[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda buraxılış imtahanı bitmədən cavab kartları toplanılıb... - NARAZILIQ VAR!


Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini Nəcəfli Teymur Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi qeyd edir ki, martın 12-də Şərur rayonu, 2 nömrəli məktəbdə buraxılış imtahanı verərkən, içəridəki müəllimə imtahanın sonuna yaxın vaxtın bitməsinə 15 dəqiqə qaldığını elan etsə də, 2 dəq sonra vərəqələr toplanıb:

“Qadın müəllimə imtahanın bitməsinə 15 dəqiqə qaldığını bildirəndə fikirləşdim ki, 15 dəqiqə vaxt az müddət deyil, cavabları qeyd edə biləcəm. Lakin 2 dəqiqəq keçmədi ki, 8 dəqiqə vaxt qaldığını dedi və bu an qapı açıldı, nəzarətçi içəri daxil oldu. O, əsəbi şəkildə vərəqləri əlimizdən aldı və mənim kimi bir neçə şagird narazılığımızı bildirdik.

Vərəqlər əlimizdən alınandan 6-7 dəqiqə sonra bizə zaldan çıxmaq üçün icazə verdilər. Həmin günü bizim öz stress və qorxumuz onsuz da bizə bəs edirdi. Nəzarətçilərin bizlərlə kobud davranması, əlimizdən kağızı dava-qalmaqalla alması düzgün deyildi. Həmin vaxt mən ən azı 3 sualımın cavabını işarələyə bilərdim.

Yoxlanış olsa kameralardan açıq-aşkar görünər ki, mən həlllərini etmişdim, sadəcə kodlaşdırmanı qeyd edirdim.

Əsəbimdən gözlərim doldu, diqqətlərinə çatdırdım ki, axı müəllimə bizə dedi ki, 8 dəqiqə var, icazə verin cavab kartında qaralamanı edim.

Həyətə çıxan kimi atama olanları danışdım. Atam polisə yaxınlaşaraq iradını bildirdi və protokol tərtib edilməsini xahiş etdi. Əgər bu məsələ aydınlaşdırılsa, hər şeyin ortada olduğunu görəcəklər.

Sizdən xahiş edirəm, bizim bu problemimizi işıqlandırın”. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Anarla bağlı - Sərəncam


Prezidenti İlham Əliyev Xalq yazıçısı Anarla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən gün Anarın 85 yaşı tamam olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI... - üç aydır maaşlarının verilməməsinə etiraz edirlər


Naxçıvanda "Arkoz Holdinq"ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb. Bura Daş Məhsulları Sənaye Kompleksi, Bellissa Mebel Fabriki, Plastik Məhsulları İstehsalı və digər müəssisələr daxildir. Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.

DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a tətilə qoşulan fəhlələr məlumat verib. Onlar bildirir ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Adıçəkilən holdingin əvvəlki adı „Gəmiqaya“ olub və Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymurun nəzarətində olub. Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra şirkətin adı "Arkoz Holdinq"lə əvəzlənib və türkiyəli işadamı Emin Uçar bura rəhbər gətirilib.
Tətilçilərdən Naib Məmmədov deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu görməyiblər:
“Əvvəl də maaşlarımız gecikib. Ancaq, ilk dəfədir ki, 3 aydır maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də əhəmiyyət verən olmayıb. Nəhayət son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işələməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.
Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:
„Bizi işdən çıxarmaqla, həbslə hədələyirlə. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığışıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik“.
Fəhlələrin kütləvi tətil etməsini „Arkoz Holdinq“dən də təsdiq etdilər. Holdingin adının çəkilməsini istəməyən əməkdaşı „Gündəlik Naxçıva“a bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:
“Maaşların 3 aydır verilməməsinə görə, işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söy verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər ”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Subsidiya kartlarında yaranan qalıq vəsaitlər kimlərin işinə yarayır? -"Aqroservis" ASC-nin sədri üçün uyarı


Bir sıra bölgələrdə kart alveri gedir.Böyük təsərrüfat sahibi olan toxumçu fermerlər kartlarında olan məbləğləri bəzən nəğdiləşdirmək məqsədilə 50 faizlik sövdələşməyə razı olurlar.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə,bir sıra rayonlarda o cümlədən qərb bölgəsində istifadəsi gübrə alışı üçün nəzərdə tutulan kartlarda olan vəsait 50-50% nisbətində nəğdiləşdirilə də bilinir.Burada kartdakı vəsaiti alan və ya bunu ikinci şəxsin əli ilə əldə edən tərəfin gəlir əldə etməsi istisna edilmir.

Azot və digər gübrə fermerə,islahat torpaq sahiblərinə dövlət qiymətinə satılırsa,buradan müdiriyyətə (“Aqroservis” yerli bölmə rəhbərləri nəzərdə tutulur) gəlir qalmır.Say hesabı alınan və anbara mədaxil edilən gübrənin satış zamanı dövlət qiyməti sistemə vurulandan sonra alan tərəfə verilir.Amma böyük toxumçu fermerlərə,islahata gedən torpaq sahiblərinə azot,şumaltı gübrələr və digər dərman növləri verilməyəndə və ya gecikdiriləndə başqa-başqa şəxslərə satıla bilir.

Alınan kartdakı məbləğ bu zaman istifadə edilə bilir.Məsələn,böyük təsərrüfat sahibi hesab edilən toxumçu fermer kənd təsərrüfatlı təyinatlı kartından çıxardıb xərcləyə bilmədiyi 4000 AZN vəsaiti nağd 2000 AZN-ə satır.Yəni bayaq yuxarıda qeyd etdiyimiz kimi 50-50% nisbətinə.Kartları alan tərəf isə istənilən şəxsə digər tərəfdən nəğdi pula satdığı gübrə və dərman peraparatlarına görə sistemə oturdulacaq gübrənin pulunu,yəni anbar qalığını aldığı kartdakı 4000 AZN-dən bağlayır.Alınan kartdakı ümumi məbləğ "realizə" olunada kartı alan tərəf 2000 pul qazanmış olur.Nəticədə kartı satan və alan tərəfin hər ikisi 50-50% nisbətində qazanclı çıxırlar.
Belə kartlardakı məbləğlər isə taxıl subsidiyasının verildiyi dövrdə yaranır.NECƏ?
Bildiyiniz kimi,1 hektar buğda sahəsinə görə 220 AZN subsidiya verilir.Normalda bir şəxsə düşən torpaq sahəsini 0,37 hektardan götürsək, 0,37x220=81AZN edir. Bu məbləğin 25%-i, yəni 20 manatı kart üzərindən nəğd çıxarılır.Subsidiyanın 0,37 hektara görə verilən 75%-i isə gübrə şəklində verilir. Deməli,yuxarıda qeyd etdiyimiz 81-20=61AZN.

Subsidiya kartında olan 61 manata isə yaxşı halda1azot gübrəsi düşür.Kartda 20 AZN qalıq qalır.

Kartlarda qalan vəsaitlərdən isə məbləğlər yaranır və bunlardan da kimlərsə bəhrələnir,bir çox fermerlər,islahata gedən torpaq sahibləri gübrəni vaxtında alıb, torpağa səpib yüksək məhsuldarlıq əldə edə bilirlərmi,bu isə...nə isə.

FAKTİNFO.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Geofizika və geologiya idarəsində TƏFTİŞ ZƏRURƏTİ - KİMLƏR NARAHATDIR?


Geofizika və Geologiya İdarəsində cərəyan edən neqativ olaylara "yuxarıların" diqqət etməsi bir yana, müdaxiləsi zərurətə çevrilib. DİA.AZ bildirir ki, bu barədə açıqlanan faktlar belə deməyə əsas yaradır. Elə məsələni diqqətdə saxlayan tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da eyni fikirdədir və təqdim etdiyi faktların yoxlanılmasını da tələb edir.

M.Qəhrəmanlı yazır: "SOCAR Geofizika və geologiya idarəsindən korrupsiya gümanlı məlumatlar daxil olmaqda davam edir. Araşdırılmasına ehtiyac duyulur. Bəlkə yazılanlar doğrudur?..

***

Daxil olan məlumatda bildirilir ki:
-Geofizika və geologiya idarəsinin kəşfiyyat geofizika bölümünə A -yunit və kabellər alınıb ilin əvvəlində alınan kabellər işlənmişdir təəcüblü məsələdir ki oğurlanan kabellərdə işlənmiş idi.1000 ədəd alınıb itən kabellərin üzərindəki kodlar sənədlərdə olmalıdı yeniləri ilə tutmuşdurub yoxlamaq olar.
Yeri gəlmişkən deyim Mirvari xanım bu məlumatlar sizə yazıldiqca cox admları sıxılar artıq bu gün də Bölümlərdə bir necə nəfəri caqırıb sorğu sual edirlər ehtiyac duyularsa podratçıların nömrələrin təqdim edə bilərik.
- GGİ lə bağlı yazılanlardan sonra bölüm rəisləri Azad Rzayev və Dadaş Həsənov yazıyla bağlı kimnən şübhələnirlər onları otaqa cağıtdirib söhbətlər edirlər
Məlumat üçün bildirim ki Elcin Şirinovun ƏMTT üzrə müavini Elxan Ələsgərovunda yoldaşı bir müddət əvvəl ixtisara düşmüşdü onuda yenidən KGİB bölümünə işə qəbul etdilər bundan əlavə Ələsgərovun oğlunu da MGİB də işə düzəldildi bir ailədən 3 nəfər idarədə işləyir ancaq evdə tək işləyənlər ixtisara düşdülər".

***

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə vətəndaşın başına BELƏ OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?


Gədəbəy rayon Arıqıran kəndində Xəyalə adlı xanım illər əvvəl(təxmini 3-4 il) Gədəbəy rayon Arıqıran kənd icra nümayəndəliyinə işsizliklə bağlı müraciət edib. İcra nümayəndəsinin müavini Ədalət Musayev onu işə düzəldəcəyini bildirib. Xanımdan lazımı sənədləri götürüb və ona Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunacağını deyib. Bir müddət sonra Ədalət Musayev xanımın sənədlərini geri qaytarıb. İşin düzəlmədiyini bildirib.
Bu il Xəyalə xanım işsizliklə bağlı Dövlət Məşğulluq Agentliyinin Gədəbəy rayon şöbəsinə yaxınlaşıb. Həmin idarədə xanıma bildiriblər ki, bəs sən işsiz deyilsən. 3-4 ildir ki, sizin işiniz və adınıza kartınız var.
Yekunda məlum olub ki, illər əvvəl Ədalət Musayev xanımın sənədlərini alanda, onu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının keçmiş müdiri Yusif Murquzov ilə əlbir olaraq işlə təmin ediblər. Lakin xanıma iş olmadığını deyiblər və maaş kartını verməyiblər. Kart həmin vaxtdan indiyə kimi Ə.Musayevdə, yaxud Y.Murquzovda olduğu bəlli deyil. Bəlli olan odur ki, illərdi Xəyalə xanım maaş alır, lakin başqaları mənimsəyir.
Xanım adına olan kartla bağlı dəfələrlə bağlı Kapital Bankın Gədəbəy rayon filialına yaxınlaşsa da, ona heç bir məlumat verilməyib. Adına olan karta giriş-çıxış barədə heç bir məlumat və sənəd verilmir. Tək rekvizit təqdim edilib. Görünür, Ədalət Musayev, Yusif Murquzov bu işi Kapital Bankla əlbir edib.
Qeyd edim ki, vətəndaşın imzası yaxud etibarnaməsi olmadan onun adına olan bank kartını digər bir vətəndaşa vermək qanunla qadağandır.
Hətta, Kapital Bankın Gədəbəy rayon filialında övaldın katını anaya vermədiyinin şahidi olmuşam. Lakin Ədalət Musayevlə Yusif Murquzovun əlbir pul mənimsəməsinə şərait yaradır. Vətəndaşın kartını məmurlara həvalə edir. //sarkazm.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın-Xankəndi yolundakı aksiyanın 94-cü GÜNÜ


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 94 gündür davam edir.

Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”


Xəbər verdiyimiz kimi, martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Görüşdə “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Bu, “Knauf” rəsmisinin Prezidentdən xahişi ilə bağlı olub:

Uve Knotzer: Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.

Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?

Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.

Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.

Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.

Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.

Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.

Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.

Uve Knotzer: Bu, başqa məsələdir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO