[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;

bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.

Müəyyən edilib ki, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur;

Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu su və meliorasiya sahəsində fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir;

bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;

bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci və 8.1.6.2-ci yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.

7. Bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

7.1. Azərbaycan Respublikasının Prezidentinə:

7.1.1. yenidən təşkili və ləğv edilməsi;

7.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

7.2.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

7.2.2. idarəetmə orqanlarının yaradılması;

7.3. Agentliyə:

7.3.1. bu Fərmanın 7.1-ci və 7.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. dörd ay müddətində:

8.1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.2. bu Fərmanın 5-ci və 6-cı hissələri nəzərə alınmaqla, mühafizə olunmalı həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.3. bu Fərmanın 1–6-cı hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.4. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.5. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasına uyğun olaraq, meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.6. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün:

8.1.6.1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı və tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına;

8.1.6.2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın və bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın Regional Su Meliorasiya Xidmətinin balansına;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra onların strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 10.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin;

10.2. bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin və bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin cari ildə fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşməni təmin etsin;

10.3. Agentliyin, bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin, habelə bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

10.4. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili məqsədilə zəruri əlavə maliyyələşməni təmin etmək üçün tədbirlər görsün.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin atesstasiya oyununun pərdəarxası məqamları

Redakdiyamıza bir qrup 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 15.11.2023-cü il tarixdə Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada iştirak etmiş işçiləri tərəfindən müraciət:

"Biz uzun illərin təcrübəli məşrçiləriyik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb, bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup "mafiyoz"un əlində oyun-oyuncağa çevirilib.
Attestasiya imtahanına ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur.
Görünür burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə, hələ bu azmış kimi, rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə "kimin keçəcəyinin" siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olurki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox.

Bu həqiqətəndə biyabırçılıqdır.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan Dəmir Yolları” 900 minlik lisenziya alır – Tenderin qalibi haqqında heç bir məlumata rast gəlinməyən şübhəli şirkətdir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) informasiya-kommunakisya texnologiyaları (İKT) avadanlıqlarının lisenziyalarını yeniləyir.
Reportyor.info xəbər verir ki, QSC bununla bağlı elan etdyi tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “İsoft” MMC seçilib.
Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 937 335,36 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsoft” MMC 19 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Natiq Əlövsət oğludur.
Açıq mənbələrdə “İsoft” MMC haqqında heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, adı heç bir yerdə olmayan, hətta saytı və əlaqə telefonları olmayan bu şirkət tenderlərdə fəal iştirak edir.

Maraqlıdır ki, “İsoft” MMC İKT sahəsində fəaliyyət göstərsə də, 15 il ərzində özünə bir sayt qura bilməyib. Hər halda bu tip şirkətlər veb-səhifə yaratmaqda maraqlı olmalıdırlar. Bu, ən azı göstərdiyi xidmətlər haqqında müştərilərin rahat məlumat əldə etməsi üçün lazımdır.
MMC-nin adına “Facebook” səhifəsi var ki, onu da cəmi 206 nəfər bəyənib. Əgər bu doğrudan da şirkətin səhifəsidirsə, o zaman bəyənmə sayı “İsoft”un ciddiyyətinə kölgə salır. Ya da belə qənaət formalaşır ki, bu şirkət sadəcə tender oyunlarında iştirak üçün yaradılıb.
“Azərbaycan Dəmir Yolları” QSC dövlət qurumudur. Dövlət qurumları keçirdikləri satınalma müsabiqələrində əlbəttə ki, maddi-texniki bazası güclü və fəaliyyət göstərdiyi sahədə kifayət qədər ciddiyyəti olan şirkətlərin qalib gəlməsində maraqlı olmalıdır. Ən azı layihənin icrasında heç bir problemlə üzləşməmək üçün.
Amma nədənsə QSC 900 minlik tenderi “İsoft” MMC haqqında hər hansı məlumat olmayan şirkətə verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib.

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA buralara GÖZ GƏZDİRƏCƏKMİ? - ÖZBAŞINALIQ!

Vətəndaş Pərviz Məmmədov aktualxeber.az-a mürciət edərək başına gələnləri, Mehdiabad qəsəbəsindəki “AZZA” mağazasından aldığı məhsulun keyfiyyətsiz və yararsız olmasına baxmayaraq mağazanın satdığı məhsulu geri qaytarmaqdan imtina etdiyini bildirmişdir.

Pərviz bəyin dediyinə görə 3-4 gün bundan öncə adı çəkilən mağazadan Pribaltika ölkələrindən birinin istehaslı olan paştet aldığını, bu gün isə ondan istifadə etdikdə tam yararsız və keyfiyyətsiz olduğunu görmüşdür.

Baxış zamanı müəyyən edilmişdir ki, bankanın bəzi yerlərində göy ləklər var və qapaq şişmişdir. Mağaza işçiləri bu ərzaq məhsulu ilə bağlı belə halların çox olduğunu, buna baxayaraq, geri götürməyəcəklərini bildirmişlər. Vəziyyətin belə olduğunu görən Pərviz Məmmədov məsələyə aydınlıq gətirmək üçün AQTA-ya müraciət etməyə məcbur olmuşdur.

Biz də hələlik AQTA-nın cavabını gözləyək. Yəqin ki, adıçıkilən qurum belə məhsulların satışına görə müəyyən tədbir görəcəkdir.

Qeyd edək ki, Pərviz Məmmədov ixtisasca həkimdir və kifaəyt qədər ciddi olmayan məsələ barəsində belə həyəcan təbiıli çalmaz. Sadəcə “AZZA”mağazalar şəbəkəsinin rəhbərliyinin belə məsuliyyətsiz davranışı, üstəlik də işçilərin yararsız məhsulu geri qaytarmaqdan imtina etməsi təəccüblüdür.

Hər halda biz redaksiya olaraq vətəndaşlara ehtiyatlı olmağı, “AZZA”dan belə məhsullar alarkən diqqət yetirməyi tövsiyə edirik.

Aktualxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş nazirin bankı Hərrac Mərkəzini məhkəməyə verdi

“Bank Standard” QSC Daşınmaz və Daşınar Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin məhkəməyə verib.


Hit.az xəbər verir ki, bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Kənan Hüseynovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.


“Bank Standard” QSC hazırda ləğv prosesindədir. Bankın lisenziyası 2016-cı ildə ləğv edilib. QSC keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin bankı kimi tanınıb.


Hit.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
HƏKİMİN ÖLÜM İŞİNDƏ NÖVBƏTİ MÜƏMMA - MƏHKƏMƏ SƏDRİ KİMDƏN ÇƏKİNİR?

Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun ölümdə şübhəli şəxslərin qeyri-qanuni pul köçürmələri ilə bağlı ayrıca icraata götürülmüş cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılır. İşlə bağlı məhkəmə sədri Kamran Süleymanov mərhumun atası DrZaman Bagirovu qəbul edib. Məhkəmə sədri zərərçəkmişə bildirib ki,Müşfiq Bagırovun ölümünə səbəb olmuş və hazırda sədrlik etdiyi məhkəmədə baxılan cinayət işini istintaqa qaytarmaq səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bunu yalnız Baş Prokurorlugun Dövlət ittiham idarəsinin məhkəmədə iştirak edən nümayəndəsi Samir adlı şəxs edə bilər.
Z.Bağırov deyir ki, məhkəmə kifayət qədər nöqsanları görürsə, nədən və hansı maraglara görə məsuliyyəti üzərindən atır?
Mərhumun atası iddia edir ki, qeyri-rəsmi pul köçürmələri istintaq tərəfindən düzgün hesablanmayıb, məbləğ azaldılıb. Ümumi məbləğ 10 milyon manatdan yuxarı olduğu halda, istintaq məhkəməyə yalnız 4 milyonluq dövriyyədən əldə olunmuş 48 min manatı qazanc kimi dəyərləndirərək günahkarları ağır cəzadan yayındırmağa çalışıblar. Cinayətdə təqsirləndirilən Aqşin Abdullayev istintaqa ifadəsində ümumi dövriyyədən 200 min manatdan çox qazanc əldə etdiyini etiraf edib. Bura digər təqsirləndirilən İ.Teymurovun ifadəsinidə aid etmək olar.
Z.Bağırov qeyd etdiyi nöqsanların yenidən araşdırılması və cinayətkarların layiqli cəzalandırılması üçün işin yenidən istintaqa qaytarılmasını tələb edir.
Zərərçəkmiş deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir dövlət qurumu reaksiya vermir. Z.Bağırov hesab edir ki, oğlu M.Bağırov özünün də içərisində olduğu şəbəkənin təzyiq və təhdidlərinin qurbanı olub.
“Baş prokuror Kamran Əliyev məni qəbul edən zaman işi şəxsi nəzarətinə götürdüyünü və milyonlardan söhbət getdiyini demişdi. Amma nədənsə, onun müstəntiqi işin sonunda məbləği kəskin azaldaraq günahkarları cəzadan azad etdi. Görünən odur ki, oğlum Müşfiqin qanı batırıldı”-deyə Z.Bağırov bildirib.

Müəllif: Anar Məmmədov - Mənbə: Criminal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Ruslan Əliyev GÖRƏVDƏN ALINIB? - İLGİNC

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin ərizə yazaraq işdən çıxdığı, SOCAR-a məxsus zavodlardan birinə direktor müavini təyin olunduğu barədə məlumatlar yayılıb.

Pravda.az xəbərin doğru olub-olmadığını öyrənmək üçün SOCAR-a sorğu ünvanlayıb.

İki gün keçməsinə baxmayaraq, SOCAR tərəfindən hələ də məsələ barəsində mövqe bildirilməyib.

R.Əliyev ötən gün sosial şəbəkə hesabında məlumat yayıb ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıqqapı” aksiyası 17 noyabr saat 11:00-da başlayacaq.

“Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir”, - o qeyd edib.

Xatırlatma: Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.

Mənbə: Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azəriqaz`ın bitib-tükənməyən TƏMİRLƏRİ... - Bu azmış kimi...

Sabunçu rayonu Bakıxanov qəsəbə sakinləri 4 gündür ki, qaz üzünə həsrət qalıb. Bu gündən etibarən də qəsəbədə su da kəsiləcək.

Tribunainfo.az xəbər verir ki, artıq 4 gündür ki, Bakıxanov qəsəbəsinə qaz verilmir, veriləndə isə təzyiqi aşağı olduğu üçün qazdan istifadə etmək mümkün olmur.
Qazın verilməməsinə səbəb kimi qəza göstərilir. Günlərdir baş vermiş qəza ilə bağlı yaranmış problemi aradan qaldırmaq mümkün olmayıb. “Azəriqaz”ın məlumatına görə hələ də qəza baş verən ərazidə təmir-bərpa işləri görülür. İşlər isə nə vaxt yekunlaşacaq, məlum deyil.

Bu azmış kimi “Azərsu” da Sabunçu rayonu Bakıxanov qəsəbəsində su kəmərində təmir-bərpa işləri aparacaq. İşlərlə əlaqədar qəsəbədə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu məlumatlar da dövlət sirri hesab ediləcək

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

Qanun layihəsinə görə, buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatları da aid edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AMEA Gəncə bölməsində OYUNBAZLIQ "Dövlət idarəsində oturaraq..."


Kanalımıza müraciət edən Gəncə şəhər sakini Hacıyeva İlahə xanım Azərbaycan Milli Elmlər Akademiyasınin Gəncə bölməsinin bioresursları İnstitutunda doktorantura şöbəsində qiyabi təhsil alib.Şikayəti Molekulyar Biologiya və texnologiyalar institutunun rəhbərliyinin İlahə xanımın elmi işinə olan münasibəti ilə bağlıdır.Sikayətci iddia edir ki,elmi seminar şurasında onun elmi işində əvvəl müsbət. daha sonra mənfi rəy yazılıb .o,bildirir ki, bu şəxslər dövlət idarəsində oturub dövlət sənədlərini saxtalasdirirlar.
Biz də kanal 13 olaraq, Hacıyeva İlahə xanımın şikayətli ilə bağlı Molekulyar Biologiya və biotexnologiya İnstitutunun rəhbəri Hüseynova İradə xanımla telefon əlaqəsi saxladıq və bu məsələ ilə bağlı açıqlamasını sizə təqdim edirik...

Ətraflı video süjetdə izləyə bilərsiniz.

Mənbə: Kanal13
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO