanunsuz söküntü işi aparır - GİLEY
“Parktown Residence” qanunsuz söküntü işi aparır - GİLEY
“Parktown Residence” qanunsuz söküntü işi aparır - GİLEY

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO