[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azad Cəfərli kimiləri NECƏ VƏZİFƏYƏ TƏYİN OLUNUR? - "Azad yoldaş bu qurumda bir padşah kimi at sürüb..."


"Adamın olsun bu ölkədə... Dünən bu yoldaş - Azad Cəfərli Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri təyin edilib. Azad yoldaşın son iş yeri Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması inkişaf və bərpası dövlət xidmətinin rəisi olub. Sözsüz ki, burada "böyük uğurlu" xidmət göstərib. Nəticə olaraq mart ayının 1 də prezident tərəfindən vəzifəsindən azad edilib". DİA.AZ bildirir ki, bu açıqlama ilə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli çıxış edib.

"Mədəniyyət Nazirliyində baş verənlər, DTX tərəfindən həyata keçirilən əməliyyatlar və sair cəmiyyət məlumatlıdır" deyə açıqlamasına davam edən S.Adıgözəlli KTN-nin yeni aparat rəhbərinin özkeçmişindən maraqlı faktları təqdim edib:

"Bu millətin mədəni irsinə rəhbərlik edən Azad yoldaş qurumda bir padşah kimi at sürüb.

Taksi sürücüsünu vəzifəyə gətirməkdən tutmuş adı olub özü olmayan işçiləri adına maaş yazmağa qədər. Keçmiş nazir ilə daha nələrə əlbir olduqları da ayrı mövzudur.

İndi siz adamın iş karyerasına baxın.

Əmək fəaliyyətinə Xarici işlər nazirliyində başlayır, daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olur. İndi də Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri təyin edilir.

Xaric işlər, mədəniyyət sahəsində hansı nəaliyyətləri göstərdi bu yoldaş ki, indi Kənd təsərrüfatı istiqamətinə yönləndirildi.

Bilirsiniz bunları niyə qeyd edirəm?

Hazırda minlərlə qabiliyyəti, bacarığı, dövlət əxlaqı yüksək olan gənc kadrların üzünə belə baxan yoxdur. Onlar ya özəl sektorda ya xaricdə yada işsizdir. Çünki adamları yoxdur".

Məsələ ilə bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Onlar Qarabağdan tamamilə çıxmalıdır”


“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abutalıbovun oğurladığı pullar: YERİ BƏLLİDİR - İLGİNC İDDİALAR...


Ötən yazılarımızın birində 23 ildən çox mühüm vəzifələrdə işləmiş ( 1995-2000-ci illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, 2001-ci ildən 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 2018-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavini və hazırda təqaüdçüdür ) Hacıbala Abutalıbovun “qara kassir”i olan şəxsdən bəhs etmişdik.
Təsəvvür edirsiniz 23 ildən artıq mühüm vəzifələrdə işləmiş vəzifəli şəxsin “dəftər-kitab”ına nəzarət edən, qara kassiri olan şəxsin özünün nə boyda varidatı var. “Qara kassir”in, “qara mühasibat”lığın nə olduğunu bilənlər başa düşür ki, söhbət nədən gedir. Qara kassirə keçməzdən öncə Hacıbala Abutalıbovun 23 illik fəaliyyətinə, qazandığı milyardlara nəzər salaq ki, “qara kassir”in əkişdirdiklərini hesablaya bilək.
Deməli, Hacıbala Abutalıbov 23 ildə milyardlara sahib olub. Təkcə onu qeyd edək ki, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu TUTMAĞA çalışırlar. Biz Hacıbala Abutalıbovun yüz milyonluq mülklərinin bir hissəsini qeyd edirik.
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri...
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. İndi isə keçək “qara mühasib”ə... İlk öncə məlumat üçün onu qeyd edək ki, söhbət Bakı ŞİH-nin Maliyyə İdarəsindən getmir.... Söhbət Hacıbala Abutalıbovun şəxsi “buxqalter”indən, “qlavbux”undan, loru dildə desək “xəzinədar”ı Bəhruzdan gedir. Bu adamın 23 ildə oğurladığı dövlət vəsaiti 100 milyonlar səviyyəsindədir. Görəsən, bu günədək nə üçün hüquq-mühafizə orqanları Bəhruz Mehdiyevi sorğu-sual etməyiblər, nə üçün soruşmayıblar ki, dövlətdən 600-800 manat maaş alan kəsdə bu qədər sərvət haradandır..?
Təsəvvür edirsiniz, Bakıda tikilən hər yeni binada Bəhruza məxsus mənzillər var. Əgər hüquq-mühafizə orqanlarına maraqlı olarsa, biz bir media olaraq Bəhruz Mehdiyevin yüz milyonluq mülklərinin, obyektlərinin dəqiq siyahısını təqdim edə bilərik. Yeri gəlmişkən, Bəhruz Mehdiyevə dəstək verənlərdən biri də Səbael rayon prokuroru, mərhum Məhəmməd Əsədovun oğlu Natiq Əsədovdur. Özünü Əhməd Əhmədzadənin kürəkəni kimi, başqa vəzifəli məmurların yaxını kimi təqdim edən Natiq Əsədova deyirəm ki, sənin mərhum atanı ayaqqabısından tanıyan və dəfnində yaxından iştirak edən mən olmuşam. Amma atalar demişkən, “oddan kül...” məsəlidir.
Bu gün sən Bəhruz kimiləri müdafiə edirsən. Çox heyflər olsun ki, o kişinin ocağında sənin kimi birisi var. Elə bilirsən etdiklərin cavabsız qalacaq, Əsədov..?
Bəli o Əsədov ki, Zəngilan məclislərindən çox vaxt qovulur, heç kim onu bir Zəngilanlı kimi tanımır. Amma uzun müddətdir ki, özünün çoxlu biznes obyektləri olan Səbail kimi rayonda prokurorluq edir. Axı prokuror kimi bir rayonda uzun müddət qalmağın bir adı var. Rüşvətin, korrupsiyanın kökünü kəsə bilməmək. Yuxarılara verilən hesabatlar heçdə olduğu kimi deyildir. Amma Səbail rayon prokuroru Əsədov uzun illərdir ki, Səbaildə prokuror vəzifəsində çalışır.
Bu mövzu ilə bağlı geniş araşdırmamız növbəti yazımızda olacaq. O ki, qaldı Bəhruz Mehdiyevə, Bəhruz Mehdiyevin ayda 600-800 manat arası aldığı məvaciblə 100 milyonlara necə sahib olması haqqında yazılarımızı oxuyacaqsınız.

P.S. Qumar oyunları, eyş-işrət məclisləri barədə Gürcüstandan reportaj olacaq. Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Ege Hospital`dan prokurorluğa ŞİKAYƏT OLUNDU... - Göyçay sakinindən İTTİHAM


Göyçay rayon sakini Seyidov Azər Babaş oğlu "Ege Hospital"ın həkimləri tərəfindən yanlış əməliyyat olunduğunu və bu səbədən günü bu gün də ağrı çəkdiyini iddia edir.

DİA.AZ bildirir ki, narazı vətəndaş sözügedən tibb ocağının həkimlərinin də adlarını çəkərək, onları naşılıqda və xəstələrin sağlamlığı ilə oynmaqda ittiham edir.

A.Seyidov bildirir: "2023-cü ilin fevral ayının 5-də "Ege Hospital"ında əməliyyat olunmuşam. Əməliyyatımı səhv aparıblar. Emil və Seymur adlı həkimlər əməliyyatımı aparıb...."

Daha ətraflı aşağıdakı videoda:

DİA.AZ bildirir ki, narazı vətəndaş yanlış əməliyyat apardıqlarına görə adları çəkilən həkimlərdən Nərimanov rayon prokurorluğuna şikayət etdiyini də bildirib.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arzu Rəhimovun daha bir kadrı ƏNDİŞƏDƏ... - səfərbərlik sistemi TƏMİZLƏNİR...

Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Xaçmaz rayon şöbələrində əməliyyat keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.
Xaçmaz rayonunda keçirilən əməliyyat zamanı isə şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, yaxın zamanda Binəqədi Rayon Səfərbərlik və hərbi xidmətə çağırış idarəsində də həbslər gözlənilir.
Məlumat verən mənbə onu da bildirir ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Həsənov Nicat Zəfər oğlu ciddi təşviş içərisindədir və ciddi şəkildə otağında təmizləmə əməliyyatı aparır.
Onu da bildirək ki, Nicat Həsənov 01.01.1981 təvəllüdlüdür, daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisidir. Onu da qeyd edək ki, əvvəllər də Nicat Həsənovdan dəfələrlə külli miqdarda rüşvət aldığı ilə bağlı şikayətlər olub.
Şikayətlərin olmasına baxmayaraq, "Ağsaqqal"ının bircə nəfər olmasını əlində rəhbər tutan Nicat Həsənovun dayaqları getdikcə zəifləyir. İstər Səfər Əbiyevin dövründə, istərsə də Arzu Rəhimovun dövründə Nicat Həsənov özünü sanki ərköyünlər kimi aparıb. //gundelik-baku.com//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcəri öz inhisarına alan MƏMUR KİMDİR? - İTTİHAM VAR!

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonunun komendantı təyin olundu. Təbii ki, təyin olunan komendantın qarşısına qanunverciliyiə uyğun olaraq bir sıra olduqca mühüm və məsuliyyətli vəzifələr qoyuldu.Bunlardan bir də işğaldan azad olunmuş Kəlbəcər ərazisində icazəsiz səfərlərdən turmuş həmçinin də qanunsuz biznes fəaliyyəti ilə məşğul olmada kimlərərinsə qarşının alınması, bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Bu zaman ortaya suallar çıxır:

Ötən dövr ərzində Polis rəisi və onun rəhbərlik etdiyi polis şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz səfərlərin qarşını nə dərəcdə ala bildilər?

Yaxud da qanunsuz səfər edənlərin rayondan topladıqları qiymətli qənimətlərin Murovun bu üzünə keçirilməsinə qadağa qoya bildilərmi?
Bunlar qalsın bir yana.Kəlbəcərdə hərbiçilərin abtomatlarının oğurlanması hadisəsi ilə bağlı hərbi prokurorluq cinayət işini necə ört-basdır etdi? Bu gün avtomat oğurluğu hadisəsində adı keçən Qaraşov Əhməd Telman oğluna müstəsna səlahiyyətləri kim verib ki, adam rayonda taksi fəliyyəi ilə məşğul olur?
Kəlbəcərdə hər kəsin yaxşı tanıdığ Saməddin adlı şəxs rayonda həm ərazaq mağazası işlədir həm də restoran.Bu gün Kəlbəcərlilər üçün qəzəb doğuran hərəkətlərdən biri də odur ki, sözügedən restoranda bir şiş kabab 8 manata satılır.Demək olar ki, həm market də həm də restoranda qiymətlər od tutub yanır.Burada sanki “dərə xəvət, tülkü bəydir” deyimi öz təsdiqini tapır.
İndi deyin görək, hörmətli cənablar, rayona dövlət səviyyəsində qayıdış olmadığı təqdirdə Əhməd Qaraşova eləcə də Saməddin adlı şəxsə burada əbədi məskunlaşmasına kimlər icazə verib?
Digər qalmaqal yaradan məmur özbaşınalığı isə yaylaq ərazilərinə mal-qoyun apararan fermerlərdən sürü başına 2 başdan haqq alınması iddiasıdır.
Gözə görünməyən cənab əlahəzirət ağanın mal-qara sürüləri eləcə də at ilxıları isə füsunkar təbiəti olan Kəlbəcər meşələrinə də qənim kəsilib.Niyə Təbii Sərvətlər və Ekologiya nazirliyinin müvafiq qurumları bu rayonun meşələrinədə monitorinqlər aparmır?
Redaksiya olarq inanırıq ki, aidiyyatı qurumlar yuxarıda qeyd etdiyimiz faktlarları araşdırıb qanunamüvafiq formada ölçü götürəcəkdir.
Səsləndirilən ittihmlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik. //dunyaninsesi.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev tədbirdə çıxış edir - VİDEO


Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.

Prezident İlham Əliyev toplantıya qatılıb.

Dövlət başçısı nazirlərin iclasında çıxış edir.

Qeyd edək ki, ümumilikdə iclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin xarici işlər nazirləri və nazir müavinləri iştirak edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi - TƏFƏRRÜAT


“SOCAR-AQŞ”​ MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.

DİA.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. O, 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır... - İLGİNC İDDİALAR...

Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlar üzı çıxmaqdadır... "Təzadlar"ın ötən saylarında (eləcə də qəzetin eyni adlı rəsmi saytında) Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlara istinadla araşdırma yazı dərc edilmişdir. Adı çəkilən hər iki qurumdan olan şikayətçilərin redaksiyamıza verdiyi məlumatlarda inanılmaz faktlar qeyd edilirdi. Onların bir çoxu istintaq araşdırmasının predmeti olduğundan araşdırılması üçün tərəfimizdən aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada göndərilməkdədir... Lakin bəzi faktlar var ki, bu barədə "Media haqqında" Qanunun tələblərinı uyğun olaraq jurnalist mövqe və şərhləri verilməkdədir...
5 saylı Xəstəxananın əsaslı təmirinə ayrılan milyonlar və baş həkim Fazil Alməmmədovun bu təmirdəki rolu...
Beləliklə, "Təzadlar"ın araşdırmalarından sonra məlum olur ki, "İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS tərəfindın Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli şəhər kliniki xəstəxanasının əsas inzibati binası, korpus və köməkçi binalarının yenidənqurma layihəsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin" satın alınması" üçün tender elan edilib... 27 oktyabr 2022-ci ildə Dövlət Agentliyi, hətta bu tenderdə qalib elan edilmiş "SOFT-CONSULTING" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə də bağlayıb, adı çəkilən MMC-yə135.035,31 AZN pul vəsaiti də ayrılıb.
İndi sual yaranır: təkcı layihə sənədinə 135 min manat ayrılmış xəstəxananın görəsən əsaslı təmirinı nə qədər vəsait ayrılıb və məntiqlə vı müqavilı şərtlərinə görəş artıq xəstəxanada təmir başlamalı idi... Lakin "Təzadlar"ın əməkdaşları bu gün 5 saylı xəstəxanada olublar və rəhmətlik Brejnevin vaxtından qalan unitazlar, cırılmış linoliumlar, san-uzel avadanlığı, çirkab içində olan palata divan- korovatları və s. öz yerindədir...
Yeri gəlmişkən, əməkdaşlarımızın xəstəxanada tibb personalı ilə söhbətləri isə ayrıca yazının mövzusudur. Onlar baş həkimin barəsində inanılmaz faktlar söylədilər... Bu barədə də az sonra...
Bəs Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 8 saylı poliklinikada təmir nə yerdədir?
"...Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədovun xeyir-duası ilə bizim poliklinikanın da təmirinı neçə aydır pul ayrıldığını eşidirik, amma səs-soraq yoxdur...".
Bu sözlər isə adı çəkilən Tibb Mərkəzinin işçilərinin elektron poçtumuza göndərdikləri şikayət məktubundandır...
Bəs onların narazılığı nədəndir? Məlum olur ki, "İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS “"Nərimanov Tibb Mərkəzinin" tabeliyindəki Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 11 ünvanında yerləşən 8 nömrəli Şəhər poliklinikasının inzibati binasının yenə də əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin” satın alınması üçün "TFM-SMART PROJECT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə tender elan edib... Və MMC gözlənildiyi kimi qalib olub. Təsəvvür edin, 70.670,2 AZN pul adi bir poliklinikanın layihə- smeta sənədlərinin təmirinə (25.10.2022) ayrılırsaş görün təmirinə nə qədər vəsait silinməlidir...
Baş həkim Fazil Alməmmədova bu da bəs etməyib... Özünün baş direktoru olduğu "NƏRİMANOV TİBB MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ də yaddan çıxarmayıb. Beləliklə, Nərimanov Tibb Mərkəzi tərəfindən tikili və avadanlıqların cari təmiri xidmətlərinin satın alınması üçün "SMART BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.09.2022-ci ildə tenderə girir, həmin MMC qalib də çıxır... Və 99.854,54 AZN pul da belə gedir...
- Bəs tenderdə qalib çıxarılan "SOFT-CONSULTING", "TFM-SMART PROJECT" və "SMART BUILDING" kimi MMC-lərin Fazil Alməmmədova nə kimi bağlılığı var???
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Akkord”un “Uğur-2” kompleksində nələr baş verir? – “Jeton” və “parkinq” biznesi…

Xəbər verildiyi kimi, ötən həftənin sonlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində liftin qırılıb və hadisə nəticəsində 29 iyun axşam saatlarında baş verən hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Dövlət qurumları nə deyir?

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Daha sonra yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Bundan başqa, “Uğur-2” yaşayış binalarından baş verən hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. “Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd edim ki, bu, baş verən hadisə və onun ətrafında cərayan edən proseslərin rəsmi hissəsidir. Bir də bu hadisələrin görünməyən tərəfləri var.

Ancaq baş verən hadisə ilə bağlı çox ciddi məqamlar üzə çıxıb.

“Uğur-2” yaşayış kompleksidir, əhalinin talandığı yer?

Əvvəlcə, bir məsələyə aydınlıq gətirək. “Uğur-2” yaşayış kompleksi 2005-ci ildən istifadəyə verilib və “Akkord” Sənaye və Tikinti Korporasiyasının Bakıxanov qəsəbəsində inşa etdiyi 8 binadan ibarət yaşayış kompleksidir.

Hər biri 20 mərtəbədən ibarən 8 binanın birinci mərtəbələri ticarət məqsədi ilə istifadə olunur. Ümumilikdə isə kompleksdə 1850 mənzil mövcuddur. Toplam 7000 nəfər yaxın sakinin yaşadığı bildirilir.

Bundan əlavə, kompleksin 3 binasının altında 700-1000 maşının yerləşə biləcəyi avtomobil parkinqi də fəaliyyət göstərir.
Elə bu səbəbdəndir ki, “Uğur-2”də hər zaman ya əl dəyişikliyi, ya şirkət dəyişikliyi baş verib. Çünki böyük bir kompleks “Akkord”dakı “görünməyən şəbəkə” üçün külli miqdarda gəlir mənbəyi olub və hazırda da gəlir mənbəyi olaraq qalır. Bu “şəbəkə”a daxil olan adamların sayı həddindən artıq azdır. Daha doğrusu, məhdud dairədən ibarətdir. Elə bu səbəbdəndir ki, həmin qrup çoxlarının diqqət mərkəzinə düşməyib. Lakin son hadisə, yəni liftin qırılması, nəticədə bir neçə şəxsin xəsarət alması həmin “şəbəkə”ni üzə çıxmasına, narahat olmasına və qorxuya düşməsinə səbəb olub. Hərçənd onlar özlərini yenə gizlətmək üçün önə başqalarını veriblər. Halbuki həmin adamların sözügedən “şəbəkə” üçün pul yığmaqdan başqa heç bir funksiyaları yoxdur.

İndi isə keçək əsas mətləbə və işin detallarına.

Quraşdırılan liftlərin istismar müddəti bitibmi?

Hazırda “Uğur-2” yaşayış kompleksində liftlər hələ 2005-ci ildə quraşdırılıb. Həmin vaxt dövlət başçısı İlham Əliyev kompleksin açılışına gələcəyi səbəbindən liftlərin quraşdırılması tez-bazar həyata keçirilib. Hətta bu iş o qədər tez həyata keçirilib ki, onun texniki təhlüksəzilik səviyyəsi nəzərə alınmayıb.

Çin istehsalı olan liftlərin istismar müddəti isə demək olar ki, bitib. Çünki uzun zamandır düzgün quraşdırılmayan və lazımi səviyyədə təmir olunmayan liftlər hələ xeyli əvvəldən sakinlər üçün problemə çevrilib. Bununla bağlı, yerli komendantlığa edilən saysız-hesabsız müraciətlərin də heç bir nəticəsi olmayıb. Ona görə ki, yerli komendantlıq məhz “Akkord”da əyləşmiş qrupun təlimatına əsasən liftləri dəyişmək əvəzinə, kosmetik təmir etməklə kifayətlənib. Səbəbi isə çox sadədədir: Quraşdırılandan bəri lift pulu adı ilə yığılan pulların hamısı mənimsənilib. Üstəlik, yığılan pulların heç biri rəsmi sənədə keçirilməyib.

Sakinlər çox əvvəldən liftlərin durumunun pis olduğunu, bunun faciə ilə bitəcəyi barədə rəhbərliyə xəbərdarlıqlar edib. Hətta bir neçə il bundan əvvəl kompleksdəki binalardan birində analoji qəza olsa da, bəlli “şəbəkə” məsələni ört-basdır etməyə nail olub. İkinci hadisədən sonra isə narahatlıq olsa da, onlar elə zənn edirlər ki, məsələni yenə pulla ört-basdır edə biləcəklər.

Qədirovun “jeton” biznesi

Qeyd edək ki, hal hazırda “Uğur-2” yaşayış kompleksinə Həşim Qədirov rəhbərlik edir. Daha doğrusu, kağız üzərində mövcud olan “ProLife” MMC adlı şirkətin yönəticisi funksiyasını həyata keçirir.
H.Qədirov uzun müddət “Uğur-2”də fəhlə və adi işçi kimi fəaliyyət göstərib. Lakin fərdi “bacarıq”, “çoxbilmişliyi” sayəsində komendant postuna sahiblənib. Düzdür, burada təkcə sadaladığımız bu məziyyətlər deyil, həm də onun digər cəhətləri də az rolu oynamayıb.

“Uğur-2”də uzun zamandır ki, H.Qədirov maraqlı “eksperiment”lər həyata keçirir. Həmin “eksperiment”lərdən biri də “jeton” biznesidir.

Adi plastik düymədən ibarət olan və “Sədərək” Ticarət Mərkəzində satılan qiyməti 10-15 qəpik olan bu “jeton”lar Qədirov və himayəçilərin əsl gəlir mənbələrindən biridir. Belə ki, sözügedən “jeton”lara sahib olmadan liftdən istifadə etmək mümkün deyil. 6 aydan bir məqsədli şəkildə dəyişdirilən bu ”jeton”ları isə sakinlərə 10 manata satırlar. Təsəvvür edin ki, 8 yaşayış binasında 1850 mənzil var. Hər mənzildə ən azı iki nəfər bu “jetona” ehtiyac duyur. Bu da hər 6 aydan bir 37 min manat, illik isə 74 min manat pul yığılması deməkdir.

Elə zənn etməyin ki, bu pullar komendant H.Qədirovun təbirincə desək, “liftlərin təmiri və ya yenidən qurulmasına sərf olunur”. Əksinə, həmin pullar Qədirov və onu himayə edənlərin əlavə qazanc mənbələrindən biridir. Məhz bunun nəticəsidir ki, “Uğur-2” kompleksinin komendantı qısa müddətdə dəyəri 60 min manat olan “BMW f10” markalı avtomobilə sahib olub.

Bu siyahıya qiyməti 100-150 min manatlıq ticarət obyektlərini də əlavə etsək, o zaman yığılan pulların hara xərcləndiyini görmək mümkündür.

Xatırladaq ki, sakinlərə məcburi qaydada “jeton” satılması qanunaziddir, qadağandır. “Jeton” sakinlərə pulsuz verilməlidir. Bunu özləri də bilirlər, lakin sakinlərin sadəlöhvlüyündən istifadə edərək, uzun zamandır biznesə çeviriblər.

Kommunal pulu hara gedir?

“Uğur-2” yaşayış kompleksində hər ay mənzilbaşına 27 manatdan kommunal pulu yığılır. Ayda təxminən 50 min manata (illik isə 600 min manata yaxın) yaxın yığılan pulların çox az qismi zibillərin daşınması, kompleksin həyətinin səliqəli saxlanılması üçün sərf olunur. Bundan başqa, elektrik və su xərclərinə də aylıq pul ödənilir. Halbuki, hazırda da “ProLife” MMC-nin su pulu borcu olduğu deyilir.
Qeyd edək ki, kommunal pullarının yığılması prosesinə H.Qədirovun bacısı oğlu rəhbərlik edir.

Həmin pulların ödənişi heç də hər hansı ödəniş terminalı vasitəsilə həyata keçirilmir. Sakinlər sakit tərzdə komendantlığa gələrək, orada ödəniş edir və əvəzində çek alırlar. Qanuna əsasən isə yaşayış kompleksini idarə edən “ProLife” MMC sakinlərə ödəniş müqabilində çek verməməlidir. Sakinlər pullarını hesaba köçürməlidirlər. Bunun üçün bank hesabı olmalı və MMC də həmin hesabdan pul çəkərək, lazım olan istiqamətlərə sərf etməlidir.
Lakin H.Qədirov və onun himayədarları bu cür köçürmədən qazanc əldə edə bilmədiklərindən, elə “dədə-baba qaydası”na üstünlük verirlər. Təqdim etdikləri çeklərin isə nə kökü var, nə də mənbəyi məlumdur. Yığılan pullar bir kassaya toplanır. Bundan sonra əsl “əməliyyat” başlayır. Hesabı-kitabı olmayan bu pullar ayrı-ayrı şəxslərin məqsədlərinə sərf olunur.

Hərçənd, yığılan pullar kompleksin abadlığına, liftlərin yenilənməsinə, habelə, bu qəbildən olan işlərə sərf olunmalıdır. Lakin Qədirov və himayədarları üçün bu sadaladıqlarımızın heç bir əhəmiyyəti yoxdur.

Ayda 30 min gəlir gətirən parkinq

Yuxarıda qeyd etmişdik ki, “Uğur-2” yaşayış kompleksinin nəzdində 700-1000 maşın yerləşəcək avtomobil parkinqi mövcuddur. Bu parkinqdə avtomobilini saxlamaq istəyən sakin ayda 30 manatından keçməlidir. Bu da ayda 30 min manata yaxın əlavə qazanc deməkdir.
“Uğur-2”nin komendantlığı bu pulları da rəsmi qeydiyyata almır. Alsa belə, yalnız cüzi bir hissəsini göstərməklə kifayətlənir. Bu da ona görə, lazımdır ki, yerdə qalan vəsaiti asanlıqla mənimsəyə bilsinlər.

Bütün bunlar “Uğur-2” yaşayış kompleksində baş verən hadisələrin çüzi bir qismidir.

Məsələn, bir ildə 4 MMC dəyişdirmək kimin ağlının məhsuludur? Bu MMC-lərin 1,5 milyon manatlıq vergi borcu niyə gizlədilir və Sabunçu Vergi Xidməti İdarəsinin məsələdə hansı marağı var?

Eləcə də bir sıra sakinlər “köhnə kommunal borc” şantajı ilə üz-üzə qalıb. Niyə?

Yaxud internet provayder olan Ailə TV “Uğur-2” kompleksində ötürücü stansiya quraşdırmaq üçün illik nə qədər pul ödəyir? Və ən əsası “Akkord”un baş ofisində bu işlərə rəhbərlik edən şəxs kimdir?

Samir Feyruzov, jurnalist //aztoday.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO