[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
​​​​​​​Kənd tibb məntəqələrindəki ACINACAQLI DURUM – TƏBİB “problem yoxdur” deyir,


Bir neçə gün əvvvəl Şəkinin Zunud kənd sakinini ilan vurması ilə bağlı məlumat vermişdik. Həmin sakinin vəziyyəti hazırda ağır olaraq qalır. Ailəsi iddia edir ki, zərdab anında vurulsaydı, vəziyyət bu həddə çatmazdı.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zunud kəndində bir neçə il əvvəl Yaponiya hökumətinin qrant layihəsi əsasında müasir tibb məntəqəsi fəaliyyətə başlayıb.

Texniki-tibbi təminatı qaydasında olan bu tibb məntəqəsinə təəssüf ki, ilan sancmaya qarşı zərdab yaxud digər ağır zədələnmələrə qarşı dərman vasitələri verilmir. Bu iddia elə bu sahədəki boşluqları da gündəmə gətirir.

Kəndlərdə tibb məntəqələri nə üçün təşkil olunub və onların əsas fəaliyyət istiqamətlərində bu vacib məsələlər niyə nəzərə alınmır?!

Xüsusən, ucqar yaşayış məntəqələrində yerləşən tibb məntəqələri bu kimi tibbi-texniki və dərman vasitələri ilə nədən təchiz olunmur?! Haqlı, yerində, düşündürücü və məqamında verilən suallardı.

Fəqət?. Kənd tibb məntəqələri adi bir zərdabı, vaksini vurmaq ixtiyarında deyillərsə bu məntəqələr niyə fəaliyyət göstərir?! Baxımsız, əksəriyyəti qəzalı vəziyyətdə olan bu cür məntəqələrin fəaliyyəti ilə bağlı niyə tədbirlər görülmür?

Kəndlərdə yaşayan insanlar, xüsusilə də şəhər mərkəzindən kilometrlərlə uzaqda yerləşən kəndlərin sakinləri ilkin tibbi yardım üçün tibb məntəqələrində dərman tapmaq problemi ilə qarşılaşır.

Daha böyük və ən ağrılı problem isə məntəqələrdə ilan zəhərinə və ya hər hansı heyvan hücumuna qarşı zərdab, vaksinin olmamasıdır. Hansı ki, belə xoşagəlməz hadisələr kəndlərdə vaxtaşırı yaşanır.

Nəticədə hər hansı heyvan hücumuna məruz qalan şəxs məcbur olub rayon mərkəzindəki xəstəxanaya aparılır. Əgər kənd mərkəzdən uzaqdırsa vay o xəstənin halına.

Məntəqələrdə dərman preparatlarının tapılmaması bir tərəfə, əksəriyyət kəndlərdə tibb mətəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Qəzalı vəziyyətdə, ciddi təmirə ehtiyacı olan binalara xəstələr müraciət edərkən öz canından ikiqat ehtiyyat edir. Daha bir problem isə nəzarət olmadığından məntəqələrdə işçilərin tapılmamasıdır. Elə Zunud kəndində olduğu kimi...

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb məntəqələri yetərincə tibbi avadanlıqlarla, preparatlarla təmin olunub və fəaliyyətləri də normaldır.

Ancaq bizim gördüklərimiz, sakinlərin və hətta tibb məntəqələrində çalışanların dedikləri tərsmütənasiblik təşkil edir, fikirlərin biri-digərini inkar edir, üst-üstə düşmür.

Hər halda söhbət insan taleyindən gedirsə bu sahədə yaranan boşluqlar ciddi nəzarətə götürülməli, ilk anda həllinə səy göstərilməlidir. Unutmayın, 21-ci əsrdə yaşadığımızı...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmməd Mahmudov “pojarnı” binasını boşaldıb, ayı 3 min manata məhbuslara icarəyə verir… - ÖZBAŞINALIQ!

“Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydarova ünvanlanan məktubu olduğu kimi dərc edirik:

“Cənab nazir!

Bir necə gün bundan öncə KİV vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində, müəssisəsnin rəisi, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan, cərrah-cəllad Məmməd Mahmudov Tərəfindən hər ay Rüşvət və Korrupsiya yolu ilə 6 milyon manat toplanıldığı barədə Cənab Prezident İlham Əliyevə və aidiyyəti orqanlara rəsmi məlumat vermişdik. Həmçinin 6 saylı Cəzaçəkmə Müəssisəsində yığılan 6 milyon manat barədə gələcəkdə cənab Prezidentə ətraflı məlumat vermək məsuliyyətini öz üzərimizdə saxladığımızı bəyan etmişdik.

Hörmətli nazir!

İctimai Birlik 6 saylı Cəzaçəkmə Müəssisəsində Korrupsiya və rüşvət yolu ilə toplanan 6 milyon manat barədə araşdırma apararkən, müəyyənləşdirmişdir ki, Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum edilmiş 1800-ə yaxın məhkum cəza cəkir. Cəzaçəkmə Müəssisəsimndə baş verəcək hər hansı bir Fövqaladə hadisənin, yanğının qarşısını almaq, məhkumların həyatını xilas etmək üçün Müəssisədə, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsi tərəfindən hər cür avadanlıqlar quraşdırılmışdır. Müəssisədə 2 ədəd yanğınsöndürən maşın və yanğın sondürmə avadanlıqlarının saxlanıldığı ambar-bina vardır.

Cənab nazir!

İctimai Birlik Cəzaçəkmə müəssisəsində törədilən olaylarla bağlı araşdırma apararkən müəyyənləşdirmişdir ki, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdrəsi tərəfindən Cəzaçəkmə müəssisəsində baş verəcək hər hansı bir yanğının-hadisənin qarşısının alınması üçün avadanlıqlar quraşdırılmış anbar-binası Cəzaçəkmə Müəssisəsinin rəisi cəllad-Məmməd ləqəbi ilə tanınan Məmməd Mahmudov tərəfindən 7 ildən artıq bir müddətdir boşaldılmışdır. Bina arakəsmələrlə otaqlara bölünmüşdür, evro-təmir edilmiş və Pullu məhkumlara verilmişdir. Hal-hazırda hər hansı bir Fövqaladə hadisə baş verərsə, biləsiniz ki, 1800 məhkumun həyatı təhlükə altındadır.

İctimai Birlik müəyyənləşdirmişdir ki, kasıb məhkum kütləsində, yaşayış massivindən çox-çox uzaqlarda, “Pajarnı”nın binasında yaşayan 40 nəfər pullu məhkumun hər birindən Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov ayda 3000 manat pul alır. Bu da, bir ayda (40 məhkum X 3000 manat) 120 000 manat Korrupsiya, rüşvət deməkdir.

Bundan başqa, İB müəyyənləşdirmişdir ki, Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumların hər birindən, öncədən, “Pajarnı” binasına düşmək üçün birdəfəlik 10 000 manat Pul almışdır. Bu isə o deməkdir ki, Müəssisənin rəisi Məmməd Mahmudov məhkumlardan (40məhkum X 10.000 manat) 400.000 manat qabaqcadan Pul almışdır.

Cənab nazir!

Aydın məsələdir, deyəcəksiniz ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun məhkumlardan, Korrupsiya və Rüşvət yolu ilə ayda 6 milyon manat toplamasının Fövqaladə Hallar Nazirliyinin rəhbərliyinə nə aidiyyəti vardır və yaxud da nə bağlılığı olmuşdur?!

Lakin İB müəyyənləşdirmişdir ki, “Pajarnı”nın binasında yaşayan məhkumlardan ayda yığılan 120 000 manat pulun, Müəssisənin əməkdaşlarının və Məhkumların ötürdükləri məlumatlara görə, FHN rəhbərliyinə çatdırıldığı bildirilir. Hətta həmin pullu məhkumlardan hansısa biri aylığı gecikdirərkən, FHN-nin rəhbərliyinin adı ilə məhkumu Binadan çıxarmaqla qorxuzmuşlar.

Bir sözlə bina yanğınsondürənlərin binası adı ilə məhşurlaşdığı üçün, Məmməd Mahmudov ayda yığılan 120 min manat Korrupsiyanı, rüşvəti, Sizin rəhbərlik etdiyiniz Qurumun adı ilə bağlamışdır.

Hörmətli nazir!

İB müəyyənləşdirmişdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ədliyə Nazirliyi tarixində yeganə rəisdir ki, “Pajarnı” adı ilə məhşur olan binanı böşaldaraq, məhkumlara icarəyə vermişdir.

6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi yeganə rəisdir ki, “Pajarnı”nın binasın boşaltdırmışdır və binanın təyinatını dəyişmişdir, binada yaşayan məhkumlardan ayda topladığı 120 000 manat Pulun FHN-nə da çatdırıldığını bildirmişdir.

Məmməd Mahmudov yeganə rəisdir ki, hər ay yanğınsöndürən maşınlara təmir, yanacaq adı ilə xeyli miqdarda Pul vəsaiti silməsinə baxmayaraq, 2 maşından biri işlək vəziyyətdə deyil.

Cənab nazir!

Cənab Prezidentin çağrışına qoşularaq “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi“ İctimai Birliyini təsis etmişik. Amalımız Korrupsioner, rüşvətxor məmurlar barədə Prezidentə məlumat verməkdir. Baxmayaraq ki, mübarızə üçün çıxdığımız bu yol Korrupsioner, Rüşvətxor məmurların yoludur, aparaçağımız bu mübarızə Korrupsioner, Rüşvətxor məmurlara qarşıdır, hər an həyatımız bahasına başa gələ bilər. Hətta canımız-qanımız bahasına başa gəlsə belə, bu yoldan geriyə çəkilən deyilik.

Hörmətli nazir!

Məmməd Mahmudovun “Pajarnı”nın binasını boşaltdırması, imkanlı məhkumlara verməsi, ayda həmin binada qalan imkanlı məhkumlardan 120.000 manat Pul yığması, danılmaz faktdır və heç bir subuta ehtiyacı yoxdur.

Bütün yuxarıda qeyd etdiklərimizə baxmayaraq, Siz yeganə nazirsiniz ki, adınız və rəhbərlik etdiyiniz nazirliyin adı bu günə kimi heç bir Korrupsiya və Rüşvət qalmaqallarında hallanmamışdır. Ona görə də, rəhbərlik etdiyiniz Nazirliyin adının, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, Məmməd Mahmudov tərəfindən qanunsuz əmməllərdə hallandırılması barədə KİV-ə və Dövlət Başçısına məlumat verməmişdən öncə, Şəxsən Sizin özünüzə müraciət etmək qərara gəldik.

Sizdən xahiş edirik ki, cəzaçəkən 1800 nəfər məhkumun Təhlükəsizliyini nəzərə alıb, Səlahiyyətləriniz daxilində qanunamüvafiq tədbir görəsiniz ki, gələcəkdə 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə şəhər 3 saylı baxçada Gülarə Ağayevə "qayda"ları

Azərbaycanda son illər ən çox şikayət olunan qurumlardan biridə azyaşı uşaqların təlim-tədrisi və tərbiyyəsi üçün fəaliyyət göstərən baxçalardır. Rayon icra hakimiyyətlərinin balansından alınaraq Təhsil Nazirliyinin nəzarətinə verilən uşaq baxçalarında vəziyyət heçdə dəyişməyib. Belə ki, bu gün ölkədə fəaliyyət göstərən bir çox dövlət baxçalarında valideyinlərdən hər ay aylıq alınması artıq adi hala çevrilib. Belə baxçalardan biri də Gəncə şəhər 3 saylı uşaq baxçasıdır.
Xalqxəbər.az-a daxil olan şikayətdə bildirilir ki, şəhər 3 saylı uşaq baxçasında müdiri Gülarə Ağayevanın öz "qayda-qanun"ları hökm sürür.
Belə ki, hazırda 3 saylı uşaq baxçasında müdir Gülarə Ağayevə elə bir vəziyyət yaradıb ki, valideynlər özləri könüllü şəkildə aylıq verirlər. Baxçada 9 qrup və 180 uşaq tərbiyyə alsada bu say daha çoxdu. Məlumatda bildirilir ki, 3 saylı uşaq baxçası Gəncədə dövlət baxçasından daha çox özəl baxça kimi işləyir. Yəni bütün aylıq haqqını ver uşağını 3 saylı baxçaya təyin yerləşdir. İddia edilir ki, baxçaya gələn uşaqların seçimini şəxsən müdir Gülarə Ağayevə özü edir. Yəni baxça müdiri daha çox imkanlı valideynlərə yer ayırır. Həmçinin qeyd edilir ki, 3 saylı uşaq baxçasında işləyən 30-a yaxın texniki işçinin bir hissəsi işə gəlmədiyi üçün onların əmək haqqlarını Gülarə Ağayeva özünə götürür. Bundan başqa baxçaya dövlət tərəfindən ayrılan ərzaq məhsullarının bir hissəsinin də baxça rəhbərliyi tərəfindən götürüldüyü qeyd olunur.
Qeyd edək ki, Gülarə Ağayevanın bacısı Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovadır. Ölkə mətbuatında Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinidə "öz qanunları" ilə idarə etməsi ilə bağlı məlumatlar dərc edilib. Həmin məlumatlarda bildirilir ki, Ülviyyə Nadirova yüksək vəzifəli himayədarlarına arxalanaraq vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Həmçinin Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinin hesabına hər ay külli miqdarda qazanc əldə etdiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Xalqxəbər.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi

Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.

Laf TV-yə telefon bağlantısı ilə qoşulan İ.Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib.

O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: “Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib”.

İ.Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir: “Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb”.

Millət vəkili şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib.

“Qafqazinfo”nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, qadın (1984-cü il təvəllüdlü Nəzrin Məmmədli) adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj edib.
Hörmətli millət vəkilinin diqqətinə çatdırırıq ki, bu gün “Qafqazinfo”da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib.

Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dünya Göz Azərbaycan” 215.4-cü maddəni pozdu – Məhkəmə nə qərar verəcək?

Tanınmış “Dünya Göz Azərbaycan” Məhdud Məsuliyətli Cəmiyyəti qanunvericiliyi pozduğu üçün cərimələnib.

Şirkət barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Klinikada sertifikasiyadan keçməyən şəxslərin əczaçılıq fəaliyyətinə icazə verilib.
14.06.2023-cü il tarixində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə işində iddia təmin olunarsa, “Dünya Göz Azərbaycan” 8 min manatadək cərimə cəzası gözləyir.
Qeyd edək ki, Dünyagöz Xəstəxanalar qrupunun qanuni təmsilçisi Adem Esgündür.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur - FOTO

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi Anar Ələkbərov vəzifəsindən azad olunduqdan sonra bu vəzifəyə iddialı olanlardan biri də Leyla Zamanovadır. Leyla xanım hazırda şöbə rəisinin baş köməkçisi vəzifəsində çalışır.

Məlumat Qaynarinfo-da dərc olunandan sonra mövzu ilə bağlı bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Leyla Zamanovanın bacısı Zamanova Rəna Özbəyi qızı da FHN-də yüksək vəzifədə çalışır. Rəna Zamanova həm də "RR 108” MMC-nin sahibidir. Onun idarə etdiyi avtomobil də RR dövlət nömrə nişanı ilə başlayır.
FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur - FOTO
FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur - FOTO

Bundan başqa Rəna Zamanovanın qaynı polkovnik Əfrasib Aşurbəyov (Mustafayev) hazırda FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində şöbə rəisi vəzifəsini tutur.

Rəna Zamanovanın böyük qaynı Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarə rəisinin birinci müavini vəzifəsində çalışan Mübariz Mustafayevdir.
FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur - FOTO

Mübariz Mustafayev də gömrükdə maddi imkanları yüksək olan vəzifəli şəxs kimi tanınır. Onun kiçik oğlu Fərid Mustafayev də gömrükdə vəzifə tutur.

Daha detallı və geniş araşdırmanı müəyyən dəqiqləşdirmələrdən sonra yaxın günlərdə təqdim edəcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI – ÖZƏL


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba rayon prokurorluğunda cinayət işi açılıb.

Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Faktla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə müraciət etsək də, hələlik sorğumuza cavab verilməyib.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BOLMART-dan kolbasa alan müştəri şoka düşdü - "Guya AQTA total nəzarət həyata keçirir..."

Ölkədə marketlər şəbəkəsi genişləndikcə müştərilərə təqdim olunan malların çeşidi genişləndikcə keyfiyyət azalmağa doğru gedir. İllah da ərzaq məhsullarının bərbad keyfiyyət göstəriciləri müştərilərin ovqatını təlx etməklə bərabər həm də ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyətin biabırçı olmasına dəlalət edir.
BOLMART-dan kolbasa alan müştəri şoka düşdü - "Guya AQTA total nəzarət həyata keçirir..."

Redaksiyamıza üz tutan oxucularımızdan biri paytaxtdakı "Bolmart" mağazalar şəbəkəsininin marketlərinin birindən aldığı kolbasanın içində ətdən başqa hər şey çıxdığından şikayətçidir.

Yenisoz.az bildirir ki, nümunələri Moderator.az-a göndərən oxucumuz ölkədə qida təhlükəsizliyi sahəsindəki vəziyyətin nə zaman düzələcəyini soruşur. Təbii ki, biz onun sualına cavab verməkdə aciz qaldıq və sualı Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ictimai xadim Eyyub Hüseynova ünvanladıq:
BOLMART-dan kolbasa alan müştəri şoka düşdü - "Guya AQTA total nəzarət həyata keçirir..."

"Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi səndi olmayan heç bir mal satışa və qeydiyata qəbul oluna bilməz. Guya total nəzarət həyata keçirilir. Lakin təəssüf ki, bu nəzarət effektli şəkildə deyil. Çoxlu sayta ət məhsulları istehsal edən müəssisələr var ki, onlar heç Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməyib, təəssüflər olsun ki, biz bunların izlərini 8-ci kilomter bazarında, metro çıxışlarında, hətta tanınmış marketlərdə görə bilirik. AQTA kütləvi informasiya vasitələri və bütövlükdə cəmiyyətlə effektiv iş qura bilməyib ki, bütün cəmiyyət də onların könüllüsünə çevrilərək quruma lazımi məlumatlar versinlər. Belə olsaydı, istehklakçı kassa çekini təqdim etməklə 1003 qaynar xətt nömrəsi ilə AQTA-ya məlumat verməlidir və AQTA-dan tələb etməlidir ki, həmin müəssisələrdə yoxlamalar keçirilsin. Ərzaq məhsulunun içərisindən yad cisimlər çıxırsa, bu o deməkdir ki, həmin müəssisədə heç bir sanitar normalara əməl edilmir və heç bir qida təhlükəsizliyindən danışmaq olmaz."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə səhiyyə sistemi `CANINI TAPŞIRIB`... - Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Yalana o qədər öyrəşmişik ki, düz söz deyəndə insanlarımız təəccüblənir və şübhələnir. Bax elə bədbəxtçiliyimiz də bundadır. Hər bir ölkə özünün təhsili, elmi, mədəniyyəti və səhiyyəsi ilə tanınır. Bu proses yerlərdə də belədir. Hərçənd ki, Gəncədə səhiyyə sistemi yox dərəcəsindədir. Səhiyyənin bütün sistemlərində rüşvətxorluq baş alıb gedir. Necə deyərlər, yığan yığanındır. Qəribədir ki, nazirlik və TƏBİB bu əməliyyatı bilə-bilə, görə-görə görməməzliyə vurur. Bu ancaq sadə vətəndaşları “sarımaqdan”, ölkə başçısına yalan danışmaqdan başqa bir şey deyil.
Artıq bir neçə ildir ki, Gəncə şəhərində xəstəxanalara verilən dərmanlar aidiyyəti üzrə bölünmür. Belə ki, Gəncənin xəstəxanalarında insult, şəkərli diabet, qaraciyər xəstəlikləri olan şəxslərin dərmanlarının verilməsində ciddi problemlər yaranıb.
Belə ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasında bütün cərrahiyyə əməliyyatlarını İcbari Tibbi Sığorta tərəfindən ödənişlər edilməsinə baxmayaraq hipokrat andlı həkimlərimiz yenə də pasiyentlərdən pul alırlar.
Anoloji vəziyyət Gəncə şəhər Regional Perinatal Mərkəzində də höküm sürür.Bu mərkəzə üz tutan hər kəs istər qeysəriyyə üsulu ilə istərsə də təbii yolla dünyaya gətirdiyi övladlarına görə zorən həkimlərlə hesablaşmalı olurlar.
Əsas problemlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən hər adam üçün ayrılan dərmanlar xəstələrə vaxtında çatmır və ya düzgün bölünmür. Şikayətçi vətəndaşlar bildirir ki, bizim müraciət etdiyimiz aidiyyəti üzrə xəstəxanalar, dərmanları mənimsəyirlər. Hətta deyilənlərə görə, möhürlü dərmanların möhürü çırılıb atılır, apteklərə müəyyən miqdarda satışa qoyulur. Bundan başqa, insult xəstələrinə verilməli olan dərmanlardan sadəcə biri təqdim edilir. Bununla da xəstələrin yaxınlarına qol çəkdirərək digərlərini mənimsiyirlər.
Bu cinayət deyilsə, bəs nədir?

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…

Dünyanınsəsi.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO