[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda məktəb şagirdi intihara cəhd ETDİ


İsmayıllı rayonunda məktəb şagirdi intihara cəhd edib.

Hadisə bu gün axşam saat 21:00 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini, 2008-ci il təvəllüdlü Babayeva Nazlı Elsur qızı yaşadığı evdə özünü öldürmək məqsədilə sirkə turşusu içib. Ailə üzvləri hadisədən tez xəbər tutub, kömək üçün dərhal təcili tibbi yardım stansiyasının həkimlərini çağırıblar. Zəhərlənərək halı pisləşən xəstə ambulans avtomobili ilə təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məktəbin 9-cu sinif şagirdi olan Nazlı Babayevanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

"Unikal"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI


Milli Məclisin növbədənkənar sessiyasının iyunun 9-da keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

Gündəliyə 41 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə).

2. “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

21. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

22. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

23. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

24. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

25. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

26. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

27. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

28. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

29. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

30. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

31. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

32. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

33. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

34. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

35. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

36. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

37. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

38. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

39. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

40. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

41. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanla Ermənistan sülhün astanasındadır - Ceyhun Bayramov


Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatıb və iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasındadır.

Bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib.

Münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparıldığı qeyd olunub.

Sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlərin olmasından bəhs olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi dəyişdi


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib.

APA xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.
Hikmət Abbasovun yerinə də təyinat olub.

Belə ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə TUTULDU


İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

"Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI


Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Asəf Azad oğlu

Ələkbərov Malik Mürsəl oğlu

Əliyeva İlahə Mirsə-Əli qızı

Əliyeva Tamilla Aliyevna

Hacıyeva Aytən Tofiq qızı

Hümbətov Sirac Mərfət oğlu

İbrahimov İsmayıl Nadir oğlu

Məmmədov Sadiq Ərzuman oğlu

Zeynalov Nizami Əkbər oğlu.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə mayın 20-21-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 10 iyun saat 10:00-dan 12 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb və 2023-cü il iyunun 20-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ


"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.

DİA.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.

Onun açıqlamasını təqdim edirik:
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.

Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.

DİA.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.

Onun açıqlamasını təqdim edirik:
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.

Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir məktəbdə rüşvət qalmaqalı: `Məcburuq, direktorun ad günüdür...` - SƏS YAZISI


Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.
Müəllimlərin votsap qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.

DİA.AZ-ın məlumatına görə, Bakupost.az -a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq "haqq" almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.
A.Kərimova müəllimlərə xitabən "direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın", - deyir.

Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.
Daha bir məktəbdə rüşvət qalmaqalı: `Məcburuq, direktorun ad günüdür...` - SƏS YAZISI

Məsələni aydınlaşdırmaq üçün məktəb direktoru Tərlan Məmmədovla əlaqə saxladıq.

Direktor Bakupost.az –a yayılan məlumatları təkzib etdi:
“Bizdə neçə illərdir, belə haqq-hesab yoxdur. Hamısı boş söhbətdir. Ad günü keçirilməyib. 10-15 nəfər sadəcə təbrik edib. Biri mənə bir gül veribsə, bu nə vaxtdan ayıb olub? Heç bir pul yığma halı baş verməyib. İnsan müdürünü təbrik edər də... Şükür, hökumət mənə 999 manat maaş verir. Bununla mən ailəmi də dolandırıram, şəhid ailələri və qazilərə də müəyyən qədər çatdıra bilirəm. Belə yaramaz adamlar işi bulandırmaqdan başqa heç bir işə yaramırlar. 10 ildir ki, məktəb binamız təmir olunmalıdır. Lakin heç bir festivaldan, tədbirdən geri qalmamışıq. İndi də səhər 8-dən ayaq üstəyəm. Tədbirə hazırlaşırıq. Həvəsli idim. Bu xəbərlə qanım qaraldı”.

T. Məmmədov, məktəbdə ümumi qanunsuzluqların olması barədə də danışıb:

“İcazə alanlar dərsdə olmaya bilər. Bizdə 95 faiz işçi qadınlardır. Onların müəyyən ailəvi problemləri olur ki, onları da biz əvəz edirik. İştirak etmirsə, əvəz olunmalıdır”.

A.Kərimova isə Bakupost.az –a açıqlamasında yayılan səs yazısının ona aid olmadığını və məlumatların yalan olduğunu bildirdi:
“Hamısı yalandır. Ağızlarına gələni danışırlar. Həmin şəxs mən deyiləm. Direktora öz aramızda, şöbə müdirləri ilə birlikdə keçirmişik. Tort almışıq. İldə bir dəfə olan bir şeydir. Burada nə var ki? Amma pul yığılmayıb”.




XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO