[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi Zeynalovun ailəsi Korrupsiyaya İdarəsindən nə istəyir? - DETALLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib.

Qaynarinfo-nun məlumatına görə, keçmiş aparat rəhbərinin oğlanları Pərviz və Zeynal Zeynallı, qızı Lalə Zeynalova və xanımı Natavan Zeynalovanın iddia tələbi əmlakla bağlıdır. İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Məhkəmə çəkişməsi hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Vidadi Zeynalovun ailə üzvləri verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Elşən Kazımov iş üzrə hakim təyin edilib.

Vidadi Zeynalov 2015-ci ilin oktyabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş aparat rəhbəri 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalov 2019-cu ildə azadlığa buraxılıb.

Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, 43 milyonluq həbs qoyulan əmlaklarını geri istəyir. O, halal yolla bu əməlakları əldə etdiyini deyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sahil Babayev və “komandası” körpə uşaqların haqqına girir” - İTTİHAM VAR...

Şirvan şəhəri, Gülbala Şıxbala küçəsinin sakini Novruzov Alim Arif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina vermək üçün bəhanə axtarır.

“Mən, Novruzov Alim Arif oğlu, yazaraq sizdən xahiş edirəm ki, qarşılaşdığım özbaşınalığı ictimailəşdirəsiniz.

Qeyd edim ki, ailə vəziyyətimə görə sənədlərimi toplayıb, sosial yardım almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdim. Bir müddət sonra mənə imtina cavabı gəldi. İmtinanın səbəbini araşdırdıqda isə mənə bildirdilər ki, ünvanı səhv yazmısınız.

Gəlib evə də baxış keçirilib. 5 oğul uşağına sahib ailəyik. Oğlumun biri müharibə iştirakçısı olub. Digər 2 oğlum bronxit xəstəsidir. 2 oğlum isə məktəblidir.

Sahil Babayev və “komandası” körpə uşaqların haqqına girir və bütün Azərbaycan da buna susur.

İmtinaya “səbəb” kimi deyirlər ki, küçə adını səhv yazmısınız. Mən ünvanı səhv yazmışamsa, yoxlama necə gəldi?! Küçəmizin adı illərdir “Gülbala Şıxbala” adı ilə gedirdi. Vətən müharibəsindən sonra isə dedilər ki, küçədə şəhid ailəsi var və küçənin adı “Elnur Qarayev” olacaq. Amma bu, təsdiqini tapmadı. Çünki heç yerdə yazılmadı və bizə məlumat verilmədi. İndi mənə bu səbəbdən imtina gəlib. Bu qurum sadəcə bəhanələr axtarır ki, sakinlərə imtina cavabı versin.

Hörmətli redaksiya, xahiş edirəm, problemimi işıqlandırın”.


Mənbə: “Hürriyyət”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dostunu gətir... burda düşmənə çevir..." - NARAZILIQ VAR...

Ziyad İbrahimov adlı isifadəçi "Müştərinin Səsi" sosial qrupunda "CityNet" inernet provayderinin 2 əsas problemi brədə pyylşım edib.
"Dostunu gətir... burda düşmənə çevir..." - NARAZILIQ VAR...

Paylaşımda deyiilir " "Dostunu gətir" kampaniyası abonentlərin əsəblərini tamamilə pozub.
"Dostunu gətir" kompaniyası ilə müştəri 2 dostunu dəvət edib. 3 nəfərin hər birində ödənişlə bağlı problem var. SMS bildirişdə başqa məbləğ, mobil tətbiqdə başqa məbləğ, realda isə başqa məbləğdir. Hər ayın sonu abonentlərin hər birində ödənişlə bağlı problemlər yaranır, provayderə zəng olunur. Provayderlə mail, həmçinin zəng vasitəsilə danışıqlar aparılıb, problem yenədə öz həllini 4-5 aydı tapmaq bilmir.
Müştərini qaytarmaq üçün cəhdlər edilmir.
Provayderi tərk etmək istəyən müştəriyə zəng vuran operatorun əsas işi - səbəbi aydınlaşdırıb, problemi həll etməyə çalışıb, müştərini geri qaytarmaqdan ibarətdir. İndiki halda operator səbəbi soruşub sadəcə sağollaşır. Bununla təcrübəsiz işçiyə görə provayder öz müştərisini itirir".

Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYNA-nın şkalasında əriyən milyonlar... - BU NƏDİ BELƏ?!


İdarəetmədə ən önəmli məsələlərdən biri verilən qərarların faydalılığı, əsaslılığıdır. Əsaslılıq isə mahiyyətinə görə iqtisadi əsaslılıq, sosial əsaslılıq, ekoloji əsaslılıq kimi şaxələnə bilər. Təəssüf ki, Bakı şəhərində ən çox sınaqdan çıxan və əldən-ələ gəzən sahələrdən biri nəqliyyatın idarə olunmasıdır.
2018-ci ildə bəh-bəhlə yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) - 2023-cü ilin aprel ayında ləğv edilərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradıldı.
Hər gələn öncəkindən fərqli nəsə etdiyini göstərmək üçün mövcud sistemi söküb, yerinə yeni sistem gətirməkdə pərgardır. AYNA da bu “ənənəyə” sadiq qaldı.
AYNA gələndən sonra “iş gördüyünü” göstərmək üçün şəhərin bir sıra küçələrində və prospektlərində hər hansı hüquqi, iqtisadi, ekoloji əsaslandırma təqdim etmədən 15 noyabrdan etibarən hərəkətin sürətini 10-30 km aşağı saldı. Şəhərin əsas nəqliyyat ağırlığını daşıyan H. Əliyev və Z. Bünyadov prospektləri, hava limanı yolu da bu “islahatdan” nəsibini aldı.
Əlbəttə bu kimi qərarlar veriləndə hədəflərdən biri də büdcədən nə qədər çar-çur olunacağıdır. Bütün yollarda, prospektlərdə minlərlə yol nişanının sökülməsi, yenilərinin hazırlanması və asılmasına əminəm ki, külli miqdarda pul “xərcləməli” oldular. Bunun detallarını araşdırmaq jurnalistlərin işidir. Nə var ki, bu işi peşəkar görən jurnalistlərin artıq bir çoxu həbsdədir (Hafiz Babalı, Sevinc Vaqifqızı kimi). Mən büdcə xərcləmələrinin miqyasına görə bu tətbiqi hədəfə çıxarmamışam. Məqsədim fərqlidir.
Son statistikalara görə Azərbaycanda 1,8 milyona qədər avtomobil var. Bunun milyonundan çoxunun Bakıda olduğu məlumdur. Bu avtomobillərin əksəriyyəti gün ərzində hərəkətdə olur.
Praktikada mən hər gün eyni saatda Yeni Yasamaldan Nərimanova Ziya Bünyadov prospektindəki yolla 12 km-lik bir yolu ağır tıxacları da nəzərə alsaq 28-30 dəqiqəyə gedə bilirdim. Saatda ortalama sürətim 25 km olurdu. Bunun üçün təxminən 100 km üçün 10 lt yanacaq sərf olunurdu. Halbuki, maşının fabrika istehsalı standartı şəhər içi 100 km=6,9 lt, trassda 4,4, qarışıq 5,3 nəzərdə tutulub. (!)
AYNA-nı son qərarından sonra tam bir ay keçdiyinə görə müqayisə imkanım var. Hər gün statistikanı nəzərdən keçirəndən sonra şəkildə gördüyünüz mənzərə orta statistik mənzərədir. Yağış filan olanda bundan daha ağır mənzərə olur. Bu gün sadəcə sakit havada, yağışsız, küləksiz nəticə belədir.
12km- 56 dəq. Orta sürət 14km/saat, otra yanacaq sərfiyyatı 14,6 lt/100km.

Bunu paylaşmaqdakı məqsədim görünməyən statistikanı hissetdirməkdir.
AYNA-nın qərarından sonrakı bir ayda yanacaq sərfiyyatı 46% yüksəlib. Bu 1 milyon maşının (Maşınların 99% yanacaqla hərəkət edir) yanacağa sərf etdiyi vəsaitin 46% artması deməkdir.
İqtisadi baxımdan Bakıdakı hər maşın gündəlik 40 km yol qət etdiyini və həftənin 5-6 gününü (ildə 300 gün) hərəkətdə olduğunu ehtimal etsək, 40 km üçün 4 lt yox, artıq 5,84 lt yanacaq sərf etməlidir.
1 000 000 (Avtomobil) * 1,84 (lt) * 300 (gün)= 552 milyon lt * 1,2 manat (dizel 0,8 AZN, Aİ92 1 AZN, Aİ95 2 AZN) = 662,4 milyon manat
Gördüyünüz kimi qaba hesablama ilə sadəcə AYNA-nın sürət azaltması ilə hər avtomobilin yanacaq sərfiyyatının gün ərzində 1,84 lt artması sürücülərin xərclədiklərindən il ərzində toplam 662,4 milyon manat əlavə xərcləməsi ilə nəticələnir.
Bunun ekoloji fəlakət tərəfinə gəldikdə orta hesablamalara görə bir il ərazində 1 lt yanacağın ətraf mühitə buraxdığı karbon dioksit qazının miqdarı 2,6-2,7 kq-dır. Yəni AYNA-nın sürət azaltma qərarı ilə sadəcə hər litr yanacağa görə Bakı şəhərində hər maşının gündəlik artan 1,84 lt yanacaq sərfiyyatı il ərzində 49 milyon 680 min kq (49 min 680 ton) əlavə karbondioksit qazının ərtaf mühitə buraxılmasıdır.
Sosial həyatamıza təsirinə gəldikdə 1 milyon sürücünün yollarda gündəlik sərf etdiyi müddət ortalama 96 dəqiqədən 140 dəqiqəyə çıxmaqla il ərzində 220 saat yaxud 9,16 gün artıb. (300 gün *44 dəq=13296 dəq.) Bu 1 milyon insanın il ərzində toplam 27 milyon 500 min iş gününün itirilməsidir.
Mən bu yazımı qələmə alarkən əlavə statistikaların da araşdırılmasını məmnuniyyətlə istərdim. Bu qərarla şəhərdə piyada vurulmaları, piyada ölümləri, avtomobillərin qəza törətməsi necə dəyişib? Ümumiyyətlə dəyişibmi? Xüsusilə 2023-ci ilin noyabr-dekabr ayları ilə 2022 və ondan öncəki 5 ilin noyabr-dekabr aylarından necə fərqlənir?
Çünki, yuxarıda da vurğulamışam, Heydər Əliyev, Ziya Bünyadov, hava limanı yollarında piyadaların yola girişi nəzərdə tutulmayıb və yol qapalı yoldur. Yəni bu yollarda sürətin 20 km aşağı salınmasını piyadaları qorumaq bəhanəsi ilə örtmək olmaz. Tam tərsi, sürəti azaltmaqla piyadalar qanunsuz olaraq yola girməyə təhrik edilmiş də ola bilər.

Müəllif: Ələsgər Məmmədli, Media eksperti və hüquq müdafiəçisi
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizdən alınan rüşvəti 20 dəfə qaldırıblar” – Naxçıvanlı sahibkarlar

Naxçıvanda topdansatışla məşğul olan bir qrup ticarətçi onlardan vergi adı altında iri məbləğdə pul tələb olunduğunu bildirir.

Sahibkarlar bu barədə “Gündəlik Naxçıvan”a danışıblar.

Onların sözlərinə görə, bu məbləğ ticarət dövriyyəsindən asılı olaraq, adambaşına illik 30-80 min manat arasında dəyişir.

Topdansatışla məşğul olan sahibkar T. Qasımov deyir ki, bu məbləğ bundan əvvəl 2-4 min manat arasında dəyişirmiş:
“Sahibkarlardan qanunsuz olaraq hər ay 200-500 manat pul alınırdı. Hər il ilin sonunda isə, dövriyyəyə uyğun olaraq, vergidən əlavə 2-4 min rüşvət şəklində yığılırdı. Bu il məbləğləri o qədər artırıblar ki, bunu ödəmək mümkün deyil. Axı bu, insafsızlıqdır. Bir ilin içərisində rüşvəti 20 dəfə qaldırıblar. Bu sahibkarın iflası deməkdir. Elə böyük topdansatış mərkəzləri var ki, onlardan 30, 40, hətta 80 min pul tələb olunur. Məcbur edirlər ki, verməlisiniz. İndi nə edəcəyimizi bilmirik. Sahibkarların hamısı təhdid altındadır”.

Adının çəkilməsini istəməyən digər sahibkar deyir ki, illik dövriyyəsi 300 min manat civarındadır. O bildirir ki, qanuni vergilərini hər ay artıqlaması ilə ödəsə də, indi ondan əlavə 30 min manat tələb olunur:

“Əvvəlllər ilin sonunda qanunsuz olaraq 2 min alırdılar. İndi 30 min manat istəyirlər. Belə çıxır ki, biz ancaq işləyib pulu bunlara verməliyik. Bizim də övladlarımız var. İndi keçiblər elekton sistemə. Hər şey şəffafdır və vergi hər şeyə nəzarət edə bilir. Mən qanunsuz heç bir iş görməmişəm. Tələb etmədikləri pulu verməyəndə də qanunsuz kameral yoxlama tətbiq edirlər. Lazım olmayan və əsassız sənədlər tələb edirlər. Bir il əvvəl Naxçıvandakı dəyişiklikdən sonra bütün sahibkarlar sevinirdik ki, artıq bütün qanunsuzluqlara son qoyulacaq, bizi incitməyəcəklər. Lakin əksinə oldu. Qanunsuzluqlar daha da artıb. Sahibkarları daha çox yükləməyə başlayıblar.(“Gündəlik Naxçıvan”)

Artıq boğaza yığılmışıq. Bunlardan canımı qurtara bilsəm fəaliyyətimi dayandırıb, Naxçıvanı tərk etməyi düşünürəm”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Parisdə “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir... - ZİBİLƏ DÜŞMÜŞÜK...

“Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...”
Fransa paytaxtında “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir.

Moderator.az xəbər verir ki, bu haqda məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Dekabrın 14-dən başlanan və 2024-cü il yanvarın 15-dək davam edəcək foto-sərgi Parisin Bastiliya meydanında, Paris meriyasında və muzeylərdən birində keçirilir.

P.S. Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının bu rayonunda yollar təmir ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450,0 (dörd yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binəqədini rəsmən SƏHRAYA ÇEVİRİRLƏR... - BU NƏDİ BELƏ?!

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində uzun müddətdir hasara alınmış və baxımsız saxlanılmış böyük yaşıllıq ərazi məhv edilir.

Tribunainfo.az yazır ki, “Dərnəgül” metrostansiyasının yaxınlığında yerləşən yaşıllıq ərazi uzun müddət baxımsız saxlanılmışdı. Sakinlər hasarlanmanım əbəs olmadığını, planı şəkildə aparıldığını ehtimal edirdi.

Uzun müddətdir metal torla hasarlanmış bu ağaclıq yer baxımsız qalıb. Əvvəllər ərazi başdan sona qədər sıx yaşıllıq olub. İndi ağacların bir qismi məhv edilib, proses isə hələ də davam edir
Ağacları qırmağa isə meşəliyin tam orta hissəsindən başlayıblar ki, əhali hiss etməsin.

Sakinlərin sözlərinə görə, ağaclar kəsilir və ərazidə tikinti işlərinə hazırlıq görülür. Budama olsaydı, başqa ağaclar da budanardı.

Yaşıllıq ərazinin baxımsız qalması, məhv edilməsi ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət edib, bu haqda mediada dəfələrlə mövzu işıqlandırılıb. Ancaq görünür problem aidiyyəti qurumları narahat etmir.
Binəqədini rəsmən SƏHRAYA ÇEVİRİRLƏR... - BU NƏDİ BELƏ?!
Binəqədini rəsmən SƏHRAYA ÇEVİRİRLƏR... - BU NƏDİ BELƏ?!
Binəqədini rəsmən SƏHRAYA ÇEVİRİRLƏR... - BU NƏDİ BELƏ?!

Mənbə: Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov sakinləri nazirdən NƏYİ İSTƏDİLƏR... - MÜRACİƏT

"Biz Nərimanov rayonu, Aşıq Alı küçəsinin sakinləri sizdən xahiş edirik ki, qaldıracağımız məsələ ilə bağlı kiçik bir araşdırma aparıb xəbər paylaşasınız.

Bizim şikayətimiz Nərimanov rayonu, Fətəlixan Xoyski 88 ünvanında yerləşən "Mədəniyyət Sarayı" ilə bağlıdır. (Foto aşağıda...)
Bu Mədəniyyət Sarayında illər öncə uşaqlarımız solo ifa, piano, qarmon, tar, gitara üzrə musiqi təhsili alıblar, burada həmçinin müxtəlif növ dərnəklər, kurslar fəaliyyət göstərib, tamaşalar nümayiş olunub.
Hal hazırda isə bu Mədəniyyət Sarayı fəaliyyətini dayandırıb, qapısı qıfıllanıb, şüşələri sındırılıb, baxımsız vəziyyəti düşüb və qorxu filmlərindəki "kabus evini" xatırladır.
Çox istərdik ki, Mədəniyyət Nazirliyi bizim sualımıza və xahişimizə cavab versin:
Bu Mədəniyyət Sarayı nə üçün fəaliyyətini dayandırıb və baxımsız vəziyyətə salınıb? Sizdən xahiş edirik bu Mədəniyyət Sarayını təmir edib və fəaliyyətini yenidən bərpa edəsiniz ki, bizim uşaqlarımız vaxtlarını hər hansısa bir peşəyə yiyələnməklə keçirsinlər".
Nərimanov sakinləri nazirdən NƏYİ İSTƏDİLƏR... - MÜRACİƏT
Nərimanov sakinləri nazirdən NƏYİ İSTƏDİLƏR... - MÜRACİƏT
Nərimanov sakinləri nazirdən NƏYİ İSTƏDİLƏR... - MÜRACİƏT

Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentliyə namizədlərin sayı 6-ya çatdı - Adlar


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

***

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.

Qeyd edək ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.(Axar.az)

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO