[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sanki özüm öz toyumda iştirak etmədən bunlar məni evləndirdilər" - İlham Əliyev (VİDEO)

"Mən çox təəccübləndim ki, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən bunlar məni evləndirdilər".

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən səsləndirib.

"Bunu necə etmək olar? Qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmayım?", - deyə dövlət başçısı bildirib. 


 
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu dərmanı Azərbaycan üçün gətiribsinizsə, rusca nədir? - ETİRAZ

"AzeriMed... sözüm sizədir.

Zəhmət olmasa bir açıqlama verərdiniz. Sadəcə mənə çox maraqlı gəldi.

Bu dərman "Azəri Med"in təşkilatçılığı ilə ölkəyə gəlir. Dərman Türkiyədə istehsal edilir. Ancaq dərmanın üzəri rus dilində yazılıb.

Turkiyədə istehsal olunub Azərbaycan üçün göndərilən dərmanin üzəri niyə rus dilində yazılmalıdır?"
Bu dərmanı Azərbaycan üçün gətiribsinizsə, rusca nədir? - ETİRAZ

Müəllif: Kamran Rəcəbli
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda TƏQAÜD QALMAQALI... - NARAZILIQ VAR...
Naxçıvanda xeyli pensiyaçının aldığı təqaüd müxtəlif miqdarda aşağı salınıb. Bundan əlavə, həmin təqaüdçülərdən səhv hesablama üzündən indiyə kimi aldıqları artıq pulları geri qaytarmaq tələb olunur.
Geri qaytarılmalı olan məbləğ isə, təqaüdçüyə görə 8-15 min arasında dəyişir. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup təqaüdçü məlumat verib. Şikayətçilər deyir ki, bununla bağlı onlar xəbərdarlıq məktubları alıblar, pulu qaytarmadıqları təqdirdə məhkəmə ilə hədələnirlər.
Şərur rayonundan olan təqaüdçü S. Nağıyev deyir ki, onların tələb olunan məbləği ödəmək imkanı yoxdur:
“2027-ci ilin fevral ayında pensiya alıram. Iki ay idi pensiyalar dayandırılmışdı. Sentyabr ayında məktub aldım ki, pensiyam düzgün hüsablanmadığı üçün azaldılır. Noyabrda daha bir məktub göndərdilər ki, 9.234 manat borcun var, ödəməlisən. Ödəmədiyin halda məhkəməyə veriləcəksən. Mən hardan alım bu qədər pulu? Məgər mən pensiya hesablamışam? Pensiyanı mənə ƏƏMN hesablayıb. Məsuliyyət də onlarıdır. ”
Naxçıvan şəhər sakini C. Quliyev isə deyir ki, səhv hesablamaya görə, indi ondan 12.858 manat geri qaytarmaq tələb olunur:
“2016-cı ilin aprel ayında Naxçıvan şəhər ƏƏSMF mənə yaşa görə güzəştli pensiya təyin edib. Üzərindən 7 il keçib. İndi bunlar deyir ki, guya artıq hesablandığı üçün 12.858 manat geri ödəməliyəm. Səhv hesablayıblarsa onlar hesablayıb, məsuliyyəti də onlar daşıyır. Pensiyamı da azaldıblar. Sabah da deyəcəklər ki, pulu pensiyandan saxlayırıq. İndiki zamanda biz necə dolanaq? Bunları düşünən varmı? Yox”.
Bunda əlavə, bir qrup keçmiş FHN əməkdaşı da təqüdlərinin azalmasından şikayət edir:
“Biz 2017-ci ildə və ondan sonra təqaüdə çıxmışıq. 25 il FHN-də qulluq etmişik. Aramızda qazilər də var. 45 nəfərin hər birinin pensiyasından 200 manat azaldıblar. Bəjanə edirlər ki, hansısa qanuna dəyişiklik edilib. Ancaq, dəqiq nə qanundur, demirlər. Bunlar hamısı bəhanədir. Ötən ilin sonunda Naxçıvanda baş verən dəyişiklik zamanı sevindik ki, Talıbovlar getdi və hər şey yaxşıya doğru dəyişəcək. Görünən odur ki, yeni gələnlər pensiyaçıların pensiyasına da göz tikirlər. Bütün sahələrdə geriləmə var. Ancaq əhalinin ziyanına olan addımlar atılır”.


Mənbə: “Gündəlik Naxçıvan”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"ExpressBank" Xankəndini yenidən "Stepanakert" adlandırdı - FOTO

Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri öz rəsmi internet saytında filiallar və ATM bölməsində "Google" şirkətinin xəritəsindən istifadə edir. Bu xəritə isə münaqişəli əraziləri hər iki ölkənin dilində təqdim edir. Bunun səbəbi də sözügedən şirkətin müharibə və münaqişələ siyasətinə qarışmamasıdır.

Kommersant.az xəbər verir ki, Rusiyanın "Yandex" şirkəti isə öz xəritəsində BMT-nin qəbul etdiyi ərazi bütövlüyü qətnaməsini nəzərə alaraq mübahisəli əraziləri qəbul edilmiş dildə yayımlayır. Məsələn, BMT qətnamələrinə görə Qarabağ Azərbaycan ərazisi olduğu üçün "Yandex" şirkəti də Qarabağ bölgəsinin rayon və şəhərlərini Azərbaycan dilində yayımlayır.
Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri "Google" şirkətinin xəritəsindən istifadə etdiyi üçün öz rəsmi saytında Qarabağ bölgəsini Azərbaycan dili ilə yanaşı erməni dilində də təqdim edir. "ExpressBank" təxmini 2 il öncəyə qədər "Google" xəritəsindən istifadə edirdi. Daha sonra xəritəni dəyişərək Azərbaycan dilli xəritə yayımlasa da, yenidən sözügedən ikidilli xəritəni rəsmi internet saytında dərc edib. Dəyişən xəritənin üzərinə "Yalnız inkişaf məqsədləri üçün" yazısı da əlavə edilib.
"ExpressBank" Xankəndini yenidən "Stepanakert" adlandırdı - FOTO

Kommersant.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdə olmuş sabiq icra başçısı VƏFAT ETDİ

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

Bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov ötən axşam evində vəfat edib.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunmuşdu.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılmışdı.

Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkirdi. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunmuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samiq Sadıxov Azərbaycan genefondunu məhv edir – Perinatal Mərkəzdə uşaqları dondururlar

Naxçıvanda son aylar səhiyyə sahəsində aparılan “islahatlar” nəticəsində əhalinin sağlamlağının qorunması sahəsindəki vəziyyət kritik həddə çatıb.

Naxçıvan sakinləri hər gün sosial şəbəkələrdə muxtar respublika xəstəxanalarında sıradan çıxmış, işləməyən tibbi avadanlıqlar barədə yazırlar. Bu gün muxtar respublika xəstəxanalarında kompüter tomoqrafiyası, MRT kimi vacib tibbi avadanlıqlar yoxdur. Xəstəxanalarda EXO və EKQ müayinəsi üçün aparatlar da işləmir. Səhiyyə müəssisələrinin dərman preparatları ilə təminatı da istənilən səviyyədə deyil. Muxtar respublika sakinləri yenə də müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da Türkiyəyə üz tuturlar. Bu da insanlar üçün ciddi problemlər yaradır. Bakıya və ya Türkiyəyə gedə bilməyənlərin sağlamlığı və həyatı ciddi risk altındadır.

Naxçıvanın səhiyyə naziri əvəzi Samiq Sadıxov isə bu sahədəki problemləri həll etmək əvəzinə özünə 130 minlik avtomobil alır, muxtar respublika əhalisinin heç bir işinə yaramayan boş-boş forumlar keçirir.

TNS-in bu gün əldə etdiyi məlumatlar isə qan donduran faktlardır. Bu, artıq Azərbaycanın genefondunun məhv edilməsidir.

Bildiyimiz kimi, Naxçıvanın iqlimi sərtdir. Noyabr ayının sonlarından etibarən muxtar respublika ərazisində havalar kəskin soyuyur, şaxta müşahidə olunur. Məhz belə bir regionda, qış fəslinə yaxınlaşdığımız bir dövrdə Naxçıvan Perinatal Mərkəzinin istilik sistemi yoxdur. Mərkəzdə çalışan həkimlər, buradakı xəstələr soyuqdan donurlar. Yalnız yeni doğulmuşlar şöbəsində 1-2 istilik radiatoru qoyulub, o da standartlara uyğun deyil. Əslində yeni doğulan körpələrin yerləşdirildiyi otaqda temperatur müsbət 24 dərəcə olmalıdır. Naxçıvan Perinatal Mərkəzidəki həmin otaqda isə temperatur müsbət 18 dərəcədir. Bu vəziyyət həmin körpələrin sağlamlığında gələcəkdə ciddi fəsadların yaranacağından xəbər verir.

Digər ciddi problem isə Fizioloji doğuş şöbəsi ilə Reanimasiya şöbəsindəki körpələrin eyni məkanda saxlanılmasıdır. Tibb işçiləri yaxşı bilir ki, bu şöbələrdəki körpələrin eyni yerdə saxlanılması qəti qadağandır.

Muxtar respublika sakinləri onsuz da Naxçıvandakı yuxarı orqanlardan əlini üzüb. İndiyədək muxtar respublika sakinlərinin heç bir problemi həll edilməyib. Azərbaycanın müvafiq dövlət orqanları bu məsələyə təcili müdaxilə etməli, gələcəyimizin məhv edilməsinə imkan verməməli, öz işinin öhdəsindən gələ bilməyən, insan sağlamlığına laqeyd yanaşan məmurlar; cəzalandırılmalıdır.


Mənbə: TNS.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Samsung Azərbaycan”ın RƏHBƏRİ DƏYİŞİB - BUNDAN SONRA...

Cənubi Koreyanın elektronika şirkəti “Samsung”un Azərbaycan və Cənubi Qafqaz üzrə və eləcə də yerli “Samsung Electronics Caucasus Company” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Seon Vunq-Yu (Seon Woong Yu) bu vəzifəyə təyin edilib. Bu vəzifədə Min Hvanı (Hwang) əvəz edib. Min Hvan bu vəzifəyə 2022-ci ilin əvvəli təyin edilmişdi.

Xatırladaq ki, “Samsung Electronics Caucasus Company” MMC 2014-cü ildə yaradılıb və 2 200 000 ABŞ dolları nizamnamə kapitalına sahibdir.

“Samsung”un Azərbaycan Respublikası ərazisində hal-hazırki marketinq və əməliyyat fəaliyyəti “Samsung Electronics Caucasus Company” MMC tərəfindən icra olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Təbriz” MTK-ya görə daha bir nəfər saxlanılıb – 171 nəfər zərərçəkən var

Bir mənzili bir neçə nəfərə satmaqda günahlandırılan “Təbriz” Mənzil-Tikinti Kooperativinin (MTK) həmtəsisçisi və rəhbəri Nofəl Hacıyevlə bağlı istintaq işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Qaynarinfo-nun məlumatına görə, aparılan istintaq zamanı MTK-nın qanuni təmsilçisi Məhəmmədov Talış Biyat oğlu da saxlanılıb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Onların əməlindən ümumilikdə 171 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası tikilib. MTK rəhbərliyi tərəfindən bir mənzil bir neçə nəfərə satılıb. Zərərçəkmişlər arasında tanınmış şəxslər, ziyalılar, şəhid ailələri də var.
“Təbriz” MTK-ya görə daha bir nəfər saxlanılıb – 171 nəfər zərərçəkən var

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşçilər Muxtar Babayevi məhkəməyə verir – Direktor Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub

Noyabrın 15-də 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada tələb olunan bal həddini keçə bilməyənlərin bir-neçəsi işdən çıxarılıb.

AzToday.az-a müraciət edən işçilər bildirir ki, attestasiyada işə yeni qəbul olunanlar yüksək bal topladığı halda, illərin meşəçiləri zəif nəticə göstərib. Səbəb isə “imtahan”a ağır suallar salınması, yenilərə isə əvvəlcədən sualların verilməsi olub. Həmin sualların əksəriyyətinin ekologiya ixtisası ilə heç bir əlaqəsinin olmadığı da iddia olunur.

“Necə olurki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox”.

Xəbər verdiyimiz kimi, attestasiya imtahanında 13 nəfər iştirak etməli imiş. Amma mərkəzin direktor müavini Rahib Ağayev imtahanda iştirak etməyib. İşçilər hesab edir ki, Rahib Ağayevin imtahanda iştirak etməməsinin əsl səbəbi onun barəsində savadsız və ekologiya sahəsinə aid heç nə bilməməsi ilə bağlı mediada yayılan xəbərlər olub. İmtahandan əvvəl işçilərin narazılığını mediada işıqlandırması səbəbindən sözügedən attestasiyaya müdaxilə etmək imkanları azaldığından Rahib Ağayev səhhətini bəhanə edərək imtahana qatılmayıb. Rahib Ağayevin başqa mərkəzlərdə keçirilən imtahanlarda iştirak edib “keçəcəyi” ehtimal olunur.

Attestasiyada iştirak edən 12 nəfərdən yalnız 3 nəfər tələb olunan bal həddini keçib. İddialara görə, attestasiyadan keçmək üçün bəzi işçilərdən 400 manat istənilib.

Direktor Nəsimi Nəsibov zəif “nəticə” göstərənləri işdən çıxarıb. Bu isə Əmək Məcəlləsinin 67-ci maddəsi ilə tamamilə qanunsuzdur. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi ehtiva edən maddədə bildirilir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

Həmçinin, həmin maddənin 3-cu bəndində deyilir ki, iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4-cu maddədə isə qeyd olunur ki, iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

Əvvəlki illərdə zəif nəticə göstərən işçilərin demək olar hamısı işdə saxlanılıb.

Amma ekologiya sahəsində heç bir iş təcrubəsi olmasa da birdən-birə direktor təyin olunan Nəsimi Nəsibov Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərini kobud şəkildə pozub. Bu səbəbdən işdən çıxarılanların bir-neçəsi Əmək Müfəttişliyinə müraciət ediblər. İşçilər müfəttişlik lazımi tədbirlər görmədiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verəcəklərini bildirirlər.

Qeyd edək ki, son vaxtlar 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilərin işə qəbulu və çıxarılması zamanı Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulur. Məsələn, 70-ci maddənin “ç” bəndi əsasında işdən çıxarılmış işşilərin bir-neçəsi 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yenidən işə götürülüb…(AzToday.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BMT-də Güney problemi Azərbaycan türkcəsində dilə gətirildi - AÇIQLAMA

Güney Azərbaycan Cümhuriyyət Partiyasının insan haqları departamentinin nümayəndəsi Araz Yurdsevən BMT-də çıxış edib. Dünyanın bir çox ölkələri onun çıxışını Azərbaycan dilində eşidiblər.

Bu barədə Axar.az-a partiyanın sədri Araz Ataxan məlumat verib.

O bildirib ki, BMT tribunasından 35 milyon əhalisi olan Güney Azərbaycanın haqq səsi, rejim tərəfindən üzləşdiyi mədəni, sosial və siyasi həyatın müxtəlif sahələri üzrə haqsızlıq diqqətə çatdırılıb:

“Təəssüflər olsun ki, 35 milyondan çox Güney Azərbaycan xalqı ciddi ayrı-seçkilik və pozuntularla üzləşməkdədir. Belə ki, Urmiya gölü artıq bir neçə vaxtdır ki, qlobal miqyasda İran rejiminin ekosidi ilə üz-üzədir. Urmiya gölünə axan bütün su qaynaqlarının önündə İran rejimi tərəfindən çoxlu süni bəndlər tikilib. Bu da böyük bir ekaloji fəlakətə və quraqlığa gətirib çıxartdı. Əslində, Urmiya gölünə axan təbii dağ çayları və sularının önündə bu kimi süni bəndlərin tikintisi Güney Azərbaycana qarşı İran dövlətinin açıq bir düşmənçiliyi ilə həyata keçirilən hiylə layihəsidir. Urmiya kimi tarixi bir göl qəsdən qurudulur və bölgənin torpaqlarının başdan-başa səhralaşmasına yol açılır. Bu isə Cənubi azərbaycanlıların öz tarixi yurdlarını kütləvi şəkildə tərk etməsinə və ya Urmiya bölgəsi insanlarının elliklə köçürülməsinə (miqrasiyasına) rəvac verir. Bu səbəbdən də İran rejimi tərəfindən Urmiya gölünün canlandırılması üçün dövlət olaraq heç bir tədbir görülmür. Bunun qarşılığında Ərəb körfəzindən kilometrlərlə uzağa su çəkib, fars bölgələrində süni göllər tikmək üçün xəzinədən milyardlarla dollar vəsait ayırır”.

Partiya mənsubu BMT-nin tribunasından Azərbaycan dili ilə bağlı problemlərə də diqqət çəkib:

“Güney Azərbaycan xalqının ikinci ən böyük problemi ana dilindən mərhum edilməsidir. Güney azərbaycanlılar ana dilində təhsil almaqda ciddi şəkildə şiddət və qadağalarla üzləşirlər”.

Məruzəçi Güney Azərbaycanın maddi və mənəvi sərvətlərinin talanmasından, işsizlik, korrupsiya və cinayət halların artmasından da söz açıb:

“Quzey və Güney azərbaycanlıların eyni millət olduqlarını diqqətə çatdırmaqla yanaşı, vurğulamaq istərdik ki, bölünmüş bir millət olduğumuzu hər kəs bilməlidir. Beləcə, Güney Azərbaycandakı xalqımız da quzeyli soydaşlarımız kimi, eyni hüquqlardan istifadə etməlidir. Xalqımız öz müqəddəratını təyinetmə hüququnu əldə etməklə, İran rejimi tərəfindən hüquq müdafiəçilərinin qanunsuz həbsinə, edamlara, qadınların hüquqlarının pozulmasına və açıq şəkildə işgəncələrə son qoyacaqdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO