[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevin mərkəzində yolka quraşdırıldı


Ukraynanın paytaxtı Kiyevdə qarşıdan gələn 25 dekabr Milad və Yeni il şənlikləri üçün 12 metr hündürlüyündə süni yolka quraşdırılıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Onun sözlərinə görə, ağacın aşağı hissəsi Ukraynanı dəstəkləyən ölkələrin bayraqları ilə bəzədiləcək.

"Unikal"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolunda sülhməramlılar Mərakeşin qoluna belə sevindi - Video


Hazırda dünya çempionatında üçüncü yer uğrunda Xorvatiya və Mərakeş milli komandaları qarşılaşır.

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları da həmin oyunu izləyir.

Aksiyada iştirak edənlərin oyunu izləməsi üçün İctimai TV tərəfindən monitor quraşdırılıb.

Həmçinin, qarşılaşmanı rusiyalı sülhməramlılar da seyr edir.

Belə ki, onlar Mərakeşin qoluna maraqlı reaksiya veriblər.

Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövqelərimiz bu istiqamətlərdə atəşə tutuldu


Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə MN-dən məlumat verilib.

Xəbərə görə, bundan başqa, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xanlar Vəliyev ÇƏTİN DURUMDA - HƏBSİ DƏ MÜMKÜNDÜR...


Dünən Milli Məclisdə çox mühüm bir çıxış oldu və bu da ona işarə hesab olundu ki, artıq ölkəmiz növbəti ciddi hadisələrin astanasındadır. Söhbət "Tərtər İŞİ" ilə bağlı məsələnin təkcə parlament daxilində müzakirəsindən yox, həm də az qala rəsmi dillər tərəfindən CƏZA TƏLƏBİNİN səslənməsindən gedir. Bu barədə DİA.AZ-a danışan hökumətdəki mənbələr isə ciddi qərarların veriləsəyini bildirirlər. Hələliksə, çıxışa gələk...

“405 nəfəri satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”. DİA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin dünən keçirilən iclasında deputat Zahid Oruc bildirib. Zahid Oruc daha sonra davam edir:

“Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər.

Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi. Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnı açıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular”.

Hər halda, Zahid Orucun ÜZR İSTƏMƏ tələbinin bir hüquqi tərəfi də olacaq ki, bu barədə də DİA.AZ-a danışan mənbə qeyd edir. Mənbə bildirir ki, həm keçmiş Baş Prokuror Zakir Qaralov, həm də Hərbi Prokuror xanlar Vəliyev yaxın günlərdə məhz bu olaylara görə, istintaqa cəlb olunacaq. Mənbənin söylədikləri:

"Birbaşa olaraq Xanlar Vəliyevin həbsi də gözləniləndir. Bu barədə artıq SİYASİ QƏRAR verilib və Zahid Oruc da boşundan ünvan göstərmirdi..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə məhkəmə hakimi ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...


…Bəli, bu hadisə məhkəmə yox, biabırçılıqdır və eyni zamanda əsl məzhəkədir. Doğrudan da hakim Marif Kazımov “şap elə bilir şupdadır, şup elə bilir şapdadır” prinsipi ilə işləyir. Dövlətin adından qərar verən hakim söhbətin nədən və boşaldılası evin hansı ünvanda olmasının fərqinə varmadan, eləcə də şikayətin əsaslılığını öyrənmədən, yəni məhkəmədə araşdırdığı işin predmetini dəqiq bilmədən hansısa maraq naminə belə bir qərar çıxarıb? Elə ona görə də indi haradasa baş verən bir haqsızlıqdan yazmaqla heç kəsi təəccübləndirmək olmur. Çünki hər bir vətəndaş Marif Kazımov kimi hakimlərin və işini öhdəsindən gələ bilməyən bəzi məmurların sayəsində istənilən qədər haqsızlıqla üzləşir. Bəzən adi bir problem məhz hansısa məmurun məsuliyyətsizliyindən şişib respublika səviyyəsinə çatır. Belə vətəndaşlardan biri də bu günlərdə redaksiyamızın qapısını döydü. Elə Gədəbəy rayon sakini Niyazi Yumux oğlu Məmmədov da başına gələn problemlə əlaqədar bizdən imdad istəyir. N.Məmmədovun özünü dinləyib, təqdim etdiyi sənədlərlə tanış olandan sonra adam dəhşətə gəlir ki, daha bu qədər də haqsızlıq olmaz axı. Bu haqsızlığa ədalət mücəssəməsi olan hakim də qoşulanda, adamın əli üzündə qalır. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, hər gün hansısa haqsızlıqlarla rastlaşırıq. Bununla belə, yenə də təəccübümüzü gizlədə bilmirik. Ona görə ki, bu haqsızlıqlara yol verən məmurlardan və hakimlərdən fərqli olaraq bizim sinəmizdə daş yox, ürək var. Bu səbəbdən də Niyazi Məmmədovu ürək ağrısı ilə dinlədik.

***

Problemin həllini aidiyyəti qurumların diqqətinə çatdırmaq üçün N.Məmmədovla “Təzadlar”ın efirində də söhbət etdik. Amma istəyirəm saytımızda bu barədə daha ətraflı məlumat verim. Söhbətin mahiyyəti ondan ibarətdir ki, N.Məmmədovu 28 il yaşadığı mənzildən iş adamı Oktay Əıliyevin tələbi və Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz qərarı ilə çıxarmaq istəyirlər. N.Məmmədovun verdiyi məlumata görə O.Əliyev iş adamıdır. O, N.Məmmədovun yaşadığı Gədəbəy rayonunun Əlinağılar kəndindəki 28 il yaşadığı evinin yaxınlığında restoran tikib. Həmin restorana tikməyə hazırlaşdığı otelə ən yaxın və rahat yol N.Məmmədovun yaşadığı evin ərazisinə düşür. Ona görə də O.Əliyev həmin evi sökdürüb restoranı üçün yol açmaq istəyir. Onu da diqqətə çatdıraq ki, O.Əliyevin meşə zolağının ərazisində, Şəmkir çayının kənarında tikdirdiyi restoranın sökülməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyəti və Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin rəhbərliyi tərəfindən Gədəbəy Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmənin 02.03.2015-ci il tarixdə qəbul etdiyi qərarda göstərilir ki, restoran sökülməlidir. Bu qərarla razılaşmayan O.Əliyev Gədəbəy Rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Rüstəmov, İ.Mehdiyev, R.Muradov) 07.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyev Oktay İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməyib. O.Əliyev bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.09.2015-ci il tarixdə çıxardığı qərarda O.Əliyevin şikayəti yenə də təmin edilməmiş və qeyri-qanunin tikdirdiyi restoranın sökülməsi haqqında Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarı qüvvədə saxlanılmışdır.

Maraqlıdır ki, hər iki məhkəmə instansiyasında O.Əliyevin iddiası təmin edilməyib və restoranın sökülməsi qərara alınıb. Amma restoran hələ də nəinki sökülməyib, hətta ətrafında və Şəmkir çayının kənarında divarları daşlardan, üstü isə taxtalardan “besetka” lar tikilib. Bundan əlavə, həmin yerə istirahətə gələnlərin gecələməsi üçün otel də tikməyə hazırlaşır. Elə N.Məmmədovun 28 il yaşadığı evini sökdürmək istəyi də, həmin otelin yolunu asnlaşdırmaq üçündür.

***

Bizimlə söhbətində şikayətçi Niyazi Məmmədov onu da qeyd etdi ki, evinin yanında vaxtılə balıq vətəgəsi olub. İndi həmin yeri də O.Əliyev qeyri-qanuni olaraq zəbt edib və həmin yerdə otel tikmək niyyətindədir. «…Həmin otelə isə qısa yolu təmin etmək üçün O.Əliyev mənim evimi sökdürmək istəyir. Ona görə də O.Əliyev mənim 28 il yaşadığım «kupçalı» evimi əlimdən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Dövlət Reyestr Xidmətindən mənzil sahibi kimi çıxarışım olsa da, Gədəbəy Rayon Məhkəməsi 20.09.2022-ci il tarixdə hakim Marif Kazımovun sədrliyi ilə keçirilən iclasda 28 il yaşadığım mənzilin boşaldılması üçün çox gülməli bir qərar çıxarılıb… Bütün hüquqi sənədlər əlimdə ola-ola Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov qanunsuzluq və özbaşınalıq edərək, şəxsi mənafeyini təmin etmək müqabilində mənim əleyhimə qərar çıxarıb. Bu qərarla mən 28 il yaşadığım evi tərk etməliyəm. Yaşadığım evə isə 04 sentyabr 2001-ci il tarixdə Dövlət Reyestr Xidmətindən qeydiyyat vəsiqəsi («kupça») verilib. Bütün bu sənədlər də hakim M.Kazımova təqdim edilib. Maraqlı bilirsinizmi nədir? Məhkəmədə iddiaçı Oktay Əliyev tez-tez hakimin üstünə qışqıraraq belə deyirdi: ”İşi nə uzadırsan? Tez ol, qərar qəbul elə, mən tələsirəm, işim-gücüm var”. Bu məhkəməyə və qanunlara hörmətsizlik deyilsə, bəs nədir? Hakimin isə O.Əliyevin bu tələbləri qarşısında müticəsinə durması onu göstərirdi ki, o, iddiaçı qarşısında gözü kölgəlidir. Mənə başqa adamlar vasitəsilə çatıb ki, hakim M.Kazımov bu işi həll etmək üçün qanunsuz yola gedib və… ona görə də O.Əliyevin qarşısında qul kimi dayanır. Bununla da O.Əliyevin qarşısında qul kimi dayanan hakim Marif Kazımov yox, Azərbaycanın qanunları olur. Çünki hamımızın bildiyi kimi, məhkəmədə qərarlar hakimlərin adından yox, Azərbaycan dövlətinin adından çıxarılır. Görün maddi maraq Marif Kazımova nə qədər güc gəlib ki, Azərbaycan dövlətinin adına zərbə vurmağı bir yana, evin boşaldılması haqqında qərarda mənim evim olan, yaşadığım Əlinağılar kəndi yox, Plan kəndi göstərilib. Bu həm gülməli, həm də ağlamalıdır. Məhkəmə icraçıları 22 aprel 2022-ci ildə mənim evimə gələndə mat qaldılar və məlum oldu ki, qərar Plan kəndindəki hansısa yarımçıq tikili üçün verilib. Mənim evim isə Əlinağılar kəndində 28 il yaşadığım hazır evdir. Qərarın ünvanının səhv olduğunu görən icraçılar, tez hakim Marif Kazımovun yanına qaçıblar. M.Kazımov da aprelin 25-də, tam qanunsuz olaraq, aprelin 20-sində qəbul etdiyi əvvəlki qərarı dəyişdi. Bu dəfə isə ünvan Qala kəndi göstərilmişdi. Yenə də hədəf mənim evimdir, amma ünvan başqa kənddir… Axı bu boyda savadsızlıq olmaz. Deməli, hakim işin predmetindən tam xəbərsizdir. Bu isə, Azərbaycan qanunlarını ayaqlar altına atıb tapdalamaq deməkdir. Məhkəmə bir gündə çıxardığı qərarı bir neçə gündən sonra dəyişdirə bilməz. Dünyanın heç yerində belə biabırçıığa rast gəlmək mümkün deyil. Yəqin ki, ədliyyə naziri və Məhkəmə Hüqüq Şurasının sədri cənab Fikrət Məmmədov Azərbaycan qanunlarını tapdayaraq, gözdən salan hakim Marif Kazımov haqqında çox ciddi tədbirlər görəcək…».

Şikayətçi Niyazi Məmmədov bizimlə söhbətində bir çox sənədlər göstərdi. Onların içərisində N.Məmmədovun Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general -polkovnik cənab Əli Nağıyevə və surəti “Təzadlar” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsi diqqətimi çəkdi. N.Məmmədov ərizəsində böyük bir haqsızlıqla üz-üzə qaldığını yazır. «…Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz əməllərinin nəticəsi olaraq 28 il yaşadığım “kupça”lı evimdən çıxarılma təhlükəsi var…» və s.

Şikayətçi sonda yazır: «Hörmətli Əli müəllim. Sizdən xahiş edirəm: Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilikdə nəzərdə tutulmuş hüqüqlarımın pozulması hallarının bərpa edilməsi, növbəti məhkəmə çəkişmələrində ədalətin pozulmasının qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumlarına, eləcə də saxtakarlıqda əli olan məhkəmə hakimləri ilə yanaşı Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş saxta sənədlərə görə onların cəzalandırılmasını təmin edəsiniz! 28 ildir xüsusi mülkiyyətdə olan və 2001-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində qeydə alınaraq, qeydiyyat vəsiqəsi verilmiş, binalardan biri 106.2 kv.m sahəsi olan və digər sənədlər üzrə 95,09 kv.metr sahəsi olan, hal-hazırda isə yerində 213 kv.metr sahəsi olan, tam təmirli yeganə yaşayış evinin əlimizdən zorla alınmasının qarşısını almağınızı və pozulmuş hüquqlarımızın bərpa olunmasında bizlərə kömək etməyinizi bir daha Sizdən xahiş edirəm!”

Göründüyü kimi, Gədəbəy sakini Niyazi Məmmədov, necə deyərlər, durduğu yerdə işə düşüb. Daha doğrusu, Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov onu işə salıb. Axı necə ola bilər ki, hakim Azərbaycan dövlətinin adından qərar çıxararkən məsuliyyət hiss etmir, inanılmaz qanunsuzluğa yol verir???

İnanmaq istərdik ki Məhkəmə Hüquq Şurasında hakim Marif Kazımovun barəsində ciddi tədbir görüləcək. Hansısa pulun və tamahın gücünə vətəndaşı dövlətdən belə narazı salmaq olmaz. Prezident cənab İlham Əliyev dəfələrlə bildirib ki, ”…Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”.

Görəsən, Prezidentin bu tövsiyyəsinə əməl etməməkdə hakim Marif Kazımovun məramı və məqsədi nədir? O, vətəndaşı dövlətdən və qanunlardan niyə narazı salır?

Araşdırmamız davam edir… İnanırıq ki, bu və ya digər suallara tezliklə Ədliyyə Nazirliyindən, eləcə də İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindəki özbaşınalıqlarla əlaqədar cavab gələcək, günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar... //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistləri DİRİ-DİRİ YEYƏN icra başçısı QANUN-MANUN fırlamır... - İSTƏDİYİNİ EDİR...



Goranboyun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin içkili vəziyyətdə qəza törətməsi və piyadanı vurması faktı ilə bağlı yeni – yeni detallar üzə çıxmaqdadır. Hadisəni ört-basdır etməyə çalışan icra başçısı zərər çəkən ailəni susdurmağa və şikayət etməməsinə nail olub.

Reportyor.info-nun Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda xəsarət alan şəxsin tibbi ekspertizadan keçib-keçməməsini aydınlaşdırmaq istəyərkən, nazirlikdən verilən cavabda bildirilib ki, ailəsi uşağın tibbi ekspertizadan keçməsindən imtina edib. Bunu saytımıza DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavabda qeyd edib.

Qanun da buna icazə verdiyi üçün polis əlavə addım ata bilməyib. Bildirək ki, hadisə zamanı azyaşlı uşaq xəsarət alıb. Ü.Əliyevin vurduğu piyada uşaq olub və ayaqlarından ciddi zədə aldığı üçün əməliyyat edilib. Lakin əməliyyat xərclərini üzərinə götürən, ailəni razı salan icra başçısı M. Quliyev işin tibbi ekspertizadan keçirilməsinə əngəl olub. Bildirilir ki, piyada vurulması faktı varsa dərhal tibbi ekspertiza təyin olunmalı idi. Ancaq ailə şikayətçi olmadığı üçün tibbi ekspertizadan keçirməyiblər. DİN də bunu açıqlamasında təsdiqləyir. Əslində qəza törədən şəxs sürücülükdən məhrum edilməli, barəsində cinayət işi açılıb araşdırma aparılmalı, zərər çəkən uşaq tibbi ekspertizadan keçirilməli, nəhayət işə məhkəmə baxmalı idi.

Amma icra başçısının "fövqəlgücü” sayəsində məsələni bağlaya biliblər. Nəticədə icra başçısı sərxoş halda qəza törədən köməkçisini xilas edib. Amma məsələnin mediada yayılması, Goranboyda əhali arasında müzakirələrə səbəb olması hadisənin araşdırılmasını hələ də açıq saxlamaqdadır. İcra başçısı isə bu işin mediada yayılmasından möhkəm narahat olub və hətta qəzəblənib ki, niyə üzə çıxıb. Ortada isə törədilən bir cinayət var…

Göründüyü kimi, sadə insanlarla məmurların "fərqi” var. Onlar "seçilmiş” bəndələrdir, hətta içkili vəziyyətdə uşağı da vursalar, hansısa formada işi ört-basdır etmək "qüdrətinə” malikdirlər.

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

"Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”. //reportyor//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Rumıniyaya səfərə getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aslan Aslanovun ayağındakı milyonlar - HESAB SORULUR?


Keçən günlərdə açıqlanan faktlardan da aydın oldu ki, AZƏRTAC-ın idarə heyətinin keçmiş sədri Aslan Aslanovun öz vəizfəsindən uzaqlaşdırılmasına səbəb onun korrupsiya əməllərinin olması barədə deyilənlər təsdiqini tapmaqdadır.

DİA.AZ olaraq bildiririk ki, bu barədə son səfə Gununsesi.info portalı məlumat yaydı. Sözügedən saytın iddialarından belə aydın olurdu ki, Aslan Aslanovun fəaliyyəti zamanı həyata keçirdiyi bəzi korrupsiya faktları ifşa olunub.

Sayt yazırdı: "Aslan Aslanov bu əməlləri Konstitusiya Məhkəməsinin mətbuat xidmətində çalışan oğlu Tural Aslanov ilə birlikdə həyata keçirib. Belə ki, AZƏRTAC-ın jurnalistləri üçün Dübəndidə ayrılmış torpaq sahələri jurnalist olmayan və A.Aslanova yaxın 32 şəxsin adına rəsmiləşdirilərək, sonradan etibarnamə ilə Tural Aslanovun yaxın dostu və AZƏRTAC-da reklam şöbəsinin müdiri olan Əlişan Quluzadənin vasitəçiliyi ilə satılməşdır. Ayrı-ayrı vətəndaşlara ümumilildə 16 satış həyata keçirilib.
Həmçinin Tural Aslanovun şəxsi biznes məqsədilə açdığı idman zalı üçün nəzərdə tutulan avadanlıq sonradan AZƏRTAC tərəfindən saxta tenderlə satın alınmışdır. Söhbət hər iki proses üzrə milyonlarla manatdan gedir. Aslan Aslanovun qohumları bir yana, Şabran rayonunun Qalaltı kəndində tikdirdiyi villasının bütün tikinti xərci də AZƏRTAC balansından ödənilib. Bundan başqa tikinti rəhbərinə əməkhaqqı ödənilməsin deyə onun iki övladı da agentliyə tərcüməçi kimi işə alınıb".

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Aslan Aslanovun "vurulmasında" bu fakt yeganə təsiredici amil rolunda çıxış etməyib. Artıq bir neçə istiqamət üzrə araşdırma da aparılır.

Məlumatlı mənbə dia.aza bildirir ki, büdcə pulları AZƏRTAC-da rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri olmuş Aslan Aslanovun yaxın günlərdə bu məsələ ilə bağlı təkrar hüquqi araşdırmaya cəlb olunacağı deyilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə qəti qərar verilməsə də, vəziyyəti heç də ürəkaçan deyil.

Qeyd edək ki, AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR