[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Dövlət Universitetində rüşvət qalmaqalı: - “Hər tələbədən 500-800 dollar alır”


Naxçıvanla bağlı narazılıq səngimək bilmir. Mətbuatda DTX-nın Naxçıvanda apardığı əməliyyatlar çərçivəsində muxtar respublikadakı dövlət qurumlarında ortaya çıxan qanunazidd hərəkətlər buradakı bir sıra təhsil ocaqlarından da yan keçməyib.

Bu dəfə isə Yenisabah.az-ın redaksiyasına Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi müraciət edib.

Adının çəkilməsini istəməyən tələbə sözügedən təhsil ocağında rüşvətin tüğyan etdiyini bildirib. Onun sözlərinə görə, NDU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova universitetdə təhsil alan xarici tələbələrdən 500-800 dollar və daha artıq məbləğdə rüşvət alır. Şikayətçi qeyd edib ki, rüşvət, həmçinin, azərbaycanlı tələbələrdən də alınır.

“İlahə Hüseynovanın özü rəsmi 660 manat maaş alır. O, Seymur Talıbovun işçisidir və onu bu vəzifəyə Seymur təyin edib. 77-BX-067 qeydiyyat nişanlı “Kia Cerato” avtomobilini sürür. O, şöbə müdiri olandan çox qısa vaxt sonra bu maşını aldı. 2016-cı ildən bəri universitetin nəzdində çalışan İlahə Hüseynova 1 ildən artıqdır ki, universitetdə beynəlxalq əlaqələr şöbəsində rəhbərdir”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dayımın ölümü ilə sistem dağılacaq” - Xameneinin bacısı oğlu


İranın ali dini rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani molla rejimi haqqında sərt ifadələr səsləndirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, - deyə o bildirib.

Fransada yaşayan Mahmud Muradxani anasının və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pakistandan Laçın yolundakı aksiyalara DƏSTƏK


Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Şuşadan keçən Xankəndi-Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub.

Bu barədə Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu bəyanat yayıb.

"Ətraf mühitin monitorinqi ekoloqlar və eko-fəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı eko-fəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək”, - deyə bəyanatda vurğulanıb.

Öz növbəsində, Gənclər Diplomatiyası Forumu insanlar üçün təhlükə yaradan, həm də ətraf mühitə ziyan vuran mina təhlükəsi ilə bağlı vəziyyətin monitorinqi üçün şəraitin yaradılmasına çağırış edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa-Xankəndi yolunda növbəti humanitar maşın karvanı maneəsiz keçib


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan humanitar yardım maşınlarının keçidi davam edir.

Bu gün axşam saatlarında Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Rusiya sülhməramlılarının maşınlarında həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükü aparılıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə GEM-də xanım işçilər saçyolduya çıxıblar - İLGİNC İDDİA


Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin işçiləri arasında kütləvi dava olub
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.
Mənbə qeyd edir ki, 09 dekabr 20222-c il tarixdə GEMİN direktor əvəzi İsmayılova Hürrüyyət Mayıl qızı mərkəzə gələrək kollektivə bildirib ki, təcili qəzəetlərə abunə pulu yığılmalıdır.Məhz bundan sonra kollektivdə çaxnaşma başlayıb.Sonda yeganə Xanımla Zahirə xanım arasında baş verən qalmaqal sonda saçyolduya çevirilib.Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci şöbəsində bu tibbi personalının dava-dalaş faktları araşdırılır.Məlumat üçün onu da qeyd edək ki, direktor əvəzi hadisə baş verən zaman məzuniyyətdə olub.
Qaldı ki, baş verən olaydan və pulyığımı hadisəsindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənovanın da yəqin ki, xəbəri var.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Türkiyə ilə imzalanmış sənədləri təsdiqlədi


“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənədlər 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rəsmi cavab verilib, əl çəkin” - ETİRAZ


Məşhur idman yazarı Natiq Muxtarlı "Azəriqaz" rəhbərliyini qınayan paylaşımı ilə diqqətə gəlib. DİA.AZ jurnalistin qeydini təqdim edir:

"Yeganə oğlu Vətən müharibəsində şəhid olan ata “Azəriqaz”a müraciət edib ki, Buzovna qəsəbəsindəki evinə qaz çəkilsin. Oradan isə bildiriblər ki, sizin küçədə qaz xətti olmadığı (qaz xətti 80 metr aralıdadır) üçün çəkə bilmərik.
Amma “Azəriqaz” rəhbərləri özlərinə məxsus podratçı şirkətlər yaradıblar ki, vətəndaş o şirkətlərə müraciət edib 1500 manat ödəsə, evinə qaz çəkilir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət etdik şəhid atasının adından. Cavabı təxminən belə oldu: “Rəsmi cavab verilib, əl çəkin”.
Yəni şəhid atası gedib 1500 manat ödəsin və evinə qaz çəkdirsin.
Ruslan müəllim, o adam yeganə oğlunu bu vətənə verib. Daha nə verməlidir ki, şəhid ailəsinə bürokratik əngəllərinizi şamil etməyəsiniz və onu qazsız qoymayasınız?"

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!


Oğlum xəstə olsa da, onu qanunsuz olaraq hərbi xidmətə aparırlar.

Bunu Bakupost.az -a Tərtər rayonu, Təzəkənd kəndinin sakini Şahnaz Usubova deyib.

Onun iddiasına gərə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Tərtər şöbəsinin mayoru saxta sənədlər düzəldərək, hərbi xidmətə yararlı olmayan övladını əsgər göndərir.

Buna səbəb kimi oğlu ilə həmin məmurun mübahisə etməsini göstərir:

“Oğlum Elman İmaməliyevin ikitərəfli yastıpəncəlik səbəbilə hərbi xidmətə yarasızdır. Bu, Tərtər Rayon Mərkəzi Xəstəxanasından verilən rentgen kağızı ilə təsdiq olunub. Lakin hərbi xidmətə çağırış idarəsinin mayoru oğlumun hərbiyə xidmət üçün yararlı olduğunu əks etdirən saxta sənəd əldə edib. Hansı ki, oğlumun sol ayağı 3-cü, sağ ayağı isə 2-ci dərəcəli ikitərəfli yastıpəncədir. Hərbi xidmətə çağırış idarəsinin komissiya həkimi rentgen kağızlarını da verib. Amma idarədəki mayor Şahverdiyev uşaqla prinsipə düşdüyü üçün saxta sənəd alıb. O, uşağı təhqir edib, uşaq da deyib ki, səni vuraram.

İndi tələb edirəm ki, siz hansı sənədə əsasən müəyyən etmisiz ki, oğlumda hər iki ayağı üçüncü dərəcə yastıpəncədir? Həmin sənədi mənə vermirlər. Deyirlər ki, uşaq yararlıdır, aparırıq. Amma ona verilən möhlət kağızında isə 45-ci və 49-cu maddəyə əsasən, uşağın müalicə almalı olduğu yazılıb”.

Şahnaz Usubova maddi imkansızlıqdan əziyyət çəkdiyini, məcbur olub ağır işlərdə çalışdığını, hüquqlarını qoruya bilmədiyini deyib. O, aidiyyəti şəxslərin məsələyə müdaxilə etməsini, oğlunun qanunsuz olaraq hərbiyə aparılmasının qarsısın alınmasını xahiş edib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətindən münasibət almaq istəsək də, bu, mümkün olmadı.
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!
Hərbiyə yararsız adamı əsgər aparırlar: Mayor saxta sənəd düzəldib? - ÖZBAŞINALIQ!

BakuPost

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tərtər hadisələrində işgəncə əmrini verənlər hardadır?”


“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər”.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin: “Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları Hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır”.

Deputat vurğulayıb ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir: “Saya diqqət yetirin, “samosudçu”lar və Hərbi Prokurorluq bir taboru, xüsusi vurğulayıram, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar niyə gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır”.
“Tərtər hadisələrində işgəncə əmrini verənlər hardadır?”

Deputat qeyd edib ki, Türkiyədə Ergenekon və Balyoz əməliyyatları ilə şifrələri dəyişib 588 şəxsi həbs edən, dostu düşmən, xaini sadiq göstərən, dövləti daxildən sarsıtmağa və ordu ilə rəhbər arasında nifaq salmağa çalışanlar eyni əməli 2017-ci ildə ölkəmizdə təkrarladılar: “Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə, ən çox ziyan çəkən dövlətdir. Lakin Prezident İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100 minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq düşmənə əsir düşmədilər. İstintaqsa, onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın.

Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən qələbəmizdən sonra görün hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar?! Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var”.

Zahid Oruc qeyd edib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: “Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəynatə ssenarasi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək”.

Deputat xatırladıb ki, Respublika Baş Prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir: “Yalnız cənab Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.

***

Məsələyə deputat Qənirə Paşayeva da münasibət bildirib: “Tərtər hadisələrində işgəncə verənlər, işgəncə əmrini verənlər hardadılar? Cəmiyyət bu adamları, bu adamların ən ağır cəza almasını görmək istəyir. Hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq-mühafizə orqanlarına necə inamı ola bilər?”.

Onun sözlərinə görə, həmin işgəncəni verənlərin hansı cəzanı alması televiziya ekranlarında xalqa göstərilməlidir: "Bu işi aparan müstəntiqləri Azərbaycan cəmiyyəti görməlidir. Həmin işi casusluq maddəsi ilə aparan müstəntiqləri Azərbaycan xalqı görməlidir. Biz görməliyik. Mən şəxsən bu üzrü gözləyirəm. Burdan danışıram. Mənə casusları müdafiə edirsiniz deyənlər – özləri yaxşı bilir kimlər idi, çıxsınlar üzr istəsinlər. Demək biz casusları deyil, ədaləti müdafiə edirmişik”.

O, həmçinin bu işin ədalətlə açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “İnanıram ki, televiziyalarımız bəraət alan insanlar barədə geniş verilişlər verəcəklər ki, onların balaları məktəbələrə o psixoloji təzyiq olmadan alnı-açıq, üzüağ getsin. Onların valideynlərin yaşadığı o acı ən azı biraz yumşalmış olsun”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dərnəgül" bazarında ƏCAİB QAYDA-QANUN... - DANIŞMAQ YASAQDIR!


Dünyada gedən siyasi-iqtisadi proseslər tikinti materialları bazarına da təsirsiz ötüşməyib. Bazardakı durumu öyrənmək üçün üz tutdum "Dərnəgül"ə.

Satıcılar adi suallara demək olar ki, cavab vermək istəmirdilər, daha doğrusu, cavab verməyəcəklərini bildirdilər. Səbəb kimi rəhbərliyin danışmağa icazə vermədiyini göstərdilər. Həmin anda 2 mühafizəçi mənə yaxınlaşıb məramımı soruşdu. Jurnalist olduğumu biləndə bu sözləri dedilər:

"Bura çəkiliş məqsədilə çox gəlsələr də, əliboş gediblər. Bazar özəldir deyə rəhbəri çəkilişə icazə vermir".
Yol aldım 1 dayanacaq yuxarıya – yəni "Eurohom"a.

"İbo inşaat" şirkətinin rəhbəri İbrahim Nanacanov mənimlə söhbətində bildirdi ki, 15 ilə yaxındır bu sektordadır. O qeyd etdi ki, tikinti materialları bazarı stabildir. Bu sahənin məhsullarına həmişə maraq var.

"Rusiyaya tətbiq edilən sanksiyalar işimizə yarayıb"

"Qarabağda aparılan quruculuq işləri də bazara təsirsiz ötüşmür. Tikinti materiallarına tələbat əsasən yazdan payızın sonuna qədər yüksək olur. Qış aylarında isə alıcılar azalır. Mərmər, qranit, panel, taxta, dam örtükləri Ukraynadan gəlir. Mərmərlə qranit 25-550 manata təklif olunur. İran məhsullarına tələbat yüksəkdir. Yaxın ölkə olduğuna görə qiymətlər münasibdir. Dam örtüklərinin 1 santimetrinin qiyməti qalınlıqdan asılı olaraq 6-18 manat arasında dəyişir. Bilirsiniz ki, Ukrayna dəmir istehsalı üzrə lider ölkələrdən biridir. Hazırda dam örtüklərini Türkiyə və Cənubi Koreyadan alırıq. Sədərək bazarındakı divar kağızlarının demək olar ki, hamısı Ukraynadan gətirilir. Müharibə şəraiti və yanacağın dəyəri qiymətlərə təsir edib. Alıcılar əsasən səhər və günorta çox olur. Qiymətlərdə endirim də edirik, çünki onsuz olmur. Taxta-şalbanın 90 faizi Rusiyadan gətirilir. Taxta tikintinin özəyini təşkil edir. Rusiyaya sanksiyalar tətbiq edilməmişdən əvvəl taxtanın 1 kubu 550 manata qalxmışdısa, sanksiyalardan sonra bu qiymət 330 manata düşüb. Böyük fərq var. Biz almasaq da, bazar Rusiyadan fanera, dəmir, dik də alır. Hazırda bazarda hər şey sahibkarla alıcının münasibətindən, ticarətin gedişatından asılıdır".

"Adəm inşaat"ın satıcısı Rəşad Əliyev qeyd etdi ki, mövsümlə bağlı alıcıq qabiliyyəti aşağıdır.

"İran məhsullarından imtina edənlər də var"

"Alıcı demək olar ki, sıfır səviyyədədir. Yay aylarında alıcılar çox olur. Mağazamız 6 ilə yaxındır ki, fəaliyyət göstərir, bu müddət ərzində məhsullarımız əsasən İran və Hindistandan gəlir. Mağaza açılandan burada çalışıram. İran istehsalı olan kafel-metlax 11 manatdan 16 manata qədər təklif olunur. Kafel-metlaxın qiymətində artım yoxdur. Biz Ukraynadan məhsul almadığımıza görə qiymətlərdə bahalaşma yoxdur. 60-lıq piltələr 12 manatdır. Hindistan istehsalı olan piltələr isə 23 manatdan başlayır. Çöl metlaxlarını 13-14 manata təklif edirik. Asma tavanların kvadratı 13-14 manata başa gəlir.

Yerli istehsal olan tinliklərin qiyməti isə 1 manat 50 qəpik - 2 manat arasında dəyişir. Biz topdansatış həyata keçiririk, eyni zamanda endirimlər də edirik. Bazar həftənin 7 günü səhər saat 9-dan axşam 6-7-yə kimi açıq olur. Alıcılar əsasən səhər saatlarında, şənbə-bazar çox olur. Çilçıraq altları 7-15 manata təklif olunur. Daha çox kafel-metlax alırlar. Yerli istehsal olan aradoldurucular 2 manatdır. Alıcılar məhsulun istehsal olunduğu ölkədən çox qiymətə önəm verirlər. Psixoloji olaraq İran məhsullarından imtina edənlər də var. Məhsullar tez-tez dəyişir. Zavodlar məhsulları mütəmadi olaraq dəyişir, amma müştərilərin də zövqlərini, istəklərini nəzərə alırıq".

Bayramqabağı məhsullarda bahalaşma ola bilərmi?

"Məhsulların qiymətinin bayramqabağı qalxacağı fikri psixologiyamıza hopsa da, belə bir ehtimal yoxdur", - Rəşad Əliyev bildirdi.

" "Bazarın ölməsi" qazancınıza təsir edir?" sualıma satıcı belə cavab verdi:

"Konkret əməkhaqqım olduğuna görə belə hallar mənə təsir etmir. Eyni zamanda qeyd edim ki, pandemiya bazara təsirsiz ötüşmədi".

Oboysuz ev yarımçıq qalmış makijay kimidir. Bu baxımdan oboy mağazasına da baş çəkdim.

Mağazanın sahibi "məndən də böyüyü var" deyib, isminin, eynilə mağazanın adının hallanmasını istəmədi. Bildirdi ki, qiymətlər 10-130 manat arasında dəyişir:

"Məhsullarımız Türkiyə, Rusiya, İtaliya və Almaniyadan gəlir. Türkiyə məhsullarının alıcıları daha çoxdur. Mağaza 2 ildən artıqdır ki, fəaliyyət göstərir, mən isə burada 7 aydır çalışıram. Tələbat əsasən mərmər teksturalı və sadə oboylaradır. Onların qiyməti 30 manatdan başlayır. Qış aylarında alıcılar az olur. Bayram endirimlərimiz var. Sayı azalan məhsullar endirimə qoyulub. Öz yaxınlarının rəsmlərini oboyun üzərinə həkk etdirmək istəyən müştərilərimiz də var. Bir neçə gün əvvəl nənə öz nəvəsi üçün belə bir sifariş etdi".

Bazarda olduğum 1 saatdan çox müddətdə seyrək mağazalara şahidlik etdim. Satıcıların yay ayları üçün dediyi "İynə atsan, yerə düşməz" misalını öz gözlərimlə görmək üçün "alver fəsli"ndə məkana yenidən üz tutmağı düşünürəm.

Musavat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO