[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Rüşvət ver” deyə bilmirlər, işlə də təmin etmirlər” - Şəhid atası


Balakənin Gərəkli kənd sakini, İkinci Qarabağ müharibəsində həyatını itirmiş Harun Alqayevin atası Məhəmməd Alqayev işlə bağlı müraciətinə baxılmadığını deyir. Onun sözlərinə görə, bir ildir ki, mühafizə yegeri vakansiyası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, eləcə də Zaqatala Dövlət Təbiət Qoruğuna etdiyi çoxsaylı müraciətlərə müsbət cavab verilməyib.

Yeniavaz.com Meydan TV-yə istinadən xəbər verir ki, orta ixtisas təhsilli, 60 yaşlı şəhid atası sürücü, malyar və dülgər kimi müxtəlif peşələrdə çalışıb.

O, deyib ki, oğlu həlak olandan sonra uzun müddət özünə qapanıb və işsiz qalıb.

Öncə Qarabağ qazisi olan oğlu Ceyhun Alqayevdən ötrü mühafizə yegeri vakansiyası üçün müraciət etsə də, ona başqa iş təklifi gəlib, bacarmadığından imtina edib:

“Yevlaxda regional idarədə Oqtay Babayev adlı məsul şəxsin qəbulunda olduq. 27 yaşlı qazi oğlum üçün iş istədim. Şəhid oğlum və qazi oğlum barədə qısa məlumat verdim. Dedi ki, bu məsələyə baxarıq. Ötən il iyulun 13-də Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzinin Balakən Hidrometeoroloji Stansiyasında müvafiq iş dəvəti gəldi. Oğlumun da o işdən anlayışı yoxdur. Ali təhsili yoxdur və istədiyimiz iş olmadığı üçün imtina etdik.
Yenidən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində mühafizə yegeri vakansiyası üçün məktub yazdıq. Cavab gəldi ki, sizə iş təklifi etmişdik, hazırda uyğun vakansiya yoxdur. Ancaq az müddətdən sonra eşitdim ki, ora başqa qazini işə götürüblər. Bu vakansiya oturaq iş deyil, meşə ehtiyatını, meşə sərvətini qoruyursan deyə daim hərəkətdəsən. Nə kreslosu, nə masası var, sadəcə, meşə qoruqçusu”.
Sonradan Ceyhun Alqayev döyüşdəki nailiyyətlərinə görə və manqa komandiri olduğundan Qaçbinə kənd məktəbinə hərbi hazırlıq müəllimi kimi işə düzəlib.
Şəhid atası mühafizə yegeri vakansiyası üçün yenidən müraciət edib. Balakəndə ekologiya və təbii sərvətlər nazirinin səyyar qəbulunda olub.
Dediyinə görə, nazir şəhid atasını dinləsə də, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi sonradan vakant yer olmadığını əsas gətirib.
Məhəmməd Alqayev iddia edib ki, müraciətlərində nə qədər israrlı olsa da, boş vakansiyalara digər şəxslər təyin edilir:
“Beş dəfə məktub yazmışam, hətta dostum mənə görə Namiq müəllimdən xahiş etdi, o da götürmədi. Vəzifəyə yeni gələn Akif müəllim də işə götürmür. Hətta Zaqatala Dövlət Təbiət Qoruğunda vakant yer vardı, bu məsələ məhkəmədə də mübahisələndirilirdi. Mən də ərizə ilə rəsmi müraciət etdim. Dedilər ki, o yer ixtisar edilib və ərazini də öz aralarında bölüşdürüblər. Mənə “yox” deyirlər, yaxın dostum isə dedi ki, vakansiya vardı, yerinə yenə başqasını götürdülər”.
Şikayətçi deyib ki, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gedib:
“Orada məni bir qadın qəbul etdi. Əsəbiləşdim ki, məktubuma cavabda başqa səbəb göstərmisiniz, amma yenə istədiyim işə adam götürmüsünüz. Dandılar ki, heç kimi götürməmişik. Orada da Balakən Rayon İcra Hakimiyyətinə zəng etdilər ki, işlə bağlı mənimlə əlaqə saxlasınlar. Oradan da xəbər çıxmadı. Ancaq İcra Hakimiyyəti təzəlikcə nazirliyə müraciət göndərdi, hələ cavab yoxdur”.
“İcra hakimiyyəti məni meşə təsərrüfatına yönəldir. Orada bir fəhlə rəhmətə gedib, boş yer var, maaşı da 280 manatdır. Deyirəm, mənim ağac kötüyü çıxaran vaxtımdır? 20 manata gündəlik dülgər çalışaram da. Rayonun deputatına da demişəm. Bir ildə iki nəfəri işə götürüblər. Pul alınır, tanışlıqla götürülür. Məndən rüşvət istəyə bilmirlər deyə işlə təmin etmirlər. Adamlar tanıyıram ki, 3-4 min pul verib mühafizə yegeri işinə giriblər. Çünki əməkhaqqısı 700-dən yuxarıdır deyə pul alıb işə qoyurlar. Şəffaflıq varsa, mən də işlə təmin olunum. Mən ciddi etiraz edə, fərqli mövqe göstərə bilərəm. Oğlum baş leytenant, kəşfiyyatçı Harun Alqayevə görə susuram”, – şəhid atası deyib.
Məhəmməd Alqayevin sözlərinə görə, həyat yoldaşı minumum əməkhaqqı alır, məktəbdə əmək təlimi müəllimi kimi çalışır. Onun mühafizə yegeri vəzifəsinə marağı yalnız ailəyə maddi dəstək olmaq üçün deyil. O həm də təbiətə töhfə vermək istədiyini deyir:
“Bu işə ehtiyacım var, çünki həm ailəmə maddi dəstək olaram, həm də meşə fondunu qoruyaram. Məni bir vətəndaş kimi narahat edən odur ki, burada çaylarda qızıl balıq vardı, farel balığı məşhur idi. İllərdir ki, elektrik verib onu tutdular, yoxa çıxartdılar. Mən o işə düzəlsəm, vallah, o çaylarda balığı artıraram, meşədə odun oğurlayanlara qarşı mübarizə apararam, “tok”la balıqlara divan tutanları cərimə edərəm. Meşədə ağac oğurluğu özbaşına deyil, yuxarılara bağlıdır. Əvvəl çox idi, anarxiya idi, sağa-sola baxmırdılar. Amma etirazlardan sonra bir qədər səngiyib, meşələr də yaşıllaşıb. Həm məşğuliyyətim olar, həm ailəmə, həm də meşə fonduna dəstəyimi verərəm, qoruyaram.
Nə qədər evə qapanım mən? Başımı qatmaq üçün qardaşım oğlunun yerinə qazanxana işinə gedirəm. İstəyirəm ki, başım qarışsın. Özü deyir ki, əmi, evə qapanma gəl yanıma, başın qarışsın. 5 aylıq işdir, martda bitəcək. Dörd rayonda hansına yönəltsələr, işləyərəm. Ancaq vakansiya yoxdur deyə-deyə bir ildir ki, müraciətimi havada saxlayıblar”.
7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin keçmiş rəhbəri Namiq Yusifov deyib ki, onun çalışdığı müddətdə şəhid atası ona yox, nazirliyə müraciət edib. Telefon vasitəsilə iş üçün etdiyi müraciətə isə həm vakansiya, həm də iddia etdiyi vəzifəyə uyğun olmadığından imtina verilib:
“Mən kiməm ki, yuxarının icazəsi olmadan işə adam götürüm. Şəxsən tanımıram, ancaq özü ilə bir dəfə telefonda danışmışam. Özünə də dedim ki, sənin 60 yaşın var, niyə mühafizəçi yeger istəyirsən? Yaşın çoxdur, bu işdə işləyə bilməzsən. Qoruqçu yeger konkret bir əraziyə baxır. Ancaq bizdəki 4 rayonadır, konkret rayon, ərazi deyil, çox təbii hadisələr, yağışı, şaxtası, yanğını, uçqunu olur. Özünə də demişəm ki, yaşına görə bu işdə işləyə bilməzsən. Dedim gəlin qəbula, sözümdən inciyib gəlmədi. İndi oğlu şəhid olub, Allah rəhmət eləsin. Ancaq küsüb belə davranması düzgün deyil. Demişəm ki, yaşlı adamsan, sən meşə gözətçisi, qoruqçu işləyə bilərsən. Ona da gərək vakansiya olsun. Ümumiyyətlə isə vakansiya yoxdur. Nə o vaxt, nə indi. Nazirliyə müraciət edib, nazirin də qəbulunda olub. Cavablandırılıb ki, vakansiya yoxdur. Olarsa, problem deyil”.
Şəhid atasının vakansiya olduğu halda onu deyil, digərlərinin işə alınması iddiasına gəlincə, Namiq Yusifov deyib ki, hər iki şəxs ali təhsilli Qarabağ qazisidir. Onun sözlərinə görə, həmin şəxslər də mühafizə yegeri işinə götürülməyib, idarədə vakansiyalara təyinat dövlət imtahan xətti ilə aparılır:
“Səhv danışır ki, yerinə başqa adam götürmüşük. Biz iki qazi götürdük. Biri zabit idi, 26 yaşı var. Ali təhsillidir, müfəttiş kimi qəbul olunub, dövlət qulluqçusudur. Biri də iki ay Qubadlıda döyüşdə olub. Ali təhsillidir, o da kargüzarlıq vakansiyasına təyin olunub. Yüksək kateqoriyalı dövlət qulluqçusudur. Nəticələr uyğun gəlir deyə onlar təyin olunub. Bizdə idarədə işlər dövlət qulluğu xətti ilədir. Mühafizə yegeri isə yarımdövlət qulluqçusudur. Ali təhsil olmasa da, 3-5 il təcrübə mütləqdir. Müəyyən səbəblərdən səhhətinə, ailə vəziyyətinə, haqsızlığa görə işini itirmiş, ya könüllü ərizə ilə işdən çıxmış kimsə ola bilər ki, yenidən xahişlə işə təmin olunsun. Ancaq belə işlər dövlət qulluğu xətti ilə aparılır, imtahan və müsabiqədən keçirlər, işlə bağlı anlayışı yoxlanılır. Mənim kimisə işi götürmək səlahiyyətim olmayıb. Ümumiyyətlə, regionallarda belədir, işə nazirlik özü təyin edir. Kimsə ona göstəriş verir ki, sən get ora, get orada işlə. Daha bilmir ki, belə rahat deyil, qaydası var. Səbrli olsun, məsləhət bilinərsə, gedər işləyər. Hamı necə, o da elə…”.
7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin indiki rəisi Akif Məmmədov isə işə yeni təyin olunduğunu və şəhid atasından iş üçün ona rəsmi qaydada müraciət gəlmədiyini bildirib:
“Mənim işə çıxdığım heç 10 gün deyil. Həmin şəxsdən mənə hələ heç bir müraciət gəlməyib. Əvvəl olub, yəqin. O, vətəndaşı da görməmişəm. Hazırda idarədə mühafizə yegeri üçün vakansiya yoxdur. Vakansiyamız var, amma sektor müdiri və direktor müavini vəzifəsinə”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib ki, vətəndaşın müraciəti araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Biz müdaxilə edə bilmirik" - Nazir 8 Mart hədiyyələrindən danışdı


"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər:

"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik.

Valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Bundan utanmamalıdırlar. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 nömrəli Baza Tibb Kollecində ÖZBAŞINALIQ - İTTİHAM VAR!


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kollecinin 68 yaşı ötən ay tamam olan direktoru Dilarə Məmmədəliyeva ilə müqavilə bağlanılması məqbul hesab edilmirdi, müəllim və tələbə kontingenti yenilikçi bir şəxsin tibbi təhsil müəssisəsinə direktor təyin edilməsini istəyirdi.

DİA.AZ-a daxil olan məlumata görə, 2 nömrəli Baza Tibb Kollecinin tələbələri icarəyə verilən idman zalı və stomatoloji kabinetdən yararlanmaq istəyirlər. Onlar üçün önəm kəsb etmir ki, həmin sahələr neçəyə icarəyə verilib, məbləğ rəsmi sənədlərlə uyğunluq təşkil edir, yoxsa-yox. Sadəcə bir sıra tələbə idman zalı və stomatoloji kabinetin onlar üçün faydasının olmasını münasib bilirlər. Eləcə də tələbələr bütün universitetlərdə olduğu kimi, 2 nömrəli Baza Tibb Kollecində də bufetlərdəki bahalıqdan əziyyət çəkirlər. Bu məsələdə də hesab edirlər ki, onlar üçün önəmi yoxdur bufetləri kimlər işlədir. Onlar kofe, çay, bulka və digər ərzaq məhsullarının əlçatan olmasını gözləyirlər. Hətta hesab edirlər ki, bufetin icarəsi nə qədər aşağı olarsa, tələbələr orada az pulla keçinə bilərlər. Bu qədər sadə və başa düşülməli məsələlərin həllində isə orada oxuyanları anlayışla qarşılayan yenilikçi kadrın zəruriliyini vurğulayırlar.

Xatırladaq ki,Maliyyə Nazirliyi bir sıra tibb təhsil müəssisələrini yoxlayır, gözlənilir 2 nömrəli Baza Tibb Kollecinin maliyyə-təsərrüfat fəaliyyəti də yoxlanılsın.

Qeyd edək ki, kollecin təsərrüfat işləri üzrə direktor müavini Elxan Nadirxanovdur.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev protokolu təsdiqləyib


“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Protokol 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsini təsdiqlədi


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənəd 2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə Toplantısı zamanı imzalanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyindən yazdı - "Məni aldatdılar..."


Bir neçə gün əvvəl işdən qanunsuz kənarlaşdırılması və əmək qanunvericiliyi ilə təsbit olunan bir sıra hüquqları pozulan “Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyinə etiraz olaraq intihar edəcəyini bəyan etmişdi.

Onun bu barədə sosial şəbəkədə yazdığı qeydlərdən sonra Ali Məhkəmə rəhbərliyi jurnalistin özünə və vəkili Bəhruz Bayramova işə ədalətli baxılacağına dair vəd vermişdi.

Lakin məlum olub ki, Ali Məhkəmə qanunsuz, sifarişli qərar çıxarıb.

DİA.AZ Gununsesi.info-ya istinadla Aygün Əliyevanın sosial şəbəkədə yazdığı növbəti qeydlərini təqdim edir:

Məni aldatdılar.
Artıq stimulum yoxdur.
Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, Azertac News Agency keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir.
Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya məhkəməsinə ve bir ay geri tarixlə dünən göndərildi.
Olmadı.
Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qadındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm.
Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək.
Səbəbkarlar cəzalarını alsın.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi ilə bağlı yeni dalğa başlayır - Qurum ləğv olunmasa da, taleyi ilə bağlı proses bitməyib


Dövlət Gömrük Komitəsinə (DGK) sədr təyinatından sonra bu qurumun gələcək taleyi ilə bağlı suallara nöqtə qoyuldu.

Qaynarinfo xatırladır ki, hələ islahatlar kampaniyası dövründə bu dalğanın DGK-dan da yan keçməyəcəyi deyilirdi. Qurumun səlahiyyətlərinin məhdudlaşdırılacağı, hətta ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi barədə mühalihəzələr səsləndirilirdi. DGK-nın Vergilər Nazirliyinə birləşdriləcəyi ilə bağlı ehtimallar adıçəkilən qurumların bir-birini təkrarlaması ilə əsasladırılırdı. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. DGK isə müstəqil qurum kimi mövcudiyyətini saxladı.

Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) DGK-nın yüksək vəzifəli şəxsləri barəsində cinayət işi başlaması növbəti dəfə sözügedən qurumun ləğvi məsələsini gündəmə gətirdi. Səfər Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsindən sonra DGK-ya uzun müddət sədr təyin olunmaması da onun ləğv ediləcəyi barədə ehtimalları artırırdı. Bu ehtimal da özünü doğrultmadı. Fevralın 14-də Prezidentin sərəncamı ilə Şahin Bağırov DGK-ya sədr təyin edildi. Beləliklə, aydın oldu ki, hökumətin bu qurumu lığv etmək kimi bir niyyəti yoxdur.

Amma əldə etdiyimiz məlumatlara görə, DGK ilə bağlı proses dayanmayıb. Yəni, sədr təyinatı qurumla bağlı başlanan prosesin növbəti mərhələsidir. Bu mərhələdə DGK-da ciddi kadr və struktur islahatlarının aparılacağı deyilir. İlk növbədə bir neçə idarənin ləğvi və ona rəhbərlik edən şəxslərin karyerasına son qoyulması planlaşdırılır. Daha sonra isə DGK-nın bundan əvvəlki fəaliyyəti ilə bağlı geniş yoxlamalara start veriləcəyi deyilir. Hətta bu yoxlamaların qurumun keçmiş yüksək vəzifəli şəxslərindən də yan keçməyəcəyi söylənilir.

Bu sırada xüsusilə, BakI Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun adı çəkilir. Vüsal Novruzov uzun illər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Mediada onun fəaliyyəti ilə bağlı neqativ materialların sayı-hesabı yoxdur.

Bu yazılarda Vüsal Novruzov biznes imperiyasından tutmuş korrupsiya əməliyyatlarına qədər çoxsaylı faktlar yer alıb. O, hələ işdən çıxarılanda həbs ediləcəyi barədə məlumatlar yayılmışdı. Lakin hansısa səbəbdən Vüsal Novruzov dəmir barmaqlıqlar arasına salınmadı.

Bu dəfə isə onun fəaliyyətinin ciddi araşdırılacağı və bunun nəticəsi olaraq gömrük generalının taleyi ilə bağlı qərar veriləcəyi bildirilir. //Qaynarinfo//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay sakini: “Məmur dedi ki, qaç 200 manat gətir, yoxsa qazını kəsəcəm” – VİDEO


Göyçay rayonu Bığır kənd sakini Rəsulov Müşfiq Sabir oğlu “Azəriqaz” əməkdaşının ona qarşı vəzifəsindən sui-sitifadə etdiyini iddia edir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

M.Rəsulovun sözlərinə görə, "Azəriqaz" əməkdaşları fevralın 17-də onun evinə gəliblər:

“17.02.2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov öz komandası ilə Bığır kəndinə gəlib.
Saat təxminən 10:30 radələrində həyətimin qapısı qeyri-insani qaydada döyüldü. Qapını açdıqda qaz işçilərini gördüm və onlara dedim:
"Xoş gəlmisiniz, amma kişinin qapısını belə vurmazlar, evdə qadın, uşaq var".
Onlardan bir nəfər acıqlı cavab verdi:
"Əsl kişi qapısını döydürməz. Qaç get 200 manat gətir, əks halda qazını kəsəcəm. Görürəm həyətində ağacların var, kəsib yandırıb qışdan çıxarsan".
Biz ona izah etdik ki, qazdan istifadəyə görə olan borcumuzu hər ay hissə-hissə ödəyirik. Buna baxmayaraq R.Bünyatov bizimlə kobud rəftar etdi, alçaldıcı sözlər dedi. O, sanki bu kobud, tərbiyəsiz hərəkətləri ilə bizi cinayət törətməyə məcbur edirdi. Biz səbr nümayiş etdirib bizə qarşı kobudluq edib, təhqirə məruz qoyan R.Bünyatova qarşılıq vermədik. Evimizə gələn qaz xəttini qaynaq vasitəsi ilə kəsdilər və bir neçə dəqiqədən sonra yenidən bərpa etdilər".
Səsləndirilən iddialarla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsək də, qurumdan sorğumuza cavab verilmədi.(Yeniavaz.com)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abdulbari Gözəl III qrup əlili 50 manata görə “Qarabağ”dan qovdu - MÜFLİS OLUB?

“Qarabağ” klubu bir neçə gün əvvəl 4 ildir əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırıb.

Peşəkar fotoqraf açıqlamasında klubdan ayrılmasının səbəbindən danışıb.

Klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib:
“Klubla əməkdaşlıq edirdim. Rəsmi işçisi sayılmırdım, amma mənim kimi əməkdaşlıq etdikləri çox insan var. Dörd il klubla əməkdaşlıq etdim. İlk iki mövsümdə çəkdiyim fotoların ödənişi edilmirdi. Ötən ilin sonlarında bu problem nəhayət, aradan qalxdı və mənə ilk iki mövsümün borcu hissə-hissə ödənildi. Həmişə komandamızın çəkilişlərinə həvəslə getmişəm. Çünki mən ağdamlıyam, qarabağlıyam. Qaçqınlığın nə olduğunu bilirəm və bu komandaya bizi bağlayan mənəvi dəyərlər çoxdur. Komandamızın oyunlarına gələndə özümü cənnətdə hiss edirdim, çox xoşbəxt olurdum. Çəkdiyim şəkilləri futbolçular və məşqçilər çox bəyənirdi. Mən bu işdə çox xoşbəxt idim. Qurban Qurbanovun bütün tədbirlərini mən çəkmişəm və bütün saytlar çəkdiyim fotolardan yararlanırdı.

Mənə qarşı haqsızlıq odur ki, mənimlə pul söhbəti edildi. Öncə mənə dedilər ki, avrokuboklarda bundan sonra 50 manat çəkərsən ölkə çempionatında olduğu kimi. Mən də razı olmadım dedim, 4 ildir mən UEFA oyunlarını 100 manata çəkirəm. Bu pula işləmək istəmirəm. Ancaq mənə bu cavabımdan sonra Media və PR departamentinin rəhbəri Yusif Cəfərov reaksiya vermədi. Bu qiymətə razılaşmayanda dedi ki, hə, problem deyil, gedə bilərsən. Açığı, bu cavabı gözləmirdim. Özümü çox pis hiss etdim, gözlərim doldu. Özümü təmiz itirdim. Çünki sevdiyim işdə, sevdiyim komandada heç vaxt arzulamayacağım vəziyyətlə üzləşdim. Əvvəl 4 ildir avrokuboklarda 100 manat çəkirdim ölkə çempionatında isə 50 manat”.

E.Kərimov problemin səbəbinin nə olduğunu, UEFA və transferlərdən milyonlar qazanan klubun bu addımını anlamadığını bildirib:

“Mənə bildirdi ki, avrokuboku da 50 manata çəkməliyəm, Premyer Liqada olduğu kimi. “Gent” ilə oyundan bir gün öncə baş verdi bu söhbət. Otaqdan çıxanda klubun digər işçisi Vüsal Həsənov məni saxladı, soruşdu ki, nə olub niyə çıxırsan, hara gedirsən. O, gedib Yusif bəyi çağırdı, oturduq 1-2 dəqiqə yenə söhbət elədik dedi ki, “Futbol futboldur. Nə fərqi var Premyer Liqa və ya avrokubok, ikisi də eynidir, bunun fərqini izah et mənə. Biz sənə 50 manat verə bilərik”. Mən dedim ki, “əvvəlcə belə danışmışıq, belə razılaşmışam. Klub UEFA-dan, transferlərdən bu qədər milyonlar qazanır. 50 manat nədir ki, mənim pulumu kəsir, gəlib məndən 50 manat söhbət edirsiz”.

Mən orada pul söhbəti etmədim etirazım mənə dəyər verilməməsidir. Sonra Yusif fikirləşdi, dedi, gəl “Gent”lə oyunu 100 manata çəkərsən. Mən də özüm üçün qərar verdim ki, “Gent” ilə oyun final oyunum olsun. Çünki mənim çəkdiyim şəkillərdən UEFA da istifadə edir. Çəkdiyim fotolar UEFA-nın bütün səhifələrində paylaşılır. Oyun günü isə gördüm ki, Yusif bəy videoqraf və əlavə fotoqraf gətirib. Özümü burda artıq hiss elədim, işləyə bilməyəcəyimi gördüm və özümün final matçımı çəkdim.

Bu məsələ niyə ortaya atıldı, heç özüm də bilmirəm. Onsuz da aylıq qazancım “Qarabağ”da 200-300 manat arası olur. Bəzən isə daha da az. Bu pulla özümə sağlamlığımla bağlı lazım olan dərman və əşyaları alırdım. Özüm 3-cü qrup əliləm və bunu qabartmaq istəmirdim. 4 ildə sabiq mətbuat katibi Nurlan İbrahimov və indiki mətbuat katibi Gündüz Abbaszadə ilə heç bir problem olmayıb. Problem sadəcə Yusif Cəfərovun rəhbər təyin edilməsindən sonra yarandı. Bu problemi də mən yaratmamışam”. //sportlife.az//


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO