[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

Noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etdi ki, sammitdən sonra KTMT Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul olunmuş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onları imzalasın. Sammitin başa çatmasından bir həftədən çox vaxt keçsə də, Tasmaqambetov Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Tasmaqambetovla görüşmək niyyətində deyil.

Bu sözləri erməni ekspert Avetis Babacanyan qeyd edib.

O bildirib ki, KTMT-yə üzv dövlətlər, ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər:

“Bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Bir tərəfdən KTMT-nin nizamnaməsində üzv dövlətin çıxarılması proseduru nəzərdə tutulmayıb, çünki Ermənistan KTMT-nin həmtəsisçisidir, məsələn, Rusiya kimi, digər tərəfdən Ermənistan KTMT-dən çıxa bilər, amma bunu etmir, ancaq təşkilatın fəaliyyətini boykot edir.

KTMT-də qərarlar konsensusla qəbul edilir. İndi KTMT-nin Belarusda keçirilən sammitində Ermənistanın razılıq vermədiyi, imzalamadığı qərarlar qəbul edildi. KTMT bu məsələni başqa cür həll etmək qərarına gəlib: Tasmaqambetov həmin sənədlər paketini Ermənistana gətirəcək, Nikol Paşinyan isə Ermənistanda imzalayacaq və onlar qanuni qüvvəyə minəcək. Amma Paşinyan Tasmaqambetovu qəbul etməkdən imtina edirsə, bu o deməkdir ki, o, həmin sənədləri imzalamağa hazırlaşmır, bununla da nəinki həmin konkret sənədləri, ümumiyyətlə, strukturu qeyri-legitimləşdirir. Ermənistan hakimiyyətinin bu cür davranışının səbəbi nədir?

Əvvəldən belə bir fikir var idi ki, Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir və Ermənistanla bağlı KTMT-də hansısa qərar qəbul etmək istəyir”.

Onun sözlərinə görə, Paşinyan Ermənistanı daha təhlükəli oyuna sürükləyir, o, KTMT-ni legitimlikdən çıxarmaq, gülüş obyektinə çevirmək üçün hər şeyi edir:

“NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Paşinyan Rusiyanın nə qədər qeyri-ciddi və nüfuzsuz olduğunu, onun rəhbərlik etdiyi blokun hətta hüquqi qərarlar qəbul etmək iqtidarında olmadığını, həmin blokun üzvlərinin də o bloka qarşı çıxdığını öz davranışı ilə göstərir.

Belə bir şəraitdə Rusiyanın Ermənistana qarşı siyasətini günü-gündən sərtləşdirməsi qəribə deyil, baxmayaraq ki, açıq iqtisadi müharibə elan etmir. Rusiya və ölkə rəhbərliyi Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB liderlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyinə ümid edir. Rusiya Prezidentinin müşaviri Yuri Uşakov hətta İrəvandan Paşinyanın onlarda iştirak edə biləcəyi ilə bağlı müsbət siqnallar aldıqlarını bildirib. Amma Paşinyanın açıq antirusiya siyasəti onun Rusiyaya getməyəcəyinə heç bir şübhə yeri qoymur, çünki onun nə Rusiya hökumətinə, nə də Aİİ üzvü olan ölkələrə deyəcək sözü var. Məsələn, Rusiya prezidenti Ermənistan hakimiyyətinin bu cür açıq-aşkar antirusiya davranışının səbəbini soruşanda, nə cavab verməlidir və ya Rusiya hakimiyyəti Ermənistandan KTMT-dən çıxdığını elan etməyi tələb edərsə, nə cavab verəcək?”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

Mən Vladimir Zelenskinin yenidən prezident olmasını istəmirəm. Bu, mümkün deyil.

Bu sözləri Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya “Ekonomist” nəşrinə müsahibəsində deyib.

“Ola bilsin ki, gələcəkdə yeni nə isə düşünə bilərik”, - deyə Zelenskaya bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radası 2024-cü ildə prezident seçkilərinin təxirə salınması ilə bağlı qərar qəbul edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib, Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələrdən danışıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib.

O, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb.

C.Bayramov həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.

Xarici işlər naziri həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir C.Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib.

Daha sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib.

İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...


Fransada çimərlik və meşələrdə siqaret çəkilməsi qadağan ediləcək.

Bu barədə Fransa səhiyyə naziri Orelien Russo məlumat yayıb.

Russo bu addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağını vurğulayıb.

Ölkədə daha çox ölüm səbəbinin siqaretdən olduğuna diqqət çəkən səhiyyə naziri "Tütünlə Mübarizə Proqramı" 2023-2027-ci il çərçivəsində siqaretin qiymətinin mərhələli şəkildə artırılacağını da qeyd edib./axar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

Türkiyədə qəza keçirərək həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avtomobil qəzasında ölən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.

Boskçunun ürəyi isə Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, Görkem Kaynar noyabrın 20-si Isparta – Eğirdir yolunda qəzaya düşmüşdü. O, 4 gün sonra xəstəxanada vəfat edib.

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü
Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəisi İsrailə etiraz olaraq Dubaya getməyəcək

İran prezidenti COP28-də İsrailə etiraz olaraq Dubaya getməyəcək

İran prezidenti İbrahim Rəisi israilli həmkarı İshaq Hersoqun BMT-nin builki İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirakına etiraz olaraq Dubaya səfər etməyəcək.

Məlumata görə, konfransa yalnız İbrahim Rəisi deyil, onun nümayəndəsi də qatılmayacaq. Bildirilib ki, İran COP28 konfransında energetika naziri səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, bundan öncə İran mediası İbrahim Rəisinin konfransda iştirakı üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər planını da açıqlamışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?


“Dövlətin mənə borcu var” deyən dələduz MTK rəhbəri Rauf Əliyevin hələ də Bakıda inşaatla məşğul olması təəccüb doğurur…

On illərdir ki, Azərbaycanda mənzil dələduzluğun adi gündəlik həyatımızın bir hissəsinə çevrilib və hər şeydən əvvəl insanlarımızın gündəlik üzləşdikləri bu bəlanın qarşısını almaq üçün əlaqədar qurumlar bu illər ərzində gərəkli addımların atmaması təəccüb doğurur. Hər şeydən əvvəl bu sahədə qanunvericilik dəyişdirilməli və ev alan şəxslərin vəsaitləri banklara əmanət qoyan vətəndaşların vəsaitləri kimi dövlət səviyyəsində sığortalanmalıdır.

Əks təqdirdə bu dələduzluğun qarşısını almaq heç də asan olmayacaq. Çünki dələduzluğa əl atıb bir mənzili bir neçə şəxsə satanlar sonlarının həbs olacağını əvvəlcədən bilir və buna şüurlr şəkildə gedirlər. Məsələ ondadır ki. insanların bütün ömrü boyu ev almaq üçün topladıqları pulları vicdanları azacıq belə ağrımayan bu dələduz sahibkarlar əldə etdilkəri milyonların cüzi hissəsini həbsxanada kef-damaq içində yaşamaları üçün özlərinə sərf edib bir neçə ildən sonra azadlıqlarına qovuşurlar. Olan isə bir ömür ev almaq xəyalı ilə yaşayıb sonucda əlində olanları dələduzların kef-damağına verən sadə insanlara olur.

Əslində isə Azərbaycanda mənzil dələduzluğu bağışlanmaz cinayətdir. Bu, vətənə xəyanət qədər ağır günahdır. Çünki bir mənzilin fırıldaq yolu ilə satılması bir ailənin, bir ocağın evini yıxmaq deməkdir. Bu, ev arzusu ilə yaşayan uşaqları gözü yaşlı qoymaqdır. Bu, vətəndaşı vətəndən, dövlətdən küsdürməkdir. Bu, dövlətə etibarı sarsıtmaq, inamı öldürməkdir. Ona görə ki, tikintiyə icazə verən, ona təminat verən dövlətin strukturlarıdır.
Ölkədə indiyə qədər neçə-neçə mənzil dələduzluğuna yol verən tikinti şirkətlərinin rəhbərləri həbs edilsə də, hələ də bu cür fırıldaqlarla məşğul olan və azadlıqda gəzənlər var. Onlardan biri də “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləridir.
Baxmayaraq ki, onların barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb, hələ də şirkət sahibləri Bakıda bir mənzili bir neçı nəfərə sataraq varlanmaq dələduzluğuna davam etdirirlər. Bu isə qanunlarımızda nə qədər boşluqların olmasından xəbər verir.
Qeyd edək ki, yüzlərlə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 – 178.4-cü maddələri ilə ittiham olunurlar. Bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar.
Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.
Bu azmış kimi, Rauf Əliyev yaxın çevrəsinə danışır ki, onu bu qanunsuz hərəkətlərə vadar edən guya dövlətin sifarişi ilə Pirallahı rayonunda şəhid ailələrinə bina tikməsi, sonra onun pulunu ala bilməməsi və itirdiyi məbləği kompensasiya etmək üçün dələduzluq etməyə başlamasıdır. Bu minvalla Rauf Əliyev Bakının ayrı-ayrı ərazilərində öz quldur dəstəsi ilə birlikdə binalar tikərək bir mənzili bir neçə nəfərə satmaqla pul qazanmağa davam edib. O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb. Bu günə qədər də aksiyalar keçirilib, şikayətlər olunub, nəticəsi yoxdur. Üstəlik, guya şəhid ailələrinə tikdiyi binanın pulunu ala bilməməsini bəhanə edərək fırıldağa yol verdiyini bəhanə etmək gülüncdür.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 – 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
“İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.(Poliqon.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

"Tərifini yerə-göyə sığdırmadığımız UNEC-də də təhsil getdikcə tələbələri iyrəndirməyə başlayıb. Bir az əvvəl oğlum zəng edib ki, ingilis dilindən 20 ballıq esse-dən müəllim 5 bal yazıb. 150 sözlük esse tapşırığı verilib və Əli 140 sözdən ibarət esse yazıb.

Müəllimə isə deyib ki, zəifdir, cümlələrin yeri düz deyil vəs və ilaxır, 5 bal. Appelyasiya da nəticə verməyib. 20 baldan 5 bal 25 faiz deməkdir. Övladımın ingilis dilinə bələdəm, B1 səviyyəsində ingilis dilini bilir və B2-ə keçməyə hazırlaşır. Neçə ildir ingilis dili kurslarına gedir."

Bunu özünün "Facebook" səhifəsində jurnalist Hikmət Həsənov yazıb.

"İndi götürüb bir neçə saytda UNEC-i tənqid etsək, dekan, kafedra müdiri filan işə qarışacaq, xahiş-minnət edəcək. Hələlik bu post qalsın burada. Sonrasına baxarıq..." deyə əlavə edən H.Həsənov daha sonra qeyd edib:

"Artıq bezirəm. Keçən il Fizikadan kəsilmişdi, özü etiraf etdi ki, zəif yazıb. Altdan dərs alır. Dillənmədim. Çünki haqsız idi. Axı ingilis dilini bu uşaq yaxşı bilir. Niyə 20 baldan 5 bal versin ki? Özü də cavan müəllimədir. Dəhşətdir. Uşaqları iyrəndirirlər. 2-ci kursdu, mühəndislik fakultəsi. Olmaz belə. İxtisas dərsi keçsinlər, mən aparıb uşağı İT StepAcademy-yə yazdırmışam..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yeni direktoru təyin edilib.

Taleh Zeynalov bu vəzifəyə təyin edilib. O, buna qədər “Grand-Agro Invitro” MMC-nin rəhbəri olub.

Qeyd edək ki, Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun kadırlarından biridir. Belə ki, 14 aprel 2023-cü il tarixdən Prezidentin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov son illərdə “Agro Food Investments” MMC-nin rəhbərliyində çalışıb, hansı ki, “Grand-Agro” MMC və “Grand-Agro Invitro” MMC adıçəkilən şirkətin kurasyasındadır.

Taleh Zeynalov 2017-2018-ci ildə “PMD Group” MMC-nin, “Agro Food Investments” MMC və son 6 ilini isə “Grand-Agro Invitro” MMC-nin rəhbərliyində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?


“Karat Holding” MMC-nin təsisçisi, keçmiş deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov “Optilan Azərbaycan” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, onun iddasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Emin Əliyev iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Taleh Qasımov iş adamıdır. O “Karat Holding”in rəsmi sahibidir. Mediada gedən məlumatlara görə, holdinqin tərkibinə aşağıdakı şirkətlər daxildir:

1. Karat MTK (tikinti şirkəti)
2. İdeal MMC (tikinti şirkəti)
3. Azİnvest (tikinti şirkəti)
4. Everest-M (tikinti materialları biznesi)
5. Şin Servis (armatur biznesi)
6. Aveta MMC (un istehsalı)
7. Karmen MMC dəyirmanı
8. Hökməli Makaron Fabriki
9. Hökməli Kisə Fabriki
10. ASTEL MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)
11. Gəncə Fatoğlu un dəyirmanı
12. Marina Plaza oteli
13. Premium market
14. İzmir MMC (tikinti şirkəti)
15. Seymur MMC (Dəllər Un dəyirmanı)

Bundan başqa, Taleh Qasımov “Sanatoriy İstoçnik Kislovodsk” MMC-nin təsisçilərindən biridir. MMC 30 mart 2017-ci ildən fəaliyyətdədir. Hüquqi ünvanı Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir.

“Optilan Azərbaycan” MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında hər hansı məlumata rast gəlinmir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə isə şirkət 2 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Cason Keytdir.

“Optilan Azərbaycan” MMC “Karat Holdinq”lə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO