[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Prime Brick" MMC-nin direktorundan ÖZBAŞINALIQ - NARAZILIQ VAR!


“Aylardır əməkhaqqımı ala bilmirdim. Maaşımı tələb etdiyim üçün işdən də çıxardılar”.

DİA.AZ bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Yevlax rayonu, Gülovşə kənd sakini Ehtiram İsmayılov müraciət edib. Vətəndaş kənd ərazisində yerləşən kərpic zavodundan şikayətçidir.

O iddia edir ki, işlədiyi müddətdə maaş kartları da işçilərə verilməyib: “2018-ci ildən bəri zavodda işləyirəm. Eyni zamanda qardaşım da orada çalışırdı. Əvvəl operator, daha sonra isə mühafizədə işlədim. "Prime Brick" MMC-nin direktoru Şəmsəddin Muradov öz qohumlarına, 3 bacısı oğluna və yeznəsinə ayın 15 günü üçün 400 manat maaş hesablatdırır. Lakin mən gecə-gündüz orada işləyirdim cəmi 600 manat maaş alırdım. Bu da 2021-ci ilin noyabr ayına qədər davam etdi. Ondan sonra maaşı azaltdılar. Ayda 100, ya da 200 manat maaş verirdilər. Kartımızı da özlərində saxlayırdılar. Maaşımızı əldən verirdilər”.

Vətəndaşın sözlərinə görə, dəfələrlə kartlarını tələb ediblər: “Lakin hər dəfə bir bəhanə gətirdilər. Evdə xəstəm olduğu üçün işimi də dəyişə bilmirdim. Sonra da zavod öz işini dayandırdı və bizə də bildirdilər ki, təmirə bağlanır. Əməkhaqqımı tələb etdiyim üçün sentyabr ayının 30-da məni işdən çıxardılar. Hazırda şirkət mənə 6000 manat pul verməlidir. Ümumilikdə 150 nəfər işçinin əməkhaqqısını kəsiblər. Bəzi işçiləri təmir işlərində günü 10-15 manata işlədirlər. 3 nəfər də İran vətəndaşıdır. Onlara isə günə 100-150 manat verirlər”.

Məsələ ilə bağlı kərpic zavodun cavabdeh şəxsləri ilə əlaqə saxladıq. Zavodun maliyyə direktoru Vaqif Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, maaşların verilməmə səbəbi hazırda işlərin dayandırılmasıdır. Lakin zavod öz işinə başlayan kimi və satış olduqca ilk növbədə işçilərin maaşları veriləcək: “2022-ci ilin fevral ayından etibarən zavod təmirə dayanıb. Bütün rəsmi orqanlara da bəyan olunub. Bəli, işçilərə borcumuz yaranıb. Bunun üçün iclas təşkil edib hər kəsə məlumat vermişik ki, zavod öz fəaliyyətinə başlayan kimi borclar ödəniləcək. Bütün işlər bitəndən sonra zavod açılacaq. Çox güman ki, ilin axırına qədər açılacaq”.

Vaqif Məmmədov işçilərə maaş kartlarının verilməməsi məsələsinə də münasibət bildirib: “Bütün işçilərin maaş kartı özündə olub. İran vətəndaşlarının zavodda işlədilməsi və onlara günə 100-150 manat ödənişin olunması məsələsinə gəlincə isə, bu, tam ağ yalandır. Bununla bağlı Miqrasiya Xidmətindən də soruşa bilərsiniz. İrandan bura vətəndaşlar sadəcə qonaq qismində gəliblər, yəni öyrənmək məqsədilə. Lakin onlar burada işləməyib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtı “yaşıllaşdıran” saxta MMC-lərin fəaliyyəti niyə araşdırılmır?


Məlum olduğu kimi son illər Sumqayıt şəhərində tikinti, quraşdırmadan başqa, ərazilərin yaşıllaşdırılması işlərinin aparılması üçün də dövlət tərəfindən milyonlarla manat vəsait ayrılıb. Bu məqsədlərlə dövlət büdcəsindən ayrıılan vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi ətrafında çoxlu mübahisəli məlumatlar da yayılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bir çox sahibkara müxtəlif vədlər verərək onlardan topladığı pullar hesabına Sumqayıtda abadlıq və yenidənqurma işlərinin görməsi də belə məlumatlardandır. Əgər bu həqiqətən də belədirsə, onda Sumqayıtda sözügedən işlərin görülməsinə ayrılan dövlət vəsaitləri haralara sərf olunur?

Mövzu ətrafında apardığımız kiçik bir araşdırmada ortaya böyük məsələlər çıxdı. Belə ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən satınalmalar yolu ilə həyata keçirilmiş bəzi işlərdə bu özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderə yekun vuraraq “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284 793 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 18.11.2022-ci il tarixdə elan edib.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “VAHİD” MMC ilə yaşıllıqların salınması işlərinin satın alınması üzrə daha bir satınalma müqaviləsini isə 22 gün əvvəl, yəni 27.10.2022-ci il tarixdə bağladığını açıqlayıb. Bu müqavilənin qiyməti isə 296 475 manat təşkil edib.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin 22 gün ərzində 581 268 manat məbləğində satınalma müqaviləsi bağladığı bu MMC kimə məxsusdur?
Sumqayıtı “yaşıllaşdıran” saxta MMC-lərin fəaliyyəti niyə araşdırılmır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ, qanuni təmsilçisi kimi isə Həsənova Həqiqət Həsən qızı qeyd olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçici yoxdu. Seçici siyahısında yoxdursa deməli bu şəxs sözügedən kənddə pasport qeydiyyatında deyil. Pasport qeydiyyatında deyilsə deməli hər hansı bir seçkidə səs verə bilməz. Bəs Sumqayıtın Yaşıllaşdırma İdarəsi Azərbaycanda səs vermək hüququ olmayan, yəni dövlət hakimiyyətinə səs verməyən bir şəxslə belə yüksək məbləğli bir satınalma müqaviləsini hansı əsaslarla bağlayıb, dövlət sifarişi verib?

Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən son anda aldığımız məlumata görə orada Həsənova Həqiqət Həsən qızı adlı şəxs ümumiyyətlə olmayıb. Bu məlumatın özü MMC-nin saxta sənədlərlə yaradıldığını sübut etmirmi? Saxta sənədlərlə yaradılmış bir MMC-nin satınalmalarda iştirakı da elə tenderin də saxtalaşdırılması demək deyilmi?

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bununla bitmir. Aktualinfo.org bir neçə ay öncə, daha dəqiqi iyun ayında qurumun satınalmalarda saxta MMC-lərlə işbirliyində olduğunu açıqlamışdı. Bir daha xatırlatmaq istərdik ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbərliyi hələ 2020-2022-ci illərdə yaşıllıqların salınması işlərinin satın alınmasına yaxın adamlarının adına yaradılmış MMC-lərə yüz minlərlə dövlət vəsaiti köçürüb. Onlardan bəzilərini bir daha diqqətinizə çatdırırq.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-ci ilin avqust ayında yaşıllıqların salınması işlərinin satın alınması üzrə iki tenderin qalibini elan edib ki, bu da “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaşıllaşdırma idarəsi sözügedən MMC ilə ümumi olaraq 390 580 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu MMC-nin dövlət qeydiyyatına alındığı tarix uzaq olsa da, maraqlı məqamları çoxdu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 06.03.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi), qanuni təmsilçisinin isə Hüseynov Sehran İmran oğlu olduğu göstərilir.

Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əlisoltanlı kəndində məcburi köçkün qəsəbəsi ev 170-də deyil, 210 ünvanında pasport qeydiyyatında olan Hüseynov Sehran İmran oğlunun 1950-ci ildə anadan olduğu göstərilir. Hazırda 72 yaşı olan Sehran Hüseynovun Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin sifarişlərini həyata keçirə bilmək iqtidarında olub, olmaması da artıq sual altındadır.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2020-ci ilin may ayından 2021-ci ilin noyabr ayına qədər yaşıllıqların salınması işlərinin və əkin materiallarının satın alınması üzrə “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də 9 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrə isə ümumi olaraq 2 524 928 manat dövlət vəsaiti atrılıb. İndi gəlin görək “ARSENAL-M” MMC kimə məxsusdur? Yuxarıda adını çəkdiyimiz “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynov Sehran İmran oğlunun qızına.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 03.10.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336, qanuni təmsilçisinin isə Hüseynova Yusalə Sehran qızı olduğu göstərilir.

Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısı üzərindən apardığımız araşdırmalarda “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi göstərilmiş BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336-da 1976-cı il təvəllüdlü Hüseynova Elvira Sehran qızının pasport qeydiyyatında olduğu göstərilir. Bu isə Hüseynova Yusalə Sehran qızının bacısı olduğu deməkdir. Hüseynova Yusalə Sehran qızı isə 1973-ci il təvəllüdlüdür və Saatlı rayonunun Əlisoltanlı kəndindəki məcburi köçkün qəsəbəsi 174 ünvanında daimi pasport qeydiyyatındadır.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında “ARSENAL-M” MMC-nin başqa hansısa bir tenderin qalibi olması barədə məlumat yoxdu. Burada MMC-nin dövlət sifarişini hansı səviyyədə yerinə yetirməsi artıq maraqlı deyil. Çünki işin çoxu kağız üzərində görülüb. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə bağladığı müqavilələrdən MMC-nin noyabr ayının 21-nə 66 740.05 manat vergi borcu var idi. Hazırki günə MMC-nin borcu artaraq 67 533.13 manat olub. MMC-yə reyestrdən son dəfə verilmiş çıxarış elə dövlət qeydiyyatına alındığı gün olub. Bu isə o deməkdi ki, ümumiyyətlə vergi ödəməyib. Elə buna görə də MMC-nin qanuni təmsilçisi Yusalə Hüseynova 2022-ci ildə estafeti atasına məxsus “ASTROİT” MMC-yə verməli olub. Hazırki günə 1784.43 manat da “ASTROİT” MMC-nin vergi borcu var və güman ki, 40-50 min vergi borcu yarandıqdan sonra bu MMC də aradan çıxarılacaq.


O ki, qaldı son iki ildə Sumqayıtda yaşıllıqların salınması işlərinin satın alınmasının qalibi olan MMC-lərin qanuni təmsilçilərinə. Həsənova Həqiqət Həsən qızına, ata-bala Hüseynov Sehran İmran oğlu və Hüseynova Yusalə Sehran qızına. Ola bilsin ki, bu şəxslərin adlarına yaradılmış MMC-lərdən heç xəbərləri belə yoxdu. Yaxud da, kasıb məcburi köçkün ailəsinə müəyyən miqdarda pul verib bu işləri Yaşıllaşdırma İdarəsinin rəisi öz adamlarının əli ilə gördürür. Dövlət Vergi Xidmətinin və Mərkəzi Seçki Komissiyasının məlumatlarından da görsəndiyi kimi bu şəxslər məcburi köçkün qəsəbələrində pasport qeydiyyatındadırlar. Cəbrayıl rayon sakinləridir. Bəs Cəbrayıl rayonundan məcburi köçkün olmuş bu şəxslərin Sumqayıtın yaşıllaşdırma İdarəsi ilə nə kimi əlaqəsi, bağlılığı var?

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin rəisi də Cəbrayıl rayonundandır. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan İlyas Həsənovdur. O, İlyas Həsənov ki, yaşı artıq 75 keçib, amma Yaşıllaşdırma İdarəsinin rəisi kreslosunu buraxmır ki, buraxmır. Amma xüsusilə vurğulamaq istərdik ki, iş təkcə İlyas Həsənovluq deyil. Burada Zakir Fərəcov faktorunun olduğunu da unutmamaq lazımdır.

Dövlət satınalmalarının vahid internet portalından, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısından və Dövlət Vergi Xidmətinin reyestrindən əldə etdiyimiz bu məlumatlar təkzibolunmaz faktlardır. Bəs onda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, elə həmin quruma tabeli Dövlət Vergi Xidməti, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu saxta MMC-lərin fəaliyyətini niyə araşdırmır? Səbəb Əli Həsənov, Zakir fərəcov faktorudu, yoxsa…

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda müəllimlər arasında DƏRS DAVASI – “68 yaşlı müəllimi məktəbə qaytarıblar”


“Goranboy rayon Buzluq kənd tam orta məktəbi korrupsiya yuvasına çevrilib. Məktəb direktoru heç bir qanuni əsası olmadan, qanunvericilik tələbləri pozularaq 2 ildir, təqaüdə çıxmış 68 yaşında, işini yarıtmayan yaşlı adamı yenidən məktəbə müəllim götürüb”.

Bu barədə Goranboy rayon Buzluq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kəmalə Novruzova tərfindən Bizim.Media-ya daxil olan şikayətdə deyilir.

Müəllim iddia edir ki, məktəb direktoru Rəşad Ələkbərov iki müəllim ola-ola 68 yaşlı müəllimi işə qaytarıb onların saatlarını kəsib:

“Məktəbdə iki nəfər riyaziyyat müəllimi və 10 saat vakant dərs var idi. Noyabr ayının axırına qədər əsas dərs kimi 15 saat birimizə, 5 saat da birimizə vermişdilər. İndi həmin dərsləri bizim əlimizdən alıb və 68 yaşında bir müəllimlə (Məmmədov Oqtay) yenidən müqavilə bağlayaraq vakant dərsləri ona veriblər. Həmin müəllim iki ildir ki, məktəbdən də uzaqdır. Məktəbdə iki müəllim ola-ola niyə dərsləri vakant yer çıxarıb başqa müəllimə verməlidirlər?”

Direktor Rəşad Ələkbərov Bizim.Media-ya açıqlamasında səsləndirilən fikirlərlə razılaşmayıb və onun müəllim götürmək səlahiyyətinin olmadığını deyib:

“Müəllim 68 yox, 66 yaşındadır. Əmək Məcəlləsinə müvafiq olaraq müddətli müqavilə ilə işləyir. Barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və onun nəticəsi əlimdədir. Müəllimlə müqavilə mərkəzləşmiş qaydada regional təhsil idarəsinin razılığı ilə prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Şikayətçi Kəmalə Novruzova ixtisasından 8 bal toplamış müəllimdir. Siz bir avlideyn olaraq öz övladınızı ona etibar edərsinizmi?! Buna baxmayaraq müəllimə artıqlaması ilə dərs saatı verilib”.

Direktor bildirib ki, bu problem uzunmüddətdir ki, var. Şikayətçi müəllimin tələbi odur ki, o müəllimi çıxarıb dərs saatlarını onlara verək.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən açıqlamaya görə, riyaziyyat müəllimi Kəmalə Novruzovanın şikayəti araşdırılıb:

“Bildiririk ki, Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə 2022-2023-cü tədris ilində riyaziyyat fənnindən dərs yükü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq bölünüb, müəllimlər arasında dərs bölgüsü həyata keçirildikdən sonra artıq olan 10 saat riyaziyyat fənnindən dərs yükü 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində vakant elan edilib, lakin vakant yerə təyin edilən namizəd olmayıb. Qeyd edilən dərs yükünü tədris etmək üçün Goranboy rayonu Buzluq kənd sakini, ötən tədris illərində də həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmış Məmmədov Oqtay Baba oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edib. Məktəbdə kadr çalışmazlığı və Oqtay Məmmədovun pedaqoji təcrübəsi nəzərə alınaraq Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə tədris ilinin sonunadək müddətli əsaslarla riyaziyyat fənnindən vakant olan dərs saatlarını tədris etməsinə razılıq verilib”.

Yaş həddinə çatmış müəllim ilə əmək müqaviləsinin bağlanması məsələsinə qaldıqda isə idarənin cavabı belə olub:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 10-1.1 və 10-1.2 bəndlərinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Həmçinin bildirək ki, çalışmanın yaş həddinə çatmış şəxslə bağlanmış müddətli əmək müaviləsi bitdikdən sonra həmin şəxsin 1 (bir) il müddətinə pedaqoji fəaliyyətə fasilə verməsi, həmin şəxslə yenidən müddətli əmək müaviləsi bağlanılmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsində heç bir məhdudiyyət və qadağa qoyulmayıb”.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və Mehriban Əliyeva Türkmənistanda səfərdədirlər


Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə gedib.

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda ƏDALƏT sarıdan az da olsa qımıldanma var... - BU DA BİR FAKT...


Şərur rayon sakini Musa İsmayılov qızının qətlinin ört-basdır edildilməsi ilə bağlı bir müddət öncə "Gündəlik Naxçıvan"a müraciət etmişdi. O deyir ki, məsələ ictimailəşdirdikdən sonra, Naxçıvan MR baş prokurorundan məktub alıb:
" Məktubu şəxsən baş prokuror Səbuhi Şahverdiyev imzalayıb. Məktubda iş üçün əhəmiyyətli halların araşdırılması üçün kompleks məhkəmə-psixiatirik və məhkəmə psixoloji-ekspertizasının təyin edilməsinə zərurət yarandığı bildirilir. Qeyd olunur ki, 22 noyabr tarixdə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan MR Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasına və MR Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının ekspertlərinə həvalə olunub. Ekspertizanın nəticəsinə uyğun olaraq, işlə bağlı qərar veriləcəyi bildirilir. Ekspertizanın rəyini gözləyirik. Nəticəsi ilə bağlı ictimaiyyətə açıqlama verəcəyik. Öncədən heç nə deyə bilmərik".
Şərur rayon Oğlanqala kənd sakini Musa İsmayılov, Naxçıvan MR baş Prokurorluğunu öldürülən qızının qətlini intihar kimi qələmə verməkdə günahlandırırdı. O iddia edirdi ki, gənc qızını öz həyat yoldaşı boğaraq öldürüb. Daha sonra ailə prokurorluğa xeyli miqdarda pul verərək, işi intihar hadisəsi kimi sənədləşdirməyə nail olub. Bunula razılaşmayan ata, Bakıya şikayət etməyi qərara alıb. Lakin, prokurorluq əməkdaşları Musa İsmayılovu təhdid ediblər ki, məsələni Naxçıvandan kənara çıxarmasın. //"Gündəlik Naxçıvan"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramil Məcidovun adı gömrükdə `İTƏN` PULLARA GÖRƏ HALLANDI - İTTİHAM VAR!


Bu gün yayılan rəsmi xəbərlərdən bəlli olur ki, cənab Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov vəzifəsindən azad edib. Xəbərdə qeyd olunur ki, Ramil Məcidov Göyçay rayonun sabiq icra başçısı Mehdi Səlimzadənin oğludur.
Biz “Kanal21.org” olaraq aylar öncə bu iki ata-oğulun qandonduran cinayət əməlləri barədə yazılar dərc edirdik. Və hər dəfə də hörmətli baş prokuror Kamran Əliyevdən xahiş edirdik ki, Ramil Məcidovun əməllərinə hüquqi qiymət verilsin.
Təsəvvür edirsiniz belə bir mühüm dövlət vəzifəsi daşıyan adam əsl meşşan həyatı yaşayırdı. Bu əxlaqın sahibi necə DTX və DSX-ə nəzarət edə bilərdi..?
Bu adamın özünə ciddi nəzarət lazım idi. Öncə onu qeyd edək ki, Ramil Məcidovun bioloji atası Mehdi Səlimzadə olsa da, hüquqi cəhətdən Abbas Məcidovun, yəni ana babasının oğludur. Yəni bu şəxs öz anası ilə “qardaş-bacıdır”. Nə isə bu məsələ üzərində çox dayanmayaq. Əsas olan belə bir savadsız adamın ən yüksək dövlət vəzifələri tutmasıdır. Bu adam savadsız olduğu üçün heç bir ali məktəbə qəbul ola bilməyib və sonda ABU-nun diplomunu birtəhər əldə edə bilib. Biz aylar öncə yazdıq ki, bu savadsız necə ölkənin ən strateji qurumlarından biri olan Baş Prokurorluqda general rütbəsi ilə “Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət” idarəsinin rəisi vəzifəsinə yüksələ bildi..?
Savadı cəhənnəmə olsun, bu adam normal əxlaq sahibi də deyil. Söhbət Ramil Məcidovun əxlaqından düşmüşkən, onu qeyd edək ki, dostları deyir ki, bu adam hər axşam Kürdəxanıda bağlarda qumar məclisləri təşkil edir, həmişə də uduzur. Bu adam təkcə qumar xəstəsi deyil, həm də içki düşkünüdür, bəzi xoşagəlməz vərdişləri də var. Bu adam 2-3 aydan bir xarici ölkələrdə səfərdə olur və əvvəllər səfərə Roza xanımla gedərdi, amma son vaxtlar anası erməni olan Lalə adlı xanımla gedir…
Xatırladım ki, Ramil Məcidovun 4 uşağı olduğu halda, Solmaz Xəlilova adlı bir xanımdan isə Ayla adlı bir qızı da var. Solmaz Xəlilovanın ailəsini isə İnqlab küçəsində saxlayır. Bundan əlavə anası başqa millətdən olan Laləni isə özü ilə xarici səfərlərə aparır. Ramil Məcidov Bakıda və Abşeronda yüksəkmərtəbəli binalar tikir, inşaat biznesi ilə məşğul olur. Biz öz yazılarımızda car çəkirdik ki, Ramil Məcidovun 4-cü qanunsuz arvadı Solmaz Xəlilova cinayətkardır, onlarla vətəndaşa külli miqdarda pul atıb. Vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayətlər etsələr də, Ramil Məcidovun tapşırığı ilə rədd olunur. Solmaz Xəlilova isə hər yerdə “mən general arvadıyam, mənə kimsə söz deyə bilməz” deyir.
İndi görürsünüzmü, bu "GƏNƏ"-ral Azərbaycan qanunlarını ayaqlar altına atıb. Bu adam hər şeyə, üzr istəyirik tüpürüb. Bəli, bu adamın Solmazdan olan qızı Alyanın sənəddəki ata adı isə xalasının əri Nazimdir.
Görürsünüzmü, qandonduran, əxlaqsız əməlləri... Bunlara necə azərbaycanlı demək olar..? Bir məsələni də xüsusi olaraq qeyd etməliyik. Biz aylar öncə 2.4 milyon gömrük rüsumundan bəhs etmişdik.
Yazmışdıq ki, Sumqayıt Gömrük İdarəsində 2 MİLYON 400 MİN DOLLAR dövlət rüsumu yoxa çıxıb. Daha doğrusu, 2,4 milyon dollar gömrük rüsumu olan məhsul gömrük sistemindən keçəndə KİMSƏ deyib ki, bu məhsulu buraxın, bu məhsul mənlikdir. Və bu günədək 2,4 milyon dollarlıq gömrük rüsumu ödənilməyib. O, KİMSƏ kim olsa yaxşıdır..?
Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ramil Məcidov. Biz aylar öncə soruşurduq ki, dövlətdən oğurlanan 2.4 milyon dollar gömrük rüsumunu Ramil Məcidov Kürdəxanı bağlarında qumarda uduzub..? Yoxsa Gürcüstandan olan hansısa bir ayağı sürüşkən, küçə fahişəsinə xərcləyib ? Biz aylar öncə çox hörmətli Baş prokuror Kamran Əliyevə, Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırova müraciət edərək bu məsələlərin ciddi araşdırılmasını xahiş etmişdik.
Biz inanırdıq ki, çox hörmətli Baş Prokurorumuz bu məsələnin araşdırılması üçün müəyyən göstərişlər verəcək. Tezliklə, dövlətə dəymiş zərər ödəniləcək və bu işdə günahkarlar öz layiqli cəzasını alacaqlar. Doğrudan da, Baş prokurorumuza SAĞ OL deməyə dəyər.
Yeri gəlmişkən, bu gün yayılan xəbərlərdə Ramil Məcidovun Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkəni olması qeyd edilir. Məlumat üçün qeyd edək ki, Ramil Məcidov Zakir Fərəcovun keçmiş kürəkənidir.
P.S. Növbəti sayımızda daha ciddi faktların, Ramil Məcidovun obyektlərinin, şirkətlərinin və sahib olduğu xarici ölkələrdəki pullarının saxlandığı bankların adları açıqlanacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədərəyin 1 illik icra başçısının məharəti: “1 ilin içində özünə Bakı şəhərindən ev, yoldaşına son model "Ford-fusion" maşın aldı


Yadınızdadırsa, iki il sərasər Sədərək rayonunda baş verən qanunsuzluqlarla bağlı rayon sakinlərinin şikayətini işıqlandırdıqdan sonra Prezident İlham Əliyev yekun qərarını verdi. Ötən il avqust ayında rayonun o dövrdəki icra başçısı Həbib Hüseyn oğlu İbrahimov işdən çıxarıldı, oktyabr ayında isə onun yerinə yeni başçı təyin olundu – Mahirə Adnayeva.
Gözləmək olardı ki, yeni icra başçısı gözü çıxmış sələfinin taleyindən ibrət dərsi alacaq və cəmi iki kənd, bir qəsəbədən ibarət olan rayonu ədalətlə idarə edəcək. Rayondan redaksiyamıza göndərilən bir şikayət məktubu isə bu qənaətimizin altını üstünə çevirdi. Məktubdan belə anlaşılır ki, Mahirə xanım işə başladığı 1 il ərzində öz yaxın qohumlarını vəzifəyə gətirməklə və sərvət toplamaqla məşğul olub.
Qeyd edək ki, Sədərək Azərbaycanın ən balaca rayonudur və iki kənddən, bir kiçik qəsəbədən ibarətdir. 1990-cı ilə qədər Şərur rayonuna tabe idi. 1990-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Şərur rayonu 3 yerə bölünür və ən az torpaq sahəsi Sədərəyin payına düşür. Rayonun ərazisi cəmi 160 kv. km., əhalisi isə 23 min nəfərdir. Təbii ki rəsmi rəqəmlərə görə. Reallıqda isə bəlkə bunun yarısı qədər əhali yaşayır Sədərəkdə.
Azərbaycanın ən balaca rayonu olan Sədərəkdən redaksiyamıza məktub yazan şəxs yeni icra başçısı Mahirə xanımın kadr islahatlarının qurbanlarındandır. O, əvvəl rayon icra hakimiyyətində işləyib və yeni başçının qohumu olmadığı üçün işdən uzaqlaşdırılıb.
Məktubda deyilir:
"Salam, Heydər bəy. Sizi Sədərək rayon, Heydərabad qəsəbəsindən narahat edirəm. Şikayətim yeni təyin olunmuş icra başcısı Mahirə Adnayevadandır.
Bu yeni təyin olunmuş icra başcısı işə başlayan kimi başladı işciləri işdən çıxarıb, özünə pul toplamağa. 6 nəfəri səbəbsiz yerə işindən edib, təzə pullu kadrlar yığdı özünə.
1 ilin içində özünə Bakı şəhərindən ev aldı, yoldaşına son model "Ford-fusion" "73-bc-772", köhnədən icrada şofer işləyən Elçin adlı oğlanı işdən çıxarıb, oğlu Eltəni özünə şofer təyin etdi.Qısa zaman keçən kimi oğluna 2010-cu il buraxılışı olan "vaz-2107"aldı "73-bc-025"
Sədərək rayon İcra hakimiyyəti sanki bir ailə şirkəti kimi idarə olunur.Əri Ramazan Adnayev,oğlu Eltən,bacısının əri Natiq Əliyev bu işdə Mahirə xanımın ən böyük yardımcılarıdır.Bunlar kimi istəsə işə götürürlər,kimi istəməsə götürmürlər.
Əlbəttə ki,vəzifəyə gələndən sonra ər-arvad öz qohumlarını müxtəlif işlərə təyin ediblər. (sübutlar var).
Bu qədər maşın bəs etmirmiş kimi dövlətin ona xidməti maşın kimi təsis etdiyi "BMW" markalı 73-AA-001 nömrəli maşınla oğlu (həm də sürücüsü) olan Eltən azyaşlı bacısını məktəbdən evə (şan-şöhrət olsun deyə) aparıb gətirir.
Sonda onu da qeyd edim ki,Muxtar respublikada baş veren hadisələr Mahirə xanımı da qorxuya salmış və "Kamxoz"-da əziyyət çəkən fəhlələrin adına olan maaş kartlarını özlərinə qaytararaq işə çıxmalarına tapşırıq vermişdir
Xahiş edirəm sizdən, bunu işıqlandırın ki, hər kəs görsün”.
Heydər Oğuz
Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO