BSU-da hər şey öz axarındadır: YƏNİ ƏVVƏLKİ KİMİ... - İLGİNC İDDİALAR...

09:31 19.09.2023 17
BSU-da hər şey öz axarındadır: YƏNİ ƏVVƏLKİ KİMİ... - İLGİNC İDDİALAR...


"Bakı Slavyan Universiteti və bu təhsil müəssisəsinin rektoru Anar Nağıyev haqqında məqalədən sonra məlumatın ardı-arası kəsilmir.Eşitdiklərimizi,gördüklərimizi sizə də deyək,bilib agah olun. Anar Nağıyev özündən əvvəlki qalmaqallı rektor Nurlana Əliyevanın adamlarına nədənsə toxunmayıb.Hətta onları qoruyaraq,hər cür şərait yaradıb". Bu barədə DİA.AZ-a göndrilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məsələn,"İnsan resursları" şöbəsinin müdiri Nurlana Əliyevanın əmisi qızı Məhəbbət Əliyevadır.Yəni kadr məsələlərinə bu xanım nəzarət edir."Əcnəbi tələbələr" şöbəsinin müdirini əvəz edən,deyilənə görə nənəsinin biri erməni olan Leyla Musayeva da illərdir Anar Nağıyevin himayəsi altındadır.Deyəcəksiniz olsun da,rektor bəlkə işçiləri fərqləndirməyi bacarır.Əvvəl biz də elə düşündük.Amma biləndə ki,Leyla Musayeva da keçmiş rektor Nurlana xanımın qohumudur,məsələ bir az aydın oldu.Yuxarıda qeyd etdiyimiz Məhəbbət Əliyeva Leyla Musayevanın anasıdır.
Tibb kafedrasının Hicran adlı laborantı isə Nurlana Əliyevanın doğmaca qardaşı qızıdır...
Bir sözlə,Nurlana Əliyevanın özü getsə də adı qalıb.Xələfi Anar Nağıyev işini onun dəsti-xətti üzrə qurub,tökdüklərini yığır.Yəqin "boz kardinal",
"Qoca Mazelli" Ramiz Mehdiyevin adamının adamı olmaq cənab Anar Nağıyevə zövq verir.Nurlana Əliyevanın yolu ilə getməklə özünün 5-ci kolona aid olduğunu hesab edir.
Nurlana Əliyevanın daha bir yadigarı "Beynəlxalq münasibətlər" kafefrasının müdiri,muxalif Demokrat Partiyasının vaxtilə üzvü olmuş Habil Məmmədovdur.Sabiq demokrat indi pis yaşamır.Adil Rəcəbli,Şirinbəy Əliyevin dövründən yağ-bal içində gəzən Habil müəllim indi də tələbələri "kəsə-kəsə" "novostroyka"da özünə isti yuva qurub.Əlbəttə ki Nurlana Əliyeva və onun sadiq davamçısı Anar Nağıyevin sayəsində.
Müxalifətdən söz düşmüşkən,Habil Məmmədov tək deyilmiş.BSU-nun aparıcı kafedralarından hesab edilən "Azərbaycan diplomatiyası" kafedrasının müdiri Əsgər Əhməd bir zaman AXCP sədri Əli Kərimlinin sağ əli olub.
Deyirlər ki,Anar Nağıyev tez-tez ətrafına deyinir.Deyir,başqa yerlərin dekanları,kafedra müdirləri qızıl mağazası işlədir,qaz vurub qazan doldurur,mənimkilərsə,qabağıma şokolad qoyurlar.Dərdi böyük imiş.Yəqin ona görədir ki,magistratura şöbəsinə yeni təyin etdiyi Məmmədtağı Rzayev qısa müddətdə kollektivdə özünə ləqəb qazanıb: Dollar Məmmədtağı.Tərcümə fakültəsinin dekanı Kamran müəllim isə rektorun tənqidindən nəticə çıxardaraq az qala salamı da artıq pulla verir.Ümumiyyətlə,deyirlər ki,Anar Nağıyev bu "bacarığı" ilə heyf olub gedir.Onun yeri təhsil ocağı yox, "Sədərək bazarı"dır.Oranı yaxşı işlədib xeyir verə bilərdi.Onsuzda fikri-zikri alverdi.Elə Bakı Slavyan Universitetini də böyük bir yarmarkaya çevirib.Dillər Universitetində öz yanında işləmiş Elçin,Əzim kimiləri BSU-ya gətirərək onları külli-ixtiyar sahibi edib.Elçin Hüseynov Ukraynadan haranınsa diplomunu alıb.Amma rusca bir kəlmə də bilmir,digər slavyan dillərində heç söhbət gedə bilməz.Bu adam xəritədə slavyan ölkələrinin təxmini yerini belə bilmir.Vaxtilə Dillər Universitetinin yaxınlığında yerləşən hansısa kursda çalışıb,sonra Anar Nağıyev onu "kəşf" edib,indi də BSU-da "diliuzun"lardan biridir.Bu adam hazırda rektorun müşaviridir.Magistr dərəcəsinin olmaması onun irəliləməsinə mane olmur.Hətta tələbə,valideyn,müəllim və digər işçilərin qəbulu günlərində çox vaxt rektorun əvəzinə Elçin Hüseynov iştirak edir.Anar müəllimin yəqin daha vacib işləri var.Amma bəzən istisnalar edir.Məsələn,Pedaqogika kafedrasından uzundonlu "tədbirlər təşkilatçısı" Arzu xanım nədənsə həmişə rektor Anar Nağıyevin otağına qısa ətəyi,dar şalvarı ilə girib-çıxa bilir.Ancaq universitetin ahıl əməkdaşları saatlarla,günlərlə Meskom Əzimin tapıb qəbul otağında otuzdurduğu referent qızların icazəsini alıb rektoru görə bilmirlər.Rektor dəhlizə,auditoriyalara baş çəkəndə isə Həmkarlar Komitəsinin sədri Əzimin,müşavir Elçinin,75 yaşında kafedra müdiriişləyən Piralı adlı şəxsin,80 yaşlı Ənvər müəllimin əhatəsində yaxın düşmək olmur. Keçmiş idman müəllimi,indi BSU Həmkarlar Komitəsinin sədri işləyən Əzim az qalır camaatı əzib keçsin.BSU-da hansısa işin düzəlməsi üçün mütləqdir ki,Əzimin razılığını alasan,ən azı onunla nahar etmək vacib şərtlərdən biridir.Piralı ilə Ənvər isə maraqlı personajlardır.Onların da öz funksiyaları var,müəllimləri qaralamaq və sair qara-qura işlər.
Anar Nağıyevin və bu əlaltılarının sözləri ilə oturub-durmayanları tabe olmayanları sıxışdırıb universitetdən uzaqlaşdırırlar.BSU-nun əsas elmi zümrəsi belə hərəkətlərə dözməyərək oranı tərk edirlər.
Anar müəllimin "yaradıcılığı" o qədər aşıb-daşır ki,yazıb bitirmək olmur.Bu yaxınlarda BSU-nun binasında yanğın olubmuş.Maraqlıdır ki,Anar Nağıyevin göstərişi hamı binadan çıxarılıb,lakin içəridə öz yaxın çevrəsi qalıb.Hələ binada bufetin,yeməkxananın olmadığını da qeyd edim.Əvvəlki yazımda söyləmişdim.Tələbə yataqxanasından da söz açmışdım.Vəziyyət yenə də acınacaqlıdır.
Ən acınacaqlı hal isə odur ki,Bakı Slavyan Universitetində Nurlana Əliyevadan qalma metodlar hələ də işləkdir.Nurlanın dövründə 4-cü kurs tələbələri kütlıvi şəkildə imtahandan kəsdirilirdi.Sonra isə pul tələsinə salınırdılar.
Gəlir gətirdiyi üçün Anar Nağıyev bunlardan məmnuniyyətlə yararlanır.Məsələn,tələbə köçürmələri.Başqa yerlərdən nəyinsə müqabilində BSU-ya savadsız gənclər köçürülür,pulları olduğu üçün savadlı tələbələrdən üstün tutulurlar,imtahanlarda "fərqlənirlər".Bilikli uşaqlar isə bir bal əskik yığdıqlarına görə kəsrə qalıb altqruplara yönəldilirlər.Orada isə müəyyən məbləğ pul köçürülür.Halbuki cüzi bal çatışmazlığı olanda pedaqoji şura,rektor bunu nəzərə ala bilər.Amma rektor başqa şeyi əsas götürür.Məhz bu cür oyunbazlığa qurbanları arasında 44 günlük qalibiyyətimizi qazanmış şəhid,qazilərimiz də olublar.Vətən müharibəsində döyüşmüş şəhid,qazi,veteran oğullar belə rüşvətxorlara görə diplomsuz qalıblar...Deyəsən heç maraqlanan da yoxdur".

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:05

Kəndlərdə 10 manata görə itirilən milyonlar - AXI NİYƏ?

14:35

Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən şəxslər var - NARAZILIQ VAR...

14:03

İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT

13:34

Adı `ASAN xidmət`dir, amma... - NARAZILIQ VAR...

13:03

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

12:13

Yeni fırıldaq növü: Bu dəfə “m10” adından - TƏFƏRRÜAT

11:32

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...

11:04

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

10:33

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

10:08

Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

09:28

Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

09:02

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

08:30

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

19:28

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

19:12

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

18:43

“Kristal Abşeron” vətəndaşa QARŞI

18:26

“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?

18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

14:23

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

14:01

Rabitəbankın Marketinq departamentində nə baş verir? - İLGİNC FAKTLAR

13:33

'Flora Holland' özünü Hollandiyada HİSS EDİR? - AXI NİYƏ?

13:10

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - BU NƏDİ BELƏ?!

12:49

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...

12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

12:03

"30 ildir ki, mənzil növbəm gəlib çatmır" - NARAZILIQ VAR...

11:07

"TikTok" hesabını oğurlayaraq yaxınlarından pul yığdı - TƏFƏRRÜAT

10:50

“Badi-Kübə” MTK-nın cəzadan yayınmış sahibi... - BU NECƏ OLUR?..

10:22

17 ailənin həyatı TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT

09:57

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

09:38

Lerik meşələrinə qənim çıxan Mirzəyev qardaşlarına oktyabrın 3-də hökm oxunacaq - DETALLAR

09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

08:24

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri