[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?

Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Xəzər rayon İcra Hakimiyyətidir.
Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?

Araşdırma materialında deyilir:

"Şikayətlərin çox olduğu daha bir icra hakimiyyəti Xəzər rayon İH-dir. Əhalinin şikayətləndiyi, yol, park və küçələrin baxımsızlığı, məişət tullantılarının vaxtı-vaxtında götürülməməsi, qanunsuz obyektlərin çoxalması, eləcə də Mənzil Kommunal Təsərrüfat Birliklərinin özbaşınalıqları bu rayonun da reytinqini xeyli aşağı salıb".

Problem siyahısını uzatmaq da olar. Amma görünəni odur ki, özünü `XƏZƏR XAQANI` zənn edən Elşən Salahov kimsədən ehiyatlanmır....

Amma nahaq yerə. Hər halda dövlətin gücü hər bir məmur üçün gərəkən anda hissolunandırr. Məmurların isə vəzifə borcu vətəndaşlara xidmətdir...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ƏLAQƏDAR YAZI: My Webpage

ƏLAQƏDAR YAZI: My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni reytinq: “Qarabağ” Avropa nəhənglərindən öndə


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qurumun saytının yaydığı məlumata görə, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” 61-ci yerə yüksəlib. Ağdam təmsilçisinin hesabında 144,5 xal var. Azərbaycan çempionu “Ayaks” (Niderland), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klubları qabaqlayır.
“Sabah” və “Neftçi” isə geriləyiblər. “Bayquşlar” 286-cı yerdən 302-ci pilləyə düşüblər. Komandanın 63,5 xalı var. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Qeyd edək ki, reytinq cədvəlinə 304 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir. İspaniya klubu “Real Madrid” 291 xalla ikincidirsə, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həyat üçün şans” adı altında QARALAN İNSAN HƏYATLARI... - NARAZILIQ VAR...


İnsanlar irəli getmək, karyera qazanmaq, həm də pul qazanmaq üçün öz istedadlarına, qabiliyyətlərinə, bacarıqlarına arxalanmalıdırlar. Amma min təəssüf ki, ölkəmizdə elə məxluqlar var ki, nə təhsili var, nə qabiliyyəti, nə bacarığı var, amma bolluca həyasızlığı var... Və bu həyasızlığın hesabına milyonlara sahib olurlar, karyera qazanırlar... Belələrindən biri, bəlkə də birincisi Elgiz Şirinov adlı məxluqdur.
Diqqətli oxucular bilir ki, bir media olaraq xeyli müddətdir ki, “Həyat üçün şans” Reablitasiya Mərkəzinin təsisçisi və direktoru Elgiz Şirinov və onun cinayətkar şəbəkəsinin əməllərindən yazırıq. Biz bir neçə ay öncə yazmışdıq ki, bir də görəcəksiniz ki, bu cinayətkar şəbəkə özünə Qeyri-Hökumət Təşkilatı yaratdı, media qurumu, televiziya təsis elədi, hələ bəlkə bələdiyyə seçkilərinə qatıldı. Arvadının əlindən tutub, nəyinsə müqabilində qapı-qapı gəzdi. Bəli, təəccüblənməyin. Bunlar elə həyasız məxluqlardır ki, barmağını versən, qolunu dibindən qoparacaq. Məhz ona görə də biz cəmiyyətimizi ayıq-sayıq olmağa, Elgiz Şirinov kimilərə qarşı səfərbər olmağa çağırırıq. Bizim Elgiz kimilərlə şəxsi müstəvidə heç bir problemimiz yoxdur. Bizim davamız dövlət, millət və cəmiyyət davasıdır. Biz problemə bu müstəvidən yanaşdığımız bir zamanda ATV-nin aparıcısı, Zaur Baxşəliyev kimilər Elgiz Şirinovun özünü və “Həyat üçün şans” Reablitasiya Mərkəzini təbliğ etməklə məşğuldurlar. Görəsən, Zaur Baxşəliyev bilmir ki, Elgiz Şirinov başına 100-lərə narkomanı toplayıb cinayət əməlləri ilə məşğuldur, narkotacirlərlə şərikdir. Bəlkə, Zaur Baxşəliyev də bu cinayətkar aləmlə əlaqəlidir.
Yeri gəlmişkən, Zaur Baxşəliyevin kirli reputasiyası barədə az qala ölkədə hamı danışır. Atalar deyib ki, od olmasa tüstü çıxmaz. Zaur Baxşəliyevə deyən lazımdır ki, milyonçu Telman İsmayılovun sənə göstərdiyi qayğı əvəzində aldığın bahalı avtomobil barədə əksəriyyət danışır. Zaur Baxşəliyev Qarabağ şəhidlərinin, qazi ailələrinin ürək sözlərini dediyi tribunanı indi də narkomanların başçısı Elgiz Şirinova, onun tərəfdarlarına verib, cəmiyyətimizdə narkomaniyanı reklam edir. Görəsən, Zaur Baxşəliyev bilmir ki, onun azyaşlı qızı da, həyat yoldaşı da, yəni bütün ailə üzvləri də bu verilişə baxırlar. Əlbəttə, bilir. Görünür, Zaur Baxşəliyevi bu cinayətkar dəstəyə bağlayan ciddi amillər var. Təkrarçılıq olsa da, bir daha Zaur Baxşəliyev kimilərə məcburuq ki, “Həyat üçün şans” Reablitasiya Mərkəzində baş verənlər barədə qısa məlumat verək. Biz Elgiz Şirinovu müdafiə edən şəxslərin hər birinə deyirik ki, Elgiz Şirinovdan əgər rüşvət alıb bu işləri görürsünüzsə, o rüşvəti Elgiz Şirinovdan və onun ətrafında olan şəxslərdən almayın. Çünki, Elgiz Şirinovun narkomanların valideynlərindən aldadaraq aldığı pullar irin, qandır. Əgər siz o irini, qanı aparıb övladınıza yedirəcəksinizsə, aparın yedirin. Bir daha bildiririk Elgiz Şirinovdan istər 1 manat, istərsə də daha çox rüşvət alan şəxs BİQEYRƏT, BİŞƏRƏF, BİNAMUS, ALÇAQDIR. Onun cinayət işlərini ört-basdır edən şəxslər isə ondan da betərdir. İndi isə qayıdaq əsas mövzuya.
Təsəvvür edirsiniz, bəşəriyyət min illərdir ki, narkomaniyaya və digər asılılıqlara qarşı mübarizə aparır, onun müalicəsi üçün yollar axtarır. Hətta müqəddəs səmavi kitablarda bu barədə bəhs olunur. Amma yenə də ortada ciddi nəticə yoxdur, bu bir fəlakətdir. Amma hansısa məxluq olan Elgiz Şirinov utanıb-qızarmadan ATV-də narkomaniyanın guya müaəlicəsini tapdığını cəmiyyətə elan edir. Yalançının.... Deyirəm, bəlkə bu kəşfinə görə, Elgizə bir TAXTADAN MEDAL da verək..?
Bəli, Elgiz narkotacirlərlə əlaqəyə girərək hər gün neçə kiloqram narkotiki az doza kimi narkoman pasiyentlərə verir. Bu özü böyük cinayət əməlidir. Nəinki ali tibbi təhsili, ümumiyyətlə, normal təhsili olmayan bu məxluq nə bilir ki, prosedura nədir..? Amma ATV-də Zaur Baxşəliyevin bəh-bəhlə reklam etdiyi Elgiz Şirinov adamlara “dərs keçir” deyir ki, çalışıb suallara cavab axtarmayın, vəziyyətdən çıxış yollarını arayın... Vallahi, bu adama qısaca qulaq asanda bəlli olur ki, bu adam ibtidai sinif şagirdi səviyyəsində cümlə qura bilmir. Zaur Baxşəliyev isə əvvəlcədən öyrədilmiş adamlara söz verərək, Elgizi təriflədir.
Biz Zaur Baxşəliyevə qısaca demək istəyirik ki, Elgiz Şirinov və həyat yoldaşı böyük bir cinayətkar şəbəkə yaradıblar və milyonlar qazanırlar. Belə ki, Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmaqla, mala otuzdurmaqla, valideynlərindən külli miqdarda pul almaqla məşğuldur. Elgizin arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir... Vaxtilə 5 manata şıllaq atan bu ər-arvad hazırda Bakıda milyonluq mənzillərə, bağlara, avtomobillərə sahibdirlər. Hamısı da narkotikin hesabına. Bu hələ harasıdır..?
Elgiz o dərəcədə həddini aşıb ki, deyir mənim icazəm olmadan bu ölkədə kimsə Reablitasiya Mərkəzi aça biməz. Biz hələ Elgiz Şirinovun özünün “əməliyyat qrupu”dan, “polis maşını”ndan, idmançı dəstəsindən, kimisə həbs etməsindəm, kimisə ayaqlarından asmasından, kimisə suda boğmasından, karsa salmasından, hətta işgəncə verib öldürməsindən danışımırıq...Bununla bağlı hazırda Abşeron polis idarəsində istintaq gedir... Biz bu boyda cinayət əməllərinə bəzi qurumların göz yummasını, Səhiyyə Nazirliyinin, TƏBİB-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu cinayət əməlinə susmasını qəbul edə bilmirik.
Bütün bunların sonunda bir nüansa diqqət yetirək. Zaur Baxşəliyevin ATV-dəki verilişində niyə bircə nəfər təhsilli, savadlı, peşəkar mütəxəssis yox idi..? Çünki Elgizin Reablitasiya Mərkəzi cinayətkar yuvasıdır, orada mütəxəssis-zad yoxdur. Başa düşdünmü, Zaur Baxşəliyev?
P.S Bizdə olan məlumata görə, bu gündən etibarən, Azərbaycanda gizli fəaliyyət göstərən Elgiz Şirinova məxsus Reabilitasiya Mərkəzlərinin bağlanması üçün araşdırmalara başlanıldı. Elgiz Şirinovun gizli fəaliyyət göstərən Reabilitasiya Mərkəzlərində əlaqədar təşkilatlar, gizli fəaliyyətin, Reabilitasiya Mərkəzlərinin qeyri yaşayış sahələrində yerləşib yerləşmədiyini, Qida Təhlükəsizlik Agentliyindən, TƏBİB-dən, Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Daxili İşlər Nazirliyindən, Rayon İcra Hakimiyyətlərindən, Fövqaladə Hallar Nazirliyindən icazələrinin olub-olmamasını yoxlayacaqlar. Bu yoxlamalar Elgiz Şirinovun və ətrafında olan şəxslərin həbsinə səbəb ola bilər. Ona görə də, narkomanların valideynlərindən xahiş olunur ki, Elgiz Şirinova əvvəlcədən ödəniş etmək onların aldanmasına səbəb ola bilər. Yazı çapa hazırlanarkən məlumatlı mənbə bildirdi ki, narkomanların valideynləri Elgiz Şirinovdan pullarını geri istəyirlər. Ona görə də Elgiz Şirinov, kimlərinsə vasitəsilə özünü ATV-də reklam etmək istədi, o da alınmadı.
Gundelik baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ və Fransanın Rusiyaya qarşı ERMƏNİSTAN CƏBHƏSİ... - NƏ BAŞ VERİR?


HƏMAS-ın hücumu ilə başlayan Fələstin-İsrail qarşıdurmasının qlobal müharibəyə çevrilib-çevrilməyəcəyi gözləntiləri bütün dünya ictimaiyyətinin diqqətinin Yaxın Şərqə yönəlməsinə səbəb olub. Bu sırada, Ərəb Liqası ölkələrinin Fələstinin tərəfində İsrailə qarşı birgə döyüşə girib-girməyəcəyi ilə bağlı narahatlıqlar beynəlxalq ictimaiyyətdə müzakirə olunarkən, erməni politoloqlar bu münaqişələrə görə Qafqaz regionunda yeni münaqişənin başlaya biləcəyinə diqqət çəkiblər".

DİA.AZ bildirir ki, bunu Publika.az-a açıqlamasında siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib. O bildirib ki, bu, beynəlxalq ictimaiyyətin diqqətini çəksə də, belə bir ehtimalın az olduğu görünür:

"Lakin Ermənistanın son vaxtlar Fransa və ABŞ-la yaxınlaşması, Amerika və erməni əsgərlərin birgə hərbi təlimləri, Ermənistanın Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlaması, Fransanın Ermənistana əsgər göndərə biləcəyi ilə bağlı bəyanatları, Rusiyanın Qarabağdan əsgərlərini çəkməyə hazırlaşması və ermənilərin Qərblə dialoqu burada yeni münaqişə ola biləcəyi ilə bağlı gözləntilərə səbəb olub. Çünki Amerika və Fransa əsgərlərinin erməni coğrafiyasına daimi daxil olması Rusiya və İranın istəmədiyi bir vəziyyətdir".

Ekspert bildirib ki, hazırda Ermənistan sərhədlərini qoruyan rus əsgərlərinin Amerika və Fransa əsgərləri ilə üz-üzə gələcəyi və bu əsgərlərin İrana qarşı hərəkət edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur:

"Bu narahatlıqlar həm də Ermənistan torpaqlarına girəcək Fransa və Amerika əsgərləri ilə Rusiya arasında baş verəcək münaqişədə erməni əsgərlərindən cəbhə olaraq istifadə edilə biləcəyinə diqqət çəkir. Əgər burada müharibə olarsa, bu müharibə Ermənistanın da yer aldığı Fransa-Amerika cəbhəsi ilə Rusiya arasında olacaq. Başqa bir ehtimal odur ki, Fransa və Amerika əsgərlərinin dəstəyi ilə Ermənistan Qarabağa hücum edəcək. Ancaq onların belə bir şeyə cəsarət etməyəcəklərini güman edirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət büdcəsi BELƏ QARƏT OLUNUR... - İTTİHAM VAR...


Uzun illər 300 minlik Sumqayıt şəhərinin Səhiyyə İdarəsinə, indi isə Sumqayıtdan əlavə, Abşeron, Xızı rayonlarının səhiyyəsinə rəhbərlik edən, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıxova barəsində yazmaq istəyərkən, yadımıza sovet dövrünün “KİRPİ” satirik jurnalı düşdü. Yaşlı nəslin yaxşı yadındadır ki, bəyənmədiyimiz sovet dövründə “KİRPİ” jurnalında hansı məmurun barəsində BİRCƏ CÜMLƏ TƏNQİDİ YAZI gedərdisə...onun işi bitmiş hesab olunurdu.
İndi neçə ildir ölkə mediası Səkinə Sadıxovanın barəsində qalaq-qalaq faktlara söykənən yazılar dərc edir, amma heç bir tədbir görən yoxdur. Bu gün Səkinə Sadıxova barəsində eşitdiyimiz xəbər həm komediya, həm də tragikomediya mövzusudur, yəni gülməli olduğu qədər də ağlamalı, faciəlidir.
Səkinə Sadıxovanın özünə məxsus siyahısı...
Belə ki, Səkinə Sadıxova və onun cinayətkar şəbəkəsi 2-3 yaşlarında sünnət olunmuş oğlan uşaqlarının siyahısını axtarıb-tapırlar və onların guya yenidən sünnət olunması işini təşkil edirlər. Daha aydın olması üçün qeyd edək ki, adətən oğlan uşaqlarını valideynləri 3-4, hətta 5 yaşlarında sünnət edirlər. Amma Səkinə Sadıxovanın şəbəkəsi illər öncə sünnət olunmuş yüzlərlə oğlan uşaqlarının siyahısı əsasında Sumqayıt Tibb Mərkəzində guya sünnət mərasimi keçirir və bu yolla dövlət vəsaiti hesabına bonuslar qazanırlar.
Məlumat üçün qeyd edək ki, hər bir sünnət üçün həkim cərrahların hesabına bonus olaraq 18 manat dövlət vəsaiti köçürülür.
Səkinə Sadıxovanın sünnət mərasimində "laqonda, drujba" söhbəti...
Onu da bildirək ki, Səkinə Sadıxovanın cərrahları həmin sünnət mərasimlərində dədə-baba qaydası ilə olan qarğu, qamış ülgüc, yəni sünnət etmək üçün lazım olan ləvazimatlarla yanaşı özlərilə "laqonda, drujba" götürürlər. Səkinə Sadıxova sual verəndə ki, bu "laqondanı, drujbanı" neynirsiniz? Həkim cərrahlar cavabında bildirirlər ki, ay Səkinə xanım, 5 yaşında uşağı sünnət etməyə getmirik eee, 16-17 yaşlı uşaqları sünnət etməyə gedirik. Səkinə Sadıxova isə əllərini yelləyərək "boş verin"... Bəli, heç demə sünnət, falan məsələsi yox imiş, bütün tədbirlər kağız üzərində gedir.
Rüşvət və korrupsiyanın sünnət səviyyəsi...
Fikir verdinizmi, rüşvət və korrupsiya sünnət səviyyəsinə çatıb. Hətta bu barədə məlumatlı şəxslərin dediyinə görə, Səkinə Sadıxovanın saxta sünnət siyahısında 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarının, yekə kişilərin də adı var. Vallahi, bu Səkinənin 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarını sünnət eləməsi əməlli-başlı KOMEDİYA mövzusudur. Siz elə bilirsiniz ki, Səkinə Sadıxova bu SÜNNƏT BİZNESİNİ özbaşına qurub. Əsla belə deyil. Bu işdə Səkinə Sadıxovanın dalında TƏBİB-in rəhbərliyi, sədr müavini Araz Nəsirov dayanır. Bu məsələ Səkinə Sadıxovanın ilk saxtakarlıq əməli deyil.
Səkinə Sadıxovanın kadrlar idarəsinin aşbaz müdiri...
Bir müddət əvvəl Səkinə Sadıxovanın uzun illər toyda-vayda aşbazlıq edən, sonradan 44 yaşında Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə müdir təyin etməsi barədə yazmışdıq. Amma aldığımız son xəbərə görə, bizim yazılardan sonra Elnarə Məmmədova vəzifəsindən azad edilib. Bu xəbər təqdirəlayiqdir. Amma Elnarəni saxta diplomla Kadr şöbəsinə müdir təyin edən Səkinə Sadıxova niyə məsuliyyətə cəlb olunmur..? Bəs saxta diplomla dövlətdən alınan maaşın məsələsi necə olacaq..?
Səkinə Sadıxovanın tabeçiliyində olan işçilərin qohumluq əlaqələri və ya qohumbazlıq...
Yuxarıda qeyd etdiyimiz saxta sünnət biznesinin, eləcə də digər saxta yolla alınan bonusların hesabına Sumqayıt səhiyyəsində ayda 15 min manat maaş alan həkimlər var. Səkinə Sadıxova hər yerdə deyir ki, iki qohumun biri digərinin tabeçiliyində işləyə bilməz. Səkinə Sadıxovadan soruşan lazımdır ki, ....Sevincin 3 qohumu səninlə birgə Sumqayıt Tibb Mərkəzində işləyir. Bəs buna nə deyirsən..?
Bütün məclislərdə və tədbirlərdə Səkinə Sadıxova deyir ki, mənim tabeçiliyimdə bir adam göstərin ki, biri-biri ilə yaxın qohum olsun və onlar bir yerdə işləsinlər. Səkinə Sadıxova gözəl bilir ki, qohumların bir yerdə işləməsi korrupsiya halıdır.
TƏBİB-in Sumqayıt Səhiyyəsinin sədri olan Səkinə Sadıxova buyurun, tanış olun bu hal sizin rəhbərliyiniz altında baş verir...
1. 2 saylı xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibova
2. Sevinc Nəsibovanın həyat yoldaşı Sığortanın Təşkili Şöbəsinin müdiri Emil Nəsibov
3. Dezinfeksiyaedici idarəsinin rəhbəri Xavər xanımın qohumu və Sevinc Nəsibovanın qudasını anbardar təyin ediblər. Həmin şəxsin adı Vəliyev İltifatdır.
Bu qohumlar birləşərək keçmiş anbardarı Namazova Səyahəti şərlətdirib işdən çıxartdılar. Həmin xanımın anasının ürəyi partlayaraq öldü, özü isə banklarda əsir-yesir olub. Səhiyyənin Həmkarlar Təşkilatı Namazova Səyahəti müdafiə etmək istəsə də Səkinə Sadıxovanın ən yaxın dostu olan Araz Nəsirov imkan verməyib.
Səkinə Sadıxova diplomsuz Elnarə Məmmədovanı yeni vəzifəyə təyin edib...
Biz Sumqayıt Səhiyyəsinin Kadrlar İdarəsinin rəisi Elnarə Məmmədovanın məsələsilə daha dərindən maraqlandıqda gördük ki, Elnarə Məmmədovanı gözdən pərdə asmaq üçün 1 saylı xəstəxanaya kadrlar şöbəsinə mütəxəssis kimi işə götürüblər.
Bir Səhiyyə İdarəsinin ki, kadrlar idarəsinin rəisi aşbaz ola, ondan nə gözləyəsən.
Səkinə Sadıxova bütün mənəvi xətləri keçir...
Səkinə Sadıxova bütün mənəvi xətləri keçərək Qarabağ qazilərinin adından da sui-istifadə edir. Guya Qarabağ qaziləri Sumqayıt səhiyyə sistemində işlə təmin olunublar. Amma əslində qazilərin adı altında başqa şəxslər işə götürülüb.
Sözün qısası, Səkinə Sadıxovanın 750 minlik kəməri barəsində, Təcili Yardım Stansiyasına ayrılan yanacağı, benzini, dərmanları, ehtiyyat hissələrini satdırması, 4-5 min manata işə adam götürməsi, keçirdiyi saxta tenderlər, cari təmir adı altında mənimsədiyi yüz minlər barəsində təkrar yazmağa ehtiyac görmürük.
Təkcə onu qeyd edək ki, Səkinə Sadıxova Korrupsiya İdarəsinin qərarı ilə dövlətə 180 min manat pul köçürməlidir və bu günədək köçürmür. Bir sözlə, Səkinə Sadıxova kimi məmurlara qarşı mübarizəmiz davam edir. Bizi izləyin.
P.S. Sumqayıt şəhərində TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Sumqayıt Səhiyyəsində Səkinə Sadıxovanın rəhbərliyi altında elə hallar baş verir ki, bu dünyanın ən geridə qalmış ölkəsində baş vermir. Ay TƏBİB rəhbəri nə qədər qışqırıb bağırmaq olar ki, Sumqayıt Səhiyyəsində Səkinə Sadıxova problemi mövcuddur. Səkinə Sadıxovadan nə qədər yazılar yazarlar. Axı sizə ölkə rəhbəri tərəfindən deyilməlidirmi ki, Səkinə Sadıxovanın fəaliyyəti qeyri-kafi qiymətləndirilsin. Görəsən, Səkinə Sadıxovanın FETÖ-çu qohumları TƏBİB rəhbərliyinə xahişmi edir? Bəlkə, TƏBİB rəhbərliyinin Səkinə Sadıxovanın yanında ciddi gözükölgəliliyi var? Axı nə baş verir? Axı Sumqayıtda Səkinə Sadıxovanı əvəz edəcək kadr yoxdurmu? Yoxsa Səkinə Sadıxova qazandıqlarının hamısını TƏBİB rəhbərliyinə çatdırır? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsrail ordusu Qəzza zolağında ən azı min yaraqlını məhv edib

İsrail hərbçiləri oktyabrın 7-dən İsrail ərazisinə daxil olan ən azı min silahlı fələstinli yaraqlını məhv edib.

Bu barədə İsrailin “Kan” radiosu İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Bizim saydıqlarımıza əsasən, hazırda min terrorçu cəsədi var”, - deyə radiostansiya hərbçinin bəyanatından sitat gətirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün ikinci yarısı başçı məşğuldur: `LEY-PEY`DƏDİR... - BU NƏDİ BELƏ?!

Yaxın günlərdə qısa bir müddət Gəncə şəhərində oldum. Bu müddət o qədər səmərəli keçdi ki, şəhərin vəziyyəti haqqında tam və müfəsssəl məlumatlar toplaya bildim. Ciddi müşahidələr apardım, ilk əvvəl özümə də inanılmaz gələn dəqiq məlumatlar əldə etdim. Müşahidələrim və əldə etdiyim statistik rəqəmlər məni Gəncə şəhəri ilə bağlı silsilə məqalələr dərc etməyə sövq etdi. Bəribaşdan deyim ki, Azərbaycanın ikinci paytaxtı hesab olunan, 340 mindən çox əhalisi olan Gəncə böyük təhlükə altındadır, şəhər reanimasion durumdadır və dövlətçilik ənənənələri, ideoloji iş, kadr siyasəti özünün süqut dövrünü yaşayır. Əhalinin sosial rifahından, təhsilin, səhiyyənin, infrastrukturun, turizmin, biznes mühitinin vəziyyətindən isə danışmağa dəyməz.

QISA ARAYIŞ: Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlı əhali arasında oturuşmuş bir fikir formalaşıb. Şəhər əhalisi hesab edir ki, icra başçısı yalnız günün birinci yarısı işdə olur, günü ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir.

Azərbaycanın ən strateji əraziləri siyahısında ilk yerlərdən birində qərarlaşan Gəncə şəhəri həm mərhum prezident Heydər Əliyevin və həm də Prezident İlham Əliyevin xüsusi diqqət dairəsində olub. Şəhərin ölkədaxili və qlobal əhəmiyyətinin artırılması istiqamətində Prezident İ.Əliyev kifayət qədər tapşırıq və göstərişlər verib. Amma sabiq icra başçısı Elmar Vəliyevin zamanında qalan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, hazırda Gəncədə baş verən açıq və gizli proseslər müsbət perspektivlər vəd etmir. Dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunub. Demək olar ki, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib.

Gəncə şəhəri müasir Azərbaycan tarixinin ən səs-küylü hadisələri ilə tarixin yaddaşına düşüb. Ötən əsrin 90-cı illərində Surət Hüseynovun qiyamı, 2018-ci ildə Gəncədə baş verən hadisələr və sabiq icra başçısı E.Vəliyevin güllələnməsi Gəncə şəhəri ilə bağlı tutarlı strategiyanın işlənib hazırlanmasını labüd edirdi. Müxtəlif dini cərəyanlara məxsus radikal qrupların və kriminal komandaların formalaşması bu gün də Gəncənin ən ağır və strateji problemi kimi vitrindədir.

Gəncədə nə baş verir?

- Narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb

- Dilənçilik bütün şəhəri bürüyüb

- Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanıb

- Kriminal aləmin nümayəndələri şəhərdə əsas söz sahiblərinə çevriliblər

- Ziyalılar şəhəri tərk edərək Bakıya köçürlər

- Binzesmenlər qorxudulur, vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edirlər

Sovet dövründə Gəncə şəhərində 150-dən çox istehsal müəssisələri fəaliyyət göstərirdi. Bu gün həmin müəssisələrin çox az bir qismi, onlar da insan əməyindən az istifadə olunmaqla, müasir texnologiya ilə öz fəaliyyətini davam etdirir. Gənclərin işsizlik problemi onların kriminal aləmə və radikal dini qruplaşmalara meyl etməsinin əsas səbəbi kimi hələ də öz aktuallığını saxlayır.

Ailələrin dağılması, boşanmaların artması geniş vüsət alıb və son 5 il ərzində dilənçiliyin səviyyəsi bir neçə dəfə artıb. Dilənçilər arasında qadınlar çoxluq təşkil edir, əvvəlki illərdən fərqli olaraq, dilənçiliyin yaş səviyyəsi çox aşağı düşüb və 5-8 yaş arası qız uşaqları küçələrdə, ticarət mərkəzlərinin, restoranların qarşısında fasiləsiz dilənirlər. Əgər əvvələr daha çox Yevlaxdan gələn qaraçılar dilənirdilərsə, indi ailəsi dağılmış qadınlar, təqaüd yaşına çatmış yaşlılar və əmək qabiliyyətli gənc qızlar dilənçilik edirlər.

İnsanların, xüsusilə, gənclərin məşğulluq problemlərinin həll edilməməsi, işsizliyin kütləvi hal alması onların radikal qruplaşmalara meyl etməsini təmin edən əsas faktordur.

Gəncə şəhərinin ziyalıları həmişə ölkənin mədəni, elmi, ictimai-siyasi həyatında aktiv rol oynayıblar. İndi şəhərdə ziyalı mühiti o qədər zəifləyib ki, onlar şəhərin həyatında heç bir rol ala bilmirlər. Diqqətsizlikdən əziyyət çəkən şəhər ziyalılarının təxminən 20%-i son 5-6 il ərzində Gəncəni tərk edərək, Bakıya köçüblər. N.Bayramov öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, daha çox layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. Heç şübhəsiz ki, belə olan halda şəhərdə dini radikalizm və kriminal durum daha da güclənmiş olur.

Gəncədə şəbəkələşmə və təşkilatlanma...

Gəncədə gənclərin işsizlikdən əziyyət çəkməsi, onların narkotik və spirtli içkilərin aludəçisinə çevrilməsi milli dövlətçiliyimiz üçün ciddi təhdidlər yaratmaqdadır. Müxtəlif radikal dini qrupların təsiri altına düşən bu gənclər başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Zamanında bu gənclərlə işləmək lazım idi. Bəlkə də Azərbaycanda çox həssas əhali kütləsinə sahib birinci şəhər Gəncədir. Gəncə müxtəlif ölkələrin dini təbliğatı üçün ən münbit ərazilərdən biridir, çünki burada oturuşmuş, dəyişilməyən zeyniyyət mövcuddur və kölə zehniyyəti aradan qaldırmaq üçün də gənclər arasında köklü heç bir iş görülməyib.

Məni tanıyanlar bilirlər ki, təriqərtçi deyiləm, amma təriqət məsələsi məqsədli şəkildə ortaya atılanda öz mövqeyimi ifadə etməyi də bacarıram. Məhz "suların bulandığı” məqamda mən əsil-kökümün qaynaqlandığı və qürur duyduğum şiə olduğumu həmişə üsyankar şəkildə ifadə etmişəm. Zaman-zaman başlanan məqsədli proseslərdə də öz qələmimi süngü etməkdən çəkinməmişəm, dindarlar, ilahiyyatçılar, alimlər, ictimai-siyasi xadimlər qaçıb gizlənəndə mən döyüşmüşəm, bunu hər kəs bilir.

Amma Gəncədə durum tamamilə fərqlidir. Burada Vətənə xəyanət, İrana casusluq var.

Hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın gizli servislərinə xidmət edən minlərlə gənc var. Əldə etdiyim məlumatlardan görünür ki, hazırda Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də, Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələki "yatmağa” üstünlük veriblər. Bu şəxslərə "İranın şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik.

Gəncədə daha bir təhlükə - Əhalinin dindar təbəqəsinin içində "Sunqurçu”ların təşəkkül tapmasıdır. "Nurçu”luğun bir qolu olan "sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək formalaşmağa başlayıblar.

Əvvəllər Azərbaycan Texnologiya Universiteti "Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə "nurçu”ların Fətullaha bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib.

Rayon rəhbərliyi baş verən bütün bu proseslərə nəzarət etmək iradəsinə sahib deyil.

Sahibkarlar isə qorxu altında yaşayır. Vergi məmurlarının sahibkarları qorxudaraq, onlardan əlavə vəsaitlər tələb etməsi və bu qanunsuz hərəkətləri işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə sərf olunacağını bəhanə gətirərək həyata keçirməsi Gəncə şəhərinin biznes mühitinin dəhşətli və qorxulu mənzərəsinin praktiki ifadəsidir.

P.S. Şəhərin biznes mühiti, səhiyyə və elm sahəsi, bərbad idarəetmə müxanizmləri, infrastrukturu haqqında ayrı-ayrılqıda məqalələrimizi oxuya biləcəksiniz...

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Burası Yasamaldır: İcra başçısı HARA BAXIR? - AYIBDIR, VALLAH...

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yaşayan Patrul.az izləyicimiz qaynar xəttimizə videogörüntü göndərib bildirir ki, qeyd olunan küçədə Şəhid Ravil Hümbətov və İlqar Bürcəliyevin xatirəsinə Şəhidlər bulağı tikilib. Bulağın təmizliyi, səliqə-sahmanı da qaydasındadır. Amma nədənsə bulağın suyu gəlmir. Axı Şəhidlər bulağı insanların həmin bulaqdan istifadə edib Şəhidləri yad etməsi məqsədi ilə tikilir. İzləyicimiz onu da bildirib və digər videogörüntü ilə göstərib ki, həmin vaxt ümumi olaraq Yasamal rayonunda su təchizatında problem olmayıb. Yəni orqanlar sonra deməsin ki, “bütün Yasamalda su olmayıb deyə bulağa da su gəlməyib”. Ümid edirik ki, məsələ tezliklə həllini tapar. //PATRUL.AZ//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 90 minə maşın nömrəsi SATILIR - FOTO


Bakıda baha qiymətə avtomobil dövlət qeydiyyat nişanı satılır.

DİA.AZ Lent.az-a isinadla xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. 10-GG-111 seriyalı dövlət qeydiyyat nişanı elan saytına qoyularaq, satışa çıxarılıb.

Maşın nömrəsi hazırda Bakı şəhərindədir. Nömrəyə isə nə az, nə çox 90 min manat qiymət qoyulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvandakı sahibkarlara növbəti təzyiq dalğası - Culfadakı iki böyük tikinti niyə dayandırılıb?


Rusiyadakı sərmayəsini gətirib Naxçıvana yatıran, Culfa və Ordubad rayonlarında böyük işlər görən iş adamının bütün sənədləri qaydasında olan iki “obyekt”inin tikintisini heç bir qanuni əsas olmadan dayandırıblar.

Şirkətin rəhbəri Fərahim Məmmədov Azinforum.az-a açıqlamasında bildirdi ki, hazırda onlar Naxçıvanda: “Qapıcıq”, “Zərəni”, “Çobanoğlu”, “Region Tədris Mərkəzi” adlı 4 MMC ilə fəaliyyət göstərirlər.

Rusiyadan Naxçıvana sərmayə yatırmaq qərarına bir neçə ilə bundan əvvəl Prezident İlham Əliyevinn xaricdəki soydaşlarımıza vətənimizə sərmayə qoymağın zəruriliyi ilə bağlı etdiyi çağrışdan sonra gəliblər.

2007-ci ildən başlayaraq Naxçıvanda bir sıra uğurlu layihələr ərsəyə gətiriblər. Hazırda bu şirkətin Culfa şəhərində inşa etdiyi, bütün qanuni sənədləri: tikintiyə icazə, hətta çıxarışı belə olan – “Culfa Mall” və otel tikintisini dayandırıblar.

Naxçıvan Fövqəladə Hallar Nazirliyi bu qərarı onunla əsaslandırmağa çalışır ki, icazəyə dair sənədlər yenidən alınmalıdır. İş adamının sözlərinə görə, onlara qarşı bu münasibət Culfa rayon prokurorunun tikinti işlərinə qanunsuz müdaxiləsindən sonra başladı:

“Təsəvvür edin ki, prokuror səlahiyyətinə aid olmayan tikinti işinə müdaxilə edir. Biz bunun qanunazidd olduğunu bildirəndən sonra bütün qurumları bizim üstümüzə yoxlamaya göndərdilər.

Biz 600-ə yaxın işçiyə əmək haqqı veririk, dövlətin büdcəsinə külli miqdarda vergi ödəyirik. Bizim başımızı niyə belə lazımsız işlərlə qatırlar? Mən anlamıram, bir tikintiyə neçə dəfə icazə alınmalıdır?
Bu icazəni dövlətin müvafiq qurumları öz möhürləri ilə təsdiq esiblərsə, başqa kimdən icazə alınmalıyıq?

Biz MR-dəki bəzi dövlət qurumlarının işimizə qanunsuz müdaxiləsi barədə hüquqi müstəvidə mübarizəmizi aparacayıq”.
Millitv.az Azinforum.az-a istinadla jurnalist Məhəmmədəli Qəriblinin Culfa şəhərindən hazırladığı eksklüziv videoreportajı təqdim edir:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO