[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Baş Gömrük İdarəsinin iki əməkdaşı işdən çıxarılıb - Kimlər hara getdi?


Naxçıvan Baş Gömrük İdarəsinin iki əməkdaşı vəzifədən uzaqlaşdırılıb.

İdarənin kineloji şöbəsinin rəisi Hüseyn Paşayev və baş inspektor Nicat Quliyev işdən azad olunublar.

Qeyd edək ki, bir müddət öncə idarənin əməkdaşları sərəncama götürülmüşdülər.

Eyni zamanda, sərəncama götürülən Culfa Gömrük Postunun rəisi Namiq Quliyev də vəzifəsindən azad olunub. O, Naxçıvan Karqo Terminal gömrük postuna baş inspektor vəzifəsinə təyin olunub. //APA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hat Medicine" klinikasında müştəriyə qarşı dələduzluq... - Şikayətçi prokurorluğa üz tutur...


Azad İstehlahçılar birliyinin Sədri Eyyub Hüseynova

Bakı ş Binəqədi r. Şövkət Məmmədova k. 31/97 bina 1 mənzil 31 ünvanında yaşayan
Nərmin Əhədli tərəfindən

Şikayət ərizəsi

Hörmətli Eyyub bəy,

Mən Əhədli Nərmin Səyyad qızı sizə yazıb bildirmək istəyirəm ki, 2022- ci il 27 dekabr tarixində Yasamal rayonu Həmidov küçəsində, Hat Medicine klinikasının tərkibində yerləşən ofisində Nuray Məmmədli adlı kosmetoloqun qəbulunda oldum. Nuray xanım(+99455 265 86 36) tərəfindən razılaşdığımız üzrə Botoks proseduru etdirdim və xanımın qeyd etdiyinə əsasən 15 gün müddətinə nəticəni alacaqdım. (Bu arada qeyd etməliyəmki ödəniş etdiyimə baxmayaraq heç bir çek verilməyib. Kartla Nuray Mamadlinin şəxsi kart adresine ödəniş etdim və ödənişimin məbləği isə 200 AZN təşkil etmişdir.) Bu müddət ərzində heç bir nəticə əldə etmədim hansı ki öz xidmətini tərifləyərək mənə öncədən vədlər etmişdir alnım və qaş arasındakı qırışım15 gün müddətinə gedəcək.( hansıkı bariz şəkildə yerindəri) Ona 15 ci günün sonunda nəticə olmadığını bildirdim, o isə bunun növbəti günlər ərzində düzələcini qeyd edərək onun yanına yaxınlaşmağımı istədi və o isə ailəsində probləmlər olduğu üçün bu prosesi gecikdirərək məsələni uzatdı və heç bir geri donuş etmədi. Növbəti 10 gün keçməyinə baxmayaraq xanımdan zəng gəlmədi. Mən də buna əsasən ondan ödənişimin geri qaytarılmasını telefon vasitəsi ilə tələb etdim. Xanımla hörmət çərçivəsində həll yolu tapmağa çalışsaqda laqeyd yanaşmasına görə bu bir çözüm yolu olmadı. Buna görədə ondan zərərimin qarşılanmağını və ödənişimin geri qayatrılmağını tələb etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilmirəm, bundan əlavə xanıma göndərilən şəkillər vasitəsi ilə özüdə heç bir nəticə olmadığı ilə razılaşaraq və mənim pulumu geri qaytarmağı öz öhtəsinə götürdü. Lakin sonradan müxtəlif səbəbləri əsas gətirərək pulu qaytarmaqdan yayınmağa çalışdı. Xanimin istifadə etdiyi preparatın orijinallığınada şübhə edirəm bu preparatın tərkibinin sağlamlığıma belə zərər vura bilməsi məni narahat edir və bunu özümə dələduzluq kimi qəbul edirəm və başqa şəxslərin də dələduzların qurbanı olmasını isdəmirəm. Mende olan məlumata görə Nuray Mammadlinin kosmetoloji xidmət göstərdiyinə dair heç bir lisenziyası yoxdur. Hal hazirda xanim öz şəxsi profilində paylaşdığı informasidan malum olur ki o indi Vafa klinikada çalışır. (0552551019) Sizdən yazıb çox xahiş edirəm ki mənim pozulmuş istehlahçı hüquqlarımın bərpasında yardımçı olasınız, 200 AZN məbləğindəki ödənişimin geri qaytarılsın, və bu barədə hüquq-mühafizə organlarına və mediaya məlumat verilsin ki, əhali aldadılmasın.

Nuray Mammadlinin elaqe nomresi. +99455 265 86 36
Narmin Ahadli elaqe nomresi. +99450 3040917

Imza: N. Ahadli
Tarix: 27.02.2023 //moderator.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə yenə güclü zəlzələnin olacağını DEDİ

Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yenidən gündəmə gəlib.

O, "Günəş Sistemi Həndəsə Araşdırması" (SSGEOS) adlı şirkətinin sosial media hesabında İç Anadolu Bölgəsində güclü zəlzələ olacağını bildirib.

Hoogerbeets bununla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Türkiyənin yeddi coğrafi bölgəsindən biri olan İç Anadoluya 13 vilayət (Ankara, Konya, Kayseri, Eskişehir, Sivas, Kırıkkale, Aksaray, Karaman, Kırşehir, Niğde, Nevşehir, Yozgat, Çankırı) daxildir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç yüz minlik tenderi udan “Fidan-TN” MMC hansı nazirin müavinindir?


Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi “Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin və akkumulyator alınması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

AzToday.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi “Fidan-TN” MMC olub. Şirkətlə bağlancaq müqavilənin maliyyə dəyəri 298.998, 9 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Fidan-TN” MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. “Fidan-TN” MMC 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq nə əlaqə telefonları, nə də internet səhifəsi var.

Araşdırmalarımız zamanı isə aydın olub ki, “Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur.

Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və “obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.

Sonda qeyd edək ki, Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumudur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özümüzü niyə dolandıra bilmirik? - “Əhali kərə yağının dadını unudub”


"The Economist"-in qida ehtiyaclarının ödənilməsinə dair 113 ölkəni əhatə edən araşdırmasını - "Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022"ni açıqlayıb.

Dünyada “Özünü qida ilə təmin edən” ilk 3 ölkə Finlandiya, İrlandiya və Norveçdir. Reytinqdə dünyanın 4-cü özünü qida ilə təmin edən ölkəsi Fransadır, ardınca Hollandiya və Yaponiya gəlir. Azərbaycan bu ölkələrdən xeyli geridədir. Ölkəmiz 59.8 bal ilə 113 ölkə arasında 66-cı yerdədir. İlk 10-luğa daxil olan digər ölkələr İsveç, Kanada, İngiltərə və Portuqaliyadır. Türkiyə siyahıda 49-cu yerdədir. Siyahının sonunda Yəmən, Haiti və Suriya yer alıb. Hesabatda ölkələr arasında qida təhlükəsizliyi fərqinin sürətlə genişləndiyi və həll yolunun innovasiya olduğu vurğulanıb. İndeksin alt andekslərindən biri olan “Ərzaq qiymətlərinin əlçatanlığı”nda Azərbaycan 48-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, qardaş Türkiyə bu alt indeks üzrə 81-ci yerdədir. Qeyd edək ki, “ərzaq məhsulları ilə özünü təminat” İndeksində 60-cı yerdən öndə olan ölkələrdə vəziyyət "yaxşı", sonra olan ölkələrdə isə "pis" kimi qiymətləndirilir. Son illər ölkədə ərzaq məhsullarının qiymətinin davamlı olaraq bahalaşmasının əsas səbəblərindən biri kimi dünya ərzaq qiymətlərinin artması göstərilirdi. Bir çox məhsulların isə idxal edildiyini nəzərə alsaq, bu, ölkəmizin özünü qida ilə təmin edə bilməməsinin göstəricisidir.

Azərbaycanla bağlı indeksdəki göstəricilər nə dərəcədə reallığı əks etdirir?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, reallığa əsasən özünü qida ilə təmin edən ölkələrin reytinqində Azərbaycan 60-cı yerdə qərarlaşmamalıdır:

“Çünki Azərbaycan özünün yerli tələbatının 50 faizini idxal hesabına ödəyir. Bu gün dünyada ən çox tələbat olan məhsullardan biri ərzaq buğdasıdır. Azərbaycan ərzaq buğdasının 60 faizə yaxınını xaricdən alır. Bu gün həmin rəqəmi 50 faiz göstərsələr də belə deyil, daha yüksək rəqəmlərdir. Azərbaycanda bunun üzərində möhtəkirlik edirlər. Şişirtmə aparılır ki, guya daxildə buğda daha çox istehsal edilir. Bir tərəfdən istehsalın artığı deyilir, digər tərəfdən idxal artır.

Demək ki, ikisindən biri real deyil. Çünki istehsal çoxalanda idxal azalmalıdır. Ancaq Azərbaycanda anormal olaraq ikisi də artır. Ərzaq istehsalı ilə bağlı rəqəm yalnız ərzaq buğdası deyil, bütün məhsullarda şişirdilir. Yəni ət, süd, toyuq, yumurta və digər məhsulların yarıdan çoxu xaricdən idxal olunur. Ona görə də Azərbaycanın belə indekslərdə önə çıxması mümkün deyil. Müxtəlif statistik spekulyasiya ilə mənfi və müsbət arasında dayana bilərlər, ondan o yana gedə bilməzlər”.

Ekspert bildirib ki, həm yerli istehsal aşağı səviyyədədir, digər tərəfdən qiymətlər əlçatan deyil:

“Rəsmi rəqəmlərə görə, Azərbaycanda ötən il inflyasiya 15 faizə yaxın olub. Ancaq ötən ilin sonlarında Nazirlər Kabinetinin iclasında Baş nazir Əli Əsədov bildirdi ki, ərzaq məhsullarının qiyməti 60 faiz artıb. İnsanların gəlirləri olduğu kimi qalır, ancaq ərzaq məhsulları 60 faiz bahalaşır”.

Ekspertin sözlərinə görə, həmin indeksin hazırlanmasında iştirakçı şəxslər bəlkə də Bakıda vətəndaşlar arasında sorğu keçirib:

”Sizdə ərzağa əlçatanlıq hansı səviyyədədir, ət ala bilirsiniz?”

“Azərbaycan kürü istehsalına görə dünyada ilk yerlərdən birini tutur, kürü, kərə yağı ala bilirsinizmi?” Bakıda əhalinin 80 faizi artıq kərə yağının dadını yadından çıxarıb. Adətən palma, soya yağlarını ala bilirlər. Hətta palma yağının toxumundan çəkilən yağı gətirib satırlar. Əhalinin də kərə yağı almağa gücü çatmır. Kərə yağının qiyməti 25 manatdır, hətta onların da tərkibi heç təbii deyil. Hər iki parametrdə Azərbaycan qonşu ölkələrdən geri qalıb. Ancaq bizim maliyyə imkanlarımız, gəlirlərimiz Gürcüstan, Ermənistandan çox olsa da, əhalinin imkanları çox məhduddur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Moskvanın Vardanyan planının uğursuzluğa düçar olması siyasi gedişdir…" - NƏ BAŞ VERİR?


Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana gəlməsi birmənalı qarşılanmadı. Politoloqlar bu səfəri müxtəlif səbəblərlə izah etməyə çalışdılar. Sergey Lavrov açıqlamalarında Azərbaycanla mədəni əlaqələrdən, ötən il imzalanan müttəfiqlik haqqında bəyannamədən, münasibətlərin 30 illiyi və s. mövzulardan söz açdı.
Bəs bu səfərin əsas məqsədi nə idi?

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir il əvvəl Azərbaycan və Rusiya arasında müvafiq bəyannamə imzalanıb. Bu səfərdə məqsəd bəyannaməyə uyğun olaraq, siyasi, iqtisadi, hərbi işlərin görülməsi, regional məsələlərin çözülməsi istiqamətində müzakirələrin aparılması idi.

“Burada ən ciddi məsələlərdən biri 10 noyabr sazişinə uyğun olaraq, Azərbaycan-Ermənistan münasibəti, Zəngəzur dəhlizinin açılması məsələsidir”-deyən deputat qeyd edib ki, son zamanlar Avropa İttifaqı Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də, Avrasiya İqtisadi Birliyindən çıxarmağa çalışır.

Deputatın fikrincə, birmənalı şəkildə Avropa İttifaqı, daha doğrusu Fransa çalışır ki, Ermənistanı bir müstəmləkə kimi istifadə etsin. Bu da təbii ki, Rusiyaya sərf etmədiyi üçün Rusiya buna imkan da verməz. Bu səbəbdən də bu gəlişin məqsədini tək mədəni əlaqələrlə əlaqələndirib, belə bir kontekstdə təqdim etmək düzgün olmaz. Burada hərtərəfli əlaqələr məsələsi var.

“Qonşuluq siyasəti ilə bağlı, eyni zamanda sülhməramlı qüvvələrin Azərbaycanda fəaliyyəti məsələsi, 10 noyabr sazişindəki hər bir imzaya hörmətlə yanaşılması məsələsi və s. digər problemlərin çözülməsi üçün bu görüş mütləq şəkildə lazım idi”-deyə deputat qeyd edib.

Deputatın fikrincə, Moskvanın Vardanyan planının uğursuzluğa düçar olması və s. digər məsələlər siyasi gedişlərdir. Rusiya regionda ciddi fiqurlardan biridir. Rusiya ilə Azərbaycan arasında olan münasibət də normaldır.

“Yəni biz heç vaxt xarici siyasətimizdə plansız addım atmamışıq. Bu səbəbdən bizim öz xarici siyasətimiz var. Bu, Rusiya və digər dövlətlərlə də eyni şəkildə qurulur. Sadəcə olaraq Qərb çalışır ki, Ukrayna Rusiya müharibəsindən istifadə edərək, regionda daha çox nüfuz sahibi olsun. Bu da Rusiyaya xoş gəlmir. Məhz buna görə də məsləhətləşmələr aparmaq, eyni zamanda müvafiq addımlar atmaq üçün Rusiya çalışır ki, regionun lider dövləti olan Azərbaycanla da fikir mübadiləsi aparsın”-deyən deputatın fikrincə, burada əsas məsələ Azərbaycan və Rusiya arasında münasibətlər, bu münasibətlərin gələcəkdə perspektiv inkişafı, region üçün əhəmiyyətli olan məsələlər və gələcəkdə xarici siyasətdə atılacaq addımların müzakirəsindən ibarətdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - Belə də olurmuş...


Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov qurumun hüquq şöbəsinin müdiri İsrəfilov Ramin Rəhman oğlunu vəzifəsindən azad edib.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşad Həsənovun digər əmri ilə bu vəzifəyə Məmmədov Orxan Fərmayıl oğlu təyin olunub.

Qeyd edək ki, Orxan Məmmədov bir neçə gün əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun müvafiq əmri ilə hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Orxan Məmmədov Cəbrayıl RİH-in hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən barəsində KİV-lərdə çox sayda tənqidi materiallar dərc edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Az da deyil... MİLYON YARIM: Görün hansı şirkətə verilir... - Tenderlərə NƏZARƏT EDƏN VARMI?


“İqtisadi Zonaların İnkişafı Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 1 milyon 448 min 93 manat 38 qəpik olan tender müsabiqəsinin qalibi “Azeriss” MMC (VÖEN- 3104324541) olub.

“Azeriss” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin sifarişilə bu quruma mal-material və avadanlıqlar satacaq.

Nizamnamə kapitalı 50 manat olan “Azeriss” MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Ş. Qurbanov, ev 247A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızıdır.
Tender müsabiqəsinin diqqət çəkən tərəfi odur ki, qalib şirkət – “Azeriss” MMC tender müsabiqəsinin başlamasından cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tender müsabiqəsini 20.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
1,45 milyon manatlıq tenderin qalibi olan şirkət barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yeganə məlumat şirkətin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızı barəsindədir. İlahə Hüseynova sosial şəbəkə hesabında özünü həm də “Azeriss” MMC-nin təsisçisi kimi təqdim edir. İlahə Hüseynova daha əvvəl “Vepa Engineering” şirkətində çalışdığını yazıb. Bu şirkətin isə hazırda dövlət büdcəsinə 334 min manat borcu var.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. 1,45 milyon manatlıq tenderin qalibi olan şirkət isə nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına belə sahib deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda Avtoşluq edən Notarius müdirinin oğlu məsuliyyətdən necə yayındı?

Masallı rayonunda bir neçə gün öncə baş tutmuş toy məclisində qonaq olanlar dövlət qanunlarını tanımaq istəmədilər. Belə ki, toy məclisini təşkil edən şəxsin imkanlı olması hamını heyrətləndirib. Azərbaycan qanunları ilə milyonerlər sırasına düşən bu şəxslər nəyinki qanundan kənar hərəkətlər etməyi hətta qanunları tapdalayaraq, istədikləri qanunsuz əməlləri davam etdiriblər.

https://www.tiktok.com/@seyidoqlu_mk/video/7205541824105237762

Toy məclisinin təşkilatçısının Masallıdan olan iş adamı yük nəqliyyat vasitələri ilə Avropa Asiyaya böyük sayda yük daşıma xidmətini həyata keçirən şəxsin övladının xeyir iş olduğuda etibarlı mənbədən Ulutv.info-ya bildirilib. Göründüyü qədər yükdaşımanın gətirdiyi gəlir nəyinki iş adamını hətta qonaqlarının rayon sakinlərinə hörmətsizlik etməyinə rəvac verib. İnzibati xəta törədən və başqalarının həyatını təhlükəyə atan bu xeyir işin qonaqları o qədər hörmətli şəxslərdirki dinc sakinlərə, ictimaiyyətə açıq şəkildə hörmətsizliyinə göz yumulub? Toy karvanında bəyin və qaynatanın hörmət sahibi olan dostları konkret olaraq qanunları heçə sayıb. Daxil olan məlumata görə, məhkəməyə tamamilə başqa şəxslər İXM-nin pozulması ilə əlaqədar göndərilib.
01.03.2023-ci il tarixində məhkəməyə daxil olan cinayət işi səbəbsiz yerə növbəti günə saxlanılıb. Hətta İXM-ni pozan sürücülər deyil başqa şəxslər məhkəməyə məsuliyyətə cəlb olunması üçün göndərilsədə proses baş tutmayıb. 02.03.2023-cü il tarixində keçiriləcək məhkəmənin artıq bəri başdan ədalətsiz olacağı hər kəsə məlumdur. Rayon məhkəməsinin hakimi video görüntülərə baxmadan qərar verərsə bu artıq şəxsi maraqların qanundan üstün olması kimi qiymətləndirilməsi labüd hesab edilə bilər. İXM-nin baxılma qaydasına görə, işin məhkəməyə verilməsi ilə baxış gününə təyin edilmiş prosesdə qərardadda verilməli idi. Lakin buda verilməyib.
Sizə kimdən danışaq, əsərin qəhrəmanları olan məmur övladlarından. Biri notarius müdirinin oğlu digəri baş mühasibin övladı.
Lənkəran notariusunun müdirinin oğlu Kamran bəy, ağ rəngli BMW markalı avtomobildə "DRİF - AVTOXULİQANLIQ" etdiyi görüntülərdəndə məlumdur.
Yolun əks istiqamətində gedərək, düz yolu ilə nəqliyyat vasitəsini idarə edən şəxslərin həyatını təhlükəyə atan Mirmahmudun müəllimin (Ərkivan OİL petrolun baş mühasibi) oğlu 10-OH-022 və onunla yoldaşlıq edərək əks istiqamətdə hərəkət edən yol hərəkət qanunlarını tanımayan 10-RS-051 dövlət qeydiyyat nişanlı avtomobil sahibləri məsuliyyətdən yan qaça bilib.
İlkin olaraq avtoxuliqanlıq edən şəxslərin DYP tərəfindən müəyyən edilmədiyi ağıla gəlsədə bu heçdə həqiqəti əks etdirmir. Çünki UluTv.info məsələni tam araşdırmış və maddi sübutları əldə etdiyindən daha gizlədiləcək bir şey qalmayıb.

UluTv.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TDT-nin baş katibi Azərbaycandadır - FOTO

Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omurali Azərbaycana səfərə gəlib.

Bu barədə qurumun saytında məlumat verilib.

O, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir.

Baş katibin Azərbaycanda yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü gözlənilir.
TDT-nin baş katibi Azərbaycandadır - FOTO
TDT-nin baş katibi Azərbaycandadır - FOTO
TDT-nin baş katibi Azərbaycandadır - FOTO
TDT-nin baş katibi Azərbaycandadır - FOTO

Mənbə: Turkicstates.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO