[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY


“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil.

“Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə alınıb. Lakin bu halda Türkiyə və Azərbaycanın sammitə dəvət olunmaması açıq şəkildə qərəzdir. Bundan başqa, qərarların qəbulu prosesində diasporların lobbiçilik səylərinin də rol oynaması mümkündür”, - pakistanlı ekspert bildirib.
K.Nəvab qeyd edib ki, beynəlxalq ictimaiyyətin regionun bütün ölkələri ilə qarşılıqlı əlaqədə olması vacibdir: “Bu, regional sabitliyin və demokratik dəyərlərin möhkəmlənməsinə töhfə vermək üçün lazımdır”.

“Bəzi ölkələrin “Demokratiya Sammiti”ndə iştirak etməməsi dialoq və əməkdaşlıq üçün əldən verilmiş fürsət kimi qiymətləndirilə bilər”, - K.Nəvab söyləyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavanşir Paşazadə: “Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir, gənc qızlar dəvət olunurlar”


Paytaxt ərazisində yaşayış binalarının zirzəmisində, yaxud birinci mərtəbəsində fəaliyyət göstərən gecə klubları, hotellər, müxtəlif iaşə obyektləri ilə bağlı narazılıqlar hər zaman olduğu kimi, bu gün də davam edir. Bu cür iaşə obyektləri yerləşən binaların yuxarı mərtəbələrində yaşayan sakinlər həmin obyektlərdəki səs-küy, kəskin qoxu, gecə saatlarına qədər davam edən musiqi səsindən narahatlıq keçirirlər.

Bakının Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 46d nömrəli binanın sakinlərinin vəziyyəti isə daha acınacaqlıdır. Belə ki, bu binada yaşayan sakinlərin sözlərinə görə, birinci mərtəbədə fəaliyyət göstərən “Nord-West” hoteli əxlaqsızlıq yuvasına çevrilib. Gecə saatlarına qədər hotelin həyətində davam edən səs-küy, nalayiq ifadələr, siqaret qoxusu sakinlərin dinc yaşayışına imkan vermir. Onlar bildirirlər ki, məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.

Mövzu ilə bağlı Pravda.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, dünyanın bir çox ölkələrində yaşayış binalarının aşağı mərtəbələri iaşə obyekti kimi fəaliyyət göstərir.
“Bura müalicə mərkəzləri, kiçik hotellər də daxildir. Azərbaycanda da turistlərin gecələməsi üçün fəaliyyət göstərən hotellər var. Qanunauyğun şəkildə, lisenziyalı fəaliyyət göstərən iaşə obyektlərinin olması normaldır. Əlbəttə, bu məsələdə milli mentalitetimiz, yerli sakinlərin rahatlığı da nəzərə alınmalıdır. Bəzi hotellərdə qeyri-qanuni hallara, əxlaqsızlığa yol verilir, gənc qızlar dəvət olunurlar. Sakinlərin gözü qarşısında bu cür halların yaşanması yolverilməzdir. Bu, ətrafdakı gənclərin gələcəyinə də mənfi təsir göstərə bilər.

İstərdim ki, aidiyyəti strukturlar lisenziya verərkən həmin obyekt sahiblərinin hansı işlə məşğul olmaları, obyektin yerləşdiyi ərazi və bu kimi məsələlərə həssas yanaşsınlar, diqqət etsinlər. Qanunamüvafiq qaydada iaşə obyektləri tez-tez yoxlanılmalı, lazımi tədbirlər həyata keçirilməlidir. Paytaxtda bəzi böyük məhəllələrdə yerləşən 18-20 mərtəbəli binaların aşağı mərtəbəsində kababxana açılır. Bu cür restoranlara xeyli sayda insan gəlir. Ətrafa qoxu yayılır. Bunun gecəsi-gündüzü var. Axı bu binalar yaşayış üçündür, orada körpə, yaşlı, xəstə insanlar yaşayırlar. Həmin obyektlərin gecə saatlarına qədər işləməsi sakinlər üçün narahatlıq yaradır. Bu, insanların şəxsi mülkündə istədikləri kimi yaşamalarına maneədir. Bir nəfərin qazancı, bir ailənin dolanışığı naminə xeyli ailə əziyyət çəkir. Təbii ki, hər şey yerində olmalıdır. Qanunlarımıza, mentalitetimizə uyğun fəaliyyət göstərilməlidir”, - deputat bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur

Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.

Syolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.
Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mixail Qusman ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO


TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın gənclik illəri sovet Bakısında Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə keçib.

Baku TV ilə söhbətində Mixail Qusman Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin həyatında böyük dəyişikliklərin başladığını xatırladıb.

Tanınmış jurnalist dünyanın onlarla ölkəsinin rəhbərlərindən müsahibə alıb, lakin ümummilli liderlə ilk görüşdən xüsusi hisslərlə danışır, həmin söhbəti son dərəcə vacib adlandırır.

Daha ətraflı Baku TV Ru-nun süjetində:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paytaxtın mərkəzi prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır.
“Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi xahiş edirik”, - DYP rəsmisi söyləyib.

A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabran sakini ACLIQ HƏDDİNDƏ... - "6 nəfərlik ailə necə dolansın?.."


Emin Qasımov Şabran rayon sakinidir. O deyir ki, ailəsininin ehtiyaclarını təmin etməkdə çətinlik çəkir.

Şikayətçinin sözlərinə görə ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, ona bir cavab verilməyib.

Dövlət Sosial Müdafiə Fondu Toplum Tv-nin sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda maddi-məişət şəraitinin müayinəsi aparıldıqdan sonra ailəyə ünvanlı sosial yardımın təyin olunması ilə bağlı müvafiq qərar qəbul veriləcək. //Toplum Tv/

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kənd icra nümayəndəsi və bələdiyyə sədri yoxa çıxıb” - NARAZILIQ VAR!


Oğuz rayonunun Ərmənət kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, məhz buna görə də, Xalxal-Ərmənət kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib.

Oğuz-Xalxal yolundan Ərmənət kəndinə gedən yolun uzunluğu 3 km olsa da, qısa olduğu qədər bu yolu qısa müddətə getmək mümkün olmur.

Çala-çuxur yollar həm insanların vaxtını alır həm də cibindən pulunu. Sakinlər deyirlər ki, yolun bərbad olması üzündən avtomobilləri tez-tez sıradan çıxır. Kənd sakini Ramil Əzizov deyir ki, Ərmənət kəndi turizm üçün cəlbedici olsa da yolların bərbad olması üzündən kəndə gələn yoxdu.

Qışda palçıq, yayda toz...

Sakinlər Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına tək çıxış olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt döşəmədiyini bildirirlər. Qeyd olunur ki, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yol daha keçilməz olur. Kənd sakini Malik Məlikov deyir ki, yolun təmiri həmişə özlərinin ümidinə qalır....

“Öz pulumuzla yola çınqıl tökdürürük. Asfalt vurulmadığı üçün yağış, qar yağan kimi dağılır. Hər il bu xərci çəkirik”.

Yoxa çıxan icra nümayəndəsi və bələdiyyə sədri

Kənd icra nümayəndəliyindən bildirilib ki, 3 km-lik yolun 1 km-i onların, 2 km-i isə yol istismar idarəsinin balansındadır. Həmin 2 km-lik hissəyə bişməmiş asfalt örtüyü sonuncu dəfə 90-cı illərdə döşənib. Yolun bərpası ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb. Ona görə sakinlər hər il kənd daxili 1 km-lik yolu öz vəsaitləri hesabına bərpa etmək məcburiyyətində qalırlar.

Kənd sakini Aydın Babayev deyir ki, hər dəfə məsələ qaldırılanda kənd icra nümayəndəsi və bələdiyyə sədri yoxa çıxır.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 11 saylı Yol İstismar İdarəsindən bildirilib ki, 3 km-lik Xalxal-Ərmənət yolunun 2 km-i onların balansındadır və mütəmadi olaraq təmir-bərpa işləri aparılır. Sadəcə havaların əlverişsiz keçməsi nəticəsində Ərmənət kənd yolunda müəyyən çalalar yaranıb. Həmin yol 2023-2025-ci illərin İnvestisiya Planına salınıb və əsaslı bərpası nəzərdə tutulur.
Bizim.Media

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO