[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Almaniyada - FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
İlham Əliyev Almaniyada - FOTOLAR
İlham Əliyev Almaniyada - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada vətəndaşın halından xəbəri olan varmı? - TOTAL NARAZILIQ


DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, qışın oğlan çağında Zaqatalanın Uzuntala kəndində içməli su qıtlığı höküm sürür.

Kənddə 6 subartezian quyusu olsa da onlardan yalnız biri işləyir. 700 nəfər kənd sakinin yeganə ümidi təkcə bu artezianadır ki, o da yaşayış məntəqəsindən xeyli aralıda yerləşləşir. Sakinlər hər gün bu arteziandan su daşımaq üçün min bir əziyyət çəkməli olurlar.

Kəndin mərkəzindəki ən sonuncu artezian quyusu 12 il əvvəl qazılıb. Artıq bu artezianda su quruyub. Kənd sakini Ramazan Muradov bildirir ki, su daşımaq üçün hər gün bir necə saat vaxt itirməli olur. “Kənd sakinləri çox çətinliklər çəkirlər. Evlərdə su yoxdur, çətin vəziyyətdəyik”.

Kənd sakini Ramazan Nəsibov bildirir ki, işdən sonrakı vaxtını ancaq su daşımağa ayırır.

“Kəndimizdə 6 dənə artezian var idi. İndi biri işləyir. Bir artezian bizim tələbatımızı ödəmir. İşləməyən artezianların gözü tutulub, təmizlənməlidir. Maşınla nə qədər su daşısaq da təlabatı ödəmir”.

Rəşafətdin Ömərovun ailəsi böyük olduğundan su ilə bağlı qayğıları da böyükdür. Ailə su problemlərini həll etmək üçün ayrıca motosiklet və su çəni alıb.

“Məcbur olub motosikletlə, çənə su daşıyırıq. Hər gün bir ton su daşımalıyıq ki, içməyimizə, yuyunmağımıza çatsın. Təsəvvür edin görün biz nə çətinlik çəkirik”.

İki uşaq anası Süsən Nəsibova deyir ki, onun qayğıları daha çoxdu. “Evin problemi təkcə su deyil axı. İki körpə uşağım var, məktəbə gedir. Birmirəm onların problemləri, dərsləri ilə məşğul olum yoxsa su daşıyım. Dedik bəlkə qışda su gələr, yağışlar yağar... Yox yenə eyni şeydir. Gedib çaydan su daşıyırıq, bidonla, butulkalarla. Yayda vəziyyətimiz daha dözülməz olur”.

Rayon su-kanal idarəsinin rəisi Samir Hüseynov bildirdi ki, kənddəki 6 arteziandan yalnız biri onların balansındadır. “Həmin artezian 3 ildir işləmir. Bizə hər hansı müraciət daxil olmayıb”- deyə Samir Hüseynov məsuliyyətdən yayınmağa çalışdı.

Məsələ ilə əlaqədar rayon icra hakimiyyətindən isə bildirildi ki, Uzuntala kənd sakinlərinin su problemi ilə bağlı müraciətlər onlara daxil olub və artezianların təmizlənməsi üçün həmin müraciətlər regional təşkilatlara yönləndirilib.

Xatırladaq ki, bundan əvvəl Zaqatalanın Yuxarı Tala və Aşağı Tala kəndlərindəki susuzluq problemini də işıqlandırmışdıq. Su məsələsi, ümumiyyətlə, rayonun əsas problemlərindən biridir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının əlindən ACLIQ AKSİYASINA BAŞLAYIR... - NARAZILIQ VAR!

Ucar rayonun Lək kəndində məskunlaşan,Kəlbəcərli köçkün KalvaTəhməz Kəndli Fermer Təsərüffatinın rəhbəri Təhməzov Fazil Abdüləli oğlunun Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədova ünvanlanmış olan müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli cənab Mənsur Məmmədov!
Sizin Ulu Öndərimiz, dünya şöhrətli siyasətçi, mərhum prezidentimi rəhmətlik Heydər
Əliyevin Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanından (xüsusi olaraq 1-ci bəndinin 6-cı
abzastı) məlumatınız varmı? Varsa niyə icrası ilə bağlı tədbirlər görmürsüz? Yoxdursa o vəzifəni
niyə daşıyırsız? Varsa və tədbir də görmürsünüzsə Ulu Öndərimizin imzasına niyə hörmət
qoymursuz?
Biz kəndçilər cəhənnəmə. Bəs o boyda dahi şəxsiyyətəmi hörmətiniz yoxdur? Sizə təkrarən
müraciət edirəm ki, Kəlbəcər və digər rayonlarımız Müzəffər Ali Baş Komandanın komandanlığı
altında işğaldan azad edildikdən sonra hələ torpaqlarımıza qayıtmamış bizə Ucarda divan tutan
xırda məmurlar, qoluçomaqlar barədə etdiyim şikayətə Sizin tərəfinizdən məhəl qoyulmaması bu
işin təşkilatçılığının məhz Sizin tərəfinizdən təşkil edildiyini düşünməyə vadar edir. Ayrı cür
təsəvvür edə bilmirəm.
30 ilə yaxın istifadə etdiyim və Bələdiyyə torpağı olan örüş sahəsi Bələdiyyə sədri Şükürov
Nazir, İcra Nümayəndəsi Əfqan Rəhimovun göstərişi əsasında Vüqar Mürsəlov tərəfindən zəbt
edilib, təyinatı dəyişdirilibdir. Ərzaq təhlükəsizliyinin tüğyan etdiyi bir vaxtda heyvanlarımın örüş
sahəsi olmaması səbəbindən heyvanlarım acından qırılmaq təhlükəsi ilə üzləşibdir. Siz də bunu
seyr etməklə məşğulsunuz.
Sizdən tələb edirəm ki, haqqı tərəfimdən ödənilmək şərti ilə, tez bir zamanda yuxarıda qeyd
etdiyim fərmanın icrasını təmin edərək təsərüffatım üçün örüş sahəsinin ayrılması üçün tədbir
görəsiniz. Əgər təmin etməsəniz onsuzda uzun müddətdir ac qalan heyvanlarımla birlikdə onların
aksiyasına qoşularaq mətbuat vasitəsi ilə aclqı aksiyasına başlayacağımı cənəb prezidentimizə
bildirəcəyməm.
İmza: Təhməzov Fazil Abduləli oğlu
16.02.2023-cü il //“Dünyanınsəsi,Az”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İDDİA: Fərid Qaybıov ETİMADI DOĞRULTMAYIB... - Onun yerinə deputatı gətirirlər...


Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedenlərin olması da bunu təsdiq edir.

DİA.AZ bildirir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycanın Gənclər və idman naziri Fərid Qayibov da öz postu ilə vidalaşacaq
İDDİA: Fərid Qaybıov ETİMADI DOĞRULTMAYIB... - Onun yerinə deputatı gətirirlər...

Bu barədə danışan mənbəmiz iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.

Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycandan köçmüş sabiq məmurlar indi nə işlə məşğuldurlar? – ARAŞDIRMA


Vaxtilə dövlət idarəetməsində yüksək vəzifələrdə çalışmış məmurların sonrakı həyatı bir çoxları üçün maraqlıdır. Belə ki, bir çox sabiq yüksəkranqlı məmurlar vəzifələrini itirdikdən sonra Azərbaycanda yaşamağa davam etsələr də, xaricə üz tutanların sayı da az deyil.

Maraqlıdır ki, həyatlarını xarici ölkələrdə davam etdirən məmurların bir çoxu bizneslə məşğul olsa da, onların içərisində elmi fəaliyyətlə məşğul olanlar da var.

DİA.AZ bildirir ki, Bizim.Media hazırda xaricdə yaşayan sabiq yüksək vəzifəliləri araşdırıb.

Fuad Quliyev

1994-1995-ci illərdə Baş nazirin I müavini, 1995-1996-cı illərdə isə Baş nazir vəzifəsini icra etmiş Fuad Quliyev, eyni zamanda I çağırış Milli Məclisin deputatı olub. İxtisasca iqtisadçı olan F.Quliyev uzun müddətdir ki, Ukraynada yaşayır. Hazırda 82 yaşı olan sabiq baş nazirin biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Abbas Abbasov

1992-2006-ci illərdə 14 il Baş nazirin I müavini olmuş Abbas Abbasov vəzifəsindən azad ediləndən bir müddət sonra Rusiyaya gedib.

O, burada əvvəlcə yaxın dostu, "AST Şirkətlər Qrupu"nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə başlayıb. Bu şirkətin vitse-prezidenti təyin olunub. Sonrakı illərdə də biznes fəaliyyətinə davam edib. O, uzun müddət “AzerRos” Ağsaqqallar Şurasına da sədrlik edib.

Rəsul Quliyev

1997-ci ilə qədər Azərbaycanda yaşamış Rəsul Quliyev bir sıra yüksək vəzifələrdə çalışıb. O, 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilib.

1993-cü ildə isə o 6 aya yaxın müddət Baş nazirin müavini olub. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin vaxtdan bu günə qədər ABŞ-da yaşayır.

Surət Hüseynov

“Qiyamçı polkovnik” Surət Hüseynov 1993-cü il iyunun 30-da Baş nazir postunda Pənah Hüseyni əvəz edib. O, 1994-cü il oktyabrın 7-dək bu kresloda qalıb. Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Sonrakı dövrdə bir müddət Türkiyədə yaşayan sabiq baş nazirin son olaraq Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Fəhmin Hacıyev

AXC-nin fəal üzvlərindən olan Fəhmin Hacıyev 1992-ci ilin yanvarında müdafiə nazirinin müavini təyin olunub. Sonrakı aylarda müxtəlif vəzifələrdə çalışan Hacıyev bir müddət Daxili Qoşunların komandanı vəzifəsini icra edib.İyun qiyamından sonra Türkiyəyə gedən F.Hacıyev 1 il sonra Azərbaycana gəlib və həbs olunub. 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmur Ukraynaya mühacirət edib. Hazırda Ukraynada yaşamağa davam edir.

Rza İbadov

Dövlət Əmlak Komitəsi sədrinin keçmiş müavini, Milli Məclisin sabiq deputatı Rza İbadov bir müddət Fransada yaşayıb. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin uzvü, 1995-2000-ci illərdə isə Milli Məclisinin Beynəlxalq Münasibətlər Komissiyasının sədri işləyən R.İbadovun hazırda Londonda sahibkarlıq fəaliyyəti məşğul olduğu iddia olunur.

Becan Fərzəliyev

Becan Fərzəliyev 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikanın baş naziri olub. 2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub. Cinayət işində bir neçə helikopterin alınmasına dövlət vəsaitlərinin ayrılması, amma helikopterlərin alınmaması ilə bağlı ittihamlar vardı.

2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib. Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır. O, elmi fəaliyyətlə məşğuldur.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktor başqa məktəbin sinif jurnalını `oğurladı` - Azərbaycanda İLGİNC OLAY


Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbində qəribə hadisə baş verib.

DİA.AZ-ın bilgisinə görə, 32gun.az-a daxil olan məlumatda iddia edilir ki, 9-cu siniflərdən birinin sinif jurnalı itib. Bu da buraxılış sinifi olduğu üçün məktəbdə narahatlığa səbəb olub. Məktəbə yeni müvəqqəti olaraq direktor təyin edilən Könül Kərimova və kollektiv bir neçə gün jurnalın tapılması üçün cəhdlər ediblər və bir müddət bu axtarış cəhdləri boşa çıxıb.

Adının açıqlanmasını istəməyən və məktəbdə müəllim işləyən xanımlardan birinin saytımıza bildirdiyinə görə, direktor "məktəbin təhlükəsizlik kamerasının Regional təhsil idarəsinə göndəriləcəyini və hər günün görüntülərinin izlənəcəyi" ilə bağlı məlumat yayıb.

Elə olay da bundan sonra baş verib. Belə ki, rayonun digər məktəblərdən birinin direktoru həmin jurnalı Qazax şəhər 2 nömrəli tam orta mətəbin direktor əvəzi K.Kərimovaya gətirərək "Bunu götürən uşağın anası mənim gəlinimə verib ki, sizə qaytarım" ifadələrini işlədib.

Deyilən sözərə inanmayan Könül xanım ondan niyə belə bir əməl törətməsinin cavabını tələb edib.

Bu zaman jurnalı götürən digər direktor "lənət şeytana, lənət şeytana" deyərək otaqdan çıxıb və sürətlə oradan uzaqlaşıb.

Əldə etdiyimiz digər məlumata görə, jurnalı məktəbdən götürən direktorun ailə üzvlərindən biri Qazax rayon İcra Hakimiyətində Rəcəb Babşovun yaxın ətrafında vəzifədə olan şəxslərdəndir.

Hadisəni törədən xanımın kimliyini dəqiqləşdirib məlumat verəcəyik.

Tərəflərin mövqeylərini dərc etməyə haızırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qurtuluş 93” Məhərrəm kürəkənini HƏBSDƏN QURTARIR? - Qərar ləğv edildi


Ali Məhkəmədə Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd: Cinayət matereallarında göstərilib ki, təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90/km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil ilə toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüb. Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0, 517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixdə dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona ona zəng edərək hərarətinin qalxdığını deyib: “Oğluma evə gəldiyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi.

Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğundan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Deawo Damas” markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım”

O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil: “Həmin günü də orada içki qəbul etməmişdim”. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb.

Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Land Rover” markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.

Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanununun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Xatırlatma: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolundakı aksiyanın 68-ci GÜNÜ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış səkkiz gündür davam edir.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda büdrəyən MƏŞĞULLUQ SİYASƏTİ - GİLEY


Göyçay şəhəri R. Rza küçəsi 109 ünvanında yaşayan Aşurov Əli Cümşüd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a ünvanan yazılı müraciətdə deyilir:

"Mən Aşurov Əli Cümşüd oğlu 2 ildən daha artıq müddətdir Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzində (Göyçay Məşğulluq Mərkəzi) özünəməşğulluq proqramına qoşulmuşdum. Lakin, bu vaxt ərzində daşdan səs çıxdısa, onlardan da xəbər gəldi deyərdim. Hansı ki, məndən xeyli sonra qeydiyyatdan keçən şəxslər vardır ki, istədikləri mal-qara və ya avadanlıqlarla təmin edilməkdədir. Mən isə boş ümidlərdən əl çəkərək yenidən Göyçay Məşğulluq Mərkəzinə müraciət etdim. Bu dəfə işıq, qaz, su, yaxud da kommunal idarələrin birində işləmək istədiyimi bildirdim. Mərkəzin Nizami adlı əməkdaşı adımı qeydiyyata saldı və hələki mənə növbə çatmasının mümkünsüzlüyünü bildirdi. Həqiqət budur ki, hər kim onlara sərf edən adamdırsa, ya da arxa-dayağı varsa, yəni tapşırılıbdırsa, həmin şəxslər üçün yaşıl işıq yanır. Mənim kimi gündəlik 1 tikə yavan çörəyə möhtac olan, övladları uğrunda özünü daşa-kəsəyə vuran, 100 ildən qalmış köhnə və qəzalı evdə yaşayan çarəsiz insanlara gəldikdə isə, növbəni gözlə deyirlər.
Sizə özüm və yaşam tərzim haqqında məlumat verərək bildirmək istəyirəm ki, ailəliyəm və 2 körpə övladım var. Mən gənc olanda atam vəfat edib. Öncə qeyd etdiyim kimi, yüz ildən qalmış köhnə və qəzalı evdə yaşayırıq. Rayonda fəaliyyət göstərən dövlət idarələri və ya təşkilatlarında iş yoxdur deyirlər. Göyçay Məşğulluq Mərkəzinin əməkdaşı Nizami başda olmaqla, orada hər kəs mənə saymamazlıq edir, vəziyyətimin olduqca acınacaqlı olmasına baxmayaraq məsuliyyətsiz yanaşırlar. Gözümü açandan eşidirəm ki, filankəslər adlarını yuxarıda qeyd etdiyim idarələrə yazdırıb, evində otura-otura havayı maaş alırlar. Məgər mən də bu ölkənin vətəndaşı deyiləmmi? Üstəlik onlardan fərqli olaraq gündəlik çıxmaqla, əlimin zəhməti ilə qazanıb, halal yemək amacındayam. Siz "Dövlət hər bir vətəndaşına sahib çıxır" deyirsiniz. Xəbəriniz varmı ki, Nizami kimi "məmur"lar laqeyd, birtərəfli, məqsədyönlü davranışları sayəsində biz vətəndaşlarda dövlətə qarşı yalnış fikirlər yaratmaqdadırlar. Onların ücbatından iki çıxış yolundan birini seçməyə məcburam: Ya vətəndaşlıqdan imtina edərək xarici səfirliklərdən kömək istəməliyəm, ya da ki, intihar etməliyəm. Birinci seçim dövlətimin şanına xələl gətirəcəyindən, ikinci seçimim, yəni öz canıma qıymağım isə məni əbədi Cəhənnəm əhli edəcəyindən qorxuram.
Siz, məmurları təyin etdiyiniz zaman "Vətəndaşlara sahib çıxın, xalqa olan xidmətinizdə ədalət prinsipini rəhbər tutun" əmr etdiyiniz vəzifəli şəxslər sanki biz kasıbların qanına, malına susayıblar, elə bil ya biz azərbaycanlı deyilik, ya da onlar bizdən deyillər. Ən pis olan odur ki, həmin özbaşınalıqlar edən "məmur"lar həqiqətləri Sizdən gizlətməyə çalışırlar.
Sizdən çox xahiş edirəm, müraciətimi oxuyan kimi təcili olaraq sözü gedən idarələrin birində işlə olunmağıma köməklik göstərəsiniz."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO