[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və birinci xanım Laçına getdi


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Dövlət başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həmin bina şəhid ailələri və qazilərə veriləcək - Rəsmi


Sosial şəbəkələrdə tikintisi jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı sözügedən nazirlik açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:

“Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB MƏLHƏM OLA BİLMİR: Daha neçə baş həkim tutulmalıdır ki? - İLGİNC İDDİALAR...
 
2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə 26.12.2022 tarixində cinayət başında yaxalandı. Bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 24.02.2022 tarixində təyin olunmuşdur. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah etməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi?
 
Bu suallara cavab axtararkən TƏBİB-də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq.
 
TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur. Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq.
 
Bəs bu Araz Nəsirov kimdir? Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedən prosesləri anlamaq üçün bu sualın cavabı bir çox məsələlərə aydınlıq gətirər.
 
Araz Nəsirov əslən Cənub zonasındandır(Masallı rayonu Moloton kəndi). Bu şəxsin çox çətin uşaqlıq və yeniyetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETÖ-yə məxsus Çağ öğrətim şirkətinin Bakı Özəl türk liseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır (1994-1998). Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir.Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq ücün kurslar və 2021 ci ildə Dyuk(Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet də cox geniş FETÖ baglantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər burada nə var ki? Amma tələsməyin…
 
Hörmətli Araz bəyin iş həyatına nəzər yetirək: 2004-2009-cu illərdə İstanbul Palmali şirkətlər qrupunda(Mübariz Mənsimov-diqqət edin FETÖ bağlantısı) fəaliyyət göstərərkən bu arada, o, 2008 ci il sentyabr-dekabr aylarında Xəzər-Lənkəran futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə, Xəzər-Lənkəran bir daha ayağa qalxmayacaq şəkildə çökür. 2010-2018 ci illərdə Abilərinin təlimatı ilə yavaş – yavaş Azərbaycan Respublikasının Dövlət təşkilatlarına çökərək Paşa Holdinqə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyində işə girir.
 
Hörmətli oxucumuz, burada bir qədər pauza edərək hörmətli Araz müəllimin müridi (İTS-də işə cəlb etdiyi) Rəşad Çobanova diqqət edək. Rəşad Çobanov -Dədə Qorquq özəl türk liseyini(Çağ öğretim şirkəti-FETÖ) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur. 2017-2019 da UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU-nun hüquq fakültəsində oxuyur. Bu adam əmək fəaliyyətinə FETÖ bağlantılı Memorial klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında (2015-1ay) İslam həmrəylik oyunlarında 2017-ci ildə antidopinq komitəsində fəaliyyət göstərmişdir.
 
Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir rəhmətlik Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.
 
Beləliklə, keçmişi FETÖ ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar. Bütün kadr məsələlərini və qeyri-qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıxovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və çatışmazlıqlar ört-basdır edilir.
 
Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyin edilir. Bu kadr Vüqar Qurbanova Araz Nəsirov tərəfindən təqdim edilmişdir. (Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına 20000 AZN) bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri-qanuni maliyyə axınları öz ciblərinə axır.
 
Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır. Çox maraqlıdır ki Azərbaycan Respublikası Prokurorlugunun korrupsiyaya qarşı mübarizə idarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladıgı dəhsətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.(Prokurorluğun 25.04.2023 tarixli acıqlaması)
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış, nəzarət obyektləri barədə məlumatda Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020-01.01.2023 tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkar edildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir.
 
Bizdə olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür.Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi. Bu qədər biabırçılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Cobanov triosu hələ də vəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işçilərinə zülm etməkdə davam edir….
 
Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətçiliyi gizli olaraq TƏBİB-də həyata keçirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etniklər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında bəzi xoşagəlməz kadrolaşma prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş şəxslərin həyat yoldaşları işə alınır. Sumqayıtın zəhmətkeş gəncləri işə alınmır. (Məsələn, Mirzəbəyli Vəfa---Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sığorta) həyat yoldaşı, Vəliyeva Xəyalə (Təbibin icracı direktorunun bağbanının qızı)
 
Doğrudanmı, İcbari Tibbi Sığorta Agentliyi və Təbib-də FETÖ bu qədər güclüdür? Buradan Azərbaycan Respublikası Prokurorluğuna və bütün Hüquq - Mühafizə Orqanlarına müraciət edərək bu iki şəxs barədə olan məslələrə diqqətlə yanaşmağı xahiş edirik. Biz hesab edirik ki, bu cür qaranlıq keçmişə malik olan şəxslərin bütün fəaliyyətləri və əlaqələri yoxlanılmalıdır. Bu işdə həm səhiyyəmiz, həm də Dövlətimiz xeyir görə bilər.
 
P. S. 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
 
2. “Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi açılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi açılmışdır..
 
3. Mətbuatda “Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır..?
 
Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər. Amerika, Dubay səfərləri və Sumqayıt, Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir...
 
4.Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73.000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi açılmışdır. //gundelik-baku.com//


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Nuriyev külli miqdarda vergi borcu olan idarəni 190 min manatlıq tenderdə qalib etdi - FOTOFAKT


Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin "Cari təmir üzrə Kürdəmir rayon ərazisində yerləşən Girdimançay çayında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satınalınması" ilə bağlı ela etdiyi tender başa çatıb.

Yenisoz.az-ın 32un.az-a istinadən məlumatına görə, tenderin qalibi Salyan Melioservis İdarəsi olub. Tərəflər arasında 190 min AZN-lik müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan Salyan Melioservis İdarəsinin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. İdarənin veri borcu 140 min 745 manat 12 qəpikdir.

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin rəisi Elman Nuriyevdir. Salyan melioservis idarəsinin rəisi isə Azər Abbasqulu oğlu Nəcəfovdur.
Elman Nuriyev külli miqdarda vergi borcu olan idarəni 190 min manatlıq tenderdə qalib etdi - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çörəklərin keyfiyyəti ilə yanaşı, çəkisinə də diqqət edin... - AQTA-ya ÇAĞIRIŞ...

AQTA-nın və eləcə də digər əlaqədar qurumların daha çox yediyimiz ərzağın keyfiyyətinə diqqət yetirmələri hər halda, doğru addım hesab oluna bilməz. DİA.AZ bildirir ki, bu elə aşağıda təqdim edəcəyimiz gileydə də əsas toxunulan məqam olarq diqqətə gəlməkdədir.
Çörəklərin keyfiyyəti ilə yanaşı, çəkisinə də diqqət edin... - AQTA-ya ÇAĞIRIŞ...
Çörəklərin keyfiyyəti ilə yanaşı, çəkisinə də diqqət edin... - AQTA-ya ÇAĞIRIŞ...

Tanınmış jurnalist Rövşən Hacıbəyli satın adlığı çörəyin çəkisinin göstərilən ölçüdə olmamasından gileylənir.

DİA.AZ R.Hacıbəylinin açıqlamasını təqdim edir: " "NUR" çörəyini bişirən "nursuzlar" kağıza yazıblar ki, 630 qramlıq çörəkir...

Çörəkdə 3% artıq-əskik ola bilər. Kimsə deyə bilər ki, fərq azdır, elədir, azdı..., Ancaq maksimum fərqdən çoxdur, ən başlıcası isə, nədənsə həmişə əskik olur, heç artığına rast gəlmədik..."

DİA.AZ olaraq bütün əlaqədar qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda sahibkarlardan PULÇIXARMANIN 1001 ÜSULU... - elə deyəsən, bu, 1001-cidir...


Naxçıvanda Vergilər Nazirliyi istifadə olunmayan internet üçün ticarət obyektlərinin hər birindən aylıq 15 manat pul tələb edir. 5 Gigabayt olan bu internet paketi Naxçıvanda tətbiqinə bu yaxınlarda başlanılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) təminatı bəhanəsi ilə satılır. Baxmayaraq ki, sahibkarlar NKA-ları öz obyektlərindəki internet şəbəkəsinə qoşur və onların nazirliyin təklif etdiyi paketə ehtiyacları yoxdur. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sahibkar məlumat verib.
Naxçıvan şəhərindən olan sahibkar B. Ağayev bildirir ki, nazirlik onlara hesab nömrəsi verib və hər ay pulu ora ödəməyi tələb edir:
„Öncə məcbur etdilər ki, 470 manat ödəyib, yeni NKA alaq. Obyektimdə internet olmasına və əlavə internetə ehtiyac olmamasına baxmayaraq, indi mənə kod veriblər ki, hər ay buraya 15 manat ödəməlisən. Buna görə bizə 5 GB internet verirlər. Axı, bu bizə ehtiyac deyil, niyə əlavə xərc çəkməliyik? Hamısı pul tələsidir. Naxçıvanda minlərlə obyekt var və bu hər ay 100 minlərlə manat edir”.
Dia.az-ın məlumatına görə, Kəngərli rayonundan olan sahibkar C. Yusifov isə deyir ki, dükanında güclü internet olsa da ondan NKA-nı nazirliyin təklif etdiyi internetə qoşmağı tələb ediblər:
“Obyektimdə güclü internet vardır. Əslində bilirəm ki, kassa aparatını həmin internetə qoşmaq mümkündür. Lakin, qoşmurlar. Deyirlər ki, qoşa bilərik, hətta NKA daha da yaxşı işləyər. Lakin sən yenə də verdiyimiz koda hər ay 15 manat ödəməlisən. Səbəbini isə açıqlamırlar. Mən nəyə görə kiminsə cibini doldurub, artıq xərc çəkməliyəm. Minlərlə sahibkar var. Bu minvalla ildə kimlərinsə cibinə milyonlarla pul axır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
14 il əvvəl satdığı maşına görə ÖLMÜŞ ŞƏXSƏ hələ də cərimə gəlir... - Burası AZƏRBAYCANDIR!

Avtomobilini 14 il əvvəl başqasına satan adamın ünvanına davamlı olaraq DYP tərəfindən cərimələr gəlir. Maraqlı məqam odur ki, avtomobili satan adam da artıq bir ildir ki, dünyasını dəyişib. Avtomobil istifadəçisi isə Bakıda davamlı olaraq qayda pozur. Cərimələrsə avtomobil idarə edənin yox, satanın Salyan şəhər, 20 yanvar küçəsindəki ünvanına gəlir.

DİA.AZ bildirir ki, Bizim.Media-nın Cənub bürosunun əməkdaşları məsələni araşdırmaq üçün Salyan rayonunda olublar.

Araşdırma zamanı məlum olub ki, ölən adamın adına nə az, nə çox düz 1000 manatdan yuxarı cərimə gəlib. Oğlu isə deyir ki, atam neçə ildir maşını satıb. Söhbət Salyan rayon sakini Hüseynov Elşən Fərman oğlunun düşdüyü problemdən gedir.

Şikayətçinin sözlərinə görə atası Fərman Hüseynov 2000-ci ildə qaraj müdiri işlədiyi Salyan Kənd Nəqliyyat açıq Tipli Səhimdar Cəmiyyətinə məxsus “ZİL-MMZ 4502” markalı 52-BE488 dövlət nömrə nişanlı yük maşınını özəlləşdirmə yolu ilə Bakı sakininə satıb.

Həmin avtomobilin etibarnamə müddəti 2015-ci ildə bitib.

Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlir. Elşən Hüseynovun sözlərinə görə atası sağlığında sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasın deyə cərimələrin bir qismini sağlığında ödəyib.

“Salyan rayonunda 97-lər deyilən qaraj vardı. Atam qaraj müdiri işləyirdi. Maşınları əvvəl atamın adına özəlləşdirdilər. Sonra isə satışa çıxardılar. Bu ZİL maşınını isə Bakı sakini alıb. Həmən vaxtda etibarnəamə verilib 2015-ci ilədək...”

Elşən Hüeynov deyir ki, əvvəllər cərimələr atamın adına gəlirdi, artıq bir ildir ki, atam rəhmətə gedib, və yenə də cərimələr onun adına gəlir.

Deyir atam sağlığında dəfələrlə aidiyyatı üzrə müraciət etsə də məsələ həllini tapmayıb. İndi də narahatam ki, gələcəkdə atamın vərəsəsi kimi cərmələri mənə ödətdirərlər.”

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-dən Bizim.Media-ya bildirildi ki , vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-in axtarış sisteminə daxil edilmiş və hal-hazırda axtarışdadır.

14 il əvvəl satdığı maşına görə ÖLMÜŞ ŞƏXSƏ hələ də cərimə gəlir... - Burası AZƏRBAYCANDIR!
14 il əvvəl satdığı maşına görə ÖLMÜŞ ŞƏXSƏ hələ də cərimə gəlir... - Burası AZƏRBAYCANDIR!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Carçığlu Qrup` MMC-nin rəhbəri DÖVLƏTƏ NECƏ KƏF GƏLİR... - söhbət milyonlardan gedir...

Artıq iri iş adamlarının bəzzi vergi məmruları ilə əlbir olaraq dövlət büdcəsinə XƏYANƏT ETMƏLƏRİ ənənə halını alıb, desək, yanılmarıq. Hər halda həm hüquq mühafizə orqanlarının, həm də yerli KİV-in ifşa etdiyi faktların sayının artması belə deməyə əsas yaradır. Elə DİA.AZ olaraq bizlər də bu dəfə sözügedən qəbildən növbəti İFŞA FAKTINI təqdim edəcəyik.

Bəri başdan qeyd edək ki, əlimizdə olan faktlarda dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsinin sübutu var və bu səbəbdən daha geniş materialı diqqətinizə çatdıracağıq. Hələliksə, ilkin informasiyaları təqdim edirik.

Söhbət "Carçığlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi ciddi həcmli vəsaitlərdən gedir. Qeyd edək ki, bir ara "yuxarıda" ayrı-ayrı məmurların himayəsi altında görünürmüş kimi olan Elçin Carçıyevin adı eyni zamanda müxtəlif maliyyə qalmaqallarında da hallanır.

Biz isə onun büdcədən oğurladıqlarından yazacağıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilk əvvəl "İdxal" MMC adı altında spirtli içkilərin satışı ilə məşğul olan "Carçığlu Qrup" MMC-də aşkar şəkildə "ikili buxalteriya" hesabatı tutulur ki, bu da nəticədə dövlət büdcəsindən böyük həcmdə vəsaitin vergi şəklində yayındırılmasına gətirib çıxarır.

Bizim əlimizdə olan sənədlərdə söhbət 2-5 milyonluq büdcə oğurluğundan gedir. Amma daha böyük vəsaitin büdcədən gizlədilməsi faktı mövcuddur. Bununla bağlı araşdırmalarımız davam etdiyindən və eyni zamanda əlimizdəki faktları hüquqi baxımdan da araşdırmağa çalışdığımızdan daha geniş bilgiləri yaxın günlərdə - həm də konkret şikayətçi düşən "Carçığlu Qrup" MMC-nin sabiq əməkdaşlarından birinin dili ilə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO