[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistan yalan məlumatlar yayır" - Azərbaycan XİN


"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”.

Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOVET ƏNƏNƏSİ DAVAM EDİR: Katibə nə dedi... ODUR! - İTTİHAM VAR!


Haqqında bəhs edəcəyimiz “Tərəqqi” texniki-humanitar liseyi barəsində qısa məlumat üçün qeyd edək ki, məktəb uzun illər 66 №li ümumtəhsil orta məktəbi kimi fəaliyyət göstərib. 1993-1994-cü tədris ilindən məktəbə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş İ.Hacıyevin adı verilmişdir. 1999-2002-ci illərdə ingilis dili təmayüllü orta məktəb kimi fəaliyyətdə olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 7 avqust 2003-cü il tarixli 758 №li əmri və Ədliyyə Nazirinin 21 avqust 2003-cü il 0103-P26-38281№li qeydi ilə 66№li məktəb ingilis dilini öyrədən texniki-humanitar yönümlü məktəb-lisey olaraq qeydiyyatdan keçmişdir. 2006-2007-ci ildən etibarən Təhsil Nazirinin 28.12.2006-cı il tarixli 897 №li əmri və Ədliyyə Nazirinin 14.04.2006-cı il tarixli 1106-A2 445 №li qeydiyyatından keçmiş və bu gün Təhsil Nazirliyinin tabeliyində “Tərəqqi” texniki-humanitar liseyi kimi fəaliyyət göstərir. Liseydə təmayül siniflər aşağıdakı qaydada formalaşdırıb: 10 A – texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü 11a – riyaziyyat- iqtisadiyyat təmayüllü.
İndi isə keçək əsas məsələyə. Fikir verdinizmi, bu sıradan bir orta məktəb deyil, daha çox riyazi-iqtisadi elmlər üzrə ixtisaslaşmış məktəbdir.
Qısaca onu qeyd edək ki, “ Tərəqqi” liseyində sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktor olduğu dönəmdə çox neqativ hallar oldu. Və bu səbəbdəndə o vəzifəsindən uzaqlaşdırıldı. Bütün müəllim və şagird kollektivi düşünürdü ki, liseyə əsl təhsil işçisi rəhbər təyin olunacaq. Amma... Əmması odur ki, xeyli müddət 178 saylı orta məktəbdə direktor vəzifəsində çalışan Nasim Abışov “Tərəqqi” liseyinə direktor təyin olundu. Tanıyanlar yaxşı bilir ki, Nasim Abbasov hələ 178 saylı məkətbin direktoru olarkən neqativ əməllərinə görə, tanınırdı. Onun məktəbdəki kadr siyasəti, sinif rəhbərləri ilə münasibəti hamıya yaxşı bəlli idi. Digər tərəfdən heç kimə sirr deyil ki, hazırda məktəb direktorları repetitor müəllimlərə uşaqları hazırlamaq üçün məktəbdə yeri pulla icarəyə verirlər.
İkincisi, hazırlıq kursu keçən müəllimlərlə direktorlar 60-40 faizə, hətta bəzən 50 faizə şərikdirlər.
Sözün qısası, belə bir yüksək təcrübə keçmiş Nasim Abışov kiminsə himayəsi ilə “Tərəqqi” liseyinə direktor təyin olundu. Və... Nasim Abışovun əsl mahiyyətini bilmək üçün, “Tərəqqi” liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş, Qubadlıdan olan məcburi köçkün Əsədova Afət Misir qızının Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətinə nəzər salaq: “ Mən Əsədova Afət Misir qızı 1993- cü ildən Qubadlı rayonundan məcburi köçkünəm.1996-cı ildən “Tərəqqi” texniki–humanitar liseyində (Keçmiş 66 saylı məktəbdə) fizika müəlliməsi işləyirəm. 2006- cı ildən isə həmin liseydə təlim-tərbiyə işləri üzrə direktor müaviniyəm. 29.12.2017-ci il tarixdə Abışov Nasim Əjdər oğlu"Tərəqqi" texniki-humanitar liseyinə direktor təyin olundu. İşə başladığı gündən bu günə qədər mənim tutduğum vəzifədə hansısa nöqsan tapıb, mənə heç bir xəbərdarlıq etmədən 13.02.2018- ci il tarixdə ərizəmi yazıb işdən çıxmağımı tələb etdi. Mən ərizəmdə tutduğum vəzifədən azad olunmağımı, lakin bir müəllimə kimi məktəbdə dərs yükümün saxlanılmasını göstərmişdim. O, isə mənə təzyiq edərək ərizəmi bir neçə dəfə dəyişdirməklə mənə 13.02.18-ci il tarixdən işdən azad olunmağıma dair ərizə verməyimi təkid etdi. Çox gərgin hisslər keçirərək özümdən qeyri-ixtiyari onun dediyi kimi ərizəmi yazdım. Lakin həmin ərizə mənim iradə və ifadəmi təmsil etmir. Direktor N.Abışov elə həmin gün, həmin saatda mənim əmrimi verib və əmrin çıxarışını öz katibəsindən mənə göndərdi. Mənimlə direktor arasında heç bir şəxsi-qərəzlik olmadığı halda, mən həmin məktəbdə müəlliməlik hüququndan məhrum olmuşam. Baxmayaraq ki, həmin məktəbdə 23 ildir müəllimə kimi çalışıram.
Onu da bildirirəm ki, erməni daşnakları tərəfindən doğma torpaqlarından didərgin düşmüş, YAP-ın fəal üzvü, “ Baş müəllim”, “ Qabaqcıl təhsil işçisi”, fizika kursu kitabının müəllifi, 1981- ci ildən əmək fəaliyyətində olan müəlliməyəm”. Bütün bunlar azmış kimi, məktəbin mühafizəçiləri direktor Nasim Abışovun göstərişi ilə məktəbin direktor müavini Afət müəlliməni məktəbin ərazisinə buraxmayıblar. Və xanım müəllimə ilə az qala CANİ kimi davranıblar.
İndi bildinizmi, “Tərəqqi” liseyinin direktoru Nasim Abışov kimdir və nəçidir..?
Bəli, bu gün liseyin şagirdləri pul verməkdən cana doyublar. Bu gün liseyin təsərrüfat işçilərinin maaş kartlarının kimin cibində olmasını Abışovdan soruşmaq lazımdır. Gecə saat 7-dən sonra liseyin işıqları niyə yanır..?
Otaqlar kimlərə kirayə verilir..? Liseyə işə qəbul hansı “summa”da olur..? Bütün bunlarla bağlı növbəti yazıda tanış ola bilərsiniz. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Avtovağzalında gərginlik: “Əlavə ödəniş tələb edilir” - NARAZILIQ VAR!


Bakı, Naxçıvan Avtovağzalı ilə bağlı yaranan problemlər hər il özünü başqa formada biruzə verir desək yanılmarıq.

DİA.AZ jamaz.info-ya istinadla xəbər verir ki, bir müddət öncə sayta bir sıra vətəndaşlar Bakıdan Naxçıvana səyahət zamanı problem yaşamadıqlarını ancaq geri qayıdış zaman isə eyni halla qarşılaşmadıqlarını bildiriblər. Belə ki, adının çəkilməsini istəməyən Naxçıvan vətəndaşları Bakıdan Naxçıvana gedən zaman yüklərin çəkisində onlara məhdudiyyətin qoyuladığını ancaq geri qayıdış zamanı isə 20 kq-dan artığına əlavə ödənişin tələb ediliyini iddia ediblər. Hətta Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bu mövzunu maraqlandıqlarını və heç bir məhdudiyyətin olmadığını dilə gətiriblər.

Mövzunu aydınlaşdırmaq üçün gələn şikayət üzrə Bakı və Naxçıvan Avtovağzalı ilə əlaqə saxladıq.

Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Jamaz.info-ya bildirildi ki, bəhs edilən şikayət doğru deyil. Belə ki, bir sərnişin üçün 16 kq yükə icazə verilir. Əgər bu ölçüdən yuxarı olarsa əlavə ödəniş tələb edilir:

“İçəri salona isə sərnişinləri narahat etməmək şərtilə, çox ağır olmayan əl yükünün pulsuz daşınmasına icazə verilir. Belə deyirik bəzən bunu yanlış anlayan sərnişinlər hətta 50 kq əl yükü ilə avtobusun salonuna daxil olmaq istəyirlər. Həmçinin digər sərnişinlərə maneçilik törədirlər. Bunu dilə gətirdikdə isə problem yaşanır. Bunu,

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarını oxuayaraq da dəqiq məlumat əldə edə bilərlər”,

Məlumatı daha çox aydınlaşdırıb dəqiqləşdirmək üçün Naxçıvan Avtovağzalı ilə də əlaqə saxladıq. Ordan isə Jamaz.info-ya bildirdilər ki, icazəli yük çəkisi 20 kq təşkil edir:

“Bu isə tərəzi ilə müəyyən edilir. Sərnişinlər arasında yanlış anlaşılma baş verə bilər. Heç bir qanun pozuntusundan söz gedə bilməz”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırov polkovnik Bərzanini işdən çıxardı - ƏMR

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs vəzifəsindən azad edilib.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov işdən azad edilərək, təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Şahin Bağırov polkovnik Bərzanini işdən çıxardı - ƏMR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcraçı direktor: “Həkimlərin maaşı 1000 manatdan yuxarıdır“


"Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin orta aylıq əməkhaqqı 1000 manatdan yuxarıdır".

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, stomotoloqlar istisna olmaqla, TƏBİB tabeliyindəki ixtisaslı həkimlərin əməkhaqqına əlavələr şamil olunur.

V.Qurbanov bildirib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir: "2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub"."Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bir savadlı kadr tapmırıq ki..." - Göyçay sanki QUYUNUN DİBİNDƏ QALIB...


Göyçayda əhali internetin sürətindən və tez-tez kəsilməsində narazıdır. Onlar deyirlər ki, son bir ayda durum daha da pisləşib.

Sakinlərin sözlərinə görə, bu vəziyyət rayon mərkəzindən daha çox uzaqda – kəndlərdə müşahidə olunur.

Göyçayın 55 kəndi var, çoxu da kiçik kəndlərdir.

Amma nisbtən böyük kəndlərdə də bu problemlərin müşahidə olunduğu deyilir.

Məsələn, rayonun Çaxırlı kəndində 600-dən çox təsərrüfat var ki, onlardan təxminən 200-də internet xətti var.

Sakinlər deyirlər ki, internetin çəkilişi telefon xətti və nömrəsinə bağlı olur və bu da əlavə xərc tələb edir. Üstəlik, xərc çəkib də çəkdirənlər internetdən normal istifadə edə bilmirlər.

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir”

Kənd sakini Orucəli Qəribov Meydan TV-yə bildirib ki, kənddə xətlər və dirəklər yarasız haldadır:

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir, dirəklər isə ağacdan olduğundan çürüyüb. Mütəxəssis isə çatışmır. Yeni fiber obtik internet xətlərin çəkilişi gecikir”.

“Aztelekom”un çəkdiyi xətlər də köhnədir. Şikayətlər hər gün artır. Bir yaşlı montyor var, o da yaramır, heç çatdırıb baxa da bilmir. Bir savadlı kadr tapmırıq ki, bu kənddəki internet probleminin səbəbini deyə bilsin. Məsələn, evə çəkdirdiyim modem köhnə buraxılış idi, işləmədi. Dedilər ki, yenisini al. Gedib 50 manat təzəsini aldım, o da işləmədi. Yəni o modem alınandan sonra komputerim internetə qoşulmur, çünki problem internet xəttindədir”, – deyə Çaxırlı sakini bildirib.

Orucəli Qəribov deyir ki, normal internetin verilməməsinə baxmayaraq, aylıq abunəhaqqı bir gün geciksə, internet kəsilir:

“Hər ay 15 manat ödəyirik. Bir gün geciksə, interneti kəsirlər. Amma bir ay bizə elə internet verirlər ki, ona internet demək olmaz, ancaq adı var. Şikayət də edirsən, baxan yoxdur. Xətti dəyişməyə də imkanımız yoxdur, vətəndaş nə ilə 300-400 metr naqili alsın?. İkincisi də, problem təkcə xətlə bağlı deyil axı, sürəti də aşağı salıblar”.

“Bir bəhanələri var ki, xətt köhnədir”

Kənd sakinləri deyir ki, xətlər və dirəklər köhnə olduğu üçün adi bir külək əsəndə qırılıb tökülür, onlar da günlərlə internetə həsrət qalırlar.

Çaxırlı kənd sakini Bəkir Qasımov on ildir ki, internet çəkdirib. Dediyinə görə, xərci 300 manatdan çox olub. İki dəfə naqili dəyişsə də, problem aradan qalxmayıb. Son bir ayda cəmi iki gün internetdən normal yararlana bilib.

“Məhəllədə 20 ailə yaşayır. Bütün qonşular şikayətçidir, sürət ölüb, tez-tez də kəsinti olur. Göyçay Telekommunikasiya Qovşağına müracitlər də nəticə vermir. “Aztelekom”a getdik, dedilər ki, problem xətlə bağlıdır, modemlikdir filan. Bir bəhanələri var ki, xətt köhnədir. Yaxşı, tutaq ki, mənim modemim köhnədir, axı qonşu təzə çəkdirib. Onun da evində eyni problem yaşanır. Mən də iki dəfə xətti dəyişmişəm. Bəs niyə nəticə yoxdur. Əvvəl 10 manatlıq, üstəgəl, 3 manatlıq da telefon pulu ödəniş olurdu. Sonradan interneti 15 manata qaldırdıq. Lap 20 manatlıq da istifadə etsək, yenə düzəlməyəcək”, – Bəkir Qasımov belə deyir.

“İmkanım yoxdur, ona görə internet çəkdirə bilmədim”

Bəkir Qasımov deyir ki, internetin çəkilişi də çox xərc tələb edir. Buna da hər kəsin imkanı olmur. Odur ki, ucqar və kiçik kəndlərin çoxunda internet yoxdur. Bu isə vətəndaşları ünsiyyət qurmaqda, informasiya almaqda geri salır:

“Məhəllənin girişinə qədər çəkirlər. Oradan evlərə mis kabel xətti çəkdirmək artıq vətəndaşın öhdəliyinə düşür. Hər ailəyə 100 manat. Elə adam var ki, 2 km uzaqa yaşayır. O necə çəkdirsin? Hamının da gücü çatmır axı. Metrəsi 50 qəpikdir. Əvvəl 30 qəpik idi. Əvvəlki xətlərə də 200-300, hətta 500-600 manat xərc çıxır. İmkanım yoxdur deyə çəkdirə bilməmişəm. Ancaq uşaqların təhsil üçün vacindir. Kəndlərdə çox adam imkansızlıqdan internet çəkdirə bilmir”, – Ləkçıplaq kənd sakini Vüsalə Əhmədova isə belə deyir.

“Bu, həm vəsait, həm də vaxt aparan işdir”

“Rayonun böyük yaşayış məntəqələrindən olan Alpoud kəndində də durum lap bərbaddır”.

Bunu isə kənd sakini Əliheydər Rzayev deyir.

Onun sözlərinə görə, kənddə 500-dən çox ailədən yalnız 20-si internet çəkə bilib: “Çoxlu sayda rəsmi müraciət olsa da, kənddə rabitə xətti olmadığından vətəndaşlar illərdir ki, internetin çəkiləcəyini gözləyirlər. Bu üzdən insanlar mobil internet paketlərindən yararlanırlar. Bu da əlavə xərcə səbəb olur”.

Əliheydər Rzayev deyir ki, kəndə avtomat qovşaq stansiya aparatı olsa da, indiyə qədər quraşdırılmayıb.

O bildirib ki, kənddən 80-dən çox ailə internetin çəkilməsi ilə bağlı müraciət etsə də, onlara da müsbət cavab verilməyib:

“Sakinlərə deyiblər ki, yuxarı instansiyalara yazın. Onlar texniki xərclər üçün vəsait ayırsalar, interneti çəkərik. Biz dəfələrlə demişik ki, pandemiya dövründə onlayn dərslər zamanı uşaqlarımız zülm çəkdilər. Demək olar ki, dərs keçilmədi, uşaqların iki ili boşa getdi. Bəzi adamlar mobil internetdən istifadə edirdilər, o da çox xərc aparırdı”.

“Məktəblərdə nə düzgün kompüter dərsləri keçirilir, nə internet var”

Sakinlərdən Tural Əliyev rayonun Mırtı, Alıkənd, Şıxbəy, Şıxəmir Kürdəmiş, Müskürlü, Bığır kimi kəndlərində də eyni durumun olduğunu deyir:

“Orta məktəblərdə də nə müəllimlər, nə şagirdlər internetdən yararlana bilir, nə də düzgün kompüter dərsləri keçə bilirlər”.

2017-ci ildən etibarən rayonun bir çox kəndlərində fiber-optik internet xətlərinin çəkilməsinə başlanılıb.

Bələdiyyə sədri də problemlərin olduğunu deyir…

Göyçay sakini Sərkər Süleymanov Meydan TV-yə deyib ki, sədri olduğu Şıxbəy, Şıxəmir və Məlikkənd bələdiyyəsində ancaq Şıxbəyə yeni internet xətti çəkilir və artıq işlər yekunlaşmaq üzrədir.

O, Məlikkəndlə Çaxırlının növbədə olduğunu qeyd edib. Sakinlərin şikayətlərinə gəlincə, bələdiyyə sədri problemlərin olduğunu da deyir.

Göyçay Telekommunikasiya Qovşağı iddiaları bölüşmür

Göyçay telekommunikasiya qovşağının rəhbəri Eynulla Məmmədov Meydan TV-yə bildirib ki, rayonda davamlı internet var.

O, sakinlərin şikayətlərə baxılmaması ilə bağlı iddiasını bölüşmür. Qeyd edir ki, bütün şikayətlərə araşdırılır, müvafiq tədbirlər görülür:

“İnternetlə bağlı şikayətlər gərək fərdi qaydada edilsin. Bəzən bizə müraciət daxil olanda gedib görürük ki, problem vətəndaşın evinin içindədir. Kəsintilər əsasən xətt və dirəklərlə bağlı deyil, modemlərlə bağlı olur. Mən rayonda internetl bağlı davamlı problemlərin olduğunu müşahidə etməmişəm. Hazırda rabitə sahəsində də ciddi nöqsan görmürəm”.

Eynulla Məmmədov bir çox kəndlərdə internetin olmamasını da vətəndaşların müraciət etməməsi ilə əlaqələndirib:

“İnternet çəkilişində xərcin çoxu vətəndaşa aiddir. Gərək vətəndaşların istəyi olsun ki, internet çəkilsin”.

Məktəblərdə yaşanan problemlərə gəlincə, qovşaq rəhbəri bildirib ki, rayonda mövcud şəhər məktəblərinin hamısı, kənd məktəblərindən isə 10-u fiber-optik internetlə təmin olunub:

“Digər kənd məktəbləri isə gözləmə növbəsindədir. Dörd kənddə fiber-optik internetin çəkilişi bitib, beşində isə çəkiliş davam edir. Layihənin isə nə vaxt bitəcəyi bilinmir. Düzdür, çox ucqar kəndlərimizə hələ internet çəkilməyib. Alpoud, Şıxəmir kimi digər kəndlər də var ki, məhəllələrin çoxunda əvvəldən kabelləşmə getməyib deyə internet çəkilməyib. Belə texniki imkan olmayan yerlərimiz var. Amma rayonun Bəydövül, Xəlitli, Yeniarx, Müskürlü kəndlərinə fiber-optik internet çəkilib və istifadəyə verilib. Çayarxı, Yalman, Qaraman, Məlikkənd, yəni Şıxbəy istiqamətində işlər həyata keçirilir”.

Elm və Təhsil Naziri Emin Əmrullayev isə keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, ölkə üzrə 4 331 məktəb artıq Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Nazir deyib ki, onların həm internetlə, həm də komputerlə təminat məsələsi gündəmdədir:

“Məktəblərimizin 1 235-i fiber-optik internetlə təchiz olunub. Yalnız bu il 403 təhsil müəssisəsi lokal şəbəkələrdə müvafiq olaraq yüksək sürətli internetlə təmin edilib. Bundan əlavə, bu il ərzində maksimal rekord sayda – 30 minə yaxın məktəbə kompüterlər verilib”.

“Növbəti ildə bu rekord yenilənəcək. Biz 45 minə yaxın kompüterin verilməsini planlaşdırırıq. 2026-cı ilə qədər şagird-kompüter nisbətini 6/1-ə çatdırmağı planlaşdırırıq. Məlumat üçün deyim ki, hazırda təxminən bu nisbət 18-20/1 civarındadır”, – deyə Əmrullayev qeyd edib.

Rəsmi məlumata görə, ölkə üzrə indiyədək 650 minə yaxın ev təsərrüfatı fiber-optik internetlə təmin olunub.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Providence Doytch Limited" MMC ilə bağlı Baş Prokurora MÜRACİƏT OLUNDU - DETALLAR


Bir çox qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı "Providence Doytch Limited" MMC ilə bağlı "Təzadlar"a şikayət məktubunun daxil olması barədə məlumat vermişdik. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin "Providence Doytch Limited" MMC tərəfindən mənimsənilməsindən gedirdi.

Şikayətçi isə "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur. V.Zeynalov redaksiyamıza növbəti müraciətində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlı şikayət ərizəsini təqdim edib.

Şikayət ərizəsində deyilir:

"Hörmətli cənab Baş prokuror!

Bildirirəm ki, mən - Zeynalov Vüqar İsmayıl oğlu Birinci Qarabağ müharibəsi iştirakçısıyam. 1992-ci ildən Ağdam rayonundan ailəmlə birlikdə məcburi köçkün düşmüşəm. Atam İsmayıl Zeynalov da Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Qardaşım isə 1992-ci il yanvar ayının 11-də Türkmənistandan gələn "Sovetskaya Kalmıkıya" gəmisinin erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olub.

Hörmətli cənab Baş prokuror!

2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə vermişəm. Məktəbləri təhvil alan təşkilatların hamısının mənə razılıq məktubları var. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı "Providence Doytch Limited" MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Hər üç məktəb ağır və çətin relyefli ərazi hesab edilir. Dəniz səviyyəsindən 1000-2200 metr yüksəklikdədir. İşlərin icrası zamanı yerinə yetirilən iş həcminə texniki nəzarətçilər mütəmadi olaraq nəzarət edib və iş prosesinin tərəfimizdən fotoşəkilləri çəkilib.

Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olundu ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb. Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb oldu. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən "Providence Doytch Limited" MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Onların göstərdikləri sənədlərin komissiya üzvləri şəklini çəkdilər və dedilər ki, bunlar bizə lazım olacaq. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən akta göz gəzdirib başa düşdüm ki, onlar "Smeta aktı"nı köçürüb görülən işlərin "qəbul aktı" adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər. Lakin akt yazmaq fikrində olmayıblar.

Mənim yazdığım müraciətə faktiki olaraq baxılmayıb. Mən başa düşdüm ki, "dırnaqarası komissiya" heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri "Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Əks təqdirdə, şirkətin rəhbərləri xarici bahalı maşınları "əlcək kimi" dəyişə bilməzdilər. Qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.

Belə ki, Təhsil Nazirliyinin həmin dövrdə Təmir Təchizat Depertamentinin rəisi Anar Axundov idi, podratçı "Providence Doytch Limited" MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır. Başqa məlumatlar haqqında hələlik heç nə demək istəmirəm. Çünki obyektiv yoxlama aparılanda daha çox məlumatlar meydana çıxacaq.

Hörmətli cənab Baş prokuror!

Qeyd etdiyim kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən mənə verilməyən pulun məbləği 180 min manat civarındadır. Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. İnanın, daha evimdə oturmağa imkan vermirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar.

(Tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca "Vüqar-1970" MMC-nin 3 məktəbdə gördüyü, "Providence Doytch Limited" MMC tikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib. – RED.)

Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub. Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində 20 şagirdlik modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin qauraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, "Providence Doytch Limited" MMC tikinti şirkətinin acgöz rəhbərləri tikintiyə ayrılmış pulları mənimsəmək üçün az göstərməklə məni həm mal-material aldığim şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyublar.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir.

Hörmətli cənab Baş prokuror!

Çıxılmaz vəziyyətdə qalmışam. "Providence Doytch Limited" MMC tikinti şirkəti ilə bağladığım subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyirəm.

Bir faktı da diqqətinizə çatdırıram ki, mən şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə mənə heç nə verməyəcəklərini bildirirlər və bunun üzərində israrla dayanırlar. Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri birdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Ona görə də mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb - ƏMR

Cavid Qurbanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azərbaycan Dəmir Yolları "QSC"-yə sədr təyin edildikdən sonra öz adamlarını dəmir yolu sisteminə işə gətirdi.Bir çox Yol İstimar İdarələrinin rəisləri kimi, o zaman 27 saylı Qazax Yİİ-nin rəisi Həsən Hadıyev də Ağstafa Dəmir Yol Sahəsinin rəisi,peşəkar dəmiryolçu Şükür Mustafayevi əvəzlədi.Həsən Hadıyevin müavini kimi bu haqsızlığı qəbul edə bilməyən Şükür Mustafayev bir müddət sonra dünyasını dəyişdi.

DİA.AZ bildirir ki, Faktinfo.az saytına Ağstafa rayonundan verilən məlumata görə,Cavid Qurbanovun "ADY" QSC-dən uzaqlaşdırılandan sonra Həsən Hadıyev də vəzifəsindən kənarlaşdırılıb.Onun haqqında hüquqi araşdırmanın başlandığı qeyd edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
HAVA SOYUDU: `Azəriqaz` ÇİLƏSİ BAŞLADI... - MİLLƏTİN DƏRDİNƏ BAX...


Milli Məclisin bu yaxınlarda keçirilən plenar iclasında açıqlama verən deputat Vüqar Bayramov hesab edir ki, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarını vaxtında sıfırlamalıdır.

Nəzəri olaraq, artıq yanvarın ilk günlərində qaz sayğaclarında məhdudiyyətlər sıfırlanmalı və istehlakçılar güzəştli kubmetrlərin daha bir illik hissəsini almalıdırlar. Amma bizim qaz təsərrüfatı praktikasında mexaniki sayğacların sahiblərinin kütləsinə münasibətdə bu vəziyyət müşahidə edilmir. Sadəcə olaraq, yanvar ayından etibarən smart cihazların sahibləri yenilənmiş limitə keçirlər, lakin mexaniki sayğacların sahibləri gözləməli və iki dəfə çox pul ödəməli olurlar.

Qaz təsərrüfatının özündə belə açıq-saçıq cəfəngiyyat qaz istehlakçılarının səhlənkarlığı ilə izah olunur. Yəni, əhali bu idarəyə üzərində tarix və saat göstərilməklə qaz sayğaclarının göstəricilərini çəkib göndərməlidir.

Məsələn, ötən il gecikən əhalinin yeni limitə keçidi “Azəriqaz”da belə izah edilib: bəzi abonentlər mexaniki sayğacların üzərində tarixi və göstəriciləri olmayan görüntülər göndəriblər.

Amma Yeni il bayramları ərəfəsində “Azəriqaz” illik istehlak dövriyyəsini başa çatdırmaq və lüzumsuz maliyyə itkiləri olmadan, minimum qaz tariflərinə qayıtmaq üçün müfəttişlər gələnə qədər mexaniki cihazlardan son göstəricilərin necə götürüləcəyini izah etdi.

“Azəriqaz” abunəçilərdən mobil telefonla sayğacın göstəricisinin şəklini çəkib (077) 310-41-04 WhatsApp nömrəsinə göndərmələrini tələb edir, lakin mobil telefonla çəkilmiş fotoşəkildə çəkiliş tarixi göstərilmək şərti ilə. Bu hekayədə bir şey aydın deyil: niyə vətəndaşlar bütün bunları etməlidirlər? Bir adamın çəkiliş üçün müasir telefonu yoxdursa, məlum olur ki, soyuqda limit onun üçün mövcud deyil?

Bundan əlavə, bir çox qaz istifadəçiləri, məsələn, pensiyaçılar, müasir texnologiyanı tam istifadə edə bilmirlər. İstehsalat Birliyinin özünün statistikasına görə, bu ilin əvvəlində fotoşəkillərin yalnız 30% -i uyğun keyfiyyətdə idi, yəni, vaxt və tarix göstərilməklə.

Bu problem bir ildən artıqdır ki, müzakirə olunur, lakin hələ də aydın deyil. İndi isə ilin sonuna yaxın deputat Bayramov qaz təsərrüfatı işçilərinə birbaşa vəzifələrini xatırladıb. Millət vəkilinin sözlərinə görə, bu il güzəştli limitin yenilənməsi yenidən on gün uzanıb, amma istərdik ki, “Azəriqaz” bunu vaxtında etsin. Axı ilin sonunda vətəndaşlara 10 qəpiyə satılan güzəştli 1200 kubmetr qaz tükənir və çoxları hər kubmetri üçün 20 qəpik ödəməli olur. Bu isə əksər ailələrimiz üçün dözülməz və çətindir.

Burada xatırladaq ki, ölkədə əhali üçün qaz tariflərinin üç mərhələli sistemi mövcuddur. Ötən ilin iyununda Tarif Şurasının qərarı ilə güzəştli illik istehlak limiti demək olar ki, iki dəfə - 2200 kubmetrdən 1200 kubmetrə endirilib. Nəticədə 1200 kubmetr üçün 10 qəpik ödəyirsiniz və bu həcmdən yuxarı istifadə etdiyinizə - 2500 kubmetrə qədər 20 qəpik ödəyirsiniz. 2500 kubmetrdən çox istifadə etdiyinizə görə artıq 25 qəpik ödəyirsiniz. İndi “Azəriqaz” inandırmağa çalışır ki, onun bir çox abonenti 10 qəpiklik limitə uyğun gəlir.

“Bu ilin yanvar-oktyabr aylarında abonentlərin 58,8%-i qaz istehlakı həddini 1200 kubmetrdən çox göstərməyib. Bu da kifayət qədər normal göstəricidir, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli fərq var”, - deyə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu statistikanı mediaya şərh edərkən bildirib.

Amma Bakı şəhəri üzrə Satış Departamentinin rəhbəri Zamin Mehbalıyevin mətbuata daha əvvəl verdiyi açıqlamaya görə, hər il abonentlərin 30-35%-i 1200 kubmetrədək qazdan istifadə edir. İndi təsəvvür edin ki, təlimatlara əsasən, nəzarətçilər bir ay ərzində sayğacların göstəricilərini yeniləyə bilərlər. Açıqlamanın məntiqindən çıxış etsək, abonentlərin əksəriyyəti artıq limitdən istifadə edib, qaza görə hədsiz yüksək pul ödəyir, güzəştli kubmetrləri bir ay (!) gözləyir. Və bu hal yanvarda - qaz istehlakının ən pik vaxtında baş verir. //AYNA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"5000 versəydim, əlillik dərəcəmi verərdilər" - NARAZILIQ VAR!


Xəqani Əliyev deyir, hərbi xidmətdə aldığı xəsarətlərə görə uzun müddət pensiya alıb. Lakin indi ala bilmir, qalıb qurumların qapılarında.

Xəqani Əliyev pensiyasının kəsildiyinə görə, sosial durumunun ağırlaşdığını deyir. Şikayətçi ondan əlillik dərəcəsinin bərpası üçün rüşvət istənildiyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. Bu baxımdan da vətəndaşa imtina qərarı verilib.

Toplum TV

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO