[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya dövlətlərarası münasibətlərin nizamlanmasına yardım etməkdə xüsusi rola malikdir" - İlham Əliyev


“Hesab edirəm ki, Rusiya bizim dost, müttəfiq və qonşumuz kimi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına yardım etməkdə xüsusi rola malikdir ”

Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Ölkə başçısı Rusiya hökumətinə və Lavrova bu prosesdə fəal iştirakına görə təşəkkür edib.

Əliyev həmçinin ümidvar olduğunu bildirib ki, 2023-cü il Bakı ilə İrəvan arasında əlaqələrin qurulması baxımından sıçrayış ili olacaq .

Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin fevralın 27-də axşam saatlarında Azərbaycana işgüzar səfərə gəldiyi bildirilirdi . Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında ikitərəfli bəyannamənin birinci ildönümünə təsadüf edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ümid edirəm ki, 2023-cü il Bakı və İrəvan arasında normallaşmada sıçrayış ili olacaq" - İlham Əliyev


"Ümidvaram ki, 2023 - cü il Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün sıçrayış ili olacaq" .

Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Ümid edirəm ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sıçrayış ili olacaq . Hər halda, biz buna ümid edirik”, - deyə Əliyev Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşündə bildirib .

Azərbaycan Prezidenti bu prosesdə fəal iştirakına görə Rusiya hökumətinə və şəxsən Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə minnətdarlığını bildirib. Onun fikrincə, Rusiya Federasiyası respublikanın dostu, müttəfiqi və qonşusu kimi Bakı ilə İrəvan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə yardımçı olmaqda xüsusi rola malikdir.

Əvvəllər məlum olub ki, Azərbaycan Ermənistandan onun enerji ehtiyatlarının istismarına görə təzminat tələb edir və İrəvana qarşı dövlətlərarası arbitraj prosesinə başlayıb.

Bakının məlumatına görə, Azərbaycan tərəfi “Azərbaycan ərazilərinin 30 ilə yaxın (1991-2020-ci illər) işğalı zamanı Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının pozulmasına” görə kompensasiya tələb edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyan açıqlandı


Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın 34,2 milyard dollar təşkil etdiyini açıqlayıb.

Bu haqda təşkilat məlumat yayıb.

“Fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu rəqəm sonrakı təkanlar səbəbindən arta bilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb - FOTO


Fevralın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

Görüş zamanı Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.

"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığı vurğulanıb.

Görüşdə layihənin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin gedişatı, keçiriləcək təlimlər müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün təlim-görüşlərin təşkil olunması nəzərdə tutulur.
Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb - FOTO
Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb - FOTO
Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lavrov Azərbaycana GƏLDİ


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

Rusiya XİN rəhbərinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Sergey Lavrov fevralın 27-28-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub. Danışıqlarda müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafı üçün qarşılıqlı meyllərə əsaslanan ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

“Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan yardımı ilə gündəm olan Sərvərlə GÖRÜŞDÜ


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Adıyamana səfər edib.

Türkiyə lideri Adıyamanda azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb.

Qeyd edək ki, Sərvər köhnə maşını ilə Türkiyəyə yardım daşımaqla gündəmə gəlmişdi. O, daha sonra zəlzələ bölgəsinə yollanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağdakı "daxili" məsələləri Əliyev həll edir" - Qazaryan


"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda kadr və daxili məsələləri de-fakto həll edir".

Bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.


“Vardanyanın uzaqlaşdırılması tələbini ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın səfiri səsləndirdi. Sonra bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri də təkrarladı. Sonda isə bu tələb Münhen konfransı zamanı Əliyev tərəfindən dilə gətirildi. Bu açıqlama dərhal istefa ilə müşayiət olundu. Əgər Əliyevin “daxili kadr” qərarlarına təsir etmək imkanı varsa, bunun daha vacib məsələlərə hansı təsirinin olacağını təxmin etmək olar”, - o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu, qanunla mümkün deyil, amma Azərbaycandır, reallıqlar var" - Müzakirədə YETİMİN CÜZDANIDIR...


Xəbər verdiyimiz ki, bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq, Azərbaycanın "Trendyol"a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.
Qeyd edilib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.​
Ardınca isə Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmadığı bildirilib.
Məşhur onlayn alış-veriş platformalarından olan "Trendyol"la bağlı Dövlət Xidməti tərəfindən ardı-arda verilən bu açıqlamalar əhalinin xüsusilə aztəminatlı təbəqəsinin büdcəsinə təsir edəcəyindən, artıq narahatlıqlar baş qaldırıb. İnsanlar hesab edir ki, Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət məsələsini bəhanə gətirib, yaxın zamanlarda Azərbaycana sözügüdən ölkədən "Trendyol"la gətirilən mallara müəyyən məhdudiyyətlər qoyula bilər. Qeyd olunur ki, son rəsmi açıqlamalar buna işarədir.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Dövlət Xidməti Azərbaycanda "Trendyol"a məhdudiyyət qoya bilməz. Buna ixtiyarı yoxdur:
"Bu, qanunla mümkün deyil, amma Azərbaycandır, reallıqlar var. Tapşırıq gələ bilər ki, karqo şirkətləri "Trendyol"dan heç nə gətirməsin, vəssalam. Bu tapşırıqdan sonra karqo şirkətləri "Trendyol"dan heç nə gətirməz. Belə qeyri-qanuni və absurd inzibati yolla bu işi görə bilərlər. İqtisadi və hüquqi məsələləri kənara qoysaq, bu, həm də mədəni məsələdir. "Trendyol" qardaş ölkə dediyimiz Türkiyənin şirkətidir. Necə olur ki, qardaş Türkiyənin şirkətinə belə problem yaratmaq istəyirlər?"
Natiq Cəfərlinin dediyinə görə, onlayn alış-verişə marağın artması ölkədə kiminsə biznes marağına toxuna bilər. Bu halda "Trendyol"a qadağalar tətbiq etməkdənsə, pərakəndə ticarət şəbəkələri öz qiymət siyasətinə və kampaniyalarına diqqət yetirməlidirlər ki, vətəndaşlar üçün daha cəlbedici olsun.
Ekspert qeyd edib ki, bu gün dərman sektorunda bəzi şirkətlər bazarın yarısına nəzarət edir. Dövlət Xidmətinin həmin şirkətlərlə məşğul olmaq əvəzinə onlayn alış-verişə məhdudiyyətlər qoyması doğru deyil:
"Dövlət Xidməti vətəndaşlardan daxil olan şikayətlərə, siqnallara baxmalıdır. Qurumun adi vətəndaşların şəxsi istehlakı üçün sifariş etdiyi məhsullara qarışması düzgün deyil".
Ekspertin sözlərinə görə, hətta vətəndaşların onlayn yolla ayda 300 dollarlıq mal sifariş verib bəyənmədikdə onu satması da normaldır:
"Dövlət Xidmətinin bəhanəsi ondan ibarətdir ki, bəzi insanlar oradan sifariş verib həmin məhsulları Azərbaycanda satırlar. Bu da absurd yanaşmadır. Dövlət orqanlarının buna qarışmağa hər hansı hüququ yoxdur. Tutaq ki, mən gedib mağazadan köynək alaram, bir müddət sonra isə rəngi, ya forması xoşuma gəlmədiyindən fikrimi dəyişib o məhsulu kiməsə satıram. Bunun hökümətə nə aidiyyatı var? Belə aydın olur ki, dövlət hər birimizin başının üzərinə nəzarətçi qoymalıdır ki, birdən biz 5 manata aldığımız məhsulu sabah haradasa satarıq? Bu absurd yanaşmadır".

“Multimedia” İnformasiya Sistemləri Texn­ologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Antiinhisar Dövlət​ Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi:
"Biz də bu quruma dəstək verirdik. Ümid edirdik ki, bu Xidmət​ 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum​ bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Hazırda deyəcək bir sözləri olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər. Beləliklə, görünür ki, hökumət hələlik , necə deyərlər "kəşfiyyat" aparır”.
Osman Gündüz deyib ki, son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb:
"Hazırda təxminən​ 200-dək belə şirkət var. Azə­rbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən - Çindən, Avropadan, ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından​ şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. Görünür, hazırda bu sahədə yaranmış situasiya kimlərisə narahat edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
” Urmedhelp” MMC-nin direktoru həbs edildi - TƏFƏRRÜAT


Ötən həftə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri, Şəki rayonun Cumakənd kənd sakini İsayev Vüqar Mahmud oğlu, 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Fərman oğlu Nuriyev, Qəbələ rayonundan olan Nəsmiyev Tural Cənnət oğlu tərəfindən Prezident İlham Əliyevə və bir sıra aidiyyatı dövlət qurumlarına ünvanlanmış müraciəti yaymışdıq. Müraciətdə şikayətçilər “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova tərəfindən aldadıldıqlarını bildirir və uşaqlarının əməliyyat olunması üçün ona ödədikləri pulların geri qaytarılmasını tələb edirdilər. Müraciət şikayətçilər tərəfindən hüquq mühafizə orqanlarına da göndərilmişdi.

Şikayətçilər tərəfindən redaksiyaya verilən məlumata görə şənbə günü Nuridə Seyidova Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıb. İş üzrə şikayətçilərin də izahatları alındıqdan sonra Nuridə Seyidova saxlanılıb.

Verilən ən son məlumata görə bu gün saat 14 radələrində Nərimanov rayon Məhkəməsində Seyidova Nuridə Məmməd qızının barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Məhkəmədə Nuridə Seyidova pulları başqasına verdiyini iddia edib.

Xatırladaq ki, Nuridə Seyidovadan şikayət edənlər 18 nəfərdir. Bir ildən çox vaxt ərzində vətəndaşlar xəstə uşaqlarının xaricdə əməliyyat olunması üçün ona cəmi 304 000 ABŞ dolları pul ödədiklərini bildirirlər. Amma buna baxmayaraq son 1 il 4 ay ərzində Nuridə Seyidova kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Onun həbsindən sonra şikayətçilərin artması ehtimalının olduğu da söylənilir.

Aktualinfo.org

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR