[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Metropark”da nə baş verib?


“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, daxil olmuş məlumatla bağlı polis dərhal işə keçib.

Təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edilib.

Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb.

Yalan məlumat verərək vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Araşdırma davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
'Uşaq qidaları az qala hər həftə bahalaşır' - ARAŞDIRMA

Son həftələr Azərbaycanda mağazalarda və apteklərdə satılan uşaq qidaları bahalaşıb. Hətta 80 və 100 manata satılan uşaq qidaları var.

Belə qidalarda, əsasən, 20-30 faiz bahalaşma müşahidə olunur. Məsələn, əvvəl 12-aylıq uşaq üçün 15 manata satılan qidalar indi 17 manata təklif olunur. 6-aylıq uşaqlar üçün qidaların qiyməti isə 25 manatdan 31 manata yüksəlib.

AzadlıqRadiosuna danışan valideynlər bildirir ki, uşaq qidalarının qiyməti Azərbaycanda son iki ayda az qala hər həftə bahalaşır.

"…od tutub yanır"
Bakıda yaşayan Gülnarə Əliyeva deyir ki, iki uşaq anasıdır və son vaxtlar uşaq qidalarına az qala bütün ailə büdcələri xərclənir: "Uşaq qidaları az qala hər həftə bahalaşır, çatdırmaq olmur. Amma almağa məcburuq, çünki nəyisə almaya bilsən də, uşaq qidasını almalısan. Axı uşaq qidalanmalıdır. Ümumiyyətlə, uşaqlara aid nə varsa, son vaxtlar çox bahalaşıb: yeməyin, şəxsi gigiyena vasitələrinin qiyməti od tutub yanır".

"Yalnız həkim məsləhəti ilə süni qidalar verilir"
Həkimlər isə deyir ki, ana südü azdırsa, uşaq mütləq uşaq qidaları yeməlidir. Həkim-pediatr Nigar Abdullayeva "Turan"a bildirib ki, ana südü əvəzolunmaz bir qidadır və mütləq şəkildə hər bir uşaq minimum altı ay ana südü qəbul etməlidir: "Lakin bəzi hallar var ki, ananın südü yoxdursa və ya azdırsa, yaxud da ana südünün verilməsinə hər hansısa ciddi əks-göstəriş varsa, o zaman mütləq süni qidalardan istifadə olunmalıdır".

Lakin o qeyd edib ki, həkim məsləhəti olmadan bu qidaları vermək olmaz: "Hər altı ayda həkim tərəfindən uşağın çəkisi və boyu ölçülür. Uşaq normal çəki almırsa, yalnız həkim məsləhəti ilə süni qidalar verilir".

"Qiymətlərin artmaması üçün ən doğru çıxış yolu…"
Uşaq qidalarının bahalaşması ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə "Turan"a deyib ki, uşaq qidalarının bahalaşmasının səbəbləri araşdırılmalıdır: "Uşaq qidalarının satışı ilə məşğul olan şirkətlərə sorğu göndərmək olar. Həmin sorğuda həmin qidaların zavod qiymətləri, Bakıya çatdırılma şərtləri barədə suallar qoymaq olar. Onda bahalaşmanın dəqiq səbəbi üzə çıxacaq".

Deputatın fikrincə, xaricdəki inflyasiya burada öz rolunu oynaya bilər: "Avropada nominal inflyasiya minimum 6 faiz təşkil edir. ABŞ-da da mənzərə eynidir".

Komitə üzvü hesab edir ki, qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanmasıdır: "Ərzaq məhsullarının yarısının ölkədaxili istehsal olunduğunu nəzərə alaraq uşaq qidaların istehsalına da başlamaq olar. Hətta bəzi inqrediyentlər Azərbaycana idxal olunsa belə, hər bir halda maya dəyəri düşəcək və qiymət daha ucuz olacaq".

"Onsuz da 30-40 faiz baha idi"
Mövzu ilə bağlı ölkəyə uşaq qidası idxal edən şirkətlərlə danışmaq mümkün olmayıb. İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, uşaq qidaları Azərbaycanda xarici ölkələrlə müqayisədə onsuz da 30-40 faiz baha idi: "İndi isə yenə bahalaşıb. Mümkündür ki, həmin qidalar idxal olunan ölkələrdə də bahalaşsın, amma 20 faiz orada bahalaşmaya mən inanmıram".

O, uşaq qidalarının ölkədə bahalaşmasını yanlış idxal siyasəti ilə əlaqələndirir: "Yəni, həm Əlavə Dəyər Vergisi (ƏDV), həm idxal rüsumu yüksəkdir. Digər gözəgörünməz problemlər də var. İdxalçılar üçün qəbz qiyməti yox, gömrüyün təyin etdiyi qiymət tətbiq olunur. Bu, Azərbaycanda bütün idxala aiddir".

"Uşaq qidasından da pul ummaq soyğunçuluqdur"
Z.İsmayılın fikrincə, hökumət uşaq qidalarını ƏDV-dən və idxal rüsumundan azad etməlidir: "Təəssüf ki, biz nə Ümumdünya Ticarət Təşkilatının üzvüyük, nə də beynəlxalq azad ticarət müqavilələrinə imza atmışıq. Ona görə də bizdə ƏDV 18 faizə, idxal vergisi 15 faizə gəlib çıxır. Gürcüstan və Ukraynada isə bu, 5 faizdir, bəzi məhsullara bu rüsum 0 faiz səviyyəsində təsdiq olunub. Uşaq qidasından da pul ummaq soyğunçuluqdur".

İqtisadçının sözlərinə görə, ölkədə uşaq qidalarının istehsalı müşkül məsələdir, çünki Azərbaycanda daxili istehsalın vəziyyəti yaxşı deyil: "Amma bəzi xarici istehsalçılarla danışmaq olar ki, onlar Azərbaycanda bu qidaların istehsalını təşkil etsin".

AzadlıqRadiosu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR


Abşeron rayonunun Xırdalan şəhərində "AAAF Park"ın 19 saylı binasında yaşayan sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətlənirlər.

Millitv.az-ın məlumatına görə, "Report"un yerli bürosuna müraciət edən sakinlər iddia edirlər ki, sahəsi 500 kvadratmetrə yaxın olan, təyinatı bilinməyən obyekt kommunikasiya xətlərinin üzərində tikilir.

Sözügedən ünvanda çəkdiyimiz şəkillərdən də aydın olur ki, obyektin təməli elektrik xəttinin üzərindədir. Qaz xətti ilə obyekt arasındakı məsafə isə heç 50 santimetr də deyil.

Sakin Bəhruz Əhmədov qeyd edib ki, 19 saylı binanın həyətində tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətləri var: "Biz dəfələrlə şikayət eləmişik. Şikayətimizə baxan olmayıb. Tikintinin sahibi Camal Talışlı adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz şikayət edin. Sakinlər orda maşınlarını saxlayırdılar. İndi obyekt tikilir. Bəs, sonrası necə olacaq?".

Digər bir sakin Fazil Məmmədov isə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə dəfələrlə zəng etdiklərini bildirib. Qeyd edib ki, kanalizasiya xətti həmin obyektin altından keçir. "Sabah kanalizasiya tutulsa, necə olacaq?", - deyə sakin sual edir.

Umud Əhmədov da şikayətlərinə baxılmadığını bildirib. O qeyd edib ki, sabah nəsə olsa, heç kim cavab verməyəcək.

“AAAF İNŞAAT” MMC-nin hüquqşünası Emin Səlimov açıqlamasında bildirib ki, həmin ərazidə tikinti işlərini "AAAF İNŞAAT" aparmır: "Sadəcə olaraq, "AAAF İNŞAAT" 2 müharibə veteranına həmin ərazidə yer ayırıb. Onlar sərbəst formada öz işlərini həyata keçirirlər. Orada tikinti aparılır deyə bir xüsusat yoxdur. Oradan elektrik və ya qaz xətti keçmir”.

Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı təhsilində NƏLƏR BAŞ VERİR? - BU NƏDİ BELƏ?


Dəyərli oxucularımıza məlumdur ki, bir müddət öncə Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbdəki neqativ hallar barədə yazı dərc etmişdik. Yazının dərcindən sonra redaksiyamıza çoxsaylı müraciətlər olundu. Həm 164 nömrəli məktəbdən, həm də digər məktəblərlə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq ETN-ə və BŞTİ-yə sorğu göndərdik. Sorğuda 164 nömrəli məktəbin rus bölməsinin I sinfinə 2022-2023-cü dərs ilində şagird qəbulu,cari dərs ilində həmin sinfə nəzərdə tutulan yer sayı haqqında məlumat verilməsi xahiş olunurdu. Qeyd edək ki, həmin məktəbin Azərbaycan bölməsində 3, rus bölməsində də 3 sinif proqnozlaşdırılıb. Biz də həmin siniflərdə olan yer sayı haqqında məlumat verilməsini istəmişdik. Lakin BŞTİ-dən sorğumuza verilən qaneedici olmadı. Həmişə konkret fakt tələb edən, şikayətləri “anonimdir” deyib cavablandırmaqdan imtina edən BŞTİ rəhbərliyi, onun müdiri Mehriban Vəliyeva nədənsə konkret rəqəmlər verməkdən yayınmağı üstün tutdu. Çünki konkret rəqəmlərin dalında duran qaranlıq məqamlar aydın ola bilərdi. Həm də 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovanın xətrinə dəyər. BŞTİ rəhbərliyi onu yəqin ki, həyat yoldaşı Fərzəli Qədirova görə hələ də əzizləməkdə davam edir. Çünki Fərzəli Qədirov ETN Aparat rəhbərinin müavinidir.
BŞTİ-nin sorğumuza verdiyi cavabda konkretlik olmaması ilə yanaşı, vətəndaşların müraciəti ilə uyğunsuzluğu görüb məsələ ilə yerində tanış olmaq qərarına gəldik və BŞTİ-yə yollandıq. Öncə BŞTİ-nin sorğumuza verdiyi cavabda göstərilən “Uşaqların I sinfə qeydiyyatı elektron sistem vasitəsilə aparılır. Elektron sistem vasitəsilə qəbul məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəfafflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir.”
Gəlin görək bizim görüb eşitdiklərimizlə BŞTİ-nin cavabında uyğunluq hansı dərəcədədir?
Saat 10-dur. BŞTİ-nin qəbul otağının qarşısında adamların böyük bir növbəsi var. Qəbul otağı da təbiidir ki, ağzına kimi doludur. Çöldə, avqustun bu isti havasında bişənlər içəridəkilərə həsəd aparırlar ki, orada heç olmasa kondisioner var, içəridən çıxanlar isə narazı halda deyinə-deyinə, bəzən qışqıra-qışqıra ərazini tərk edirlər. Müşahidələrimizdən belə məlum oldu ki, şikayətçilər əsasən I və X siniflərə qəbuldan narazılıq edirlər. Valideynlər uşaqlarının təhsil alması üçün məktəb tapmırlar. “Məmnuniyyət” o qədər çoxdur ki, durub bu yay günündə BŞTi-yə gəliblər.
Şəkildə gördüyünüz uşaqlar valideynləri ilə birlikdə Lökbatandan gəliblər. Saat 8-dən gəlmələrinə baxmayaraq hələ də qəbula düşə bilməyiblər. Valideyn Nizamova Sevinc bildirir ki, övladı bu il dərsə gedə bilməyəcək. Çünki uşağın məktəbə qəbulunu məktəb BŞTİ-nin, BŞTİ isə məktəbin boynuna atmaqla yaxlarını məsuliyyətdən kənara çəkirlər.

Mehriban xanım, bu uşaqların günahı nədir?[i]

Lökbatandan gələn digər valideyn isə bildirir ki, övladı 166 nömrəli məktəb-liseytin 9-cu sinfini bitirib. Lakin məktəbin direktoru Zeynəb Vəliyeva deyir ki, 10-cu sinifdə yalnız mən dediyim uşaqlar oxuya bilər. Onun dediyi uşaq olmaq üçün də valideyni zəhmətə qatlaşmalıdır. Zeynəb Vəliyevanın kriteriyalarını da bilmirik ki, ona uyğunlaşaq. Bu idarəyə də zəng etmək mümkün deyildir. 599-12-22 nömrəli telefon daim “məşğul” göstərir, yaxud da daxili nömrə istəyir. Biz də onu bilmirik. Odur ki durub gəlmişik bura. Görək burda nə deyəcəklər? Belə olduğu halda Zeynəb Vəliyeva “Təhsil Qanunu”nun “5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir” tələblərini pozmaq cəsarətini haradan və kimdən alır?

Bu körpə bala haradan bilsin ki, vətəndaş məmnunluğu belə olurmuş...

Digər şikayətçi Xətayi rayonundakı məktəblərdən birində 38 ildən artıq işləyən Gülnarə Abbasova məktəb rəhbərliyinin qərəzli münasibətindən gileylənir. Bildirir ki, bu il 4-cü siniflərə dərs deyəcək. Ümumi qaydaya görə cari dərs ilində 4-cü sinfə dərs deyən müəllim, eyni zamanda hazırlıq sinfinə də dərs deməlidir. Lakin ona münasibətdə bu qayda pozulub. Səbəbi isə naməlum olaraq qalır.
15 nəfər valideynin şikayəti isə bizə çox qəribə gəldi. Bu qəribə və əndrabadi məsələ ilə siz də tanış olun. Validetynlər bildirir ki, onların övladları Binəqədi rayonundakı 335 nömrəli məktəbdə oxuyurlar. 2 il bundan əvvəl açılışında cənab Prezident İlham Əliyevin iştirak etdiyi bu məktəb sözün əsil mənasında yiyəsizdir. Belə ki, açılışından bu yana məktəbin nə direktoru, nə də direktor müavini yoxdur.Necə deyərlər, məktəb Allah ümidinə idarə olunur. Daha doğrusu idarə olunmur. Valideynlər deyir ki, 335 nömrəli məktəbi yaxınlıqda yerləşən 205 nömrəli məktəbin direktoru “idarə edir”. Ona görə də 500 nəfərdən çox şagirdi olan bu məktəbi hamı “205nömrəli məktəbin filialı” adlandırır. Əsas şikayətləri isə odur ki, biz övladlarımıza ETN-nin müəyyən etdiyi məktəbli forması almışıq. Lakin bu günlərdə 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova valideynlərə səs ataraq onun müəyyən etdiyi məktəbli formasını almağı tələb edir, əks təqdirdə övladlarının məktəbə buraxılmayacağını bildirir. 3 məktəbli övladının olduğunu bilidirən ana da soruşur ki, bu necə idarəçilikdir? Bizə vaxtında deyilsəydi təbii ki həmin formanı almazdıq. İndi maddi vəziyyətimizin bu halında yenidən məktəbli formasını necə alaq? Onlara qaneedici cavab verən olmadığından əlləri ətəklərindən uzun, qanları qara və BŞTİ-nin sorğumuzda qeyd etdiyi kimi hədsiz dərəcədə “məmnun” geri-evlərinə qayıtdılar.
İndi isə gəlin bu “vətəndaş məmnunluğu”, “sosial ədalət”, “şəffaflıq” anlayışlarının həqiqi mənzərəsinə nəzər salaq. Təxminən 7-8 il bundan əvvələ qədər valideyn məktəbə müraciət edir, bir arayış alıb digər məktəbə verməklə övladının oxuduğu məktəbi dəyişdirirdi. Bu zaman o, məktəbə 2 dəfə gəlmək məcbiriyyətində idi. İndi, elektron sistem vasitəsilə yerdəyişmə etmək üçün valuiideyn azı 5 dəfə hər iki məktəbə, ən azından iki-üç dəfə də BŞTİ-yə gedib-gəlmək məcburiyyətindədir. Yenə də həmin arayış, yenə də həmin kağızlar. Üstəlik, vətəndaşın “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulan “22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək” hüququ kobud şəkildə pozulur. Sizcə bunun harası məmnunluqdur? Məktəbyaşlı uşaqları çöllərə salıb yayın istisində, qışın şaxtasında növbələrdə gözlədənlər hansı sosial ədalətdən, vətəndaş məmnunluğundan danışırlar? Əgər elektron sistem ədalətli və şəffaf idarə edilsə təbii ki bu problemlər meydana çıxmaz. O da ki, yoxdur. Buradan da belə nəticə çıxır ki, elektron sistemin tətbiqi vətəndaşdan çox, onu yaradan və idarə edənlərin məmnuniyyətinə xidmət edir. Belə olmasaydı BŞTİ-də rus böləmsəinə şagird qəbuluinda yol verilmiş ciddi nöqsanlar haqqında son günlərdə dolaşan söz-söhbət də olmazdı.
Hər halda bu mövzuda kifayət qədər mübahisə doğuracaq məqamlar vardır. Növbəti yazılarımızda həmin məsələlərə diqqət ayıracağıq.

P.S. Höprmətli oxucular! Təhsil sahəısində baş verən neqativ halları araşdırmaq üçün yeni-“Təhsildə Bermud üçbucağı” adlı rubrikamız fəaliyyətə başlayır. Bu mövzuda analitik təhlilləri və yazıları həftədə bir dəfə AİA.az-dan oxuya bilərsiniz. Xatırladırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ETN Aparatının müdir müavini Fərzəli Qədirov, 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovadır. //aia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda Şəhid ailələri digər sakinlərlə ÜZ-ÜZƏ QOYULUR... - Bu, belə İLK FAKT DEYİL...

“30 ildən artıqdır istifadəmizdə olan pay torpaqları əlimizdən alınaraq şəhid ailəsinə verilib. Biz illərdir o torpaqların istifadəsi üçün vergi ödəyirik. Şəhid ailəsinə torpaq verilməsinə qarşı deyilik, boş torpaqlar var, onlara verilə bilər. Axı, bu yerin hesabına neçə nəfər dolanırıq”.

Bunu Meydan TV-yə Lənkəran rayonu, Cil kənd sakini Fərahim Tağızadə bildirib. O qeyd edib ki, torpağa dair sənədləri də var.

“Həmin torpaqlardan əkin sahəsi kimi istifadə edirdik, buğda əkməklə dolanırdıq. İndi deyirlər ki, xəritədə həmin ərazi boş yer kimi göstərilib. İcra hakimiyyəti və bələdiyyənin razılığı ilə torpaqlarımz əlimizdən alındı”,-şikayətçi deyib.

Fərahim Tağızadə söyləyib ki, torpaq yol kənarında yerləşir, satış üçün əlverişli ərazidədir:

“Bələdiyyə deyir: “Ərazi mənimdir, oraya girə bilməzsən”. Deyirəm ki, bunu təsdiq edən sənəd göstərin, deyirlər ki, sənəd “yuxarı”dır, onların göstərişidir. Sənədi göstərsinlər, biz də kənara çəkilək. 10 nəfər bu torpağın hesabına çörək yeyir”.

Şikayətçilər Lənkəran Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini deyirlər. Qurumdan onlara bildirilib ki, ərazi elektron xəritədə bələdiyyə sahəsi kimi əksini tapıb:

“Dedik ki, bələdiyyə sahəsidirsə, mülkiyyətçi sənədi versinlər. Reyestr xidməti sahədə olub, 30 ildir istifadə edirəm. Gah da deyirlər ki, sürüşmə olub, ərazinin yeri dəyişib. Necə oldu ki, neçə ildən sonra indi sürüşdü, ərazi yerdəyişmə etdi?”

Cil kəndində 7 şəhid ailəsi var. Fərahim Tağızadə deyir ki, kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar bələdiyyə torpağı var, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilə bilər.

Cil kəndinin də daxil olduğu Şağlaser Bələdiyyəsindən isə bildiriblər ki, Fərahim Tağızadənin iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyə də həmin sahəni şəhid anasının istifadəsinə verib:

“Dəfələrlə icra başçısı ilə görüşüb. Hətta başçı ona dedi ki, hamımız onlara borcluyuq, istəsələr, öz həyətindən də onlara torpaq verməlisən. Bu, hamının borcudur”.

Bələdiyyədən onu da əlavə ediblər ki, şikayətçilərin sənədləri qaydasında olarsa, heç kim özəl mülkiyyətə müdaxilə edə bilməzdi:

“Tağızadə bələdiyyədən bütün rəsmi qurumlara şikayət edib, əl çəkmək istəmir”.

Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, dəfələlə bununla bağlı müraciət daxil olub, hər dəfə də bildirilib ki, ərazi ehtiyacı olan şəhid ailəsinə verilib. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda xəstə vətəndaş ÇƏTİN DURUMDA... - Xəstəsənsə, mütləq ölməlisən?


Goranboy rayon sakini, hazırda Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan 21 yaşlı Cavid Əhmədov ürək əməliyyatı keçirib. Bu səbəbdən də heç yerdə iş tapa bilmədiyini deyir.

“Koronavirusa qarşı peyvənd ediləndən sonra ürəyimdə və gözlərimdə problemlər yarandı. Bakıdakı həkimlər riskli olduğunu bildirərərək əməliyyatdan imtina etdilər. Dayımın köməkliyi ilə Rusiyada ürəyimdən əməliyyat olundum. İndi küçələrdə qalmışam, heç yerdən yardım ala bilmirəm”, – gənc Meydan TV-yə şikayətlənir.

Onun sözlərinə görə, atası vəfat edib, anası isə Rusiyada yaşayır və ona sahib çıxmır:

“Baxıma möhtacam. Anam Rusiyadadır, o da daxil olmaqla heç bir qohumum mənə sahib çıxmır. Dayım da əməliyyatımı öhdəsinə götürmüşdü. Qonşularım bəzən yemək gətirirlər. Əlacsız vəziyyətdə qalanda küçələrdə dilənirəm”,-şikayətçi bildirib.

Cavid Əhmədovun sözlərinə görə, pensiya ilə bağlı bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Xəstəxanaya müalicəyə göndərilib, son nəticədə isə ya müraiət formasının düzgün yazılmaması, ya da başqa səbəblərdən imtina cavabı alıb.

Şikayətçi deyir ki, yayda dilənib dolanır, qışda vəziyyətinin necə olacağını bilmir:

“Bəzən günlərlə ac qalıram. Çox istidə, yağışlı havalarda dilənə də bilmirəm. Bu vəziyyətdə yaşamaq dəhşətdir. Gündəlik çörək ala biləcək qədər sosial yardım edilməsi üçün bütün dövlət qurumlarına müraciət etmişəm”.

Gəncə Rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin şəxs icra hakimiyyətinə müraciət etməyib. O, Goranboy rayonunda qeydiyyatda olduğundan problemləri ilə bağlı həmin rayona müraciət edə bilər.

Goranboy Rayon İcra Hakimiyyətindən də onlara belə bir şikayət daxil olmadığını, şəxsin Gəncədə yaşadığını deyiblər.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə araşdırmadan sonra açıqlama veriləcəyi bildirilib. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal - ADİL ƏLİYEVİN OĞLUNUN KÜRƏYİ YANDIRILIB

Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Millitv.az bildirir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan səhiyyəsində FETÖ-nun İmamı: Araz Nəsirov... - İLGİNC İDDİALAR...

2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə dekabrın 26-da cinayət başında yaxalandı. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 2022-ci il fevralın 24-də olunmuşdu. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah eməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi? Bu sualları cavab axtararkən TƏBİB də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq. Xatırladaq ki, TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur: Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq. Bəs bu

Araz Nəsirov kimdir?

Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedənprosesləri anlamaq ücün bu sualın cavabı bir cox məsələlərə aydınlıq gətirər. Araz Nəsirov əslən cənub zonasındandır (Masallı rayonu Moloton kəndi). Bu şəxsin cox cətin uşaqlıq və yeni yetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…

Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETO-ya məxsus Cağ ogrətim şirkətinin Bakı Özəl türk litseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır. (1994-1998). Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir. Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq üçün kurslar və 2021-ci ildə Dyuk (Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet çox geniş FETO bağlantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər: “burada nə var ki?” Amma tələsməyin… Hörmətli

Araz Nəsirovun iş həyatı

Haqda məlumatlar işin mahiyyətini ortaya qoyur. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2004-2009 tarixlərin də İstanbul Palmali şirkətlər qrupunda (Mübariz Mənsimov-diqqət edin FETO bağlantısı) fəaliyyət göstərərkən arada 2008-ci il sentyabr-dekabr aylarında “Xəzər-Lənkəran” futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə “Xəzər-Lənkəran” bir daha ayağa qalxmayacaq şəkildə çökür. (Bu barədə ölkənin nüfuzlu idman saytlarında yer alan yazıların linklərini sizə təqdim edirik: https://www.sportinfo.az/idman_xeberleri/hadise/159912.html , https://az.trend.az/azerbaijan/society/1357974.html , https://qol.az/?name=xeber&news_id=687 ). 2010-2018-ci ildə Abilərinin təlimatıyla yavaş – yavaş Azərbaycan Respublikasının dövlət təşkilatlarına çökərək “Paşa Holdinq”ə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyinə soxulur. Hörmətli oxucumuz burada bir qədər pauza edərək

Araz Nəsirovun müridi Rəşad Çobanov

Haqda bəzi məlumatlara diqqət yetirək. Araz müəllimin İcbari Tibbi Sığorta sistemində işə cəlb etdiyi Rəşad Çobanov barədə cumhuriyyet.az-a daxil olan məlumatlara görə, o, “Dədə Qorqud” özəl türk litseyini (Cağ ogretim şirkəti-FETO) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlə məşğul olmuşdur. 2017-2019-cu illərdə UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU da hüquq oxuyur. Bu adam əmək fəaliyyətinə FETO baglantılı “Memorial” klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında və İslam həmrəylik oyunlarında anti dopinq komitəsində fəaliyyət göstərmişdir. Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir mərhum Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.

Beləliklə, kecmişi FETO ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar. Bütün kadr məsələlərini və qeyri qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıqovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və catışmamazlıqlar ört-basdır edilir.

Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosunun yeyintiləri

Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyinedilir. Bu kadr VüqarQurbanova ArazNəsirov tərəfindən təqdim edilmişdir (Təqdimatın Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına olduğu iddia edilir). Bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri- qanuni maliyyə axınları öz ciblərinə axır. Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır. Çox maraqlıdır ki, Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladığı dəhşətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləritərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179. 3. 2 (külli miqdarda mənimsəmə), 308. 1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış nəzarət obyektləri barədə məlumatda “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020 – 01.01.2023-cü il tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkaredildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür. Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi-bu qədər biabırcılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosu hələ dəvəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işcilərinə zülm etməkdə davame dir….

Araz Nəzirovun kadr siyasəti

Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətciliyi gizli olaraq TƏBİB-də həyatakecirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etnik kimliyə mənsub şəxslər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında dinçi kadr olaşma və etnik millətcilik prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş və dinçi təşkilata meylli şəxslərin həyat yoldaşları işə alınır. (Məsələn Mizəbəyli Vəfa-Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sıgorta) həyat yoldaşı ,Vəliyeva Xəyalə(Təbibin icracı direktorunun bagbanının qızı)

Dogrudanmi İcbari Tibbi Sığorta Agentliyi vəTəbib-də FETÖ bu qədər güclüdür? Bu cür qaranlıq kecmişə malik şəxslər həm səhiyyəmiz həm də dövlətimizin təhlükəsizliyi üçün təhlükə mənbəyidir!!!

P. S 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178. 3. 2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

“Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər səxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi acılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi acılmışdır. .
Mətbuatda “ Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır. . . . ?
Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73. 000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi acılmışdır. (Bu müəssisə Araz Nəsirovun oylagı olmuşdur)
Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər Amerika Dubay səfərləri və Sumqayıt,Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir... //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA öz işini gördü: Yaxşı bəs, FHN necə? - İTTİHAM VAR!

Binəqədi rayon “Gənclər şəhərciyi”ndə Qərib Qarayevə məxsus kəsim sexində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur…

Xatırlayırsınızsa, ötən gün Binəqədi rayon, “Gənclər şəhərciyi”nin yaxınlığında avtoyuma məntəqələrinin arxasında yerləşən tikilidə profil üzrə xüsusi avadanlıqla təchiz edilməyən qanunsuz cücə kəsimi sexinin fəaliyyəti ilə bağlı yazmışdıq. Qeyd edtmişdik ki,qanunsuz kəsim sexinin sahibi Qərib Qarayev qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həmçinin də işlətdiyi həmin sexdə normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimi, “təmizlənməsi” həyata keçirilir ki, bu da insanların həyat və sağlamlığını risk altına qoyur və sair. Həmin yazımızda Qida Təhlükəsizliyi Agentliyinin təcili şəkildə Qərib Qarayevin işlətdiyi emal sexində yoxlamaların aparmasını, qanunsuzluq hallarının tam və hərtərəfli araşdırmasını, sexdəki serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəyə uyğun olub-olmamasını, həmçinin patogen mikroorqanizmlərin, bağırsaq çöpü qrupu bakteriyalarının olub-olmadığını müəyyənləşdirməklə ən zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdik.
İnsafən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yazımızdan həmən sonra hərəkətə keçərək qeyd etdiyimiz ünvana baş çəkmiş, Qərib Qarayevin işlətdiyi emal sexində yoxlamalar aparmağa başlamışdır. Əldə etdiyimiz məlumatlara görə, AQTA ilkin araşdırmalar zamanı Qərib Qarayevin emal sexində bir sıra qıda təhlükəsizliyi qaydalarının normativ tələblərinə cavab verməyən nöqsanlar aşkar edilmiş və Q. Qarayev barəsində inzibati qaydada qərar qəbul edilib. Və digər qanunsuzluq hallarının tam və hərtərəfli araşdırması, yəni sexdəki serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəyə uyğun olub-olmaması, həmçinin patogen mikroorqanizmlərin, bağırsaq çöpü qrupu bakteriyalarının olub-olmadığı müəyyənləşdirməsi istiqamətində götürülmüş nümunələr laboratoriyaya göndərilimiş, həmçinin də qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi (zəruri avadanlıqlarla təmin edilməsi) tövsiyə edilmiş, icrası məcburi göstərişlər verildiyi bildirilir.
Güman edirik ki, aparılan araşdırmaların nəticələri barədə AQTA rəsmi olaraq redaksiyamıza rəsmi olaraq münasibət bildirəcəkdir.
Bu günləri isə RealMedia.az-ın redaksiyasına müraciət edən Beyləqan rayon sakini Məmmədov Cavid Sahib oğlu onu da bildirir ki, Binəqədi rayon, “Gənclər şəhərciyi”ndə yerləşən Qərib Qarayev məxsus cücə kəsim sexində qida təhlükəsizliyi qaydalarının pozulması ilə yanaşı bir sıra yanğın təhlükəsizliyi qaydalarının tələbləri də pozulub.
Bildiyiniz kimi, bütün sahibkarlıq subyektlərində yanğın təhlükəsizliyi məsələlərinə əməl olunması vacib şərtlərdən biridir. Sahibkarlıq sübyektlərində təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin təmin olunması çox vacibdir.
Bu üzdən də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq ticarət müəssisələrinin sahibkarları və cavabdeh şəxslər tərəfindən ticarət və ictimai iaşə müəssisələrində bir sıra yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını vacib hesab edir.
Ticarət və iaşə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün qüvvədə olan qaydaların bütün tələblərinə ciddi riayət olunmalı, qanunvericiliyə müvafiq olaraq baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar.
İstehsalat avadanlıqlarının quraşdırıldığı və təmir edildiyi elektrik qaz-qaynaq və digər odla əlaqədar işlərin aparıldığı yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə görə məsuliyyət həmin işlərin həyata keçirildiyi müəssisələrin rəhbərlərinin üzərinə düşür.
RealMedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən bu sahədə işlər aparılır və gələcəkdə sahibkarlıq subyektlərində yanğınların baş verməməsi üçün ciddi tədbirlər həyata keçirir, yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinin vacibliyini vurğulayır. Lakin buna baxmayaraq, Binəqədi rayon, “Gənclər şəhərciyi”ndə Qərib Qarayevə məxsus sahibkarlıq subyektində -cücə kəsim sexində yanğın təhlükəsizliyi ilə bağlı yanğın təhlükəsizliyi norma və qaydalarına riayət olunmayıb. Bildirilir ki, Qərib Qarayevin icarəsində olan cücə kəsm sexində yanğınla bağlı baş verə biləcək təhlükələrin qarşısını almaq üçün hər hansı bir təhlükəsizlik qurğuları yoxdur.Ümumiyyətlə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin bu sahibkarlıq subyektindən xəbəri yoxdur.
İanaırıq ki, bu yazımızdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları qeyd olunan sahibkarlıq subyektinə baş çəkəcək, yanğın təhlükəsizliyi qaydaları tələbləri ilə bağlı ciddi araşdırmalara başlayacaqdır.
RealMedia.az
Mövzu diqqətimizdədir!

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO