[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2022-ci il dünya çempionatının ən pis oyunçuları - SİYAHI


Fransanın "L'Equipe" nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinqini hazırlayıb.

Uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib .

Müdafiəçilər: Metti Keş ( Polşa ), Məhəmmədhüseyn Kanaani ( İran ), Boualem Khouhi ( Qətər ), Yannik Ferreyra Karrasko ( Belçika ).

Yarımmüdafiəçilər: Andreas Skov Olsen ( Danimarka ), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta ( Seneqal ).

Hücumçular: Qaret Beyl (Uels), Entoni Kontreras ( Kosta Rika )

Xatırladaq ki, dünən Argentina millisi finalda Fransa yığmasını məğlub edərək yeni dünya çempionu olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BMT TŞ-nın tərkibinin genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir" - Quterreş


"Təhlükəsizlik Şurasının (TŞ) üzvlüyünün genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir və “masadadır”".

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.

“Düşünürəm ki, hazırda Təhlükəsizlik Şurasının islahatı ilə bağlı daha ciddi müzakirə üçün yer var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının genişləndirilməsi ehtimalı ciddi şəkildə müzakirə olunur”, - deyə o bildirib.

Quterreş qeyd edib ki, o, ABŞ və Rusiyadan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının genişləndirilməsinə müsbət münasibət barədə siqnallar var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəkidə ağır qəza - İki azyaşlı öldü+Yenilənib


Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 2 nəfərin öldüyü və bir-neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

Belə ki, Şəki rayon Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə etdiyi VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

Daha sonra sürücü idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.

Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdə meyit tapıldı


Şirvanda Kür çayından qadın meyiti tapılıb.

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq" - Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI


Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin binasında xınayaxdı mərasiminin keçirilməsinə dair görüntülər yayılıb.

Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Unikal"a açıqlama verib:

"Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq", - deyə nazir qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AzerGold”dan işğaldan azad edilmiş ərazilərdəki yataqlarla bağlı AÇIQLAMA


“AzerGold” QSC-nin monitorinq qrupu “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işin aparılması üçün icazə verilməsini gözləyir.

Bunu “Report”a açıqlamasında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, monitorinqlər aparılmadan ərazidəki vəziyyətlə bağlı ilkin məlumat vermək mümkün deyil:

“Kənar mənbələrdən (“Azərkosmos” və s.) alınan məlumatlardan da görünür ki, ərazidə hərəkət var, iş gedir. Amma onların ekoloji və digər normalara nə dərəcədə uyğun olub-olunmaması ilə bağlı monitorinq aparmamış fikir bildirmək olmaz. Hazırda bizim əməkdaşlardan ibarət monitorinq qrupu icazənin verilməsini gözləyir”.

“AzerGold” rəsmisi prosesə xarici mütəxəssislərin cəlb edilib-edilməməsi məsələsinə də toxunub:

“Bizim kifayət qədər təcrübəli və bacarıqlı yerli mütəxəssislərimiz var və onlar bu işin öhdəsindən gələ bilərlər. Ümumilikdə götürsək cəmi 2 xarici, yəni Türkiyə vətəndaşı olan mütəxəssisimiz var. Amma nəzərdə tutulan monitorinqlərdə onların iştirakı nəzərdə tutulmur. Əgər gələcəkdə ehtiyac olarsa, xarici mütəxəssislərin də işə cəlb olunmasına baxıla bilər”.

Z.İbrahimov ermənilərin işğal dövründə Azərbaycan ərazilərində təbii sərvətlərin talanması məsələsi ilə bağlı araşdırmaların aparılmasını bildirib.

Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq səkkiz gündür davam edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb. Bu gün ilkin monitorinqin növbəti təxribat nəticəsində baş tutmadığı elan olundu. “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-nin binasında xına mərasimi oldu - VİDEO


Fövqəladə Hallar Nazirliyinin inzibati binasında xına mərasimi keçirildiyi iddia edilir.

Bununla bağlı video sosial şəbəkədə yayılıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin xanım işçiləri xidməti geyimlərində qadın məclisi təşkil ediblər.

Xatırladaq ki, bir müddət öncə FHN əməkdaşlarının nazirliyin inzibati binasında intim görüntüləri də yayılmışdı.

"Unikal"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq nazirlə bağlı bu hakim qərar verəcək - Azadlığa buraxılacaq?


Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov hələ azadlığa buraxılmayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əhməd Əhmədov azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət edib.

Əhməd Əhmədovun Ali Məhkəmədə işinə baxacaq hakim də müəyyənləşib. Belə ki, işə Ələsgər Nopvruzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, noyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib.

O, müalicə almaq üçün Bakıda xəstəxanaların birində müalicə almaq üçün gətirilib.

Xatırladaq ki, Əhməd Əhmədova Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Əhməd Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - "Onlara normal əmək haqqı verə bilmirik"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçirdiyi növbəti tenderin qalibi məlum olub. Bu “Alov-Mühafizə” MMC-dir. Şirkət 2023-cü il ərzində Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA-dan 119 min 772 manat 36 qəpik vəsait alacaq.

İlk baxışdan burda qəribə heç nə yoxdur. Normal prodsedurdur. Amma, burda 2 maraqlı məqam var.

Birincisi, AMEA-nın ötən il keçirdiyi analoji tenderin qalibi də “Alov-Mühafizə” MMC olub. Ötən ilin 11 ayı ərzində sözügedən MMC Mərkəzi Elmi Kitabxananın mühafizəsi üçün cəmi 50 min 8 manat 22 qəpik alıb. Yəni, Kitabxananın mühafizəsi üçün ayrılan vəsait birdən-birə 2 dəfə artırılıb.

İkincisi, tenderə qoşularkən şirkətin 2 milyona yaxın vergi borcu olub.

Məsələ ilə bağlı AMEA ilə əlaqə saxladıq. Akademiyanın Tender Komissiyasının sədri Yusif İsmayılov Bizim.Media-ya bildirdi ki, ötən ilin vəsaitinin 2 dəfə az olmasının səbəbi “Alov-Mühafizə” MMC-nin ən aşağı təkliflə çıxış etməsidir:

“Ona görə də ötən il şirkətə az vəsait ödənilib. Lakin, sonrakı vaxtlarda şirkət rəhbərliyi mütəmadi olaraq bizə və Akademiyanın Maliyyə idarəsinə müraciət etdi ki, vəsait azdır: “Gündə Kitabxananın mühafizəsinə 13 işçi çıxarırıq. Amma onlara normal əmək haqqı verə bilmirik”.

Ona görə də AMEA rəhbərliyi qərara aldı ki, vəsaiti artırsın. Yəni burda mənlik bir şey yoxdur. Mən sadəcə texniki məsələlərə baxıram. Qərar verən Maliyyə idarəsi və Akademiyanın rəhbərliyidir”.

Böyük miqdarda vergi borcu olan şirkətin tenderə buraxılması məsələsinə isə Yusif İsmayılov belə aydınlıq gətirdi:

“Tenderi biz keçirsək də tenderə nəzarət edən dövlət qurumları var. Mən ad çəkmək istəmirəm. İddiaçıları bizdən qabaq onlar görür, tanıyır. Lazım olmayanda özləri qadağan edir. Biz də tenderimizi keçirtmişik. Şirkətin vergi borcu olmağını da bilməmişik”.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentlə xanımı hotel açılışına qatıldı


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.
Ətraflı

Məlumat verilib ki, hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edilib ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

Bildirilib ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT