[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
«AA Services FZCO» şirkəti «AAS-Ekol» MMC-dən - PAYINI GERİ GÖTÜRDÜ


Azərbaycanda ekoloji xidmətlər göstərən şirkətlər arasında münasibətlər dəyişir.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu sahədə fəaliyyət göstərən tanınmış şirkət “AAS-Ekol” MMC də parçalanma var. Şirkətin əsas təsisçilərindən biri payını geri çəkib.

Qeyd edək ki, şirkət 2010-cu ildə təsis edilib və tərəflərdən biri “AA Services FZCO” olub. İndi isə “AA Services FZCO” qurumun təsisçiliyindən çıxıb.

“AAS-Ekol” MMC-nin yaydığı məlumata görə, Dövlət Vergi Xid¬məti tərəfindən verilmiş (21 may 2021-ci il tarixli, 2101020028880500 N-li dövlət reyestrin¬dən çıxarış) çıxarışa əsasən 2010-cu il fevralın 1-də dövlət qeydiyyatına alınmış (VÖEN:1401740701) “AAS-Ekol” MMC-nin nizamnamə kapi¬talı MMC-nin təsisçisi “AA Services FZCO” şirkətinin “AAS-Ekol” MMC-nin təsisçiliyindən çıxması ilə əlaqədar azalaraq, “AAS-Ekol” MMC-nin nizamnamə kapitalı 250 min manat təşkil edir.

Bütün kreditorlar və debitorlar 1 ay müddətində AZ1154, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi 51A nömrəli ünvanda yerləşən “AAS-Ekol” MMC-ə müraciət edə bilərlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının birinci müavini işdən çıxmaq üçün ərizə yazdı


Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əliyev Turani Həndəm oğlu vəzifədən azad olunması üçün ərizə yazıb.

O, bu barədə məlumatı "Report"a təsdiqləyib.

T.Əliyev 65 yaşı tamam olduğuna görə vəzifədən azad olunması üçün ərizə yazdığını bildirib.

Birinci müavin hazırda məzuniyyətdə olduğunu və ərizəsini də təqdim etdiyini söyləyib.

Qeyd edək ki, T.Əliyev 18 il Göygöl Rayon İcra Hakimiyyətində vəzifədə çalışıb. O, bir müddət icra başçısının səlahiyyətlərini də icra edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibini gözləyən boş vəzifə yerləri - SİYAHI


Ölkəmizdə bir sıra yüksək vəzifə postları var ki, xeyli vaxtdır boş qalıb. Boş qalan kreslolar həm dövlət orqanlarında, həm də parlamentdə var.

DİA.AZ bildirir ki, Bizim.Media sahibini gözləyən kresloların siyahısını hazırlayıb.

1. Mədəniyyət nazirinin kreslosu 22 dekabr 2022-ci ildən boş qalıb. Bu tarixədək həmin kreslonun sahibi Anar Kərimov idi.

2. “Azərsu” ASC-nin sədri vəzifəsi də 2 ilə yaxındır ki, boşdur. Ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov bu vəzifədən azad olub.

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə aydır ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.

Qeyd edək ki, hazırda parlamentdə də sahibini gözləyən kreslolar var. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilən 4 dairə üzrə deputat yeri boş qalıb:

1. Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;

2. Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;

3. Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;

4. Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi.

Bundan əlavə sonrakı illərdə də daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:

1. 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat etdi. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.

2. Milli Məclisin deputatı Eldəniz Səlimov içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisə əl qaldırdığına görə 4 avqust 2021-ci ildə Respublika Prokurorluğu tərəfindən həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi.

3. Azərbaycan Prezidentin imzaladığı digər sərəncamla Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina etdi. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.

Beləliklə, hal-hazırda Milli Məclisdə sahibini gözləyən 7 deputat kreslosu var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?

Bir neçə gün öncə Azərbaycanda ali məktəblərdə, kolleclərdə "Yüksək vəzifəli qohumlarına görə prorektor olanlar...” başlığı ilə yazı dərc etmişdik.

Qaynarinfo sözügedən məsələnin aktuallığını nəzərə alaraq, prorektorların işlədiyi universitetlərdə öz qohum-əqrabalarının da çalışmasını araşdırıb.

Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.

Samir Əliyev 1998-2001-ci ildə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq, Cinayət hüququ cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası ixtisası" üzrə bitirib. 2005-ci ildən ATU-nun İctimai fənlər kafedrasında müəllim kimi fəaliyyət göstərir.
ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?

Orxan Əliyev 2003-2008-ci ildə ATU-nun Stomatologiya fakültəsini bitirib. Elə həmin ildən başlayaraq 2014-cü ilə kimi universitetin Ortopedik stomatologiya kafedrasında Baş laborant, hazırda isə assistant vəzifəsində çalışır.

Bir ailədən üç nəfərin dövlət müəssisəsində - biri rəhbər şəxs, digərləri isə işçisi kimi çalışmasına qanun yol verirmi?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Kamran Əliyev bunun birmənalı olaraq yolverilməz olduğunu deyib:
ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?
ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?

"Korrupsiya haqqında qanuna baxsaq görərik ki, hər hansı bir təşkilatın, müəssisənin qərarverci səlahiyyətli şəxslərinin tabeçiliyindəki qurumlarda qohumları işləməməlidir. Prorektor qərar qəbul etmək səlahiyyətinə malik olan şəxisdir. Demək ki, siz qohumlarınızla bağlı müsbət qərar, hərəkət və yaxud hərəkətsizlik göstərə bilərsiz. Bu, birmənalı belədir. Düzdür, digər qanunlarda bu məhdudiyyət yoxdur. Amma bir qanunda bu hal göstərilirsə, bəs edir. Kamran Əliyev Baş prokuror təyin olunanda kürəkəni, Səbail rayon prokurorunun müavini Orxan Nuriyev başqa işə keçməklə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verildi. Bu isə bir nümunədir”.

Qeyd edək ki, Sabiq Əliyev 2001-ci ildən ATU-nun prorektoru vəzifəsində çalışır. Daha doğrusu, 2001-ci ilin may ayından universitetin tədris işləri üzrə prorektoru, 2015-ci ildən isə tədris və müalicə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Klopp “100-lər klubu”na qoşuldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının “100-lər” klubuna qoşulub.

Turnirin 1/8 finalında Madrid “Real”ına qarşı 1/8 final matçı (2:5) onun üçün 100-cü olub. Klopp bu saya çatan 8-ci mütəxəssisdir. 55 yaşlı çalışdırıcı “Liverpul”u 64, Dortmund “Borussiya”sını 36 ÇL matçına çıxarıb.

Turnirin Çempionlar Liqası adlandırılmağa başlandığı 1992-ci ildən bu yana ən yüksək göstərici “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusona məxsusdur – 202 oyun. Hazırda “Real”ın “sükançı”sı olan Karlo Ançelotti 186 matçla ikinci, uzun illər “Arsenal”da işləmiş Arsen Venger 184 görüşlə üçüncüdür.

“100-lər klubu”nda Pep Qvardiola (155 oyun), Joze Mourinyo (145 oyun), Mirça Luçesku (115 oyun) və Massimiliano Alleqri (100 oyun) də var.

Mənbə: iffhs.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vardanyan bundan sonra NƏ EDƏCƏK? - Ermənistan KİV


Ruben Vardanyanın öz istefasından sonra verdiyi bəyanat Qarabağdakı hayklar arasında ziddiyyətli fikirlər doğurub. Bəziləri çox məyusdur ki, Ruben Vardanyan nəinki Arayik Arutyunyandan inciməyib, hətta vəzifədən azad edildiyi üçün ona təşəkkür edib.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın "Hraparak" qəzeti yazıb.

"Ən əsası isə Vardanyan Ermənistan və Azərbaycan hakimiyyətinə şikayət etməyib, könüllü olaraq “xilaskarının”(Araikin-S.L.) maskasını qoparıb. Bununla belə, bəzi dairələrdə hələ də ümid var ki, Vardanyan “yavaş tələsir", o, Ermənistan Respublikasının düşmən hakimiyyətinə daha heç nə vermək istəmir. Və əgər o, Ermənistanda siyasi karyerasını davam etdirmək niyyətindədirsə, ehtiyatla hərəkət etməlidir. Amma Vardanyanın uğur qazanmaq üçün bir şansı var: ən radikal mövqelərdən çıxış etmək" -deyə davamından erməni nəşri bildirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın-Xankəndi yolundakı aksiyanın 76-cı GÜNÜ


Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiya 76 gündür davam edir.

Aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər.

Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu görünmələri onların tələblərində israrlı olduqlarını göstərir.

Ekofəallar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 40 avtomobil maneəsiz keçid edib.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO