[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Dövlət Universitetində IELTS imtahanı zamanı yaşanan QANUNSUZLUQLAR - İTTİHAM VAR!


Bildiyiniz kimi, hazırda xaricdə təhsil almaq istəyən şəxslərdən iki beynəlxalq İngilis dili imtahanından - TOEFL və IELTS birini vermək tələb olunur. Çünki dünya universitetləri xaricdən tələbə qəbul edərkən məhz bu imtahanları tələb edirlər. Bu gün ölkəmizdə isə daha çox IELTS (International English Language Testing System) imtahanına maraq göstərilir. Onu da qeyd edək ki, namizədlər İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunan sözügedən imtahanı kağız və ya kompüter üzərində verə bilərlər.

Nəzərinizə çatdıraq ki, təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanın nəticəsini qəbul edir. IELTS imtahanını daha çox Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər. İmtahan iki variantdan ibarətdir: akademik test və ümumi test. Qiyməti 370 manat olan imtahanın nəticəsi alındığı tarixdən 2 il müddətində etibarlıdır və maksimum imtahan balı 9 olur. Ölkəmizdə bu imtahan yalnız "British Council" təşkilatı tərəfindən təşkil edilir.

IELTS imtahanı ilə bağlı qısa məlumat verdikdən sonra mətləbə keçə bilərik. Beləliklə, Hurriyyet.az-a daxil olan məlumatda deyilir ki, Naxçıvan Dövlət Universitetində IELTS imtahanı tamam fərqli üsulda həyata keçirilir, daha dəqiq desək ciddi pozuntulara yol verilir. Bu barədə əldə etdiyimiz informasiyaya görə, Naxçıvan Dövlət Universitetində "British Council" təşkilatının mərkəzi yaradılıb və ali təhsil müəssisəsinin istifadəsinə verilmiş kompüter və.s zəruri avadanlıqlar IELTS imtahanında istifadə olunur. O da qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasında təhsil alan tələbələr, hətta müəllimlər IELTS imtahanına məcburi qaydada cəlb edilirlər. Halbuki, bu imtahan ancaq xaricdə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub: "Bundan başqa, ixtisasından asılı olmayaraq, magistratura tələbələrini də IELTS imtahanı verməyə məcbur edirlər. Yəni, ingilis dili ilə əlaqəsi olmayan ixtisası bitirən şəxs magistraturaya girsə, onda yenə də 370 manat verib IELTS imtahanı verməlidir. Hələ bu, harasıdır. Hər imtahan olanda yer dolsun deyə, İngilis dili müəllimlərini məcburi şəkildə imtahana cəlb edirlər. Bu səbəbdən də eyni ildə 2 dəfə imtahana girən muəllimlər də var. Onu da qeyd edim ki, normalda IELTS imtahanı iki versiyada - kağız üzərində və kompüter əsaslı keçirilə bilər. Naxçıvan Muxtar Respublikasında açılan IELTS mərkəzi isə imtahanı sadəcə kompüter əsaslı keçirir. Nəticədə keçirilən imtahanın keyfiyyəti də kompüterlərdə çıxan problemlərə (məsələn dinləmə imtahanında səs eşidilmir və.s) görə aşağı düşür".

Verilən məlumatda o da bildirilir ki, Naxçıvan Dövlət Universitetində IELTS imtahanı zamanı keçid balı kimi 9 bal üzərindən 5 bal götürülüb: "Halbuki, 2022-ci ilin ilk yarısında keçirilən imtahanlarda bu keçidi keçməyən tələbələrə, sözdə diplom verilməyəcəkdi ki, bu da yalan idi. Belə ki, bal məhdudiyyətindən asılı olmayaraq bütün tələbələr məzun oldular. Sözügedən imtahan 2 il keçərlidir ki, bu da magistr üzrə təhsil alacaq tələbələr üçün xüsusilə zaman və maliyyə itkisidir. Çünki iki illik magistr təhsili zamanı bu keçərlilik müddəti bitir. Yəni, həmin imtahan nəticəsi bir növ lazımsız olur. Eynilə oğlan tələbələr universitetdən sonra hərbi xidmətə cəlb olunduğundan, yenə də keçərlilik müddətinə görə imtahan onlar üçün xüsusilə əlverişsizdir". Deyilənlərə görə, bütün bunlar, yəni Naxçıvan Dövlət Universitetində yaşanan olaylar aysberqin yalnız görünən hissəsidir, arxa fonda daha çox ciddi məsələlər, neqativ hallar mövcud olduğundan tezliklə onlar barəsində də ətraflı məlumat verməyə çalışacağıq.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabad xəstəxanasında Bayram Mikayılov “rüzgarı” - İTTİHAM


Ölkənin səhiyyə sistemində aparılan islahatlara baxmayaraq, şəhər və rayonlarımızda fəaliyyət göstərən xəstəxanalarda ciddi şəkildə problemlər qalmaqdadır. Belə səhiyyə ocaqlarından biridə Sabirabad rayon Mərkəzi Xəstəxanasıdır. Xalqxeber.az-a daxil olan məlumata görə hazırda Sabirabad Mərkəzi Xəstəxanasını baş direktorun maliyy məsələlər üzrə müavini Bayram Mikayılov idarə edir. Belə ki, Bayram Mikayılov hazırkı direktor Ənvər Lumanovun korrupsiya əməllərini ortaya çıxardaraq onu sözün əsl mənasında “şantaj” edərək kreslosunu zəbt edib. Bu məsələ ilə bağlı mənbəmiz qeyd edir ki, Bayram Mikayılovun planı hələki səssiz şəkildə Ənvər Lumanovun əli ilə xəstəxanadan yaxşı qazanc əldə etmək, daha sonra isə direktor olmaqdan ibarətdir. Bayram Mikayılov həkim və tibb bacıları vasitəsi rayonda şaiyyə yaydırır ki, o xəstəxanada nizam intizam yaradıb və buna görədə bəziləri onu vurdurur. Ancaq Sabirabad xəstəxanasında bir saat müşahidə aparan istənilən şəxs səhiyyə ocağında heç bir nizam intizamın olmadığının şahidi olar. Yenədə şöbə müdirlərindən və həkimlərdən pullar yığılır, xsətələrdən rüşvət alınır. Mənbəmiz iddia edir ki, Bayram Mikayılov xəstəxanada yatan xəstələr üçün dövlət tərəfindən ayrılan ərzaq vəsaitinin böyük hissəini özünə götürür. Bundan başqa Bayram Mikayılov Ənvər Lumanov üçün şöbələrdən yığılan aylıq haqqın yarsınada “çökdüyü” deyilir. Mənbəmiz bildirir ki. Bayram Mikayılov bir müddət yaxşı qazanc əldə etdikdən sonra Ənvər Lumanovun yerinə keçmək niyyətindədir. Hətta bununla bağlı TƏBİB-də özünə himayədarda tapıb. Qeyd edək ki, Bayram Mikayılov daha yaxşı görərlər. ilə özü haqqında müxtəlif tibb bacıları Ancaq keçmişi ciddi
Sabirabad Rayon Mərkəzi Xəstəxanası maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılov vaxtı ilə Saatlı və Sabirabad DSMF-nin müdiri vəzifələrində işləyib və müxtəlif qalmaqalları ilə ad çıxardıb.
B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişini təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi.
Daha sonra Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə nazir Sahil Babayev tərəfindən Sabirabad DSMF-nin müdiri vəzifəsindən qovulmuşdu.

Xalqxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yelo Bank" XALQA QARŞI... - BU NƏDİ BELƏ?


Təkcə dekabrın son günlərində “Yelo bank”ın 200-ə yaxın məhkəmə çəkişməsi var. Sözügedən bankın idarəçiləri növbəti ildən fərqli starategiya düşünmək məcburiyyətindədirlər. Çünki bankın statistikasını yüksək göstərmək üçün istənilən şəxsə kredit vermək məsul şəxslərin bank işindən xəbərsiz olduğunu deməyə əsas verir. Təkcə dekabr ayının son 20 günündə 25 ailənin mənzildən çıxarılması üçün məhkəmə prosesi baş tutub.
Tribunainfo.az xəbər verir ki, “Yelo bank” Məhərrəmovlar ailəsini mənzilindən çıxarmaq üçün Sabunçu rayon Məhkəməsinə baş vurub. Hakim Nilufər Cəfərlinin sədrliyi ilə keçirilən proses 29 dekabr tarixinə təyin edilib. İşin mahiyyəti mənzil mübahisəsi və vətəndaşın mənzildən çıxarılmasıdır.
Növbəti məhkəmə prosesi isə sözügedən bankla “AZE-Samand LTD” MMC arasındadır. Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə “Yelo Bank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Məhkəmənin ilkin hazırlıq iclası 30 dekabra təyin edilib.
Digər maraqlı proses isə “Qarakənd faciəsi” nin qurbanlarından olan Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılova qarşıdır. 2021-ci ilin may ayından başlayan məhkəmə prosesi indiyə qədər davam edir. Təxminən 2 ilə yaxın məhkəmə prosesi bu ilin son günlərinə təyin edilib. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisədir.

Digər prosesdə isə vətəndaş “Yelo bank”ı məhkəməyə verib. Belə ki, iddaçı Ağayev Fəqani “Yelo bank” la birlikdə “Azevrocar” MMC-ni məhkəməyə verib. Vətəndaşın iddası bankın və digər cavabdehin müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməmsidir. Proses Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə 29 dekabr tarixində baş tutacaq.
“Yelo bank” həmçinin bir ailənin mənzilindən çıxarmaq iddası ilə də Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə baş vurub. Bank Məmmədova Dilşad, Məmmədova Nuranə, Məmmədov Rəşad, və Məmmədov Tofiqi cavabdeh qismində prosesə cəlb edib. Hakin Anar Qasımovun sədriliyi ilə baş tutacaq proses 27 dekabr tarixində keçiriləcək.
Növbəti mənzildən çıxarılma ilə məhkəməyə baş vuran “Yelo bank” bu dəfə Novruzovlar ailəsi ilə 27 dekabr tarixində Sumqayıt Şəhər Məhkəməsində görüşəcək. Belə ki, hakim Elmir Hüseynov prosesdə iddianı təmin edib qərar verərsə, Novruzova Elmira və Novruzov Ramilin yaşadıqları mənzil əllərindən alınacaq.

“Yelo bank”ın növbəti ailənin mənzildən çıxarmaq üçün Abşeron Rayon Məhkəməsinə də baş vurub. Belə ki, Hacıyev Rahim, Hacıyev Ramiz və Hacıyeva Fərəbanıya qarşı başladılan prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək. Oktyabr ayının ilk günlərindən başlayan məhkəmə prosesi 26 dekabr tarixinə təyin edilib.
Daha bir mənzildən çıxarılma prosesi isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Rübabə Qafarovanın sədrliyi ilə baş tutacaq. Məmmədov Niyaməddinin yaşadığı mənzildən çıxarılması ilə başladılan prosesə 26 dekabr tarixində baxılacaq.

Bir başqa mənzildən çıxarılma prosesi də Sumqayıt Şəhər Məhkəməsində baş tutacaq. Rəsulzadə Rəsul və Rəsulov Vüqarın mənzilindən çıxarılması üçün baş tutacaq mıhkəmə prosesinə hakim Günel Tanrıverdiyeva sədrlik edəcək. Proses 23 dekabr tarixində keçiriləcək.

22 dekabr tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baş tutacaq prosesdə isə vətəndaş “Yelo bank”ı məhkəməyə verib. Vətəndaş Qarayev Aydın bankla yanaşı “Bakı Hərrac Mərkəzi” MMC-ni məhkəməyə verib. Proses hakim Fərid Əyyubovun sədirliyi ilə keçiriləcək.

Vətəndaş Hüseynov Nizaməddin də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “Yelo bank”a qarşı iddia irəli sürüb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin yaranması, bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrdir.
Proses hakim Fərid Əyyubovun sədirliyi ilə 21 dekabr tarixində baş tutacaq.

20 dekabr tarixində baş tutacaq prosesdə də hakim qarşısına çıxarılacaq tərəf “Yelo bank”dır. Vətəndaş Mikayıllı Rasim bankla arasında bağlanmış müqaviləyə xitam vermək üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə baş vurub. Proses hakim Ayaz Məmmədovun sədrliyi ilə keçiriləcək.

“Yelo bank”ın daha bir məhkəmə prosesinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Vəliyevlər ailəsinə olan iddada borcun ipotekaya yönləndirilməsi nəzərədə tutulur. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Prosesə Gülnarə Tağızadə sədrlik edəcək.

Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə də məhkəməyə verilən “Yelo bank”a qarşı iddia irəli sürən vətəndaş İsmayılov Mir Heydərlə bankın çəkişməsinə Gülnar Babazadə sədrlik edəcək.

20 nəfəri birdəfəyə məhkəməyə verən “Yelo bank” vətəndaşları müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirmədikləri ilə bağlı iddia irəli sürüb. Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun rəhbərliyi ilə baş tutacaq məhkəmə prosesi 15 dekabr tarixinə təyin edilib.

Kazımovlar ailəsinin mənzildən çıxarılması üçün “Yelo bank” Sumqayıt Şəhər Məhkəməsinə baş vurub. Hakim Elmir Hüseynovun sədrlik edəcəyi proses 15 dekabr tarixində baş tutacaq.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kremldən Əliyev-Putin-Paşinyan görüşü barədə AÇIQLAMA


“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün baş tutması üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, D.Peskov vurğulayıb ki, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində üç ölkə lideri arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılıq əldə edilməyib.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Zəngəzur dəhlizinin açılacağı tarixi AÇIQLADI


"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq".

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

"Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq", - Prezident bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES


Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə 58444 manatlıq müqavilə bağlayıb
Yenixeber.org: Dövlət satınalmaları ilə bağlı yumşaq desək anlaşılmaz mənzərə hələ də aktuallığını qorumaqdadır. Baxmayaraq ki, az qala hər gün mediada bu mövzuda araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır. Amma, bu istiqamətdə durum dəyişmir ki, dəyişmir... Hələ də dövlətin pulunu “babasından qalma xəzinə” bilib, istədiyi kimi, istədiyi tərəflərlə pay-püş edənlər var.
Baxmayaraq ki, cənab prezident də vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini səsləndirir, məsul şəxslərə xəbərdarlıqlar da edir...
Azərbaycan Respublikasının Hesablama Palatası da vaxtaşırı olaraq dövlət satınalmaları ilə bağlı korrupsiya faktları ilə zəngin araşdırmalar yayır.
Hətta bir müddət əvvəl Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.
Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

Mingəçevir şəhərinin küçələri belə işıqlanır

Dövlət satınalmaları ilə bağlı daha bir ilginc məlumat Mingəçevir Şəhər İşıqlanma İdarəsi ilə bağlıdır. Məlumata görə Mingəçevir Şəhər İşıqlanma İdarəsi mal-materiallar və ehtiyat hissələrinin alınması məqsədi ilə "Azman LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.
Mingəçevir Şəhər İşıqlanma İdarəsinin 02.12.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə dörd gün sonra - 05.12.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi "Azman LTD" MMC olub. Bu müqavilə ilə "Azman LTD" Mingəçevir Şəhər İşıqlanma İdarəsini mal-materiallar və ehtiyat hissələri ilə təmin etmək qarışılığında 58444 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Şəhər İşıqlanma İdarəsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mallar barədə məlumat verilmədən(?) Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə 58444 manatlıq müqavilə bağlayıb!
Mingəçevir Şəhər İşıqlanma İdarəsi həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Mingəçevir Şəhər İşıqlanma İdarəsinin də, vəzifə borclarından biridir...
Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 58444 manatından gedir...

**
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur: Mingəçevir Şəhər İşıqlanma İdarəsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.
Bu ayın 5 -də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılova elektron sorğu ünvanladıq. Bu sorğunun eynisini Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi hörmətli Azərin İsmayılova da göndərdik... Dörd gün sonra Mingəçevir Şəhər İcra Hakimiyyətindən anlaşılmaz cavab aldıq: sorğumuzdakı suallara toxunmadan, qısaca olaraq, əgər buna cavab demək mümkünsə:

Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi -NONSES
Müraciətinizə cavab olaraq bildiririk ki, şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan müəssisə və təşkilatlar Dövlət Satınalmaları haqqında qanuna uyğun olaraq ona ayrılmış vəsaiti elektron satınalmalar vasitəsi ilə açıq tender və ya digər prosedurlar üzrə həyata keçirir. Bütün bu prosedurlara Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət edilir.
Sizi maraqlandıran suallarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi Azərin müəllim isə elə həmən gün cavab yazacaqlarını desə də, bugünüədək heç bir xəbər yoxdur(?)
Digər tərəf - "Azman LTD" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir şirkətlə bağlı internet üzərindən hansısa bir məlumata rast ola bilmədik...(Yenixeber.org)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İntim videolar çəkən polkovnikin məhkəməsi ilə bağlı - Qərar


Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra müdafiəçilər vəsatət qaldırıb.

Zərərçəkmiş şəxsin müdafiəçisi bildirib ki, yayılan görüntülər mənfi formada ictimailəşdirilib və bunun nəticəsində müdafiə etdiyi qadın barəsində mənfi ictimai rəy formalaşıb. Vəkil informasiya kirliliyinin qarşısının alınması məqsədi ilə məhkəmənin mətbuata açıq formada keçirilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq məhkəmənin mətbuata qapalı keçirilməsini tələb edib.
Ətraflı

Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin vəsatətini təmin edərək məhkəmənin mətbuata qapalı keçirilməsinə qərar verib. Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Zaur Mirzəyev Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. O, bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Sabiroğlu təkcə Vasif “xan”dan yox, onun yeni əleyhdarlarından da narazıdır


Tanınmış yazar Eldar Sabiroğlu Vasif “xan”ın və onun yeni əleyhdarlarının əlindən Bakıdakı ev-eşiyini buraxıb kəndə köçmək istəyir. Bu iddianı Eldar bəyin özü irəli sürür. Niyə? Gəlin, onun redaksiyamıza göndərdiyi yazısını oxuyaraq bu suala cavab axtaraq.

Yazırsan olmur, yazmırsan adam içindən ağrıyır. Fikirləşirsən, axı Naxçıvandakı qanunsuzluğa, talançılığa necə dözmək olar ki, camaat qan ağlayır XAN-ın əlindən, sən də özünü çəkib bir qıraqda mürgü vurursan. Deməli, üç cəsarətli qələm sahibi Heydər Oğuz, Tural Səfərov və Vüqar Tofiq oğlu olmasaydı, Naxçıvan olaylarının üzərinə işıq salan olmayacaqdı? Belə görünür ki, yox!!! Ancaq HÜRRİYYƏT TV tətiyi sıxan kimi "ədalət və həqiqət" carçıları başladılar sıra düzülüşünə... Adama deyərlər ki, bəs indiyə qədər harada gizlənmişdiniz, hansı deşikdə pusqu qurmuşdunuz?!

Özümlə bağlı bir məsələni danışmaq istərdim. “Xan” mövzusu ilə əlaqədardı. Təxminən iki ay əvvəlin söhbətidir. Vasifin əleyhinə kiçik bir qeydimi Ovqat.com saytı cap etdi. O zaman hələ Naxçıvan probleminin gurultusu səhv etmirəmsə, təzə-təzə aləmi bürüyürdü. Buna görə əziz dostlarım Heydərə və Vüqara, həmçinin Tural Səfərova təkrar təşəkkürlərimi bildirməkdən məmnunam. Onlar həqiqətən yurd cəfakeşliyi naminə özlərini odun içinə atdılar. Təhlükə hər an baş verə bilərdi. Vasif Talıbov tərəfindən yox, başqalarının edəcəyi daha inandırıcıdır. Ki, nə olarsa, “xan”ın boynunda qalacağını tülkülər əla "dərk" edirdilər.

Hə, yazımın üzərindən üç gün idi ki, keçirdi. Adlarını demək istəmədiyim iki yoldaşla Gənclikdə çay içməli oldum. Pəzəvənglərdən biri qayıdasan ki, Sabiroğlu yazını oxudum, nəyinə lazımdır, qoy bir-birlərini didib parçalasınlar. O biri pəzəvəng isə yox başını qaldırıb endirməklə dostunun təkliflərini təsdiq edirdi. Cavablarını lazımi qayda da verdikdən sonra çayxananı tərk etdim.

Axı biz niyə beləyik! Nədən bir-birimizin qanını amansızlıqla tökməyə həvəsliyik? Bu gün həmin “ziyalı”ların Naxçıvan “xanı”nı divara dirəyən yazılarını mətbuat səhifələrində oxuyanda ayağımın altından az qala torpaq qaçır. İnsan nə qədər əclaf olarmış, ilahi!!! Zamanında qapısının ağzında qəbul üçün dayananlar, indi “xan”ın qabırğasına o ki, var döşüyürlər. Hərdən bu sifətləri görərkən doğrudan getmək istəyirəm buralardan. Ömrümün qalan hissəsini öz şəhərimdə, kəndimdə, Zənginin sahillərində keçirmək keçir ürəyimdən.

Ovqat.com

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sosial yardım, aliment almıram, çöllərdə qalıram...” - 2 uşaq anası ÇƏTİN DURUMDA


Mingəçevir sakini Həsənova Rəna Allahverdi qızı düşdüyü sosial durumla əlaqədar kömək istəyib.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

R.Həsənovanın sözlərinə görə, iki uşaq anasıdır və uşaqları atasız böyüdüb. Övladları Mingəçevir Gimnaziya tipli internat məktəbində oxuyurlar. Özü isə yaşadığı yataqxanadakı otağını satıb küçələrdə qalır. İşlə bağlı Mingəçevir Məşğulluq Mərkəzinə müraciət etsə də, ona istədiyi iş (süpürgəçi) verilməyib:

“14 və 15 yaşında iki uşaq böyüdürəm. İmkansızlığa görə yataqxanadakı otağımı satmışam. Məcbur olub, dolanışığımın dərdindən satmışam. Dolana bilmirəm, iki uşağa baxa bilmirəm, vəziyyətim çox ağırdır. Sosial yardım, aliment, maaş, pensiya almıram. Məşğulluğa gedirəm ki, məni süpürgəçiliyə göndərsinlər, ora da göndərmirlər. Mənə deyirlər ki, get dərzidə işlə. Mən elə şeyləri bacarmıram. Mən çöllərdə qalıram. Xahiş edirəm, mənə köməklik olunsun”.

Vətəndaşın ünvanlı sosial yardım almaması iddiaları ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili Yeniavaz.com-a bildirib ki, R.Həsənovaya daha əvvəl 1 il müddətinə ünvanlı sosial yardım təyin edilib:
“Mingəçevir şəhər sakini Rəna Həsənova 17.06.2021-ci il tarixində elektron qaydada müraciət edib və ailəyə 1 il müddətinə ünvanlı sosial yardım təyin edilib. Sosial yardımın aylıq məbləği isə 209,58 manat olub. Bundan sonra ailənin ünvanlı sosial yardımla bağlı hər hansı bir müraciəti elektron sistemə daxil olmayıb”.
Mingəçevir sakininin sosial vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov Yeniavaz.com-a bildirib ki, Agentliyin nümayəndələri R.Həsənovanın yaşadığı ünvana baş çəkiblər:
“Rəna Allahverdi qızı Həsənovanın iki övladı var və Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada təhsil alırlar. Agentliyin əməkdaşları xanımın bir müddətdir təhsildən yayınan oğlunun yenidən təhsil ocağına qaytarılmasına da lazımi dəstək göstərib və azyaşlı indi təhsilini davam etdirir. Araşdırma zamanı müəyyən olunub ki, anaya övladları üçün 50 manat aliment ödənilir. Rəna xanıma işlə təmin olunması üçün müvafiq izahat verilib və aidiyyəti qurumlarla əlaqə saxlanılıb”.

Yeniavaz.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO