[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"288 taksi" MMC-nin müdiri Rasim müəllim sürücüləri "tasa otuzdurub" - İTTİHAM VAR!


Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti ilə bağlı Hurriyyet.az-a daxil olan məlumatda deyilir ki, adıçəkilən idarənin rəisi Əli Hüseynəliyev neçə illərdir qohum və tanışlarını rəhbərlik etdiyi quruma işə götürür və onları yüksək vəzifələrə yerləşdirir.

Əldə etdiyimiz informasiyada o da qeyd olunur ki, Əli Hüseynəliyevin yaxın adamlarından biri, bacısının yeznəsi Rasim adlı şəxs "288 taksi" MMC-nin müdiridir: "Hər ay taksi sürücülərindən pul tələb edirlər və sürücülər də qorxudan heç kimə keç nə deyə bilmir ki, taksini əlindən alarlar. Hər ay sosial vergi və tibbi sığorta ödəyərək, qəbzi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə təqdim edirlər. Hər qəbzin üzərində də əlavə 1 manat tələb olunur. Hazırda Naxçıvanda 500 taksi fəqliyyət göstərir və "288 taksi" MMC-nin müdiri Rasim müəllim sürücüləri yanına çağıraraq onlardan istədiyi məbləği tələb edir. Daha sonra isə fəaliyyətə göndərir. Yox, əgər kimsə pul verməsə, onda bir bahənə ilə həmin sürücünün şirkətlə işləməsi bloklanır. Yanına gedib onun istədiyi məbləği verdikdən sonra isə həmin taksi blokdan çıxarılır. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün taksi sürücüləri bu cür çətinliklə üzləşirlər. Onlara "gün verib, işıq vermirlər"".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır – Fotolar


Nəsimi rayonundakı Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad günü üçün pul yığılır.

DİA.AZ bildirir ki, bu barədə Yeniavaz.com-a həmin valideynlərdən biri məlumat verib.

O bildirib ki, bu barədə valideynlərdən biri vatsap qrupuna elan mesajı göndərib. Mesajda bildirilib ki, liseydə bütün siniflər direktor Kamalə Mirzoyevanın ad günü üçün "tədbir görəcək":
“Sizinlə bir mövzunu müzakirə etmək istərdim. Bizim direktorumuzun ad günüdür. Bütün siniflər təbrik edəcək. Mən istərdim ki, bizim sinifdə də belə şey olsun. Biz qərar verdik ki, Nigar xanımla gül almaq üçün 5 manat pul yığaq. Siz bu məsələyə necə baxırsınız? Xahiş edirəm ki, bu məsələni birlikdə həll edək”.
Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır – Fotolar
Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır – Fotolar
Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır – Fotolar

Müraciət edən valideyn qeyd edib ki, daha sonra qrupa bank kartı atılıb və ödənişlərin həmin karta köçürülməsi istənilib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə rəsmi sorğu ünvanladıq. Sorğu əsasında araşdırma aparılacağı bildirildi.
Deyilənlərə münasibət öyrənmək üçün liseyin direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.
Qeyd edək ki, Texniki-Humanitar liseyin direktoru Mirzoyeva Kamalə Rəfayıl qızı 14 dekabr 1969-cu ildə anadan olub. 2021-ci ilin sentyabr ayından liseydə direktor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtovağzalın sahibi olan məşhur şirkət məhkəməlik oldu


Binəqədi rayon məhkəməsində “Bakı-XXI Əsr” MMC (VÖEN -2000023861) barəsində tərtib olunan protokola baxılacaq.

“Bakı-XXI Əsr” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

İşə bu gün hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, “Bakı-XXI Əsr” MMC 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda 14 milyon 923 min 42 manat nizamnamə kapitalına sahib olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Sumqayıt Şossesi, ev 3-də yerləşir.

Qeyd edək ki, bu ünvanda (Sumqayıt Şossesi, ev 3) həm də Bakı Beynəlxalq Avtovağzal Kompleksi fəaliyyət göstərir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisini də “Bakı-XXI Əsr” MMC həyata keçirib.

Bu şirkət qeydiyyata alındıqdan 2 ay sonra Nəqliyyat Nazirliyinin sifarişi əsasında Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə başlayıb. Kompleksi 2009-cu ildə təhvil verib.

Açılış mərasimində sabiq Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulan kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı-XXI əsr” şirkəti olub (bu linkdən baxa bilərsiniz).

Dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra nəhəng kompleksin inşasına başlayan “Bakı-XXI Əsr” MMC-nin təsisçisinin kim olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, hazırda AMEA-nın İşlər İdarəsinin müdiri olan sabiq deputat Elton Məmmədov mətbuata verdiyi açıqlamada “Bakı-XXI Əsr” MMC-nin təsisçilərindən biri olduğunu deyib.

Hazırda “Bakı-XXI Əsr” MMC-nin qanuni təmsilçisi isə Səidə Əflatun qızı Baxşıyevadır. Səidə Baxşıyeva eyni zamanda “Paşa Holdinq”in yerləşdiyi Neftçilər prospekti 153 ünvanında qeydiyyatdan olan “Baku Hospitality Company” MMC-nin (VÖEN – 1404325261) qanuni təmsilçisidir.

Onu da bildirək ki, daha əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, hazırda Azərbaycan Prezidentinin İşlər müdiri vəzifəsində işləyən Ramin Quluzadənin qayını Bağırov Cümşüd Nuru oğlu rəhbərlik edib.

Cümşüd Bağırov eyni zamanda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatının sədri olub.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO


Sosial şəbəkələrdə paylaşılan bu status qısa müddətdə ictimaiyyətin qınaq obyektinə çevrilib.

Parvana Rasim adlı feysbuk istifadəçisinin paylaşımında öz övladı ilə yanaşı bir neçə 1-ci sinif şagirdinin müəllim tərəfindən qaranlıq otağa salınacaqları ilə bağlı hədələndiyi bildirilir.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, valideyn öz paylaşımında bu sözləri yazıb:

“Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir. Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir.

Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib.

Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir”.

Valideyn həmçinin qeyd edib ki, bu məktəbdə uşaqlara qarşı fiziki və psixoloji şiddət adi hal alıb:

“Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib.

Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki "müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdi bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirəndə, "mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram", - dedi.

Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə, Cəsarət Valehova müraciət etsəm də, heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiniz onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkün imiş”.

Yaşanılan hadisəni şərh etmək üçün 25 nömrəli məktəbin direktor Fəridə Şərifova ilə əlaqə saxladıq. Direktor bildirib ki, bu barədə məlumatlıdır və müəllimlə danışaraq bu qədər sərt tənbeh etməyinin gərəksiz olduğunu deyib:

“Uşaqlar ev tapşırığını etməyiblər, müəllim də lövhəyə çıxarıb tənbeh edib ki, ev tapşırığını edin. Müəllimin xüsusilə də uşaqların şəklini çəkib qrupa göndərməyi düzgün deyil. Müəllim sertifikasiyadan 56 bal toplayıb, təcrübəli və savadlı müəllimdir. İfrat tələbkarlıq göstərib ki, uşaqlar ev tapşırıqlarını etsinlər.

Valideynlərin narazılığını başa düşürük, amma bu cür davranış çıxış yolu deyil. Şagirdə qarşı amansızlıq doğru olmadığı kimi, müəllimə qarşı da olunanları düzgün hesab etmirəm. Təbii, araşdıracağıq, çarəsini görəcəyik, amma nə edək, uşaqlarımızı bu cür metodlarla təlimdən-tərbiyədən də kənar saxlamaq olmaz.

Müəllim də insandır, yaradıcıdır, onu da ruhdan salmaq əsla doğru deyil. Amma biz yenə də qanunlara, qaydalara söykənəcəyik”.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə valideynin paylaşdığı posta şərh bildirib qeyd edib ki, “Hörmətli Pərvanə xanım, narahat olmayın. Məşğul olacağıq”.
Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO
Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO
Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident BP-nin regional prezidentinə “Dostluq” ordeni təqdim etdi


Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counza “Dostluq” ordeni təqdim edib.

“Dostluq” ordeni Azərbaycan Prezidentinin bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində təqdim edilib.

“Bizim daha bir vacib mərasimimiz var. Qari Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir”, - Prezident İlham Əliyev bildirib.

Ölkə başçısı deyib ki, o, buna həqiqətən layiqdir: “Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm”.

Q. Counz isə bunun, onun üçün gözlənilməz olduğunu bildirib və Prezidentə təşəkkür edib: “Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"DİM-in strukturu dəyişilməlidir" - ÇAĞIRIŞ


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin məzunu Rüstəm İsmayılbəyli deyir, hələ təhsil aldığı dövrdən çalışıb ki, ixtisasına uyğun iş tapsın. Amma hara müraciət etsə də, nəticə əldə edə bilməyib:

“Mən təhsilimin bitməyinə yaxın iş axtarmağa başlamışdım. Həmin dövrdə xaricdəki dostların da köməyi ilə özümə ingilis dilində kifayət qədər yaxşı bir CV hazırladım. Orada dil biliklərim, getdiyim kurslar qeyd olunmuşdu. Hər gün iş elanlarına baxırdım. Marketdə bir anbardar işi var idi, müraciət etdim, oradan belə geri dönüş olmadı” – Rüstəm deyir.

Bəs təhsil müəssisələrində ixtisasların əmək bazarına uyğun olub-olmaması necə müəyyən edilir?

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub ki, Elm və Təhsil Nazirliyi təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalıdır. Proqrama əsasən nazirlik bu işi 2020-2021-ci illərdə tamamlamalı idi.

Elm və Təhsil Nazirliyi bu müddət ərzində hansı təklifləri hazırladığı ilə bağlı sorğumuza cavab verməyib.

"DİM-in strukturu dəyişilməlidir"

Təhsil eksperti Elşən Qafarov deyir ki, ölkədə 45 ali məktəb və ali təhsil üzrə 6 filial var. Bununla bərabər, 55 orta ixtisas təhsil, təqribən 30-a yaxın peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Amma Elm və Təhsil Nazirliyi əmək bazarına uyğun ixtisasları necə müəyyən edir, bu aydın deyil:

"Hazırda ölkədə əmək bazarını öyrənən bir mexanizm yoxdur. 2020-ci ildə ölkə prezidenti əmək bazarının tələblərinin öyrənilməsi üçün elmi-tədqiqat insitutlarının yaradılması ilə bağlı sərəncam verdi. Ölkədə kadrların hazırlanması ilə bağlı ixtisasları və bu ixtisas üzrə tələbə yerlərinin sayını Təhsil Nazirliyi təqdim edir, Nazirlər Kabineti isə təsdiq edir. Ancaq bizdə bu kadr hazırlığı nəyin əsasında aparılır, biz nəyə əsaslanaraq hansı ixtisasları müəyyən edirik, ixtisaslar üzrə tələbə yerlərini necə müəyyən edirik, bu bəlli deyil. Ona görə də təhsil alanlar öz ixtisasları üzrə iş tapa bilmirlər”.

Ekspert deyir ki, ixtisaslar üzrə əmək bazarının tələbləri öyrənilməlidir və bu tələbləri təkcə dövlət qurumları yox, həm də qeyri-hökumət təşkilatları etməlidir. Onun sözlərinə görə, QHT-ləri bu işlərə təşviq etmək üçün müəyyən miqdarda maliyyə ayrılmalıdır:

“Biz yalnız o zaman "əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilirik" deyə bilərik. İkinci, ən böyük problem isə Dövlət İmtahan Mərkəzinin dünyanın heç bir yerində olmayan qəbul mexanizmidir. İllərdir təklif edirik ki, DİM-in strukturu dəyişilməlidir, imtahanları keçirən texniki qurum olmalıdır. Azərbaycan gənci hansı ixtisası arzulayırsa, o istiqamətdə oxumalıdır və gələcəkdə də həmin ixtisas üzrə mütəxəssisləşib cəmiyyətə və dövlətə faydalı olmalıdır” – deyə təhsil eksperti Elşən Qafarov bildirib.

İxtisasına uyğun iş tapa bilməyən Rüstəm hazırda Türkiyənin Altınbaş Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə magistr təhsili alır. O deyir ki, bu ixtisas üzrə doktorantura dərəcəsini də bitirib, akademiyada bu sahə üzrə işləməyi düşünür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samuxun oliqraxı Şəmistan Yusifov "suyun qabağını kəsən div" kimidir - NARAZILIQ VAR!


"Samuxun Sərkar kəndində bələdiyyə sədri Şəmistan Yusifov özünü oliqarx kimi aparır.
Təsəvvür edin ki, kənddə hər şey ona məxsusdur. Əkin sahələri, iaşə obyektləri, fermalar - bir sözlə, gözlə görüləsi nə varsa, Şəmistan bəyin "mülkiyyətində"dir. Bütün mülklərini hələ bələdiyyə sədri olmamışdan çox əvvəl, bizneslə məşğul olan vaxtlarda əldə etdiyini iddi edən bu cənab, indi də "estafeti oğluna ötürüb". Dədəsindən qalanları da oğlu qamarlamaqla məşğuldur.

Bundan başqa, Şəmistan Yusifovun ailə üzvlərindən, qohum əqrəbasından başqa kimsə dövlətin verdiyi imtiyazlardan yararlana bilmir. Sanki, hər şey bunlar üçünmüş.

Bütün kənd sakinləri, eləcə də mən ondan çox narazıyıq. Əlacı şikayət etməkdə gördük, üz tutmadığımız adam, döymədiyimiz qapı qalmayıb. Heyhat... kimdir bizim dərdimizə yanıb, gün ağlayan?

Bütün bunları "DogruXeber.az"a Sərkar kəndinin narazı sakinlərindən biri olan Anar Məmmədov danışıb.

Anar bəy əlavə olaraq, bildirir ki, "Aztəminatlı ailə olduğuma görə iki il bundan əvvəl mənə işləyib, ailəmi dolandırmaq üçün bələdiyyə torpaqlarından 1.09 ha torpaq ayrılıb. Həmin torpaqda yonca əkmişəm. Torpaqdan daha yaxşı və səmərəli istifadə etməyim üçün dövlətin ayırdığı subsidiyadan və güzəştlərdən istifadə etmək istəyirəm. Fəqət... div suyun qabağını kəsən kimi, Şəmistan bəy də güzəştlərin qarşısında Çin səddinə dönüb. Verilən torpağın sənədlərini qəti şəkildə mənə vermir ki, vermir. Bu səddi aşmaqda zorluq çəkdiyim üçün də üz tutdum Bakıya. Bir neçə qapı döydükdən, dərdimi danışdıqdan sonra Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "Get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat".
Lakin, bunun da xeyri olmadı.

Anlaşılan odur ki, mən torpaqdan istifadəyə görə sənədi ala bilməyəcəm. Çünki, bütün torpaqlar, örüş sahələri sənədlə ona və yaxınlarına mənsubdur. Həm də bu məsələnin başında da elə Alı Qocayevin özü dayanıbmış. Sən demə bizlərin taleyini Alılar, Nizamilər, Şəmistanlar, Tahirlər həll edirmiş. Əstəğfirullah, Allahın bizlərdən xəbəri yoxmuş. İndiyə qədər yazdığım şikayət məktublarının çəkisi beş kilodan artıqdır. Getmədiyim, üz tutmadığım qapı qalmayıb. Bu həftənin əvvəlində isə Alı Qocayevin qəbulunda olanda məni polislə hədəyərək, bildirdilər ki “Səsin çıxsa səni polis lazımi yerə aparacaqdır”. Mən də mat qalmışam ki nəyə görə? Cəmi 1 ha torpaq əkib becərirəm, onun da sənədini ala bilmirəm. Halbuki, Şəmistan Yusifov 300 (üç yüz) ha yerə yiyələnib, hər hektara 700 (yeddi yüz) manat alıb, kənar adamlara qeyri-qanuni icarəyə verib. Dinəndə də deyir ki, “Əcəb eləyirəm. Mənim Prezident Aparatında adamım var. Yeyirəm də, yedizdirirəm də. Get hara şikayət eləyirsən, elə”.

Bu adamın işi söküb-dağıtmaqdan ibarətdir. Kənddə olan adam elə bilər ki, xarabalıqdadır. Şəmistan yiyələnə bildiyinə yiyələnib, yiyələnə bilmədiyini də xaraba qoyub. Kənddə işıq yanmır, kitabxana, tibb məntəqəsi - bir sözlə, bir dənə də olsun sosial obyekt qalmayıb. Xaricdə mülkləri, arvadlarının maşınları ilə öyünən Şəmistan və onun kimiləri xalqı hakimiyyətdən narazı salmaqla məşğuldur. 44 günlük müharibə dövründə, millət cəbhə ilə birlikdə nəfəs aldığı müddətdə Şəmistan pandemiyaya baxmayaraq, hansısa yolla xaricdə dincəlməyə getmişdi. Hələ bir fakt göstərilə bilməz ki, hansısa şəhid ailəsinə, qaziyə Şəmistan tərəfindən nəysə bir yardım edilib. Bəs bu insanın arxasında kim durur ki, Ölkə başçısı bu qədər böyük işlər gördüyü, çoxşaxəli siyasi fəaliyyəti ilə dünyanı heyrətə gətirdiyi bir zamanda Şəmistan və onun kimilər də milləti öz çirkin əməlləri ilə mat vəziyyətinə salır?!".

Anar Məmmədov artıq, çarəsiz “Kanal14” youtube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Prezidentə, Birinci vitse-prezidentə, DTX sədrinə üz tutaraq, müraciətində bu özbaşınalığa son qoyulmasını xahiş edir.
Yəqin ki, övladlarının böyüyüb insan kimi yetişməsi, vətəndaş kimi formalaşması üçün mücadilə edən zəhmətkeş insanın də səsini eşidib, çarə qılan tapılar.

Qeyd edək ki, bu Samux rayon Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov barəsindəki nə ilk, nə də yeganə narazılıq deyil. Əvvəllər də bu şəxs barəsində "DogruXeber.az"a üz tutan kənd sakinləri olub, gördüyünüz kimi indi də var, qarşısı alınmasa, sabah da olacaq...

P.S: Düşünürük ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bu işin həllini öz diqqətinə götürməlidir. Bir halda ki, Prezident Aparatında bunun üçün ona tapşırıq da verilib.

Şəmistan Yusifovun əməllərinə görə ona hüquqi qiymət verilsə, həm Anarın, həm də bütövlükdə Sərkar kənd camaatının problemləri həllini tapar.

Hə... "Bələdiyyənin İcra Hakimiyyətinə aidiyyatı yoxdur" deyib, cəmiyyətin iradlarından və qınaqlarından yayınmaq istəyən İcra Hakimiyyətinin diqqətinə bəri başdan Anar Mammadovun yuxarıda qeyd etdiyi - "Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat" cümlələrini təkrar çatdırmaq istədik.

P.S.S: Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Məmmədovun iddiaları ilə bağlı qarşı tərəflərin də mövqeyini dinləmək məqsədilə əvvəlcə rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsi vasitəsilə Samux rayon İcra Hakimiyyətinə zəng etdik. Lakin, bir neçə dəfə zəng etdiyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.

Ardından, Sərkar kənd bələdiyyəsinə zəng etdik. Dəstəyi bir xanım qaldırdı və Şəmistan müəllimin idarədə olmadığını, iş üçün rayona getdiyini bildirdi. Şəmistan Yusifov mobil nömrəsini istədik, sağolsun verdi. Lakin, həmin nömrəyə zəng çatmırdı. Telefon sönülü idi.
Aradan beş dəqiqə keçməmişdi ki, özünü Şəmistan müəllimin müavini kimi təqdim edən Əfqan adlı şəxs özü bizə zəng etdi. O Şəmistan müəllimin xəstə olduğu üçün işə çıxmadığını dedi və suallarımızı onun cavablandıracağını bildirdi.

Elə ağzımızı yenicə açıb, Sərkar kənd sakini Anar Mammadovun adını çəkmişdik ki, Əfqan bəy, sanki əvvəldən yazıb, hazır əlində tutduğu mətni oxumağa başladı.

"Ay xanım, siz heç bilirsiniz o kimdir? Onun yoldaşı da, özü də o qədər şikayətlər yazırlar ki, axırda onlara "DOST" iş mərkəzindən iş verdilər ki, sakit dursun. Ona bələdiyyə bir hektar neçə sot torpaq da verib ki, özünü dolandırsın. Özü də əkirdi, icarəyə də verirdi. Bu il də özü əkib. İndi də deyir mənə sənəd verin. Onu başa sala bilmirik ki, bu elə o dəqiqə olmur. Hərrac yolu ilə olur, özü də biraz vaxt aparır. O sadəcə səbrsizlik edir.
Neçə ildir əkib -becərir də, onun əlindən torpaq alan var?"
Bizim "neçə ildir o torpaq Anar Mammadova verilib?" sualımıza isə, Əfqan bəy "il yarım " cavabını verdi.

Anar Məmmədovun döyüldüyü barəsindəki iddiasına isə belə cavab verdi ki, "Mənim elə şeydən xəbərim yoxdur. Döymüşdülər, verərdi polisə də, indi hansı zəmanədir " cavabını verdi.

Hərçənd ki, hansı zəmanədə yaşadığımızın biz də fərqindəyik. Bilirik ki, hazırkı durumda ölkədə "başlı başını saxlayır". "Məmurdan dayağı" olmayan sadə vətəndaşlar isə vəzifə kürsüsündə yerini isidən ən kiçik səlahiyyət sahibləri tərəfindən belə döyülür, əzilir, haqqı yeyilir.
Qaldı ki, müavin müəllimin Anar Məmmədov barəsində dediyi, "Elə hər yerə şikayət etdiyinə görə axırı"DOST " iş mərkəzində onun yoldaşının da, özünün də adını işə yazdılar" ifadəsinə, elə öz tərəfimizdən bu sözlərin absurd və gülünc göründüyünü onun diqqətinə çatdırmaq istəyirik.

Hörmətli Əfqan bəy, məgər bu ölkədə hər şikayət edənə iş verilir?
O zaman bu qədər narazı vətəndaşlar varkən, bu qədər işsizlik niyə var?
Siz deyən məsələnin hansı hallarda baş tuta biləcəyini hamımız bilirik. Hər halda biz də sizin və sizin kimi düşünən bir çoxlarının səlahiyyət sahibi olduğu ölkədə yaşayırıq, hansı səlahiyyət sahiblərinin vəzifəsini icra etməkdən başqa nələrə qadir olduğunu da bilirik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT

Ucarın Əlikənd kənd həkim məntəqəsini qəzalı vəziyyətdədi və hər an uçma təhlükəsi ilə üz-üzədir. Səhiyyə ocağının inzibati binası ömrünün son anlarını yaşayır.

Bu sözləri Bizim.Media-ya ərazidə yaşayan kənd sakinləri deyiblər. Hazırda həkim məntəqəsi taxta kanstruksiyalar hesabına uçmaqdan qorunur.

Məntəqənin inzibati bunası 1990-cı ildə tikilib ərsəyə gəlib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa bu binada illər əvvəl Ucarın üç kəndinin Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərilib.

Hazırda Əlikənd kənd həkim məntəqəsi kimi istifadə olunur. Amma heç bir şəraitin olmadığından kənd sakinləri buranın yolunu çoxdan unudublar. Çünki onlar ən xırda məsələ üçün belə kənddən 15-16 km aralıda yerləşən Ucar rayon Mərkəzi Xəstəxanasına getməli olurlar.
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT

Sakinlər vaxtilə xəstəxana kimi fəaliyyət göstərən bu səhiyyə ocağının əsaslı təmir olunmasını və bu tibb ocağında insanların normal müayinə və müalicəsi üçün lazımi şəraitin yaradılmasını istəyirlər. Bundan ötrü dəfələrlə müxtəlif instansiyalara müraciətləri olub.

Biz də növbəti dəfə məsələdən yerli-yataqlı hali olmaq üçün Əlikənd kənd bələdiyyəsinə müraciət etdik.

Bələdiyyə sədri “Bizim Media”-ya bildirdi ki, binada vəziyyət acınacaqlıdır və bu məsələ sakinləri həddindən artıq narahat edir. Bununla bağlı dəfələrlə məsələ qaldırıldığını deyən bələdiyyə sədri də bu günə qədər burda heç bir əməli işin görülmədiyini qeyd edib. Bildirib ki, bələdiyyənin isə bu xəstəxanada iş görməyə nə səlahiyyəti, nə də imkanı var.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Xaləddin Qafarlı isə deyir ki, adıçəkilən xəstəxananın vəziyyəti hamıya bəllidir. Aidiyyatı qurumlar həmin xəstəxana binasına baxış keçiriblər:

“Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və vəsait ayrılan kimi həmin kənddə yeni xəstəxana binası tikilərək sakinlərin istifadəsinə veriləcək”.

Yerli sakinlərdən biri isə söyləyir ki, bunlar hamısı boş söhbətlərdir, TƏBİB və İcbari Tibbi Sığorta meydana gələndən sonra Azərbaycanda bir çox kənd xəstəxanaları ağlar günə qaldı:

“Yavaş-yavaş elə edirlər ki, bu xəstəxanalar sıradan çıxsın. Vəsait xərclənməsin, yığılan pullar özlərinin cibinə axsın. Kənddə xəstəxana saxlamağın xeyli xərci var axı, dövlətin vəsaiti hesabına olanda heç kim bunu düşünmürdü, indi o vəsait ki, insanlardan yığılır və hesaba daxil olur, onu xərcləmək, əlavə həkim ştatları saxlamaq bunlara sərf eləmir”.

Kənd sakini deyir ki, tutaq ki, bizim xəstəxana bərbaddır, amma elə kənd xəstəxanaları var ki, 5-10 ildir tikilib:
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT

“Amma dövlətin vəsaiti hesabına tikilən belə böyük xəstəxananı adi həkim məntəqəsinə çevirməkdə məqsədləri nədir? Kim bunu araşdırmalıdır, kim buna görə məsuliyyət daşımalıdır, heç kim də cavab tapmır. Belə şeylərə görə heç kim kənddə qalıb yaşamaq istəmir, hamı qaçır şəhərə.

Urban prosesindən də ölkənin bəzi mərkəzlərinə toplaşma gedir, əlavə sıxlıq problemləri yaranır və bəzi bölgələrin də ənənəvi xüsusiyyətləti, təsərrüfatı ölür. Bu qədər bəsit. Bütün sahələr üzrə belədir, təsərrüfatsızlıqdan kənddə heç kim qalmır, dolanmağa yer yox, xəstəxana yox, mədəniyyət evləri yox, kitabxana sıfır, adam niyə yaşasın ki, kənddə?”.

Kənd sakininin söylədiyi kimi problemlər çoxdur, amma biz qayıdırıq yenə xəstəxana məsələsinə. Əlikənd xəstəxanasının vəziyyəti ilə bağlı TƏBİB-ə də müraciət edib mövzunu diqqətdə saxlayacağıq.

Bizim.Media
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
TƏBİB kənd xəstəxanalarını niyə gözdən salır? – Ucarın Əlikənd həkim məntəqəsində SON VƏZİYYƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
285 milyon dollarlıq MMC barəsində protokol hazırlandı - Direktoru görün kimdir


"Kaspian Drilinq Kompani" MMC məhkəməlik olub.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan) protokol hazırlanıb.

Hazırlanan protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, nizamnamə kapitalı 285 milyon dollardan çox olan (285845692.34 Dollar) şirkətin qanuni təmsilçisi, baş direktoru Axundov Fərid Əflatun oğludur.

Qeyd edək ki, Kaspian Drilinq Kompani şirkəti, Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra, Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə, 1996 ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (55%) ilə Amerika Birləşmiş Ştatlarının SantaFe/GlobalSantaFe/Transocean şirkəti (45%) arasında yaradılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev bu gün Türkmənistana GEDƏCƏK


Bu gün Türkmənbaşıda Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli sammiti keçiriləcək.

Bammit Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə baş tutacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO