[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş


Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

İranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.

Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, “İran klinikası”nda xəstələri müayinə və müalicə edib.

Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.

O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: “Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində “Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır. Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”.

İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.

Hökmə əsasən Seıf Bargihı Tohıd Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb.Qafqazinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Slavyan Universiteti atasını itirən tələbəsinə arayış vermir - MÜRACİƏT


Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsinin sonuncu kurs tələbəsi Allahverənova Lalənin anası Allahverənova Südabə Azinforum.az-a müraciət edərək bildirib ki, övladlarının atası dünyasını dəyişdiyi üçün, ona qızının həqiqətən universiteti bitirib, diplom əldə etmədiyinə görə bir arayış lazımdır. Ancaq nədənsə sözügedən ünivetsitet həmin arayışı təqdim etmək istəmir.

Bu barədə daha ətraflı valideynin etdiyi videomüraciətdə bildirilir. DİA.AZ həmin müraciəti təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamdakı mövqelərimiz atəşə tutuldu


Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək” bazarı yağışdan ziyan görən sahibkarlara kompensasiya ödəmək istəmir - AXI NİYƏ?!


Bir neçə gün əvvəl, yağan yağış səbəbindən suyun altında qalan Sədərək bazarında sahibkarlara külli miqdarda ziyanın dəyməsini sözügedən ticarət mərkəzinin rəsmiləri də etiraf edib. Bazardan Azinforum.az-a göndərilən açıqlamada bildirilirdi ki, gəkəcək yağışlardan sığortalanmaq üçün rəhbərlik əlavə tədbirlər görür, yeni su nasosları alır, arxları təmizləyir. İronik də olsa, belə sual yaranır: cəbablar, nə tez ayılıbsınız?
Elə həmin cavabda bazar adından qeyd olunurdu ki, ziyan dəyən sahibkarlara kompensasiyaların verilməsinə başlanacaq. Bazardakı sahibkarlar isə deyir ki, yağışın vurduğu ziyana görə heç kimə kompensasiya verməyiblər. Bəs bu məsələ necə həllini tapmalıdır? Söhbət etdiyimiz İqtisadçı ekspertlər və hüqşunaslar bildirir ki, ticarət mərkəzi hər bir sahibkarla fərdi müqavilə imzalamalı və sahibkarlara dəyən ziyan hüquqi çərçivədə öz həllini tapmalıdır. Adıçəkilən ticarət mərkəzləri ilə sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsasının olmadığı üçün, buna görə də sahibkarlar dəymiş ziyana görə heç nə tələb edə bilmir. Bu gün Sədərək ticarət mərkəzi nəinki Azərbaycan, bütövlükdə Qafqazın ən böyük ticarət mərkəzidir.
Orada həm icarəyə çalışanlardan, həm də vaxtilə mülkiyyətçi kimi hər hansı bir ticarət sahəsini əldə edən şəxslərdən böyük məbləğlərdə icarə haqqı yığılır. Həmin ticarət mərkəzləri ilə orada fəaliyyət göstərən sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsası yoxdur. Yəni həmin ticarət mərkəzlərində hərc-mərclik baş alıb gedir. Həm vergidən yayınma halları, həm də əsassız yığmalar çoxdur. Bu halların baş verməsində məsuliyyət bilavasitə ticarət mərkəzinin öhdəliyinə düşür. Çünki əgər onlar icarə haqqı yığırlarsa, bütün təhlükəsizliyi təmin etməlidirlər ki, sahibkarlar xoşagəlməz hallarla qarşılaşmasınlar. Buna həm yanğın, həm subasma, həm də digər təhlükəsizlik məsələləri daxildir. Yaxşı olardı ki, münasibətlər hüquqi çərçivədə həll edilsin və hər bir sahibkarla fərdi müqavilə bağlansın. Bundan əlavə hər kəsin öhdəliyi və vəzifəsi müəyyənləşməlidir. Bu cür hallar baş verdikdə sahibkar da o müqaviləyə istinad edərək məhkəmə və ya digər vasitələrlə öz hüquqi haqqını tələb edə bilər. Təəssüflər olsun ki, bu gün o proseslər getmir, sahibkarların da hüququ pozulur və heç nə tələb edə bilmirlər.
Sədərək ticarət mərkəzində digər hüquq pozuntuları da var. Məsələn, elə insanlar var ki, 2009-cu ildən külli miqdarda vəsait verib mağaza alıb. Müqavilələrin çoxunda ticarət sahələrinin özəlləşdirilməsi və həmin mağazaların çıxarışlarının sahibkarlara təqdim ediləcəyi yazılsa da , bu təmin edilmir. Məsələnin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də bu, baş verməyib”.
Azinforum.az olaraq qeyd edirik ki, bazarda ciddi şəkildə vergidən yayınma, kağız üzərindən ƏDV satılması halları da yaşanır. Bu prosesdə xüsusilə də bazardakı Karqo manopolyasını əllərində saxlayan, ölkəyə mal idxal edən şirkətlərin rolu böyükdür. Bu barədə bir qədər sonra…

Azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron Təhsil İdarəsindən Mehriban Əliyevaya şikayət edildi... - Rusdilli uşağımız rus bölməsinə götürülmür...


Abşeron - Xızı Regional Təhsil İdarəsindən (RTİ) rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlunun rus bölməsinə qəbul edilməməsinə görə I Vitse-Prezident Mehriban Əliyevaya şikayət olunub. Anaxeber.info bildirir ki, Əlixanın ailəsi rus dilində sərbəst danışan övladlarının Abşeronda hər hansı məktəbdə rus sektoruna qəbul edilməməsi ilə bağlı Mehriban Əliyevadan kömək istəyib. Valideynlərin sözlərinə görə, Əlixan qabiliyyət imtahanından guya keçə bilmədiyi üçün rus dilində təhsil almaq imkanından məhrum edilib. Onlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin bu problemlə bağlı arqumentsiz bir açıqlama yaydığını xatırladaraq bildirirlər ki, Əlixanın rus bölməsində oxumaqdan məhrum edilməsinin əsası yoxdur. Hətta Əlixanın rus dilində necə rahat və sərbəst danışa bildiyini təsdiqləyən video çıxış da sosial şəbəkəyə yerləşdirilib. Həmin çıxışdan da görünür ki, balaca Əlixan rus dilini yaxşı bilir. Digər tərəfdən, rusdilli bir uşaq hansı sektorda təhsil almalıdır? Axı bunun alternativi yoxdur. Çünki Əlixan Azərbaycan dilində yaxşı bilmir. Ailəsi bütün bu faktları əsas gətirərək Mehriban Əliyevadan bu məsələyə diqqət göstərməsini xahiş edirlər: "Əziz Mehriban xanım, siz həmişə vətəndaşların müraciətlərinə həssaslıqla reaksiya verirsiniz, həllinə kömək edirsiniz. Əlixanın məktəbə getməsinə sayılı günlər qalıb, amma biz onu rus dili bölməsinə yerləşdirə bilmirik. Uşaq rusdillidir, amma qabiliyyət imtahanını bəhanə gətirirlər. Yaxşı, deyək ki, elədir, bəs rusdilli uşaq hansı sektorda təhsil almalıdır? Bizə Abşeron regiomal təhsil idarəsi kömək etmir. Ona görə də pənahımız Sizsiniz.
Hörmətli Mehriban xanım, Azərbaycanda rus dilinə xüsusi hörmət və ehtiram var. Yüzlərlə ailə övladının rus dilində təhsil almasını istəyir. Biz də Əlixanın məktəbə ilk addımlarını atmasını səbirsizliklə gözləyirik, bütün birincilərin valideynləri kimi...Ancaq gördüyünüz kimi, bizi ölkəmizdə təhsil almaq hüququndan məhrum ediblər, qanunu pozublar. Bu, Təhsil haqqında qanuna qarşı getməkdir. Odur ki, sizdən kömək gözləyirik, bizi və Əlixanı sevindirin"

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-də HAVAYI MAAŞ ALAN İDARƏ MÜDİRİ... - İntiqam Nazaralıyevi kim işdən çıxaracaq?..


Tovuz Regional Meşə Təsərrufatı Mərkəzi 3 rayonu — Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə edir. Müəssisənin balansında region üzrə 41229 ha meşə fondu vardır. Bundan 30609 ha Tovuzda , 6603 ha Qazaxda, 4033 ha Ağstafada mövcuddur. Qazax rayonuna məxsus olan meşə massivivnin 2224 hektarı mənfur ermənilər tərəfindən işğal olunmuş və vəhşicəsinə meşələr məhv edilir. “Öz” işğalçılarımız da az deyil. Bu yazıda onlardan bəhs edəcəyik.

Bir il əvvələ qədər Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik edən Məhəmməd Tağıyev üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal — qoyun sürülərinin lövbər salmasına, hətta kotejlərin tikilməsinə, yay mövsümündə meşələrdə heç də yüngül konstruksiyalı olmayan müqaviləsiz ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsinə şərait yaratmışdı.

Məsələ burasıdır ki, qol qoyduğu qanunsuzluqlara görə vəzifəsindən qovulandan sonra da Məhəmməd Tağıyevdən miras qalan problemlər təbiətsevərləri narahat etməkdədir. Təxminən ondan az əvvəl Ağstafa rayon İskra meşəbəyliyinin meşəbəyi Adil Nazaraliyev də vəzifəsindən sui-istifadə etdiyi üçün görəvdən alınmışdı. Lakin əlbəttə ki, Adil bəy meşədə qanunsuz otardığı özünə məxsus böyük mal-qara sürüsünü, qoyun-quzusunu başlı-başına buraxa bilməzdi. Odur ki, hansı yollasa çarə qılıb oğlu İntiqamı öz yerinə meşəbəyi təyin elətdirməyə müvəffəq oldu. Nə Məhəmməd Tağıyev, nə də başqa heç kəs ortaya belə bir sual qoymadı ki, “ay balam, nə fikirləşirsiz, atası qanunsuzluqlara rəvac veribsə, ondan tərbiyə almış balası necə olacaq?”

Hərçənd, Nazaraliyev İntiqam Adil oğlunun Ağstafa rayon İskra meşəbəyliyində rəhbər vəzifəyə təyin olunandan sonra ümumiyyətlə işə çıxmadığı deyilir. Onunçün elə atasının heyvan-qarasının meşədə otarılmasına icazə verilməsi kifayət edib ki, meşəbəyi vəzifəsinə görə aldığı maaşı da Məhəmməd Tağıyevə peşkəş eləsin, gününü də Ağstafa şəhərinin mərkəzindəki özünə məxsus yağdəyişmə sexində keçirsin.

ETSN-də HAVAYI MAAŞ ALAN İDARƏ MÜDİRİ...

Redaksiyamıza daxil olan məlumat üzrə araşdırma aparmaq məqsədilə yollandığımız Ağstafa rayonunda İntiqam bəylə görüşməyə müvəffəq olduq. Boynuna aldı ki, həqiqətən də meşəbəyi vəzifəsində işə çıxmayıb, yalnız ötən müddət ərzində cəmi iki dəfə təcili işə getməli olub — o da meşə yanğını baş verəndə.

Elə olan halda sual meydana çıxır: Bəs Məhəmməd Tağıyevdən sonrakı ötən bir il ərzində İntiqam Nazaraliyevin məvacibini kim yeyib? İstər-istəməz ilk ağıla gələn şəxs Məhəmməd Tağıyevi əvəzləmiş hazırki direktor Şəmil bəy gəlir. O da sabiq direktor müavini kimi elə də “uzaq adam” olmadığı üçün təxmin etməkdə haqlı olarıq ki, “mətbəxdə-qazanda bişən” şeylərdən xəbərdar imiş. Hərçənd, bizimlə görüşündə tam yox, qismən etiraf etdi: İntiqamın işə çıxmadığını bnilirmiş, hətta guya bu halın yolverilməzliyi barədə məsələ də qaldırıb. Ancaq İntiqam Nazaralıyevi kim işdən çıxaracaq? Onun 1 il, 2 ay ərzində işə çıxmayıb yalnız “ayda bir yol, həftədə bir yol” tabelə qol çəkməsinə göz yuman yuxarı vəzifəli şəxslərmi?

Baxaq görək, aylar, illər uzunu işləmədiyi halda dövlətdən aldığı haqq etmədiyi məvacibi yeyən (yedizdirən) Adil Nazaralıyevin və bütün bunlara göz yuman vəzifəli şəxslər barədə ETSN və prokurorluq hansı tədbiri görəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dən ƏMƏLİYYAT: Gizli pul köçürmələri edən şəbəkə ifşa olundu

Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.

Həmin şəxslərdən biri Azərbaycan vətəndaşı Pərviz İsmayılovdur.

Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.

Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.

Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.

Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.

Report
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeronda bıçaqlanma: Hamilə aravdının kuryerlə yazışmasını tapdı-FOTO


Aşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəmnində dava düşüb.

Hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı Nərimanova Aynur Zahid qızı yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Onun anası Ruhiyyə Lent.az-a bildirib ki, qızı Aynur iki aylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.

Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.

Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.

Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Abşeronda bıçaqlanma: Hamilə aravdının kuryerlə yazışmasını tapdı-FOTO
Abşeronda bıçaqlanma: Hamilə aravdının kuryerlə yazışmasını tapdı-FOTO
Abşeronda bıçaqlanma: Hamilə aravdının kuryerlə yazışmasını tapdı-FOTO
Abşeronda bıçaqlanma: Hamilə aravdının kuryerlə yazışmasını tapdı-FOTO

Lent.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çin sığorta şirkətinin keçmiş rəhbərinə rüşvətə görə edam cəzası verilib


Çinin ən böyük sığorta şirkətlərindən biri olan “China Life Insurance”ın direktorlar şurasının keçmiş sədri Vanq Venbin iki il müddətinə möhlətlə edam cəzasına məhkum edilib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, müvafiq qərarı Cinan şəhərinin (şərqi Şandun əyaləti) Aralıq Xalq Məhkəməsi qəbul edib.

Şirkətin partiya komitəsinə də rəhbərlik edən keçmiş məmur rüşvət almaqda, eləcə də xaricdəki əmlakını gizlətməkdə təqsirli bilinib. Məhkəmə qərarında deyilir ki, iki il müddətinə möhlət verildikdən sonra qanuna uyğun olaraq cəza azadlığa buraxılmamaq şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunacaq. Vanq Venbinin bütün şəxsi əmlakı və aktivləri də dövlət nəfinə müsadirə edilməlidir.
Vanq Venbin 1997-2021-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışıb. Bu müddət ərzində o, birbaşa və ya üçüncü şəxslər vasitəsilə ümumilikdə 325 milyon yuan (45,7 milyon dollar) məbləğində rüşvət alıb. Bundan əlavə, o, qanunsuz olaraq xaricdə təxminən 56,42 milyon yuan (7,9 milyon dollar) gizlədib.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Afrika liderləri çevrilişlərin qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin tərkibini dəyişirlər


Bir neçə Afrika ölkəsinin liderləri qitə ölkələrində baş verən silsilə çevrilişlərdən sonra belə hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin yüksək tərkibini dəyişmək qərarına gəliblər.

Məlumatına görə, Qabondakı hərbi çevrilişdən bir neçə saat sonra Kamerun prezidenti 90 yaşlı Pol Biya bir neçə təhlükəsizlik müşavirini Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin edib. Həmçinin Ruanda prezidenti Pol Kaqame 10-dan çox generalı və 600-dən çox yüksəkrütbəli zabiti vəzifəsindən azad edib. Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalo iki yeni təhlükəsizlik rəisi təyin edib, Uqandanın 78 yaşlı lideri Yoveri Museveni isə ABŞ-də təlim keçmiş polis rəisi general Kale Kayihura və daha 11 generalı vəzifəsindən azad edib. Syerra-Leonedə ötən ay 10-dan çox yüksəkrütbəli hərbçi və bir neçə polis məmuru saxlanılıb və onlar ölkə lideri Culius Maada Bionu devirməyə cəhddə ittiham olunublar.

“Oxford Economics Africa” siyasi-iqtisadi risk modelinə görə, Ekvatorial Qvineya, Mavritaniya, Qambiya, Sierra Leone və Mərkəzi Afrika Respublikasının liderləri risk altındadırlar.

Mənbə: TASS

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO