[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azercell Telecom” DÖVLƏTLƏ TOQQUŞDU... - DETALLAR


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telecom” MMC ilə tərəfdaşı “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edib və hər iki müəssisə barədə iş qaldırıb.

DİA.AZ bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, işə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telecom” “L-SİM”ə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. Şirkətlər arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telecom”un inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” qanunu pozduğu sübut edilib. “L-SİM”in isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telecom”un abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərti qoyduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” və “L-SİM”ə icrası məcburi olan göstəriş verilib. Bundan başqa, “Azercell Telecom”a qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM”ə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda Azərbaycan dövlətinin QANUNLARI İŞLƏMİR... - Bakıda “İnstyle” MÖCÜZƏSİ

Azinforum.az çəkiliş qrupunun hazırladığı bu videoda nümayiş edilən “İnstyle” adlı mağaza üç mərtəbədən ibarətdir. Metronun Nəriman Nərimanov stansiyasının çıxışında, “Metroparkl” üzbəüz çoxmərtəbəli binanın üç mərtəsini əhatə edir. Qadın, kişi və uşaq paltarlarının satışı üzrə ixtisaslaşan bu mağaza Azərbaycan qanunlarını kobud şəkildə pozuraq , nağdsız ödənişlər qəbul etmir. Artıq neçənci dəfədir şahid oluruq ki, kartla ödəniş etmək istəyəndə dükanın işçiləri bu əməliyyatın mümkün olmadığını deyir və pulu hansısa əməkdaşın kartına köçürməyi istəyir. İndi görün, gündəlik gəliri minlərlə manatla ölçülən bu mağaza, nağdsız ödənişlərdən yayınmaqla, dövlət büdcəsinə nə qədər ziyan vurur? Təcrübədən bəllidir ki, adətən bənzər vəziyyətdə, mağaza gözdən pərdə asmaq üçün, piştaxtanın altında gizlətdiyi post-terminalı üzə çıxarıb, bizi yalan danışmaqda ittiham edəcək. Onda isə, vergi cinayətlərini araşdıran əlaqədar qurumların diqqətinə, pulların ödənildiyi kartın nömrəsini təqdim edirik. Hər-halda , bu kart ətrafında araşdırma aparılsa, sözügedən dükanın indiyə qədər dövlətə nə qədər ziyan vurduğu dəqiq müəyyənləşər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda HƏYATIN DİBİNDƏ yaşayan ailə... - məktəbə getməyə imkanı olmayan 3 uşaq…


“Bu evə “ev”, yaşayışımıza “yaşayış” demək olmaz, çox acınacaqlıdır vəziyyətimiz”.
Göyçayın Şəkər kənd sakini Alidə Nəsrəddin qızı Hacıyeva belə deyir.

Alidə Hacıyevanın üç övladı var. 2015-ci ildə həyat yoldaşından ayrılıb və anasının evinə köçüb. Bu evdə də çox yaşaya bilməyib. Ev qəzalı olduğundan uçub. Bundan sonra o, qohumlarının köməkliyi ilə hazırlanan ikiotaqlı yarımçıq tikiliyə sığınıb. Elə o vaxtdan da döşəməsi köhnə, çürümüş taxta, divarı suvaqsız, pəncərəsi şüşəsiz olan bu iki otaq onların evi olub.

Evdə istifadəyə nə məişət avadanlığı, nə də stol-stul var. Bir çarpayı var, onda da xəstəlikdən əziyyət çəkən qızı yatır.
Göyçayda HƏYATIN DİBİNDƏ yaşayan ailə... - məktəbə getməyə imkanı olmayan 3 uşaq…

“Divara suvaq vurmağa imkanım yoxdur. Taxtalar köhnə evdən sökülüb gətirilib. Necə gəldi yamamışıq. Otağın biri tam yararsızdır, digərindən həm mətbəx, həm də yatmaq üçün istifadə edirəm. Əslində o da yararsızdır, amma digərinə baxanda babatdır. Şəraitimiz yoxdur”, – Alidə Hacıyeva deyir.

İstifadə olunan otaq yamaqlı paltara bənzəyir. Ayaqları torpağa dəyməsin deyə taxta düzülüb, pəncərələr parça, sellofan ilə tutulub. Qadın deyir ki, yayda tavanda qara həşəratlar əmələ gəlir, vəziyyət daha da pisləşir:

“Çarpayını da qonşumuz verib. Qızım xəstədir deyə orada yatızdırıram. İki uşaqla özüm isə yerdə yatırıq. Stol-stulum yoxdur. Qonaq qəbul etməyə bir stulum belə yoxdur. Həm mətbəx, həm yataq olan bu otaqda üç uşaqla zülm çəkirik”.

“Uşaqlarımın üçü də çəlimsiz, güzəransız, məktəbsiz qalıb”

Uşaqların heç biri məktəbə getmir. Ana deyir ki, illərdir onlara nə məktəbli geyimi, nə də dərs ləvazimatı ala bilir. Qohum, qonşuların övladlarının geyimi, ərzaq payı ilə dolanan ailənin hər ötən gün güzaranı daha da ağırlaşır. Bu səbəbdən ailənin böyük qızı 9-cu sinif şagirdi olsa da, məktəbdən çıxarılmaq üzrədir. 7-ci və 5-ci sinif şagirdləri olan digər uşaqlar isə Şəkər kənd tam orta məktəbində qeydiyyatda olsalar da, nadir halda məktəb üzü görürlər. Çünki nə geyimləri, nə də məktəb çantaları var.

Ailəni dolandıracaq yeganə şəxs Alidə Hacıyevadır. O da mövsümdən – mövsümə gunəmuzd işlərə çıxdığını deyir.

Ana deyir ki, 11 yaşlı oğlu qonşu kəndə maşın təmiri ustasının yanına gedərək, günə 2-3 manat çörək pulu qazanmaqla dəstək olmağa çalışır. Halbuki, o yaşda uşaq dərslərini, məktəbini düşünməlidir.

“Ailəni təkbaşına dolandırıram. Mövsümdə gedib onun-bunun həyətində pomidor yığıram. Səhər 9-da gedib günorta 3-4 ə qədər çalışıram, on manat pul alıram. Onunla dolandırıram uşaqlarımı. Oktyabrdan isə xurma, nar yığımına gedirəm”, – Alidə Hacıyeva sözünə davam edir:

“Böyük oğlum da məktəbə gedə bilmir, rahatlığımız yoxdur. Qonşu kənddə maşın ustasının yanına gedir ki, pul qazansın. Səhər 9-da çıxır, axşam 5-də gəlir. 2-3 manat günlük fəhlə pulu alır. Usta qənd, çay al deyə verir. Uşaqlarımın üçü də çəlimsiz, güzəransız, məktəbsizdir. Qızımın müəllimi deyir ki, şəklini göndər, uşağı məktəbdən çıxarırıq, dərsə gəlmir. Geyimi, çantası yoxdur. Üçü də onun – bunun geyimi ilə böyüyür. Olanda gedir, olmayanda yox. Ana kimi bilmirəm neyləyim?”.

Evə çəkilən qaz xəttində texniki nasazlıq var, amma bunu da düzəldən yoxdur. Ona görə də otaqlar 3 ildir odun sobası ilə isinir.

Şikayətçi deyir ki, bu ilin qışı üçün odunu xeyirxah insanlar təşkil edib. Rayon Qaz İdarəsindən gəlib evin qaz xəttinə baxış keçirsələr də, düzəltmədən gediblər. İsti su üzünə həsrət ailə soyuq suyu belə qonşudan gətirir.

“Qonşular, qohumlar toplaşıb 250 manat yığdılar, mənə odun alıb verdilər ki, bu qışı soyuqdan donmayaq, ölməyək. Suyu belə qonşunun həyətindən götürürəm. Bunun üçün hər ilin martında bərənin qazılmasına 30-40 manat pul ödəyirəm. O pulu belə onun – bunun həyətində işləyib düzəldib gətirirəm”, – Alidə Hacıyeva danışır.

“Nə icra, nə Məşğulluq, nə bələdiyyə iş, evə yardım məsələsində kömək eləmədi”

Alidə Hacıyeva deyir ki, yaşadığı Şəkər kəndində ondan kasıb ailə yoxdur. İndiyə qədər onları atıb gedən həyat yoldaşından nə aliment ala bilib, nə də aidiyyəti qurumlara etdiyi müraciətlərə müsbət cavab verilib. Neçə müddətdən sonra ala bildiyi ünvanlı sosial yardımın məbləği isə azdır. O da aylıq ərzağa güclə çatır. O vaxta qədər isə ailəyə ərzaq təminatında bəzi qohum və qonşular köməklik göstərib. Nə Şəkər Kənd Bələdiyyəsi, nə Rayon Məşğulluq İdarəsi, nə də Göyçay Rayon İcra Hakimiyyəti tənha ananın problemlərinə əlac tapıb.

“Alimentə görə iki dəfə məhkəmə də keçirildi. Keçmiş həyat yoldaşım aliment verməkdən imtina etdi. Üç dəfə Rayon Məşğulluq İdarəsinə, icra hakimiyyətinə getdim. Mənə minimumdan da aşağı ödənişə ağacları rənglə, asfaltı süpür dedilər. Ödəniş az, yol xərci çox. Heç yol pulunu ödəmirdi o maaş. Nə icra, nə məşğulluq, nə də bələdiyyə normal maaşlı iş tapmağa, evə yardım məsələsində kömək etdi”.

“Şəkər bələdiyyəsinə hər dəfə problemimi deyirəm. Bir dəfə “kömək elə, səsimi çatdır” deyəndə beş manat verdi əlimə ki, imkanımız budur. Get, nə bilirsən elə. Mənim uşaqlarım ac, susuz qaldı, bu, heç kimi maraqlanmır. Bələdiyyə sədri bilir ki, kəndin ən kasıb, ən çarəsiz durumda olan sakiniyəm. Uşaqlarım burda kimsəsizdir, köməksizdir. Bilir vəziyyətimi ki, qapılarda çalışıram. Nə bələdiyyə, nə icra müraciətlərimə baxmır, dəfələrlə qəbullarında olmuşam, kömək görməmişəm”, – şikayətçi deyir.

“Mən bu üç uşağın anası kimi kömək, diqqət, dəstək istəyirəm”

Tənha ananın tək istəyi özünün işlə təminatı və evinin təmir olunmasıdır. Dövlətdən, aidiyyəti qurumlardan, xeyirxah insanlardan bu köməkliyi istəyir:

“Bir ana kimi istəyirəm ki, balalarım normal şəraitdə, normal evdə böyüsün. Hər üçü bu ölkənin vətəndaşıdır, sabahın gənci, gələcəyin əsgəri, anası, atasıdır. Normal təhsil almaq, məktəbli həyatı yaşamaq onların da haqqıdır. Təhsilsiz, evsiz qalmaq neft ölkəsinə yaraşmaz. Sabah hərbi xidmət vaxtı çatanda iki oğulumu gəlib aparacaq, heç düşünməyəcək ki, onlar nə əzab, nə əziyyətlə, hansı şəraitsiz evdə, bir qarnı ac, bir qarnı tox böyüyüb. Qonşunun kasıb uşağı şəhid oldu, onda ailə düşdü yada. Mənim övladlarım da gərək eyni aqibəti yaşasın? Mən bu üç uşağın anası kimi kömək, diqqət, dəstək istəyirəm”.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Meydan TV-yə deyib ki, ailənin müraciəti ilə bağlı məlumatsızdır. O, Alidə Hacıyeva ilə əlaqə saxlayacaqlarını, məsələni araşdıracaqlarını söyləyib:

“Mən o qadını dəvət edəcəm icra hakimiyyətinə. Burda 8 nəfərlik komissiya yaradılıb. Biz dəvət edək, sonra evinə baxış keçirib yoxlayaq və sonra nə kömək lazımdırsa edərik. İş məsələsinə gəlincə, tutalım iş verdik, üç uşaqla necə işləyəcək? Kim baxacaq onlara?”.

İkram Vəliyev onu da deyib ki, icra hakimiyyətində evlərin tikintisi, bərpası üçün fond yoxdur.

Göyçay Rayon Qaz İstismarı Sahəsinin rəisi Pərviz Ədilov isə bu vəzifəyə üç ay əvvəl təyin olunduğunu, qadının müraciəti ilə rastlaşmadığını bildirib:

“Əməkdaş göndərərəm ora, yerində baxarıq. Problem bizlikdirsə, həll edərik”.

Şəkər Kənd Bələdiyyəsinin sədri Qurban Məmmədov ailənin ehtiyac içində yaşadığını təsdiqləyib. O, evin təmirinə yardım edəcəklərinə söz verməsə də, ailənin digər problemləri ilə maraqlanacağını bildirib:

“Ev tikmək çətin idir. Bələdiyyənin belə bir fondu yoxdur. İki nəfər işçi var, sədr və mühasib. Pulumuz, gəlirimiz yoxdur. Kənd camaatı ilə söhbət edərəm, kim kömək edərsə, birləşib görək nə edə bilərik. Bir də Məşğulluq İdarəsinə yönləndirə bilərəm. Qaz xəttini də təmizlətdirəcəm, buna söz verirəm. Ehtiyaclı qadındır, əlimizdən nə gəlirsə, edərik. Ailə ilə, problemlərlə maraqlanaram”.

Uşaqların imkansızlıqdan təhsildən yayınması və ailənin özünüməşğulluq proqramı ilə bağlı müraciətinə baxılmaması məsələsinə gəlincə, Təhsil Nazirliyininin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarat Valehov və Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddin qızı problemləri araşdıracaqlarını bildirdilər. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədərək polisləri “xan” rejimini diz çökdürtdülər: Tələbləri qəbul olundu


Xatırlayırsınızsa, ötən gün xəbər vermişdik ki, Sədərək rayonunun polisləri rayonda tətbiq olunan iş vaxtı rejiminə qarşı etiraz aksiyası keçiriblər. Naxçıvanın Daxili İşlər naziri Rəşad İsmayılov və onun müavini Zahid Gözəlov polisləri sakitləşdirmək üçün rayona gedib. Polislərlə aparılan danışıqlardan heç bir nəticə hasil olmayıb və nazirlə onun müavini əli ətəyindən uzun Naxçıvan şəhərinə qayıdıb.

DİA.AZ bildirir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, bu gün Rəşad İsmayılov növbəti dəfə rayona gedib. O, polislərlə keçirdiyi görüşdə asayiş keşikçilərinə yeni iş rejimini açıqlayıb: 12 saat iş, 24 saat istirahət.

Qeyd edək ki, bu günə qədər Naxçıvanın polis orqanlarında “xan”sayağı iş rejimi keçərli idi. Polislər 24 saat postda dayanır, 24 saat isə istirahət edirdilər. İstirahət saatlarının 4-5 saatını postu təhvil verib almağa, sırada düzülüb komandirlərin boş-boş məruzələrini dinləməyə xərcləyirdilər. Beləcə, zavallı polislərin 28 saatı işdə, 20 saatı isə istirahətdə keçirdi. Azərbaycan Əmək Məcəlləsinə görə isə, 24 saat işləyən hər kəs 48 saat istirahət etmək hüququna malikdir. Vətəndaşların asayişini qoruyan, hüquqlarının təmin olunmasında mühüm rol oynayan polislər öz istirahət azadlıqlarını bərpa edə bilmirdilər. Aldığımız məlumat göstərir ki, Sədərək polislərinin qətiyyəti nəticəsində Naxçıvanda ayaq altına salınan istirahət hüququ sonunda bərpa edilib.

O da bildirilir ki, Naxçıvan polislərinə bu mujdəni vermək üçün Sədərəyə və Ordubada Rəşad İsmayılovun şəxsən özü gedib, digər rayonlara isə öz müavini Zahid Gözəlovu göndərib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Diana Əhədpurun ərinin şirkəti məhkəməlik oldu


"AZ VARVARA" MMC barəsində protokol hazırlanıb.

AMİA.AZ xəbər verir ki , İnzibati Xətalar Məcəlləsinin 462.1 (Vergilərin, Rüsumların Ödənilməsi, Maliyyə və Sığorta Qaydaları Əleyhinə olan İnzibati Xətalar) maddəsi ilə protokol Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi, sahibi iranlı biznesmen Mənuçehr Əhədpur Xangah Əli oğludur. 29.06.2016-cı ildə Dövlət qeydiyyatına alınan şirkətin Hüquqi ünvanı Mingəçevir şəhəri, K.Hüseynov, ev 26A-dır.

Xatırladaq ki, Mənuçehr Əhədpur Xangah Əli oğlu azərbaycanlı model Diana Əhəpurla ailəlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə məktəb direktoru şagirdin xaricə getməsinə necə icazə verib?- İDDİA


Bu gün yenə də təhsilimizdə qaz vurub qazan dolduran direktorlar hələ də fəaliyyətlərini davam etdirməkdədir.

Belə direktorlardan biri də Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinə rəhbərlik edən Y.Xəlilov cənablarıdır. Bu “Qoçaq” direktor valideynlə separat danışığa gedərək övladının xaricə getməsinə razlıq verib.

Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.

Məlumatlı mənbənin sözlərinə görə 34 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılov Sənan Namiq oğlu dərs ili başlayandan Rusiya Federasiyasına gedib.Məktəbin jurnallarında davamiyyəti olmayan şagirdə müəllimlər tərəfindən isə qayıb qoyulmayıb.

Halbuki sözügedən məktəbin direktoru şagirdin ölkədən xaricə getməsi ilə bağlı , sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə akt tərtib edib rəsmiləşdirməklə, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verməli idi.

Əfsuslar olsun ki,direktor müəyyən məbləğ müqabilində sözügedən şagirdi xaricdə ola-ola hələ də kontigentdən xaric etməyərək saxlayıb.

Faktla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO