[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid xanımı vəfat etdi


Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhid xanımının xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, şəhid Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.

Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. İki övladı vətənə əmanət qalıb.

Şəhid xanımı vəfat etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib

Oktyabrın 19-da Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkdilli dövlətlərin Ali məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Heydər Əliyevin fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük nüfuza malik bu dahi şəxsiyyət türk dünyasında, eləcə də qlobal proseslərdə də müdrik siyasəti ilə böyük iz qoyub. Ortaq dəyərlər üzərində türk xalqlarının birliyini möhkəmləndirmək Ulu Öndərin xarici siyasət kursunun əsasını təşkil edirdi. Fəaliyyəti dövründə hər zaman Türkiyə və digər türk dövlətləri ilə əlaqələrinin inkişafına xidmət edən layihələrin təşəbbüskarı, təşkilatçısı olmuşdur. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Türk dünyası böyük bir ailədir” deyən Prezident İlham Əliyev türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir.

Qeyd edilib ki, türk dünyasının birləşməsində dövlət başçılarının siyasi iradəsi əsas rola malikdir. Məhz müstəqil türk dövlətlərinin liderlərinin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında əlaqələr genişlənmiş və hazırda türk dünyası ölkələri vahid Türk Dövlətləri Təşkilatında birləşiblər. Bu təşkilat türk dünyasının birliyinə öz töhfəsini verməkdədir.

Hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara cavab vermək üçün türk dünyası ölkələrində məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca çıxış edərək bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev türk dünyasının birliyi üçün də mühüm xidmətlər göstərib. Qeyd edilib ki, məhkəmə sistemini müasir dövrün yenilikləri ilə uyğunlaşdırmaq çox vacibdir. Burada hüquq təhsilindən məhkəmədə şəffaflığın təmin edilməsinə qədər geniş bir prosesi dəyərləndirmək lazımdır. Bu baxımdan türkdilli dövlətlərin qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.

Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev çıxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması barədə təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını bildirib. Qeyd edilib ki, bu konfrans məhkəmə işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilməlidir. Konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir. Öz növbəsində, təşkilat ədalət mühakiməsinin həyata keçirilməsinin ən aktual məsələlərini müzakirə etməyə imkan verəcək.

Sonra Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit çıxış edərək, müasir dövrdə məhkəmə işlərinə operativ baxılması və süni intellektin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. Qeyd edilib ki, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşkilata üzv ölkələrin məhkəmə sistemini daha yaxından tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı gücləndirəcək.

Özbəkistan Respublikasının Ali Məhkəməsi sədrinin birinci müavini xanım Robaxon Maxmudova çıxış edərək deyib ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri dostluq və strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir, ölkələrimizin rəhbərləri arasında müntəzəm təmaslar bunun mühüm əsasını təşkil edir. Getdikcə bir-birinə bağlı olan yeni imkan və çağırışlara malik müasir dünya türk dövlətlərinin, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin gücləndirilməsini də tələb edir. Bu kontekstdə məhkəmə orqanlarımız arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Özbəkistan Respublikasının Ali Məhkəməsi Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa Bəyannaməsinin imzalanması və bugünkü konfransın keçirilməsi, ölkələrimiz arasında dialoqun inkişafına, məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fikir və qabaqcıl təcrübə mübadiləsinə xidmət edəcək.
Qırğızıstan Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekova çıxışında təmsil etdiyi ölkənin məhkəmə sistemi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, Qırğızıstanda məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə işlərin təşkilində türk dövlətlərinin təcrübəsinin öyrənilməsi çox faydalı olacaq.

Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri xanım Narin Ferdi Şefik rəhbəri olduğu məhkəmənin fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O da həmkarlarının fikirlərinə qatılaraq, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasınnın zəruriliyindən və üzv ölkələrin məhkəmə sisteminə verəcəyi faydalardan danışıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə çıxışında təmsil etdiyi təşkilatın türk dövlətləri arasında siyasətdən tutmuş iqtisadiyyata, enerjiyə, nəqliyyata, turizmə, təhsilə, gənclərə, idmana qədər fərqli sahələrdə əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün səylərini davam etdirdiyini qeyd edib. Bildirilib ki, bu gün təsis edilən yeni əməkdaşlıq formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, eləcə də birgə təlim proqramlarının həyata keçirilməsinə zəmin yaradacaq.

Daha sonra Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma mərasimi keçirilib.

İnam Kərimov yekun nitq söyləyərək, konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Premyer Liqa: “Səbail” təxminən beş ildir “Neftçi”yə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşacaq “Səbail” çempionatda rəqibini sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib.

“Report”un araşdırmasına görə, “dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəliblər.

Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib. Bu həm də “Səbail”in doğma meydanda güclü rəqibi üzərində ilk və yeganə qalibiyyətidir.

“Səbail” Premyer Liqada mübarizə apardığı 2017-ci ildən bəri 11 dəfə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” son 10 səfər matçının 7-də 3 xal sevinci yaşayıb, 3 dəfə isə heç-heçə ilə kifayətlənib.

“Səbail”lə “Neftçi” çempionatda 25-ci dəfə qarşılaşacaqlar. İndiyə qədər qeydə alınan nəticələrə baxsaq, “Neftçi”nin böyük üstünlüyə malik olduğunu görərik - 17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət. Vurulan qollarda da böyük fərq var. “Ağ-qaralar”ın 51 qoluna rəqib cəmi 14 dəfə qarşılıq verib. Digər diqqət çəkən məqam son 14 duelin hamısında “Neftçi”nin qol vurmasıdır.

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzur dəhlizi: “3+3” formatının İranda görüş hazırlığı, yayılan məlumatın işarə verdiyi istiqamətlər - ŞƏRH


Azərbaycan mediasında yayılan məlumatlara əsasən, tezliklə İranda Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan) görüş keçiriləcək.

Müzakirələrin xarici işlər nazirləri səviyyəsində baş tutacağı gözlənilir. Gürcüstan tərəfi müzakirələrə qatılmaqda tərəddüd göstərə bilər. Hərçənd ki, regiondakı təhdidlərin aradan qaldırılması üçün səmərəli platforma olan “3+3” formatı Gürcüstana da fayda verə bilər.

Buna görə də, əsasən, Türkiyə və Azərbaycanın rəsmi Tbilisini razı salmağa çalışdığını söyləmək olar.

İnformasiyaya əsasən, Ermənistan görüşdə iştiraka razılıq verib. Bu məlumat bir neçə cəhətdən diqqət çəkir.

Birincisi, Ermənistanın baş naziri Avropa Parlamentində hər nə qədər sülhə dair qeyri-müəyyən ritorika ilə çıxış etsə də, onun müəyyən mənada yola gəldiyi də görünür. Bu yolagəlmə prosesi Azərbaycanın regionda reallıq yarada bilmək qabiliyyətinə, üstəgəl tərəfdaşları ilə düzgün işləyə bilmək bacarıqlarının doğurduğu nəticələrə əlacsız vəziyyətdə verilən reaksiyadır.

Ermənistan məcburdur ki, regional əməkdaşlıq platforması axtarsın, çünki onun perspektiv üçün suverenliyi və müstəqilliyi sual altına düşür.

İkincisi, məsələnin qaranlıq tərəfi Paşinyanın Strasburqda ənənəvi erməni təbliğatı ilə çıxış etməsinin ardından İrandakı görüşə razılıq verməsidir. Bu, balansı qorumaq aktı deyil, əksinə, eyni anda bir neçə stulda əyləşmək deməkdir.

Belə tərz təzadlar kompleksidir, hərçənd ki, Paşinyanın başqa çarəsi də yoxdur. Baş tuta biləcək görüşün Azərbaycan-İran münasibətlərinin yaxşılaşması baxımından da əhəmiyyəti var.

Bu, regiondakı problemlərin regiondan kənar qüvvələr olmadan həlli üçün zəmin yaradır. ABŞ və Avropa İttifaqı bu reallıqları nəzərə almalıdır, hətta qəbul etməlidir. Əks təqdirdə, onlar gizli gündəliklə fəaliyyət göstərsələr, region çalxalana bilər, hərçənd, nə ABŞ, nə Avropa İttifaqı, nə də Ermənistan Bakıya əks gedəcək həmlələrdən qazanclı çıxacaq.
Avropa İttifaqının ayrıca proqramı, bəlkə də, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində nisbi ədalətli elementlərə malikdir.

Ancaq Aİ-nin güc kimi lokomotivi Fransa prosesə müdaxilə edir, Almaniya erməni təbliğatının havasına oynayır.

Bununla da onlar Bakı-İrəvan sülh proqramını sabotaj etməyə çalışırlar. Bu məsələlər Aİ-nin özünün nüfuzuna xələl yetirir, lakin hesab etmək olmaz ki, Azərbaycanla Aİ bir-birilə münasibətlərinə xələl gətirməkdə maraqlıdırlar.

Ümumilikdə “3+3” formatında mümkün görüşün keçirilməsi və ya buna dair informasiyalar:

- Azərbaycan-Ermənistan sülh proqramı ilə əlaqədar pozitiv siqnalların verildiyi deməkdir;

- Azərbaycan və Türkiyə strateji müttəfiqliyi fonunda Rusiya, Türkiyə və İranın regional oyunçular kimi birgə sövdələşməsinin əlamətlərini qeyd edir;

- Zəngəzur dəhlizinin açılması ilə əlaqədar region dövlətlərinin konseptual olaraq razılığa gəlmək ehtimalını yüksəldir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hüquq müdafiəçisi bankdan şikayətçidir: - “Kartıma qadağa qoyulub”


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Azərbaycan Beynəlxalq Bankını (ABB) tənqid edib.

Qəhrəmanlı qeyd edib ki, bank ona verdiyi təqaüdçü kartının xaricdə istifadəsinə məhdudiyyət qoyub.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu addım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən atılıb.

“Təqaüdçü təqaüdünü harada, necə, kimə və nəyə xərcləyəcəyini özü bilər. Təqaüdçülərə öz kartından istifadə məhdudiyyəti qoymaq, onların kütləvi surətdə hüquqlarının pozulmasıdır”, – Mirvari Qəhrəmanlı yazıb.

Onun fikrincə, daha öncə xaricdə olduğu müddətdə təqaüd kartından əməliyyatlar həyata keçirdiyi zaman belə məhdudiyyətlə qarşılaşmayıb.

Bu hal 2023-cü ilin mayında müddəti bitən kartını yenilədikdən sonra yaranıb:

“Ailəm Praqada yaşadığı üçün mən də il ərzində 2-3 ay orada yaşayıram. Həmişə də Azərbaycan Beynəlxalq Bankının verdiyi təqaüdçü kartımdan hər sahədə istifadə etmişdim. Heç bir bir problem olmayıb. Mayda kartın müddəti qurtardığı üçün dəyişməli oldum”.

“Verdikləri karta baxanda təəccübləndim. Üstündə nömrələr güclə görünürdü. Ad-soyadımın yerinə DOST Agentliyinin adı yazılmışdı. Etiraz etdim. Cavabında bir vərəqə kartın nömrəsini yazıb verdilər. Dedilər ki, belədir, istəyirsən götür, istəmirsən götürmə. Vaxt məhdudiyyətim vardi. Mübahisəni sonraya saxladım. İki gün öncə həmin kartla təşkilatın saytı üçün ödəniş etmək istəyəndə məlum oldu ki, verdikləri kart xaricdə işləmir”.

O, məsələ ilə əlaqədar ABB-nin Səbail rayonundakı filialına gedib:

“Bankda dedilər ki, təqaüdçülərə xaricdə öz kartından istifadə etməyə icazə yoxdur. Mənə ərizə yazdırdılar ki, xaricdə kartımdan istifadə üçün onlardan icazə alım. Hələ ki, bir nəticə yoxdur”.

Şikayətçi həmçinin yazır ki, bir müddət əvvəl bacısı Türkiyədə olarkən o da özünün təqaüdçü kartından istifadə edə bilməyib:

“Bacım bankın Xətai rayon Sənaye filialına yaxınlaşıb. Bankda ona izah ediblər ki, təqaüdçülər öz kartlarından xaricdə istifadə edə bilməzlər. Səbəb kimi isə deyiblər ki, DOST Agentliyindən belə tapşırıblar. Bacım etiraz edib ki, axı bu pul mənimdir. Cavabında deyiblər ki, pul sizin yox, dövlətindir”.

“Əmək pensiyaları haqqında” Qanunun 43-cü maddəsinin 43.1-ci bəndində qeyd olunur ki, ölkə vətəndaşlığını saxlamış şəxslər xaricdə olduqları müddətdə onlara Azərbaycanda təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür.

ABB-dan Meydan TV-yə bildirilib ki, bank dələduzluq hallarının qarşısını almaq məqsədilə Azərbaycanda sosial kart istifadəçilərinə – pensiyaçı, təqaüdçü, veteran və sosial müavinət alan şəxslərin kartlarına xaricə çıxış qadağası qoyub.

“Bu, bir növ müştəriləri həm sığortalayır, həmçinin bank üçün də hər hansı çətinliklə qarşılaşmağın qarşısını alır. Kart sahibləri şəxsiyyət vəsiqəsi ilə birlikdə istədikləri vaxt bankın istənilən filialına yaxınlaşıb, məlumatlarını təqdim etməklə ərizə yaza və xarici çıxışlara qoyulan məhdudiyyəti tam aradan qaldıra bilərlər”, – bankın əməkdaşı bildirib.

Bank əməkdaşının sözlərinə görə, kart sahibi hazırda ölkədən kənardadırsa, mobil-notarial sistemlə etibarnamə təqdim edib, xaricə çıxışı bərpa edə bilər.

Həmçinin əlavə edib ki, xaricə çıxış məhdudiyyəti tək sosial deyil, bütün kartlara tətbiq edilir:

“Təhlükəsizlik baxımından onminlərlə limit mövcuddur. Qara siyahıda olan ölkələr var. Həmin ölkələrdə hər hansı dələduzluğun qarşısını almaq üçün bank özü limitlər tətbiq edib”.

DOST Agentliyindən zənglərə cavab verilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, vətəndaşların kartlarına xaricə çıxış məhdudiyyəti qoyulmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL, qiymətləri AZALT! - Ucuzlaşdırmaq istəmirsə...


“Aviasiya sahəsində biletlər hava şirkətləri tərəfindən dəyişdirilə bilər. Bəzi hallarda qiymətlər iki dəfəyə yaxın dəyişir. Biletlərin qiymətində hər mil üzrə hər oturacağın uçuş qiyməti nəzərə alınır”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, qiymətə təsir edən ən vacib məsələlərdən biri yanacağın qiymətidir: “AZAL yanacağı dünya qiymətləri ilə alır, heç bir güzəşt yoxdur. Qiymətə təsir edən ikinci məsələ hava gəmilərinin alınması və onlara xidmətlə bağlıdır. Üçüncü məsələ isə kadr hazırlığı məsələləridir.
Demirəm ki, bizim qiymətlər olduğu kimi qalacaq. O təəssürat yaranır ki, bizdə qiymətlər yüksəkdir, ancaq dünya qiymətləri ilə müqayisədə yüksək deyil. Məsələn, bu il AZAL-ın 20 biletinin 29 avrodan satışı həyata keçirilib”.
Qeyd edək ki, nazir müavininin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta qonşu ölkələrdə biletlərin daha ucuz olması faktını irəli sürən vətəndaşlar RİNN rəsmisinin bu arqumentini yalanlayıb. Necə ola bilər ki, neft ölkəsi olan Azərbaycanda yanacaq baha, ancaq nefti belə olmayan qonşu Gürcüstanda, hətta Ermənistanda aviabiletlər daha ucuzdur?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az"a açıqlamasında deyib ki, aviabiletlərin qiymətinin yüksək olması yanacağın baha olması, təyyarələrin, işçilərin xərclərinin çox olması ilə bağlıdır. Yəni nazir müavininin dediklərində həqiqət payı var:

“Təyyarələrin doluluq göstəricisi də qiymətlərə təsir edə bilər. Ola bilər ki, şirkət eyni təyyarə ilə, eyni məntəqələr arsında uçuşları zamana görə, müxtəlif qiymətə təklif edir. Həmçinin təyyarələrdəki yerlər arasında da qiymət fərqi olur. Digər tərəfdən, aviabiletin alınma vaxtı da qiymətləri müəyyənləşdirən faktordur. Əgər siz aviabileti əvvəlcədən alsanız, qiymət bir qədər ucuz olacaq. Əslində, təyyarə biletlərinin baha olması səfər edən sərnişinlərin sayından asılıdır. Onsuz da təyyarə müəyyən olunan saatda bir istiqamətdən digər istiqamətə uçur. Lakin içərisində 250 nəfər, yoxsa 120 nəfər olmasından asılı olaraq xərclər dəyişir. Yəni gediş-gəliş sayı çox olanda, təyyarələr dolu olanda qiymətlərdə müəyyən güzəştlər etmək olur. Adam sayı az olanda isə xərci gəlirdən daha çox olur.
Lakin AZAL-da aviabiletlərin baha olması məsələsinin özü də mübahisəlidir. Əslində, bir əl çantası ilə səfər edən sərnişinlərə təklif edilən qiymətlərlə, 23 kiloqramlıq baqaj+ 10 kiloqramlıq əl çantası, yemək təminatına ümumi hesablanan qiymət fərqli olmalıdır. Biz aviabiletlərin qiymətini adətən lokosterlərlə müqayisə edirik. Amma lokosterlərdə belə qiymətlər 50 avrodan başlayır və xidmət göstəricisinə uyğun olaraq 5 dəfəyə qədər bahalaşa bilir”.
Ekspertin sözlərinə görə, AZAL qiymətləri ucuzlaşdırmaq istəmirsə, xidmət sahəsini təkmilləşdirməli və vətəndaşlara seçim imkanı verməlidir: “Əsas məsələ ondan ibarətdir ki, AZAL sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır. Məsələn, sizin baqajınız olmasa belə, AZAL-ın təklif etdiyi 23 kiloqramlıq baqaj paketindən və buradakı digər xidmətlərdən istifadə etməlisiniz. Bu da qiymətlərin artmasına səbəb olur. Çünki başqa alternativiniz yoxdur. Düşünürəm ki, AZAL-ın idarəetməsinin təkmilləşdirilməsinə böyük ehtiyac var.
Yəni bütün sərnişinlərə lüks xidmət təklif edib və bütün biletləri də eyni qiymətə satmaq doğru yanaşma deyil. Adam var ki, özüylə yük aparmaq, təyyarədə olarkən yemək istəmir. AZAL da həmin tələblərə uyğun qiymət hazırlamalıdır ki, bilet almaq üçün kassaya yaxınlaşan vətəndaş cibinə uyğun seçim etsin. Yaxud da aviaxidmət göstərən şirkətlərin sayı artırılmalıdır ki, rəqabət mühiti yaransın. Bazara yeni aviaşirkətlərin daxil olması, daha çox aviaşirkətin Azərbaycan hava limanlarından uçuşlar etməsi rəqabəti artıracaq. Bu, AZAL-ın özü üçün də faydalı olar. Rəqiblərin çoxalması rəqabəti artıracaq və AZAL öz səhvlərini daha diqqətlə nəzərdən keçirəcək. Eyni qiymətə fəaliyyət göstərsələr də, müştərilər bu aviaşirkətlər arasında bölünəcək. Nəticədə AZAL müştəri qıtlığı ilə üzləşəcək. Daha çox istiqamətlərdən ölkəyə uçuşların olması turizmi də inkişaf etdirəcək, ölkəyə rahat gəliş-gedişi asanlaşdıracaq. Rəqabət mühitinin inkişaf etməsi qiymətlərə də təsir göstərəcək. Amma bu təkliflərə cavab olaraq AZAL rəhbərliyi deyir ki, ölkəyə turist axını zəif olduğu üçün aviaxidmət göstərən şirkətlərin sayını artırmaq rentabelli deyil. Deməli, dövlət kompleks yanaşma ortaya qoymalıdır. Bir çox ölkələrə tətbiq edilən viza rejimi aradan qaldırılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, `dilək ağacı` ətrafında fotosunu çəkib - BİZƏ ELMİ BUNLAR VERİR?


Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.

Bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb" - deyə cavabda qeyd olunub.(DİA.AZ)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyev bank sektorunda SIXIŞDIRILIR?.. - GƏLİŞMƏ

Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu.

DİA.AZ Ölkə.az-a istinadən xəbər verir ki, bunun səbəblərini ölkənin ali bank qurumu izah edib.

“Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev - 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya - 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür.

Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir.

Onu da qeyd edək ki, Mehdiyevlərə bağlı bir digər bank olan “Bank BTB” ASC-nin cəmi kapitalının cari ilin sentyabrın 30-da 50 milyon manatdan aşağı düşməsi (49,222 mln manat) də, riskli məqamlardan biridir. Belə ki, bank üçüncü rübü 987 min manat xalis zərərlə başa vurub. Bankın məcmu kapitalı 52,969 mln manat olsa da, adekvatlıq əmsalı “Muğanbank”ın əmsalına yaxın - 20,63% olaraq göstərilib. Mətbuatda tez-tez “Bank BTB” ASC-nin bağlanma riskinin olduğu yazılır.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ÇAY BAZARI KİMİN İNHİSARINDADIR? - ARAŞDIRMA
Son bir ildə Azərbaycanda ən çox bahalaşan ərzaq məhsullarından mal, qoyun əti və çaydır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Bahalaşma üzrə ikinci yerdə çaydır. Göstərilən dövr ərzində onun qiyməti 15 faiz artıb.

Azərbaycanda hazırda ümumilikdə 1 min 63 hektar çay plantasiyası var. Ən çox çay sahələri Lənkəran, Astara və Masallı rayonlarındadır.

İstehsal da azalıb, ixrac da, idxal da
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 508 ton çay istehsal edilib. DSK habelə bildirilir ki, həmin aylarda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 3 milyon 417 min dollar dəyərində 379 ton çay satıb. Ötən ilin eyni dövründə Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1 min 263 ton çay ixrac edib. Bu da o deməkdir ki, 2022-ci illə müqayisədə ixrac məbləğ baxımından 2.2 dəfə (4 milyon 170 min dollar), həcm baxımından isə 3.3 dəfə (884 ton) azalıb.

İdxala gəlincə, Azərbaycan bu ilin yanvar-iyul aylarında 38.2 milyon dollar dəyərində 7.2 min ton çay idxal edib. Həmin dövr ərzində ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.1 milyon dollar azalıb. Çay idxalının həcmi isə 14.3 faiz aşağı düşüb.

Nazirlik isə inkişafdan danışır
Kənd Təsərrüfatı Nazirliyindən, əksinə, "Turan"a deyilib ki, Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci il Dövlət Proqramına uyğun olaraq son illərdə çay plantasiyalarının sahəsi və məhsuldarlıq artıb: "Hər hektara düşən məhsuldarlıq artıb. Bu, 16 sentnerdən artıqdır".

Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8.5 min tona çatdırılması nəzərdə tutulur.

Tələbatın üçdə biri…
Hərçənd, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, Azərbaycan özünün tələbatı həcmində çay istehsal etmir: "Bizdə ildə 20 min tona yaxın çay lazımdır. Son aylarda ölkəyə çayın idxalı azalıb, bu da o deməkdir ki, təklif azdır. Təklif azalırsa, qiymətlər artır. Azərbaycanda da çayda qiymətləri idxal formalaşdırır, çünki istehsal çox cüzidir və ümumi qiymətə heç cür təsir etmir".

Onun fikrincə, çay idxalı ilə məşğul olanlar idxalın artırmasında maraqlı deyillər: "Çünki qiymət artırmaqla daha çox qazanc əldə edə bilərlər. Xammal xaricdən gətirilir və şirkətlər burada yalnız qablaşdırmaqla məşğuldur. Düzdür, yerli çaydan da istifadə edirlər. Yerli çay istehsalçıları da fikirləşir ki, idxal azalırsa, yerli çayın qiymətini də artırmaq olar və artırırlar da".

"Qiymətləri onlar müəyyənləşdirir"
V.Məhərrəmlinin sözlərinə görə, ölkədə çay emalı və satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti eyni adama məxsusdur: "Ona görə də qiymətləri onlar müəyyənləşdirir".

O, ad çəkmədən əlavə edib ki, çayı istehsal etmək üçün fermerlərə dəstək vermək lazımdır: "Əgər istehsal vasitəsi, məsələn, su yetərincə deyilsə, məhsul xarab olacaq. Diqqət qanun, proqram hazırlaması ilə bağlı deyil. Dövlət proqramını qəbul edirlər, amma su ilə təmin etmirlər, keyfiyyətli gübrəni ölkəyə gətirmirlər. Bu kimi ciddi səbəblər var…".

AzadlıqRadiosu ©
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
20 ildir bizimlədir... 20 ildir zülümdəyik... - MALƏSƏF...


Deputatt Ağalar Vəliyevin şirkətinin sıravi vətəndaşlara qarşı fəaliyyəi davam edir. Dİ.AZ bildirir ki, bu barədə "“KRİSTAL ABŞERON” BİR AİLƏNİ EVİNDƏN ÇIXARIR – DÖVLƏTƏ QARŞI SABOTAJ" başlığı ilə məlumat yayan Tribunainfo.az-ın bildirdiyinə görə, “Kristal Abşeron” və “Azərbaycan Beynəlxalq Bankı” vətəndaşa qarşı birləşərək onu evindən çıxarır.

Tribunainfo.az xəbər verir ki, “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi vətəndaş Məmmədov Habil Mədəd oğluna qarşı məhkəmədə iddia qaldırıb. Prosesdə MTK tərəfindən maraqlı tərəf kimi “Azərbaycan Beynəlxalq Bankı” da çıxış edir.

MTK-nın tələbi vətəndaşla arasında bağlanmış müqavilənin ləğv edilməsi, vətəndaşın mənzildən çıxarılmasıdır.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Şəbnəm Həxiyevanın sədrliyi ilə 31 oktyabr tarixində baxılacaq.

DİA.AZ qeyd edir ki, bu günlərdə yubileyini keçirən "Kistal Abşeron" "20 il sizinlə" deyərək özü ümün əlamətdar olan tarixi diqqətə çatdırdı. İndi isə anlaşılanı odur ki, bu tariz onlar üçün yox, həm də onların müştəriləri üçün də əlamətdar imiş... MƏŞƏQQƏ BAXIMINDAN...

Məsələ ilə bağlı olaraq əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO