[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qalmaqallı “İnvestAz” şirkətinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı investisiya fondunun idarə edilməsi ilə məşğul olan “İnvestAz Asset Management” MMC-nin lisenziyasını ləğv edib.

Bununla ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb.

Hazırda bu sahə üzrə yalnız “AzFinance Asset Management” MMC lisenziyaya malikdir.

Xatırladaq ki, lisenziyası ləğv edilən qalmaqallı “İnvestAZ” şirkətinin 2 il öncə Türkiyədə səs-küylü məhkəmə çəkişməsi də olmuşdu. Şirkət rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcana qarşı türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında cinayət işi açılmışdı.

1 milyon dolları mənimsənilən iş adamı Türkiyə mətbuatına açıqlamasında qeyd etmişdi ki, “İnvestAZ”da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. İş adamı bununla bağlı Bakıya gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər də etmişdi.

Pulu mənimsənilən Y.Akgünün İstanbul Prokurorluğuna şikayətindən sonra “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akca barəsində cinayət işi açılmışdı.

İstanbul Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edən ərəfədə adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsə də, prokuror Elşən Quliyev, Ceyhun Abdullayev və Ümid Akcanın həbs edilməsini, onlar barəsində 13-17 il arası həbs hökmünün çıxarılmasını istəmişdi.(Tribunainfo.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Almaniyaya getdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.

Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdakı silahlı insidentə görə saxlanılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil" - Nazir

"Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci ildə təsdiq olunan təhsil standartında var idi".

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər:

“2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq martın 15-dək respublikanın bəzi ərazilərində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının köməkçisi özünə niyə qəsd edib? - Atasından açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev "Unikal"a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:

"Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı".

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
” Urmedhelp” MMC-nin direktoru həbs edildi - TƏFƏRRÜAT

Ötən həftə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri, Şəki rayonun Cumakənd kənd sakini İsayev Vüqar Mahmud oğlu, 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Fərman oğlu Nuriyev, Qəbələ rayonundan olan Nəsmiyev Tural Cənnət oğlu tərəfindən Prezident İlham Əliyevə və bir sıra aidiyyatı dövlət qurumlarına ünvanlanmış müraciəti yaymışdıq. Müraciətdə şikayətçilər “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova tərəfindən aldadıldıqlarını bildirir və uşaqlarının əməliyyat olunması üçün ona ödədikləri pulların geri qaytarılmasını tələb edirdilər. Müraciət şikayətçilər tərəfindən hüquq mühafizə orqanlarına da göndərilmişdi.

Şikayətçilər tərəfindən redaksiyaya verilən məlumata görə şənbə günü Nuridə Seyidova Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıb. İş üzrə şikayətçilərin də izahatları alındıqdan sonra Nuridə Seyidova saxlanılıb.

Verilən ən son məlumata görə bu gün saat 14 radələrində Nərimanov rayon Məhkəməsində Seyidova Nuridə Məmməd qızının barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Məhkəmədə Nuridə Seyidova pulları başqasına verdiyini iddia edib.

Xatırladaq ki, Nuridə Seyidovadan şikayət edənlər 18 nəfərdir. Bir ildən çox vaxt ərzində vətəndaşlar xəstə uşaqlarının xaricdə əməliyyat olunması üçün ona cəmi 304 000 ABŞ dolları pul ödədiklərini bildirirlər. Amma buna baxmayaraq son 1 il 4 ay ərzində Nuridə Seyidova kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Onun həbsindən sonra şikayətçilərin artması ehtimalının olduğu da söylənilir.Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “oklad” DAVASI

Bir müddət əvvəl Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi. Əvvəlki baş həkim Firdovsi Sarıyev isə xəstəxanaya direktor vəzifəsinə təyin edildi.

E.Hüseynov 20 ildən çox hərbidə həkim kimi çalışıb. Kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 20 ilə kapitan olmaq da hər zabitin işi deyil.
TƏBİB-in, İcbari Tibbi Sığortanın və qismən də Səhiyyə Nazirliyinin birgə yaratdığı qanuna əsasən xəstəxanalarda idarəetmə baş həkim aiddir. Lakin baş həkimə nəzarət direktorun səlahiyyətinə daxildir. Məsələn, baş həkim kimisə işdən azad etmək üçün direktora təqdimat verir. Yekun qərarı direktor verir. Direktor isə baş həkimin işinə tam müdaxilə edə bilmir. Bir sözlə qarışıq bir daxili nizamnamə yaradılıb.
Uzun müddət hərbi sistemdə çalışan Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasında hərbi qanunlar formalaşdırmağa çalışır. Əhaliyə və xəstəxana əməkdaşlarına divan tutur. Hərbi komandir əsgəri ayaqüstə saxladığı kimi E.Hüseynov da işçiləri və vətəndaşları ayaqüstə saxlayır. Hətta, bundan həzz alaraq ayağını ayağının üstünə qoyaraq damağına da bir siqaret qoyur. Dövlətin Etibar həkimə verdiyi xidməti otaqda çayxana abu-havası yaradır. Vətəndaş da siqaretin qurtarmasını gözləyir ki, bəlkə işi düzələ.
Xüsusilə qeyd edim ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 60-dan çox həkim çatışmazlığı var. Universitet bitirən həkimlər relyefinə, şəraitinə, mərkəzdən uzaq olduğuna görə Gədəbəydə işləmək istəmirlər. Fürsət tapan qaçır. 60-dan çox həkim çatışmayan xəstəxanada eyni işləri 40 həkim görür. TibbinTəcili Yardıma növbəyə çıxan, Hərbi Həkim Komissiyasında xidmət edən, Tibbi Sosial Ekspertiza Komissiyasının üzvləri, sahə həkimləri, kəndlərin baş həkimləri, gündəlik insanlara xidmət göstərən eyni adamlardır. Yəni, həkim çatışmazlığından bir neçə vəzifəni bir həkimə tapşırıblar. Belə olan halda həkimlərin əksəriyyətinə məvacib “oklad”(maaş) yarım yazıılır. Yəni, həkimin maaşı 400 manatdırsa, əlavə xidmətlərə cəlb olunduğuna görə, aldığı maaşın yarısı qədər də əlavə verilir. 400+200 fomatında.
Yeni baş həkim E.Hüseynov yarım “oklad”ın kəsilməsi üçün direktora təqdimat yazır. Xəstəxananın direktoru Firdovsi Sarıyev də təqdimatı müsbət qiymətləndirirək bütün yarım “oklad” alanları kəsir. Baş həkim də daxil. Bu zaman həngamə başlayır. Etibar Hüseynov özünün yarım “oklad”ının kəsilməsinə göz yummur. Direktordan bərpasını tələb edir və bacarır da. Yekunda yarım “oklad”ı kəsilən həkimlər və baş həkimin yarım “oklad”ı bərpa edilir.
Sual yaranır ki, damağında siqaret otaqda pöhrələnən baş həkim yarım “oklad” almalıdır, amma sahələrdə, kəndlərdə, 3-4 vəzifə tapşırılan həkimlər yarım “oklad” almamalıdır. Niyə də niyə?
Bu azmış kimi Etibar həkim öz adamlarına nömrəli pul verərək həkimlərin qəbuluna göndərir. Hansı həkim alarsa, torbası hazırdı. Sanki əsgərlikdə “dedovşinalar” yeni gələn “maladoyların” pulunu almaq üçün taktika işlədir.
Eyni zamanda bülleten və göndəriş(naprableniya) məsələsində xəstələrə büokratik əngəl yaradır.
Həftənin hər 5-ci günü xəstəxananın iclasında həkimlərlə qırğına çıxır.
Qeyd etdiklərim olanların bir qismidir. Baş həkimin hoqqalarına tap gətirməyən 10-a yaxın həkim qonşu rayonlarda iş axtarırlar. 60-dan çox həkimi çatışmayan və cəmi 40 həkimi olanda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaxınlarda baş həkim Etibar Hüseynov, direktor Firdovsi Sarıyev, bir də qapıdakı mühafizəçi qalacaq.
Görünür, Etibar həkim xəstəxanada ya hərbi rejim yaratmaq istəyir, ya da verdiyini(ola bilər vəd verdiyini) çıxartmağa çalışır.
Xüsusilə bildirim ki, kimsə düşünər və deyə bilər ki, Etibar Hüseyov hərbidə vicdanla xidmət edib. O adama E.Hüseynov adı keçən məhkəmə sənədi göstərə bilərəm və sübut edərəm ki, vicdanlı xidmət belə olmur.sarkazm.az

DOST 1 milyon manata ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsiylə bağlı tenderin qalibi Səfərova Sahibə Paşa qızı olub. DOST Sahibə Səfərovaya məxsus qeyri yaşayış sahəsini 17 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min 58 manat) ödəyəcək.Yeniavaz.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO