[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının qərarında qeyd olunub.

Belə ki, Nizami Fərman oğlu Novruzov 8 saylı Binəqədi birinci, Nofəl Mülazim oğlu Əhmədov 9 saylı Binəqədi ikinci, Fərid Ülfət oğlu Babayev 38 saylı Gəncə birinci, Orxan Rasim oğlu Əzizov 114 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Bəsti Leysan qızı Cəfərova 38 saylı Gəncə birinci, Tangiz Val qızı Məmmədova 114 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Futbolçu huşunu itirdi, oyun dayandırıldı

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

Görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirib.

Həkimlər dərhal onun köməyinə gəliblər və daha sonra futbolçu xərəkdə meydandan çıxarılıb.

Bundan sonra matç ləğv edilib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahramanyan separatçı rejimin yanvarın 1-dən ləğv olunması haqda “rəsmi” qərarı ləğv edib?.. - Ermənistan KİV

Rusiyanın himayəsi sayəsində 32 il ərzində Azərbaycan Respublikasının suveren(!) ərazisinin 20 faizinə yaxınının işğal atında saxlanmasına, 1 milyona yaxın soydaşımızın didərgin düşməsinə şərait yaratmış gorbagor(!) separatçı-terrorçu rejimin Azərbaycan ordusunun bir sutkalıq əməliyyatından sonra İrəvana sığınmış tör-töküntülərinin qondarma “parlament”inin üzdəniraq “deputat”ları son qapalı iclaslarından sonra yenidən sonuncu “prezident” Samvel Şahramanyanla görüşüblər.

Yenixeber.org xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, görüşdə Qarabağda “köçkün ermənilərin ehtiyacları və onların həlli yolları” məsələsi ilə yanaşı, Şahramanyanın sentyabrın 28-də separatçı qurumun ləğv edilməsi ilə bağlı “bədnam” qərarının taleyi də müzakirə edilib.

Xatırladılır ki, həmin qərarla separatçı rejimin “dövlət institutları bir neçə gün sonra, yəni 1 yanvard 2024-cü ildə bağlanmalı və qurum ləğv edilməlidir. Şahramanyan bu haqda dəqiq açıqlama verməyib, sadəcə bildirib ki, “o qərarı verən özüdür və məsuliyyətini daşıyır, ona görə də nə etməli olduğunu bilir”.

“Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı fərmanı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, artsax məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb. Bununla Ermənistan siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup məşğul olsa da, onlar bu fəaliyyətləri hələlik ciddi məxfilik şəraitində həyata keçirmək qərarına gəliblər”-deyə erməni qəzeti yazır.(Moderator.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Qazaxda səhiyyə sistemi İFLİC DURUMDA... - NARAZILIQ VAR...

"Çox hörmətli TƏBİB, Qazaxda dövlət milyonluq xərc çəkib yaraşıqlı Mərkəzi Xəstəxana tikdi. Təşkilati hüquqi formanı dəyişdi. Publik hüquqi şəxs oldu. Hər şey dəyişdi, amma Baş Həkim Sevda xanım dəyişmədi və idarəetməniz köhnə hamamda, köhnə tas kimi qalıb..." Bu barədə sakinlər adından edilən müraciətdə bildirilir.
Müraciətdə daha sonra bildirilir: "Şadlıq sarayına bənzəyən xəstəxananın rentgen aparatı 5 gün işləmir, aparat işləyəndə həkim məzuniyyətdə olur, o həkim də işdə olanda başqa şeyiniz işləmir.
Tibbi sığortaya pulu ona görə ödəyirk ki, kəndlərdə imkansız insanların başına itin oyununu açasız?
Qazax rayonu Bakıdan çox uzaqdı bilirəm...
Rüşvətin, Korrupsiyanın, məmur biznesmenliyinin də bir həddi vardı illərlə. Vəzifəyə təyinatın məbləği dəyişib, ya daha çox qalmaq üçün şərtlər?
TƏBİB-in Səhiyyə Nazirliyindən heç bir fərqi yoxdur. Rayonlarda daha da betər olub. İnsanları özəl klinikalara göndərirlər. Bu o bildiyiniz göndəriş deyil haa.
Həkim fermer, həkim biznesmen olub. Ancaq həkimin həkimlik etməyə vaxtı yoxdur. Niyəsi də budur ki, onu vəzifədə saxlayan biznsesidir, həkimliyi deyil.
Yerlibazlıq, qohumbazlıq, tələbə yoldaşı, sinif yoldaşı, biznes ortağı şəkilində iş sistemi ilə sizə olunan etimadı da doğrultmadız.
Guya bizim səhiyyə sistemini bataqlıqdan çıxaracaqdız, amma hazırda əksini görürük. Siz arayışı Səhiyyə Nazirliyinin zamanındakından daha baha satırsız. Həm də qanuniləşdirilmiş şəkildə. Fərqiniz budur.
Zəhmət olmasa Qazax rayonuna bir səfər təşkil edin. Mərkəzi Xəstəxanasına, Məmur obyektlərinə.... Üzü bəzək, altı təzək İnfrastrukturu hamı görsün. Çağırırlar 50 manatlıq "jurnalistlər"i, özlərini təriflədib vəzifələrindən sui-istifadə etdiklərini pərdələməyə çalışırlar..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın bazası yanır

Donetsk ərazisində Rusiyanın bazalarından biri yanır.

Bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumata görə, yanğın yanacaq-sürtkü materialları anbarında baş verib. Hadisənin təfərrüatları açıqlanmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət qurumunun 1,9 milyonluq tenderini - “ST Mark” UDDU

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “ST Mark” QSC olub.

Şirkətlə 1 918 032 manat məbləğində müqavilə imzalanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert


Tramvay xətlərinin qurulması uzun müddətdir müzakirə olunur. Biz nəqliyyatçılar da onun tərəfində olmuşuq ki, tramvay mütləq çəkilməlidir. Tramvayın olması ictimai nəqliyyatın çeşidlərini artırır. Ekoloji təmiz ictimai nəqliyyat növü olaraq daha səmərəli və faydalıdır.

Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıya tramvay xətlərinin çəkiləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Paytaxtda tramvaya böyük ehtiyac olduğunu deyən ekspert bildirib ki, bu ictimai nəqliyyat növünün yenidən qurulması işi tezləşdirilməlidir:

“Bununla bağlı müəyyən işlər görülməli, sistem qurulmalıdır. O vaxtkı Bakı meriyasının yanlış siyasəti nəticəsində paytaxtımız tramvaysız qaldı. Sonra bunun çox səhv bir qərar olduğu məlum oldu. Bu yanlışı aradan qaldırmaq dövlətə milyonlarla vəsait hesabına başa gələcək. Gecikmiş olsaq da, yenidən tramvaylara imkan yaradılması müsbət addım olacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çünki bizim ictimai nəqliyyatın çeşidli növləri yoxdur. Yalnız metro və avtobusdur. 3-cü nəqliyyat vasitəsi kimi taksilərdən istifadə olunur ki, onlar da bərbad vəziyyətdədir. Tramvaya çox böyük ehtiyac var”.

Nəqliyyat eksperti tramvay xətlərinə ehtiyac duyulan ərazilərə də diqqət çəkib:

“Bakı kəndləri istiqamətində bu, mütləq olmalıdır. Metropolitenin yarıtmaz siyasəti nəticəsində Bakı cəmi 27 stansiyanın ümidinə qalıb. Hansı ki, hazırda 60 və daha çox metro stansiyasına ehtiyac var. Deyirlər ki, metro tikintisi baha başa gəlir, ağırdır və s. Heç olmasa, metro stansiyası tikilənə kimi müəyyən əraziləri tramvayla canlandırmaq lazımdır. İnsanlar, artıq “manatlıq taksi”lərdən yaxa qurtarmalıdır. İctimai nəqliyyatımız inkişaf etməyəcəyi müddətcə insanlarımız bu əziyyəti çəkməkdə davam edəcək. Düzdür, əvvəllər bütün küçə və prospektlərdə mövcud olan tramvay şəbəkəsi olmayacaq. Tikinti oliqarxları o qədər sıx binalar tikiblər, yolların başına elə oyun açıblar ki, istəsək belə, mümkün deyil. Ona görə də mümkün olan yerlərdə bu xətlər bərpa olunmalıdır”.(Axar.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neft Daşlarında çalışanlar ETİRAZ EDİR... - Maaş məsələsi...

Neft Daşlarında çalışanlar maaşlarının azlığından giley edirlər. Bu barədə onların müraciətində qeyd olunur.

Neftçilər bildirir ki, hazırda Neft Daşlarında çalışanlar 500-600 manat arası maaş alırlar. Onlar bildirir:

"Quruda neftt çıxaranla, dənizdə neft çıxaranın heç bir fərqi yoxdur... Dünyanın heç bir yerində belə deyil.

Maaşlrımız artırılmalı olsa da, yerində sayır. Yalnız rəhbərlərin maaşı artır. bununla da yalançı statistika düüzəldirlər, yalançı orta statistik göstərici çıxarırlar..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zahid Oruc prezidentliyə namizəd oldu


Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizəd olacaq.

Zahid Oruc bu barədə Bakupost.az-a açıqlamasında bildirib.

Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir.

O bildirib ki, tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır: “Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sığorta şirkəti iş vaxtı olan qəzanı qarşılamırsa, onda niyə hər ay maaşımızdan pul çıxılır?! - ŞİKAYƏT

Naxçıvan şəhər sakini Fərzəliyev Yusif Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi vaxtilə işlədiyi “Cahan Holdinq”dən narazılığını bildirir.
“Mən, Fərzəliyev Yusif Məhərrəm oğlu, yazaraq bildirirəm ki, 4 ay əvvələdək “Cahan Holdinq”də fəhlə kimi işləyirdim. 4 ay öncə sol əlimin 3-cü və 4-cü barmaqları uc hissəsindən kəsildi. Nəticədə barmaq uclarım amputasiya olundu.
İş vaxtı əlim maşında qalıb, bu hal nə sığortanı, nə də “Cahan Holdinq”i maraqlandırır.
Bütün lazımi sənədləri yığıb “Paşa Sığorta”ya təqdim etmişəm. Amma ödəniş etmirlər.
İş yerim məsuliyyəti sığorta şirkətinin, sığorta şirkəti də iş yerimin üstünə atır. Mənə deyirlər ki, gərək sənə əlillik düşə və yaxud da öləsən ki, sığorta sənə pul ödəyə.
Mənə həm mənəvi, həm də maddi baxımdan çox ziyan dəyib. Belə haqsızlıq olmaz. Sığort şirkəti iş vaxtı olan qəzanı qarşılamırsa, onda niyə maaşımızdan hər ay pul çıxılır?!”
Məsələ ilə bağlı “Paşa Sığorta” ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Sığorta şirkəti iş vaxtı olan qəzanı qarşılamırsa, onda niyə hər ay maaşımızdan pul çıxılır?! - ŞİKAYƏT

Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO