[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Misir Mərdanovla Mirşahin Ağayevi bu səbəbə görə öldürmək istəyiblər -FAKTLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Zeynalov, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İttihama görə bu şəxslər "Kərimə" dövləti qurmaq istəyiblər.

Musavat.com-un xəbərinə görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İlham Şıxəliyev 1992-ci ildə Şirvan şəhərində, Faiq Zeynalov 1988-ci ildə Bakı şəhərində, Hüseyn Hüseynzadə 2001-ci ildə Lənkəran rayonunda, Etibar Məmmədzadə 1994-cü ildə Bakı şəhərində, İlkin Bağırov 2000-ci ildə Sumqayıt şəhərində, Vüqar Mədətov 1992-ci ildə Sumqayıt şəhərində, Elvin Cəfərov 1993-cü ildə Mingəçevir şəhərində,

Elgün Ağayev 1997-ci ildə Füzulidə, Məhərrəməli Musayev 2004-cü ildə Biləsuvar şəhərində, Savalan Hüseynli 2001-ci ildə Tərtər rayonunda, Ruslan Əliyev 1987-ci ildə Abşeron rayonunda, Yusif Mirzəyev - 2003-cü ildə Gədəbəy rayonunda, Mirvasid Əliyev isə 2006-cı ildə Bakı şəhərində anadan olublar.

Təqsirləndirilən İlham Şıxəliyev və Elvin Cəfərov istintaq zamanı işgəncələrə məruz qaldıqlarını deyiblər.

Hazırlıq iclası dekabrın 27-nə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində iki nəfər – sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.

Sabiq təhsil nazirin vaxtında təhsil ocaqlarında, məktəblərdə hicabın yığışdırılması ilə bağlı proseslərin məhz Misir Mərdanovun tapşırığına əsasən baş verməsi qənaətinə gəliblər. Guya antislam təbliğatı apardığına görə sabiq naziri cəzalandırmaq, həyatına sui-qəsd etmək planlaşdırılıb. Dəstə üzvləri tərəfindən onun işi yeri, yaşadığı ünvan müəyyənləşdirilib.

Mirşahin Ağayevin ötən ilin avqust ayında efirdən “İmam Hüseynova bacıları” deməsi və guya “Əbülfəz ağa”nı təhqir etməsi dəstə üzvlərində aqressiya yaradıb. Onu özlərinə məxsus tərzdə cəzalandırmaq, sağlamlığına zərər yetirmək qərarına gəliblər. İş yerini müəyyənləşdirdikdən sonra onu güdməyə başlayıblar.

Hər iki ictimai xadimin həyatına sui-qəsd törədilməsinə hazırlıqlara başlanılıb. Lakin bu ilin əvvəlində Faiq Zeynalov həbs olunduğuna görə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunduğuna görə cinayəti başa çatdıra bilməyiblər.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü - Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyllərin daha da güclənməsinə şərait yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun işdən çıxardığı rəis işə bərpa və maaşını tələb edir - 26 illik mübahisə

Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləmiş Qara Məmmədov Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, keçmiş rəisin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Miminat Hacıbəyovanın icraatındadır. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdən ibarətdir.

Qara Məmmədov 1993-1997-ci illərdə Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib. Həmin vaxt DGK-nın sədri hazırda fövqəladə hallar naziri vəzifəsində çalışan Kəmaləddin Heydərov olub. Əldə etdiyimiz məlumata görə, Qara Məmmədov onun əmri ilə tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, keçmiş rəisi Kəmaləddin Heydərovun bu addımını qanunsuz hesab etdiyindən işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Qara Məmmədov məhkəmə çəkişməsindən qalib ayrılıb. Onun işə bərpa edilməsi və maaşının ödənilməsi barədə qərar çıxarılıb. Lakin DGK bu günə qədər məhkəmə qərarını icra etməyib. Qara Məmmədov qərarın icrası üçün bütün hüquqi yollara baş vursa da, nəticəsi olmayıb.

Məlumata görə, o, nəhayət, Baş Prokurorluğa müraciət edərək faktla bağlı Cinayət Məcəlləsinin 306 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 314-cü (Səhlənkarlıq) maddələri ilə cinayət işinin başlanmasını xahiş edib.

Məlumat üçün deyək ki, Xudafərin Gömrük İdarəsi 2019-cu ildə ləğv edilib. Bu qurumun, eyni zamanda Astara, Biləsuvar, Şirvan, gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi yaradılıb.

Qara Məmmədov özü hazırda vəkillik fəaliyyəti ilə məşğuldur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin diplomu yayıldı - Təhsillə əlaqəsi yoxdur

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin 2009-2013ci illər ərzində təhsil aldığı Azərbaycan Texnologiya Universiteti tərəfindən verilən diplomun şəkili sosial şəbəkələrdə yayılıb.

Kanal15.az xəbər verir ki, diplomdan da göründüyü kimi onun ixtisası nə "İdarəetmə"yə nədə ki, "Təhsilə" aiddir. O, Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakultəsinin Rabitə qovşaqları və Kommutasiya sistemləri ixtisası üzrə təhsil alıb.

Həmçinin qeyd edib ki, Sənan Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində anadan olub. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub.

2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.(Kanal15.az)
Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin diplomu yayıldı - Təhsillə əlaqəsi yoxdur

Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azad edilən hərbçilərimizdən ilk AÇIQLAMA


Səhhətim yaxşıdır, sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır.

Bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundov deyib.O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.

Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq. Vətən üçün can verərik, can da alarıq".

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"3 gündür səs soraq yoxdur..." - GİLEY

"Şikayətim "Music Gallery" mağazasındandır. Müştəri məmnuniyyətini yalançı reklamlarla qazanmağa çalışırsız... deyəsən.
Təşkilatın mgstore.az saytına baxanda bir üzqırxan aparatı gördüm və stokda olub-olmamasını dəqiqləşdirmək üçün whatsapp müştəri xidməti nömrələrinə yazdım.Operator bütün filiallarda olduğunu bildirdi.İlk olaraq Əhmədlidəki filiala yaxınlaşdım amma olmadı məhsul.Təzədən nömrəyə yazdım ki,bəs burada yoxdu.İsrarla bildirdi ki,həmin mağazada 1 ədəd var.Nə isə,insanlıq halıdır deyib soruşdum ki əgər 28 may metrosu yaxınlığındakı filiallarınızda varsa gedim ora.Dedi ki var.Çıxdım getdim ilk olaraq Azadlıq Prospektindəki filiala,sonra da 28 mall-ın içindəki filiala.Heç birində olmadı.Axır yazdım ki,bəs yoxdusa deyin yoxdu,yalandan niyə yollara vurmusuz məni.Axır qayıdıb yazır ki,bəs elandakı aparatın başlığıdır.Şəkilləri paylaşıram,siz qərar verin bu başlığın reklamıdı yoxsa aparatın özünün?Onlayn da sifarişini yerləşdirmişəm həmin malın,3 gündür səs soraq yoxdu.Məqsədləri malı bazar dəyərindən ucuz qoyub "təki müştəri gəlsin,bir yolla baha da olsa satarıq" yanaşması ilə camaatı aldatmaqdır".
"3 gündür səs soraq yoxdur..." - GİLEY
"3 gündür səs soraq yoxdur..." - GİLEY
"3 gündür səs soraq yoxdur..." - GİLEY
"3 gündür səs soraq yoxdur..." - GİLEY
"3 gündür səs soraq yoxdur..." - GİLEY

Şikayətçi: Elşən Əliyev - Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkarları gözləyən təhlükə: - "Sədərək" və böyük MALL-lar bağlana bilər

Artıq aylardır "Sədərək" Ticarət Mərkəzində bəzi sahibkarlar icarə haqqını ödəyə bilmir. Alver demək olar ki, yox səviyyəsindədir. Bir günə 200-300 manatlıq alver edəndə sevinirik. Çox adam icarə haqqını evindən gətirib ödəyir. Bu sözləri Sputnik Azərbaycan-a "Sədərək" Ticarət Mərkəzində çalışan bir qrup sahibkar söyləyib.
Qeyd edək ki, Azərbaycanda iri topdan və pərakəndə satış mərkəzlərinin bağlanma təhlükəsi var. Bu barədə sosial platformada məlumat yayılıb. "Sədərək" Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatda bildirilir ki, buna səbəb sahibkarların icarə haqqını ödəyə bilməməsidir. Yayılan xəbərə görə, "Sədərək" Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər. Alıcıların "Trendyol" vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
"Sədərək" TM-in sözçüsü Kəmaləddin Qədim alıcıların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə münasibət bildirərək söyləyib ki, bu fakt olsa da, ticarət obyektinin fəaliyyətinə ciddi təsir etmir.
"Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. "Sədərək" TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. "Trendyol"dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil"deyə ticarət mərkəzinin sözçüsü bildirib.
Amma "Sədərək" Ticarət Mərkəzində çalışanlar bunun əksini söyləyib. Mərkəzdə ticarətlə məşğul olanlar bildirib ki, bəzi sahibkarların icarə haqqından aylarla borcu yığılıb. Onların sözlərinə görə, Ticarət Mərkəzində ən ucuz obyektin icarə haqqı 1500 manatdır. Alıcılıq qabiliyyəti aşağı düşdüyündən onlar icarə haqqını ödəyə bilmirlər. Hətta ticarət mərkəzində əksər mağazalar icarə haqqını ödəyə bilmədikləri üçün bağlanıb.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, dünyada iri ticarət mərkəzlərinin, mağazaların bağlanması trendi 10 ildir davam edir. Azərbaycana onlayn ticarət yeni gəlib çatsa da, qərbdə onlayn ticarətə 2002- ci ildən başlanılıb. Artıq bir neçə ildir, analitik mərkəzlər də ticarət mərkəzlərinin bağlanması ilə bağlı proqnoz vermişdilər. Onlayn ticarətdə vaxt, pul itkisi az olduğundan, alıcılar bu üsulla alış-verişə üstünlük verirlər. Ona görə də, iri ticarət mərkəzləri, mağazalar öz fəaliyyətlərinə yenidən baxmalıdırlar. Bu gün şəhərin mərkəzində aylıq icarə haqqı 30-35 min manat olan mağazalar var. Onlar da artıq onlayn satışa üstünlük verməlidirlər.
Həmsöhbətimiz onu da əlavə edib ki, iri ticarət mərkəzlərinin mağazaların bağlanması üçün sahibkarlar icarə haqlarını aşağı salmalıdırlar. Həmçinin hökumət qarşısında vergilərin, rüsumların aşağı salınması ilə bağlı məsələ qaldırılmalıdır.
N.Cəfərli belə davam edərsə, ənənəvi ticarət mərkəzlərinin əyləncə mərkəzlərinə çevriləcəyini söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bəs bu pullar hara xərclənir?" - ETİRAZ

Naxçıvanda şəkərli diabet xəstələrinə ayrılan pulsuz dərmanlar və digər vasitələr sahiblərinə çatdırılımır. Bura insulin və bu tipli digər dərmanlar, inyeksiya və özünənəzarət vasitələri daxildir. Həmin vasitələr dolayısı ilə satışa çıxarılıb, həmin xəstələrə baha qiymətə satılır. Bu haqda “ Gündəlik Naxçıvan”a bir qrup şəkərli diabet xəstəsi məlumat verib. Onlar bildirir ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etsələr də, heç bir nəticəsi olmayıb.
Birinci qrup əlililliyi olan Culfa rayon Bənəniyar kənd sakini Fatma Piriyeva deyir ki, ağır şəkər xəstəsi olsa da ona pulsuz dərman verilmir. Ona pulsuz çatacaq dərmanlara isə, hər ay təxminən 100 manat ödəyir:
“Ağır şəkər xəstəsiyəm. Xəstəlik ayağımda və gözümdə ciddi problem yaradıb. Bu səbəbdən birinci qrup əlilliyim təstiqlənib. Dövlət bizə hər ay pulsuz dərman ayırır. Lakin bu dərmanları bizə vermirlər. Biz də məcbur olub, həmin dərmanları işbazlardan pulla alırıq. Kimlərsə bizim özdərmanlarımızı özümüzə satıb, var-dövlətlərini artırırlar. Xəstəxanaya müraciət edəndə deyirlər ki, dərman yoxdur. Biz də məcbur qalıb öz vəsaitimiz hesabına alırıq. Mən kasıb adamam. Dərmanlarımı almaq üçün hər ay 100 manatı haradan alım?”
O deyir ki, bir neçə dəfə Naxçıvanın Ali Məclisinə şikayət etdikdən sonra, Səhiyyə Nazrliyindən onunla maraqlanıblar. Lakin, bunun da heç bir nəticəsi olmayıb:
“Nazirlikdən zəng edən xanım bildirdi ki, Culfa rayon Xəstəxanasına gedim, mən də getdim. Orada məni müavin işləyən həkim Kazım Babayev qəbul etdi. Dedi ki, bizim dərman verməyə icazəmiz yoxdur. Şəkərim 480-560-dır. Vəziyyətim çox ağırdır. Dərmanları almağa pulum yoxdur. Nə edəcəyimi bilmirəm. Çarəsiz vəziyyətə düşmüşəm. Aidiyyəti orqanların mənə köməklik göstəriməsini xahiş edirəm”.
Digər şəkər xəstəsi Famil Quliyev isə deyir ki, vacib dərmanlarını almaq üçün hər ay borca girməli olur:
“Mən də ağır şəkər xəstəsiyəm. Əvvəllər yubatsalar da insulinləri verirdilər. Son vaxtlar vermirlər. Deyirlər ki, dərman yoxdur. Amma buna baxmayaraq həmin dərmanları pulu ilə almaq mümkündür. Biz isə imkansız adamlarıq. Dərmanları vaxtında almağa imkanımız çatmır. Dərmanlardan da vaxtında istifadə etməyəndə vəziyyətimiz ağırlaşır. Bu səbəbdən dərmanları borcla alırıq və ya tanış apteklərdən nisyə götürürük. Dövlət hər il şəkər xəstələrinə kömək üçün insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri üçün milyonlarla vəsait ayırır. Bəs bu pullar hara xərclənir?”
Naxçlvan MR Səhiyyə Nazirliyindən səslənən iddialara cavab vermək istəmədilər.

Mənbə: "Gündəlik Naxçıvan"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...

Son vaxtlar mətbuatda uşaq bağçaları haqqında neqativ materiallar getsə də, hələ də bağçalarda problemlər tam aradan qaldırılmamışdır. Hər bir bağça müdiriyyəti bu yazılardan özünə heç bir nəticə çıxarmamışdır. Buna görə də dövlət bağçaları özəl bağçalardan fərqlənmir. Amma son illər ərzində isə dövlət proqramları çərçivəsində bir sıra yeni uşaq bağçaları tikilib və köhnələri əsaslı təmir olunub. Hal-hazırda təmirə ehtiyacı olan bağçalar çoxdur. Gəlin, baxaq görək təmirsiz bağçalarda hansı problemlər yaşanır. 2011-ci il 27 — dekabr tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. Amma bir çox bərbad vəziyyətdə olan bağçalara uşaq necə qəbul olunur?

Elə buna əsas olaraq, Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən 284 saylı körpələr evi-uşaq bağçasından redaksiyamıza bir neçə nöqsanlarla bağlı məlumat daxil olmuşdur. Redaksiyamıza daxil olan məlumata əsas olaraq bağçada olduğumuz zaman çox bərbad və qəza vəziyyətində olan binanı gördük. Bu binaya bağça demək olmazdı. Qapıda yazılan yazı saat 09:00 uşaq qəbulunu göstərsə də, saat 10:30-da bir valideyin təxmini 9-10 yaş arası olan uşaqla bağçaya daxil oldu. Yəqin ki, bu uşaq bağçada çalışan hər hansı bir tərbiyəçinin uşağı ola bilər. Aldığımız məlumata görə bu bağçada aylıq 15-20 manat bağça pulu da yığılır. Bağçanın həyəti dağınıq, hasarı uçmuş və zibil tullantıları illərnən təmizlənməmiş vəziyyətdə idi.
Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...
Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...
Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...
Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...
Görən bu bağçaya uşaq qəbulu uşaqların fiziki və tibbi inkişafının təminatı, körpələrin təlim-tərbiyəsi, kiçik və böyük qruplarda körpələrə gündəlik yeməyin verilməsi düzgün aparılırmı? Bağçanın istilik sistemi normal təmin edilirmi? Bu bağçaya diqqət yetirdikdə bilmirsən uşaq bağçasıdır, yoxsa istifadə olunmayan yararsız bir bina. Bağça ilə tanış olmaq üçün bağçanın direktoru ilə görüşmək istədik. Əynində bağça forması olmayan bir gənc xanım yaxınlaşaraq “kim lazımdır” dedi, müdiriyət dedikdə isə gözləyin deyərək uzaqlaşdı. Birazdan həmin gənc xanım başqa digər xanıma tapşırıq verərək, pilləkənlərlə 2-ci mərtəbəyə qalxdı. Yaşlı xanım özünü təqdim etmədən, “Müdiriyyət məzuniyyətdədir” dedi, “bəs o gənc xanım kimdir?” dedikdə, “müdirimizin qızıdır bağçada kiçik və böyük qruplara nəzarət edir” dedi, “ali təhsili və iş müqaviləsi varmı?” soruşduqda “vallah onu deyə bilmərəm” və 10 manat uzadaraq “müdir tapşırdı” dedi, bu nədir dedikdə “xanım bizim müdir belədir qapıya gələn qonağı boş yola salmır”. Deməli, buradan belə nəticə çıxır ki, bağça müdiri bağçanı şəxsi evi kimi idarə edir və gələn qonaqlar isə onun neqativlərini üzə çıxarmamaq üçün 5- 10 manatla özünü müdafiə edərək, yola salır. Bağçanın rəhbərliyi haqqında bir kiçik araşdırma apardıq. 284 saylı bağçanın müdiri Quliyeva Zümrüd Güllü qızı 10 ildən çoxdur ki, bağçada müdir vəzifəsini daşıyır. Çalışdığı illər ərzində bağçada heç bir təmir işləri aparılmasa da, Bakı şəhəri İcra hakimiyyətinin tabeçiliyində olan illərdə, uşaq qəbulunda 200-300 manat direktora hörmət olunub. Zümrüd Quliyevanın həyat yoldaşı da neçə illərdir ki, onunla bərabər bağçada işləyir. Görəsən hansı işi icra edir?

Çox təəssüflər olsun ki, belə acınacaqlı vəziyyətdə olan 284 saylı bağçadan hələ də Təhsil Naziri Emin Əmrullayev xəbərsizdir. Biz də saytımız vasitəsilə Emin Əmrullayevə bu bağçanı tanıtdırmaqda borc bildik. Sonunda söz Təhsil Naziri Emin Əmrulllayevindir. Araşdırmamız davam edəcək.

Müəllif: Afət Məmmədova - Mənbə: Deryaz.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heç bu deputatların səsini eşitmişiniz? – İllərlə parlamentdə susanlar...


4 ildə cəmi 2-3 çıxış edən, ya da heç çıxış etməyənlər hansı “xidmətlərinə” görə maaş alırlar?

Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi istər-istəməz hakimiyyətin digər qolu olan parlamentin effektivliyi mövzusunu da gündəmə gətirmiş olur.

Ölkə əhalisinin əhəmiyyətli hissəsinin ümumilikdə 2020-ci ilin fevralından işə başlayan, yəni az sonra fəaliyyətinin 4 ili bitmək üzrə olan Milli Məclisin və onun ayrı-ayrı üzvlərinin fəaliyyətinə münasibətini “birmənalı müsbət” adlandırmaq əlbəttə ki, gülməli olardı. Lakin hər halda, parlamentimizdə(sayları az olsa da belə) nisbətən aktiv, öz rəyi, mövqeyi, çəkisi olan, əhalinin çıxışlarını, sözünü maraqla izlədiyi üzvləri var. Həmçinin, elələri var ki, onları hamı tanıyır, lakin aylarla, hətta illərlə parlament iclaslarında onların nə səsini eşidən, nə də bəzilərinin üzünü görən olub.

Bir də var yeni və “nisbətən yeni” deputatlar ki, onların da arasında aktiv, az-çox natiqlik qabiliyyəti olan (nə danışmalarından asılı olmayaraq), bir sözlə, “dili söz tutanlar” da var, deputat seçiləndən bu yana “izi-tozu görünməyənlər” də. Belələrinin siyahısı kifayət qədər uzun olduğundan hamısını sadalaya bilməsək də, misal olaraq bir neçəsini göstərməkdə fayda var. Necə deyərlər, “qoy xalq öz qəhrəmanlarını tanısın!”

Məsələn, parlamentdə Cəbi Quliyev adında deputat var. Özü də YAP-çıdır. 4 ildə cəmi dörd dəfə danışıb. Media aktivliyi 0-dır.

Jalə Əhmədova. Bu xanım da Milli Məclisdə çıxış etməyi sevmir. O, 2020-ci ildən, yəni parlamentdə oturandan bu yana cəmi üç dəfə çıxış edib – iki dəfə 2021-ci ildə və bir dəfə 2022-ci ilin payız sessiyasında.

Ülviyyə Həmzəyeva. 4 ildə Milli Məclisdə cəmi iki dəfə çıxış edib. Yəni hər iki ilə bir çıxış. Bu çıxışların da biri olub 2021-ci ilin, digəri isə 2022-ci ilin payız sessiyasında. Ü.Həmzəyeva mətbuatda da çox danışmağı sevmir. İxtisasca rəssam olan xanım deputatımızın mətbuatda bircə qısa çıxışını tapa bildik. O da iranda törədilən terror aktı ilə bağlı olub...

Əliabbas Salahzadə. Ən “ağır taxtalı” deputatlardan biridir. 4 ilə yaxın zaman kəsiyində Milli Məclisdə cəmi iki çıxışı olub. Biri 2022-ci ildə, digəri isə 2023-cü ilin yaz sessiyasında. Salahzadənin deputat olandan sonra mətbuatda cəmi 3-4 çıxışı dərc edilib ki, onun da sonuncusu 11 ay əvvələ təsadüf edir.

Yeri gəlmişkən, bir çox bu tip deputatların nəinki Milli Məclisdəki, hətta mətbuatda dərc olunan çıxışlarının da mətnləri onların ya köməkçiləri, ya da jurnalistlər tərəfindən hazırlanır...

Ülviyyə Ağayeva. Bu xanımın ümumiyyətlə, 4 il ərzində nə parlamentdə, nə də mətbautda bircə çıxışı belə olmayıb. Bu baxımdan o, “anti-rekordçular” siyahısında ən yüksək yerlərə layiqdir.

Anatoli Rafailov. O da 4 ildə nə Milli Məclisdə danışıb, nə də mediada çıxış edib.

Ağalar Vəliyev “köhnələr”dən olsa da, gözə görünməzlik və susqunluğa görə ən yeni deputatları da üstələyib. Belə ki, Ağalar müəllim 2020-ci ildən bu yana Milli Məclisdə bir dəfə də çıxış etməyib. Mətbuatda isə cəmi iki çıxışına rast gəldik ki, onların da biri 2021-ci ilə, digəri isə 2023-cü ilin yanvarına aiddir.

Nəsib Məhəməliyev, Cavanşir Paşazadə, Aqil Məmmədov, Cavanşir Feyziyev, Sevinc Hüseynova, Malik Həsənov da Milli Məclisdə “ağır oturub, batman gəzən” deputatlarımızdandır və onların da parlamentdəki çıxışları 3-5 dəfədən artıq deyil.

Müqayisə üçün qeyd edək ki, Milli Məclisin iclaslarında məsələn, Fazil Mustafa 177 dəfə, Əli Hüseynli 321 dəfə, Etibar Əliyev 119 dəfə, Əli Məsimli 135 dəfə çıxış ediblər. 100-ə yaxın çıxışı olan deputatlar arasında Sadiq Qurbanov, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Zahid Oruc və digərləri ilə yanaşı, Vahid Əhmədov və Sabir Rüstəmxanlı kimi qocaman deputatlar da var. Ancaq nə işdirsə, bu adamlar yaşlarına, yaradıcılıq və digər məşğuliyyətlərinə baxmayaraq, öz əsas vəzifələri olan millət vəkilliyinin tələblərinə bacardıqları qədər zaman və enerji tapa, ayıra bilirlər, digər nisbətən gənc və yeni millət vəkilləri isə yox...

Yaxşı, qanunvericilik təşəbbüslərini bir yana qoyaq, deyək ki, bunun üçün bilik və təcrübələri çatmır. Bəs bunların seçicilərinindəmi bu dövlətə, parlamentə deyiləcək heç bir sözü, problemi, xahişi, tələbi yoxdur? Yəni, doğrudanmı deməyə, danışmağa söz tapmırlar? Bu adamlara kimsə çatdırsın ki, öz seçiciləri də, ümumilikdə xalq da onların “həsrətindədir”. Hərdən üz-araya çıxsınlar, səslərini çıxarsınlar, bilək ki, sağdırlar və “seçicilərin verdiyi səslər etibarlı əllərdədir”.

Kimsə deyə bilər ki, “kimdir deputatın nə dediyinə baxan?” Bəlkə də belədir... Amma hər halda, hər kəs ən azından aldığı maaşın əvəzini ödəməlidir. Yoxsa, belə çıxır ki, orta statistik azərbaycanlının gəlirlərini ən azı 10 dəfə üstələyən məbləğdə maaş alan, eləcə də deputat mandatının verdiyi digər imkan və imtiyazlardan istifadə edib özünə və yaxınlarına “gün ağlayan” bu şəxslərə millətin borcu var, onlarınsa heç kimin qarşısında heç bir borcu və məsuliyyəti yoxdur. Yeri gəlmişkən, zaman-zaman deputatların maaşlarının artırılması məsələsi də gündəmə atılır və bu artımlardan digərləri kimi, “lal” və “laməkan” deputatlar da istifadə edirlər...

Məşhur şeirdə deyildiyi kimi, “Orda bir dağ var, uzaqda, O dağ bizim dağımızdır. Enməsək də qalxmasaq da. O dağ bizim dağımızdır...”

İndi adını çəkdiyimiz və çəkmədiyimiz bir çox deputatlar da həmin “dağ” kimidirlər – “göz dağıdırlar!”

Mənbə: Azpolitika.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-nin yararsız hesab etdiyi şirkətdən DSX 642 min manatlıq “alış-veriş” etdi - Vergi borcu da var

Dövlət Sərhəd Xidməti "Yanğınsöndürən (6x6) avtomobilinin alınması" ilə bağlı elan etdiyi tenderdə qalib olan "LİDER YANĞIN" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayb.

32gun.az bildirir ki, tenderin məbləği 641.920 AZN-dir.

Əldə etdiyimiz məlimata görə qalib şirkət "Lider Yanğın" MMC-nin dövlətə vergi borcu mövcuddur.

Hazırda şirkətin vergi borcu 10106.75 AZN təşkil edir.

Bildirək ki, nizamnamə kapitalı 2500 AZN olan "Lider Yanğın" MMC-nin qanuni təmsilçisi TAHİR ƏLƏKBƏROV CAHANGİR Oğludur.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.

Yerli mediada gedən məlumatlara görə, ötən il Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr Fövqəladə Hallar Nazirliyinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib.

Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.(32gun.az)
FHN-nin yararsız hesab etdiyi şirkətdən DSX 642 min manatlıq “alış-veriş” etdi - Vergi borcu da var

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO