[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda Səhiyyə İdarəsinin direktorunun bitməyən qalmaqalları... - BU NƏDİ BELƏ?


Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru ilə vətəndaş arasında insident baş verib.

Yenicag.az-a daxil olan məlumatda xəstəxana direktoru Rauf Yahyayevin vətəndaşı vurması və təhqir etməsi iddia edilir.

Bu ilin fevral ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlməkdədir.

Yahyayevin ilk qalmaqalı isə təyin edildikdən iki ay sonra, aprel ayında Mərkəzi xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

İddiaya görə, bu ilin 20 avqust tarixində Rauf Yahyayev Goranboy rayon Bolsulu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müarciətlərə Rauf Yahyayev tərəfindən imtina edilməsinə etiraz etməsi olub. Məlumata görə, Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq baş direktor R. Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğunu DİN-in 102-xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəsətxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında müalicə olunduğu vaxt həkimlərin səhv müalicə etmələri və bununla onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

İddia olunur ki, Rauf Yahyayevin həkim kimi vətəndaşı vurması ilk hal deyil. Belə ki, 2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsrət yetirib. Həmin hadisənin baş vermə səbəbi isə gözətçi Teymur Həsənovun Rauf Yayahayevə gecə vaxtı işçisi olan bir tibb bacısının evinə getməsinin yaxşı hal olmadığını deyərək, həkimin bu hərəkətinə etiraz etməsi olub.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla dava etdiyi də deyilir.

Ancaq bütün bunlara baxmayaraq, 2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi direktor təyin edəndə nədənsə onun şəxsi işini araşdırmayıb.

Saytımıza Goranboydan daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, Baş direktor Rauf Yahyayevin müxtəlif səbəblərə görə onun qəbuluna gələn vətəndaşları təhqir edərək, onlarla kobud davranmağı artıq adi hala çevrilib.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

pia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hansı “prinsip”lə işləyir? - Təhrif, bir-birini təkzib edən rəylər və daha nələr...


Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bəzən sifarişə, bəzən maddi marağa, bəzən isə təcrübəsiz kadrların qeyri-peşəkar rəyinə görə istənilən an ƏDALƏT TƏRƏZİSİnin gözünü nəinki əyər, hətta vurub çıxarar da...

Mia.az-ın məlumatına görə, hətta elə anlar var ki, bu birliyin verdiyi yazılı rəylər məhkəmələrdə öz iştirakları ilə keçirilən proseslərdə elə özləri tərəfindən təkzib edilir. Lakin bu, onlara növbəti “ekspert rəyləri”ndə ədalətli və dürüst davranmağa ibrət olmur. Əksinə, əzbərlədikləri bir neçə cümləlik bənd var, onu rəyə əlavə edir, daha sonra isə kələfin ucunu itirərək, həmin cümlələri də rəyin növbəti bəndlərində ya təhrif, ya da təkzib edirlər.

Belə bir fakt 18 may 2020-ci ildə birliyin Bakı şöbəsinin rəis əvəzi Günay Hacıyeva, “German Hospital”ın mama ginekoloqu Kamal Məmmədov, Kliniki Tibbi Mərkəzin anestezioloq-reanimatoloqu Elxan Məmmədov və məhkəmə tibbi eksperti Adil Əzimovun “MedAura” klinikasında Pərvanə Ağayevanın ölüm işi üzrə verdikləri “Rəy”də özünü göstərib.

Məhkəmə prosesi və hökmlərdən aydın olur ki, həmin ölüm işi üzrə Nəsimi rayon Məhkəməsində, həmçinin Bakı Apellyasiya Məhkəməsində aparlan araşdırmalarda bu şəxslərin verdikləri “Rəy”in böyük bölümü təsdiqlənməyib. Hətta təəccüblü olsa da, prosesə dəvət olunan və elə həmin “Rəy”ə imza atan ekspertlərdən ikisi səhv rəy verdiklərini açıq etiraf edirlər.

Mia.az-ın əldə etdiyi sənədlərə görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə adıçəkilən xanımın ölümünün birbaşa həkim-anstezioloqun xəstəyə vurduğu ümumi narkoz - Propofol dərman preparatı olması növbəti dəfə təsdiq edilib.

Halbuki, bu, prosesə qədər həm də meyitin ilkin müayinəsində də sübut olunub. Üstəlik, yuxarıda adıçəkilən “ekspertlər”in bir-birini təkzib edən, yaxud hətta tabe olduqları Səhiyyə nazirinin əmrinin belə təhrif olunduğu “Rəyi”ndə də ölüm faktı birbaşa narkozla əlaqələndirilib.

Ancaq prokurorluğun istintaq dövründə adıçəkilən birliyə göndərişi əsasında hazırlanan Rəydə həmin xəstəni əməliyyat etməyən həkim ginekoloq Nailə Əzizova mama-ginekoloq kimi cərrahiyyə əməliyyatına cavabdeh kimi göstərilir. Ancaq çox maraqlıdır ki, elə bu rəyin sonrakı bəndində Səhiyyə nazirinin 19.09.212-ci ildə təsdiqlənmiş “Tibb müəssisələrinin rəhbərinin nümunəvi (Baş direktor, direktor, baş həkim, rəisi) vəzifə Təlimatı”nda əməliyyat otağındakı bütün cihaz, avadanlıq, alət və mexanizmlərə CƏRRAHın deyil, məhz 70 saylı əmrdə göstərildiyi kimi Baş direktor, direktor, baş həkim, rəisin cavabdeh olduqları açıq mətnlə yazılıb. Yəni, cərahiyyə otağı ilə bağlı məsuliyyət zonası aydın formada açıqlanıb.
Bundan başqa, iş sənədlərində xəstənin bütün müayinələrdən keçirildiyi və bunun müayinə ödənişləri ilə sübut olunduğu faktı da açıq olsa da, nədənsə bu “ekspertlər” işin içində olan bu detalı da görməzdən gəliblər.

Bundan əlavə, “Ekspertlər”in Rəydə istinad etdiyi Səhiyyə Nazirliyinin elə qeyd olunan 70 saylı əmrində çox dəqiq formada yazılıb ki, həkim anestezioloq bütün müayinələrdən keçməyən xəstənin əməliyyata icazə verə və ona narkoz vura bilməz. Bu qanun və təlimatlar birinci və ikinci inistanisya məhkəmələrində keçirilən iclaslarda həm ekspert, həm şahidlər, həm də rəsmi qurumlardan alınan rəsmi sorğularla təsdiqlənib. Təkrar edirik, məhkəmə proseslərində yuxarıda adıçəkilən ekspertlərin qeyri-dəqiq rəyi, həm vəsatət əsasında prosesə dəvət olunan peşəkar mütəxəssislər, həm də elə iclasa çağırılan Birliyin iki ekspertinin özləri tərəfindən də təkzib olunub. Nəticədə həkim Nailə Əzizova hər iki məhkəmənin, yəni Nəsimi rayon Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinin hökmləri ilə bəraət alıb.

Maraqlıdır, Ali Məhkəmə həm ağır cəza alan narkoz verən anestozloqun, həm də vəfat edən şəxsin varisinin şikayəti əsasında işin daha ətraflı araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Diqqətçəkəın nüans budur ki, yenə də Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin “ekspertləri” təkar Rəydə də bəzi detallar üzrə istər nazirin müvafiq əmrini, istər mövcud təlimatları, istərsə də nazirliyin sorğu əsasındakı rəsmi cavablarına zidd fikirlər yazıblar.
Halbuki, 6 aya yaxındır Bakı Apellyasiya Məhkəməsinədə davam edən prosesə hakim Ramin Qaraqurbanlı məşhur cərrah, Tibb Universitetinin cərrahiyyə klinikasının şöbə müdiri, professor Elçin Ağayev və məşhur ginekoloq, professor Natavan Axundova ekspert kimi məhkəməyə dəvət edib.
Hər iki professor həm ifadələrində, həm də sual-cavabda xəstənin ölümündə Nailə Əzizovanın cərrah və həkim kimi hər hansı kiçik bir səhvinin belə olmadığını deyərək, ölüm işinin onun məsuliyyət zonasından uzaq olduğunu təsdiq ediblər.

Lakin qeyd etdiyimiz kimi, hakim Ramin Qaraqurbanlı tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə bu ilin okryabr aıyında göndərilən növbəti ekspetiza göndərişi əsasında yenə də natamam rəy ortaya çıxıb.

Belə ki, ancaq istintaqın təxminən 3 il əvvəl birtərəfli apardığı materiallara istinad edən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin Samir Cəfərov, Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Minurə Kazımova, həmçinin həmin mərkəzin anestezioloqu Mehriban Rəşidova və məhkəmə tibbi eksperti Cəlal Hüseynzadə nəinki gerçəklikləri, həmçinin Səhiyyə nazirinin yazılı əmr və təlimatlarını ayaqlar altına atıblar.

Mövcud sənədlərdən aydın olur ki, bu “ekspert”lərin imzaladığı qondarma rəydə bəzi rəsmi əmr və təlimatların bənd və tələbləri təhrif olunub. Belə ki, bu günlərdə məhkəməyə göndərilən yeni “Rəy”də Səhiyyə Nazirliyinin 19.09.2012-ci il əmrinə əsaslanaraq, Nalə Əzizovanın guya cərrahiyə otağındakı bütün cihaz və avadanlıqlara məsul olduğu yazılıb.

Halbuki, bunu elə olmadığı elə yuxarıda qeyd olunan əmrdə qeyd olunub. Digər yandan, maraqlıdır ki, bu “ekspert”lər elə Rəyin 5-ci bəndində süni nəfəs aparatının ginekoloqun məsuliyyət zonasına daxil olmadığını qeyd edir. Ardınca isə idda ediblər ki, guya xəstəyə göstərilən qüsurlu tibbi xidmətlə əlaqədar Səhiyyə Nazirliyinin 70 saylı əmrinin, yəni mama-ginekoloqun nümunəvi vəzifə təlimatı üzrə 6,7, 13, 14 və 50.1-ci bəndləri pozulub. Yəni Nailə Əzizova guya cərahiyə otağında olan və ya olmayan hər avadanlığa cavabdehdir. Hansı ki, cərrah hər hansı avadanlığa deyil, yalnız özünə, öz sahəsinə aid olanlara cavabdeh ola bilər. Onu da əgər əməliyyata başlayarsa. N.Əzizova isə əməliyyata başlamamış xəstə narkozdan vəfat edib. Bu da meyitin müayinəsi və sənədlərlə sübut olunub...

İkinci və ən əsası, Rəyin digər bəndində “Tibb müəssisələrinin rəhbərinin nümunəvi (Baş direktor, direktor, baş həkim, rəisi) vəzifə Təlimatı”na əsaslanaraq, əməliyyat otağındakı bütün cihaz, avadanlıq, alət və mexanizmlərə cərrahın deyil, məhz əmrdə göstərildiyi kimi Baş direktor, direktor, baş həkim, rəisin cavabdeh olduqlarını yazıblar.

Görürsünüzmü bir-birinin tam tərsi olan “rəy” necə yazılıb?

Bu azmış kimi, birliyin “ekspertləri” iş materiallarına əlavə olunan müayinə qəbzləri və digər ifadələrə əhəmiyyət vermədən “xəstənin EKQ və rentgenoskopiya müayinləri olmadan əməliyyatın başlanması yolverilməzdir” ifadəsini qeyd edərək, burada da həkim-ginekoloq kimi Nailə Əzizovanı səhlənkarlıqda ittiham etməyə cəhd ediblər.

Əvvəla, həm birinci, həm də ikinci məhkəmə instansiyalarına təqdim olunan və işə əlavə olunan sənədlərə görə, xəstə hər iki müayinədək keçirilib. İkincisi, meyitin ekspertizası barədə rəydə də aydın yazılıb ki, xəstə ümumiyyətlə, əməliyyat olunmayıb. Yəni mama-ginekoloq Nalə Əzizovanın bu iki məsələdə adının hallanması həm qanunlara, həm də ortada olan rəsmi sənədlərə görə qətiyyən mümkün deyil. Üçüncüsü, ansestozloqlar barədə nazirliyin mövcud əmr və təlimatlarında da aydın yazılır ki, xəstə tam müayinədən keçməmiş o, əməliyyata hazırlana və narkoz vurula bilməz.

Bu və ya digər məqamları nəzərə alan həkim ginekoloq Nailə Əzizova Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident, Mehriban xanım Əliyevaya, Səhiyyə naziri Teymur Musayevə müraciət edib.

Azərbaycanda təcrübəli həkmlərin çatışmazlığına diqqət çəkən Nailə Əzizova Tibb Universitetini fərqlənmə ilə bitirdiyini, xaricdə sahəsinə uyğun kurs və konfranslarda dəfələrlə iştirak etdiyini, 25 illik həkim-cərrah kimi peşəkar təcrübəsi olduğunu xüsusi vurğulayaraq, 3 ilə yaxındır “məhkəmə ekspertləri”nin qərəzli rəyinə əsasən, məhkəmələrdə əsassız süründürüldüyünü deyir: “Cənah prezident, hörmətli Mehriban xanım, 3 ilə yaxındır yuxarıda qeyd edilən ölüm işi ilə bağlı çoxsaylı məhkəmə iclasları keçirilib. Başa çatan iki məhkəmə instansiyasında – Nəsimi rayon və Bakı Apellyasiya məhkəmələrində günahsızlığım tam sübut olunmaqla bəraət almışam.

Baxmayaraq ki, ilk məhkəmə prosesində də məhkəmə ekspertizası işi ətraflı araşdırmadan tamamilə qərəzli və qeyri-obyektiv rəy vermişdi. Lakin məhkəmə araşdırması zamanı ortaya çıxan təkzibolunmaz dəlillər, o cümlədən, məhkəmə ekspert rəyinə imza atanlardan ikisinin iclasda sual-cavab zamanı yanlış rəy verdiklərini etiraf etməsindən sonra mənə bəraət verilib. Eyni hallar Bakı Apellyasiya Məhkəməsində də geniş araşdırmada təkrarlanıb. Yəni, mənim günahsızlığöım tam sübut olunub.

Buna baxmayaraq, Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclaslara Səhiyyə Nazirliyinə verilən vəsatət əsasında professorlar – Elçin Ağayevlə Natavan Axundova ekspert kimi dəvət olunublar. Həmin professorlar həm işin halları, həm də suallar zamanı mənim həkim kimi tam günahsız olduğumu ifadələri ilə təsdiqləyiblər.

Hakim Ramin Qaraqurbanlı işin tam bə hərtərəfli araşdırılması məqsdəiylə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də göndəriş vermişdi. Bu sorğuya bu qurumun əməkdaşları əvvəlki “ekspert”lərin yazdıqlarını köçürməklə bu günlərdə cavab veriblər. Bu qədər absurdluq olarmı? Belə mötəbər quruma ekspert kimi işə qəbul olunan bu adamlar heçmi oxumayıb, heçmi öz üzərlərində çalışmayıblar? Bəlkə əvvəlki ekspert yoldaşlarının qondarma rəyini yalan çıxarmağa üzləri gəlməyib? Bütün hallarda, belə qondarma oyun və ya savadsız, qərəzli rəylə başqasının taleyi ilə oynadıqlarının fərqində deyillərmi?

Möhrətəm prezident, əgər mənim azca günahım olsaydı, iclsa dəvət olunan professorlar, hətta elə bu birliyin iki əməkdaşı müsbət ifadə, iki məhkəmə hakimi heyəti isə barəmdə bəraət verməzdilər.

İndi mən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin Samir Cəfərov, Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Minurə Kazımova, həmçinin həmin mərkəzin anestezioloqu Mehriban Rəşidova və məhkəmə tibbi eksperti Cəlal Hüseynzadədən soruşuram: siz bəyəm professor Elçin Ağayevdən, Natavan Axundovadan çoxmu bilirsiz? Yoxsa özünüzü bu alimlərdən savadlımı sayırsınız? Yaxud Səhiyyə Nazirliyinin 70 saylı əmrini doğurdanmı diqqətlə oxumayıbsız?

Möhtərəm prezident, çox hörmətli Mehriban xanım, təcrübəli bir həkim kimi sizə müraciət edir, çox xahiş edirəm, qeyd edilən bu birliyin “ekspertləri”nin fəaliyyətini nəzarətə götürüb, onlar barəsində xüsusi araşdırmanın aparılmasına göstriş verəsiniz”. //Mia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl Cabbarov `AZERCELL`İ NİYƏ `VURUR`? - İLGİNC GƏLİŞMƏ


DİA.AZ olaraq az əvvəl məlumat verdik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Dövlət Xidməti adından yayılan məlumatda deyilirdi ki, daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda isə ilginc məqamlara toxunulur. Bu barədə redaksiyamıza iqtisadi dairələrdən ötürülən informasiyadan belə anlaşılır ki, artıq dövlət "Azercell"lə bağlı müəyyən tədbirlərin həyata keçirilməsində maraqlıdır.

Mənbə iddia edir: "Söhbət "Azercell" xəttilə əldə olunan və hazırda nəzarətsiz qalan on milyonlardan gedir. Hər ay bu qədər şübhəli vəsaitlə bağlı dövlətin müvafiq qurumlarında şübhələr yaranmaqdadır. Ona görə də "Azercell" dövlətin iştirakı olmasına rəğmən hələ də müəyyən dairələrin nəzarətində olması səbəbindən ciddi təftiş olunur, “Azercell Telekom” MMC-nin faəliyyəti incələnir".

Mənbə əlavə olaraq onu da bildirir ki, bu araşdırma uzun müddət çəkə bilə və zaman-zaman bu kimi sanksiyalarıla bağlı informasiyaları eşidə bilərik...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR


Bir neçə gün öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xarici ölkələrdəki mülkləri haqqında yerli mediada məlumatlar yayıldı. Xüsusilə də Vasif Talıbovun oğlu Seymur Talıbov Dubayda özünə dəyəri milyonlarla ölçülən mülklər alıb. Məlumat verən mənbə ilginc faktlar açıqlayıb. Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu ilə bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənovun oğlu Şamxal Həsənli yaxın dostdurlar. Onlar təkcə dost deyillər, eyni zamanda Dubayda milyonluq biznesləri və ortaq əyləncə proqramları var.

Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu bir neçə gün əvvəl işlədiyi Naxçıvan Dövlət Universitetindən prorektor vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Və Seymur Talıbovun ölkəni tərk edərək Dubaya yolladığı xəbərləri dolaşmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yazılan xəbərlərə əsasən Əli Həsənov da Dubaya köçərək ailə biznesini idarə etməyə başlayıb.

Bilgi verən mənbə iddia edir ki, Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.

Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

Vasif Talıbovun oğlunun da Dubayda mülk sahibi olmağa başladığı il 2017-ci ilə təsadüf edir. Belə ki, Seymur Talıbov Dubayda ilk biznesini 2017-ci ildə qurmağa başlayıb. Məhz Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr alıb. Bundan sonra isə Seymur Talıbov dostu Şamxal Həsənli ilə birlikdə biznes qurmaq qərarına gəlib. Düzdür Həsənovla Talıbovun oğlunun şərikliyini sübut edən faktlar ortada deyil. Buna baxçayaraq ƏIli Həsənovun oğlu Şamxal Həsənli qızıl biznesinə, Vasif Talıbovun oğlu prorektor-alim Seymur Həsənli isə otelçilik fəaliyyətinə başlayıb.

Mətbuatda oğul Talıbovun mülkləri barədə yayılan siyahıya diqqət edək
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

- Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

- “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

- “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

- 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

- Seymur Talıbovun “Marina Gate"də 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

- Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

- Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

Bütün bu faktlarla yanaşı Vasif Talıbovun Əli Həsənovla yaxınlıq əlaqələrinə dair ilginc məlumatlar əldə etmişik. məlumat verən mənbə iddia edir ki, Əli Həsənov 90-cı illərin əvvələrində Naxçıvan Dövlət Universitetində müəllim işləyib. Həmin ali təhsil ocağında geniş ətrafı olan Ə.Həsənov son illərə qədər Vasif Talıbovla yaxın dostluq əlaqələri qurub.

Bu minvalla da hələ 90-lardan başlayan Həsənov-Talıbov dostluğu bir qədər də irəli gedərək ailə dostluğu səviyyəsinə qədər yüksəlib. Mənbəmiz iddia edir ki, son illərdə "Xan"ın Bakıdan verilən tapşırıqlara əməl etməməsi, dikbaşlığı onun sonunu tezləşdirib. Bundan sonra Prezident köməkçisi də baş verənlərə səssiz qalıb. Hansı ki, uzun illər Naxçıvana rahat gedib-gələ bilməyən ən yüksək vəzifəli dövlət adamlarını Əli Həsənov əvəz edirmiş. Vəzifədə olduğu dövrdə çox rahat və sərbəst şəkildə Əli Həsənov və qohumları Naxçıvanla əlaqələr qura biliblər.

Məbməmiz iddia edir ki, əslində Əli Həsənovun yola salınması Vasif Talıbov üçün sonun başlanğıcı idi.

Mövzu ilə bağlı əlavə faktları yaxın zamanlarda yayımlayacağıq. Bizi izləyin. (Gundeminfo.az)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)


Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.

Bildirildi ki, “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Diqqətə çatdırıldı ki, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.

Bildirildi ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Sonra dövlətimizin başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobillərinə baxdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verdi ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Bildirildi ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.

Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.

x x x

Respublikamızda təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu. Əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və xilasetmə işlərinin təşkili, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi əhalinin və ərazilərin fövqəladə hallardan daha etibarlı müdafiəsinin təmin olunması sahəsində mühüm rol oynadı. Nazirlik tərəfindən ötən dövr ərzində fəlakətlərin sistemli qaydada mərkəzləşdirilmiş idarə olunmasını təmin etmək üçün zəruri normativ hüquqi və maddi-texniki bazanın formalaşdırılması, müxtəlif funksiyaları həyata keçirən qurumlar arasında əlaqəli fəaliyyətin təşkili istiqamətində zəruri işlər görüldü. Nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə zamanın çağırış və təhdidləri nəzərə alınaraq müvafiq struktur dəyişiklikləri aparıldı, regional mərkəzlərin fəaliyyəti təmin olundu. Bir sözlə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilmış və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrildi.

Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Fövqəladə Hallar Nazirliyi yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı avtomobillərin və digər nəqliyyat vasitələrinin, avadanlıqların əksər hissəsi mənəvi və fiziki cəhətdən köhnəldiyinə görə müasir tələblərə cavab vermirdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılıb, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınıb. Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərilib, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edilib. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargah - avtobusun, radiosistemli xüsusi təyinatlı avtomobillərin, hündürlük nərdivanlarının, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, motosikletlərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksək sürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200 ÇS" amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Onu da qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.

Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: Məhkumun həyat yoldaşını dözülməz həddə çatdırdılar - VİDEO


Penitensiar Xidmətin 1- saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mütəllimzadə Məhəmməd Yusif oğlunu ziyarət etməyə gedən həyat yoldaşı Əliyeva Cəbərut Marif qızı 08.12.2022-ci il tarixdə yoldaşı ilə görüş ala bilmir

"Azərbaycan Reallığı"na muraciət edən Cəbərut Əliyeva iddia edir ki, görüşə gələn digər şəxslərin asanlıqla görüşə keçdiyini görür.

Baş verənlərlə bağlı, C.əliyeva Yaxınlaşır məlumat otağına, otaqda xidmət aparan Ədliyyə əməkdaşına bildirir ki, siz məni bununla neçə dəfədir ki, süründürürsünüz. Ədliyyə əməkdaşı qadına bildirir ki, biz görüşünüz üçün lazımı sənədləri hazırlayıb icazəsini ala bilmirik. Buna səbəb Karol rəisi icazəni vermir. Deyə bildirir.

Qadın Karol rəisinə yaxınlaşır hansı səbəbdən həyat yoldaşı ilə görüş ala bilmədiyini soruşur. Karol rəisi qadına təəccüblə baxaraq mən sizi ilk dəfədir görürəm bu məsələdən heç xəbərim yoxdur. Elə bu zaman Görüşə nəzarət edən Bəhram adlı əməkdaş təsadüfən gözə görünür.

KAROL rəisi Bəhramı yanına çağırır, mənim niyə adımdan istifadə olunur sualına Bəhram cavab vermək əvəzinə qadının qolundan yapışaraq güc tətbiq etməklə bayıra zorla çıxarır. Baş verənləri özünə təhqir kimi bilən C.Əliyeva rəislə görüş istəyir. Ancaq qadının bu istəyinə reaksiya verən olmur. Çarəsizlikdən Qadın özünə qəsd etmək qərarına gəlir.Yaxınlıqdakı mağazadan lambıçqa alaraq geri görüş yerinə dönür. Ədliyyə əməkdaşlarının gözü önündə lambıçqanı sındıraraq özünə xəsarət yetirəcəyini dilə gətirir.

Dəfələrlə bildirir ki, məni Penitensiar Xidmətin 1 -saylı Cəza Çəkmə Müəssəsinin rəis Emin Həsənovla görüşdürün. Əks halda özümü burada öldürəcəm. Xidmət əməldaşları tərəfindən Nə bilirsən onuda elə cavabı alanda qadın sağ qolunu əlindəki şüşə parçası ilə doğrayır. Bu zaman xidmət aparan əməkdaşlardan bir nəfər qadına yaxınlaşır. C. Əliyevanı sakitləşdirərək söz verir ki, görüş alınmasada həyat yoldaşınız sizə zəng edəcək.

Ancaq deyilənlərə əməl olunmur. Əksinə məhkumu ağır cəza növü ilə cəzalandıraraq günahı olmadan karsa salıblar. C.Əliyeva onuda bildirir ki, bucür öz başınalıqa dəfələrlə rastlaşıb.

Hətta onuda qeyd edir ki, 12.10.2022-ci il tarixdə məhkumun yanına görüşə gələn zaman Çingiz adlı Nəzarətçi tərəfindən mobil telefon nömrəmin istəməsi yalan olmadı ki, mətbuata çıxan zaman Ədliyyə Nazirliyindən reaksiya verilərək sözü gedən şəxsin işdən azad edildiyi bildirildi.

Bu gündə bizim ailəyə bu haqsızlıq təkrarlanaraq davam edir. Gənc ailə olaraq Ədliyyə Naziri Fikrət Məmmədov canablarından xahiş edirik ki, müraciətimizi nəzərə alaraq tapdalanmış hüquqlarımızın bərpası üçün göstəriş versin. deyə sonda Cəbərut Əliyeva bildirir.

"Azərbaycan Reallığı" İddialarla bağlı qarşı tərəfin də mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətai rayonunda rəsmi özbaşınalıqdır... - BUNUN BAŞQA ADI YOXDUR...


Xətai rayonu ərazisində yerində obyektlərin tikilməsi üçün məhv edilən yaşıllıq ağacları, məişət tullantılarının bol olduğu, kol-kos bitirmiş küçələr, 8 noyabr prospektindəki hələ də açıq qalmış kanalizasiya quyuları, abadlaşdırılan küçələrdə sakinlərdən pul yığılması və sair barəsində zaman-zaman "DogruXeber.az" informasiya agentliymizdə məlumatlar yayımlamışıq.

Son yazımızda növbəti yayımda Xətai rayonu ərazisində tikilən qanunsuz tikintilərdən bəhs edəcəyimizin anonsunu vermişdik.
Öncəliklə onu qeyd edək ki, yaşayanlar, yaxud görənlər bilir ki, Xətai rayonunun çox hissəsində, xüsusilə də Həzi Aslanov qəsəbəsi və Əhmədli kəndi ərazisində tikilən evlərin əksəriyyətinin elə ilk baxışdan qanunsuz yerdə tikildiyi aydın görünür.

Belə ki, sözügedən ərazidə yüksək cərəyanlı elektrik xətləri həyətlərin içindən, hətta yaşayış evlərinin düz üstündən keçir.
Taksi sifariş edəndə, taksi qalır yollarda fırlana-fırlana. Çünki, xəritədə taksiyə yol olduğu görünən bir çox ərazilərdə həyət evləri - yaşayış var.

Əgər həmin ərazilər yaşayış üçün nəzərdə tutulubsa, o zaman niyə xəritədə yol kimi göstərilir?
Əgər, yol kimi göstərilibsə, o zaman orada yaşayış evlərinin tikilməsinə niyə, hansı məqsədlərlə icazə verilir?

Özü də bu kimi tikintilərin elə də çox yaşı yoxdur. Əksəriyyəti yeni tikililərdir. Hətta, bir neçəsinin də hazırda tikintisi aparılır.

İcra Hakimiyyətinin bundan xəbəri yoxdur?

Ərazi üzrə Sahə müvəkkilinin də maşallahı var. Bütün gün Həzi Aslanov qəsəbəsinin hər yerində onlarla rastlaşmaq mümkündür. Lakin, nədənsə hər gün daha çox göründükləri, dükan, market və kafelərin çox olduğu Kazımağa Kərimov küçəsində, biraz irəlidə - Şirin Mirzəyev küçəsində pandemiya zamanı maskasız girildiyini hardansa anında görüb, cərimə yazmaq üçün döydükləri salon qapısı ilə üzbəüz aparılan və yolun yarısına qədər çıxmış tikintini, həmçinin Neyrocərrahiyyə xəstəxanasının yanında, yol kənarında az qala dayanacağa bitişik aparılan çoxmərtəbəli biznes obyektinin tikintisini aidiyyatı üzrə idarələrin məsul işçiləri görmürlər, ya da görməzdən gəlirlər.

Əslində kimsənin xəbəri olmadığına inanmaq təbii ki, sadəlövhlük olar, amma yeri gələndə bir çox yerlərdə aidiyyatı qurumların məsul işçiləri"məlumatsızıq" cavabı ilə yaxasını kənara çəkməyə çalışdıqlarını az görmədik. Odur ki, gördüklərimizi aidiyyatı üzrə Xətai rayon İcra Hakimiyyətinə də bildirmək üçün rəsmi internet səhifəsində qeyd edilən telefon nömrəsinə zəng etdik.
Çox dövlət qurumlarında olduğu kimi dəstəyi qaldıran olmadı.

Ardından, İctimai-siyasi və humanitar məsələlər şöbəsimin Müdiri Pənah İmanova zəng etdik. O da şəxsi votsap nömrəsini bizə verib, bəhs etdiyimiz ərazilərin ünvanlarını və əldə etdiyimiz görüntüləri göndərməyimizi xahiş etdi.
Ünvanı yazdıq, fotogörüntünü göndərdik. Amma, 3 gündür nə bir cavab var, nə də ki, bir xəbər.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - FOTO


Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev və “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov dindirilmək üçün Bakıya gətiriliblər.

Bu haqda məlumatı Bakupost.az yayıb.

Bildirilir ki, onlar vergidən yayınma, qaçaqmalçılıq və digər cinayətlərdə şübhəli bilinirlər.

Məlumata görə, hər iki şəxs Bakıda bir gecə DTX tərəfindən dindirildikdən sonra yoxlamaların davamı üçün yenidən Naxçıvana qaytarılıblar.

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azəriqaz" adına AÇIQ TALAN... - NARAZILIQ VAR!


10 il kirayələrdə onun bunun cibini doldurandan sonra axır ki, 2 ay öncə ev aldıq. Elə bilirdim daha başqasının cibini doldurmağımız bitəcək. Elə deyilmiş, Azeriqaz IB nın görünür ömür boyu cibini doldurmaq məcburiyyətindəyik.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri jurnalist Nurlan Cəfəri özünün facebook hesabında yazıb. O bildirir ki "cəmi bir neçə gün limitlə qaz işlətdik, 10 gün tamam olmamış limiti keçdiyimizi göstərdi sayğac və komediya o gündən etibarən başladı. Ödədiyimiz pulun yarısı qədər qaz verir bizə öz adını öz ana dilində, ana dili şrifti ilə yaza bilməyən şirkət!

Azəriqaz bütün ölkə əhalisinin cibinə girirmiş amma fərqli faizlərlə. Biri yazır "50 manata 45 manatlıq qaz oturur, "biri yazır" 50 manata 20 manatlıq qaz oturur" və s. Mən burdan Azəriqaz rəhbərliyinə üzümü tutaraq soruşmaq istəyirəm, biz xalq olaraq hansınızın villasının pulunu ödəyirik?

Hansınızın cibini doldururuq? Ailəmizin hər ödədiyi 50 manatın 25 manatı karta oturanda yerdə qalan 25 manat kimin cibinə gedir, kimin milyonlar qazanması üçün biz işləyib qazanıb əlimizdən gələni edirik hansısa rəhbərliyin pulunun toplanması üçün?

Dövlət nə vaxt bir əncam çəkəcək buna? Gərək elə qaramaskalılar həll eləsin bunu da? Bəlkə artıq cibimizə girməyi dayandırasınız?"

Bütün iddia olunanlarla bağlı "Azərbaycan Reallığı" olaraq adı çəkilən qurumun mövqeyini dinləməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rza Talıbova məxsus şirkətin müdiri də FETÖ-çü çıxdı - BU NƏDİ BELƏ?


Naxçıvanda aparılan əməliyyatların əsas səbəblərindən biri MR Ali Məclisinin sədri Vasif Talıbovun xarici qüvvələrlə qurduğu qaranlıq əlaqələrlə əsaslandıranlar da var. Sözsüz ki, rəsmi təsdiqini gözləyən bu iddiaların yayılması təsadüfi deyil. Naxçıvandakı milli qüvvələrin vurularaq sıradan çıxarılması, onların yerinə adı bir sıra anti-milli təşkilatlarda keçən şəxslərin gətirilməsi bu cür təsəvvürlərin yaranmasında önəmli mühüm rol oynayıb.

Ovqat.com-un təhlükəsizlik səbəbilə adını açılamadığı qaynağının bildirdiyin görə, belə adamlardan biri də Türkiyəli iş adamı Hasan Albayrakdır.

Albayrak rəsmi sənədlərdə Talıbovlara məxsus “Reges” MMC-in direktoru kimi görünsə də, onun əslində şirkətdə satınalma işlərinə baxdığı bildirilir. İddialara inansaq, adı FETÖ-yə üzvlükdə hallanan Hasan Albayrak 15 iyul 2016-cı il hadisələrindən sonra Naxçıvana qaçıb və orda məskunlaşıb.

Şirkətə məxsus “Reges Hotel” Türkiyənin İzmir vilayətinin Çeşmə şəhərində yerləşir. Hotelin inşaatını isə Cahan Holdingə məxsus bir tikinti şirkəti həyata keçirib. Xatırladaq ki, Cahan Holdinqin rəsmi prezidenti Vüqar Abbasov olsa da, onun real sahibi Rza Talıbovdur və bu yaxınlarda aparılan yoxlamalar nəticəsində vergi orqanlarından 100 milyonlarla manatlıq vergi borcunu gizlətdiyi məlum olmuşdu.

“Reges MMC İzmirdən başqa Bakıda da böyük tikinti layihələrinə imza atıb. Bakıdakı “Divan otel”, Ağ şəhərdə “Reges” yaşayış kompleksi daha nələr, nələr “Reges” MMC-yə məxsusdur”, - mənbəmiz vurğulayır.

Hasan Albayrakın Naxçıvanda özünü tam ağa kimi apardığını iddia edən həmsöhbətimizin fikrincə, o, yanında çalışanlara qarşı təhqiramiz davranır, qanunları saymır, “Talıbovlara, özəlliklə Rza Talıbova arxayınam, kimsə mənə heç bir şey edə bilməz” deyərək istədiyini edir: “Hətta borclu olduğu şəxslər, o cümlədən market sahibləri pullarını istədikdə onlara Talbovların adı ilə hədə-qorxu gəlir”.

Albayrakın “Reges” MMC-də işlədiyi qısa müddət ərzində özünə “Range Rover” markalı maşın aldığını bildirən həmsöhbətimiz, bu imkanlarına baxmayaraq, onun rəhbərlik etdiyi şirkətdə işçillərin maaşlarının aylarla verilmədiyi deyib və əlavə edib: “Ondan indiyədək qazandığı pulların mənbəyini sorusan isə yoxdur”.

15 iyul çevrilişi zamanı Türkiyədə “Taner” kod adı ilə fəaliyyət göstərən Albayrak məlum hadisədən sonra əmlaklarını başqa bir adamın adına geçirib və Naxçıvana qaçıb: “Maraqlıdır ki, 2020-ci ildə koronavirus pandemiyası yayıldığı bir zamanda sərhədlər qapalı olanda belə, dəfələrlə Gürcüstana girib-çıxa bilib və ordan son model “Range Rover” Naxçıvana gətirib. Soruşan yoxdur ki, adi bir adam hansı səlahiyyətlərlə butun bunları edə bilir?”, - deyə mənbəmiz bildirib.

Ovqat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO