[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda hərbçi maşını kanala aşırdı - Foto+Yenilənib

Beyləqanda maşın kanala aşıb.

Hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.

Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücünün maşında olmayıb. Hazırda onun axtarışları aparılır.

Sürücünün hərbçi olduğu bildirilir.

***

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Beyləqanda hərbçi maşını kanala aşırdı - Foto+Yenilənib

“Qafqazinfo”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb.

Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Mənbə: News.am
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkar Bakı Baş Gömrük İdarəsindəki qanunsuzluqlarla bağlı Prezidentə müraciət etdi - ÇARƏSİZLİK...

“Güvən2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Bundan öncə 06.04.2022-ci il tarixində yazdığım məktubumda qeyd etmişdim ki, Bakı Baş Gömrük İdarəsində "Güvən 2012" MMC-nin adına gətirilən santexnika mallarımızı qanunsuz hesablamalar, bürokratik əngəllər və süründürməçilik yaradaraq yenədə “İpək Yolu” terminalında saxlayıblar və geri qaytarmağıma əngəllər yaradırlar. Bununla bağlı informasiya vasitələrində çıxış etmişdim. Bakı Baş Gömrük İdarəsində ötən ayın, yəni 14.03.2023-cü il tarixindən bugünkü günədək santexnika mallarımıza hələ də qiymət təyin edə və hansı üsullarla hesablamalar aparacaqlarını bilmirlər. 08.04.2023-cü il tarixində Dövlət Gömrük Komitəsində məni qəbul etdilər, dinlədilər və gömrük tarifi haqqında qanunu rəhbər tutaraq onlara bu mallar (mətbəxt üçün su, duş və arko kranlar) barədə fikrimi bildirdim. Gömrük Komitəsinin vəzifəli şəxsləri fikrimlə razı oldular, bəyan etdiyimiz hesablama qaydasının düzgünlüyünü şifahi olaraq təstiqlədilər və komissiyanı tərtib edərək bu məsələnin protokollaşdırılmasına qərara gəlib iclas təyin etdilər. Həmin iclasda Bakı Baş Gömrük İdarəsinin Aqil və Nurlan adlı əməkdaşları gec gəlmələrinə baxmayaraq yenə də iclas keçirildi. İclasda sübutlarımı və gömrük tarifi haqqında qanunun VII maddəsini rəhbər tutaraq malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə əsaslanaraq (GATT) VII maddəsinə, GATT-in VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanaraq hesablanmasının eyni zamanda gömrük tarifi haqqında 1.1.1 maddəsində göstərildiyi kimi gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni zamanda, 1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatlara uyğun olduğunu və gömrük tarifi haqqında qanunun 2.1.4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və həmçinin 2.1.5 maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq, bundan əlavə gömrük tarfi haqqında qanunun XII maddəsində gömrük dəyərinini müəyyən edilməsi üsullarının, mənim bu işimdə tədbiq edilməsini onlardan xahiş etmişdim. Lakin Bakı Baş Gömrük İdarəsinin Nurlan adlı əməkdaşı yenə də öz qanunsuz hesablama və qanundan kənar hesablama qaydalarını tətbiq etmək istədikdə gömrük komitəsinin işçiləri ondan rəsmi olaraq yazıb bizə göstərməyini xahiş etdilər. Lakin 01231000091678 saylı bəyannamədə II mal mövqeyi üzrə sistem üzərindən rəsmi bildirişdə mənə 94000 ABŞ dolları statistik dəyər göstərilmişdir və bu statistik dəyər ümümilikdə 40980 ədəd mala (arko və duş kranlarına) aid olduğu bildirilmişdir. Mən və Komitənin dəyər şöbəsinin işçiləri Nurlan adlı Bakı Baş Gömrük İdarəsinin əməkdaşından həmin 40980 ədəd mallara görə hesablama qaydasını istədik. Nurlan bəy 94000-nin 23000-ni arko kranlara hesabladığını bildirdikdə yerdə qalmışdı 71000 ABŞ dolları. Həmin 71000 ABŞ dollarının su və duş kranlarına necə hesablanmasını və necə bölünməsini bugünkü günə kimi Nurlan adlı şəxs izah edə bilmir və mən əminəm ki, izah və sübut edə bilməyəcək də. Çünki həmin məbləğdə uyğunsuzluq baş verəcək, məbləği Nurlan bǝy formalaşdırıb tənzimləyə bilməyəcək. Ona görə ki, Nurlan bəy gömrük tarifi haqqında qanunu bilmir və ya bu qanuna saymazlıqla yanaşır. Belə ki, Həmin malların qanunvericiliyin 1.1.3 maddəsində xarici iqtisadi fəaliyyətin mal nomenklaturası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır və onların həmin kodlar üzrə rəsmiləşdirilməsi göstərir. Bu da onu göstərir ki, bizim ixrac etdiyimiz və 01231000091678 bəyannamə üzrə bəyan etdiyimiz mallar kq-la hesablanmalıdır. Çünki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 166 kodu altında kiloqramla göstərilmişdir. Bundan əlavə bildiririrəm ki, 11.04.2023-cü il tarixində Gömrük Komitəsində bir daha qəbulda oldum və mənə bildirdilər ki, Bakı Baş Gömrük İdarəsindən Elmir Ramazanov, Aqil və Nurlan adlı şəxslər yaxınlaşır, iclas keçirilib və protokol imzalanacaq. Gözləyirdim, lakin məni iclasa buraxmadılar. Onlar çölə çıxdıqda bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm. Lakin mən bir daha onlara bildirdim ki, mən bazarda yox, dövlət idarəsindəyəm, eyni zamanda onların qanunsuz və bürokrat əməllərindən yorulmuşam, malımı yalnız geri qaytarmaq istəyirəm. Onlar da mənə bildirdilər ki, sabah malı geri qaytarmaq üçün yükləyə bilərsən. 12.04.2023-cü il tarixində müstəqil exspertə müraciət edərək müqavilə bağladıqdan sonra, Dövǝt Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinə malların geri qaytarılması ilə əlaqədar, eyni zamanda 01231000091678 saylı bəyannamənin 2-ci mövqeyində olan maldan (duş kranlarından, mətbəxt kranlarından və arko kranlarından) ekspertə təqdim olunması üçün müraciət etmişdik və eyni zamanda bildirirəm ki, malımın geri qaytarılması ilə əlaqədar prosedurun başlamaması üçün həmin günü əllərindən gələn hər bir bürokrat əmələ və süründürməçiliyə məruz qalmışdım və bildirmişdilər ki, ayın 13-də səhər saat 09:30-dan etibarən Bakı Baş Gömrük İdarəsində olun, mallarımızın konteynerǝ yüklənməsi proseduru olacaq və hər maldan bir nümunə bizim ekspertǝ təqdim olunacaq. Ayın 13-ü səhər saat 09:30-dan məni və bizim müraciət etdiyimiz qiymətləndirmə ekspertiza idarəsinin əməkdaşını süründürməçiliyə və bürokratik əməllərə məruz qoyaraq axşam saat 18:00-dək uzatdılar. Axşam saat 18:00-dan sonra İpək Yolu Terminalının 4-cü anbar ərazisində bizim maşınların video kamera çəkilişi ilə boşaldılmasına başladılar. Mənə, Bakı Baş Gömrük İdarəsinin Aqil adlı əməkdaşı və digər 14 nəfər gömrük əməkdaşı bizim mallardan hərəsindən 1 ədəd müstəqil ekspertiza ilə siyahılamağa başladılar. Siyahılanma zamanı onlardan soruşdum ki, nəyə görə bütün mallardan götürürsünuz? Bizim mübahisə sadəcə 01231000091678 saylı bəyannamənin 1-ci və 2-ci mövqeyindəki olan arko və duş kranları üzrədir. Həmin an anlayırdım ki, iş saatı qurtardığından, burada heç kim olmadığından işimlə əlaqədar hər bir qanunsuzluq baş verəcək. İnanın, mən düşündüyüm kimi də oldu. Səhər saat 06:00-a kimi mənə və mənim işçilərimə zülm edərək malları yenidən saydılar. Saydıqdan sonra gömrük bəyannaməsinə uyğun olub olmaması məsələsinə toxundular və təhqiqat şöbəsini bu işə cəlb etdilər. Səhər saat 06:00-da bir daha orada məmur özbaşnalığı bir başa və vəzifə səlahiyyətlərindən sui istifadə etmə əməllərinə məruz qaldığıma görə təhqiqat idarəsinin işçisi Lətif adlı əməkdaşın komputerdə çap etdiyi protokolu mənə sürətlə oxuduğunu və oxuduğu zaman ifadələri tez-tələsik dediyinə görə, demək olar ki, öz hüquqi biliyinə guya əsaslanaraq yeni hiylə vasitəsilə məni aldatmağa və həmin protokolu mənə imza etdirməyə çalışdı. Lakin mən narazı olub oradan çıxdım. Malımın aqibətinin nə yerdə qaldığından isə heç xəbərim yoxdur.

Hörmətli cənab Prezident,

Ayın 14-də getdim gömrük komitəsinə, orada məni Gömrük Komitəsinin sədri Şahin Bağırov, birinci müavini İsmayıl Hüseynov, dəyər şöbəsinin işçiləri, Risklərin Təhlili Şöbəsi, mətbuat şöbəsinin rəisi və Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zaurov qəbul elədilər. Şahin müəllimə Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluq, məmur özbaşnalığı barədə və malımın geri qaytarılmaması üçün əllərindən gələn bürokrat əməllərdən danışdıqdan sonra, dərhal Bakı Baş Gömrük İdarəsinə həmin şəxsləri mənimlə birlikdə göndərdi və bu məsələ barədə araşdırma aparıb ona məruzə etmələrini, həmçinin sənədləşdirmədə hansısa bir əngəlin aşkarlanmamasını, malımın geriyə, Çinə göndərilməsinin təmin edilməsinə göstəriş vermişdir.
Sahibkar Bakı Baş Gömrük İdarəsindəki qanunsuzluqlarla bağlı Prezidentə müraciət etdi - ÇARƏSİZLİK...

Biz Bakı Baş Gömrük İdarəsinə getdikdə Komissiya tərəfindən də xeyli sayda qanunsuz əməllər aşkar olunmuşdur. Həmin əməllərdən biri hansı ki, dəfələrlə mən bildirirdim ki, ayın 14.03.2023-cü il tarixdə gömrük sisteminə bəyannaməni daxil etdikdən sonra mala baxış keçirilmişdir. Onların hesablaması nəticəsində ilk öncə 70000 ABŞ dolları qiymət deyilmişdir və bayram günü 22.03.2023-cü il tarixində mala bir daha baxış keçirib malın İpək Yolu Terminalında bizim Bakı maşınlarına (oteko) yüklənmiş və maşınlar ploblanıb gömrüyün ərazisində qalmışdır. Burada bir sual doğur: mallar həmin vaxt hesablanıb, baxılıb, yoxlanılıb, sayılıbsa və mənə bununla əlaqədar qiymət deyilibsə, onda nəyə görə indi malımı geriyə qaytarmaq istədiyim zaman və bu malın Azərbaycan Respublikası ərazisində, Azərbaycan bazarına dövriyyǝyǝ buraxılmamasını nəzərə alaraq nəyə görə yenidən sayılır? Bəyannamə üzrə uyğunlaşdırılır və eyni zamanda guya hansısa nöqsan tapılır və nöqsanın adı qaz kranları adlandırılır? Onu bildirmək istəyirəm ki, bu gün Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov və onun nümayəndələri Aqil və Nurlan adlı şəxslər öz vəzifə səlahiyyətlərindən və əllərindəki dövlətin resuslarından sui istifadə edərək bizə qarşı təzyiq formaları həyata keçirirlər. Bundan əlavə bildirirəm ki, təhqiqat subyekti olmadığı halda 01231000091678 saylı bəyannamə üzrə 3-cü mal mövqeyində göstərilən borularda, ötrücü funksiyasını yerinə yetirən vintillər-hissələr kimi adlandırılan 22.03.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və maşınlara yüklənmişdir. Bu da o deməkdir ki, bizim mallarımız baxılıb, yoxlanılıb araşdırılmışdır. İndi isə bizim malımız geriyi Çinə qaytarılması məsələsi ortaya çıxdığda mallar yenidən yoxlanılır, qanunsuz ekspertizaya göndərilir, qanunsuz təhqiqat subyektinə çevirilir. Bunlar hamısı sahibkara təzyiq, süründürməçilik və məmur özbaşnalığından başqa bir şey deyil. Buradan bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun nümayəndələri olan Aqil və Nurlan adlı əməkdaşlar "AzExspertiza" və digər müstəqil adını bilmədiyim ekspertiza təyin edilir və qanunsuz, əsassız əməlləri etmək fikrindədilər və mən indidən deyirəm ki, həmin ekspertizaların qanunsuz və əsassız çıxardıqları rəylərlə razılaşmayacam, imtina edirəm, eyni zamanda gömrük tarifi haqqında qanunda göstərildiyi kimi altı cür hesablama qaydaları varsa, eyni analoji mallar indiyə qədər Azərbaycana daxil olubsa və bu mallardan hazırda Azərbaycanda varsa, deməli, bunun hesablaması da olub, bunun xarici mal nomeklaturasının kodu da, bu mallar üzrə gömrük dəyəri də mövcuddur, bu mallar Azərbaycana həmişə daxil olub və mən rəsmiləşdirməni 14.03.2023-cü il tarixində yazdığım zamandan sonra da eyni sinifdən, eyni növdən və eyni cinsli mallar gömrük ərazisindən buraxılışa vermişdilər. Buradan belə görünür ki, ekspertizanın bura qarışdırılması yenə də bizim şirkətə süründürməçiliyin və məmur özbaşnalığının sübutudur.

Hörmətli cənab Prezident,

14.04.2023-cü il tarixində Gömrük Komitəsinin sədri Şahin Bağırov məni qəbul edib söhbət etdikdən sonra mən bir daha əmin oldum ki, bugünkü gün sizin yürütdüyünüz iqtisadi siyassəti dəstəkləyən və həmin yolu aparan məmurlardan biri elə Şahin müəllimdir. Şahin müəllimin insanlığına və təvazökarlığına inanaraq ümid edirəm ki, bu məktubumdan sonra bizim "GÜVƏN2012′′MMC-nin adına 21.10.2022-ci il tarixli GV700 saylı invoysla, CBHU8225772 saylı konteynerlə gələn malların Çinə qaytarılması məsələsində Dövlət Gömrük Komitəsinin struktur və bölmələrinə tapşırıq verərərək bizə köməklik edəcəkdir. Bir sahibkar kimi fəaliyyətimdə yaranan problemlərə və Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluğa son qoyulmasını və qanuni şəkildə mallarımın geriyə, Çin Xalq Respublikasına qaytarılmasında bizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.

Qeyd: müraciətin sürətləri Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Adminstrasiyanın İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova, Administrasiyasının rəhbəri (Korrupsiyaya ilə Mübarizə komisiyasının sədri) Samir Nuriyevə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova, komitənin Apellyasiya Şurasının rəhbərliyinə, Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük generalı İsmayıl Hüseynova göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni rəis kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Mürsəl İbrahimov1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.
M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arzu Rəhimovun yerinə o təyin olundu - Sərəncam


Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edib.

Sərəncamla bu vəzifəyə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olunub.

Xatırladaq ki, dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Formula 1"-ə görə yollar bu tarixə qədər bağlı olacaq


24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

"Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerina Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər" - deyə qurum rəsmisi qeyd edib.

BŞH-nın sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Vətəndaşlar "Yaşayış Yerinǝ Giriş İcazə" sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1-Buraxılışın paylanma məntəqəsi
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89

Zona 2-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06

Zona 3-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58
İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85

Qeyd edək ki, "Yaşayış Yerina Giriş icazəsi"nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BSH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Arzu Rəhimovu işdən çıxardı

A.Y.Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Arzu Rəhimov general-polkovnik rütbəsindədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralara nəzarət edən varmı? - HƏQİQƏTƏN DƏ...

Redaksiyamıza Müraciət edən 08.11.1967-ci il təvəllüdlü Əliyeva Zeynab Siran qızı "Çıraq Palaz" restoranında baş verən iyrənciliklərdən danışdı. Belə ki xanım iddia edir ki, onun gördüyü nöqsanlara irad bildirməsi gün keçdikcə müdriyətin xoşuna gəlməyib. Elə bu səbəbdən də Z.Əliyevanı xəbərdarlıq edilmədən işinə son verilib. Redaksiyamıza müraciət edən vətəndaş 7 mkr S.S.Axundov 20A ünvanında yerləşən "Çıraq Palas" restoranı haqqında şok məlumatlardan danışdı
Apardığımız kiçik bir araşdırmadan "Çıraq Palaz" restoranın Azerbaycan Respublikasının Vergilər nazirliyi tərəfindən fiziki şəxs olaraq uçota alınan Süleymanov Oktay Yaqub oğlunun adına verilmi. VÖEN №1801122952 Qeydiyyat Şəhadətnaməsi əsasında fəaliyyət göstərdiyi məlum olub. Lakin iddiaçı tərəfin bildirdiyində isə üç müdirin restoranı şərik idarə etməsidir.

Zeynəb xanım iddia edir ki, restoranda heç zaman təmizlik və gigienik qaydalara əməl edilmədiyi kimi məhsullarında keyfiyyətinə heç zaman nəzarət yoxdur. Əslində isə nəzarət məhs elə işin həvalə edildiyi adam tərəfindən pozulmaqdadır. Dəfələrlə keyfiyyətsiz və iylənmiş ətlərdən restoranda tay sahiblərinə yedizdirildiyin gördükdə Z.Əliyeva buna çox sərt reaksiya verdiyin iddia edir. Lakin iradların bir deyil bir neçə dəfə təkrar edildiyindən Z.Əliyevanı işinə son verilib. İş günün sonunda ondan artıq bu restorana buir daha gəlməməsi bildirilib.

Z.Əliyeva: "Çıraq Palas" restoranında toy edən şəxslər video kassetlərində dediklərimin həqiqət olduğun görə bilərlər. Toy məclisi qurtarmamış masalarda olan salatlar, xaşlama, bozartmalar və bir çox yeməklər masalardan toplanaraq yenidən mətbəxə aparılır. Ofisiantların bu cür işləmələri video lentlərədə düşdüyü iddia edilir. İddiaçı xanım "Çıraq Palaz"restoranın baş kababçısı Yavər adlı şəxsə bu gətirilən ətlərin normal olmadığın bildirib. Bu zaman Yavər Zeynəbə hirslənərək sənə nə, ged işinlə məşğul ol deyib. Daha sonra xanımın irad bildirdiyi məsələ dərhal müdiriyyətə çatırılıb. Müdiryyət Rüfət, Hacı Fuad və Oqtay Süleymanov xanımın işdən azad edilməsinə qərar veriblər. Burdanda görünür ki, Hacı titulu ilə rəhbərlik edən şəxs Haca ruhunun cisminin təmizlənməsi niyyəti ilə deyil bir çox şəxslərin ona etibar edərək gördükləri işlərin təmizliyinə inansınlar deyə bu titula yiyelənib. Hər zaman cəmiyyət bu cür məqamlarda dini inanclara etibar etdiyindən bir çox neqativləri görə bilmir.

Z.Əliyeva: Restoranda baş verən tək yeməklərin keyfiyyətsizliyində ibarət deyil. Dəfələrlə baş tutmuş toydan qalan yeməklər günlərlə soyuducularda saxlanılmış 5 gün sorakı toyda yenidən isidilərək növbəti toyda təzə adı ilə masalara verilib. Hətta Qida Təhlükəsizlik Agentliyinin restoranı yoxlaması zamanı göz ucu baxaraq restoran müdiri ilə görüşüb getdiklərinidə görmüşəm. Əmək müfətişliyi restoranı yoxlamağa gəldikdə isə işçilər padvalda gizlədilirdi. Bu padvalda su anbarı elektrik şiti və onun yanında balaca bir otaq var. Həmin yoxlamalar zamanı qanunsuz işlədilən işçilər saatlarla həmin otaqda saxlanılırdı. Bəzi vaxtlar isə həmin işçiləri zirzəmidən olan gizli çıxışdan çıxarıb çöldə olan kafede gedib oturmaqların yoxlama getdikdən sonra yenidən Restorana qayıtmaqların təmin edirdilər. Qeyd etməliyəm ki, Nicat adlı şəxsin adminstrator işlədiyi və onun qohumunun ərzaq tədarükü gördüyünü deyə bilərəm. Bu şəxslərin hardan hansı yollarla zay məhsulları restoan daxil etməsi və müştəriyə halal təmiz məhsul adı ilə verməsi insanı dəyərlərin heçə sayılması kimi qiymətləndirilməlidir. Özləri həmin toy məclislərinə alınan məhsullardan bişirilən heçnəyi yemirlər. İnsan həyyatını heçə sayan Nicat və onun qohumu Həci bunu rəhbərliyin məlumatı olmadan etməsi isə qeyri mümkün olan məslədir.

Z.Əliyeva 7 ildir bu restoranda işləyirdim lakin son vaxtlar restoran sanki bir iylənmiş leş ətlərin saxlanc yerini xatırladırdı. Üfünətli iydən dayanmaq olmur dözülməz iydə işləməkdə çətinlik çəkirdim. İrad bildirdikdə isə restoran müdirinin yaxın adamları dərhal üstümə qışqırır, burnunu hər şeyə soxma deyərək məni azarlayırdılar. Sonda isə iylənmiş məhsulara bildirdiyim iradlar məni işimdən etdi. Lakin mənim işdən hansı səbəbdən çıxarıldığım bildirilmədən sadəcə işdən qovuldum. Məni nöqsansız olaraq işdən azad edən "Çıraq Plaza" restoranın icarədarları əmək müqaviləmi kobud şəkildə pozmaqla hüquqlarımı tapdaladılar. Media vasitəsi ilə Ölkə rəhbərinə səslənərək tapdalanmış hüquqlarımın bərpa edilməsi və mənə dəymiş maddi mənəvi zərərin sahibkardan alınaraq mənə ödənilməsinin təmin edilməsini xahiş edirəm.

Ulutv.info xəbər verir ki, Restoranda işləyən işçilərin qeydiyyatsız yəni əmək müqaviləsi olmadan işlədilməsi halının mövcud olduğu məhs işdən çıxarılan əməkdaş tərəfindən məlum olur. Əmək müqaviləsiz işçi işlədən restoran hansı gücün sayəsində bunu etməsi isə tamamilə məlumdur. Aparılan araşdırmalarımızdan vəzifəli şəxsin olduğu iddia edilən bu restoran məhs həmin şəxsin titulundan istifadə etməklə bütün qurumlardan gələn yoxlamaları "şirinliklə" yola salmaqdadırlar. Bu Şirinlik isə qanuni ödənişlərdən yayınmağa gətirib çıxarmaqdadır.

Qanun pozuntularına və insan sağlamlığına qarşı təhlükənin siqnalını mediadan alacaq qurumların bu restoranda vəzifəli şəxsin adından onun nüfuzundan istifadə edənlərin cəzalanması üçün hansı addım atacaqlarını yaxın günlərdə sizlərlə bölüşəcəyik.

Son məqamda aldığımız məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin "Çıraq Palas" restoranında apardığı yoxlamalar nəticəsində restorana gətirilən ət məhsullarının sənətlərində problemlər aşkarlanıb. bir neçə gündür sənətləri təqdim edə bilməyən restoran icarəçiləri AQTA-a ilə problemin həli yollarını axtarmaqdadır. Həmçinin aldığımız məlumata görə işçilərin sağlamlıq haqqında heç bir sənətlərinin olmamasıda yoxlamada aşkar edilib. 50-yə yaxın şəxsin sağlamlıq arayışının alınması üçün çıxış yolu axtarılmaqdadır. bu sənətlərin hansı poliklinikadan verilməsini isə növbəti yazımızda sizlərə təqdim edəcəyik. Saxta yollardan istifadə edən iş adamlarının hansı yollarla milyonlar qazandığınıda sizə təqdim edəcəyik. //Ulutv.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ruslan-S" MTK “Azərsu” ASC-ni məhkəməyə verib


"Ruslan-S" MTK “Azərsu” ASC-ni məhkəməyə verib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, iddia müqavilələrdən (istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılır. İddia hakim Həlimə Əliyevanın sədrliyi ilə araşdırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mayda 10 gün iş olmayacaq

Mayda 10 gün iş olmayacaq.

Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. Gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Belə ki, 2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may da istirahət günüdür.

Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO