[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilərin döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılır - RƏSMİ


Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”, - qeyd oluynub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Küçələri ticarət meydanına çeviriblər... - NARAZILIQ VAR!


Patrul.az xəbər verir ki, hadisə Xətai rayonu Məzahir Rüstəmov küçəsində müşahidə olunub.

Belə ki, küçə ticarəti ilə məşğul olan şəxslər 54 BH 805 dövlət qeydiyyat nişanlı avtomobili yolun parklanma üçün nəzərdə tutulmuş hissəsində saxlayaraq avtomobilin arxa hissəsinə müxtəlif növ meyvə, tərəvəz düzməklə satışını təşkil edirlər.

Nəzərə alsaq ki, sözügedən satış yolun nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulmuş hissəsində daimi olaraq icra olunur, bu o deməkdir ki, sürücülərin yolun həmin hissəsində parklanma etməsi mümkünsüz olacaq və alış-veriş etmək üçün həmin yerə yaxınlaşan şəxslər yolun hərəkət hissəsinə çıxmağa məcbur olduqları üçün həyatlarına təhlükə yaranmış olacaq.

Qeyd edək ki, bizim heç kimin qazancına müdaxilə etmək niyyətimiz yoxdur. Qanunlarla idarə olunan bir ölkədə yaşayırıq və hər kəs qanunlara əməl etməlidir.

Ümid edirik ki aidiyyatı qurumlar bu halı aradan qaldıracaqlar və bu ticarətlə məşğul olan sözügedən şəxslər də daha uyğun, heç kimə mane olmayan bir yerdə öz ticarətlərinə davam edəcəklər.

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazda məktəblilərin həyatı təhlükədədir... - NAZİRİN NƏZƏRİNƏ...


"Xaçmaz rayon Yergüc kəndindəki orta məktəbin sinif otaqlarında panellər şagird və müəllimlərin üzərinə düşəcək qədər təhlükəli vəziyyətdədir". DİA.AZ bildirir ki, bu barədə sözügedən kəndin sakinləri adından Elm və Təhsil Naziri Emin Əmrullayevə ünvanlanan müraciətə deyilir.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətə həmin məktəbdə hazırda təhsil alan şagirdlərin də imza atdığı qeyd olunur və şagirdlər adından deyilir:

"Təhsil aldığımız bir məktəbin belə acınacaqlı vəziyyətdə olmasi həqiqətən də ürək ağrıdır.

Buraya əməlli-başlı vəsait lazimdir. Elm və Təhsil nazirliyi nəzarətə göturməkidir.

Sinif otaqları nə gündədir? İstilik sistemi, su yoxdur. Üstünə 2 qutu emusiya vurmaqla təmir olmur, axı..."

Məsələm diqqətimizdədir. Əlaqədar qurum və şəxsləri də dia.az olaraq dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müğənni Emil Rəhmanoğlu vəfat etdi


Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.

Rəhman Rəhmanov bu gün səhər saatlarında 44 yaşında vəfat edib.

Xatırladaq ki, E. Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb.

R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda YENİ HƏBSLƏR GÖZLƏNİLİR... - Yeyilən milyonlar KİMİN AYAĞINA YAZILIR?..

Naxçıvan şəhər İcra Hakimiyyətində yoxlamalar aparan Hesablama Palatası 5 milyon manatdan artıq yeyinti aşkarlayıb. Yoxlamalar 2021/22-ci illəri əhatə edir. Həmin dövrdə adı keçən icra hakimiyyətinə hazırkı başçı Mirsənani Seyidov rəhbərlik edib. O, 2018-ci ildən bu vəzifədədir.

Mirsənani Seyidov ötən ay iki müavinini vəzifədən uzaqlaşdırıb.

Millitv.az bildirir ki, icra hakimiyyətindəki mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, milyonlarla yeyintinin məsuliyyətinin məhz işdən çıxarılan bu şəxslərin üzərinə atılacağı ehtimal olunur.

Palatadan verilən məlumata görə isə, yoxlamalar zamanı 1.792.167 manat məbləğindən artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.

Auditlə həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq, müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb. Bu materiallar əsasında icra hakimiyyəti vəzifəlilərinə qarşı cinayət işinin açılacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bizim bir media olaraq məqsədimiz kimisə qaralamaq, kiminsə əməllərinə kölgə salmaq deyil. Biz istəyirik ki, hər şey olduğu kimi, rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “Düzü düz, əyrini əyri yazaq”, yəni tarixi saxtalaşdırmayaq. O cümlədən də “Çörək Tofiq” deyilən şəxslə də zərrə qədər şəxsi problemimiz yoxdur.
Oxucuya aydınlıq gəlməsi üçün qeyd edək ki, camaat arasında “Çörək Tofiq” kimi tanınan, əslən Qubadlı rayonundan olan Tofiq 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib və... Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə, yəni 1992-ci ildə bu müəssisənin bazasında səhmdar cəmiyyəti yaradaraq saxta yolla sədr seçilib. Məhz Sumqayıt cəbhəçilərinin köməyi ilə.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan..
Təsəvvür edirsiniz, 1992-ci ildə hələ özəlləşdirməyə start verilməmişdi, amma Çörək Tofiq tələm-tələsik cəbhəçilərin əli ilə dövlət mülkiyyətini ələ keçirdi.
Bir az tarixə ekskurs etsək, “Çörək Tofiq”in əsl kimliyini bilə bilərik. Deməli, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub...
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır... Bu hələ harasıdır..? Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdur.
Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər. “Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq. Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..?
Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi. Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir.
Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var. Deyirlər ki, Sumqayıtın bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Fikir verdinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır… Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər. Biz də deyirik ki, xalqın gözü tərəzidir, “Çörək Tofiq”, sənin çəkini əla bilirlər. Qanunlarımız da yaxın zamanda sənə tətbiq olunacaq... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR? – İki nazirlik arasında FİKİR AYRILIĞI

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin qanunazidd qərar və əmr qəbul etdiyi iddia olunur. Məlumatlara görə İbrahim Əliyev təhsilsiz şəxsləri mədəniyyət ocaqlarında işə götürür.

Halbuki “İdman haqqında” qanuna görə ölkə ərazisində yalnız ali və orta ixtisas təhsilli şəxslər idman dərsləri verə bilər.

Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 66 mədəniyyət müəssisəsi və çoxsaylı musiqi məktəbləri fəaliyyət göstərir. Məlumatlara görə İbrahim Əliyevin kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova təhsilsiz şəxslərin işə götürülməsi ilə bağlı təqdimat yazır və müdirinə möhürlədir. Ayrıca Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin hüquqşünası da var. O, da qanunazidd əməllərə göz yumur.

Qeyd edək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tərkibinə daxil olan mədəniyyət evləri, saray və mədəniyyət mərkəzlərində gecədən səhərədək fitnes klubları fəaliyyət göstərir. İdarənin tərkibində təşkil olunan ödənişli fiziki inkişaf kurslarına ali və orta ixtisas təhsili olmayanlar rəhbərlik edir.

Xatırladaq ki, “İdman haqqında” qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər. Lakin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Millitv.az bildirir ki, Bizim.Media-nın araşdırmasına görə hazırda Lökbatan qəsəbəsində fəaliyyət göstərən Ə.Əmirov adına Mədəniyyət Sarayında gecədən səhərədək fitnes və idman dərsləri verilir.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə fəaliyyət göstərən fitnes klubun səhərədək fəaliyyəti, eləcə də baş verə biləcək hər hansı xoşagəlməz və ya bədbəxt hadisəyə görə birbaşa məsuliyyət daşıyan Baş İdarənin qanunazidd addımları anlaşılan deyil.

Bundan əlavə 3 ilə yaxındır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində gecə-gündüz fəaliyyətdə olan və fitnes klubuna rəhbərlik edən Eyvaz Hüseynovun da heç bir təhsili olmadığı deyilir.

Halbuki həmin klubda boks üzrə fərdi idman dərsləri vermək üçün Eyvaz Hüseynova Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilk gündən dəstək və icazə verib. Fəaliyyətini isə Baş İdarə öz rəsmi səhifəsində işıqlandırıb.

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə yeni təyin olunan direktor tərəfindən Eyvaz Hüseynovun idman üzrə ali və orta ixtisas təhsili olmadığı üçün fəaliyyətinə məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən tərəflər arasında yaranmış qalmaqal media müstəvisinə qədər gedib çıxmışdı. Maraqlıdır, Gənclər və İdman Nazirliyi tərəfindən həmin şəxsin fəaliyyəti qanunsuz hesab edilsə də, Mədəniyyət Nazirliyindən məsələyə nə etiraz edilir, nə də müvafiq reaksiya verilir.

Ayrıca Eyvaz Hüseynovun atası Fazil Hüseynov və qardaşı Akşin Hüseynov da Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fiziki inkişaf kursuna ödənişli idman dərsləri vermək üçün müraciət ediblər. Hər iki şəxs tərəfindən Baş idarəyə təqdimat da yazılıb. İdarədən təqdimata müsbət cavab verilsə də, mərkəz direktoru idman üzrə təhsili olmayan hər iki şəxslə bağlı əmr verməyib.

Direktorun bu hərəkəti Bakı şəhər Mədəniyyət Baş İdarəsinin növbəti hiddətinə səbəb olub. Baş İdarənin rəisi İbrahim Əliyev direktora mərkəzdə fitnes kluba icazə verməli olduğunu bildirib.

Əmrinə əməl etmədiyi üçün 3 ayın tamamında mərkəzə direktoru işdən çıxarmaq üçün yoxlama da göndərib, lakin direktoru Mədəniyyət Nazirliyindən işə götürdükləri üçün idarə onu vəzifəsindən azad edə bilməyib.

Xatırladaq ki, bu il ölkədə fəaliyyət göstərən idman klublarında iki uşaq ölümü baş verib. Aprel ayında Sumqayıtda 7 yaşlı Fərid Bakarovun tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq vəfat etməsi, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində isə 2020-ci il təvəllüdlü Gülay Məmmədlinin nəzarətsiz qalaraq hovuzda boğulması ölkə gündəmini zəbt etmişdi. Hər iki bədbəxt hadisədən sonra ölkə başçısı Gənclər və İdman Nazirliyinə idman klublarının fəaliyyətinə ciddi nəzarət olunmasını tapşırdı.

Hərçənd ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Nicat Həsənov Qızıldaş qəsəbə Mədəniyyət Mərkəziin sözügedən məsələ ilə bağlı müraciətinə cavab olaraq bildirib ki, peşəkar pedaqoji idman fəaliyyətinə bədən tərbiyəsi, eləcə də idman sahəsində ali və orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar.

Məsələ ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevlə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, idarə rəhbəri zənglərimizə cavab verməyib.

Mədəniyyət Nazirliyindən isə Bizim.Media-nın sorğusuna belə cavab verilib:

“Bildirək ki, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir.

Klublar, mədəniyyət evlərində (saraylar) sözügedən göstəricilər arasında müəssisələrdə ödənişli dərnəklərin olmasının zəruriliyi qeyd edilib.

Məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən kurs və dərnəklərin fəaliyyətinin tənzimlənməsi, bu istiqamətdə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə “Kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar” yenidən hazırlanaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunub. Nazirliyin 09 dekabr 2022-ci il tarixli, 07/04-3742/2022 nömrəli məktubuna əsasən təqdim olunmuş layihəyə razılıq verilib”.

Nazirlikdən qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 31.01.2007-ci il tarixli, 43 nömrəli əmri ilə təsdiq edilmiş müəssisə və təşkilatlarında tətbiq olunan pullu xidmətlərin siyahısının 4-cü bəndində idman-sağlamlıq (qaçış, şahmat-dama klubları, tennis, nərd və s.) sahəsində kursların və dərnəklərin yaradılması nəzərdə tutulub.

İdarənin 14 dekabr 2022-ci tarixli, 164 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ödənişli kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar”ın 6.1. bəndinə müvafiq olaraq kurs və dərnəklərdə dərsləri (məşğələləri) tədris etmək üçün ali, orta ixtisas, peşə təhsili, xüsusi sertifikat və ya şəhadətnamə, əmək stajı, iş təcrübəsi, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan şəxslər Baş İdarə ilə yazılı razılaşdırma yolu ilə müəssisə direktorunun əmri əsasında cəlb edilirlər.
Mövzunu diqqətdə saxlayacağıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçında "Ural" qəzaya düşdü - “Azərenerji”nin 2 əməkdaşı öldü

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İş adamı ilə Naxçıvan rəhbərliyi arasında 50 milyonluq qalmaqal – Hacı Ələsgərov Fuad Nəcəflini çətin duruma salıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra iş adamları muxtar respublikaya investisiya qoymağa dəvət edilib. Uzun illər ərzində Vasif Talıbov iş adamlarını Naxçıvana buraxmamış, muxtar respublikadakı əksər istehsal və xidmət müəssisələri Talıbovlar ailəsinə məxsus olmuşdu. DİA.AZ bildirir ki, yeni dönəmdə ortalığa çıxan şirkətlərdən biri də “HİMAL” Holdinqdir. Bu holdinqə Naxçıvanda yaşıl işıq yandırılıb, geniş imkanlar yaradılıb. Qısa müddət ərzində “HİMAL” Holdinq “Çınqıllı” və “Darıdağ” təbii və mineral sularının istehsalına başlayıb.

Bundan başqa, holdinqin Naxçıvandakı otelləri, bir sıra xidmət sahələrini satın aldığı ilə bağlı xəbərlər yayılmışdı.

Bu günlərdə məlum olub ki, “HİMAL” Holdinq Naxçıvan Muxtar Respublikasında bəzi sahələrdə fəaliyyətini dondurub. Holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşınıb.

DİA.AZ xəbər verir ki, TNS-ə özəl mənəbələrdən daxil olan məlumata görə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə “HİMAL” Holdinqin rəhbəri Hacı Ələsgərov arasında ciddi problem yaranıb, holdinqin Naxçıvandakı fəaliyyəti məhdudlaşdırılıb.
İş adamı ilə Naxçıvan rəhbərliyi arasında 50 milyonluq qalmaqal – Hacı Ələsgərov Fuad Nəcəflini çətin duruma salıb

Əldə etdiyimiz məlumata görə, iş adamı Hacı Ələsgərov səlahiyyətli nümayəndəyə verdiyi sözü tutmayıb, onu ölkə rəhbərliyi qarşısında çətin duruma salıb. Belə ki, Hacı Ələsgərov Talıbovlar ailəsinə məxsus olan “Təbriz”, “Duzdağ”, “Grant Naxçıvan”, “Avtovağzal” otellərini, “Nəqşicahan” tikinti şirkətini, bir sıra xidmət sahələrini almaq barədə söz verib. Bu əmlakların dəyəri, təqribən, 50-60 milyon manat arasındadır. Həmin vəsait Naxçıvanın büdcəsinə yönəldilərək muxtar respublikada tikinti-quruculuq işlərində istifadə olunacaqmış.

Hacı Ələsgərovun sözünə arxayın olan Fuad Nəcəfli keçirilən müşavirələrdə muxtar respublikaya 50 milyon manat ayrılacağını, vəsaitlə bağlı yaranmış problemlərin aradan qaldırılacağını bildirib.

Aparılan texniki-iqtisadi dəyələndirmələrdən sonra “HİMAL”a təklif olunan obyektlərin rentabelli olmadığı müəyyən edilib və holdinq həmin əmlakları satın almaq fikrindən vaz keçib.

Hazırda “HİMAL” Naxçıvanda bəzi sahələrdə fəaliyyətini davam etdirir. Mənbənin sözlərinə görə, bu holdinqə əvvəlki münasibət olmayacaq. Çünki holdinq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, Hacı Ələsgərov isə özü barədə qeyri-ciddi iş adamı təəssüratı yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BSU-da hər şey öz axarındadır: YƏNİ ƏVVƏLKİ KİMİ... - İLGİNC İDDİALAR...


"Bakı Slavyan Universiteti və bu təhsil müəssisəsinin rektoru Anar Nağıyev haqqında məqalədən sonra məlumatın ardı-arası kəsilmir.Eşitdiklərimizi,gördüklərimizi sizə də deyək,bilib agah olun. Anar Nağıyev özündən əvvəlki qalmaqallı rektor Nurlana Əliyevanın adamlarına nədənsə toxunmayıb.Hətta onları qoruyaraq,hər cür şərait yaradıb". Bu barədə DİA.AZ-a göndrilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məsələn,"İnsan resursları" şöbəsinin müdiri Nurlana Əliyevanın əmisi qızı Məhəbbət Əliyevadır.Yəni kadr məsələlərinə bu xanım nəzarət edir."Əcnəbi tələbələr" şöbəsinin müdirini əvəz edən,deyilənə görə nənəsinin biri erməni olan Leyla Musayeva da illərdir Anar Nağıyevin himayəsi altındadır.Deyəcəksiniz olsun da,rektor bəlkə işçiləri fərqləndirməyi bacarır.Əvvəl biz də elə düşündük.Amma biləndə ki,Leyla Musayeva da keçmiş rektor Nurlana xanımın qohumudur,məsələ bir az aydın oldu.Yuxarıda qeyd etdiyimiz Məhəbbət Əliyeva Leyla Musayevanın anasıdır.
Tibb kafedrasının Hicran adlı laborantı isə Nurlana Əliyevanın doğmaca qardaşı qızıdır...
Bir sözlə,Nurlana Əliyevanın özü getsə də adı qalıb.Xələfi Anar Nağıyev işini onun dəsti-xətti üzrə qurub,tökdüklərini yığır.Yəqin "boz kardinal",
"Qoca Mazelli" Ramiz Mehdiyevin adamının adamı olmaq cənab Anar Nağıyevə zövq verir.Nurlana Əliyevanın yolu ilə getməklə özünün 5-ci kolona aid olduğunu hesab edir.
Nurlana Əliyevanın daha bir yadigarı "Beynəlxalq münasibətlər" kafefrasının müdiri,muxalif Demokrat Partiyasının vaxtilə üzvü olmuş Habil Məmmədovdur.Sabiq demokrat indi pis yaşamır.Adil Rəcəbli,Şirinbəy Əliyevin dövründən yağ-bal içində gəzən Habil müəllim indi də tələbələri "kəsə-kəsə" "novostroyka"da özünə isti yuva qurub.Əlbəttə ki Nurlana Əliyeva və onun sadiq davamçısı Anar Nağıyevin sayəsində.
Müxalifətdən söz düşmüşkən,Habil Məmmədov tək deyilmiş.BSU-nun aparıcı kafedralarından hesab edilən "Azərbaycan diplomatiyası" kafedrasının müdiri Əsgər Əhməd bir zaman AXCP sədri Əli Kərimlinin sağ əli olub.
Deyirlər ki,Anar Nağıyev tez-tez ətrafına deyinir.Deyir,başqa yerlərin dekanları,kafedra müdirləri qızıl mağazası işlədir,qaz vurub qazan doldurur,mənimkilərsə,qabağıma şokolad qoyurlar.Dərdi böyük imiş.Yəqin ona görədir ki,magistratura şöbəsinə yeni təyin etdiyi Məmmədtağı Rzayev qısa müddətdə kollektivdə özünə ləqəb qazanıb: Dollar Məmmədtağı.Tərcümə fakültəsinin dekanı Kamran müəllim isə rektorun tənqidindən nəticə çıxardaraq az qala salamı da artıq pulla verir.Ümumiyyətlə,deyirlər ki,Anar Nağıyev bu "bacarığı" ilə heyf olub gedir.Onun yeri təhsil ocağı yox, "Sədərək bazarı"dır.Oranı yaxşı işlədib xeyir verə bilərdi.Onsuzda fikri-zikri alverdi.Elə Bakı Slavyan Universitetini də böyük bir yarmarkaya çevirib.Dillər Universitetində öz yanında işləmiş Elçin,Əzim kimiləri BSU-ya gətirərək onları külli-ixtiyar sahibi edib.Elçin Hüseynov Ukraynadan haranınsa diplomunu alıb.Amma rusca bir kəlmə də bilmir,digər slavyan dillərində heç söhbət gedə bilməz.Bu adam xəritədə slavyan ölkələrinin təxmini yerini belə bilmir.Vaxtilə Dillər Universitetinin yaxınlığında yerləşən hansısa kursda çalışıb,sonra Anar Nağıyev onu "kəşf" edib,indi də BSU-da "diliuzun"lardan biridir.Bu adam hazırda rektorun müşaviridir.Magistr dərəcəsinin olmaması onun irəliləməsinə mane olmur.Hətta tələbə,valideyn,müəllim və digər işçilərin qəbulu günlərində çox vaxt rektorun əvəzinə Elçin Hüseynov iştirak edir.Anar müəllimin yəqin daha vacib işləri var.Amma bəzən istisnalar edir.Məsələn,Pedaqogika kafedrasından uzundonlu "tədbirlər təşkilatçısı" Arzu xanım nədənsə həmişə rektor Anar Nağıyevin otağına qısa ətəyi,dar şalvarı ilə girib-çıxa bilir.Ancaq universitetin ahıl əməkdaşları saatlarla,günlərlə Meskom Əzimin tapıb qəbul otağında otuzdurduğu referent qızların icazəsini alıb rektoru görə bilmirlər.Rektor dəhlizə,auditoriyalara baş çəkəndə isə Həmkarlar Komitəsinin sədri Əzimin,müşavir Elçinin,75 yaşında kafedra müdiriişləyən Piralı adlı şəxsin,80 yaşlı Ənvər müəllimin əhatəsində yaxın düşmək olmur. Keçmiş idman müəllimi,indi BSU Həmkarlar Komitəsinin sədri işləyən Əzim az qalır camaatı əzib keçsin.BSU-da hansısa işin düzəlməsi üçün mütləqdir ki,Əzimin razılığını alasan,ən azı onunla nahar etmək vacib şərtlərdən biridir.Piralı ilə Ənvər isə maraqlı personajlardır.Onların da öz funksiyaları var,müəllimləri qaralamaq və sair qara-qura işlər.
Anar Nağıyevin və bu əlaltılarının sözləri ilə oturub-durmayanları tabe olmayanları sıxışdırıb universitetdən uzaqlaşdırırlar.BSU-nun əsas elmi zümrəsi belə hərəkətlərə dözməyərək oranı tərk edirlər.
Anar müəllimin "yaradıcılığı" o qədər aşıb-daşır ki,yazıb bitirmək olmur.Bu yaxınlarda BSU-nun binasında yanğın olubmuş.Maraqlıdır ki,Anar Nağıyevin göstərişi hamı binadan çıxarılıb,lakin içəridə öz yaxın çevrəsi qalıb.Hələ binada bufetin,yeməkxananın olmadığını da qeyd edim.Əvvəlki yazımda söyləmişdim.Tələbə yataqxanasından da söz açmışdım.Vəziyyət yenə də acınacaqlıdır.
Ən acınacaqlı hal isə odur ki,Bakı Slavyan Universitetində Nurlana Əliyevadan qalma metodlar hələ də işləkdir.Nurlanın dövründə 4-cü kurs tələbələri kütlıvi şəkildə imtahandan kəsdirilirdi.Sonra isə pul tələsinə salınırdılar.
Gəlir gətirdiyi üçün Anar Nağıyev bunlardan məmnuniyyətlə yararlanır.Məsələn,tələbə köçürmələri.Başqa yerlərdən nəyinsə müqabilində BSU-ya savadsız gənclər köçürülür,pulları olduğu üçün savadlı tələbələrdən üstün tutulurlar,imtahanlarda "fərqlənirlər".Bilikli uşaqlar isə bir bal əskik yığdıqlarına görə kəsrə qalıb altqruplara yönəldilirlər.Orada isə müəyyən məbləğ pul köçürülür.Halbuki cüzi bal çatışmazlığı olanda pedaqoji şura,rektor bunu nəzərə ala bilər.Amma rektor başqa şeyi əsas götürür.Məhz bu cür oyunbazlığa qurbanları arasında 44 günlük qalibiyyətimizi qazanmış şəhid,qazilərimiz də olublar.Vətən müharibəsində döyüşmüş şəhid,qazi,veteran oğullar belə rüşvətxorlara görə diplomsuz qalıblar...Deyəsən heç maraqlanan da yoxdur".

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO