[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəki Şəhər İcra Hakimiyyətinə Kağız kəsən rezak, televizor, kalonka alınır - 186 min AZN-lik ANLAŞMA


Şəki Şəhər İcra Hakimiyyətinin "Şəki Şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kVA gücündə dizel generatorunun və avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "PLANET CONSTRUCTİON" MMC olub. Tərəflər arasında yaxın zamanda 186.179,99 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən icra orqanı qalib şirkət tərəfindən "Dizel generatoru, Monitor, Televizor, Kalonka, Mikrafon stolüstü, Mikrafon ştativi Kalonka ştativi, notebook, printerlər, Laminasiya aparatı, 2 üzlü Scaner aparatı, Kağız kəsən rezak, Mikrafon stolüstü,,, xarici kamerlar, daxili kamera və.s ilə təmin edilməlidir.

Bildirək i, nizamnamə kapitalı 50 AZN olan "PLANET CONSTRUCTİON" MMC-nin qanuni təmsilçisi QAFQAZ ŞİRİNOV TEHRAN OĞLUdur.

Xatırladaq ki, Şəki Şəhər İcra hakimiyyətinin başçısı, Elxan Usubovdur. 32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə mədəniyyət adına biabırçılıq! - BU NƏDİ BELƏ?

Lerik rayonu Çaylı kəndində yerləşən Mədəniyyət Evinin halına baxanda bu dövlətin mədəniyyətə ayırdığı pulların rəsmən qarət olunduğunu düşünməyə bilmirsən...

DİA.AZ bildirir ki, məhz bu səbəbdəndir ki, bu gün həbsxanada onlarla Mədəniyyət Nazirliyinin işçisi var, hələ də bu nazirliyə düz-əməlli rəhbər təyin olunmayıb...

Hə, Lerik Rayon Çaylı kəndində mədəniyyətimizə göstərilən münasibət, sözügedən kənddəki Mədəniyyət Evinin durumu çox şeyi ifşa edir... Amma...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Lerikdə mədəniyyət adına biabırçılıq! - BU NƏDİ BELƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düşmən Culfanı ATƏŞƏ TUTDU


Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Cahangir Əsgərovun Tbilisidəki 5 ulduzlu otelini öz gözümlə görmüşəm” - Partiya sədri


AZAL konserninin sabiq rəhbəri Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi istər cəmiyyətdə ciddi müzakirə doğurub. 15 ildən çox AZAL-a rəhbərlik etmiş şəxsin haqqında olmazın sözlər deyilir. “Boeing Cahangir”in astronomik əmlakı xüsusilə çoxlu iddialar yaradıb. 73 yaşlı Əsgərovun yığdıqları əlindən alına bilərmi? Bu sərvət korrupsiya qoxuyurmu?

DİA.AZ-ın məlumatına görə, Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan hüquqi bir dövlətdirsə, Cahangir Əsgərovun dövlətdən oğurladığı dövlətə qaytarılmalıdır:

“Təəssüf ki, ölkəmizdə acı bir təcrübə mövcuddur. Ağır cinayətdə ittiham olunan şəxslərin korrupsiya ilə əldə etdiyi əmlak məhkəmədə özünə qaytarılır. Belə halları Akif Çovdarov, digər MTN generallarının işində gördük. Amma düşünürəm ki, Cahangir Əsgərova da qarşı hansısa bir hüquqi bir təqib olacaq”.

ADP sədri əlavə edib ki, Cahangir Əsgərov uzun illər ərzində AZAL-ı çapıb-talayıb:

“Təsəvvür edin ki, AZAL-dan dövlət büdcəsinə gəlir gətirmədiyi halda, ən bahalı tariflərlə işləyir. Dövlət ildə AZAL-a külli miqdarda dotasiya verib. Əvəzində AZAL-ın yox, Əsgərov mülklərinin sayı çoxalıb.

Mən Cahangir Əsgərovun Tbilisidəki 5 ulduzlu otelini öz gözümlə görmüşəm. Onun dünyanın müxtəlif yerlərində nəhəng müəssisələri mövcuddur. Bütün bunlar dövlətə qaytarılmalıdır”.

“Əgər Cahangir Əsgərovun əmlakını əlindən almaq istəsələr, o, bunu qoruya bilməyəcək. Ancaq kim almaq istəyəcək? Azərbaycanda bu dəqiqə elə bir vəziyyət var ki, cinayətkarlığa qarşı effektiv mübarizənin aparılması və dövlətə vurulan ziyanın kompensasiya edilməsi qeyri-mümkündür”, – deyə Sərdar Cəlalkoğlu fikirlərini yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu nazirliyə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi - FƏRMAN


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb

Nazirlik Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirəcək.

Nazirlik rabitə və nəqliyyat sahəlıri ilə bağlı tarifləri və xidmət haqlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər və xidmət haqları təsdiq edilənədək mövcud tariflər və xidmət haqları öz hüquqi qüvvəsini saxlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bolt" müştərilərə BELƏ PUL ATIR - "BOLT-un taksi xidmətini boykot edirəm!"


"Ciddi şikayətim var son günlər Bolt -dan! Rəzalət vəziyyət alıb. Mən gün ərzində müntəzəm taksidən istifadə edirəm. Son günlər isə taksi qəsdən bütün şəhəri fırladır və artıq ödəniş yazır. Şəhər hələ boşdur, pik saat da deyil. Tıxacı bəhanə edirlər ki, orada tıxac var, indi gəlmişəm uzaq yolla sürüm. Mən etiraz edirəm ki, mən tələsmirəm yazıldığı kimi sürün..."

Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mələk Babazadə adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Amma yenə öz bildiklərini edirlər. Mən niyə artıq ödəniş edim? Bəlkə mənim üstümdə əlavə pulum yoxdur heç? Yazılan məbləğ mənə uyğundur deyib ona uyğun yola çıxıram. Bu gün düz 10 manatdan artıq yazan puldan əlavə pul ödəmişik. Niyə axı? Heç kim pulu rahat qazana bilmir vallah.

Deyəcəksiniz ki, pulun yoxdursa minmə taksiyə. Amma hava istidir. Deyirsən ki, bu da bir xidmət növüdür də. Arada adam onlara da xeyir versin. Amma bu qədər sui-istifadə edilməz daha insandan. Konkret BOLT-un taksi xidmətini boykot edirəm! Bundan sonra sırf prinsipə qarşıma çıxan bütün reklamlarına da vaxtımı ayırıb spam şikayət edəcəm özümdə də, kimdə görsəm də.

Təsəvvür edin, Bulvardan (Torqovudan) Masazıra gəlmək üçün gedib Nərimanovdan Koroğluya, Ziya Bünyadova çıxıb, gəlib Binəqədidən girib Novxanıdan çıxıb gəldi Qurtuluşa. Saat 21:00-də səni buna vadar edən nədir axı? Çıx ən pis halda Azadlıqdan Karl Marksa, sür 20 yanvardan gəl Masazıra da. Gündə 5 dəfə Ziya Bünyadova çıxıram. Orada hələ maşınların ilişib qaldığını görməmişəm mən.

8 manatlıq yola 17 manat pul ödədik indi.

Üstəgəl Bolt sürücülərinin bəzilərinin psixoloji əsəb problemləri var. Son vaxtlar tez-tez rastlaşıram. Yanımızda söyüş söyürlər, sürət həddini aşırlar. Bir sürücü bu yaxınlarda gəlib çatdı zəng etdi açdım şəbəkə yox idi. 1 dəqiqə sonra yaxınlaşdım dedi çıxıb gedirdim artıq, zəngə niyə cavab vermirsən? Mən də şəbəkənin olmadığını dedim.

Həmin sürücü bizi saldı ara məhəlləyə. Dar küçə idi. Qarşıda yol bağlı idi. Sement maşını var idi. Sürücü əsəbiləşdi və dar küçə ilə çox yüksək sürətlə geri dönüb sürməyə başladı. Divara çırpılmağı an məsələ idi. Bir az yavaş sürə bilərsiniz deyəndə bəyənmirsinizsə düşün. Bizi qoydu tanımadığımız yolun ortasında. Taksi də tapa bilmirdik. Kiminsə sifarişinə xahiş minnətlə şərik mindik gəldik.

Sonuncu şikayətimi Bolta yazdım, deyir sürücünün sürət həddini aşdığını sübut edin. Mən bunları çəkməmişdim. Yalandan niyə belə bir fikir irəli sürüm? Neçə dəfə taksi sifariş edirəm gündə, yaxşıya 5 ulduzumu verib keçirəm.

Bolt şikayətlərə Uber kimi də baxmır. Ona görə son baş verənləri birbaşa bura yazmağa gərək duydum. Mən Uberin tərəfdaşı deyiləm. Amma mən o taksi xidmətində belə hal yaşamamışam. Uberdə tək məsələ 3 dəqiqəni aşan gözləmə pulunun yazmasıdır. Bu da yolagedən məsələdir..."

İddia olunanlarla bağlı qarşı tərəf də dinləməyə hazırıq (DİA.AZ)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rabitə Bankın Ağsu rayon filialı cəngəllik qanunları ilə işləyir - ŞİKAYƏT


Bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar yekunda isə sıra bankların fəaliyyətindən şikayətlər çoxalır.

"Azərbaycan Reallığı" xəbər verir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur.

Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir.

Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan əlavə, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur.

Götürək elə Rabitə Bankın Ağsu filialının yarıtmaz fəaliyyətini.

Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər.

İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir.

Buna misal olaraq öz gördüyümizi deyə bilərik ki, yerli bankların birinin hesabına Rabitə Banka gələn pul köçürmələrinə görə vətəndaş günlərlə süründürməçilik görməlidir.

Tutulan yüksək faizlər, xidmət haqqının bahalığı insanları Rabitə Banka qarşı narazılığına səbəb olur.

Hansı ki, xarici banklardan ölkəmizə gələn pul köçürmələrində bu qədər süründürməçilik və baha faizlər yoxdur.

Bildiyiniz kimi bu gün insanların çoxlu faizi kreditlər içində əziyyət çəkir. Məhz bu fürsətdən Rabitə Bank asanlıqla istifadə edir.

Yaşıl, bəzəkli qalstuklu mütəxəssislərin özlərindən razı davranışları bura gələn insanların həmin bankdan üz döndərməyinə səbəb olur.

600 manat pul köçürməsinə 10 manat xidmət haqqı lap biabırçı vəziyyət yaranır.

Belə çıxır ki, Rabitə Bankın insanların bu günki imkansızlığından xəbəri yoxdur.

Get kimə deyirsən de, nə istəyirsən et, biz beləyik!

Qarşı tərəfin mövqeyini tanıyırığ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqan rayon xəstəxanasında əcaib-qəraib işlər - ÖZBAŞINALIQ!


Gəlin etiraf edək ki, bu günləri Azərbaycan səhiyyə sistemi həftəbecərə çevirilib. Belə ki, Azərbaycan səhiyyəsinin başının ağalarının sayı artıb. Bir tərəfdən TƏBİB, bir tərəfdən səhiyyə nazirliyi özu, bir tərəfdən İcbari Tibb sığorta bizim bu ölkə səhiyyəmizin, necə deyərlər, “başında tırp əkiblər”.

Adı çəkilən qurumlar Əli insanovdan, Oqtay Şirəliyevdən bizə “miras” qalan səhiyyəmizin başına hər ölçûdə, biçidə corab hörməklə məşğuldurlar.

Əslində TƏBİB-in, İcbari Tibb Sığorta agentliyinin yaranmasında məqsəd əvvəldən də naxoş olan səhiyyəmizi müalicə edib xəstə yatağından qaldırmaq idisə, biz bugünləri bunun tam əksini görürîk. Hətta daha da betərini!

Əvvəllər nə qədər olmasa da, tibb müəssisələrimiz xəstə halı ilə qapısından içəri girən vətəndaşlarla qayğılanır, onları müalicə və müayinə edə bilrdi. Bu gûnlərinisə qosqoca səhiyyəmizin özü icbari tibb sığorta hesabına TƏBİB-in ümüdünə qalıb. Bir sözlə, TƏBİB və İcbari Tibb Sığorta səhiyyəmizin dərdinə bir dərman olmadı ki, olmadı.Tam əksinə səhiyyə sistemində ağaların sayı çoxaldıqca, insanların da problemləri artdı, çoxaldı.

Bu günləri Azərbaycan səhiyyəsini nəyləsə müqayisə etsək, onu yalnız mamaçası çox olan hamilə qadına bənzətmək olar. Necə ki, mamaça çox olanda uşaq yan gəliş edirsə, hazırda bizim ölkə səhiyyəsinin də vəziyyəti elə, yan gəlişdir. Yəni kəllə – mayallaqdır.Gəlin götürək elə Beyləqan xəstəxanasının son bir neçə aydakı vəziyyətini.

Bildirilir ki, son bir neçə ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs də vəziyyət ruscadır. Əvvəlki illərlə müqayisədə xəstəxana və bəzi isçilər özünü tamamilə “buraxıb”. Ələlxüsus da xəstəxananın qeydiyyat bölməsində mövcud vəziyyət ürəkbulandırıcıdır. Burda vətəndaşlar süründürməçiliyə salınır, onlara münasibətdə insanı davranışlar nümayiş edilmir. Ən dəhşətlisi odur ki, köçkün rayon sakinlərinə, (hansı ki, onlar 30 ildir ki, Beyləqan rayon ərazisində müvəqqəti qeydiyyata olmaqla məskunlaşıb yasayırlar) Beyləqan xəstəxanasında ögey münasibətlər sərgilənir, tibb müayinəyə buraxılmır və əsasıda onlara sağlamlıq haqqında arayış verilmir. Belə ki, köçkün sakinlər sağlamlıq haqqında arayış əldə etmək üçün pasport qeydiyyatı üzrə rayon xəstəxanalarına və poliklinikalara göndərilir. Və yaxud onlardan həqiqətən Beyləqan rayon ərazisində yaşadıqlarını təsdiq edəncək yasayış yeri haqqında arayış, “Qaçqınkom”dan arayış və məcburi köçkün vəsiqəsi tələb olunur. Bu sənədlər olduğu halda onlara sağlamlıq haqqında arayış verilə bilər. Köçkün statuslu sakinlərə qarşı belə bir haqsızlığı, qanunsuz tələbləri həyata keçirən isə xəstəxananın qeydiyyat üzrə starşısı Elnura və qeydiyyaçı işləyən Sevda adlı şəxslərdir. Adıçəkilən bu şəxslərin köckün sakinlərə qarşı süründürməçilik metodu illərlə rayonun inzibati ərazisində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış koçkünlər arasında narazılıq yaradıb.

P.s. Qeyd edim ki işğaldan azad olmuş rayonlara koçürülmə prosesi yeni başlayıb. Yalnız bu tələb köçürülən köçkûnlərə şamil edilə bilər, müvəqqəti yasayış yerini tərk etməyən köckün ailələrinə şamil edilə bilməz.

Məsələyə daha geniş və ətraflı şəkildə qayıdacağıq.

RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron Təhsil İdarəsindən RƏZALƏT: Rusdilli uşağı rus sektoruna götürmürlər...

Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir “avaz” gəldiyini də çox yaxşı bilirik.
Əlbəttə, bu “avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz.
Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki “Nuh” deyir, “peyğəmbər” demirlər.
Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər.
Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər “çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib.
Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından “keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir.
Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir.
Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz.
Ölkə qanunvericiliyi, “Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub.
Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə “fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq “fitri-istedadı” olanlar şagird adını qazana bilərlər.
Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər.
“Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir.
Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər.

Anaxeber.info

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İstanbul NS” klinikasında ölüm işi: Həkimlər qarşılıqlı ittihamlara keçdi – mərhumun qızı ciddi araşdırılma tələb edir
“İstanbul NS” klinikasında daha bir xəstə həkim səhvindən öldü” sərlövhəli yazı yayınlamışdıq.

Söhbət 82 yaşlı anası Raya Abduləli qızı Əliyevanın klinikada həkim səhlənkarlığı üzündən dünyasını dəyişməsindən gedir. Ümumiyyətlə isə “İstanbul NS” klinikası bu sayaq xəstə ölümlərinə görə mənfi planda çox yaxşı tanınıb, ad çıxarıb. Raya Əliyeva klinikadan nəşi çıxan əksər pasiyentlər kimi ora öz ayağı ilə gedib.

Qızı İlhamə Qəhramanova deyib ki, anamı gülə-gülə əməliyyata salıb, meyitini verdilər, cərrah isə qaçıb getdi.

“Yeni Müsavat”a müraciət edən İlhamə Qəhrəmanova bildirib ki, klinikada baş verən hadisələr, anasına münasibətdə həkimlərin cinayətə bərabər hərəkətlərilə bağlı ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova da müraciət ünvanlayıb, məsələnin ciddi şəkildə araşdırılmasını xahiş edib.
“İstanbul NS” klinikasında ölüm işi: Həkimlər qarşılıqlı ittihamlara keçdi – mərhumun qızı ciddi araşdırılma tələb edir
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Raya Əliyevanı əməliyyat etmiş həkim Zaur Ramixanovla əlaqə saxlayıb və ona yönəlik iddialara münasibətini öyrənib.

Zaur Ramixanov deyib ki, xəstənin ölümündə onun günahı yoxdur: “Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim. Anestezeoloq xəstəni əməliyyata hazırlayanda aşağı təzyiqini nəzərə alıb və mənə deməmiş ümumi anesteziya verib. Mən əməliyyat etmişəm, əməliyyatdan sonra xəstənin ağrıları keçib. Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim, anestezioloq isə özbaşına ona ümumi anesteziya verib və nəticədə ölüm baş verib”.

Zaur Ramixanov deyib ki, anestezioloq özü müstəqil qərar verdiyinə görə baş vermiş hadisənin məsuliyyəti də onun üzərindədir.

Anestezeoloq Şahin Manafov isə “Yeni Müsavat”a deyib ki, onun bu məsələdə günahı yoxdur: “Xəstə narkozdan ayılıbsa, mənim işim bitmiş sayılır. Mən özbaşına qərar verməmişəm. Hazırda əlimdə xəstəm var, əlavə nəsə demək istəmirəm”.
“İstanbul NS” klinikasında ölüm işi: Həkimlər qarşılıqlı ittihamlara keçdi – mərhumun qızı ciddi araşdırılma tələb edir
Həkim Zaur Ramixanov


İlhamə Qəhramanova isə deyir ki, onları aldadan həkim Zaur Ramixanovdur. O, aldatmaqla anasına narkoz vermədən əməliyyat edəcəyini desə də, faktiki olaraq narkozla əməliyyat edib. Nəticədə də anası ölüb: “Anamı öldürməsəydilər, bu gün də yaşayacaqdı. Nənəm 100 yaşını haqlayıb, gümrahdır, sağ-salamatdır. Yəni Zaur Ramixanov bizi aldadıb anamı əməliyyata salmasaydı, bu gün də yaşayırdı. Həkim Zaur Ramixanov məni və yaxın qohumlarımı aldadaraq, xəstəyə narkoz verilməyəcəyini, 40 dəqiqə müddətində yüksək səviyyədə cərrahi əməliyyat edəcəyini, ölüm və digər təhlükəli hal olmadığını deyib bizi inandıraraq, əməliyyat üçün razılıq alıb istədiyi pulu ödəniş etməyimə nail oldu. Bundan sonra Zaur həkim xəstənin yaşı və keçirdiyi xəstəlikləri nəzərə almadan ona narkoz verib əməliyyata götürdü və nəticədə xəstə vəfat etdi. Xəstənin vəziyyəti pisləşdiyi ərəfədə digər xəstəxanalardan dəvət etdiyim təcrübəli həkimlər xəstəni müayinə edərək, ona verilmiş prafol dərmanından və ya cərrahiyyə alətlərinin natəmizliyindən xəstəyə mikrob düşməsi nəticəsində xəstənin ildırım sürətli sepsis (zəhərlənmə) keçirdiyini, xəstənin əvvəlcədən düzgün müayinə və digər halların nəzərə alınmadığını, ümumiyyətlə, onun əməliyyat olunmasının düzgün olmadığını dedilər. Bütün bunları həkim Zaur Ramixanova irad bildirdilər. Xəstə ildırım surətli sepsis keçirdiyi üçün artıq onu həyata qaytarmaq mümkün olmadı və bu səbəbdən vəfat etdi”.

Şikayətçi deyir ki, “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov pul əldə etmək üçün onları aldadıb: “Anamı düzgün cərrahi əməliyyat etmədi və nəticədə onun ölümünə bais oldu. Xahiş edirəm ki, bu fakt ciddi şəkildə araşdırılmaqla məsul şəxslər cəzalandırılsın”.

Musavat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO