[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xırdalanda evdə partlayış - 3 uşaq yaralandı-Yenilənib


Xırdalanda partlayış baş verib.

Hadisə “AAAF” Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi Riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

TƏBİB-dən verilən məlumata görə, partlayışla əlaqədar TƏBİB-in tabeli tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi yardım göstərilir. Vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcəkdir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi


Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.
Ətraflı

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış vəkil AZAL-ı məhkəməyə verdi


Azərbaycanlı vəkil Berman Avraam Şirinbalayeviç “Azərbaycan Hava Yolları” QSC-ni məhkəməyə verib.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindəki məhkəmə işinin mahiyyəti Sair mülki iş - Digər məsələlərdir.

Qeyd edək ki, Berman Avraam Şirinbalayeviçin Fəaliyyət göstərdiyi vəkil qurumu "KERMUR" ixtisaslaşdırılmış vəkil bürosudur.32gun.az
Tanınmış vəkil AZAL-ı məhkəməyə verdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda 971 min manatlıq şirkət qaydaları belə "çeynədi" - Direktoru görün kimdir - FOTO


"DUET-AVTO" MMC barəsində İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İnzibati Xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İş Nəsimi rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bildirək ki, nizamnamə kapitalı 971230 AZN olan "DUET-AVTO" MMC-nin direktoru (qanuni təmsilçisi) Valid Quliyev Hüseyn oğludur. Şirkət 15.07.2004-cü il tarixində dövlət ydiyyatına alınıb.
Azərbaycanda 971 min manatlıq şirkət qaydaları belə "çeynədi" - Direktoru görün kimdir - FOTO
Azərbaycanda 971 min manatlıq şirkət qaydaları belə "çeynədi" - Direktoru görün kimdir - FOTO

Şirkətin saytında qeyd olunn məlumata görə, 2004-ci ildə yaradılan “Duet Avto” MMC bütün növ elektro mobillərin, golf maşınlarının, kvadrocikllərin, avtokarların, elektrik velosipedlərin və skuterlərin şatışı ilə məşğuldur.

Duet Avto yerli bazarda lider olmasından əlavə, dünyanın bir sıra aparıcı elektro maşın istehsalçılarının rəsmi distribyutorudur. Marshell, Maximal, Polaris, Kinroad, CFMOTO və digər istehsalçıların məhsulları alıcılara təklif olunur.

Qeyd: "ElAvto" "Duet Avto" MMC-nin servis mərkəzidir.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın maliyyə nazirinə `DUR` deyən yoxdur - ÇÜNKİ...


Naxçıvanın maliyyə naziri postunu tutan Rafael Əliyevin qanunsuz əməlləri ilə bağlı yerli KİV-də yetərincə informasiyalar payulaşılıb. Görünəni odur ki, "Xan" ünvanını daşımasından xüsusi ləzzət alan Vasif Talıbov cənabları özünün baş xəznədarı, əslində isə QARA KASSASI olan Rafael Əliyevi açıq şəkildə himayə etdiyindəndir ki, onunla bağlı hansısa ölçü götürülmür. Bu barədə DİA.AZ-a Naxçıvandan daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri Rafael Əliyevin bir zamanlar Naxçıvan gömrüyündə işləməsinə və həmin dönəmdə Türkiyədən olan sahibkaralara divan tutmasına işarə edərək, yenə də eyni əməllərin davam etdiyini, sadəcə daha da geniş miqays aldığını bildirir. DİA.AZ-a yazılan müraciətdə deyilir:

"Gomrukdə Türkiyədən olan iş adamlarından rüşvət alan Rafael Əliyev maliyyə naziri oldu ki, butun Naxçıvandan rüsvət alsın...

Rafael Əliyevə Naxçıvanda niyə dur deyən yoxdur?..

Naxçıvanda bütün iş adamlarından rüşvət alır. Təşkilatlara kefi istədiyi vaxt yoxlamalar təşkil edib pul alir... Kifayət qədər Naxçıvanda çirkli əməlləri sübuta yetirilib, amma nə olsun ki..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ALİ MƏHKƏMƏ HAKİMİ Elşad Maşayevlə İsrail Əhmədovu hansı " tellər bağladı" ki?...


Biləsuvar rayon məhkəməsinin 21 iyun ədalətli çıxarılan iş N 2( 022)-488/2021 saylı Qərarını 8 aydan sonra iş üzrə Cavabdeh İSRAİLAHMADOV İNVESTMENT MMC rəhbəri İsrail Əhmədov Şirvan Apellyasiya şikayəti vermiş, 1 il müddətinə verilməyən əmək haqlarına dair keçirilən məhkəmə prosesində işi aparan hakim Tale Kərimova , iddiaçı bildirmiş: Möhtərəm hakim, əgər MMC rəhbəri bizimlə bağlanmış müddətsiz əmək müqaviləsini AR. ƏM. 68.2 a bəndinə əsasən yəni işçi olaraq bizim öz xahişimizlə işdən çıxmağımızla bağlı xitam verilibsə, bəs hanı o zaman bizim o sözügedən öz arzumuzla olan ərizə? Və yaxud da, siz bu barədə MMC vəya DSMF na sorğu göndərdinizmi? Hakim Tale Kərimov isə bu ifşaedici suallar qarşısında əsl acizlik nümayiş etdirməklə, " biz məşvərət otağına girib Qərar verəcəyik deməklə az sonra da zala yenidən daxil olub MMC- nin xeyrinə Qərarı dəyişməklə Ədalətsiz Qərar çıxarıb Ədliyyə Emblemindəki simvolik tərəziyə də hörmətsizlik nümayiş elədi.
Bu Qərardan da şikayətçi mövqedə dayanan iddiaçı X. A. Qurbanlı, Ali Məhkəməyə kasassiya şikayəti ünvanladı. Bununla yanaşı da MMC rəhbəri İsrail Əhmədovun yalanlarının tam ifşaedici videosunu da sübut məqsədilə Əmək kontraktı bağlanıldığı 14 fevral 2019 cu il tarixdən 6 ay sonra oktyabr ayında çəkilmiş, yığılmış maaşların hamısının plastik karta köçürülməsini ifadə edən etirafedici görüntülərini videodiskə yazaraq Məhkəməyə işə əlavə olunmasını və sübut materialı kimi istifadə etməyi xahiş etmişdir.
Belə ki, İsrail Əhmədov bildirmişdir ki, guya iddiaçılar işə götürüldükdən sonra guya öz xahişləriylə ərizə yazaraq 1 ay yarımdan sonra 29 mart 2019cu ildə işdən çıxmışdır. Belə olacağı təqdirdə müəmmalı suallar ortaya çıxır:1) Hanı o işçilərin özxahişləri ilə işdənçıxmanı əks etdirən yazmış olduqları ərizə? Niyə onları məhkəmələrə təqdim edə bilmirsiniz?
2) Əgər yenə də çıxıblarsa öz xahişləriylə belə, niyə o Əmək müqaviləsinə 29martda Xitam verildikdən sonra 6 ay sonra video görüntüdə iddiaçı sizə bildirir ki ay müdir, maaşlarımız niyə köçmür karta? Suala cavab olaraq bildirir ki, hamısı köçəcək karta narahat olmayın! Niyə demir ki, siz 1ay yarım sonra 29 martdan axı ərizə yazıb çıxmısınız e nə maaş? Niyə bu sualları vermir iddiaçıya , işçisi olaraq?
Hörmətli Ədliyyə Naziri 308 Vəzifə saxtakarlığı və 313 -Informasiya resurslarına bilə bilə yalnış informasiya daxil eləmək 2 il azadlığdan məhrumetmə ilə cəzalandırılır. Niyə işi icraata götürən hakimlər Tale Kərimov və Şamayev Elşad bu cavabdeh barəsində açıq aşkar qanunpozuntularına yolverdiyini bilə bilə onun xeyrinə Qərar çıxartdı. Bir halda ki Əmək Müfəttişliyi də 28 02 2020 tarixli 20130035824 nömrəli Cərimə protokolu da tərtib edib cəzalandırıb Ki İsrail Əhmədov rəhbəri olduğu İsrailAhmadov İnvestment MMC işçilərinin hüquqlarını pozmaqla müddətsiz oıaraq bağladığı əmək müqavilələrini də əsassız saxta yolla xitam vermiş və AR. CM nin bir neçə maddəsini kobud surətdə pozaraq cinayətə yol vermişdir!
Şamayev Elşad! Sən bir hakim olaraq Ali məhkəməyə elitar Şəxs olaraq təyin olunmusan və üzərinə düşən vəzifə öhdəliyini vicdanla yetirmək öhdəliyi götürmüsən! Niyə toölanmış fakt sübutlu hüquqi materialları saymayaraq hüquqpozan bir MMC nin xeyrinə Qərar çıxartdın? Nə idi bu qədər fakt sübutlu qanunpozuntulu hallara yol verən bir MMC rəhbərinə bağlı " tellər " ki, onun xeyrinə Qərar çıxardın.
Qeyd edək ki, bugünkü tarixdə məhz ALİ Məhkəmənim 012 489 07 07 1 108 Qaynar xəttindən bildirildi ki, hakim Qərarı dəyişdirmədən qüvvədə saxlamışdır!
Çox hörmətli Ədliyyə Naziri,
AR. CM nin bir neçə maddəsini fakt sübutlarla açıq aşkar pozan 1 MMC rəhbəri İsrail Əhmədov necə olub hakim Elşad Şamayevin xoşuna gəlib ki, bu boyda qanunpozuntularına yolverən bir MMC rəhbəri İsrail Əhmədovun xeyrinə Qərar çıxartmış olub?
Çox xahiş edirik bu məsələylə bağlı müəmmalı qalan bağlı tellərin açılmasını Məhkəmə Hüquq Şura sədri olaraq nəzarətə götürəsiniz. Biz məcburuq ki Növbəti İnstansiya olan Konstitusiya məhkəməsinə müraciət edək. Xahiş edirik nəzarətə götürün!
ALİ MƏHKƏMƏ HAKİMİ Elşad Maşayevlə İsrail Əhmədovu hansı " tellər bağladı" ki?...

Xəbəraz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq edib - SƏRƏNCAM


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;

3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
165 ailəni “ev dustağı” etmiş dələduz nəyin qarşılığında həbsdən buraxıldı? – hakim Vüsal Tağıyev Baş Prokurora qarşı


Ötən il Prezident İlham Əliyev tərəfindən Binəqədi rayon Məhkəməsinə hakim təyin olunan Tağıyev Vüsal Adıgözəl oğlu hələ “ili çıxmamış” siftəsini femidanı zorlamaqla başladı. Dövlətin etimad göstərdiyi bu yeni hakim qanunu elə “mindi” ki, misli bərabəri yoxdur. Ona görə kimlər hüquq-məhkəmə sistemində islahatlar aparıldığına inanırsa, ya sadəlövhdür, ya da qırmızı yalanlar danışmağa bir növ adətkardır. Çünki Vüsal Tağıyev kimi hakimlərlə olsa-olsa, yalnız ədalətin, femidanın deqradasiyasının “islahatı” mümkündür.

Bəs, soruşacaqsınız ki, hakim Vüsal Tağıyev nə edib? Bax, buna “cinayətə yol verib” də söyləmək olar. Söhbət 165 ailənin, 165 talenin, yüzlərlə insanın, vətəndaşın ümidlərinin üstündən xətt çəkməkdən gedir. Söhbət onları heçə saymaq, hüquqlarını ayaqlar altına atmaqdan, qanunlara, Cinayət Məcəlləsinə tüpürməkdən gedir. Bəli, hakim məhz CM-nə tüpürdü! Özü də bir dələduza, fırıldaqçıya, illərdir vətəndaşları qapı-qapı süründürən, qapılarda qoyan, kirayələrdə yaşamağa məhkum edən, min bir əziyyətlə, borc-xərclə əldə edib mənzil sahibi olmaq istəyənləri aldadan bir tikinti mafiozuna qurban verdi. Hərçənd indiyə qədər həbs edilən heç bir tikinti firmasının rəhbəri tezliklə azadlığa buraxılmamışdı. Ölkədə onlarla MTK adı çəkmək olar ki, bura “GEN” MMC, “Muray” MMC, “Oskar” və s. Daxildir, heç birinin sahibi azadlıqda gəzmir, hərəsinə azı 10-13 il həbs cəzası verilib, üstəlik, dələduzluğa görə əfvə də düşə bilmirlər. Amma hakim Vüsal Tağıyev “ilkə” imza ataraq xalqı, haqqı pozulan, ev-eşiksiz qalan, pulu yeyilən xalqı deyil, dələduzu müdafiə etdi, ona qahmar çıxdı. Görəsən, nəyin müqabilində bu qərarı çıxardı?

Reportyor.info məlumat verir ki, söhbət “Sahil – s İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması qərarından gedir. Hakim 165 ailəni aldatmış tikinti fırıldaqçısını evə buraxıb ki, get, dincəl. V.Tağıyev yəqin ki, ürəyindən bu fikir keçdiyi üçün, yaxud qanunlara istinadə edərək bu qərarı çıxarmayıb. Onun bu məsələdə marağı olmasa, əsla Pənah Kərimovu ev dustaqlığına buraxmazdı. Maraqlıdır, Pənah Kərimov onunla sövdələşməyə necə gedib, hakimə nə qədər verib? Bu qərarı çıxaranda hakimin vicdanı heç sızıldamadımı?

165 ailəni “ev dustağı” edən bir fırıldaqçını aylar sonra həbsdən azad edib ev dustaqlığına göndər, sonra da məhkəmə zalından çıxıb öz komfort mənzilinə get, bu, heç bir əndazəyə sığışmır. Bəli, Pənah Kərimov Tale Alaverdiyevlə birlikdə bu qanunsuz hərəkətləri görmüşdülər, onlar Yeni Günəşlidə “Sahil s İnşaat” MTK olaraq bina tikməyə başlamışdılar, alıcılar da böyük ümid və sevinclə müqavilələr bağlayıb mənzil sahibi olacağı günü gözləyirdilər. Lakin 2016-cı ildən bəri gah tikinti yubanmağa başladı, gah yarımçıq saxlandı, gah vətəndaşları süründürdülər, nəhayət, məlum oldu ki, Pənah Kərimovla Tale Alaverdiyev 165 ailəyə kələk gələrək bir mənzili 3-4 adama satıbmışlar.
Bu cinayətin üstü açılandan sonra vətəndaşlar müraciətlər yazmağa, aksiyalar keçirməyə, Prezidentə, Baş Porkurorluğa məktublar göndərməyə başladılar. Onların aylarla davam edən etirazlarından sonra axır ki, cinayət işi açıldı, adıçəkilən dələduz şəxslər həbs olundular. Vətəndaşlar isə onlara dəyən zərərin ödənilməsini, məhkəmədə bu məsələlərin aydınlaşacağını gözləyirdilər, eyni zamanda, kollektiv şəkildə bir addım ataraq öz imkanları daxilində sözügedən binada yarımçıq qalan işləri yavaş-yavaş görməyə başlamışdılar. Sakinlərin ümumu fikri bundan ibarətdir ki, mənzillər düzgün bölüşdürülsün, aldadılan payçıların ev məsələsi öz aralarında həllini tapsın. Ancaq bu tərəfdən hakim Vüsal Tağıyev şirkətin əsas quldurlarından olan Pənah Kərimovu dörd divarlı hücrəyə göndərmək əvəzinə, ev dustaqlığına buraxır.
Artıq bu qərarla bağlı tikinti şirkətinin qurbanları Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlamağa hazırlaşırlar. Onlar ötən il təyin olunan hakimin bu ədalətsiz, qanunsuz qərarına etiraz bildirir, V.Tağıyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər. Müraciətdə deyilir ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək və Pənah Kərimov haqqında çıxarılan ev dustaqlığının geri oxunması tələb olunacaq. Əgər apelyasiya qərarı qüvvədə saxlasa, Ali Məhkəməyə, ən yüksək instansiya da protesti təmin etməsə, o halda Avropa Məhkəməsinə müraciət ediləcək. Sakinlərin sözlərinə görə, Ədliyyə Nazirliyi və Ali Məhkəmə hakimlərin fəaliyyətinə diqqət yetirməli, qərarlarının obyektiv olub-olmadığını araşdırmalıdırlar. Vətəndaşlar nazir Fikrət Məmmədovdan xahiş edirlər ki, Pənah Kərimov barəsində qərarın hansı əsasla verildiyini hakim Vüsal Tağıyevdən izahatı istənilsin.
Axı dələduzluqla tutulan, 178-ci maddə ilə haqqında cinayət işi başlanmış, vətəndaşlara dəymiş zərəri ödəməmiş bir şəxs barəsində hansı arqumentlə ev dustaqlığı qərarı çıxarıla bilər? Belə görünür ki, qanun şah deyil, Pənah Kərimov “şah”dır. Əks təqdirdə hansısa maraqların qarşılığında hakim onu həbsdən evə göndərməzdi. Faktiki 165 ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır, üstəgəl, cinayət törətmiş şəxslərdən birini də azadlığa buraxırlar. O zaman hakim Baş Prokurorluğun apardığı istintaqı, cinayət işini tamamilə şübhə altına alıb, heçə endirib, bundan öncə çıxarılmış qərarları da “vozdux” hesab edərək öz bildiyini edib. İndi Baş Prokurorluq da qərardan əminliklə protest verə bilər. Çünki Pənah Kərimov haqda aparılan araşdırma nəticəsində dələduzluq əməli sübuta yetirilib, amma heç bir əsas olmadan məhkəmə onu azad edir. Sakinlər ümid edirlər ki, Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaqlar. Sakinlər PA və Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini də bildiriblər.

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Qasımov da BELƏ QARƏT EDİB... - Bir araşdıran gərək...


PİA.az-ın elektron poçtuna Siyəzən və Nizami rayonlarının sabiq icra başçısı Arif Qasımovun işlədiyi müddətdə yol verdiyi korrupsiya və qanunsuzluqlarla bağlı məlumat daxil olub. Məlmatda bildirilir ki, Arif Qasımovun icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub.

Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun “Qara Mühasibatliği” bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində - “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş ikimərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.

Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyek hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.

Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır. PİA.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO