[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllı sakini ÇƏTİN DURUMDA - GİLEY


İsmayıllı rayonu, Balik kənd sakini Məmmədov Elbrus İsrafil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 5 uşağı var, imkanı zəifdir və sosial yardım ala bilmir:

"Mən, Məmmədov Elbrus İsrafil oğlu, yazaraq sizə bildirirəm ki, bu çətin günümdə mənə sosial vermirlər.

5 uşaq atasıyam. Hər dəfə bəhanələr uydururlar, bildirirlər ki, sizin torpaq payınız var, bu səbəbdən sizə düşmür. Daha sonra dedilər ki, notariusa səhv kod vermisiz.

Bir dəfə də göndərdim, onda da dedilər ki, siz “A” və “B”-ni səhv vurmusuz.

Yoldaşımın adına VÖEN açdırmışam. Hər ay vaxtında vergimi ödəyirəm, xahiş edirəm mənə kömək edin. Bütün öhdəliklərimi doğru-düzgün yerinə yetirsəm də, mənə sosial yardım vermirlər. Səhv axtarırlar, uzadırlar".

Elbrus Məmmədovun şikayəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondununun İsmayıllı Rayon Şöbəsi ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağını bildirdilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tədris-Terapevtik Klinikasında NƏ İŞLƏR ÇEVRİLİR... - Əməkhaqqılar verilmir, əvəzində isə...

Məlum olur ki, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. Amma problem ondadır ki, bu təyinat Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin başı üzərindən edilib… Ona görə də indi vəziyyət «ruscadır».

Ötən buraxılışımızda klinikanın mühafizə xidmətinin rəhbəri Fərid Pirverdiyevin şikayət ərizəsi dərc olunmuşdu və o, da qeyd etmişdi ki, baş direktor de-yure tabe olduğu rektor G.Gəraybəylini saymır və s.

***

Şikayətçi həkimlərin sözlərindən o da məlum oldu ki, Fərid Eyvazov gələndən bəri (4 ay ərzində) bu klinikadan 80 həkim-müəllim və digər sahə işçiləri işdən çıxıb: «…Məlumat üçün deyək ki, bu klinika təsərrüfat hesablıdır. Yəni, biz müəllimlər həm də klinikada sahələrimiz üzrə xəstə qəbul edirik. Elə həkim-müəllimlər var ki, indiyədək 20-40 min manat gəlir gətirib. Amma Fərid Eyvazov onlara çatası əmək haqqını vermir, yaxud elə faizlə verir ki, buna qazanc demək olmaz… Ona görə də vəziyyət betər hala gətirilib. Sizdən, bir jurnalist olaraq, obyektivliyinizə inanaraq xahiş edirik, gəlin, görün burada neçə xəstə qalıb? Həkimlər ərizə yazıb işdən çıxdığı üçün xəstələr də bura gəlmir… Görünür, Fərid Eyvazovun məqsədi buranı bağlamaq, özəlləşdirməkdir…».

«Təzadlar»ın sosial platformasına göndərilən mesajlardan isə bəlli olur ki, F.Eyvazovun məqsədi başqadır: «…Artıq hamı bilir ki, Fərid Eyvazov klinikanı boşaltdırmaq üçün əlindən gələni edir. Deyilənə görə, o, rektor Gəray Gəraybəylinin yerinə hazırlaşır. Sonra bu klinikanı ləğv edərək yerində ürəyi istəyən obyekti-klinikanı inşaa etdirmək istəyir. Ona yaxın olan şəxslərin söhbətləri bunu deməyə əsas verir», -deyə mesajlarda qeyd olunur.

***

Bax belə… 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərən, 2008-2009-cu illərdə N.Tusi Klinikada, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikada çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun, belə çıxır ki, ATU-ya rektor gəlmə arzusu reallaşır. Amma təəssüflər olsun, onun gəlişi ilə klinikada qalmaqallar da başlayıb və davam edir. Bəlkə də məqsəd elə ATU rektorunun fəaliyyəti ətrafında belə qalmaqalların yaradılmasıdır ki, yuxarı dairələrdə universitetdə vəziyyətin qənaətbəxş olmaması rəyi yaradılsın.

***

Sonda: şikayətçilərin müraciətləri davam etdiyindən hələki mövzuya son verə bilmirik. Yazıda adı çəkilənləri də dinləməyə hazırıq. Sadəcə, bilmək maraqlıdır: niyə Fərid Eyvazov baş direktor gələndən 80 nəfər işdən çıxıb və həkim-müəllimlərin əmək haqları nədən yanvar ayından bəri verilmir???

«Təzadlar»ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seyidov inqilabı, Qafarov rəzaləti: Penitensiar xidmətdə nə baş verir? - İLGİNC İDDİALAR...


Şübhəsiz, son vaxtlar ictimai həyatımızda baş verən yeniliklər, ölkə başçısı tərəfindən atılan islahatçı addımlar təqdir olunası haldır. Düzdü, bəzi sahələrdə durğunluq, inkişafa meyllilikdən kənarçıxmalar müşahidə olunsa da, ümumilikdə müsbət məqamlar çoxluq təşkil edir.

Bir müddət öncə Penitensiar xidmətin rəisi, rəhbərlik etdiyi sahədə heç bir uğura imza ata bilməyən C.Həsənovun vəzifəsindən kənarlaşdırılması çoxunun ürəyindən xəbər verdi. Onun yerinə reputasiyası zədələnməyən, ədliyyə sistemində müsbət imic sahibi olan Mirsaleh Seyidovun gətirilməsini növbəti mütərəqqi addım saymaq olar. Məhkumların Müdafiəsi İctimai Birliyinin sosial şəbəkə hesablarından cumhuriyyet.az-a daxil olan bilgiyə görə, ötən zaman kəsiyində bir neçə dustaq hüquqi prosedurlara uyğun olaraq cəzalarının çəkilməmiş hissələrindən azad olunmuş və bu proses çox şəffaf həyata keçirilmişdir…

Amma, başqa bir məqam, daha doğrusu, Penitensiar xidmətin Əməliyyat-Rejim idarəsinə Fikrət Qafarovun təyinatı cəmiyyətdə böyük narazılığa səbəb olub. Vaxtilə işlədiyi cəzaçəkmə müəssisələrində “qaniçən”, “qanqster”, “cəllad” kimi ad çıxaran birinin mühüm vəzifəyə gətirilməsi birmənalı qarşılanmadı. Təsadüfi deyil ki, ölkə mediasında Qafarovun dustaqlara qarşı hüquqa zidd əməlləri, onlarla qeyri-insani rəftarı haqda kifayət qədər məlumatlar dərc olunub və dərc olunmaqda davam edir. Təəssüf, adamın inanmağı gəlmir ki, humanist, qanunlara hörmətlə yanaşan M.Seyidovun rəhbərliyi altında Qafarov kimi “cəllad” hələ də özünü “Bağdadın kor xəlifəsi” hiss edir. Ən qəribəsi isə odu ki, nazir Fikrət Məmmədov Qafarovun əməllərinə görməzdən gəlir və istər-istəməz adamı fikir götürür: əcəba, görəsən Əməliyyat-Rejim rəisini Ədliyyənin şefinə hansı tellər bağlayır ki, onun nazıyla bu qədər oynayır?

Məntəqə cəzaçəkmə müəssisələrində Qafarov kimilərin kölgəsinə sığınan Ədliyyə polkovniki Nurəli Eyvazov kimilər da bu gün meydan sulayır. Dustaqlara qarşı ədalətsiz davranan, onların hissləri ilə oynayan eyvazovlar üçün Qafarovun Əməliyyat-Rejim idarəsinə rəhbər gətirilməsi sanki göydəndüşmədir. Amma qanunun da üzü sərtdir. İnanırıq ki, qafarovlar, eyvazovlar çox keçməz, bu sərt üzlə üz-üzə gələrlər. Onda isə gec olacaq, çox gec…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir işdən çıxarılan 743 müəllimdən danışdı: "Başqa yol yoxdur"


Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib.

Emin Əmrullayev qeyd edib ki, ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək onlar üçün də ağırdır.

"Amma başqa yol yoxdur", - deyə nazir vurğulayıb.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda şəhər mərkəzində yerləşən bina hər an çökə bilər - VİDEO


Lənkəranda 26 mənzildən ibarət olan yaşayış binası qəzalı vəziyyətdədir və hər an çökə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bu bina ötən əsrin əvvəllərində şəhərin mərkəzində inşa edilib.

Qeyd edək ki, sözügedən binanın sakinlərindən biri çürük döşəmədən zirzəmiyə düşərək xəsarətlər alıb.

Sakinlər qeyd ediblər ki, çürük döşəmələr üzərində hərəkət etməkdən ömürləri çürüyüb. Mənzillərdən birinin sahibi çıxış yolunu yerə qapı sərməkdə görüb.

“Bir neçə il bundan əvvəl dam örtüyü dəyişilsə də, yağış yağan zaman yenə də evlərə su damır. Divarlarda iri çatlar əmələ gəlib. Aidiyyəti qurumların nümayəndələri binaya baxış keçiriblər. Binanın yaşayış üçün yararlı olmadığı barədə qərar verilib”. - deyə sakinlər bildiriblər.
Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İlham Mirzəzadə məsələ ilə bağlı qeyd edib ki, yaxın vaxtlarda vəsait ayrılan kimi həmin sakinlər üçün yeni bina tikiləcək:

“Yeni bina tikilənə qədər sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq”.

Ətraflı süjetdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış jurnalist Aqrar Xidmətlər Agentliyinə OD PÜSKÜRDÜ - "Di cavab verin də!"


"Deməli, Palata indi üzə çıxarıb ki, KTN-nin Aqrar Xidmətlər Agentliyinin yarıtmaz rəhbərliyi dövlətə kələk gəlib". DİA.AZ bildirir ki, bunu açıqlamasında Hesablama Palatasının son ittihamlarına münasibət bildirən tanınmış jurnalist Fazil Əhməd qeyd edib.

Jurnalist daha sonra ilginc məqamların yer aldığı açıqlamada da bulunub: "Söz vaxtına çəkər. Elə deyəsən 2020-ci il idi, KTN-in Çindən aldığı texnikaların qiymətini şişirdərək dövlətə sırıması barədə yazdıq. Daha doğrusu, Vahid Məhərrəmovun müsahibəsini verdik.
Həmin vaxtı KTN məsələyə aydınlıq gətirmək əvəzinə, şantaja keçdi.
Dövlətdən ogurluq eləməkdən utanmayanlar bizi və bizə istinadla müsahibəni verən jurnalistləri aşağılamağa cəhd etdilər. O adam ki, dövlətin verdiyi xidməti maşını belə, ailəsinin sərəncamına verib.
Rəhmətlik Qadir İbrahimli dil-ağız elədi, yoxsa həmin xidməti maşınla kimin və necə qəza elədiyinin görüntüsünü də yayacaqdım...
Sözü ona gətirirəm ki, indi bu adamlar Palatanın yoxlamasına nə deyirlər?!
Di cavab verin də!
Dədələr düz deyir, utanmasan oynamağa nə var ki?!"

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan güləşçiləri Dünya Seriyasında iştirak edəcəklər
Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Dünya Seriyasının 4-cü mərhələsində iştirak edəcəklər.

“Report”un məlumatına görə, yarış sabah Rumıniyanın Konstansa şəhərində başlayacaq.

İki gün davam edəcək Dünya Seriyasının 4-cü mərhələsində Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Markov: “Qarabağ tam şəkildə doğma limana qayıtmalıdır”


“Ermənistanın rəhbəri Paşinyan həm Rusiyaya, həm də Azərbaycana meydan oxuyur. ABŞ ordusunu Ermənistana dəvət edir, hələlik təlimlər üçün. O, xüsusi olaraq Rusiya Prezidentini təhqir etmək məqsədilə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulur. İndi Ermənistanın əsas müttəfiqi Fransadır”.

Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov özünün sosial şəbəkə səhifəsində yazıb.

O, qeyd edib ki, Ermənistan bunun əvəzini ödəməli, Qarabağ tam şəkildə öz sahiblərinə qayıtmalıdır.
“Paşinyan bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma limanına qayıtmalıdır. Bəlkə də, ən yaxın zamanda. Görək sevimli Fransası ona necə kömək edəcək”, - rusiyalı politoloq vurğulayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO