[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rusiya nüvə arsenalını təkmilləşdirir” - Putin

Rusiya Qərblə “hibrid müharibə” şəraitində nüvə qüvvələrini artırır.

Rusiya Prezidenti Vladimir Putin bu barədə yüksək səviyyəli müdafiə rəsmiləri ilə görüşündə bildirib. Moskvanın strateji qüvvələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu vurğulayıb.

Putin Qərbin ona qarşı “hibrid müharibə” apardığı bir vaxtda Moskvanın nüvə arsenalını təkmilləşdirdiyini və strateji qüvvələrini ən yüksək hazırlıq səviyyəsində saxladığını bildirib.

“Moskva Ukraynada "xüsusi hərbi əməliyyat"ı davam etdirəcək və Rusiyaya strateji məğlubiyyət qazandırmaq üçün edilən bütün cəhdlər artıq iflasa uğrayıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Maşının içində ölümümü gözlədim”


Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib.
Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə keçirilən toy məclisində iştirak edib:
“Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim, bir anda əsəbiləşib mətbəxtə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi. Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra maşına əyləşərək təsadüfi istiqamətdə getdim. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni götürmələri üçün olduğum yeri söylədim”.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildirib. Övladları qeyd edib ki, anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.
Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, 5 nəticəsi var
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şərurlu İsfəndiyar"ın oğlu Dövlət Xidmətinə qarşı - Nədən narazıdır?

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu Allahverdi Axundovla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi İdarəsi arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, İdarə Allahverdi Axundovu İnzibati Xətalar Məcəlləsinin 247.1-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə cərimələyib.

Bu maddədə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 3000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. İdarənin Allahverdi Axundovu hansı qismdə və hansı məbləğdə cərimələdiyi məlum deyil.

Məlum olan odur ki, iş adamının oğlu qərarla razılaşmayaraq, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.

İsfəndiyar Axundov Azərbaycanın tikinti sektorunda tanınan isimlərdəndir. Onun sahibi olduğu "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) Bakıda yüzlərlər yaşayış binası inşa edib.

İsfəndiyar Axundov həm də qalmaqallı iş adamı kimi tanınır. Sonuncu dəfə iş adamı 5 milyonluq borc qalmaqalı ilə gündəmə gəlmişdi. Söhbət "Zaminbank"dan götürülmüş kreditdən gedir. Bu məsələdə İsfəndiyar Axundov bankın rəhbərliyi tərəfindən aldadıldığını iddia edirdi.

Allahverdi Axundova gəlincə, o, bir neçə il əvvəl dəyəri 650 minlik "Lamborghini Gallardo" avtomobili ilə gündəmə gəlmişdi. Həmin vaxt İsfəndiyar Axundov oğlunun belə maşının olmadığını bildirsə də, media israrla avtomobilin Allahverdi Axundova yazırdı. Bu iddia Allahverdi Axundovun sosial şəbəkələrdə "My new car, lambo#aventador" qeydi ilə həmin avtomobillə fotosunu paylaşması ilə əsaslandırılırdı.

Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi - Təsdiqləndi

Mərkəzi Seçki Komissiyası (MSK) İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

***

MSK, həmçinin YAP-ın növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib.

Qərarla aşağıdakı şəxslər partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndələri təyin olunub:

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini Əli Əhmədov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev təyin edilib.

Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq, qəbul olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bilsəm ki, büdcəyə ödənilir, verərdim..." - GİLEY

"Rentgen müayinəsi sığorta ilə pulsuz olsa da, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1-ci otaqda hər müayinə üçün xəstələrdən 5 manat istəyirlər.
Bilsəm ki büdcəyə ödənilir, verərdim. Amma şəxsi ciblərə gedir. İstədilər, vermədim.
Aidiyyatı qurumlar bu dilənçiliyə nəzarət etsin. Həm maaşlardan sığortaya xeyli miqdarda hər ay pul tutulur, həm də bəzi tibb işçiləri rüşvətdən əl çəkmir.
Bütün sahələrdə ictimai nəzarət mütləqdir.
P.S. Həkimlər müayinəyə pul istəmədi".

Şikayətçi: Elyar İslamoğlu, Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Sərəncam imzaladı


Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Mikayılovun müavinləri kimlər olacaq? –NAMIZƏDLƏR!


Yenixeber.org: Yaxın günlərdə formalaşacağı başa çatacaq Dövlət Su Ehtiyatları Agentliyi ilə bağlı ötən həftəki yazımızdan sonra bu istiqamətdə redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Xatırladaq ki, “Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə - KİMLƏR DAHA ŞANSLIDIR?” sərlövhəli yazıda bu qurumda müxtəlif vəzifələr uğrunda çarpışmalara toxunmuşduq. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/160432-d%C3%B6vl%C9%99t-su-ehtiyatlar%C4%B1-agentliyind%C9%99-v%C9%99zif%C9%99-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99.html )
Daha çox şanslı görünənlər...
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərilir ki, sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq....
Artiq bu postlara təyinatların an məsələsi olduğu bildirilir. Hətta ötən həftənin cümə günü bu təyinatlarla bağlı Prezidentin sərəncamları da gözlənilirdi...
Yenixeber.org-a daxil olan məlumata görə sədrin birinci müavini məsələsi artıq bitib: bu posta su təsərrüfatına birbaşa aidiyyatı olmayan, kənar şəxsin gətiriləcəyi ilə bağlı siyasi qərar verilib. (Ötən yazımızda bu ehtimalı da qeyd etmişdik. Red.)
Digər üç müavin postları ilə bağlı isə bu sahədə təcrübəli və həm də, vəzifəli şəxslərin adları hallanır. Bu sırada Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Elçin Məmmədovun adları yer alır.
Rafiq Aslanov kimdir?
Google üzərindən araşdırmalarla məlum olur ki, Rafiq Sabir oğlu Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib. 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub. Hazırda Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinidir.
Zaur Mikayılovun müavinləri kimlər olacaq? –NAMIZƏDLƏR!

Rafiq Aslanov

Elə xatırladığımız Google üzərindən bir axtarış da yetər ki, hörmətli Rafiq Aslanovla bağlı “N” sayda korrupsiya, mənimsəmə faktları ilə bağlı yazılarla rastlaşaq...
Rafiq Aslanovun oğlunun və beləliklə də özünün Bakıdan tutmuş, uzaq Londondan belə səsi gələn biznes şəbəkəsi ilə bağlı yerli mediada çox yazılıb. ( Bu linklərdən tanış ola bilərsiniz: https://teref.az/manset/162841-rafiq-aslanov-ehmedzadenin-etimadini-bele-dogruldub-gozqamasdiran-emlaklari-ilefotolar.html ) , (https://bolgexeber.com/agenda/64465-ehmedzadenin-etimadi-rafiq-aslanovun-topdagtmaz-xanedan-shok-melumatlar-foto.html )
Maraqlıdır ki, vəzifədə olduğu müddətdə cənab Aslanov doğmalarını da unutmayıb. Belə ki, Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə sahiblənə bilib. Ki, bu haqda da, dövrü mətbuatda yumşaq desək, birmənalı qarşılanmayan məlumatlar yer alıb. Misal üçün bir nümunə: (Bu linkdən oxuya bilərsiniz: ( https://xebertv.info/13697-rafiq-aslanov-batrd-gmilrin-vzini-harada-v-kiminl-cxarr.html )
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov kimdir?
Zaur Mikayılovun üç müavinindən biri olmaq istəyən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla bağlı məlum mənzərə bir az fərqlidir. Doğrudur cənab Məmmədov da “süddən çıxmış ağ qaşıq” sayıla bilməz... Amma Rafiq Aslanovla bəlli mənada müqaysə də edilə bilməz. Baxmayaraq ki, Etibar müəllimin də adı mediada birmənalı hallanmayıb. (Bu linkdən oxuya bilərsiniz: (https://www.faktinfo.az/news/azersu-asc-nin-sedr-muavini-bu-labirintden-cixa-bilecekmi-etibar-memmedovun-basi-derdde )
İçməli su əhaliyə maya dəyərindən aşağı satılır - Etibar Məmmədov
Zaur Mikayılovun müavinləri kimlər olacaq? –NAMIZƏDLƏR!

Etibar Məmmədov
Mənbəmiz Etibar Məmmədovun müəyyən dairələrdə “yaxşı oğlan” kimi qəbul edildiyini bildirir... Əlaqələri və beləliklə də nüfuzu var. “Altay “ dağları qədər uca...
Nəhayət, Elçin Məmmədov
Elçin Məmmədovun adı demək olar ki, məlum mənada heç kimə tanış deyil... Bu adam peşəkar su təsərrüfatı mütəxəssisidir. Ali təhsili də, sonrakı fəaliyyəti də bu sahəylə bağlıdır. Əvvəl “Meliorasiya və Su Təsərrüfati” ASC-də, indi isə Dövlət Su Ehtiyatları Agentliyində məsul şöbələrdən birində müdir kimi çalışır. Qeyd etdiyimiz kimi, adı heç kəsə məlum omadığı kimi, hansısa korrupsiya, mənimsəmə faktlarında da hallanmayıb. “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğludur. Bəlkə də bu səbəbdəndir ki, hələ də, layiq olduğu postda deyil...
Regional Su Meliorasiya Xidmətləri də “yaddan çıxmayıb”
Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin Abşeron rayonu ərazisində fəaliyyət göstərən iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik. Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birinin hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.
Digərinin adı isə Zaur Mikayılovun müavini postuna iddialı Etibar Məmmədovla bərabər, həm də yüksək çinli hüquq-mühafizə orqanlarından birinə rəhbərlik edən məmurun adı ilə qoşa çəkilir...
Mövzunun davamı olacaq.
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Yenixeber.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda professor məhkəmə zalında həbs edildi
Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.

Professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.
İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rövşən Vəliyev 2007-ci ildə də saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.(“Qafqazinfo”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sizə etdiyimiz ödənişləri halal etmirik..." - NARAZILIQ VAR...

"Şikayətim - Hörmətli Baku Medical Plaza rəhbərliyindən, əməkdaşlarından və iş mexanizmindəndir.
Beləki 30.11.2023-cü il tarixində Baku Medical Plaza-da bir sıra analizlər vermişəm. Analiz verdiyim günü cavabları mail adresimə göndərməkləri üçün öz mail adresimi yazılı qoydum və cavabların nəvaxt çıxacaqını soruşanda “3-4gün ərzində çıxacaq”ını bildirdilər. Dekabr ayının 5dən etibarən özüm hərgün xəstəxana ilə əlaqə saxlayaraq cavablarla maraqlanırdım. Dekabr ayın 8i saat 17:10da yenidən əlaqə saxladım və qeydiyyatdakı xanım cavabların çıxdığını söylədi, nəzaman çıxdığını soruşdum, əvvəlcə bildirdiki “bunu biz görmürük”, təkrar bir neçə dəfə soruşandan sonra isə “cavablarınız dünən 4də çıxıb” dedi. Soruşdumki bəs nəyə görə mənə məlumat verilməyib vəya heçbir mail göndərilməyib, əməkdaş əvvəlcə bildirirki “bunu siz özünüz yığıb soruşmalısız”, sual verirəmki “bəs mail adresini nəyə görə qoymuşam? Bundan əlavə müştərisini məlumatlandırmaq xəstəxananın öz vəzifə borcu olduğunu bildirdim, az qala analiz cavablarının çıxmasından 2gün keçib və hələdə siz xəstəni məlumatlandırmamısınız. Daha sonra əməkdaş bildirirki işimiz çoxdur, müştəri çoxdur, bildirdim əgər xidmət göstərə bilməyəcəksizsə müəyyən say müştəri qəbul edin. Bundan sonra əməkdaş məni laboratoriya şöbə müdir müavini “Lalə xanım” adlı bir xanıma yönləndirdi. Bir müddət gözlədikdən sonra xanım telefonu götürüb bildirirki “Siz filan analizi verdiyiniz üçün bu analizin cavabının çıxmağı ən azı 5-6gün çəkir”. Halbuki mən heç həmən analizi verməmişəm,belə bir analizə heçbir aidiyyatım yoxdur. Bunu həmən müavinə bildirdikdə isə xanım “birazdan sizinlə əlaqə saxlayacam” deyib dərhal telefonu söndürdü. Görünən bu idiki Laboratoriya Şöbə Müdirinin Müavininin heç pasiyentin hansı analizi verməyindən xəbəri belə yoxdur. Biraz keçdikdən sonra həmən xanım mənimlə əlaqə saxladı, bildirdiki “sizin analizlərə baxdım, ola bilərki əməkdaşın yadından çıxıb, hərkəsin başına gələ bilər və.s. kimi sözlər işlətdi.Bildirdimki analiz verməyimdən artıq 10gün keçib sabah birigün isə şənbə və bazar qeyri iş günləridir, belə çıxırki özümüz yığmasaq yarım aydırki analiz vermişəm,cavabdan isə heçbir məlumatımız olmayacaq. Bu arada onuda bildirimki 200-300azn civarında məbləğ ödəniş etmişəm analizlərə. Xanıma bildirdimki insanlar əziyyətlə pul qazanır hansısa xəstəlik səbəbindən məcburiyyətdən gəlib analiz verir,hardasa 1aylıq maaşını 1günə ödəniş edirsə yüksək səviyyədə xidmət göstərmək lazımdır insanlara, dərhal analizlərimi göndərməklərini bildirdim və danışığı bitirdik.
Üstündən ən azı yarım saat keçdikdən sonra saat 6ya qalmış mənim whatsApp nömrəmə hansısa tanımadığım oğlan tərəfindən analiz cavablarım yarımçıq olaraq göndərildi. Bu xəstəxana ilə yenidən əlaqə saxlayaraq bildirdimki “Rəsmi mail adresi qoyduğum halda kimin icazəsi ilə müştərinin (mənim) şəxsi məlumatlarını üçüncü bir şəxs əldə edir, hərhansı bir insan qeyri-qanuni öz whatsappına atır və whatsappla xəstəyə məlumat göndərilir? Mən sizə dəfələrlə mail adresimə göndərilməsini bildirmişəm. Telefona cavab verən əməkdaş isə xəstəxanada heçkim olmadığını bildirdi, bu əməkdaşa bildirdimki az öncə sizin əməldaşlarla və lab. şöbə müdir müaviniylə danışığımız olub,yenədə əməkdaş bildirdiki artıq heçkəs yoxdur işdə deyərəm sizlə əlaqə saxlayarlar. Bundan sonra heçkəs əlaqə saxlamadı. Cavablar isə növbəti gün səhər nəhayətki göndərildi. Göndərilən bir sənəddə analiz cavablarının çap olunma tarixi 01.12.2023 göstərilib. Mən isə yuxarıda qeyd etdiyim kimi dekabrın 8i əlaqə saxladığım zaman əməkdaş cavabların dünən yəni dekabrın 7si çıxdığını bildirib. Digər analiz cavabı isə 2dəfə göndərilib ilk göndərdiklərində dekabrın 5i digərində isə eyni analinizin çap tarixi dəyişdirilərək dekabrın 9u qeyd edilib.
Hörmətli Baku Medical Plaza vətəndaşlara bu dərəcədə aşağı formada və qeyri peşəkar xidmət göstərməyiniz yolverilməzdir. Birdaha sizə müraciət etməyəcəyik! Sizə etdiyimiz ödənişləri halal etmirik".

Mənbə: “Şikayətim Var”
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib.
Kommersant.az xəbər verir ki, 12.12.2023 tarixində Bakının Zığ şossesində (Baku Bus MMC-nin yanı) 1 gecəyə yüzlərlə ağac kəsilib.

Qeyd edək ki, Ekologiya nazirliyi məsələyə aydınlıq gətirmək istəməyib.
Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!
Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!
Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Mənbə: Kommersant.az
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO