[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Türkiyəyə işgüzar səfəri başa çatdı - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezidentin Türkiyəyə işgüzar səfəri başa çatdı - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib


Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, bu faciədən çox kədərləndiyini bildirib.

Faciənin ilk günündən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmiz humanitar yardımları bundan sonra da davam etdirəcək.

Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qiymət Əmənulla qızı: Qalib Həsənovun bütün həyat və fəaliyyəti saxtakarlıqlarla zəngindir


Müvəqqəti Laçın rayon qeydiyyatında olan, 20 il Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində səs müəllimi işləmiş Xocalı rayon Kərcicahan kənd sakini Əhmədova Qiymət Əmənulla qızı tərəfindən Müstəqil.Az-ın elektron poçtuna daha bir
Şikayət ərizəsi daxil olub.
Ərizəni təqdim edirik

Bildirirəm ki, dəfələrlə Prezident Aparatına və Mədəniyyət Nazirliyinə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Həsənov Qalib Şamil oğlunun qanunsuz hərəkətlərə yol verdiyi barədə yazılı müraciətlər etmişəm. Mədəniyyət Nazirliyinin hazırda korrupsiya əməllərinə görə həbsdə olan sabiq birinci müavini Elnur Əliyevin birbaşa dəstəyi ilə təyin olunan Qalib Həsənovun bütün həyat və fəaliyyəti saxtakarlıqlarla zəngindir.
Belə ki, Qalib Həsənov 1991-ci ildə orta məktəbi bitirmiş, həmin il Bakı şəhərində Özəl Ali Humanitar Kollecinə adını yazdırmış və guya 1-ci kursda oxumuşdur. Bu kollec 1993-cü ildə dövlət qeydiyyatına alınaraq Özəl Azərbaycan Univerisiteti kimi fəaliyyətə başlamışdır. 1995-ci ildə oranı “bitirən” bu adamın diplomunun qanuniliyinə özünüz qiymət verin. Dövlət qeydiyyatı olmayan təhsil müəssisəsinin fəaliyyəti qanunsuzdur. Həmin qarışıq dövrlərdə iki il guya kursdan-kursa keçmiş bu adamıntəhsilinin nəticələri də qanunsuzdur. 1995-ci ildə bu uiveristeti “bitirən” Q.Həsənov 1996-cı ildə Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış, 2017-ci ilədək Nazirlikdə baş girələmişdir. 2017-ci ildə ölkəmizin Macarıstandakı səfirliyində aşkar olunan qanunsuzluqlara görə işdən çıxarılmışdır. 1995-2000-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı işləyən atası Şamil Həsənovla, 1995-ci ildə Ağcabədi rayonunda Deputat seçilmiş və Xaqrici İşlər naziri olan Vilayət Quluyevin dostluğu heç bir biliyə və təcürbəyə malik olmayan Qalib Həsənovun layiq olmadığı koryerasının qurulmasına səbəb olmuşdur. Q. Həsənovun Tərcümeyi-halını yuxarıda qeyd etdim. Göründüyü kimi 1991-ci ildə orta məktəbi bitirəndən 2017-ci ilədək tərcümeyi-halında fasilə olmamışdır. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rəşad Kazımovun 21.10.2022-ci il tarixli, 0145534 saylı məktubunda bildirilir ki, Qalib Həsənov qanunvericilikdə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmət keçmişdir.
Əyani təhsil aldığı və fasiləsiz XİN-də işlədiyi dövrdə bu necə baş vermişdir? Şübhəsiz ki burada qaranlıq əməl olmuşdur.
2021-ci ilin avqust ayında rəis vəzifəsinə təyin olunan Q.Həsənov ilk gündən mədəniyyət sahəsində qabaqcıl və peşəkar işçiləri i.dən uzaqlaşdırmaq, kollektivlərdə intiriqa-qarşıdurma və qeyri sağlam mühit yaratmaqla məşğul olmuşdur.
Korrupsiya ittihamı ilə həbs olunan nazirin keçmiş birinci müavini Elnur Əliyevin kölgəsinə sığınaraq saxta tenderlər keçirməkdənçəkinməyən Qalib Həsənov “Masallı 994” MMC ilə qaranlıq işlər çevirmiş, şişirdilmiş qiymətlərlə inventarlar və 65 min manatdan artıq dəftərxana ləvəzimatları almışdır.
İdarəyə baş mühasib təyin edilən Zaur bundan əvvəl işlədiyi Ağcabədi Poçttamptında 65 min manat mənimsədiyinə görə məsuliyyətə cəlb edilmişdir. Bu “peşəkar” mühasib 65 min manatlıq dəftərxana ləvəzimatını mənimsəmək və silmək işində Q.Həsənova yardımçı olmuşdur.
İdarə rəisi işlədiyi 1 ildə Qalib Həsənov islahat aparmaq adı altında tabeliyində olan musiqi məktəblərində polis mühavizə qoymaq, binaların girişində barmaq izi qeyd edən avadanlıqlar quraşaşdırmaqla adamları qorxu və vahimə altında saxlamağa çalışır. Rəis işdən qanunsuz çıxartdığı adamların yerini çox yüksək qiymətlə yeni işçilərə satır.
Onu da bildirim ki, Q.Həsənovun qardaşı E. Həsənov Şəmkir rayon Polis şöbəsinin rəisi vəzifəsindədir. Odur ki, təhlükəsizliyimin təmin olunmasını Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm.
Hazırda Ağcabədi Regiona Mədəniyyət İdarəsinin əhatə etdiyi bütün musiqi məktəblərində durğunluq halı yaşanır. Yaranmış dözülməz vəziyyətin aradan qaldırılması heç bir rəhbərlik qabiliyyəti və pedeqoji təcrübəsi olmayan Qalib Həsənovun bacarığı çərçivəsində deyildir.
Göstərdiyim halların mənim iştirakımla yoxlanılması daha ciddi faktlar aşgara çıxarar
Qeyd: Mən Əhmədova Qiymət Əmənullah qızı Xocalı rayon Kərcicahan kənd sakiniyəm. 1989-cu ilədək Xankəndi şəhərində ayaqqabı fabrikində işləmişəm. Həmin vaxt ayaqqabı fabrikinin rəhbəri erməni idi. Həmin dövrdə ara qarışmıdı. Ermənilər təxribatlar edirdi. Mən işdən çıxdım. Üç ay sonra sülhməramlıların vasitəsi ilə mənim əməkhaqqım poçtla ünvanımıza göndərildi. Ancaq Şamkənd kənd uşaq Musiqi məktəbinin direktoru ilə 29 sentyabr 2021-ci il tarixdə 1 illik əmə müqaviləsi bağladım. 2021-ci ilin 23 oktyabr ayınadək işləmişəm, jurnal yazmışam və davamiyyət kitabına qol çəkmişəm. Buna baxmayaraq Qalib Həsənovun təziqi ilə 01 oktyabrda 2021-ci ildə işdən azad edildim. İşlədiyim 22 günlük əmək haqqımı vermədi Q.Həsənov.
İndi siz qiymət verin: Qalib Həsənovun vicdan sahibidir, yoxsa bir erməni dığası.

İmza: Əhmədova Qiymət Əmənulla qızı
24.02.2023

Redaksiyadan: Qarşı tərəfin münasibət bildirmək haqqı tanınır

Müstəqil.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini LƏĞV ETMƏK İSTƏDİ..

"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib". Mediatv.az bildirir ki, bu iddia ilə tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli çıxış edib.
Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini LƏĞV ETMƏK İSTƏDİ..

"Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub" deyən jurnalist daha sonra bildirir: "Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır".

Xatırladaq ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.
Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini LƏĞV ETMƏK İSTƏDİ..

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırı

Mediatv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz Rayon İcra Hakimiyyəti bir şirkətlə, eyni lot üzrə, beş müqavilə bağlayıb(?)!-Bir gündə


Tovuz Rayon İcra Hakimiyyəti ötən ilin son aylarında elan etdiyi dövlət satınalmalarına dünən-23.02.2023-ci il tarixdə yekun vurub. Və bir şirkətlə eyni lot üzrə beş müavilə bağlayıb…

Belə ki, bu dövlət qurumu "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Tovuz rayonunda yolların təmiri ilə bağlı bir gündə- 23.02.2023-ci il tarixdə müxtəlif məbləğlərlə (158392 AZN, 3407 AZN, 4969 AZN, 69375 AZN və 69374.98 AZN olmaqla) cəmi 305517.98 manatlıq olamqla beş müqavilə bağlayıb. Hərhalda İtisadiyyat Nazirliyinin Dövlət satınalmaları portalında belə göstərilir…

Maraqlıdır ki, eyni lot üzrə bir şirkətlə beş müxtəlif məbləğli müaqvilə bağlamaq hansı zərurətdən doğub və nə dərəcədə qanunauyğundur? Biz Yenixeber.org olaraq bu və digər faktlara Tovuz Rayon İcra Hakimiyyətinindən də mövqe öyrənmək istədik. Qurumun baş mühasibi Cahangir Məhərəmov bizimlə telefon söhbətində belə bir əməkdaşlığın olduğunu bildirsə də, suallarımıza aydılıq gətirmədi…Rabitəsiz, dolayı ifadələrlə, nəhayət təfərrüatdan məlumatsız olduğunu bildirməklə(?)

Maraqlıdır ki, bu məbləğdə satınalmanın qalibi olan "GÖYGÖL TİKİNTİ" MMC-nin nternet üzərindən heç bir əlaqə vasitəsinə rast ola bilmədik(?)

Mövzunun davamı olacaq. (Yenixeber. orq)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təcili Yardımda kökü kəsilməyən rüşvət yığımı


Son dövrlər daha çox korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətin priotet siyasi xəttini təşkil etməkdədir. Bu da ölkə rəhbərliyinin bu mövzuda barışmaz mövqedə olmasının bariz nümunəsidir.

Ölkə rəhbərliyinin ən ümdə qayəsi öz insanının sosial yaşamını yüksəltmək, gələcək nəsillərin sağlam təməllər üzərində yetişməsinə yönəlmiş daxili siyasətinin tərkib hissəsidir. Elə məhz bu kimi səbəblərə görə də, korrupsiya və rüşvətxorluğa qarşı ən barışmaz mövqe sərgilənməkdədir. Bununla da hər kəsə nümunə sərgilənməkdədir…

Bu gün diqqətinizə çatdıracağımız mövzu da məhz bu barədədir. Sitat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Stansiyasında baş verən bir neçə ciddi qanun pozuntuları barədə məlumat verəcəyik. Qeyd edək ki,həmin qurumun Köməkçi Yardımçı Stansiyalarda illərlə davam edən bir neçə neqativ hallar Böyük Feldşerlər tərəfindən həyata keçirilir.

Köməkçi Yardımçı Satnsiyanın müdirlərinə xüsusi yaxınlığı olan böyük feldşerlərin göstərişi ilə feldşerlərdən 10 – 20 manat, həkimlərdə isə 20 – 30 manat hətta daha artıq məbləğdə pul yığılmaqdadır.

Bəzi həkimlər və ya feldşerlər istənilən rüşvəti vermədikdə isə həmin şəxslərə isə qərəzli mövqe tutulur. Hər bir addımda müdir və ya böyük feldşer tərəfindən işlərində süni nöqsanlar yaratmaqla, sıxıntıya salınır və nəcidə onlarda rüşvət verməyə məcbur edilirlər.

Bütün bunlar barədə isə Səhiyyə Nazirliyi rəhbərliyinin məlumatsız olması qənaətindəyik.

Səhiyyə Naziri cənab Teymur Musayevin və Təcili Yardımın baş həkimi Rauf Nağıyevin mövzu ilə əlaqədar mövqeyini öyrənməyə çalışacağıq…
Mövzu diqqətimizdədir…

Xeberxetti.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstanbulda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - YENİLƏNİB + FOTO

Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir.

15:45

Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Bu barədə AZƏRTAC xəbər verir.
İstanbulda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - YENİLƏNİB + FOTO
İstanbulda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - YENİLƏNİB + FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…


Azərbaycanda bəzi məmurların şəxsi işlərində qeyd olunan diplomlarının şübhəli olduğuna dair məsələlər mütəmadi olaraq gündəmdə olub. Hətta sabiq deputatlar arasında da belə diplomlara sahib olanların olduğu da deyilir. Qeyd edək ki, belə hallar təkcə, Azərbaycanda deyil, dünyanın bəzi ölkələrində də baş verir.

Məsələn, hələ Əhmədinejat İranın prezidenti olan zaman təyin etdiyi Daxili İşlər nazirinin Harvardın məzunu olduğu deyilsə də, sonradan aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, sabiq nazirin diplomu saxtadır. Elə Rusiyada da belə hallar az olmayıb. Amma Azərbaycan deyəsən, bu məsələdə də çoxlarını geridə qoymaqdadır. Ölkəmizə gəldikdə isə saytımıza daxil olan məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti Şöbəsinin hazırkı müdiri Adil Xudadatov da belələrindən hesab oluna bilər.

Bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Təbii ki, həmin vaxt rayonun icra başçısı olan Zakir Fərəcovun dəstəyi sayəsində. Lakin bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.

Abşeron macəraları və Sumqayıta transfer

Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Onun Zakir Fərəcovun “kassiri” olduğunu deyənlər də az olmayıb. Çünki Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı.

A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib.

İcra başçısı olmaq xülyası

Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. Daha sonra keçmiş “Kamaz” sürücüsünün bəxti ona sonradan yenə yar olub. Məsələ belədir ki, Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir.

Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansısa hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirir. Maraqlıdır ki, sözügedən şəxs bu postda da uzun müddət qala bilməyib. Belə ki, Arxitektura Komitəsinin iradlarından və nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək, cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər Arxitektura Komitəsi Babək Hüseynovu təyin edib.

Çıxılmaz vəziyyətdə qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Bu dəfə isə Xudadatov işi daha da böyüdərək, koronavirusdan pul qazanmağa başlayıb. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.

Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə təyinat alacaq. Daha doğrusu, özü deyir ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı gedəcək. Görəsən, “Kamaz” sürücüsünü niyə icra başçısı qoysunlar ki?

Diplom müəmması

Ən maraqlı məqam yazının əvvəlində qeyd etdiyimiz diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır.

Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.

Sahibkarlarla borc “razborkası”

Sumqayıtda bir qrup sahibkarın icra hakimiyyəti tərəfindən pullarının ödənilməməsində də A.Xudadatovun adı keçir. Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb.

Şəhərin baş memarı da iş adamları ilə görüşərək, onlara söz verib ki, qısa zamanda borcların bağlanmasını təmin edəcək. Lakin iki aydan çoxdur ki, nə sahibkarlar, nə də fəhlələr ondan bir qəpik pul ala bilirlər. “Adil Xudadatov bizə deyir ki, Memarlıq və Tikinti Komitəsi onun səlahiyyətlərini əlindən alıb. Ona görə də, şəhərdən pul yığa bilmir.

Bir gün deyir ki, işçilərimi göndərmişəm əraziyə pul yığmağa. Bir gün bəhanə edir ki, lazımı qədər pul yığa bilmir, əlində olanı da şəhərdəki işlərə sərf edir. Bizə maraqlıdır, Adil Xudadatov hansı səlahiyyət və hüququla pul yığır? Məgər bu qanunla qadağan olunmayıbmı? Memarlıq və Tikinti Komitəsi hara baxır ki, bu adam əhalidən, obyektlərdən pul yığır?”.

İş adamları deyirlər ki, onlar halal haqlarını tələb edirlər və Xudadatovun hərəkətləri də məhz bəhanələrdən başqa bir şey deyil. “Biz Sumqayıt şəhərində abadlıq və yenidənqurma işləri görmüşük.

Cibimizdən pul xərcləmişik ki, üzərimizə düşən öhdəliyi vaxtında yerinə yetirək. Amma Zakir Fərəcov bizim qanuni haqqımızı verməməklə yanaşı, işi Xudadatov kimi birinə tapşırıb. O da gündə bir bəhanə ilə bizi aldatmaqla məşğuldur. Bəs, bunca insanın pulunu kim verəcək və nə zaman verəcək? Üzərindən illər keçir və biz hələ də işçilərimizin yanında üzüqara vəziyyətdə qalmışıq”.

Sumqayıt binaları təhlükə mənbəyinə çevrilib

İş adamları və şəhər sakinlərinin dediyinə görə, Adil Xudadatov Sumqayıtda bütün abadlıq və tikinti işlərinə nəzarət edib. Elə Abşerondakı kimi fəaliyyətinə davam edib. Hətta səlahiyyətlərinin və imkanlarının çoxluğu səbəbindən özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim etməkdən də çəkinməyib.

İddia olunur ki, Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A. Xudadatov verir. Hətta özünün səlahiyyəti çatmadığı tikinti işlərinə də müdaxilə etmək, icazə almaq kimi məsələləri də yalnız Baş memar həll edir. Yəni sistem elə qurulub ki, Baş memarın şifahi və yaxud da yazılı rəyi olmadan Sumqayıtda iş görmək müşkülə çevrilib.

A.Xudadatovun adı həm də köhnə binaları zədələyərək, əlavə qapıların açılması, yaşayış binalarının birinci mərtəbələrinin obyektlərə çevirmək üçün konstruksiya dəyişiklilərində də hallanır. Bu da bəzən ikinci, üçüncü mərtəbələrdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Çünki konstruksiya dəyişikliləri bəzən köhnə binaların zədələnməsinə, yük saxlamaq gücünün zəifləməsinə səbəb olur. Və yaxud da bu kimi dəyişikliklər nəticəsində açılan obyektlər yaşayış binasının funksiyası ilə tərs-mütənasiblik təşkil edir. Belə olan halda da bina sakinlərinin narazılıqları baş qaldırır.

Milyonluq kapital

A.Xudadatovun fəaliyyəti onun zəngin bir adama çevrib. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir. Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısı və fotoları ölkə mediasında yayılıb.Onların bəzilərini təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina.

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Sumqayıtda Adil Xudadatov kabusu: milyonluq mülklər, şübhəli diplom və qəzalı binalar…

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Türkiyədə - YENİLƏNİB (FOTO)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşıladılar.

*** 12:33

Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin köşkündə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. İki liderin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 15:00-da) başlayacaq.
İlham Əliyev Türkiyədə - YENİLƏNİB (FOTO)
İlham Əliyev Türkiyədə - YENİLƏNİB (FOTO)
İlham Əliyev Türkiyədə - YENİLƏNİB (FOTO)
İlham Əliyev Türkiyədə - YENİLƏNİB (FOTO)


XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu