[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ mətbuatı Azərbaycanın mina problemini işıqlandırdı


“Cari il sentyabrın 19-da ermənilərin təşkil etdiyi mina partlayışında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini paylaşmağa çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan bu xəritələrə etibar etmək olmur. Bu azmış kimi, bəzi beynəlxalq ekspertlər Azərbaycan ərazisinin minalardan təmizlənməsinin 30-35 il çəkəcəyini proqnozlaşdırır”.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-ın populyar “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Bir sıra beynəlxalq siyasi ekspertlərin fikirlərinin yer aldığı “Niyə indi minaları qadağan etməliyik?” sərlövhəli məqalə qeyd olunub ki, ermənilərin tapılması müşkül olduğuna əmin olduğu mina problemi olmasaydı, Azərbaycan tərəfi daha çox ərazini zərərsizləşdirib məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etmiş olardı.

Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın davam etmiş hərbi işğalı nəticəsində ölkəmizin ərazisi kütləvi şəkildə mina və müharibə qalıqları ilə çirkləndirilib. Belə ki Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyinin (ANAMA) statistik məlumatına əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan indiyədək 189 mina partlayışı baş verib, 28 sentyabr 2023-cü il tarixinə bu partlayışlar nəticəsində 327 nəfər həlak olub. İsrailli politoloq bu mənada qeyd olunan problemi işıqlandıran statistikaların mina problemini həll etmək və günahsız insanların həyatını qorumaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğuna dair həyəcan siqnalı verib.

Qeyd olunub ki, Azərbaycan tərəfi minaların tələ kimi qoyulduğunu əks etdirən videolar yayımlayıb. Belə ki, Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş məlum partlayışdan sonra Azərbaycan hakimiyyəti Qarabağın erməni sakinlərinə yardım göstərmək məqsədilə humanitar yardım və yanğınsöndürənlər göndərib.

Sonda müəllif insan haqlarını müdafiə edən təşkilatların Azərbaycanı haqsız yerə tənqid edən çoxsaylı bəyanatları fonunda minalama ilə bağlı Ermənistanı qınayan bir bəyanatın belə mövcud olmamasını qərəzliliyin və ikili standartların aşkar təzahürü kimi qiymətləndirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhbus internetə görə Penitensiar Xidməti məhkəməyə verib - TƏFƏRRÜAT

Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalov Penitensiar Xidməti məhkəməyə verib.

Bu haqda Firudin Zeynalovun hüquqlarının müdafiəsi ilə məşğul olan Hüquqşünaslar Qrupunun koordinatoru, hüquqşünas Səyyad Yusifli məlumat verib.

Səyyad Yusiflinin sözlərinə görə, Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb və hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.

Zeynalovun vəkili Fariz Namazlı Penitensiar Xidmətə müraciət edərək Firudin Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib. Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.

Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur. Buna görə də, Firudin Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

İddia ərizəsində Firudin Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd edilib.

Qeyd edək ki, Firudin Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

​DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Yelo Bank` açıq-aşkar dilənçiliklə məşğuldur... - BUNUN BAŞQA ADI YOXDUR...


“Yelo Bank”da olan kreditinizi tam bağladıqdan sonra “tam ödənildi” qəbzi üçün əlavə 30 manat tələb edilir.

DİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, bank müştərisi Tural Cahangirov bildirib ki, əlavə ödənişi ondan tələb ediblər.

““Yelo Bank”da olan kreditimi bağlamışam. Tarixçəmə “tam ödənildi” yazılması üçün əlavə də 30 manat ödəniş istəyirlər. Bu çox absurddur”.
`Yelo Bank` açıq-aşkar dilənçiliklə məşğuldur... - BUNUN BAŞQA ADI YOXDUR...

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət hesabıına milyonlar qazanan GİZLİ OLİQARX... - İLGİNC İDDİALAR...

"Bir müddət öncə mətbuatda Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun qısa zamanda qanunsuz yollarla milyonlarla manat vəsait əldə etdiyi, hətta bəzi məmurların ona Range Rover hədiyyə etməsi ilə bağlı yazılar yer alıb. Taleh Bəşirovun yazılanları nə təsdiq, nə də təkzib etməməsi bu məlumatlarda həqiqət payının yüksək olduğunu göstərir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Xidmət rəisinin müavini Elçin Yusubovun himayəsi altında “kasıblığın daşını atan”, kölgədəki oliqarxlardan birinə çevrilən Taleh Bəşirov, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edir. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurlara xoş getmək, onların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanır. Yəni dövlət büdcəsi pul itirdiyi halda Bəşirovun fərdi büdcəsi sürətlə şişir. Özgə cür desək, Bəşirov hamam suyu ilə dost tutur, dövlət torpaqları hesabına dolayısı yolla milyonlar qazanır. Ona bu işdə mane olan, yaxud mane ola biləcək adamları isə işdən qovdurur.
Taleh Bəşirova bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqlarını məmurlara, iş adamlarına dəyər-dəyməzinə satan şöbə müdiri, bu gün ölkənin ən məşhur oliqarxalarının sevimlisidir. Taleh Bəşirov dövlət torpaqlarını məmurların adına “su qiymətinə” sənədləşdirir, sonra isə bunun əvəzində həmin torpaqların dəyərinin yasrısı qədər “nəmər” alır.
Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Şöbə müdirinin Türkiyədəki biznesi, Azərbaycanda hansı məmurlarala əlaqə qurması, bu dostluqdan nələr qazanması haqqında yeni məlumatlar verəcəyik".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda Tik-Tok açıldı


Azərbaycanda "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyət ləğv edilib.

Artıq istifadəçilər "TikTok"a məhdudiyyətsiz daxil ola bilirlər.

Xatırladaq ki, "TikTok"un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsilimiz GÜL AÇIB... AY CAN... AY CAN... - 3 katibəli məktəb direktoru...

Əvvəllər orta məktəblərdə rüşvətə səbəb kimi ilk növbədə əməkhaqqının aşağı olmasını bəhanə edirdilər. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, sertifikasiyadan yüksək bal yığmış müəllimlərin əməkhaqqı ölkə üzrə götürülən orta maaş səviyyəsinə gəlib çatıbdır. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı məktəblərdəki şagird sayına uyğun olaraq dəyişir ki, bu da ümumilikdə 1000 manatdan yuxarıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var – təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s…
Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər. İstifadəyə meyilli rəhbərlərdən biri də 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərovdur. Əmək fəaliyyətinə 2001-ci ildə 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış Eldəniz müəllim 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-cı ildə 136№-li tam orta məktəbə direktor vəzifəsinə yüksəlmiş, 2021-ci ildən isə Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır.
Bu şəxs işlədiyi məktəblərdə həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığaraq son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olubdu. Bu isə təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olubdu. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır. Onun bir vaxtlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş və indi də Şəmkir RİH başçısı olsa da təhsil sahəsində sözü keçən Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək. Deyilənlərə görə, bu il də müəllimlər günü münasibətilə 252 nömrəli məktəb-liseydə yenidən yığım həyata keçirilibdi. Bildirilir ki, baş tutan “yığım əməliyyatı” məhz direktorun tapşırığına əsasən reallaşdırılıbdı. Təbii ki, bu da şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olubdu. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, himayədarı onun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olubdu.

Yeri gəlmişkən, məsələ ilə əlaqədar aktualxeber.az-a daxil oan informasiyalarda o da deyilir ki, E.Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə isə deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar əsasən birinci siniflərə yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyibdi. Çünki onun direktor olaraq öz prinsipləri var və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu “prinsiplər” ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktor… Əslində isə, valideynin “əziyyəti” və “təşəkkürləri” olur. Çünki direktora bir neçə dəfə “təşəkkür etmək” məcburiyyətində qalırlar. Deyilənlərə görə, o, məhz həmin “təşəkkürlər” hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edibdi.
Bir maraqlı məqama da diqqət edək ki, özünü oliqarxlara bənzədən Eldəniz Əkbərovun 3 katibəsi var. Direktorun Səbinə Yusifova adlı katibəsinin adı işdə xadimə getsə də onun əlinə süpürgə aldığını görən olmayıb. E.Əkbərovun 136 saylı orta məktəbdən özü ilə gətirdiyi Bəhruz adlı gözətçini özünə “cangüdən” kimi işlədir. Kimsə narazılıq edəndə Bəhruz həmin adamı işdən çıxarmaqla hədələyir. Son zamanlar isə rüşvəti direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüseyn Həsənovun əliylə alır. Liseydəki rüşvətxorluğa görə digər məktəblərə yerdəyişmə edən şagirdlərə görə məktəbdə şagird sayı azalıbdı və 5 günlük dərs sisteminə keçilibdi. Ümidvarıq ki, tezliklə Elm və Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə ciddi yoxlamalar aparılacaq və qanunsuzluq edən günahkarlar da cəzalandırılacaqlar.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?



Üç il əvvəl, pandemiyanın tüğyan etdiyi dövrdə Sumqayıt şəhərinin 42-ci məhəlləsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 53-cü məhəllədə yeni inşa olunan kənd təsərrüfatı məhsullarının satışı mərkəzinə köçürüldü. Buna səbəb kimi yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərildi..

Yenixeber.org: Bildirilirdi ki, iki hektar ərazidə yaradılan satış mərkəzində ətraf rayonlardan olan 700 sahibkar həftənin şənbə-bazar günləri öz kənd təsərrüfatı məhsullarını satışa çıxara biləcək.

Köçürülmənin ilk günlərindən başlayaraq şəhər sakinləri sosial şəbəkələrdə məsələyə öz münasibətlərini bildirməyə başlamışdılar.

Huseyn Narimanov: “Orda yarmarka olmaz”; Yusuf Abidli: “Yarmarkanın da şələsi belində gəzir də”; Elshen Quliyev: “Siz bura yarmarka deyirsiz. Heç də qiymətləri bazar qiymətlərindən aşağı deyil”; Gülara Fazılova: “Bunlar da bu yarmarkanı təzə gəlin kimi gəzdirirlər. Daha haralara köcməyib”; Etibar Rzayev: “Heç bilmirlər nə edirlər. Pul dəli edib məmurları. 50 yer dəyişib. Adı yarmarka, əslində bazar”; Aliye Aliyeva: “Yarmarkada kəndlini görmürük, hamısı alverçidi, çəkidə də aldadırlar, keyfiyyətdə də”: Etibar Rzayev: “Sumqayıtda yarmarka yoxdu. Bunlar hamısı bazardı. Pulunu ver, yer al. Hamısı alverçidi”: Azad Qahramanov: «bəli, eyni adamlardı, sezondan asılı olaraq bu gün balıq satır, sabah göbələk, o biri gün mandarin”; Prosta Rafıq: “Yazıq kəndin adı var. Kəndli yer tapır kı, orada?”

Bəzi müştərilər isə yaxşı olacağına ümid edərək yarmarkanın yeni ünvanını bir-birlərinə başa salırdılar: Rauf Hilaloğlu: “Sumqayıt, Saray körpüsünün aşağısında, Qalib Denyarov: “Daş bazarı tərəf”.

İstehlakçılar necə təxmin etmişdilər, elə də oldu. Maşın sıxlığı əvvəlki kimi tıxac yaratmasa da, bazar ərazisinə daxil olan avtomobillərdən 1 manat pul yığmağa başladılar.

Əslində möhürü olmayan bu qəbzlərin heç bir hüquqi əsası yoxdur
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?

Antisanitariya, gigiyena qaydalarına əməl edilməsində də heç bir irəıliləyiş olmadı. Axı, deyildiyi kimi, satıcıların əksəriyyəti eyni adamlardı, alverçilərdi. Üstəgəl, yaxınlıqdakı daş bazarının, baş daşı sexlərinin, çınqılın tozu-dumanı da açıq şəraitdə satılan mal və qoyun əti, quş əti və balıq, süd məhsullarının (yağ, süd, qatıq, şor, pendir və s.) üstünə qonmağa başladı.
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?

Dəryaz qəzetinin redaksiyamıza daxil olan məlumata görə, yarmarkada 1000-ə yaxın piştaxta var. Rəhbər şəxs əslən cəbrayıldan olan Yasin adlı universitet müəllimidir. İdarəetmə işləri ilə əsasən köməkçisi Əlisəfa adlı şəxs və Yasinin iki oğlu məşğul olur. Standarta görə masada 2 kvadrat/metr tutmalı olan piştaxta əslində 1,5 kvadrat/metrlik sektorlara bölünərək ticarətçilərə günü 16 manatdan icarəyə verilir. Yığılan pulların tam olaraq vergiyə cəlb olunmasında şəffaflıq yoxdur. Piştaxtaları həmişəki alverçilər bron eləyiblər, birində özləri işləyir, digərlərini isə məhsullarını satmaq üçün kənddən gələnlərə iki dəfə artıq qiymətə (32 manata) icarəyə verirlər ki, bu da qiymətin süni artımına səbəb olur.
Yasəf bəri başdan hər bir piştaxta üçün 500 manat pul alıb alverçilərə verir.
Bütün bu və digər məsələlərə münasibətini öyrənmək üçün oktyabrın 24-də Yasin müəllimə zəng vurduq. Yasin müəllim yarmarkada qeyd etdiyimiz neqativ halların olduğunu təkzib etdi. Bununla bərabər, qeyd etdi ki, yarmarkanın gəlirləri onun yerini təşkil edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedir, Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyinin yarmarkada xidmət edən süpürgəçilərinə məvacib ödənilir və s. Həmçinin yarmarkadakı vəziyyəti birgə müşahidə etmək üçün bizi həftənin şənbə günü üçün (28 oktyabr) yarmarkaya dəvət etdi. Adını çəkdiyimiz kənd əsilli narazı ticarətçiləri də tanımadığını dedi.

Şənbə günü yarmarkaya getdik. Düzü, elə fikirləşirdik ki, rəhbərlik heç olmasa, monitorinq xatirinə bəzi nöqsanları aradan qaldırmaq üçün işçilərinə göstəriş verər. Amma yox, yenə həmin xoşagəlməz, hətta məlumatda təsvir olunandan da əcaib vəziyyətin şahidi olduq. Hərçənd, Yasin müəllimi yerində tapmadıq, xəstə olduğunu deyib görüşdən yayındı.

Satıcılarla söhbətimiz əsnasında onlar da, yazdıqlarınızı təsdiqlədilər. Onu da əlavə etdilər ki, hətda ötən həftələrdə radio ilə elan verməyə görə 5 manat əlavə pul aldılar.

Yasin müəllimin «yığılan pullar İcra Hakimiyyətinə çatır» fikrinə aydınlıq gətirmək üçün Sumyıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin şöbə müdiri Eyvaz müəllimlə əlaqə saxladıq. O, bildirdi ki, «yarmarkadan yığılan pulların onlara heç bir aidiyyatı yoxdur». Biz də redaksiya olaraq, Qida Təhlükəsizliyi Agentinə, İqtisadiyyat Nazirliyi Yanında Vergilər Xidməti idarəsinə və digər qurumlara ünvanladığımız suallara cavab aldıqdan sonra mövzuya yenidən qayıdacağıq.(Deryaz.az)

Belə çıxır ki, cavabdeh Sumqayıt şəhər rəhbərliyidir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktor "Prezident mükafatçısı" müəllimi işdən NİYƏ ÇIXARDI? - QALMAQAL

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbin tarix müəllimi Əsgərova Cəmalə Mehman qızı çalışdığı təhsil müəssisəsində təzyiq və təqibə məruz qaldığını iddia edir.

DİA.AZ-ın xəbərinə görə, hadisə ilə bağlı Bizimyol.info xəbər portalına müraciət ünvanlayan müəllim deyir ki, məktəbin yeni direktoru ona əssasız yerə töhmət verib:

"2005-ci ildən sözügedən məktəbdə çalışıram. 2022-ci ilin yanvarından Afaq Əliyeva məktəbə yeni direktor təyin edilib. Direktor 14 sentyabr 2023-cü ildə əssasız olaraq mənə töhmət verib. Nəzərinizə çatdırım ki, işlədiyim illər ərzində nə xəbərdarlıq, nə də töhmət verilib. Həmçinin müəllim kollektivi və valideynlərlə də heç bir konfliktim olmayıb. Sadəcə, direktorun verdiyi göstərişləri (mənə aidiyyəti olmayan - yalandan izahat vermə və kiminsə üzünə durma) yerinə yetirmədiyim üçün şəxsim üçün qaralama kampaniyasına başlayıb.

Nizami Rayon Baş Prokurorluğunda 201 nömrəli məktəbdə gedən maliyyə pozuntuları ilə əlaqədar izahat verdiyim üçün məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir.

14.09.2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən - Allahverdiyeva A. adlı şagirdi qiymətləndirməməkdə günahlandırılaraq sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevə hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlməməsi olub.

Mənə qərəzli yanaşaraq varislik hüququmu pozaraq 7-ç sinfini (2saat) məndən götürüb rus bölməsinin müəllimi Məmməd-Zadə Tairəyə verilib. Təhsil haqqında qanuna əsasən, rus bölməsinin müəllimi Azərbaycan bölməsinə dərs keçə bilməz (Diaqnostik qiymətləndirmədə rus dilində imtahan verib). Mən 16 saat dərs yükü ilə təmin olunmuşam. Mənim 2 saat dərs yükümü götürərək müəllimə verməklərində məqsədlərinin müəllimi dərs yükü ilə təmin etmək olduğunu bildirdilər. Dərs saatları 18 saatdan artıq olan müəllimlərin dərslərini götürüb müəllimi dərslə təmin etməkdənsə, mənə qərəzli yanaşaraq 2 saat dərs yükümü məndən alıblar. Qanuna əsasən, əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir".

Cəmalə Əsgərova həmçinin 16 saat olan dərs saatımı beş iş gününə pərakəndə şəkildə paylaşdırılmasından da narazılığını ifadə edib: "Dərs cədvəlim qurularkən ailə vəziyyətim nəzərə alınmalıdır. Afaq Əliyeva isə iki azyaşlı uşağımın (2 və 5 yaşlı) olmağını nəzərə almayıb. Bir müəllim kimi normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq mənim hüququmdur. Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışıram. Məktəbin direktoru Afaq Əliyevanın əsassız olaraq mənim barəmdə intizam tənbehi haqqında əmr verməsi məni cəzalandırmaq istəyindən irəli gəlir. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub".

Şikayətçi müəllim həmçinin xatırladıb ki, o, fəaliyyəti boyu nümunəvi təhsil işçisi olub: "Məktəbin adını daima uca tutmuşam. 2014-cü ildə BDU-da müdafiə tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. 2015-ci ildə “ilin müəllimi” adını almışam və Prezidentimiz tərəfindən birdəfəlik pul mükafatına layiq görülmüşəm. Respublikamızda və xaricdə konfranslarda iştirak edib məqalələr dərc etdirmişəm".

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız müraciətlə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd edilib ki, araşdırma zamanı məktəbin direktoru tərəfindən müəllimə qarşı qeyri-pedaqoji rəftara yol verilməsinə dair hallar müəyyən edilməyib: "Bildiririk ki, ötən tədris ilində təkrar sinifdə saxlanılmış şagirdin valideyni avqust ayında məktəb rəhbərliyinə müraciət edərək övladının qərəzli şəkildə təkrar sinifdə saxlanıldığını bildirib və həmin məsələyə baxılmasını xahiş edib. Qeyd olunan məsələ ilə bağlı digər ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət müvafiq komissiya yaradılıb və şagird yenidən imtahana cəlb olunub. İmtahanın nəticələrinə əsasən, komissiya şagirdin növbəti sinfə keçirilməsi barədə rəy verib. Cəmalə Əsgərova həmin sinifdə tədris aparmaqdan, habelə müvafiq sinfə rəhbərlik etməkdən özü imtina edib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Getdim İcra Hakimiyyətinə, amma heç bir nəticə yoxdur..." - NARAZILIQ VAR...

“Bütün evim məhv oldu. 2 uşaqla yağışın, suyun içində qalmışıq, uşaqlar tez-tez xəstələnirlər”.

Bu sözləri İkinci Qarabağ Müharibəsində həlak olmuş Elmir Vəliyevin həyat yoldaşı Sənarə Vəliyeva deyir. Füzulinin Kərimbəyli kəndində yaşayan Vəliyeva Abzas Media-ya bildirib ki, iyunun 18-də güclü külək nəticəsində evlərinin damı uçub, amma 4 aydır yerli qurumlar problemin həlli üçün heç nə etməyib.

“Qasırğalı güclü külək idi, evin üstünü apardı. İcra nümayəndəliyinə getdim, Fövqəladə Hallar Nazirliyinə məktub yazdım. Cavab gəldi ki, evin damını külək dağıdacaq şəkildə təbii fəlakət olmayıb, amma dedilər, kömək ediləcək. Ondan sonra dəfələrlə yenə danışdıq, soruşduq, gələn olmadı. Keçən həftə də getdim İcra Hakimiyyətinə, amma hələ heç bir nəticə yoxdur. İndi oktyabrdır, qış gəlir, evin halı çox pisdir”, – deyə o, bildirib.
2 azyaşlı uşaqla üstüaçıq evdə qalan Sənarə Vəliyeva deyir ki, havalar soyuduqca uşaqları xəstələnir.

“Oğlum 12 yaşındadır, qızım 10 yaşında. İkisi də xəstədir. Evin üstü dağılandan sonra tez-tez xəstələnirlər. Buz kimi betonun üstündə dərs oxuyurlar. Yağış yağanda su evin içinə damır. Evdə nəmişlik var”.

Füzuli Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli Abzas Media-ya bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilib.

“Evlə bağlı bütün sənədləşmə işi görülüb, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə göndərilib. Oradan da rəy verilib ki, düzələcək. Yəni, bizə məlumat verilib ki, məsələ müsbət həllini tapacaq”, - deyə o bildirib.

Amma bu, nə vaxt baş verəcək, icra hakimiyyətinin nümayəndəsi məlumatsız olduğunu deyib.

Fövqəladə Hallar Nazirliyindən Sənarə Vəliyevaya göndərilən cavabda qeyd olunub ki, 18 iyunda olan hava təbii fəlakət törədəcək həddə olmayıb:

“Milli Hidrometeroloji Xidmətinin “Füzuli rayonu ərazisi üçün hava şəraiti haqqında” 18 iyuna olan hava haqqında arayışına əsasən, 18 iyunda Füzulidə müşahidə olunmuş küləyin sürəti və dolunun diametri təbii fəlakət törədəcək təhlükəli hədd göstəricisindən aşağı olub. Bu səbəbdən faktla bağlı tədbir görmək səlahiyyətimizdə deyil”.

Elmir Vəliyev Azərbaycan Ordusunun kiçik çavuşu olub. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. O, oktyabrın 27-də Füzuli uğrunda döyüşlər zamanı həyatını itirib. Elmir Vəliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
"Getdim İcra Hakimiyyətinə, amma heç bir nəticə yoxdur..." - NARAZILIQ VAR..."Getdim İcra Hakimiyyətinə, amma heç bir nəticə yoxdur..." - NARAZILIQ VAR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə təhsilin EVİNİ BELƏ YIXIRLAR... - 28 ilin müəlliməsindən İTTİHAMLAR...

"28 il məktəbdə qüsursuz, vicdanla işlə, nadanın biri gəlsin bir ayın içərisində desin mən heç bilmirəm bu məktəbde sənə nə iş verim.. və 1ayın içində saxta sənədlər tərtib eləsin, 70" ç" maddəsilə işindən çıxarsın ki, əmək funksiyasını mən istəyən kimi yerinə yetirmir...." DİA.AZ bildirir ki, bunu Gəncə 8 saylı ortta məktəbindən giley edən Vəfa Bağırova bildirir.

Qeyd edək ki, V.Bağırovanın gileyini necə yazıbsa, dia.az olaraq elə də təqdim edirik, nöqtəsinə və hərif səhvlərinə müdaxilə etmədən... (sonradan problem yaşamayaq deyə... bu kimi olaylarda şikayətçi sonradan "fikrim təhrif olunub" iddiasını adətən daha çox səsləndirir -red.) Odur ki, müəllimə necə yazıb... elə də şikayətini təqdim edirik: "Burdan üzumu tuturam Gəncə Daşkəsən Regional Təhsil İdarəsi rehbəri Anar Qədiməliyev Cənablarina ve deyrəm mən öhdemə duşən işın daha artigini , daha yaxşisini, daha gözəlini yerinə yetirmişəm,28 il qüsursuz və vicdanla çalişmisam ..Nədənsə qohumluq əlaqeleri işlederək saxta diplomlar mudafiə olunur ama..Bu bir faktdir ki,onlar evində oturub maaş alanda mən səhərə qəder yatmayib tapşirilan işi layiqincə yerinə yetirmişəm ki, səhər tədbirdə məktəbimiz tərifə layiq görulsun.Həmin o qebul eləmediyiniz Bagirova Vəfayam ki, istər səhər tədbirlərində, ,istər məktəb daxilı kicik tedbirlərdən tutmuş, möhtəşəm her yana səs salan tedbirlərin hər birində əlimin əməyi ,əziyyəti vardir və bu danilmazdir...və butün bunlar Gəncə səhər 8 nömrəli orta məktəbin isterse de Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin,səhər İcra Hakimiyyətinin rəsmi facebok səhfəsində dəfələrlə yer almişdir...Çox tessüflər ediremki, bu gunkü gundə haqsiz yere huquqlarimin pozulmasina yol verildi və Aynur Həsənovanin hökmü və hikkəsinə dur demək əvəzinə hər kəs susdu..İndi Sızlərdən soruşuram bu idimu sonda 28 illlk vicdanla calişmagin aqibəti?Beləmi olmaliydi əziyyətə ,zəhmətə verilən mükafat? Sonda Əmək Kitabçasina işinin öhdəsindən layiqincə gəlmir deyib, 70 "ç" maddəsilə qanunsuz yerə işdən cixarilma möhürumü olmaliydi???"

Qeyd edək ki, V.Bağırova problemi ilə bağlı video daa paylaşıb:

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO