[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şeyxdən Hacı Şahinlə bağlı paylaşım

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün ürəktutmadan dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib.

Şeyxülislam sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib.

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”, - Allahşükür Paşazadə qeyd edib.
Şeyxdən Hacı Şahinlə bağlı paylaşım

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”


“Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”.

Bu fikri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO/CANLI YAYIM


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

09:27

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

PhotoStock.az-ın vida mərasimindən çəkdiyi fotoları təqdim edirik:
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO/CANLI YAYIM
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO/CANLI YAYIM
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO/CANLI YAYIM
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Daha çox şəkil burada: PhotoStock.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir - Canlı


Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir.

Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramov Gəncəni NECƏ XARABA QOYUR... - VİDEOFAKT


Gəncə şəhərində ərazisində “Qanunsuz küçə ticarəti”nin qarşısının alınması məqsədilə hansısa nəzarət-profilaktiki tədbirlər keçirilirmi?
Gəncə şəhərinin giriş-çıxışları ,mərkəzi küçə və prospektlərində piyada səkiləri işbazlar tərəfindən zəbt edilməsini hər gün müşahidə edirik.Amma nədənsə müvafiq orqanlar eləcədə icra hakimiyyətinin bu sahəyə məsul olan şəxsləri bu haqda heç bir tədbir görmürlər. Şəhərdə İctimai asayişin qorunmasında bir başa məsul olan polisin paturul naryadları hara baxır? Bəlkə polis səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlayıb onlara İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib etməyi öyrətmək lazımdır?

Gəncə şəhərinin giriş hissəsində nəqliyatın hər iki tərəfdən hərəkətini məhdudlaşdıran “daş bazarı”da yaradıblar.
Redaksiyamıza videofakt göndərən şəxs iddia edir ki, bu daş yüklü kamazlar hər gün post paturul xidmətinə dayanma-durmaya görə 3 -5 manat pul ödəyirlər.
Redaksiya olaraq inaırıq ki, Gəncəni auşuna alan “Qanunsuz küçə ticarəti”inə dur demənin tam zamnı çatıbdır.
Həm də onu qeyd edəki, Gəncə Beynəlxalq Avtovağzalının girişində post paturul Xidməti özünə “gestapo” postu qoymaqla vağzalın fəaliyyətini tam iflic edib desək yanılmayın.Bəli bu əslində belədir.
Bu avtovağzaldan sərnişinlə çıxan sürücülər də gündəlik haqqa otuzdurulduğu bildirilir.Bəlkə vəzifəli məmurlar bilmirlər ki, bu cür hərəkətlər sərgiləmək bir başa vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər cinayətlərə sövq edilməsi deməkdir?
Gəncənin daş bazarı və küçə ticarətini əks etdirən videosüjeti təqdim edirik:

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ay `Home Baku` MTK, yolumuzu NİYƏ BAĞLAYIRSAN?" - NARAZILIQ VAR!


"KSML" MMC və HOME (HOM) Baku MTK tikinti şirkəti arasında baş vermiş mübahisə çəkişmələri barədə dəfələrlə ictimaiyyətə məlumat vermişik. Amma, çox təəsüfflər olsun ki, bu məsələ hələ də öz həllini tapmır, əksinə qarşı tərəf demək olar "KSML" MMC-yə qarşı təziqləri daha da artırıb.

"KSML" MMC-nin hüquqi nümayəndəsi Mübariz Məsimoğlu bildirir ki, aidiyyəti qurumlar üzrə xeyli sayda muraciətlər etmələrinə bamayaraq hələ ki, heç bir muraciətə cavab ala bilməyiblər. Hələ üstəlik müdafiə etdiyim şirkətin yolunu bağlayaraq böyük bir müəssisəni iflic vəziyyətə salıblar. 2002 ci ildən özələşdirilən müəssisə işləyə bilmir. Başımıza min bir oyun açırlar.

Ona görə ölkə başçısından və digər aidiyyəti qurumlardan bir daha xahış edirik ki, bu məsələni nəzarətə götürsünlər. Burada millyonlarla korrupsiya maxinasiyyası halları baş verib. Türkiyədə zəlzələ baş verəndə məlum olundu ki, bu cür binaların istsmara qəbul edilməsi gələcəkdə burada yaşayan insanlar üçün açıq-aşkar təhlükədir.

2018-ci ildə prezdentin verdiyi sərəncama əsasən göstərilir ki, bu binalar bu cür yaxın-yaxın təhlükəli formada tikilməməlidir. Gələcəkdə bu binada yaşayan sakinlərin uşaqları harda oynayacaq? Sağ tərəf müəssisə, qabağ tərəf yox, arxa tərəf yox burada yaşayan insanların aqibəti nece olacaq? Biz hüquq-muhafizə orqanlarından xahiş edirik ki, bu binalar tikiləndə burada olan korrupsiya faktına və sənədlərin saxtalaşdırma hallarına cavab versinlər.

Video çıxışın sonunda "KSML" MMC-nin rəsmi nümayəndəsi Mübariz Məsimoglu qeyd edir ki, sona kimi hüquqi müstəvidə mübarizə aparacağıq. Biz Amerikaya getməli deyilik ki? Dövətimiz var dövlətin rəhbər şəxsləri var, biz onlara muraciətlərmizi etmişik edirik edəcəyikdə, dövlətin qanunlarına güvənirik bu məsələnidə qanunlarla həll etməyə çalışırıq. Cavab verənə kimi müraciətlərimizi edəcəyik, ömrümüzün sonuna kimi ölənə qədər mübarizə aparacağıq qoy bu binada gəlib yaşayan insanlarda təhlükədə qalmasın. Dövlətdən oğurladığı pulları, da gətirib dövlətə qaytarsınlar, bizim pozulan hüquqlarımızı da araşdırıb bərpa etsinlər.

Konstitusiya hüququmuz var... müraciət etmək hüququmuz var... Bundan da istfadə edirik... biz nə deyirik ki? Deyirik, ay HOME (HOM) Baku MTK tikinti şirkəti bizim əsas yolmuzu niyə bağlamısan? Bu müəssisəyə böyük maşınlar gələndə haradan giriş çıxış edəcək? Bundan sonra bu müəssisə necə işləyəcək? Bu qədər insanların işlədiyi müəssisəni niyə məhv edirlər" deyə sonda Mübariz Məsimoğlu bildirib

Daha geniş videoreportajı təqdim edirik:

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekoloji cinayətə son! - Aksiyanın 81-ci günüdür


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 81 gündür davam edir.

Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Şahin qəfil VƏFAT ETDİ


Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli dünyasını dəyişib. 

Bu barədə onun rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Yaxınlarının verdiyi məlumata görə, Hacı Şahin ürəktutmasından vəfat edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Ağ şəhər` sakinlərinin QARA GÜNLƏRİ - İcazə olmadan vətəndaşın EVİ SÖKÜLÜR...


Bu yarıqaranlıq otağa toplaşanlar Ağ şəhərdə yaşayan bir qrup sakindir. Uzun zamandır məskunlaşdıqları ərazidə dövlət lahiyəsi çərçivəsində tikinti işləri aparılır.

Tikinti işlərinə Xətai rayon İH-nin nümayəndələri rəhbərlik edir. Onlar qiymət məsələsində İcra Hakimiyyəti ilə razılaşa bilmədiklərindən yaşadıqları evlərdən çıxmaq istəmirlər. Sakinlərin sözlərinə görə, evləri tərk etsinlər deyə arada işığı, suyu kəsirlər.

Fərhad Əliyev də evindən çıxmaq istəmir. Amma deyir, Xətai rayon icra hakimiyyətinin nümayəndələri evini ondan icazə almadan sökməyə başlayıblar.

Dilarə Əhmədova DA yaşadığı mənzili göstərib, ona təklif edilən məbləğin azlığından gileylənir...

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər üzrə şöbə müdürü Pənah İmanov Toplum TV-yə bildirib ki, vətəndaşlar sadəcə fürsətdən istifadəyə, daha çox pul almağa çalışırlar. Onun dediyinə görə, İcra Hakimiyyəti Ağşəhər sakinlərinə evləri qarşılığında yaxşı məbləğ təklif edib:

“O yekəlikdə lahiyə onlara görə qalıbdır. O vaxtları 340 min nə qədər idi, indi 614 min pul ödənilir, vəssalam. Biz dövlət olaraq həmişə vətəndaşın yanındayıq. Amma vətəndaş da fürsətçilik eləməməlidir axı. Gəlib orada toplaşırlar, bax beləcə, nə bilim, gündə bir şey çıxarırlar. Başa düşdünüz məni? Yəni, budur söhbət.”

Zahid Nağıyev də razılığı olmadan evi sökülənlərdəndir. Deyir ki, o, Ağ şəhərin hələ “Qara şəhər” deyə adlandırıldığı zamanlardan burada məskunlaşıb:

“2021-ci ilin. Fevral ayının birində qanunsuz olaraq, yəni, nə məndən icazə alıblar, nə də ki, xəbərdarlıq ediblər. Deməli, xətai ih, təxminən 20-25 polis işçisi ilə gəlib mənim evimi söküblər. Sökdülər deyəndə ki, dağıtdılar evi. Evdə iki azyaşlı qız uşağı var idi.”

Polisin ev söküntüsündə İcra Hakimiyyətinə köməyi hansı səviyyədə və necə olub? Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev deyir ki, polis əməkdaşları hər hansı qanunsuz addım atmayıblar. Sadəcə, söküntü işləri zamanı vətəndaşların təhlükəsizliyini qoruyublar.

“Ağ Şəhər” sakinlərinin sözlərinə görə, haqqlarının bərpası üçün bütün hüquqi prosedurlara baş vuracaqlar.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşdən çıxarılan rəisi Vasif Talıbovla nə bağlayır?


Naxçıvan Muxtar Respublikası (MR) Sədərək Gömrük Postunun keçmiş rəisi Nicat Mahmudov sabiq Ali Məclis sədri Vasif Talıbovun yaxın çevrəsinə daxil olan şəxslərdəndir.

Qaynarinfo xəbər verir ki, bu gün vəzifədən azad olunan Nicat Mahmudovun bu vəzifəyə təyinatında da keçmiş Ali Məclis sədrinin müstəsna rolu olub. Məlumat üçün deyək ki, o, bu posta 2018-ci ildə təyin edilib.

Nicat Mahmudovun qardaşı Rifat Mahmudov isə “Naxçıvanbank” ASC Müşahidə Şurasının üzvlərindən biri idi. Bəzi iddialara görə, o, bankın səhmdarları sırasında da yer alır.

Vasif Talıbov işdən çıxarılan kimi “Naxçıvanbank” ASC-də “təmizləmələr” başladı. Bu prosesdə Rifat Mahmudov da ilk işdən çıxarılanlardan oldu.

İddia olunur ki, Nicat Mahmudovun işdən çıxarılmasından sonra Sədərk Gömrük Postunda yoxlamalara başlanılacaq.

Qaynarinfo bir neçə gün əvvəl məlumat yaymışdı ki, Dövlət Gömrük Komitəsinə sədr təyinatından sonra qurumda ciddi islahatların həyata keçirilməsi gözlənilir. Nicat Mahmudovun işdən çıxarılması prosesin başlanğıcı hesab edilə bilər.

Qeyd edək ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.(Qaynarinfo)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO