[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzulidə erməni təxribatının QARŞISI ALINDI


Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Nazirlikdən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bilmirəm həkimin məqsədi nədir? Nə söhbət edim mən?" - ETİRAZ

Naxçıvan şəhər sakini Hüseynov Azad Əzim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ağır epilepsiya xəstəsi olmağına baxmayaraq, Şərur Dövlət Xəstəxanasında işləyən Nüsrət həkim ona müvafiq sənəd vermir:

"Mən, Hüseynov Azad Əzim oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi lazımi yerlərə çatdırın.

Xəstəliyimə görə hərbi xidmətdən təxris olunmuşam. Dəfələrlə həkimlərə müraciət etsəm də, ancaq “gəlin, söhbət edək” deyirlər. Şərur Rayon Dövlət Xəstəxanasının əməkdaşı Nüsrət həkim də mənə bu sözləri deyir.

İşim yoxdur, xəstəlik heç yerdə işləməyimə imkan vermir. Bilmirəm həkimin məqsədi nədir? Nə söhbət edim mən? Xahiş edirəm, mənə köməklik göstərin”.

Məsələ ilə bağlı Şərur Rayon Dövlət Xəstəxanası ilə əlaqə saxladıq. Operator xanım qeyd etdi ki, sözügedən xəstəxanda Nüsrət adlı həkim işləmir.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının oğlunun rəhbəri olduğu şirkət məhkəməyə verildi - FOTO

"Aqrokimya" MMC məhkəməlik olub.

Yenisoz.az 32gun.az-a istinadla xəvər verir ki, şirkətin əməkdaşı QASIMOVA SƏİDƏ ARİF qızı işdən haqsız olaraq çıxarıldığını iddia edərək Tovuz Rayon Məhkəməsinə üz tutub.

Hakim Fərid Əliyevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbindən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 9938.80 AZN olan şirkətin qsnuni təmsilçisi RƏHMAN MƏMMƏDOV MƏMMƏD oğludur. Şirkət 07.11.2000-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.
İcra başçısının oğlunun rəhbəri olduğu şirkət məhkəməyə verildi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nikol Şoltsa da eyni sözləri dedi: Əliyevlə danışmağa hazıram


Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.

O.Şolts isə öz növbəsində qeyd edib ki, o, regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Paşinyan bu gün buna qədər artıq Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib


"Bakı Metropoliteni" QSC-nin "Bakı Metropoliteni" III Yeni (Bənövşəyi) xəttinə aid “B04” metro stansiyasının tikinti sahəsinə düşən Bakı RQİD-nə məxsus d159 mm–lik, yeraltı orta təzyiqli qaz kəmərlərinin və üzərində olan qaz qurğularının yerinin dəyişilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "Qaz Oil Building " MMC olub. Tərəflər arasında 53.305,99 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 5 AZN olan "Qaz Oil Building" MMC-nin qanuni təmsilçisi Akif Əliyev Asif oğludur.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi sakini NARAZILIQ EDİR... - "Həkim məsləhət gördü ki..."

Ağcabədi rayonu, Yeni Qaradalaq kənd sakini, hal-hazırda Binə qəsəbəsi, Xəzər rayonu, Südçülük sovxozunda yaşayan Bayramov Rəfael Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onun pensiyası qeyri-qanuni olaraq kəsilib:

"Mən, Bayramov Rəfael Əhməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırın.

2015-ci ildə insult xəstəliyi keçirdim. Beynimə qan sızmışdı. Mənə həkim diaqnozu ilə 2-ci qrup əllilik verildi. İki il əvvəl - 2021-ci ildə pensiyamın qarşısını bağladılar, yəni kəsdilər.

Saxta heç nə etmədiyimi bildiyimə görə, problem etmədən komissiyadan keçməyə getdim. Sistemə mənim məlumatlarımı daxil etdilər, lakin imtina gəldi.

Narazılığımdan sonra məni 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdilər. Orada tam xəstə olduğum müəyyən olundu. İkinci dəfə yenə sistemə vurdular, bu zaman yenə imtina gəldi. Bu dəfə məni başqa bir xəstəxanaya - "Zəfəran" Hospitalına göndərdilər. Orada da yenə təsdiq olundu ki, bir tərəfim işləmir. 3-cü dəfə yenə sitemə vurulsa da, imtina cavabı verildi.

Həkim məsləhət gördü ki, get "DOST" Xidmətinə, orada sənə kömək göstərərlər. Onlar da mənə məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Hal-hazırda pensiya almıram, müalicəm, dolanışığım yoxdur. Məhkəməyə müraciət etmək üçün rüsüm ödəmək lazımdır, pulsuz olmur. Mənə kömək edin, bu qədər özbaşınalıq olmaz axı".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Bildirdilər ki, araşdırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Tenderi ləğv edildi - SƏBƏB

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "Müəssisədə cari təmir işləri" ilğ bağlı elam etdiyi tender ləğv edilib.

Buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Ləğv etmə mətnində qeyd iddiaçıların sənədlərində çatışmazlıqlar düzəliş üçün geri göndərilsədə Qanunun 28.4 maddəsində qeyd olunduğu kimi tender prosedurunun başlanmasına azı 3 bank günü qalanadək təqdim etməmələri qeyd olunub.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Xatırladaq ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin direktoru İsmayılov İlkin Yusub oğludur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO-nun növbəti hədəfi bu ölkədir


Alyans Ukraynada uğur qazanarsa, NATO-nun növbəti hərbi hədəfi Çin olacaq.

Bu barədə “İl Fatto Quotidiano” nəşrinin köşə yazarı Pyero Bevilakva qeyd edib.

Bevilakva bildirib ki, Ukraynanın qələbəsindən sonra sülh olmayacaq, Çinə qarşı, eləcə də öz yolunu axtaran onlarla başqa ölkəyə qarşı daha böyük döyüş başlayacaq.

Yazarın fikrincə, müharibələrin bitməsi üçün Qərbin məğlubiyyəti zəruri şərtdir. Belə olan halda Avropa Birliyi müstəqillik qazanacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə etdi


Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.

İcra başçısı tələbələrə "qiymətli" hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.

Bildirilib ki, həmin saatlar da sadəcə 600-dən çox nəticə göstərmiş tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.Unikal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Geyim satan şirkət yol təmir edəcək - Yarımmilyonluq şübhəli tender


Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda təmir işlərinin satın alınması ilə əlaqədar "Koneks Construction” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Müqavilənin maliyyə dəyəri 487.750,07 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

"Koneks Construction” MMC tender kralı kimi tanınır. Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə "Koneks Construction” MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir.

Bundan başqa, şirkətlə bağlı yayılan məlumatlardan görünür ki, "Koneks Construction” MMC geyim, dəftərxana ləvazimatları, odun kimi müxtəlif malların satışını həyata keçirir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən müsabiqə elanlarından görünür ki, şirkət əsasən MKTB-lərin keçirdiyi tenderlərin qalibi olur. Bu tenderlər isə adətən məhəllədaxili yolların təmiri ilə bağlı olur.

Xəzər Rayon MKTB Xəzər Rayon İcra Hakimiyyətinə tabeli qurumdur.Qaynarinfo

XƏBƏR LENTİ

13:03

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

12:13

Yeni fırıldaq növü: Bu dəfə “m10” adından - TƏFƏRRÜAT

11:32

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...

11:04

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

10:33

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

10:08

Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

09:28

Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

09:02

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

08:30

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

19:28

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

19:12

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

18:43

“Kristal Abşeron” vətəndaşa QARŞI

18:26

“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?

18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

14:23

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

14:01

Rabitəbankın Marketinq departamentində nə baş verir? - İLGİNC FAKTLAR

13:33

'Flora Holland' özünü Hollandiyada HİSS EDİR? - AXI NİYƏ?

13:10

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - BU NƏDİ BELƏ?!

12:49

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...

12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

12:03

"30 ildir ki, mənzil növbəm gəlib çatmır" - NARAZILIQ VAR...

11:07

"TikTok" hesabını oğurlayaraq yaxınlarından pul yığdı - TƏFƏRRÜAT

10:50

“Badi-Kübə” MTK-nın cəzadan yayınmış sahibi... - BU NECƏ OLUR?..

10:22

17 ailənin həyatı TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT

09:57

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

09:38

Lerik meşələrinə qənim çıxan Mirzəyev qardaşlarına oktyabrın 3-də hökm oxunacaq - DETALLAR

09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

08:24

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

07:50

NDU- da SAQQAL QADAĞASI... - BU NƏDİ BELƏ?

18:06

Mark Zukerberq döyüldü

17:44

Hindistan aviaşirkəti ətirdən istifadəni qadağan edəcək

17:27

Fərhad Babayev vəfat etdi